Məhkəmə qərarları › İş №2(106)-539/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-539/2023

29.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-539/2023 29.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X15 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçılardan İddiaçı1, Cavabdeh1, onun vəkili və eyni zamanda nümayəndəsi Vəkil, digər Cavabdeh2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Əlastan qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən istifadə edilməsinə törədilən maneənin aradan qaldırılması, inşa edilmiş tikililərdən çıxarılması və həmin tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 9 aprel 2021-ci il tarixli 2(020)-30/2021 saylı qətnaməsindən (hakim S.Seyfullayev) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Əlastan qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən istifadə edilməsinə törədilən maneənin aradan qaldırılması, inşa edilmiş tikililərdən çıxarılması və həmin tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən torpaq sahəsindən istifadə edilməsində maneçiliyin aradan qaldırılması, onlara məxsus Beyləqan şəhəri, M.Müşviq küçəsində 5-ci kvartalda (“Dostluq-qoyunçuluq sovxozun örüş sahəsi) zəbt olunmuş torpaq sahəsində Cavabdeh2 tərəfindən inşa edilmiş tikililərdən çıxarılması və həmin tikililərin cavabehin hesabına sökülməsini, onlara məxsus Beyləqan şəhəri, M.Müşviq küçəsində 5-ci kvartalda (“Dostluq-qoyunçuluq” sovxozun örüş sahəsi) zəbt olunmuş torpaq sahəsində Cavabdeh1 və onunla birgə yaşayan şəxslərin tikililərdən çıxarılması, həmin tikililərin cavabeh Cavabdeh1 hesabına sökülməsi, Cavabdeh1 onunla birgə yaşayan şəxslərlə birlikdə həmin torpaq sahəsindən çıxarılması, cavabdehlərdən dəymiş mənəvi zərərə görə hər birindən 4000 manat miqdarında pul vəsaitinin onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, Beyləqan şəhər ərazi nümayəndəliyinin 30 sentyabr 1994-cü il tarixli 6 saylı və 16 avqust 1993-cü ll tarixli 14 saylı sərəncamları ilə onlara 0.06 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahələrini müvəqqəti olaraq qohumları Famil Vəliyevə istifadəyə vermişlər (vəfat etmişdir). X1 İlqar Famil oğlu həmin torpaqdan istifadə edirdi. Bir müddətdən sonra Cavabdeh2 onlara məxsus torpağın bir hissəsini Cavabdeh1 satmışdır. Bir hissəsində isə özü ev tikmişdir. Bunları xəbər tutandan sonra onlar torpaq sahəsini boşaltmağı xahiş etsələr də, cavabdehlər buna məhəl qoymamışlar. Bundan sonra onlar Beyləqan Rayon Məhkəməsinə torpaq sahəsindən çıxarılması barədə iddia ilə müraciət etmişlər. Beyləqan Rayon Məhkəməsinin 10 yanvar 2018-cl il tarixil qətmaməsinə əsasən iddiaları təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsindin 30 iyun 2020-ci il tarixli qətnaməsi ilə Beyləqan Rayon Məhkəməsinin 10 yanvar 2018-ci ll tarixil qətnaməsi ləğv edilmiş və iddia qismən təmin olunaraq, Cavabdeh2 Beyləqan şəhəri, M.Müşvlq küçəsində 5-ci kvartalda ("Dostluq- qoyunçuluq” sovxozun örüş sahəsi) fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 0.06 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və X11 həmin ərazidə ev tikdiyi üçün torpaqdan çıxarılması təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsi işə baxarkən tiklnti-texniki və torpaqşünaslıq ekspertizası təyin etmiş, ekspertizanın aparılması "xxxx" MMC-nin mütəxəssislərinin iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və müvafiq rəy alınmışdır. Cəmiyyətin mühəndisi Hüseyn İsmayılovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər X12 və Cavabdeh1 məxsus hərəsi 0.06 ha torpaq sahəsi faktiki və sənəd üzrə üst-üstz düşmür. İkinci sual üzrə mütəxəssis rəyində göstərilmişdir ki, mübahisəli torpaq sahələrinin naturada faktiki yerləşməsi mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Üçüncü sual üzrə mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı2 Ələstan qızına və İddiaçı1 Ələstan qızına məxsus torpaq sahələrinin yerləşməsi mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. İddiaçı1 sənəd üzrə məxsus olan torpaq sahəsi hal-hazırda Cavabdeh1 tərəfindən zəbt edilərək qanunsuz tikinti işləri aparılmışdır. İddiaçı2 məxsus torpaq sahəsi hal-hazırda Cavabdeh2 qanunsuz istifadəsindədir. Dördüncü sual üzrə mütəxəssis rəyində göstərilmişdir ki, X8 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlar üzrə ayrılmış torpaq sahəsinin yerləşməsi mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Hal-hazırda sözügedən torpaq sahəsi digər şəxslər tərəfindən istifadə olunur. Beşinci sual üzrə-mütəxəssis rəyində göstərilmişdir ki, cavabdehlər tərəfindən inşa edilmiş tikililəri iddiaçılara aid torpaq sahələrində yerləşir. Altıncı sual üzrə mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı1 məxsus torpaq sahəsində Cavabdeh1 tərəfindən bir mərtəbəli fərdi yaşayış evi, talvar və əldamı tikilmişdir. Cavabdehlər məhkəmə mübahisəsi gedərkən həmin ərazidə tikinti işləri aparmışlar. Onların həmin torpaqdan çıxarılması yalnız tikintilərin sökülməsi ilə bağlı olmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək, iddia ərizəsi liə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Birinci instansiya məhkəməsində cavabdehlərdən Cavabdeh1 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib, izahatında göstərmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ona qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair iddia qaldırmışlar. O, heç bir torpaq sahəsini zəbt etməyib, ona və digər Cavabdeh2 Beyləqan şəhər Bələdiyyəsinin 30 sentyabr 2014-cü il tarixli 01 saylı və Beyləqan şəhər Bələdiyyəsinin 31 yanvar 2014-cü il tarixli 01 saylı qərarları ilə hər birinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində o, ev tikdirmiş və hazırda həmin evdə yaşayır. Beyləqan Rayon Məhkəməsinin 9 aprel 2021-ci il tarixli 2(020)-30/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin olunaraq, torpaq sahəsindən istifadə edilməsində maneçiliyin aradan qaldırılması, Cavabdeh2 Beyləqan şəhəri, M.Müşviq küçəsində 5-ci kvartalda (“Dostluq-qoyunçuluq sovxozun örüş sahəsi”) zəbt edilmiş torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikililərdən çıxarılması və həmin tiklilərin cavabdehin hesabına sökülməsi, Cavabdeh1 Beyləqan şəhəri, M.Müşviq küçəsində 5-ci kvartalda (“Dostluqqoyunçuluq” sovxozun örüş sahəsi”) zəbt olunmuş torpaq sahəsində cavabdehin və onunla birgə yaşayan şəxslər tərəfindən inşa edilmiş tikililərdən çıxarılması və həmin tikililərin cavabehin hesabına sökülməsi və onunla birgə yaşayan şəxslərlə birlikdə həmin torpaq sahəsindən çıxarılmaları, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 09 aprel 2021-ci İİ tarixli 2(020)-30/2021 qətnaməsi kobud pozuntulara yol verilməklə, bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, iş üçün əhəmiyyətli olan faktiki halların hərtərəfli araşdırılmaması ilə qəbul edildiyindən ləğv edilməlidir. Qətnamənin qanunsuzluğu və əsassızlığına dair dəlilləri aşağıdakılardan ibarətdir. Əvvəla və ən əsası qeyd edilməlidir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, yuxarıda qeyd edilən iddia tələbi icraata qəbul edilməməli idi. Bel ki, birinci instansiya məhkəməsi öz qətnaməsində də qeyd etdiyi, həmçinin, iş materiallarından da göründüyü kimi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Əlastan qızının cavabdehlər Cavabdeh2, X24 ooğlu və X8 qarsı “torpaq sahəsindən çıxarılma tələbinə dair” Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-24/2020 saylı 30 iyun 2020-ci il tarixli qətnaməsi (sədrlik edən Zəki Babayev) ilə iddia tələbi Cavabdeh2 münasibətdə qismən təmin olunmuş, digər cavabdehlər X17 və X13 münasibətdə təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh2 kassasiya şikayəti əsasında mülki işə Azərbayca Respublikası Ali Məhkəməlsində baxılmış, kassasiya şikayəti təmin edilməyərək, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)24/2020 saylı 30 iyun 2020-ci il tarixli qətnaməsi qanuni və əsaslı hesab edilərək, dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 qarşı qaldırılan iddia rədd edildiyinə görə, təbii olaraq onun tərəfindən kassasiya şikayəti verilməmişdir. Həmçinin, iddiaçılar da iddia tələbinin cavabdehə münasibətdə, özü də qismən təmin edilməsinə baxmayaraq, müvafiq qətnamədən kassasiya şikayəti verməmişlər. Deməli, Şirvan Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi bütün tərəflərə münasibətdə qanuni qüvvəyə minmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Cavabdeh1 qarşı tələb rədd edildiyi halda, həmin tələb üzrə yenidən eyni iddiaçı tərəfindən iddia qaldıırlması mülki prosessual qanunvericiliyə əsasən istisna edilir. Lakin, birinci instansiya məhkəməsi aşkar surətdə MPM-in 153 və 261-ci maddələrinin tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Cari mülki işə birinci instansiya məhkəməsində baxılarkən heç bir ekspertiza təyin edilməmiş, işə əvvəllər Şirvan Apellyasiya Məhkəməsində baxılarkən əldə edilmiş “mütəxəssis rəyinə" istinad edilmişdir. Əvvəla qeyd edilməlidir ki, işə Şirvan Apellyasiya Məhkəməsində baxılarkən dəfələrlə məhkəmə texniki-tikinti ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, lakin hər dəfə iddiaçıların mübahisə predmetinə dair hüquqi sənədləri mötəbər olmadığına görə tədqiqatın aparılması mümkün olmamışdır (ətraflı məlumat üçün şikayətə əlavə olunmuş Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə tanış oluna bilər). Dəfələrlə təyin edilmiş məhkəmə ekspertizaları zamanı iddiaçıların iddia etdiyi torpaq sahəsinə dair heç bir mötəbər hüquq müəyyən edici sənəd təqdim edə bilməməsinə baxmayaraq, yalnız sonuncu edilmiş ekspertiza zamanı belə bir sənəd təqdim etməsi də işin cavabdehlər tərəfindən mübahisə olunan hallarındandır. Belə ki, 09 iyun 2016-cı il tarixli ekspert rəyində qeyd umuşdur ki, “0.06 ha torpaq sahələrinin yerləşmə sxemləri (cizgiləri) yerin ayrılması zamanı həyətyanı torpaq sahələrinin təhkim edilməsi barədə aktları olmadığına görə/, iddiaçıların tələb etdiyi torpaq sahələrinin sərhədlərini müəvvən etmək mümkün olmadı”. Həmçinin, mülki işdə olan 24 noyabr 2017-ci il tarixli ekspert rəyindən görünür ki, “İddiaçı1 və İddiaçı2 Əlastan qızının tələb etdikləri torpaq sahələrinin sxemləri torpaq qanunvericiliyinə uyğun tərtib olunmadığına, torpaq sahələrinin ayrılması barədə təhkim aktları və ayrılmış torpaq sahələrinin kecmis DTXK-nin Beyləqan ravon şöbəsi tərəfindən təsdiq edilmədiyinə görə, cavabdehlər X6 və Cavabdeh1 istifadə etdikləri torpaq sahələri ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, Şirvan Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsindən görünür ki, 06 mart 2019-cu il tarixdə ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş 26 fevral 2019-cu il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, “Beyləqan şəhər Bələdiyyəsinin 30 sentyabr 2014-cü il tarixli 01 saylı qərarına əsasən Cavabdeh1 fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsində normadan artıq istifadə etmə halı yoxdur.” Yenə həmin mütəxəssis rəyinin məzmunundan görünür ki, iddiaçılara ayrılmış (torpaq sahələrinin Beyləqan rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri tərəfindən təsdiq olunmuş sxemlərinin (çizgilərinin) miqyası və “Xan qızr” kanalından hansı məsafədə yerləşməsini əks etdirən göstəricilər olmadığından, iddiaçıların iddia etdikləri torpaq sahələrinin cavabdehlərin istifadələrində olan torpaq sahələri ilə üst-üstə düşmə faktı müəyyən olunmamışdır. Həmçinin, iş materiallarında olan 26 iyun 2020-ci il tarixli Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş məktubdan görünür ki, Beyləqan rayon sakinləri İddiaçı1 və İddiaçı2 Əlastan qızının adına həyətyanı torpaq sahəsinin olubolmaması barədə nümayəndəlikdə heç bir rəsmi məlumat yoxdur. Həmçinin, ƏMDK yanında DƏDRX-in 6 saylı Beyləqan Ərazi İdarəsindən daxil olmuş 29 iyun 2020-ci il tarixli məktubdan görünür ki, Abbasova X9 və İddiaçı2 Əlastan qızının adına Beyləqan şəhəri ərazisində yerləşən hər hansı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması brədə məlumat aşkar edilməmisdir. Belə olan təqdirdə, 27 aprel 2020-ci il tarixli ekspert rəyinin hansı hüquqmüəyyənedici sənədin tədqiqi əsasında qəbul edilməsi işin mübahisə olunan halıdır. İş materiallarından da görünür ki, mübahisəli torpaq sahəsi iddiaçıların qeyd etdiyi Cavabdeh2 tərəfindən Cavabdeh1 satılmamış, Cavabdeh1 tərəfindən zəbt edilməmiş, həmin torpaq sahəsi Beyləqan şəhər Bələdiyyəsinin 30 sentyabr 2014-cü il tarixli 01 saylı qərarına əsasən Cavabdeh1 fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış, həmçinin, Cavabdeh1 torpaq üzərində mülkiyyət hüququnun qanunvericiliklə nüəyyən olunmuş qaydada DƏDRX-də qeydiyyata alınaraq, Dövlət reyestrindən çıxarışın verilməsi DƏDRX-in Beyləqan Ərazi İdarəsindən xahiş edilmişdir. Göründüyü kimi, iddiaçılar tərəfindən Cavabdeh1 qarşı qaldırılan iddianın nə maddi, nədə prosessual əsası olmasada, birinci instansiya məhkəməsi müvafiq hüquq normalarını pozaraq, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Apellyasiya instansiya məhkəməsində əvvəlki icraat. Şirvan Apellyasiya Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli 2(106)-2776/2021 saylı qətnaməsi (hakimlər N.Mirzəyev, Z.Allahyarov və S.Mayılov) ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, Beyləqan Rayon Məhkəməsinin 9 aprel 2021-ci il tarixli 2(020)-30/2021 saylı qətnaməsi qismən, Cavabdeh1 Beyləqan şəhəri, M.Müşviq küçəsində 5-ci kvartalda (“Dostluq-qoyunçuluq” sovxozun örüş sahəsi”) zəbt olunmuş torpaq sahəsində cavabdeh və onunla birgə yaşayan şəxslər tərəfindən inşa edilmiş tikililərdən çıxarılması və həmin tikililərin cavabehin hesabına sökülməsi və onunla birgə yaşayan şəxslərlə birlikdə həmin torpaq sahəsindən çıxarılması hissəsində ləğv edilmiş və həmin hissədə iddia qismən təmin edilərək, Cavabdeh1 Beyləqan şəhəri, M.Müşviq küçəsində 5-ci kvartalda (“Dostluq-qoyunçuluq” sovxozun örüş sahəsi”) İddiaçı1 Ələstan qızına məxsus 0.06 ha torpaq sahəsində inşa edilmiş tikililərdən və torpaq sahəsindən həmin tikililərin Cavabdeh1 hesabına sökülməklə çıxarılması qət edilmişdir. d) Kassasiya instansiya məhkəməsində icraat. Şirvan Apellyasiya Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli 2(106)-2776/2021 saylı qətnaməsi Cavabdeh1 tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2022-ci il tarixli 2(102)- 6208/2022 saylı qərarı (hakimlər İ.Şəfiyev, V.Həsənov və Ə.Əhmədov) ilə kassasiya şikayəti təmin olunaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş və iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. e) Kasasiya instansiyası məhkəməsinin göstərişləri. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə ləğv edib, işi ləğv edilən hissədə yeni apellyasiya baxışına göndərən kassasiya instansiya məhkəməsinin Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə müvafiq olaraq işə yenidən baxan məhkəmə üçün məcburi göstərişləri aşağıdakılardan ibarət olmuşdur: Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsinin tələbinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir; Qanunun bu tələbi, mülki prosesin vacib mərhələsi olan sübutların qiymətləndirilməsinin predmeti ilə bilavasitə əlaqəlidir. MPM-in 88-ci maddəsinin tələbinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Bu baxımdan, məhkəmələrin sübut kimi istinad etdiyi bütün sənədlər kserosurət olmaqla, MPM-in 89.3-cü maddəsinin tələblərinə cavab vermir; Bundan başqa, məhkəmələr iddianı təmin edərkən, bundan əvvəl baxılmış mülki işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2020-ci il tarixli rəyinə əsaslanmışdır. Həmçinin məhkəmə MPM-nin 82.3-cü maddəsinə istinad etmişdir; Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarı); Nəzərə alınmalıdır ki, kassatorun cavabdeh olduğu əvvəlki mülki işdə ona qarşı iddia tələbi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2020-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdı. Bu halda, Cavabdeh1 həmin qətnamədə müəyyən olunmuş və onun mənafelərinə zidd olan halları kassasiya qaydasında mübahisələndirə bilməzdi; Çünki MPM-nin 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər; Qeyd olunan mülki işdə Cavabdeh1 qarşı iddia təmin olunmamışdı və buna görə də həmin qətnamədən şikayət vermək hüququ yox idi. Bu halda, Cavabdeh1 iddiaçının torpaq sahəsini zəbt etməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunan halın, hazırki işə baxılanda preyudisial təsirə malik olmasını məhkəmə əsaslandırmalı idi. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2016-cı il tarixli rəyində də Cavabdeh1 istifadəsində olan torpaq sahəsi ilə üstüstünə düşməsini müəyyən etmək mümkün olmamışdır (səh. 62-63); Həmin rəyin verildiyi mülki iş üzrə hansı qərar qəbul edilməsi, qəbul olunmuşdursa hazırda baxılan işə təsiri iş materialları ilə müəyyən edilmir; Bundan başqa, mülki iş materiallarında olan (səh. 123), Cavabdeh1 tərəfindən təqdim olunmuş 19 aprel 2021-ci il tarixli aktdan görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-X10 Layihə-Tədqiqat İdarəsinin mühəndisi, DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinin mühəndisi tərəfindən Beyləqan bələdiyyəsinin nümayəndələri ilə Beyləqan bələdiyyəti tərəfindən Cavabdeh1 mülkiyyətinə verilməsi nəzərdə tutulan torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı inventarlaşdırma (çöl ölçmə) işləri əsasında müəyyən edilmişdir ki, torpaq sahəsinin faktiki vəziyyətə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları elektron məlumat bazası ilə eyniləşdirilməklə **********0448 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə üst-üstə düşməsi aşkar edilib. Bu hal, qeyd olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsinin faktiki vəziyyətə uyğun olmaması səbəbindən yaranır. Faktiki vəziyyətdə hər hansı bir üst-üstə düşmə halı mövcud deyil. Torpaq sahəsi üzərində tikinti işləri aparılmışdır. Beləliklə 0.06 ha torpaq sahəsi üzərində faktiki vəziyyətə uyğun Beyləqan rayon bələdiyyətinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədəuyğun hesab edilir; Apellyasiya instansiyası məhkəməsi həmin sənədə qiymət verməmişdir; Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsi məhkəmə qətnaməsinin qanuni və əsaslı olmasını tələb edir; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun; Cavabdeh1 apelyasiya dəlilləri apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılıb qiymət verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərarları); Məhkəmə qərarlarının əsaslandırılması barədə tələb məhkəmə qərardadlarına da aiddir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddənin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir; Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36); Göründüyü kimi Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 1- ci bəndində yer alan “işin ədalətli araşdırılması” anlayışı hakimlərdən tələb edir ki, qərarlarını əsaslandırsınlar. Qərarların əsaslandırılmasının funksiyalarından biri tərəflərə onların fikirlərinin dinlənildiyini nümayiş etdirməkdir. Bundan əlavə, əsaslandırılmış qərar iş üzrə tərəfin həmin qərardan şikayət etməsinə və şikayətə apellyasiya orqanı tərəfindən baxılmasına imkan verir. Yalnız əsaslandırılmış qərarın çıxarılması ədalət mühakiməsinin həyata keçirilməsi üzərində ictimai nəzarətə imkan yaradır. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndəsinin vəsatətinin rədd olunmasını əsaslandırmamışdır; Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları sonadək tam, hərtərəfli araşdırmamış, MPM-in 88, 217, 218, 372.1ci maddələrinin tələblərinə riayət edilməmişdir. Ona görə də, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir; İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh1, onun vəkili və eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahatlar verərək təmin olunmasını xahiş etdilər. Məhkəmədə digər Cavabdeh2 apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçılardan İddiaçı1 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını və birinci isntansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, torpaqayırma sənədlərinin əsilləri özlərindədir, hazırda gətirmədiyi üçün məhkəmə kollegiyasına təqdim edə bilmir. Bundan başqa digər mülki işə baxılarkən torpaqayırma sənədlərinin müvafiq qaydada təsdiq olunan surətlərini məhkəməyə təqdim etmişlər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər İddiaçı2 Əlastan qızı məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsi vasitəsilə təmsil olunmamışdır və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsinin məcburi göstərişləri nəzərə alınaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı Cavabdeh1 münasibətdə, apellyasiya baxışının predmetini təşkil edən “Cavabdeh1 Beyləqan şəhəri, M.Müşviq küçəsində 5-ci kvartalda (“Dostluq-qoyunçuluq” sovxozun örüş sahəsi”) zəbt olunmuş torpaq sahəsində cavabdehin və onunla birgə yaşayan şəxslər tərəfindən inşa edilmiş tikililərdən çıxarılması və həmin tikililərin cavabehin hesabına sökülməsi və onunla birgə yaşayan şəxslərlə birlikdə həmin torpaq sahəsindən çıxarılmaları” hissələrdə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş Beyləqan rayon X16 İcraiyyə Komitəsinin 27 mart 1989cu il tarixli icrakom iclasının qərarından çıxarışın kserosurətindən görünür ki, İddiaçı1 valideyinlərindən ayrılıb ayrı təsərrüfata keçirilməsinə dair ərizəsi nəzərə alınaraq, təmin edilmişdir. İş materiallarında olan, Beyləqan rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhər ərazi nümayəndəliyinin 16 avqust 1993-cü il tarixli 14 saylı qərarının çıxarışın kserosurətindən görünür ki, İddiaçı1 Ələstan qızına Beyləqan şəhəri ərazisindən 5-ci kvartaldan (“Dostluq-qoyunçuluq” sovxozunun örüş sahəsi) fərdi yaşayış evinin tikilməsi üçün 0.06 ha torpaq sahəsi ayrılmış, torpaq sahəsinin onun adına təhkim olunması rayon İcra Hakimiyyəti aparatının Tikinti və memarlıq şöbəsinə həvalə edilmişdir. Torpaq sahəsi ayrılan zaman cizgisinin tərtib edilməsinə, həmçinin yerində təhkim edilməsinə dair işdə sübutlar mövcud deyildir, yalnız sonrakı tarixdə latın qrafikalı əlifbada tərtib edilərək Beyləqan rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Q.M.Bəşirov tərəfindən təsdiq edilmiş torpaq sahəsinin baş planı eskizinin kserosurəti iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan Bələdiyyəsinin “Torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə” 30 sentyabr 2014-cü il tarixli iclas protokolunun 01 nömrəli qərarından çıxarışın kserosurətindən görünür ki, Cavabdeh1 fərdi yaşayış evinin tikintisi məqsədilə 5-ci məhəllə ərazisində yaşayış məntəqəsi altında olan bələdiyyənin ehtiyat fondundan 0.06 ha torpaq sahəsinin ayrılması qanuna müvafiq hesab edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsindən xahiş edilmişdir ki, satılması nəzərdə tutulmuş torpaq sahəsinin normativ qiyməti barədə müvafiq arayışın və “Torpaq sahəsinin Plan və Ölçüsü” sənədinin hazırlanmasına köməklik göstərsin. İş materiallarına əlavə edilmiş iddiaçılar İddiaçı2 Əlastan qızı və İddiaçı1 cavabdehlər X12, Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiaları üzrə Beyləqan Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli 2(020)-01/2018 saylı qətnaməsindən görünür ki, Beyləqan şəhər ərazi nümayəndəliyinin 30 sentyabr 1994-cü il tarixli 06 saylı və 16 avqust 1993-cü il tarixli 14 saylı sərəncamları ilə hər birinə ayrılmış 0.06 ha torpaq sahələrinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəsis, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2017-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı2 Əlastan qızı və İddiaçı1 tələb etdikləri torpaq sahələrinin sxemləri “Torpaq qanunvericiliyinə” uyğun tərtib olunmadığına, torpaq sahələrinin ayrılması barədə təhkim aktları və ayrılmış torpaq sahələrinin keçmiş DTXKnin Beyləqan rayon şöbəsi tərəfindən təsdiq edilmədiyinə görə, cavabdehlər X7 və Cavabdeh1 istifadə etdikləri torpaq sahələri ilə üst-üstə düşməsini müəyyən etmək olmamışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı2 Əlastan qızına Beyləqan rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhər ərazi nümayəndəliyinin 30 sentyabr 1994-cü il tarixli 6 nömrəli sərəncamı ilə ayrılmış 0.06 ha və İddiaçı1 Beyləqan rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhər ərazi nümayəndəliyinin 16 avqust 1993-cü il tarixli 14 nömrəli sərəncamı ilə ayrılmış 0.06 ha torpaq sahələrinin yerləşmə sxemlərinin (cizgilərinin) miqyası və ölçüləri qeyd olunmamışdır. Ona görə də, onların iddia etdikləri torpaq sahələrinin sərhəddini təyin etmək mümkün olmamışdır. Mübahisəli torpaq sahəsindən Beyləqan Bələdiyyəsinin 30 sentyabr 2014-cü il tarixli 01 saylı qərarı ilə Cavabdeh1 0.06 ha və Beyləqan Bələdiyyəsinin 31 yanvapr 2014-cü il tarixli 01 saylı qərarı ilə X8 0.06 ha torpaq sahələri ayrılmışdır. Ona gərə də, qeyd olunan torpaq sahəsinin zəbt olunması faktı müəyyən olunmamışdır. Məhkəmə iddianı rədd etmişdir. İş materiallarında olan Beyləqan rayon Beyləqan bələdiyyəsi tərəfindən verilmiş 18 yanvar 2018-ci il tarixli 06 nömrəli arayışın surətindən görünür ki, XDS icrayyə komitəsinin 16 avqust 1994-cü il tarixli qərarına əsasən şəhərin 05-ci məhəlləsində İddiaçı2 Ələstan qızına 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Hal-hazırda həmin torpaq sahəsi şəxsi pay torpağı olmaqla vətəndaşa məxsusdur. İş materiallarında olan Beyləqan rayon Beyləqan bələdiyyəsi tərəfindən verilmiş 18 yanvar 2018-ci il tarixli 07 nömrəli arayışın surətindən görünür ki, XDS icrayyə komitəsinin 16 avqust 1994-cü il tarixli qərarına əsasən şəhərin 05-ci məhəlləsində İddiaçı1 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Hal-hazırda həmin torpaq sahəsi şəxsi pay torpağı olmaqla vətəndaşa məxsusdur. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 30 iyun 2020-ci il tarixli 2(106)-24/2020 saylı qətnaməsindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli 2(020)-01/2018 saylı qətnaməsi iddiaçılar İddiaçı2 Əlastan qızı və İddiaçı1 tərəfindən apellyasiya qaydasında mübahisələndirilmişdir. Apellyasiya baxışı zamanı 14 iyun 2018-ci il tarixli qərardadla iş üzrə təkrar məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Təyin olunan ekspertiza üzrə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26 fevral 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən araşdırılmanın nəticəsi olaraq aşağıda qeyd olunanlar müəyyən edilmişdir: 1. Beyləqan şəhər ərazi nümayəndəliyinin 16 avqust 1993-cü il tarixli 14 saylı qərarına əsasən İddiaçı1 Ələstan qızına Beyləqan şəhəri, M.Müşfiq küşəsində 5-ci kvartaldan (“Dostluqqoyunçuluq” sovxozunun örüş sahəsi) fərdi yaşayış evinin tikilməsi ücün ayırlmış 0.06 ha torpaq sahəsi, həmşinin Beyləqan şəhər ərazi nümayəndəliyindən 30 sentyabr 1994-cü il tarixli 6 saylı qərarına əsasən isə İddiaçı2 Ələstan qızına Beyləqan şəhəri. M.Müşfiq küşəsində 6-ci kvartaldan (”Dostluq-qoyunçuluq” sovxozunun örüş sahəsi) fərdi, yaşayış evinin tikilməsi ücün ayrılmış 0.06 ha torpaq sahəsi ilə, Beyləqan şəhər Bələdiyyəsinin 31 yanvar 2014-cü il tarixli 01/01 saylı qərarı ilə X8 fərdi yaşayış evinin tikilməsi ücün ayrılmış 0.06 ha torpaq sahəsi və Beyləqan şəhər Bələdiyyəsinin 30 sentyabr 2014-cü il tarixli 01 saylı qərarına əsasən Cavabdeh1 fərdi yaşayış evinin tikilməsi ücün ayrılmış 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək üçün araşdırma aparılmışdır. Araşdırma aparılan zamanı müəyyən olunmuşdur ki, Beyləqan rayon icra Hakimiyyəti Başçısının Beyləqan şəhər ərazi nümayəndəliyinin 16 avqust 1993-cü il tarixli 14 nömrəli qərarına əsəsən İddiaçı1 Ələstan qızına 0.06ha və Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhər ərazi nümayəndəliyinin 30 sentyabr 1994-cü il tarixli 6 nömrəli qərarına əsasən İddiaçı2 Ələstan qızına 0.06 ha ayrılmış torpaq sahələrinin Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Memarlıq və Tikinti şöbəsinin müdiri tərəfindən təsdiq olunmuş sxemlərinin (çızgilərinin) miqyası və “Xan qızı” kanalından hansı məsafədə yerləşməsini əks etdirən göstəriciləri qeyd olunmamışdır. Ona görə də İddiaçı1 Ələstan qızı və İddiaçı2 Ələstan qızının iddia etdikləri torpaq sahələrinin X7 və Cavabdeh1 istifadələrində olan torpaq sahələrinin üst-üstə düşməsini müəyyən etmək mümkün olmadı. 2. İddiaçı1 Ələstan qızı və İddiaçı2 Ələstan qızının torpaq sahələrinin əraziləri qərardadın 1-ci sualının cavabında qeyd olunan səbəblərə əsasən müəyyən olunmadığına görə, onların torpaq sahələrinin koordinatlarını təyin etmək mümkün olmadı. Cavabdehlər X7 və Cavabdeh1 istifadələrində olan həyətyanı torpaq sahələrinin koordinatları tərtib olunmuş ölçü planında qeyd olunmuşdur. 3. İddiaçılar İddiaçı2 Ələstan qızının və İddiaçı1 Ələstan qızının iddia etdikləri hər biri 0.06 ha-dan ibarət torpaq sahələrinin Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Memarlıq və Tikinti şöbəsinin müdiri tərəfindən təsdiq olunmuş sxemlərinin (cizgilərinin) miqyası və “Xan qızı” kanalından hansı məsafədə yerləşməsini əks etdirən göstəricilərin qeyd olunmaması səbəbindən sənəd üzrə və faktiki olaraq hansı ərazidə yerləşməsini təyin etmək mümkün olmadı. 4. Beyləqan şəhər Bələdiyyəsinin 31 yanvar 2014-cü il tarixli 01/01 saylı qərarı ilə X8 fərdi yaşayış evinin tikilməsi ücün ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin ərazisində X12 tərəfindən normadan artıq 0.03 ha torpaq sahəsi istifadə edilir. Beyləqan şəhər Bələdiyyəsinin 30 sentyabr 2014-cü il tarixli 01 saylı qərarına əsasən Cavabdeh1 fərdi yaşayış evinin tikiliməsi ücün ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsində normadan artıq istifadə etmə halı yoxdur. 5. Qərardadın 1-ci sualının cavabında qeyd olunan səbəblərə görə cavabdehlər tərəfindən inşa edilmiş tikililərin iddiaçılara aid torpaq sahəsində yerləşməsini təyin etmək mümkün olmadı. 6. Mübahisə olunan torpaq sahələrində cavabdehlər X12 və Cavabdeh1 tərəfindən inşa edilmiş yaşayış evləri mövcuddur. İddiaçılar İddiaçı1 Ələstan qızı və İddiaçı2 Ələstan qızının torpaq sahələrinin sərhədlərini mülki işin içərisində olan sənədlərə əsasən təyin etmək mümkün olmadığı üçün, ancaq cavabdehlər X12 və Cavabdeh1 istifadələrində olan həyətyanı torpaq sahələrinin əraziləri ölçülərək planları tərtib olunmuşdur. Sonrakı mərhələlərdə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumat daxil olduğundan apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən təkrar məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin olunmuş, aparılması "xxxx" MMC-nin mütəxəsislərinin iştirakı ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mühəndisi Hüseyn İsmayılovun tərtib etdiyi mütəxəssis rəyində və həmin rəyi olduğu kimi təkrarlayan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə məhkəmə tikinti-texniki ekspertizasının 27 aprel 2020-ci il tarixli 10/448 saylı rəyindən görünür ki, iddiaçılar İddiaçı2 Ələstan qızına və İddiaçı1 Ələstan qızına, cavabdehlər X8 və Cavabdeh1 məxsus hərəsi 0.06 ha torpaq sahəsi faktiki və sənəd üzrə üst-üstə düşmür. Mübahisəli torpaq sahələrinin naturada faktiki yerləşməsi mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. İddiaçı2 Ələstan qızına və İddiaçı1 Ələstan qızına məxsus torpaq sahələrinin yerləşməsi mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. İddiaçı1 Ələstan qızına sənəd üzrə məxsus olan torpaq sahəsi hall-hazırda X18 tərəfindən zəbt edilərək qanunsuz tikinti işləri aparılmışdır. İddiaçı2 Ələstan qızına məxsus torpaq sahəsi hal-hazırda Cavabdeh2 qanunsuz istifadəsindədir. X8 DT və XK-nin tərtib etdiyi torpaq sahəsinin planı və ölçüsündə göstərilən kordinatlar üzrə ayrılmış torpaq sahəsinin yerləşməsi mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Hal-hazırda sözügedən torpaq sahəsi digər şəxslər tərəfindən istifadə olunur. Cavabdehlər tərəfindən inşa edilmiş tikililər iddiaçılara aid torpaq sahələrində yerləşir. İddiaçı1 Ələstan qızına məxsus torpaq sahəsində Cavabdeh1 tərəfindən bir mərtəbəli fərdi yaşayış evi, talvar və əl damı tikilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 30 iyun 2020-ci il tarixli 2(106)-24/2020 saylı qətnaməsi ilə iddiаçılar İddiaçı2 Ələstan qızı və İddiaçı1 Ələstan qızının apellyasiya şikayəti təmin olunmuş, iş üzrə Beyləqan Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli 2(020)-01/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq iddia qismən təmin edilmiş, Cavabdeh2 iddiаçı İddiaçı2 Ələstan qızına məxsus Beyləqan şəhəri, M.Müşfiq küçəsində 5-ci kvartalda (“Dostluq-qoyunçuluq” sovxozunun örüş sahəsi) fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 0.06 ha torpaq sahəsindən çıxarılması, iddia tələbinin cavabdehlər X12 və Cavabdeh1 münasibətdə təmin olunmaması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 fevral 2021-ci il tarixli 2(102)-333/2021 saylı qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 30 iyun 2020-ci il tarixli 2(106)-24/2020 saylı qətnaməsi yalnız Cavabdeh2 tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş,kassasiya şikayəti təmin olunmayaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 19 iyun 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı2 Ələstan qızına və İddiaçı1 Ələstan qızının adına Beyləqan şəhəri ərazisində yerləşən hər hansı həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 26 iyun 2020-ci il tarixli 74 nömrəli məktubundan görünür ki, İddiaçı2 Ələstan qızına və İddiaçı1 Ələstan qızının adına həyətyanı torpaq sahəsinin olub-olmaması barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X5 Layihə-Tədqiqat İdarəsinin mühəndisi Mansır Kərimov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin mühəndisi İbadulla Paşayev, Beyləqan rayon bələdiyyəsinin sədri Novruz Quliyev, Beyləqan rayon bələdiyyəsinin nümayəndəsi Vaqif İsmayılov və Beyləqan rayon sakini Cavabdeh1 tərəfindən tərtib olunaraq imzaları ilə təsdiq edilmiş 19 aprel 2021-ci il tarixli aktdan görünür ki, Beyləqan şəhər sakini Cavabdeh1 mülkiyyətinə verilməsi nəzərdə tutulan 0.06 ha torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı Trimble R-8 aparatı vasitəsilə müvafiq inventarlaşdırma (çöl öçmə) işləri aparılmışdır. İnventarlaşdırma (çöl öçmə) işləri zamanı müəyyən edilmiş torpaq sahəsinin faktiki vəziyyətə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları elektron məlumat bazası ilə eyniləşdirən zaman **********0448 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə üst-üstə düşməsi aşkarlanmışdır. Bu halda **********0448 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsinin faktiki vəziyyətə uyğun olmaması səbəbindən yaranır. Faktiki vəziyyətdə hər hansı bir üst-üstə düşmə halı mövcud deyil. Torpaq sahəsi üzərində tikinti işləri aparılmışdır. Beləliklə 0.06 ha torpaq sahəsi üzərində faktiki vəziyyətə uyğun Beyləqan rayon bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmaqla, düzgün tətbiq edilməməklə qətnamə qəbul edildiyindən, apellyasiya şikayəti təmin olunaraq qətnamə Cavabdeh1 münasibətdə ləğv olunmalı, iddianın ona aid hissədə rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 65.5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçılar iddialarını Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinadla Şirvan Apellyasiya Məhkəməsinin 30 iyun 2020-ci il tarixli 2(106)-24/2020 saylı qətnaməsi ilə müəyyən olunan halların hazırki mübahisə üzrə preyudisial əhəmiyyət kəsb etməsi ilə əsaslandırmışlar, işə baxmış birinci instansiya məhkəməsi isə heç-bir əlavə araşdırma aparmadan cavabdehlərin mübahisəli torpaq sahələrindən çıxarılması, tikililərin sökülməsi hissələrdə iddianı təmin etmişdir. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, kassasiya instansiyası məhkəməsinin göstərişinə müvafiq olaraq iddiaçı tərəfdən sübut kimi təqdim etmiş olduğu sənədlərin əsli və ya lazımi qaydada təsdiq olunmuş surətləri istənilsə də, təqdim edilməmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə : Məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin, Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir, Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Kollegiya hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi Cavabdeh1 münasibətdə təmin olunmadığından, Cavabdeh1 iddiaçının torpaq sahəsini zəbt etməsi barədə həmin qətnamə ilə müəyyən olunan hal hazırki işə baxılarkən preyudisial təsirə malik ola bilməzdi. Kollegiya həmçinin hesab edir ki, iş materiallarında istinad olunun olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2016-cı il tarixli 3588 saylı (işin 62-63-cü vərəqləri), 24 noyabr 2017-ci il tarixli 21404 saylı (işin 22-ci vərəqi qətnamə) rəyləri, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26 fevral 2019-cu il tarixli mütəxəsis rəyi bir-biri ilə ziddiyyət təşkil etməməklə, əksinə biri-digərini tamamalamaqla sübut kimi qəbul edilərək qiymətləndirilməlidir. Belə ki, həmin rəylərlə müəyyən olunur ki, Beyləqan rayon icra Hakimiyyəti başçısının Beyləqan şəhər ərazi nümayəndəliyinin 16 avqust 1993-cü il tarixli 14 nömrəli qərarına əsəsən İddiaçı1 Ələstan qızına ayrılmış 0.06 ha və Beyləqan rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhər ərazi nümayəndəliyinin 30 sentyabr 1994-cü il tarixli 6 nömrəli qərarına əsasən İddiaçı2 Ələstan qızına 0.06 ha ayrılmış torpaq sahələrinin Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Memarlıq və Tikinti şöbəsinin müdiri tərəfindən təsdiq olunmuş sxemlərində (çızgilərində) miqyası və “Xan qızı” kanalından hansı məsafədə yerləşməsini əks etdirən göstəriciləri qeyd olunmamışdır. Ona görə də İddiaçı1 Ələstan qızı və İddiaçı2 Ələstan qızının iddia etdikləri torpaq sahələrinin X7 və Cavabdeh1 istifadələrində olan torpaq sahələrinin üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı1 Ələstan qızı və İddiaçı2 Ələstan qızının torpaq sahələrinin ərazilərinin koordinatlarını qeyd olunan səbəblərə əsasən təyin etmək mümkün olmamışdır. Beyləqan şəhər Bələdiyyəsinin 30 sentyabr 2014-cü il tarixli 01 saylı qərarına əsasən Cavabdeh1 fərdi yaşayış evinin tikiliməsi ücün ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsində normadan artıq istifadə etmə halı yoxdur. İddiaçı1 Ələstan qızı və İddiaçı2 Ələstan qızının torpaq sahələrinin ərazilərinin koordinatlarının təyin edilməsi mümkün olmadığından, cavabdehlər tərəfindən inşa edilmiş tikililərin iddiaçılara aid torpaq sahəsində yerləşməsini təyin etmək mümkün olmamışdır. Bunlardan da savayı, hətta fərz etsək ki, İddiaçı1 Beyləqan rayon icra Hakimiyyəti başçısının Beyləqan şəhər ərazi nümayəndəliyinin 16 avqust 1993-cü il tarixli 14 nömrəli qərarına əsəsən ayrılmış 0.06 ha torpaq sahəsinin koordinatlarını təyin etmək mümkündür və həmin koordinatlar Cavabdeh1 fərdi yaşayış evinin tikiliməsi ücün Beyləqan şəhər bələdiyyəsinin 30 sentyabr 2014-cü il tarixli 01 saylı qərarına əsasən ayrılmış 0.06 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür, bələdiyyə qərarı inzibati məhkəmə müstəvisində ləğv olunmadan, iddia ona münasibətdə yenə də, təmin oluna bilməzdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında” Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı1 Beyləqan rayon icra Hakimiyyəti başçısının Beyləqan şəhər ərazi nümayəndəliyinin 16 avqust 1993-cü il tarixli 14 nömrəli qərarına əsəsən ayrılmış 0.06 ha torpaq sahəsinin koordinatlarını yuxarıda sadalanan ekspert və mütəxəsis rəyləri ilə təyin etmək mümkün olmadığından, iddiaçının Cavabdeh1 münasibətdə öz hərəkətlərinə hüquqi ixtiyarı yoxdur. Belə olan halda isə, iddiaçının tələb etmək və müdafiə hüququndan söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1., 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 9 aprel 2021-ci il tarixli 2(020)-30/2021 saylı qətnaməsi Cavabdeh1 Beyləqan şəhəri, M.Müşviq küçəsində 5-ci kvartalda (“Dostluq-qoyunçuluq” sovxozun örüş sahəsi”) zəbt olunmuş torpaq sahəsində cavabdehin və onunla birgə yaşayan şəxslər tərəfindən inşa edilmiş tikililərdən çıxarılması və həmin tikililərin cavabehin hesabına sökülməsi və onunla birgə yaşayan şəxslərlə birlikdə həmin torpaq sahəsindən çıxarılmaları hissədə ləğv olunsun və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Əlastan qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən istifadə edilməsinə törədilən maneənin aradan qaldırılması, inşa edilmiş tikililərdən çıxarılması və həmin tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddiası Cavabdeh1 aid hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar