Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-52/2025 06.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Ziyadova (Zeynalova) Nisə Fəxrəddin qızı, Cavabdeh2, X7, Cavabdeh4, X16 və X8 qarşı “torpaq” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-52/2025 (Açar sözlər: torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması) X37 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1, cavabdeh, eyni zamanda cavabdehlər Ziyadova (Zeynalova) Nisə Fəxrəddin qızının, Cavabdeh4 və X6 nümayəndəsi (qardaşı) Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Ziyadova (Zeynalova) Nisə Fəxrəddin qızı, Cavabdeh2, X7, Cavabdeh4, X16 və X8 qarşı “torpaq” tələbinə dair iddiası əsasında mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli 2(057)-1081/2023 saylı qətnaməsindən (hakim Ə.Məmmədli) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Ziyadova (Zeynalova) Nisə Fəxrəddin qızı, Cavabdeh2, X7, Cavabdeh4, X16 və X8 qarşı “torpaq” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “torpağın mülkiyyətə verilməsinə dair” JN 217 saylı, 80913028 kodlu Dövlət Aktına əsasən Salyan rayonu, Boranıkənd kəndində yerləşən 5,60 ha torpaq sahəsinin Bölgü Planına görə cavabdehlər arasında naturada, müvafiq olaraq 1,24 ha və 2,934239 ha hissələrə uyğun olaraq bölünməsi və Notariat kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 5,60 ha torpaq sahəsinin 1,24 ha hissəsinin onun sahibliyinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdehlər "Torpağın mülkiyyətə verilməsinə dair" JN 217 saylı, 80913028 kodlu "Dövlət Aktı"-na əsasən ümumi birgə mülkiyyət hüququ əsasında onlara və digər ailə üzvlərinə məxsus, Salyan rayonu, Boranıkənd kəndində yerləşən 5,60 ha torpaq sahəsinin 1,24 ha hissəsini xx.xx.2006-cı il tarixdə notariat kontorunda Alqı-satqı müqaviləsi bağlamaqla 1360 manata ona satmışlar. Notariat kontorunda bağlanmış həmin müqavilə cavabdehlər Cavabdeh1 və Ziyadova (Zeynalova) Nisə Fəxrəddin qızı tərəfindən imzalanmışdır. Müqavilə əsasında cavabdehlərlə, onların ailə üzvlərinin mülkiyyətlərində 2,934239 ha torpaq sahəsi qalmışdır. Adı çəkilən Alq-satqı müqaviləsindən görünür ki, doğrudan da cavabdehlar Salyan rayonu, Boranıkənd kəndində yerləşən ümumi sahəsi 5.60 ha olan torpaq sahəsini 1.24 ha hissəsini 1360 məbləğinə ona satmışlar. Həmin müqaviləyə edilmiş xx.xx.2021-ci il tarixli qeyddən görünür ki, müqavilə hal-hazırda da qüvvədədir. Alq-satqı müqaviləsi bağlanıldıqdan sonra qeyd olunan Dövlət Aktında göstərilmiş torpaq sahəsi bölgü planına əsasən onunla cavabdehlar arasında bölünmüş və müvafiq çizgi də çəkilmişdir. Lakin həmin bölgü planını DƏDRX-nin 13 saylı Ərazi İdarəsinə təqdim edib torpağa dair müvafiq çıxarış almaq istədikdə bölgü planında cavabdehlərin hamısının imzaları olmadığı üçün ona çıxarışı verməkdən imtina etmişlər. Hal-hazırda da cavabdehlər həmin bölgü planını imzalamaqdan imtina edirlər. Göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsini mülkiyyətçi olan cavabdehlərdən qanuni əsaslarla, alqı-satqı müqaviləsi əsasında əldə etmiş, torpağın sahibi olaraq həmin sahə almış olduğu 2006-cı il tarixindən hal-hazıra kimi onun istifadəsindədir və bununla bağlı cavabdehlərin yanlız 2022-ci il tarixindan şikayət və etirazları yaranmışdır. Hazırda adı çəkilən torpaq sahəsinin faktiki olaraq sahibidir. Əlavə olaraq cavabdehlərin razılığı ilə onların iradəsi əleyhinə olmadan mübahisəli torpaq sahəsini notariat kontorunda reyestrdə 40-270 sayı ilə rəsmiləşdirilmiş 05 oktyabr 2006-cı il tarixli Alqı-satqı müqaviləsi əsasında əldə etməyinə baxmayaraq cavabdehlər mübahisəli torpağa dair alqı-satqı müqaviləsinin bağlandığından təxminən 17 il əvvəl, yəni, 2006-cı ildən xəbərdar olduqlarını etiraf edərək hüquqlarının pozulduğunu bildirsələr də, bu müddət ərzində müqavilənin etibarsızlığına dair məhkəmədə iddia qaldırmamalarının səbəbini əsaslandırmamışlar və həmin sahə üzərində vicdanlı alıcı olduğunu nəzərə almırlar. Göründüyü kimi cavabdehlər mübahisəli torpaq sahəsinin satıldığından təxminən 17 il əvvəl xəbərdar olduqlarını etiraf etsələr də, bu müddət ərzində müqavilənin etibarsızlığına dair məhkəmədə iddia qaldırmamışlar. İddiaçı olaraq o, İddiaçı iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı "əmlakın naturada bölünməsi"-nə dair iddia tələbi ilə Salyan Rayon Məhkəməsində iddia qaldırmışdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-416/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Salyan Rayon Məhkəməsinin iş üzrə adı çəkilən qətnaməsindən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti vermişlər. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-1799/2022 saylı qətnaməsi ilə (Hakimlər: Əsədov İlham Qoşunəli oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu va X17) apellyasiya şikayəti qismən təmin olunmuş və iş üzrə Salyan Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(057)-416/2022 saylı qətnaməsi ləğv edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı "əmlakın naturada bölünməsi"-nə dair iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən narazı qaldığından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1111/2023 saylı qararı ilə kassasiya şikayəti təmin olunmamışdır. Qeyd olunmuş əsaslarla bağlı aşağıdakı əlavə qeydləri diqqətə çatdırmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-1799/2022 saylı qətnaməsi ilə Salyan Rayon Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli, 2(057)-416/2022 saylı qətnaməsi iki əsasla ləğv edilmişdir mübahisəli torpaq sahəsinin dövlət qeydiyyatına alınmaması, iddianın digər mülkiyyətçilərin hamısına deyil, yanlız torpaq sahəsini satmış satıcılara yönəlməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1111/2023 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi qanuni hesab edilməmiş, ləğv edilməsi isə qanuni hesab edilmiş və eyni məzmunlu iddia tələbi ilə təkrar digər paylı mülkiyyətçilər olan əsl cavabdehlərə qarşı iddia qaldırmaq hüququ izah olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı göstərmişdir ki, iddia ərizəsində cavabdehləri 07 nəfər qeyd etmişdir. Lakin apellyasiya şikayətində 09 nəfər göstərilmişdir. Mətləb vəfat etdikdən 02 il sonra torpaq üzərində mübahisə başlamışdır. Torpağı 05 oktyabr 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Lakin cavabdehlər mübahisəli torpaq sahəsinin satıldığından təxminən 17 il əvvəl xəbərdar olmalarına baxmayaraq, bu müddət ərzində müqavilənin etibarsızlığına dair məhkəmədə iddia qaldırmamışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil göstərmişdir ki, iş üzrə 07 nəfər cavabdeh vardır. Mübahisəli torpaq sahəsi 07 nəfərə aiddir. Siyasət torpaq sahəsinin bir hissəsini 1360 manata Cavabdeh1 və Cavabdeh3 almışdır. Həmin torpaq sahəsi naturada bölünərək müvafiq çizgi çəkilmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs halhazırda torpağın çıxarışını ala bilmir. Cavabdehlər bölgü planını imzalamaqdan imtina edirlər. 2006-cı ildən hal-hazıra kimi Siyasət torpaq sahəsinin sahibidir. Cavabdehlərin yanlız 2022-ci il tarixdən iddiaçıya qarşı şikayət və etirazları yaranmışdır. Nümayəndəsi olduğu şəxs cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “əmlakın naturada bölünməsi”nə dair iddia tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-416/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İş üzrə cavabdehlər Mülayim və Nisə apellyasiya şikayəti vermişlər. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-1799/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmişdir. İddiaçı həmin qətnamədən narazı qaldığı üçün kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmamışdır. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmişdirlər. Salyan Rayon Məhkəməsinin 22 sentyabr 2023-ci il tarixli 2(057)-1081/2023 saylı qətnaməsi ilə iddia təmin olunaraq, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 217 saylı, 80913028 kodlu Dövlət Aktına əsasən Salyan rayonu, Boranıkənd kəndində yerləşən 5.60 ha torpaq sahəsinin bölgü planına görə cavabdehlər arasında naturada, müvafiq olaraq 1.24 ha və 2.934239 ha hissələrə uyğun olaraq bölünməsi və notariat kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 5.60 ha torpaq sahəsinin 1.24 ha hissəsi iddiaçının sahibliyinə verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-1081/2023 saylı qətnaməsinin ləğv olunmasını, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, məhkəmə onların mülkiyyət hüquqlarımı pozmaqla qətnamə qəbul etmişdir. Mübahisəli 5.60 hektar torpaq sahəsi Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 05 saylı qərarına əsasən onların mülkiyyətinə verilmişdir. xx.xx.2006-cı il tarixdə anası Cavabdeh1 həmin torpaq sahəsininin 1.24 ha hissəsini İddiaçı 15 illik 1360 manata icarəyə vermişdir. Həmin torpaq alqı-satqı müqaviləsində reyestrdə qeydə alınması və əməliyatı aparan notariusun adı qeyd olunmamışdır. Yaşlı anası aldadılaraq 15 illik icarə müqaviləsi adı ilə alqı-satqı müqaviləsi bağlanmışdır. Anası sonradan bu işin saxta olduğunu bilmişdir. Hətta bacısı da həmin müqaviləyə imza etməmiş və imzanın kimə məxsus olması məlum deyildir. Dövlət aktında qeyd olunan 9 nəfərdən heç kimin iştirakı olmadan torpaq başqa şəxsə satılmış və notarius təsdiq etmişdir. Halbuki, dövlət aktı mərhum atasının adına olduğu halda heç bir vərəsəlik təyin olunmadan, 2 ailə üzvü anası Cavabdeh1 və bacısı Cavabdeh3 torpağı ayrılmadan ümumi mülkiyyətçilərin razılığı olmadan alqı-satqı müqaviləsi imzalanmışdır. 1.24 ha torpaq sahəsinin 1360 manata ömürlük kimi satan və alan şəxs kimi saxta müqavilə yazmışlar. Torpağı alan şəxs niyə 17 ildən sonra gəlib ki, sənədləri istəyir. Ömürlük almışdısa niyə 17 il müddətində torpağı sənədləşdirməmişdir. Əsil vicdanlı aılıcıdırsa niyə 17 il ərzində əsaslı sənədi yoxdur, məhkəmə yolu ilə onlardan məcburi sənəd istəyir. Göründüyü kimi onların pay torpaqlarını öz əmlakı kimi başqasına satmışdır. Necə olur ki, 17 aprel 2023-cü il tarixli, 2(102)-1111/2023 saylı Ali Məhkəmənin qərarı icra olunmadan Salyan Rayon Məhkəməsində eyni işə yenidən baxılır. Halbuki, hazırkı mübahisə üzrə Ali Məhkəmənin qanuni qüvvəsini almış qərarı mövcuddur və məhkəmə həmin işə yenidən baxa bilməzdi. Lakin məhkəmə qanunsuzluq edərək işə yenidən baxmışdır. Məhkəmə torpaq sahəsinin kimin mülkiyyətində olmasını, torpaq sahəsinin naturada bölgüsü ilə bağlı əvvəlki məhkəmə qərarlarının mövcudluğunu, hüquqların dövlət reyestrində qeydə alınmamasını araşdırmamışdır. Məhkəmə tərəfindən torpaq sahəsinin bölgüsü qət olunsa da, həmin torpaq sahəsinin kimin mülkiyyətində olması, iddiaçıya məxsus olub-olmaması, torpaq sahəsinin reyestrdə qeydə alınması, alqı-satqı müqaviləsinin qanuni olması sübut edilməmişdir Qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun deyildir. Belə ki, torpaq sahəsi onların mülkiyyətindədir, həmin torpaq sahəsinin iddiaçıya aidiyyəti yoxdur. Həmin torpaq sahəsi iddiaçıya icarəyə verilmiş və həmin müqavilənində müddəti bitmişdir. İddiaçı 17 il sonra torpaq sahəsini sənədləşdirmək üçün müraciət etmişdir. 1300 manata 1.24 ha torpaq sahəsinin satılması mümkün deyildir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında cavabdeh, eyni zamanda cavabdehlər Ziyadova (Zeynalova) Nisə Fəxrəddin qızının, Cavabdeh4 və X6 nümayəndəsi (qardaşı) Cavabdeh2 apellyasiya şikayətini müdafiə etmiş, şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Bundan əvvəlki məhkəmə iclasında Cavabdeh2 bacısı X3 nümayəndəsi kimi səlahiyyətli olmuş (lakin sonuncu məhkəmə iclasında etibarnamənin müddəti xx.xx.2025-ci ildə bitmişdir) və eyni məzmunlu izahat vermişdir. Əlavə olaraq göstərmişdir ki, mübahisəli torpaq sahəsini alqı-satqı deyil, iddiaçıya icarəyə vermişlər. Torpaq sahəsini satarkən notariusun qovluğundakı həmin torpaq sahəsinin satılmasına dair verilmiş ərizədəki imza ona məxsusdur. Anası aldadılaraq torpağı satmışlar. Əslində torpağı icarəyə vermişlər. Lakin iddiaçı indiyədək onlara icarə pulu ödəməmişdir. Onlar da icarə haqqı tələb etməmişlər. Mübahisəli torpaq sahəsi 2006cı ildən iddiaçının faktiki sahibliyindədir. Digər Cavabdeh1 apellyasiya şikayətini müdafiə etmişdir. Həmçinin göstərmişdir ki, mübahisə predmeti olan torpaq sahəsini vəfat etmiş oğlu Mətləb Zeynalov satmışdır. İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Qeyd etmişlər ki, torpaq sahəsini notarial qaydada almış, digər mülkiyyətçilərin də notarial razılığı alınmışdır. 2006-cı ildən torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Apellyasiya baxışında vəfat etmiş X5 hüquqi varisləri - X10 (arvadı), X22 və X25, həmçinin vəfat etmiş X2 hüquqi varisi X23 iş üzrə müstəqil tələb irəli sürməyən İİİ şəxslər kimi işə cəlb edilmişlər. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdehlər və İİİ şəxslər məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsinə əsasən kommersiya işi üzrə digər cavabdehlərin və İİİ şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilərək ləğv olunması xahiş olunduğundan, qətnamə tam mübahisələndirilmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. İnsan Hüquqlarının və X21 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” və “əmlak” anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edə tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri cavabdehə münasibətdə qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düz tətbiq etmişdir. İş materiallarında olan “Torpağa Mülkiyyət Hüququna Dair” JN-217 KOD 80913028 saylı Dövlət Aktından görünür ki, Salyan rayonu, Boranıkənd kəndinin sakini X11 və onun ailə üzvlərinə Salyan rayonu Aqrar İstehsalat Komissiyası tərəfindən 28 aprel 2000-ci il tarixində 5.60 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmişdir. İş materiallarında olan 05 oktyabr 2006-cı il tarixli torpaq alqı-satqı müqaviləsindən görünür ki, həmin tarixdə iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən dəyəri 1360 manat olmaqla hal-hazırki mülki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin 1,24 ha hissəsini satmışdırlar. Bu müqaviləni Salyan 1 saylı Notariat Kontorunun notariusu X12 təsdiqləmiş, 15 noyabr 2021-ci il tarixində Salyan 2 saylı Notariat Ofisinin X1 müqavilənin hal-hazırda qüvvədə olmasını təsdiqləmişdir. İş materiallarında olan mübahisəli torpaq sahəsinin bölgü planından görünür ki, tərtib edən X34 torpaq sahəsinin 1,24 ha hissəsinin satılmasını və İddiaçı aid olmasını və həmin hissənin ümumi torpaq sahəsinin hansı hissəsində yerləşməsini planda göstərmiş və imzası ilə təsdiqləmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-416/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdehlər Cavabdeh1 və X15 qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddiası təmin edilmiş, X34 tərəfindən tərtib edilmiş “Salyan rayonu, Boranıkənd kəndində yerləşən X18 və ailə üzvlərinə məxsus JN- 217 saylı konturda yerləşən 4.174239 ha torpaq sahəsinin 1.24 ha hissəsi Bölgü Planı”-na əsasən naturada bölənərək iddiaçının sahibliyinə verilməsi qət edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1799/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1 və X19 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Salyan Rayon Məhkəməsinin 2(057)-416/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və X13 qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1111/2023 saylı, 14 mart 2023-cü il tarixli qərarına əsasən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1799/2022 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan Apellyasiya baxışında məhkəmə sorğusu ilə əldə edilərək işə əlavə edilmiş Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli (səh. 170) səndələr toplusundan müəyyən edilir ki, mübahisəli torpağın mülkiyyətçiləri həmin torpağın satılmasına notarial qaydada öz razılıqlarını bildirmişlər. Mülki işin apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2024-cü il tarixli 10/9478 saylı rəyinə əsasən: Qərardadın birinci və ikinci sualları üzrə sualı üzrə. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024 tarixli 3-21-3-38/2-2461/2024 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Torpağa mülkiyyət hüququna dair Dövlət aktına (Jn №217, kod ********) əsasən Salyan rayonu Boranıkənd kənd sakini X18 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş (iki hissədən ibarət 4.17 ha və 1.43 ha olmaqla) 5.60 hektar torpaq sahəsinin 05 oktyabr 2006-cı il tarixli, 4Ə-270 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış 1.24 ha hissəsinin, X18 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 4.17 ha olan hissədə naturada ayrılmasının mümkün olduğu müəyyən edilir. İşdə olan Bölgü planı əsasında (səh.32) torpaq sahəsinin naturada ayrılması mümkündür. Belə bölgünün adı çəkilən torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsinə heç bir maneə törətmədiyi müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Müəyyən edilir ki, iddia təmin edilmiş, Cavabdeh2 qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Şikayətin əsas dəlili mübahisəli torpağın satılmaması, onun icarəyə verilməsidir. Lakin cavabdehin torpağın satılmaması ilə bağlı dəlilləri Notarial qaydada bağlanmış alqısatqı müqaviləsi və həmin müqavilənin baqğlanmasına əsas olmuş notariusun qovluğunda saxlanan sənədlər toplusu ilə təkzib olunur. Həmçinin cavabdeh mübahisəli torpağın icarəyə verilməsini bildirsə də indiyədək iddiaçı tərəfindən onlara hər hansı icarə haqqının verilmədiyini, onların da iddiaçıdan icarə haqqı tələb etmədiklərini bildirmişdir. Bundan cavabdeh Mülayim Zeynalov kollegiyanın iclasında bildirmişdir ki, mübahisəli torpağın vəfat etmiş oğlu Mətləb Zeynalov tərəfindən satıldığını bildirmişdir. Həmçinin müəyyən edilir ki, mübahisəli torpaq sahəsi 2006-cı ildən hazırkı vaxtadək iddiaçının faktiki istifadəsində və sahibliyindədir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Salyan rayonu, Boranıkənd kəndinin sakini X11 və onun ailə üzvlərinə Salyan rayonu Aqrar İstehsalat Komissiyası tərəfindən 28 aprel 2000-ci il tarixində 5.60 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmişdir. 05 oktyabr 2006-cı il tarixdə iddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsindən sonra iddiaçı 1.24 ha torpaq sahəsini əldə edərək istifadə edir. Müqavilənin şərtlərinə görə, hazırki iş üzrə cavabdeh olan satıcıların mülkiyyət hüquqları iddiaçıya keçmişdir. Cavabdehlər hal-hazırki mülki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin 1,24 ha hissəsini 1360 manat müqabilində iddiaçıya satmışlar. Torpaq sahəsinin bölgü planından görünür ki, tərtib edən X34 torpaq sahəsinin 1,24 ha hissəsinin satılmasını və İddiaçı aid olmasını və həmin hissənin ümumi torpaq sahəsinin hansı hissəsində yerləşməsini planda göstərmiş və imzası ilə təsdiqləmişdir. Apellyasiya baxışında təyin edilmiş tikinti-texniki ekspertizası nəticəsində müəyyən edilir ki, bölgü planı əsasında (səh.32) torpaq sahəsinin naturada ayrılması mümkündür. Belə bölgünün adı çəkilən torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsinə heç bir maneə törətmədiyi müəyyən edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, mülki işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 22 sentyabr 2023-ci il tarixli 2(057)-1081/2023 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının dəyərini təşkil edən 100 manat ekspertiza xərci Cavabdeh2 alınaraq dövlət büdcəsinə Az.MEM, VÖİN **********, X9, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-52/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-52/2025
06.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver