Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-537/2024 07.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, X14 oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış hüququ verilməklə yaşayış evinə köçürülmə və yardımçı tikilərdən istifadə qaydalarının müəyyən edilməsinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(020)-1762/2023 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq onun Beyləqan şəhəri General M.Əsədov küçəsi ev 152-də yerləşən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadəsində olan evə yaşamaq hüququ tanınmaqla evə köçürülməsi və evin yerləşdiyi həyətyanı torpaq sahəsi, torpaq sahəsində yerləşən yardımçı tikililər və kommunal xidmət sahələrinin ümumi istifadədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(020)-1762/2023 saylı qətnaməsi ilə (hakim Seyfəli Seyfullayev) iddia təmin edilərək İddiaçı və övladının Beyləqan şəhəri General M.Əsədov küçəsi ev 152-də yerləşən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadəsində olan evə yaşamaq hüququnun tanınması və həmin evə köçürülməsi, Beyləqan şəhəri General M.Əsədov küçəsi ev 152-də yerləşən evin yerləşdiyi həyətyanı torpaq sahəsi, torpaq sahəsində yerləşən yardımçı tikililər və kommunal xidmət sahələri ümumi istifadədə saxlanılması qət edilmişdir. Cavabdeh2 nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1998-ci il tarixdə Beyləqan şəhəri General M.Əsədov küçəsi ev 152-də doğulmuş və həmin evdə valideynləri ilə yaşamışdır. Orada məktəbə getmiş və orada böyümüşdür. Hazırda da həmin evdə qeydiyyatdadır. O, orada uzun müddət uşağı ilə yaşamışdır. Mütləq həmin evə köçürülməlidir. Yaşamağa başqa yeri yoxdur. O, cavabdehlərlə birlikdə uzun müddət həmin evdə yaşamışdır. Cavabdehlər hazırda həmin evdə yaşasa da, ona mübahisəli evdə yaşamağa və yardımçı tikililərdən istifadə etməyə imkan vermirlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən iddiaçının xüsusi mülkiyyətində olan mənzillə bağlı hər hansı bir hüququnun olmaması, Mülki Məcəllənin 228.2-ci maddəsinə tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirildiyi halda belə bir yazılı razılaşmanın olmaması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə tam və obyektiv araşdırılma aparmadan xüsusi mülkiyyətində olan 105.0 kv.m sahəsi olan mənzilinə sahiblik, istifadə və sərəncam vermək hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən ədalət mühakiməsi həyata keçirilərkən bir mülkiyyətçi kimi onun məhkəmə prosesində iştirakı təmin olunmamışdır. Bu da nəticədə düzgün olmayan qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. İş üzrə qətnamənin qəbul edildiyi vaxt adına Beyləqan şəhəri X15 küçəsində xüsusi mülkiyyətində 105.0 kv.m mənzilinin olmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən (reyestr nömrəsi **********70-05101- 093001, qeydiyyat nömrəsi ********** olan və qeydiyyat tarixi xx.xx.2021-ci il tarixli) çıxarışın olması da məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv olaraq araşdırılmamış, iddiaçının onun ailə üzvü olmaması və Beyləqan şəhəri X15 küçəsində xüsusi mülkiyyətində olan 105.0 kv.m sahəsi olan mənzilində pasport qeydiyyatında olmaması nəzərə alınmamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 xüsusi mülkiyyəti olan mənzilində razılığı əsasında yaşamaları və soyadının Məmmədova olması, adının Raziyyə olması və ata adının isə Vəli olması kimi hallara heç bir əhəmiyyət verilməmişdir. Cavabdeh2 izahatında bildirmişdir ki, Cavabdeh1 qaynı, Cavabdeh3 qayınanası, İddiaçı isə qaynı Səyyadın birinci nikahından olan qızıdır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ilə razı deyildir. Belə ki, mübahisəli ev öz adınadır və bu barədə ona Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq Çıxarış da verilmişdir. İddiaçı həmin evdə yalnız 5-6 yaşlarına qədər yaşamışdır. İddiaçı özü ailəli olub və hazırda boşanmışdır. Həmin evdə yaşamır və başqa yaşayış yeri var. İddiaçının məqsədi mənzilə köçdükdən sonra onlardan pul alıb getməkdir. Belə ki, ona 10000 manat məbləğində pul verəcəkləri təqdirdə, evlə bağlı iddiasından əl çəkəcəyini bildirmişdir. Mübahisəli ev 3 otaqlıdır və "xxxx" QSC-də ipoteka ilə yüklü ola-ola onu almışdır. Belə ki, evi qaynı başqa kredit götürüb girov qoymuşdu. Özü artıq 2009-dan bəri 15 ildir ki, həmin evdə yaşayır. Ərinın adı və soyadı Nemətli Siyavuşdur. Özü həmin evə gəlin gəlmişdir. O, evə gəlin gələn zaman iddiaçı orada yaşamamışdır. İddiaçı yalnız uşaq vaxtları orada bir neçə il qalmış, 2018-ci ilədək anası ilə birlikdə Beyləqan rayonunda başqa ünvanda yaşamışdır. İddiaçı 2018-ci ildə boşandıqdan sonra hamilə vəziyyətdə anası onu qəbul etmirdi deyə, mübahisəli evə gəlmiş və 2023-cü ilədək onlarla birlikdə yaşamışdır. 2023-cü ildə aralarında söz-söhbət yarandıqdan sonra iddiaçı evdən çıxıb getmişdir. Hazırda həmin evdə özü, əri Siyavuş, övladı və qayınanası yaşayır. Hazırda Cavabdeh1 onlarla yaşamır. İddiaçının həmin evə gəlməsini istəmir. Qeyd edir ki, mübahisəli evdə “X5” adlı şəxs olmamış və orada qeydiyyatda elə bir şəxs olmamışdır. Birinci instansiya məhkəməsi onun texniki səhv olaraq o cür qeyd etmişdir. Cavabdeh1 izahatında 23 aprel 2024-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh2 onun qardaşının həyat yoldaşı, Cavabdeh3 anası, İddiaçı isə qızıdır. Mübahisəli ev onun ata evidir. İddiaçı onun əvvəlki həyat yoldaşı X11 ilə birgə nikahlarındandır. İddiaçı həmin evdə uşaq yaşlarında, yəni 2-3 il yaşamışdır. Dilarə Nemətli ilə 16 il ailəli olmuşdur. 10 ildir ki, rəsmi nikahları pozulmuşdur. Özü yenidən ailə qurmamış və uzun müddət Rusiyada Federasiyasında yaşamışdır. Nikaha daxil olan vaxt bir müddət mübahisəli evdə yaşamış, sonra isə başqa mənzilə köçmüşlər. Ata evində qardaşı X8 və onun arvadı Cavabdeh2 əvvəldən yaşamışlar. Qeyd edir ki, o köçdüyü digər evdən çıxaraq Rusiyaya gedən zaman ikinci evi yoldaşına və qızına vermişdir. Dilarə xanımla aralarındakı razılığa əsasən evi ona verəcəyi təqdirdə, ona qarşı aliment tələbi olmayacaqdı. Qızı İddiaçı 2018-ci ildə ailəsindən boşanaraq onların evinə gəlib bir müddət orda qalmışdır. Ondan sonra o, pis yola düşmüş və yüngül həyat tərzini seçmişdir. Onun hazırkı halda onlarla yaşaması mümkün deyil, çünki iddiaçı mübahisəli mənzildə qalacağı təqdirdə, ata olaraq onun hərəkətlərinə qarşı dözümlülük göstərə bilməyəcəkdir. Hazırda ünvan 2 ünvanın Beyləqan şəhəri X12 küçəsi ev 152 ünvanı ilə eyni olub-olmadığını dəqiq bilmir. Məhkəmə iclasında Cavabdeh1 bildirmişdir ki, özü Rusiya Federasiyası vətəndaşı deyil və 94-cü ildən oranın vətəndaşlığından çıxmışdır. Qardaşı Siyavuşa məxsus evə gedib-gəlir. Qızı olan iddiaçı ilə əlaqəsi yoxdur, heç onun toyunda belə iştirak etməmişdir. Qızı boşandıqdan sonra ona bir valideyn kimi yazığı gələrək həmin evdə bir müddət yaşamasına etiraz etməmişdir. İddiaçı orada yaşayan müddətdə evə gec saatlarda gəlmiş və anası Mehribanı incitmişdir. Onun özü ilə də mübahisələri olmuş və bu zaman iddiaçı onun üstünə qayçı ilə hücum etmişdir. Mübahisə zamanı ünvanına əxlaqsız söyüşlər söymüş və onu təhqir etmişdir. Onun mübahisəli evə köçürülməsini istəmir. İddiaçının anasının evi boşdur və gedib orada yaşaya bilər. Ancaq onu anası belə qəbul etmir. İddiaçı izahatında bildirmişdir ki, 2-ci sinfə gedənədək mübahisəli evdə yaşamışdır. Türkiyədə yaşayan əmisi onlara yeni ev almış və həmin ev atası Səyyadın adına keçirilmişdir. Onlar yeni evə köçərək orada yaşamağa başlamışlar. Ata və anası ayrılmış, ev satılmış, onlar özlərinə məxsus payı götürmüşlər. 2005-2018-ci illərdə anası ilə başqa ünvanda yaşamışdır. 2018-ci ilin may ayında ailə qurmuş, iyul-avqust aylarında boşanaraq mübahisəli evə gəlmişdir. Həmin ilin dekabr ayında uşağı anadan olmuşdur. Anasının məsləhət gördüyü şəxsi sevməmiş, məcbur qalıb onunla evlənmişdir. Boşandıqdan sonra anası onu qəbul etməmişdir. O, məcbur qalıb Raziyyəyə məxsus evdə onlarla birlikdə 2023-cü ilədək birlikdə yaşamışdır. Onlarda olan müddət ərzində Raziyə ona yaxşı baxmışdır. Özü “Cahan” şirkətində reklam işində çalışır. Aylıq 500 manat əməkhaqqı alır. Bakı Dövlət Sosial və İqtisadi Kollecində qiyabi təhsil alır və hazırda təhsilini dondurmuşdur. Maddi vəziyyəti ağırdır və himayəsində azyaşlı uşaq var. Hal-hazırda ayrı ünvanda kirayə qalır. Məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən hüquqi savadsızlığa görə X4 yanlışlıqla “Cavabdeh2” olaraq qeyd etmiş və birinci instansiya məhkəməsi də qətnaməsini buna müvafiq olaraq qəbul etmişdir. 23 aprel 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv olunaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən Cavabdeh3 iştirakı olmadan Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(020)-1762/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan Beyləqan RİHB-nin Beyləqan şəhər İƏD nümayəndəliyinin verdiyi 2063 saylı xx.xx.2023-cü il tarixli və DİN-in Yaşayış yeri üzrə qeydiyyat haqqında 08.08.203-cü il tarixli ******* №-li arayışlardan görünür ki, İddiaçı xx.xx.2004-cü ildən Beyləqan şəhər General M.Əsədov küçəsi ev 152-də qeydiyyatdadır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********70-05101- 093001 reyestr nömrəli verilmiş çıxarışdan görünür ki, Beyləqan şəhəri X15 küçəsi mənzil 150 ünvanında yerləşən ümumi sahəsi 105.0 kv.m olan mənzil xüsusi mülkiyyət kimi Cavabdeh2 adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Alqı-satqı” müqaviləsindən görünür ki, satıcı "xxxx" QSC Beyləqan şəhəri X15 küçəsi mənzil 150 ünvanında yerləşən ümumi sahəsi 105.0 kv.m, yaşayış sahəsi 66.9 kv.m, yardımçı sahəsi 38.1 kv.m olan 3 otaqlı mənzili tam mülkiyyət üzrə 14000 manata alıcı Cavabdeh2 satmışdır. İş materiallarında olan Beyləqan RİHB Beyləqan şəhər İƏD nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli 1073 saylı Cavabdeh2 Beyləqan şəhəri R.Axundov küçəsi ev 30-da qeydiyyatdadır. İş materiallarında olan “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan xx.xx.2024-cü il tarixində əldə edilmiş çıxarışdan görünür ki, X2 şəhəri X15 küçəsi mənzil 150-də qeydiyyatdadır. İş materiallarında olan Beyləqan Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5- 37/2-296/2024 saylı və həmin orqanın Beyləqan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-3712/2142-2024 saylı sorğuya cavablarından görünür ki, Beyləqan şəhəri X15 küçəsi mənzil 150 ünvanı ilə Beyləqan şəhəri General M.Əsədov küçəsi ev 152 ünvanı eynidir. İddiaçı həmin ünvanda doğulmuş və qısa müddət yaşamışdır. Hazırda uzun müddətdir ki, İddiaçı həmin ünvanda yaşamır. Son qeydiyyat məlumatlarına əsasən İddiaçı Beyləqan şəhəri General M.Əsədov küçəsi ev 152 ünvanında daimi pasport qeydiyyatındadır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. MM-in 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1 ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Yəni, şəxsin yaşadığı evdən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsi bütün şəxslərə qadağan edilir. Qeyd edilən normanın mənasına görə hüquqi dövlətdə bütün məhrum etmələrin əsasında qanun dayanmalıdır. Odur ki, evə, özbaşına tikiliyə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: birincisi, şəxs köçmək istədiyi evdə yaşayıbmı; ikincisi, şəxs yaşadığı evdən məhrum edilibmi; üçüncüsü, məhrum edilmə qanunidirmi. Hazırkı işdə, həmin hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi uzun müddət evdə yaşayıb və hazırda həmin yaşadığı evdən qanunsuz məhrum edilib. İşdən də göründüyü kimi, mübahisəli evi iddiaçı 2018-ci ildə başqa şəxslə ailə quraraq könüllü tərk edib getmişdir. Kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, iş materiallarına görə 27 iyul 2021ci il tarixli Alqı-satqı müqaviləsi ilə mübahisəli Beyləqan şəhəri X15 küçəsi mənzil 150 "xxxx" QSC tərəfindən tam mülkiyyət üzrə 14000 manata Cavabdeh2 satılmış və Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 10 avqust 2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********70-05101-093001 reyestr nömrəli verilmiş çıxarışla xüsusi mülkiyyət əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır. Beyləqan Rayon İcra Hakimiyyətinin 06 may 2024-cü il tarixli 5-37/2-296/2024 saylı və Beyləqan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 03 may 2024-cü il tarixli 5- 3712/2142-2024 saylı məktublarına əsasən Beyləqan şəhəri General M.Əsədov küçəsi ev 152 ünvanı olaraq mübahisəli mənzil hazırda mövcud olan Beyləqan şəhəri X15 küçəsi mənzil 150 ünvanı ilə eynidir. Mənzilin 10 avqust 2021-ci il tarixdən Cavabdeh2 adına dövlət qeydiyyatına alınması onun həmin mübahisəli evə məhz həmin andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Hazırda qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən tərəflərin razılığı ilə yanaşı, eyni zamanda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarında əksini tapmış hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi yaşayış evinin 10 avqust 2021-ci il tarixdən xüsusi mülkiyyət hüququ əsasında dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alınması üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bundan başqa, kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Habelə həmin Məcəllənin 30.2-ci maddəsinin tələbinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Adıçəkilən normaların tətbiqi baxımından qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmədə hazırkı mülki işin mötəbər sübutlarla müəyyən edilmiş faktiki hallarına əsasən İddiaçı xüsusi mülkiyyət hüququ əsasında dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alınan evə köçmək istəsə də, mülkiyyətçi buna razı deyildir və yuxarıda qeyd edilən qanunvericilik aktlarına uyğun olaraq iddianın təmin edilməsi mümkün deyildir. Nəzərə alınmalıdır ki, Konstitusion və maddi hüquq normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən (əmlaka sahib olmaq, istifadə etmək və ona dair sərəncam vermək) birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(020)- 1762/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış hüququ verilməklə yaşayış evinə köçürülmə və yardımçı tikilərdən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Habelə, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(020)-1762/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış hüququ verilməklə yaşayış evinə köçürülmə və yardımçı tikilərdən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Həmin müddətdə qətnamədən şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-537/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-537/2024
07.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver