Məhkəmə qərarları › İş №2(106)-526/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-526/2023

06.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-526/2023 06.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X6 iştirakları ilə, Hacıqabul Rayon Məhkəməsinin 2(071)1048/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 aprel 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “uşağın himayəyə verilməsi və aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X12 onun himayəsinə verilməsi və xx.xx.2016cı il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X7 hər ay 170 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh ilə 2015-ci ildə faktiki nikaha girərək ailə qurmuşlar. Birgə faktiki nikahdan xx.xx.2016-cı il təvəllüdlü X19 və 25 fevral 2020-ci il təvəllüdlü X21 adlı iki uşağı doğulmuşdur. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(071)-73/2020 saylı qətnaməsi ilə onun xx.xx.2016-cı il təvəllüdlü X10 atası olması faktı müəyyən edilmiş və əvvəli 07 yanvar 2020-ci il tarixdən hesablanmaqla ondan xx.xx.2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(071)- 286/2020 saylı qətnaməsi ilə onun 25 fevral 2020-ci il təvəllüdlü X13 atası olması faktı müəyyən edilmiş və əvvəli 04 iyun 2020-ci il tarixdən hesablanmaqla ondan 25 fevral 2020- ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Cavabdeh 2021-ci ildə xx.xx.2016-cı il təvəllüdlü X4 olaraq saxlamaq üçün ona vermişdir. Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X12 ona verməsi barədə Hacıqabul İcra və Probasiya şöbəsində ərizəsi vardır. Hazırda uşaq onun himayəsindədir. O, hər ay 25 fevral 2020-ci il təvəllüdlü X2 üçün X14 170 manat aliment ödəyir. Cavabdeh isə xx.xx.2016-cı il təvəllüdlü X1 üçün ona aliment ödəmir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh və onun nümayəndəsi (atası) X11 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh və onun nümayəndəsi (atası) X16 məhkəmənin hazırlıq iclasında iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, qızı Cavabdeh hazırda ilə quraraq Bakı şəhərində yaşayır. 25 fevral 2020-ci il təvəllüdlü X21 hazırda onun himayəsində yaşasa da, Cavabdeh ailəsi 25 fevral 2020- ci il təvəllüdlü X17 övlad kimi qəbul edir. Cavabdeh xx.xx.2016- cı il təvəllüdlü X1 üçün aliment ödəməyə razı deyil, Cavabdeh qadın olduğundan İddiaçı ilə aralarında fərq olmalıdır. İddiaçı bir ata kimi övladına aliment ödəməlidir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Hacıqabul Rayon Məhkəməsinin 2(071)1048/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: V.Hacıyev), iddianın təmin edilməsi, tərəflərin faktiki nikahından doğulmuş övladı - xx.xx.2016-cı il təvəllüdlü X10 atası İddiaçı himayəsində saxlanılması, tərəflərin faktiki nikahından doğulmuş övladı - xx.xx.2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 170 (yüz yetmiş) manat aliment tutularaq İddiaçı ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1 və 78.2-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, məhkəmə tərəflərin faktiki nikahından doğulmuş övladı - xx.xx.2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 170 (yüz yetmiş) manat aliment tutularaq İddiaçı ödənilməsi, qətnamənin dərhal icra edilməsi hissəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Odur ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)1048/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qətnaməsinin X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 170 (yüz yetmiş) manat aliment tutularaq İddiaçı ödənilməsi, qətnamənin dərhal icra edilməsi hissəsində ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X18 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, izahatında Hacıqabul Rayon Məhkəməsinin 2(071)1048/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qətnaməsinin X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022ci il tarixdən başlayaraq Cavabdeh hər ay 170 (yüz yetmiş) manat aliment tutularaq İddiaçı ödənilməsi, qətnamənin dərhal icra edilməsi hissəsində ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini Hacıqabul Rayon Məhkəməsinin 2(071)1048/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş lakin cavabdeh apellyasiya icraatı zamanı iştirak etməmiş, iştirak etməməsinin səbəblərini qabaqcadan bildirməmişdir. Odur ki, MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayəti üzrə cavabdehin iştirakı olmadan baxılması məqsədə müvafiq hesab edilmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Cavabdeh Türkan X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 170 (yüz yetmiş) manat aliment tutularaq İddiaçı ödənilməsi, qətnamənin dərhal icra edilməsi hissəsində ləğv edilməsini mübahisələndirmişdir. Odur ki, kollegiya Hacıqabul Rayon Məhkəməsinin 2(071)1048/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qətnaməsini alimentin tutulması hissəsində Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi iddianın azyaşlı Cahidin atası İddiaçı oğlunun yanında qalması hissəsində düzgün nəticəyə gəlsə də, iddianın Cavabdeh azyaşı Cahidin saxlanılması üçün 170 manat alimentin tutulması hissəsində işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Məhkəmə iddia tələbinin aliment hissəsi üzrə təmin edərkən, cavabdehin alimenti ödəyə biləcək kifayət qədər imkanının olmaması və həmçinin Hacıqabul Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin yəni İddiaçı 2020-ci il təvəllüdlü Adəm Əliyevə görə 160 manat alimentin alınıb Cavabdeh verilməsini nəzərə almamışdır. Bununla da qətnamənin həmin hissədə apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Həmçinin “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndində göstərmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Hacıqabul rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2016-cı il tarixli AZ-İV 437408 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X19 xx.xx.2016-cı ildə Hacıqabul rayonunda doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(071)- 73/2020 saylı qətnaməsi ilə İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X10 atası olması faktı müəyyən edilmiş və əvvəli 07 yanvar 2020-ci il tarixdən hesablanmaqla İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(071)- 286/2020 saylı qətnaməsi ilə İddiaçı 25 fevral 2020-ci il təvəllüdlü X13 atası olması faktı müəyyən edilmiş və əvvəli 04 iyun 2020-ci il tarixdən hesablanmaqla İddiaçı 25 fevral 2020-ci il təvəllüdlü X13 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment və 50 manat əlavə xərcin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(106)- 2349/2020 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(071)-73/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 2-ci Udulu kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 243 nömrəli arayışdan müəyyən edilir ki, Əliyeva X9 rayonu 2-ci Udulu kəndində yaşayır və hazırda işləmir. İş materiallarında olan 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, X8 xx.xx.2022-ci ildə Bakı şəhərində doğulmuşdur, atası X5, anası Cavabdehdır Məhkəmə kollegiyası iddia tələbinin X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 170 (yüz yetmiş) manat aliment tutularaq İddiaçı ödənilməsi, qətnamənin dərhal icra edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir, Alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: • tərəflərin maddi və ailə vəziyyəti; • diqqətəlayiq digər hallar; • uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, həmçinin tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır.

1. Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir.

2. Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşağın hüquq və mənafeyi ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləmədən istər uşağın hüquq və mənafeyini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləməmişdir. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Birinci instansiya məhkəməsinin alimentin müəyyən edilməsi hissəsində nəticəyə gələrkən cavabdehin heç bir yerdə işləməməsi, onun yenidən ailə quraraq Bakı şəhərində yaşaması, İddiaçı ilə birgə nikahından doğulmuş Adəm Əliyevin onun himayəsində olması, həmçinin faktiki nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü Elnur Baxşəliyevin cavabdehin himayəsində olması nəzərə alınmamışdır. Belə ki, təyin edilmiş aliment cavabdeh tərəfindən ödənilə bilməsi mümkünsüzdür. Bu isə qəbul olunmuş qətnamənin gələcəkdə icra edilməsi üçün əsas maneədir. Digər tərəfdən birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ilə 2020-ci il tarixli qəbul edilmiş məhkəmə qətnaməsi arasında ziddiyyət təşkil edir. Belə ki, 2020ci il tarixli qətnamə ilə, İddiaçı uşağı Adəm Əliyevin saxlanması üçün ondan 160 manat aliment tutularaq Cavabdeh verilmişdir. Hazırda qəbul edilən qətnamə isə, əksinə Cavabdeh uşağı Cahid Əliyeva görə 170 manat aliment tutularaq İddiaçı verilmişdir. Belə olan halda isə cavabdeh 2020-ci il tarixli qətnamə ilə müəyyən edilmiş alimenti aldığı kimi eynilə iddiaçıya geri ödəmək məcburiyətində qalacaqdır. Başqa sözlə məhkəmə hazırkı iddianın təmin eməklə, faktiki olaraq hazırkı iddiaçının əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan alimetn öhdəliyində azad etmişdir. Bu isə heç bir halda uşağın mənafeyinə uyğun hesab oluna bilməz. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı “uşağın himayəyə verilməsi və aliment tutulması” tələbinə dair iddiası qismən təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin 2(071)1048/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qətnaməsi tərəflərin faktiki nikahından doğulmuş övladı - xx.xx.2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 170 (yüz yetmiş) manat aliment tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Cavabdehin apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 2040 (170x12) manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırda iddianın təmin olunmayan hissəsi isə 2040 manat təşkil etdiyindən və qətnamənin mübahisəndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamənin təmin olunmayan hissəsindən kassasiya şikayəti verə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402.1 və maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin 2(071)1048/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qətnaməsi tərəflərin faktiki nikahından doğulmuş övladı - xx.xx.2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 170 (yüz yetmiş) manat aliment tutularaq İddiaçı ödənilməsi və qətnamənin dərhal icra edilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. xx.xx.2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X7 hər ay 170 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi barədə iddiası təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar