Məhkəmə qərarları › İş №2(106)-533/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-533/2025

25.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-533/2025 25.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), X3 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, tərəflərin iştirakı ilə, Lerik Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı torpağın zəbtdən azad edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus həyətyanı torpaq sahəsinə gedən avtomobil yolunun açılması və 0.12 ha torpaq sahəsinin Cavabdeh zəbtindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, 1967-cı ildə Lerik rayonunun Livədirqə kəndində anadan olmuş və hazırda həmin kənddə yaşayır. 1996-cı ildə Lerik rayonunun Livədirqə kəndində torpaq islahatı aparılmış, ona və ailə üzvlərinə JN:-0072 80309018 saylı dövlət aktı ilə torpaq sahəsi ayrılmışdır. Eyni zamanda onun həyətyanı torpaq sahəsinə gedişgəliş üçün avtomobil yolu ayrılmışdır. Lakin həmkəndlisi Cavabdeh uzun müddətdir ki, ona məxsus həyətyanı torpaq sahəsinin, yəni evinə gedən avtomobil yolunu bağlayıb və evinə gediş-gəlişi məhdudlaşdırıb. Bununla kifayətlənməyib ona və ailə üzvlərinə məxsus torpaq sahəsindən 0.12 ha hissəsini zəbt etmişdir. O, bununla bağlı cavabdehə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh bu əməllərindən əl çəkməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Lerik Rayon Məhkəməsinin (hakim A.Kiçibəyov) 24 iyun 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı yolun açılması və torpağın zəbtdən azad edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətdə göstərilir ki, Lerik rayon Livədirqə kənd sakini Cavabdeh tərəfindən Lerik rayon Livədirqə kənd Bələdiyyəsinin mülkiyyətində olan umumi istifadə olunan torpaq sahəsi evinə və pay torpağına gedən yolu zəbt edilmişdir. Bundan əlavə, evinə və pay torpağına gedən yol umumi istifadədə olan bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Cavabdehə aid deyil. Hazırda cavabdeh həmin yolu çəpərləmişdir. Evinə və pay torpağına alternativ yol yoxdur. İzahatlar Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, 1992-ci ildən orada yaşamışdır. İslahatdan sonra həmin yerdən ona 0.42 ha torpaq sahəsi verilmişdir. Onun cəmi torpaq sahəsi iki hissədən ibarətdir, belə ki, 0.42 ha-dan əlavə olan torpaq sahəsi 0.72 ha-dır. Cavabdeh həyətyanı torpaq sahəsinə gedən yolu zəbt etmişdir. Cavabdehin istifadəsində olan torpaq sahəsinə dair sənədi yoxdur. Mütəxəssis rəyi ilə razı deyil, rəy düzgün verilməyib, iddia edilən yolun üstündə cavabdeh qanunsuz olaraq tövlə tikmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, istifadəsində olan torpaq sahəsinin bütün sənədləri mövcuddur, həmin sənədləri məhkəməyə təqdim etmişdir. İddiaçının qeyd etdiyi tövlə ona məxsus olan 0.7 ha həyətyanı torpaq sahəsinin içərisindədir. İddiaçı özü pay torpaq sahəsində qanunsuz olaraq ev tikmişdir. Əsaslandırma Kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddiaçı birinci instansiya məhkəməsində 1,19 ha-dan ibarət pay torpaq sahəsinə dair Dövlət aktını təqdim etmişdir. xx.xx.2001-ci il tarixli, JN-0072, KOD 80309018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Lerik rayonu Livədirqə kənd sakini İddiaçı Fəyaz oğluna və onun ailə üzvlərinə Lerik rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 66 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 1.19 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. Eyni zamanda, iddiaçı yaşayış evi tikmək üçün ona 0,07 ha torpaq sahəsinin ayrılması barədə Lerik rayon XDS RH-nin 01 aprel 1994-cü il tarixli qərarının surətini təqdim etmişdir. Cavabdeh tərəf mülkiyyətində olan torpaq sahələrinə dair müvafiq hüquq müəyyənedici sənədləri təqdim etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Lerik rayonu Livadirqə kəndində yerləşən 1.1717 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2022-ci ildə daşınmaz əmlakın reyestr **********84 nömrəsi ilə, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmışdır. Bundan başqa, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən digər çıxarışından görünür ki, Lerik rayonu Livadirqə kəndində yerləşən 1.1508 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2022-ci ildə daşınmaz əmlakın reyestr **********91 nömrəsi ilə, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh və ailə üzvlərinin adına ümumi birgə mülkiyyət kimi qeydiyyata alınmışdır. Eyni zamanda, Lerik rayonu İcra hakimiyyəti başçısının 04 may 2004-cü il tarixli sərəncamı ilə Cavabdeh Lüvədiyyə bələdiyyəsi tərəfindən ayrılmış 0,07 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçının cavabdehə qarşı tələbi iki hissədən ibarətdir- həyətyanı torpaq sahəsinə gedən avtomobil yolunun açılması və 0,12 ha torpaq sahəsinin zəbtdən azad edilməsi. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin 1-ci hissəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Birinci instansiya məhkəməsi təqdim edilmiş sənədlər üzrə ekspertiza keçirmiş, müvafiq rəy alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 10 saylı Lənkəran Ərazi İdarəsinin rəyi əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarixli, 3- 16-16/2-10/9133 nömrəli ekspert rəyinə görə aşağıdakılar müəyyən edilmişdir: - İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 10 saylı Lənkəran Ərazi İdarəsinin 30 dekabr 2023-cü il tarixli, 3-21-3-43/2-3719/2023 nömrəli mütəxəssis rəyinə əsasən, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 66 saylı qərarına əsasən JN-72 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Livədirqə kəndi ərazisində yerləşən 1,19 ha pay torpaq sahəsinin iki hissədən (0.77 ha və 0.42 ha) ibarət olması müəyyən edilmişdir. Həmin 1,19 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0,42 ha hissəsinin yerləşməsi və 0,42 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Sözügedən 0,42 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun ümumi ölçüsü saxlanılmaqla öz əksini tapmışdır. - İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 10 saylı Lənkəran Ərazi İdarəsinin 30 dekabr 2023-cü il tarixli, 3-21-3-43/2-3719/2023 №-li mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemində araşdırma zamanı JN-72 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Livədirqə kəndi ərazisində yerləşən 1,19 ha pay torpaq sahəsinin mübahisəli ərazidəki 0,42 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən edilmişdir. Eyni zamanda araşdırma zamanı İddiaçı tərəfindən iddia olunan 0,12 ha ölçüdən ibarət torpaq sahəsinin Hüquqların Dövlət qeydiyyatı haqqımda daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (JN-63 nömrəli 'Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərində olan torpaq sahəsi olması müəyyən olunmamışdır. - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 10 saylı Lənkəran Ərazi idarəsinin 30 dekabr 2023-cü il tarixli, 3-21-3-43/2-3719/2023 №-li mütəxəssis rəyinə əsasən, İddiaçı və ailə üzvləri tərəfindən Lerik rayonu, Livədirqə kəndində həyətyanı torpaq sahəsi kimi iddia olunan 0,30 ha ölçüdən ibarət torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilməmiş və mövcud baza məlumatlarına əsasən araşdırma zamanı həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşməsi müəyyən edilmişdir. Araşdırma zamanı İddiaçı və ailə üzvləri tərəfindən Lerik rayonu, Livədirqə kəndində həyətyanı torpaq sahəsi kimi iddia olunan 0,30 ha ölçüdən ibarət torpaq sahəsinə faktiki vəziyyətdə avtomobil yolunun mövcud olmaması müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşmə yerini müəyyən etmək mümkün olmadığından gediş-gəliş yolunun haradan nəzərdə tutulduğunu da müəyyənləşdirmək mümkün olmamışdır. - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 10 saylı Lənkəran Ərazi idarəsinin 30 dekabr 2023-cü il tarixli, 3-21-3-43/2-3719/2023 №-li mütəxəssis rəyinə əsasən, İddiaçı və ailə üzvləri tərəfindən Lerik rayonu, Livədirqə kəndində istifadələrində olan həyətyanı torpaq sahəsinə gedən avtomobil yolu kimi iddia olunan yerdə mövcud baza məllumatlarında yol olması müəyyən edilməmiş və həmin ərazinin bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması müəyyən edilmişdir. Araşdırma zamanı İddiaçı tərəfindən yol kimi iddia edilən torpaq sahəsinin Cavabdeh faktiki istifadəsində və həmin torpaq sahəsi üzərində cavabdehə məxsus tövlənin mövcud olması müəyyən edilmişdir. İddiaçı şikayətində ekspert rəyi ilə razı olmadığını bildirdiyindən Şirvan Apellyasiya Məhkəməsinin 18 mart 2025-ci il tarixli qərardadı ilə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. İş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X7 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə aşağıdakılar müəyyən edilmişdir:

1. Lerik rayon Aqrar islahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 66 saylı qərarı əsasında JN-72 nömrəli ‘Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Livədirqə kəndi ərazisində yerləşən 1,19 ha pay torpaq sahəsinin iki hissədən (0,77 ha və 0,42 ha) ibarət olması müəyyən edilmişdir. Həmin 1,19 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0,42 ha hissəsinin (digər hissəsinin isə mübahisə predmeti olmaması müəyyən olunmuş) yerləşməsi və 0,42 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Sözügedən 0,42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan naturaya uyğun gəlməyən torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi və torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinə əsasən məhkəmə predmeti olan mübahisəli ərazi çevrəsində yerləşməsi, lakin ‘Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" sənədinin koordinatlarının tam həcmdə iddiaçı tərəfindən faktiki vəziyyətdə istifadə edilən torpaq sahəsinin koordinatları ilə üst- üstə düşməməsi müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq, Lerik rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək, həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Həmçinin İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan sözügedən 0,42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun, ümumi sahə ölçüsü saxlanılmaqla öz əksini tapmışdır. Lerik rayonu, Livədirqə sovxozunun xx.xx.1993-cü il tarixli, 2 nömrəli əmri ilə İddiaçı ayrılmış 0,07 ha (Lerik rayon X5 Rəyasət Heyətinin 01,04.1994-cü il tarixli, 7 nömrəli iclas protokolundan çıxarışa əsasən fərdi yaşayış evinin tikintisinə icazə verilmiş) torpaq sahəsinə dair torpaqayırma sxeminin (torpağın ayrılması barədə qərarın qəbul olunduğu vaxta dair) mülki iş sənədlərinə əlavə olunmaması və ya mövcud olmaması, xüsusilə də torpaq sahəsinin sənəd üzrə koordinatlarının mövcud olmaması səbəblərindən həmin 0,07 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur, İddiaçı və ailə üzvləri tərəfindən həyətyanı torpaq sahəsi kimi istifadə edilən torpaq sahəsinin ölçüsünün 0,30 ha olması məlum olmuşdur. Sözügedən 0,30 ha torpaq sahəsinin (faktiki koordinatlarına əsasən) mövcud baza məlumatlarına əsasən araşdırma zamanı bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlara aid ərazidə yerləşməsi müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (JN-63 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və xx.xx.2022-ci il tarixli, **********91 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü"nə əsasən Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərində olan 1,1508 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən 1,1508 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən “Torpaq sahəsinin planı və ölçüsü" sənədinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan naturaya uyğun gəlməyən torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi və həmin 1,1508 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına əsasən məhkəmə predmeti olan mübahisəli ərazi çevrəsində yerləşməsi, lakin “Torpaq sahəsinin planı və ölçüsü" sənədinin koordinatlarının tam həcmdə cavabdeh tərəfindən faktiki vəziyyətdə istifadə edilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur, (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq, Lerik rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək, həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Həmçinin Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərində olan sözügedən 1,1508 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun, hüquqmüəyyənedici sənəddə qeyd edilən sahə ölçüsündən az olmaqla (hüquqmüəyyənedici sənəd üzrə 1,1508 ha, Torpaqların elektron kadastr uçotu informasiya sistemində 1,0925 ha) öz əksini tapmışdır Lerik rayonu, Livədirqə bələdiyyəsinin 01 03.2004-cü il tarixli, 03 saylı qərarı ilə X2 həyətyanı məqsədilə ayrılmış 0,07 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinin ayrılmaz hissəsi olan torpaqayırma sxeminin sxematik və miqyassız tərtib olunması, torpaqayırma sxemində torpaq sahəsinin sərhədlərinin həndəsi ölçülərinin əks olunmaması və xüsusilə də torpaq sahəsinin sənəd üzrə koordinatlarının mövcud olmaması səbəblərindən həmin 0,07 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Cavabdeh və ailə üzvləri tərəfindən həyətyanı torpaq sahəsi kimi istifadə edilən torpaq sahəsinin ölçüsünün 0,18 ha olması məlum olmuşdur. Sözügedən 0,18 ha torpaq sahəsinin (faktiki koordinatlarına əsasən) mövcud baza məlumatlarına əsasən araşdırma zamanı bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlara aid ərazidə yerləşməsi müəyyən edilmişdir.

2. Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 66 saylı qərarı əsasında JN-72 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,42 ha (məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşən) pay torpaq sahəsinə mövcud baza məlumatlarına əsasən avtomobil yolunun mövcud olmaması müəyyən olunmuşdur. Lerik rayonu, Livədirqə sovxozunun xx.xx.1993-cü il tarixli, 2 nömrəli əmri ilə İddiaçı ayrılmış 0,07 ha (Lerik rayon X5 Rəyasət Heyətinin 01,04.1994-cü il tarixli, 7 nömrəli iclas protokolundan çıxarışa əsasən fərdi yaşayış evinin tikintisinə icazə verilmiş) torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Sözügedən həyətyanı torpaq sahəsinə (faktiki koordinatlarına əsasən) mövcud baza məlumatlarına əsasən avtomobil yolunun mövcud olmaması müəyyən olunmuşdur. İddiaçı və ailə üzvləri tərəfindən həm pay və həm də həyətyanı torpaq sahəsinə avtomobil yolu kimi iddia olunan torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması müəyyən edilmişdir. İddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan pay və həyətyanı torpaq sahəsinə faktiki vəziyyətdə və eləcə də iddia edilən yoldan başqa alternativ avtomobil yolunun mövcud olmaması müəyyən olunmuşdur. Faktiki vəziyyətdə İddiaçı və ailə üzvləri tərəfindən pay və həyətyanı torpaq sahəsinə piyada yolu kimi bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən (faktiki vəziyyətdə həmin yer kolluq və yarğandan ibarətdir) istifadə edilməsi müəyyən olunmuşdur. İddiaçı və ailə üzvləri tərəfindən avtomobil yolu kimi iddia edilən torpaq sahəsinin Cavabdeh faktiki istifadəsində olması və həmin torpaq sahəsi üzərində cavabdehə məxsus tövlənin mövcud olması müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7n Nizamnaməsinin 3.1.38-ci bəndinə əsasən məhkəmələr tərəfindən təyin edilən ekspertizanın aparılması ilə bağlı ödənişli əsaslarla daşınmaz əmlakın yerində müayinə olunması və mütəxəssis rəyinin verilməsi qurumun vəzifəsi olaraq müəyyən olunmuşdur. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Qanunun 6-cı maddəsinə görə dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 60-cı maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri dövlət orqanı kimi rəy vermək səlahiyyətinə malikdir və həmin rəylər dövlət orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən qərar qəbul edilməsi üçün əsas hesab oluna bilər. Ekspert rəyindən və mütəxəssis rəyindən göründüyü kimi, Lerik rayonu, Livədirqə kəndində iddiaçının və onun ailə üzvlərinin faktiki istifadələrində olan və həyətyanı torpaq sahəsi kimi istifadə etdikləri sahəyə gedən avtomobil yolu kimi iddia olunan yerdə mövcud baza məlumatlarında yol olması müəyyən edilməmiş və həmin ərazinin bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması müəyyən edilmişdir. Lerik rayonu, Livədirqə sovxozunun xx.xx.1993-cü il tarixli, 2 nömrəli əmri ilə İddiaçı ayrılmış 0,07 ha (Lerik rayon X5 Rəyasət Heyətinin 01,04.1994-cü il tarixli, 7 nömrəli iclas protokolundan çıxarışa əsasən fərdi yaşayış evinin tikintisinə icazə verilmiş) torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Sözügedən həyətyanı torpaq sahəsinə (faktiki koordinatlarına əsasən) mövcud baza məlumatlarına əsasən avtomobil yolunun mövcud olmaması müəyyən olunmuşdur. Kollegiya iş üzrə ekspert rəyini və yazılı sübut qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X7 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyini sübut olaraq qəbul edir. İş üzrə təqdim edilmiş sübutlara qiymət verərək Kollegiya belə qənaətə gəlir ki, iddiaçıya məxsus həyatyanı torpaq sahəsinə gedən avtomobil yolunun açılması və 0.12 ha torpaq sahəsinin Cavabdeh zəbtindən azad edilməsinə dair iddianı təmin etmək üçün əsas yoxdur. Beləliklə, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

QƏTETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(048)-131/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar