Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-520/2023 04.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Zaur Mirzağa oğlu Allahyarovdan ibarət tərkibdə, katib X3, ilkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə cavabeh Cavabdeh2 və ilkin iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilkin iddiası və Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İmişli Rayon Məhkəməsinin (hakim Q.Hacıyev) 27 iyul 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.970 hektar torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılması və torpaq sahəsinin öz mülkiyyətçilərinə qaytarılması, ilkin iddia tələbi üzrə ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb İddiaçı verilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə apellyasiya şikayəti vermişlər. İşinhalları İmişli rayonunun Otuziki kəndi ərazisində 1.970 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və onun və ailə üzvləri olan X1, X7, X5, X8, X6, X12, X9 və X13 ümumi birgə mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Bu barədə onların adına mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli çıxarış vardır. İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 1.970 hektar torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılmaları, torpaq sahəsi ilə bağlı cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyması və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin ediləcəyi halda cavabdeh İddiaçı torpaq sahəsinə görə ödədiyi 9750 manat, həmin torpaq sahəsinin abadlaşdırılmasına görə çəkdikləri xərclərin əvəzi olaraq 3000 manat, cəmi 12750 manat məbləğində pulun alınıb onlara verilməsini xahiş etmişlər. İlkin iddia üzrə İddiaçı tələbini onunla əsaslandırmışdır ki, maddi imkanı olmadığından torpaq sahəsini 13 il bundan əvvəl həmkəndlisi X14 10 il müddətinə müvəqqəti istifadəyə vermişdir. X18 vəfat etdikdən sonra torpaq sahəsini onun övladları Cavabdeh2 və Cavabdeh1 ondan icazə almadan zəbt edib istifadə edirlər. Onlardan torpaq sahəsindən çıxmağı tələb etsə də cavabdehlər onun torpaq sahəsini qaytarmır və onun torpaq sahəsini qanunsuz əkib becərirlər. Hazırda o, torpaq sahəsini özü əkib-becərmək istəyir. Lakin cavabdehlər ona məxsus torpaq sahəsini boşaltmaq istəmirlər. Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia üzrə tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı və onun və ailə üzvləri maddi imkanları olmadığından və torpaq sahəsini əkib becərə bilmədiklərinə görə 13 il əvvəl topaq sahəsini 9750 manata onun mərhum atası Rafiq Qüdrətova satmışdır. Torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamamışlar. Torpaq sahəsini aldığı gündən elə bilmişdir ki, torpaq sahəsi onundur. Artıq 13 ildir ki, həmin torpaq sahəsini əkib becərirlər, torpaq sahəsində irriqasiya və meliorasiya işləri görmüş, su kanalı çəkmiş, sahənin şor kollektorunu, digər drenaj şəbəkələrini təmizlətdirmiş, torpaq sahəsinə peyin vermiş və s. Bütün bunlar üçün, yəni torpaq sahəsində məhsuldarlığı artırmaq üçün 2020-ci ilədək torpaq sahəsinə 3000 manat xərc çəkmişdir. Əgər İddiaçı torpağı ondan geri alsa torpaq sahəsinin dəyəri olaraq onun atasından aldığı 9750 manat pulu və çəkdiyi xərclərin əvəzi olaraq 3000 manatı (cəmi 12750 manatı) ona ödəməlidir. Birinci instansiya məhkəməsi ilkin iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 164.1-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsi «Marks Belçikaya qarşı» işi üzrə 13 iyun 1979-cu il tarixli qərarına, «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli Qərarına, «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci hissələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri İlkin iddia üzrə cavabdehlər apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya baxışında ilkin iddia üzrə cavabdehlər apellyasiya şikayətlərini dəqiqləşdirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi, ilkin iddianın təmin ediləcəyi halda qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, ilkin iddiaçı iddia ərizəsində və məhkəmədəki izahatında mübahisəli torpaq sahəsinin qarşılıqlı iddia üzrə iddiaçıların mərhum ataları, Rafiq Qüdrətova 2009-cu ildən icarəyə verildiyini, həmin şəxsin və onun övladlarının 13 ildən artıq həmin torpaq sahəsindən mübahisəsiz istifadə etdiklərini, qanuni əsaslarla torpaq sahəsinə sahiblik etdikləri etiraf etmişdir. Məhkəmə iş üzrə Mülki Məcəllənin 157.8-ci maddəsini tətbiq edərək, qarşılıqlı iddia üzrə iddiaçıları qanuni əsaslarla torpağa sahiblik edən şəxs kimi tanımaq əvəzinə, qətnamədə onları qanunsuz olaraq mübahisəli torpaq sahəsini zəbt etmiş şəxs kimi xarakterizə etmişdir. Məhkəmə onların mübahisəli torpaq sahəsi üzərində qanuni əsaslarla sahiblik hüququnun olduğunu nəzərə almamışdır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı araşdırmamışdır. Məhkəməyə İddiaçı 9750 manat pul verilməsini təsdiq edən qəbz şəklində əlyazmalar təqdim edilməsinə baxmayaraq, məhkəmə bu məsələ ilə bağlı heç bir araşdırma aparmamışdır. İlkin iddia üzrə İddiaçı apellyasiya şikayətinə qarşı etirazında apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehlərin atasının torpaqdan 10 il müddətinə müvəqqəti istifadəyə görə ona 3000 manat pul verdiyini qeyd etməklə, torpaq sahəsini satmadığını, torpağı yalnız istifadəyə verdiyini bildirmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən ilkin iddia üzrə Cavabdeh2 və cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsini, ilkin iddia təmin edildiyi halda isə qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh izahatında torpaq sahəsindən onların çıxarılmasının qanunsuz olduğunu, İddiaçı torpaq sahəsini cavabdehlərin atasına müvəqqəti istifadəyə deyil, birdəfəlik satdığını, bunun müqabilində hissə-hissə onlardan 9750 manat pul aldığını, digər ailə üzvlərinin də buna razılıqlarının olduğunu, 13 ildən artıq müddətdə heç bir etirazlarının olmadıqlarını, torpaq sahəsinin hazırda dəyərinin artığını nəzərə alaraq, hüquqlarından vicdansızcasına sui-istifadə etdiklərini bildirmişlər. İlkin iddia üzrə İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İzahatında torpaq sahəsinin ailə üzvlərinin razılığı ilə 3000 manat müqabilində cavabdehin atasına müvəqqəti istifadəyə verdiyini bildirmişdir. Apellyasiya baxışında X15, X17 və X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, lakin onlara müəyyən edilmiş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 376.2-ci maddəsinə əsasən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəçinin işin halları barədə məruzəsini, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Cavabdeh apellyasiya şikayətində qarşılıqlı iddianın təmin edilməsini, qətnaməni ləğv etməklə ilkin iddianın rədd edilməsini, ilkin iddia təmin edildiyi halda qarşılıqlı iddianın təmin edilməsini, cavabdehlərdən torpağa görə ödənilən haqqı və ona çəkilən xərci tələb etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının tələbi iki hissədən ibarətdir: ilkin iddianın rədd edilməsi, bu təmin edilmədiyi halda torpağa çəkilən xərcin tutulması. Qarşılıqlı iddianın birinci hissədə təmin edilməsi, ilkin iddia üzrə iddianın təmin edilməsini aradan qaldıra bilər. Belə ki, qarşılıqlı iddianın torpaq sahəsinin alqı-satqısı ilə bağlı tələbkarın dəlillərinin sübuta yetirilməsi və tələbin əsaslı hesab edilməsi, ilkin iddianın əsassızlığına dəlalət edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranan münasibətlərə düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir, ona görə də qətnamə ləğv edilməlidir. İşin hallarından görünür ki, İmişli rayonunun Otuziki kəndi ərazisində 1.970 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və onun və ailə üzvləri olan X2, X7, X5, X8, X6, X12, X9 və X13 ümumi birgə mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Bu barədə onların adına mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli çıxarış vardır. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərin qanunsuz istifadəsində olduğunu iddia etmiş, torpaq sahəsindən cavabdehlərin çıxarılmasını tələb etmişdir. İddiaçıların tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia edilən torpaq sahəsi iddiaçının və onun ailə üzvlərinin adına ümumi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. İddiaçının tələbinin təmin edilməsi üçün iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmaqla yanaşı, həmin sahə həm də cavabdehlərin qanunsuz sahibliyində olmalıdır. Əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi barədə iddianın təmin edilməsini istisna edən mümkün hallardan biri- əmlaka görə pul vəsaitinin ödənilməsidir. Sahibliyini qanunsuz olmaması, o cümlədən satın alma yolu ilə əmlakın haqqının ödənilməsi əmlakın əvvəlki mülkiyyətçiyə qaytarılmasını aradan qaldıran hallardandır. İddiaçı torpaq sahəsinin müvəqqəti olaraq cavabdehlərin istifadəsinə (icarəsinə) verildiyini iddia etsə də, cavabdeh tərəf etirazında bildirmişdir ki, torpaq sahəsi onların atasına iddiaçı tərəfindən birdəfəlik satılmışdır. Cavabdeh tərəf sübut olaraq torpaq sahəsinə görə iddiaçıya pul məbləğinin ödənilməsini bildirən əlyazmaları (qəbzləri) təqdim etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən cavabdeh tərəfindən təqdim edilmiş yazılı qəbzlərə qiymət verməmiş, onların əslini tələb etməmiş, bununla da belə qənaətə gəlmişdir ki, pul vəsaitinin ödənilməsi sübuta yetirilmir, tərəflər arasında torpaq sahəsinin alqısatqısı baş verməmişdir. Torpaq sahəsi cavabdehlərin istifadəsinə müvəqqəti verilmişdir. Kollegiya hesab edir ki, məhkəmə həm də sübutlara düzgün qiymət verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Tərəflərin arasında torpağın alqı-satqısına dair münasibətlər olduğunu sübut etmək üçün cavabdeh tərəf ilkin iddia üzrə iddiaçının torpaq sahəsinə görə pul məbləğlərinin aldığını təsdiq edən əlyazmalarını təqdim etmiş və həmin əlyazmalara qiymət verilməsini xahiş etmişdir. İddiaçı sözügedən əlyazmaların onun tərəfindən icra edildiyini etiraf etmədiyindən apellyasiya baxışında məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. İş üzrə məhkəmə xətşünaslıq ekspertizasının 15 may 2023-cü il tarixli, 4/711 nömrəli rəyinə görə ekspertizaya təqdim edilmiş, 1 ədəd qızılı- qəhvəyi rəngli 150 vərəqdən ibarət qeyd dəftərinin 149-cu vərəqində olan “X11 yolunu sağ sahilində olan ikinci qrup torpağı X16 3000 min üç min manata həmişəlik sattım və üç min manat almışam. İmza İddiaçı” yazıları və “İmza: İddiaçı” qrafasındakı imza- İddiaçı tərəfindən icra olunmuşdur. Kollegiya iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının 15 may 2023-cü il tarixli rəyini sübut olaraq qəbul edir və hesab edir ki, tərəflər arasında, yəni hazırkı iş üzrə İddiaçı və cavabdehin atası Rafiq Qüdrətov arasına birincinin ailə üzvlərinə məxsus torpaq sahəsinə daiq hələ 2008-ci ildə alqı- satqı münasibətləri yaranmışdır. İzahatlardan və işin hallarından müəyyən edilir ki, sözügedən torpaq sahəsinə görə İddiaçı müəyyən məbləğdə pulu cavabdehlərin atasından almış və torpaq sahəsini sonunculara vermişdir; torpaq sahəsi 2008-ci ildən cavabdehlərin- Rafiq Qüdrətovun ailə üzvlərinin istifadəsindədir. Beləliklə, torpaq sahəsi cavabdehlərin qanunsuz sahibliyində və istifadəsində deyil, həmin torpağa görə alıcı qismində cavabdehlərin atası pul vəsaiti ödəmişdir. Torpağın mülkiyyətçisi qismində pulu aldıqdan sonra alqı-satqı müvafiq qaydada qeydiyyatdan keçməmiş, alıcının adına rəsmiləşməmişdir. Analoji münasibətlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq hüquqi mövqeyi vardır. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Kollegiya onu da qeyd edir ki, mübahisəli torpaq sahəsini satın alan Rafiq Qüdrətovdan sonra onun ölümü ilə xitam olunmamış, Mülki Məcəllənin 1151-ci maddəsi üzrə miras kütləsinə daxil olmaqla vərəsəlik qaydasında övladlarına keçmişdir. Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin analoji mülki işlə əlaqədar müqavilənin məcburi forma şərtinə riayət edilməməsi əsası ilə etibarsızlığı məsələsinə də aydınlıq gətirmişdir. Mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Lakin şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Konstitusiya məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Kollegiya qeyd edir ki, İddiaçı tərəfindən cavabdehlərin atasına torpaq sahəsinin satılmasına dair razılıq olunmuş, torpaq sahəsinə görə İddiaçı müəyyən məbləğdə pul vəsaiti almış, alıcı R.Qüdrətov razılığa uyğun olaraq öz öhdəliyini yerinə yetirmişdir. Satıcı İddiaçı hazırda cavabdehə münasibətdə vicdanlı davranmamışdır. İlkin iddia üzrə iddiaçı tələbini həm də onunla əsaslandıra bilər ki, mübahisəli torpağın alğı-satqısı müqaviləsi üzrə digər mülkiyyətçilər müqaviləni imzalamamışlar. Yəni ümumi mülkiyyətdə olan torpağın birgə mülkiyyətçilərinin razılığı (imzası) olmadan əmlaka sərəncam verilmişdir. Belə ki, Mülki Məcəllənin 222-ci maddəsinə görə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Kollegiya qeyd edir ki, doğrudur, mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin sözügedən razılaşmadan 15 ilə yaxın vaxtın keçməsi və bu razılaşmaya qarşı hər hansı etirazın bildirilməməsi (susması) onu göstərir ki, birgə mülkiyyətçilərin iştirakçıları olan digər mülkiyyətçilərin bu sövdələşmədən məlumatı olmuş, susmaqla bu sövdələşməyə razılıqlarını bildirmişlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Eləcə də Mülki Məcəllənin 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi də onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Konstitusiya Məhkəməsi adı çəkilən Qərarında göstərmişdir ki, səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. İşin faktiki hallarına qiymət verərək Məhkəmə Kollegiyası hesab edir ki, 2008-ci ildə hazırkı iş üzrə ilkin iddiaçı olan İddiaçı digər həmmülkiyyətçilərin razılığı ilə mülkiyyətlrində olan torpaq sahəsinin alqı-satqısına dair cavabdehlərin atası ilə razılığa gəlmiş, cavabdehlərin atası tərəfindən torpağa görə pul vəsaiti ödənilmiş, torpaq sahəsi alıcılara təhvil verilmişdir. Həmin vaxtdan da həmin torpaq sahəsi cavabdehlərin atasının və ailə üzvlərinin fasiləsiz istifadəsində və sahibliyindədir. Onlar torpaqdan öz əmlakı kimi istifadə edilrlər, orda müəyyən yaxşılaşdırma işləri də aparmışlar. Ona görə də alqı-satqı müqaviləsinin forma tələblərinə riayət edilməməsi və ya digər mülkiyyətçilərin razılıqlarının (iradə ifadəsinin) olmaması səbəbindən sözügedən torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmamış hesab edilməsi və ya etibarsız hesab edilməsi qənaətinə gəlmək mümkün deyil. Göstərilənlər onu deməyə əsas verir ki, iddia edilən torpaq sahəsinin cavabdehlərin (atasının) müvəqqəti icarəsinə (istifadəsinə) verilməsi, yaxud tərəflər arasında torpağın alqısatqı müqaviləsinin bağlanmaması (bağlanmamış hesab edilməsi və ya etibarsız hesab edilməsi) barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. Kollegiya hesab edir ki, məhkəmə tərəflər arasında torpaqla bağlı yaranmış münasibətləri düzgün qiymətləndirməmiş, səhv qənaətə gəlmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Kollegiyanın qənaətinə görə, cavabdehlərin torpaq sahəsindən çıxarılmasına dair ilkin iddianın təmin edilməsinə dair hissədə qətnamə ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. İlkin iddianın təmin edilməməsi qarşılıqlı iddianın təmin edilməsini aradan qaldırır. Kollegiya hesab edir ki, ilkin iddia təmin edilmədiyindən pul məbləğinin qaytarılması, çəkilən əlavə xərclərin ödənilməsi barədə qarşılıqlı iddianın araşdırılmasına zərurət yoxdur, çünki belə halda qarşılıqlı iddia da təmin edilməməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi- ilkin iddia tələbinin təmin edilməsinə dair hissədə ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməməli, qarşılıqlı iddianın təmin edilməməsinə dair hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti qismən təmin edildiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq İddiaçı 50 manat alınıb Cavabdeh2 və Cavabdeh1 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Rayon Мəhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(036)-1696/2022 saylı qətnaməsi- ilkin iddia tələbinin təmin edilməsinə dair hissədə ləğv edilsin. İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddianın təmin edilməməsinə dair hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2(106)-520/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-520/2023
04.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver