Məhkəmə qərarları › İş №2(106)-527/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-527/2023

06.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-527/2023 06.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Sulddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********33 reyestr nömrəli 05 fevral 2021-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin Cavabdeh tərəfindən boşaldılması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(073)-533/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılmasına dair Cəlilabad Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(073)-533/2022 saylı qərardadından verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli 2(073)-533/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********33 reyestr nömrəli, 05 fevral 2021-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan 0,12 ha torpaq sahəsindən Cavabdeh çıxarılması tələbinə dair iddiası təmin edilərək cavabdehlər Cavabdeh **********33 reyestr nömrəli çıxarışa əsasən iddiaçı Ağayev Əliabbas Məşi oğlunun Cəlilabad rayonu Muğan kəndində mülkiyyətinə verilmiş 0,12 hektar həyətyanı torpaq sahəsindən çıxarılmaqla torpaq sahəsinin boşaldılması qət edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli 2(073)-533/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(073)-533/2022 saylı qərardadına əsasən apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, Cavabdeh apellyasiya şikayətində Müki Prosessual Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına riayyət etmədən, məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, istinad etdiyi konkret fakt və halları, habelə onları təsdiq edən (mübahisəli torpaq sahəsinədair mülkiyyət sənədi) sübutları, iş üçün əhəmiyyəti olan halları sübut edilməsinə və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməsinə dair dəlillərə münasibət bildirməmiş,məhkəmə trəfindən qəbul olunmuş qətnamənin ləğv edilməsi üçün əsas olan hansı maddi və prosessual hüquq normalarının pozulması, yaxud iddia tələbinə hüquqi əsas kimi hansı maddi hüquq normasının tətbiq edilməli olduğu halda tətbiq edilməməsini, prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərməmiş, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 361-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Cavabdeh Cəlilabad Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(073)-533/2022 saylı qərardadından şikayət verərək qərardadın ləğv olunmasını apellyasiya şikayətinin mümkün hesab edilərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(073)-533/2022 saylı qərardadına əsasən Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM-in 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(073)-533/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət əsaslıdır. Belə ki, MPM-in 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada (Məcəlləyə əlavə forma 2) verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;https://www.e-qanun.az/framework/46945 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini MPM-in 361-ci maddəsinin tələblərinə uyğun tərtib edilmədiyi üçün geri qaytarmışdır. Məhkəmə qərardadında göstərmişdir ki, apellyasiya şikayətinə Cavabdeh tərəfindən istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutları əlavə edilməmiş, apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə uyğun tərtib olunmamışdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Cavabdeh Cəlilabad Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(073)-533/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətini tədqiq edərək şikayətin Məcəllə ilə müəyyən olunan forma məzmuna uyğun tərtib edilməməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, hazırkı apellyasiya şikayəti Məcəllə ilə müəyyən olunan formada tərtib olunması ilə yanaşı, məzmun etibarı ilə də Məcəllənin tələblərinə uyğundur, yəni şikayət verən tərəf birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmamasının əsaslarını, maddi və prosessual hüquq normalarının pozulmasının, düzgün tətbiq edilməməsinin nədən ibarət olduğunu şikayətində öz mövqeyinə uyğun əsaslandırmış, istinad etdiyi konkret fakt və halları isə göstərilmişdir. MPM-in 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh şikayəti əsaslı olduğundan təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(073)-533/2022 saylı qərardadı ləğv edilməli, qətnamədən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilərək, baxılmasından ötrü sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 397.2, 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilsin. İddiaçı Cavabdeh qarşı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********33 reyestr nömrəli 05 fevral 2021-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan 0,12 ha torpaq sahəsindən Cavabdeh çıxarılması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(073)-533/2022 saylı qərardadı ləğv edilsin. Cəlilabad Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli 2(073)-533/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilsin və apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar