Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-54/2022 28.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X7 ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakı ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərin qadağan edilməsi tələbinə dair” ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, qanunsuz tikinti işləri aparılmasının və digər qanunsuz hərəkətlərin qadağan edilməsi tələbinə dair” qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-57/2020 saylı, 09 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz olaraq zəbt etdiyi ona məxsus olan Masallı rayonunun Boradigah qəsəbəsində yerləşən 118 kv.m torpaq sahəsindən cavabdehlərin çıxarılması, ona məxsus Boradigah qəsəbəsində yerləşən 118 kv.m torpaq sahəsində tikinti və digər işlərin aparılmasına cavabdehlər tərəfindən yaradılan maneələrin, əngəllərin, qanunsuz hərəkətlərin aradan qaldırılması və cavabdehlər tərəfindən tikinti və digər işlərin aparılmasında yaratdıqları, etdikləri qanunsuz hərəkətlərin onlara qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qanunsuz olaraq zəbt etdiyi ona məxsus Masallı rayonunun Boradigah qəsəbəsində yerləşən 118 kv.m torpaq sahəsindən çıxarılması, ona məxsus Masallı rayonunun Boradigah qəsəbəsində yerləşən 118 kv.m torpaq sahəsində cavabdehin qanunsuz olaraq tikinti aparmasının qarşısının alınması və etdiyi digər qanunsuz hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1995-ci ildə aldığı dükanın altında və ətrafında olan 118 kv.m torpaq sahəsini özəlləşdirmək məqsədi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsinə müraciət etmiş, şöbənin xx.xx.2011-ci il tarixli akt və rəyi ilə 118 kv.m torpaq sahəsinin ona satılması qərara alınmış, torpaq sahəsinin alınması ilə bağlı banka pul köçürmüşdür. Masallı RİHB aparatının Memarlıq və Tikinti şöbəsinin xx.xx.2011-ci il tarixli rəyinə əsasən 118 kv.m torpaq sahəsinin ona satılması barədə Masallı rayon Boradigah bələdiyyəsində xx.xx.2011-ci il tarixdə qərar qəbul edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsində torpaq sahəsinin plan və ölçüsü hazırlanmışdır. Lakin xx.xx.2012-ci ildə, həmçinin xx.xx.2017-ci ildə Boradigah qəsəbə sakini Cavabdeh1 iki nəfər qadınla ona hücum edib nalayiq sözlər deyərək, obyektinin arxasındakı sərhədini bələdiyyə torpaqlarından ayırmaq üçün inşa etdirdiyi hasarı və təzə tikdirdiyi ayaqyolunu əllərində heç bir sənəd və məhkəmə qərarı olmadan qanunsuz olaraq sökmüşlər. Onların bu hərəkətlərinə görə ona 500 manat maddi ziyan dəymişdir. Cavabdehdən niyə ona məxsus olan əmlaka ziyan vurduğunu soruşduqda, cavabdeh torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Cavabdehdən həmin torpaq sahəsinin ona məxsus olması barədə sənəd təqdim etməsini tələb etsə də, cavabdeh ona hər hansı bir sənəd təqdim etməmişdir. İddiaçının isə həmin 118 kv.m torpaq sahəsinə sənədləri vardır. Mübahisəli ərazi bələdiyyə mülkiyyətində olmuşdur. Lakin bələdiyyələr yaranana qədər həmin ərazidə o, aptek inşa etmişdir və hal-hazırda həmin aptek fəaliyyət göstərir. Torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğu üçün, müəyyən köməkçi tikililərin inşa edilməsi və apteki sənədləşdirmək üçün torpaq sahəsini satın almaq barədə bələdiyyəyə müraciət etmişdir. Boradigah bələdiyyəsinin hesabına 354 manat pul ödəmiş və bələdiyyənin xx.xx.2011-ci il tarixli qərarı ilə torpaq sahəsinin ona satılması qərara alınmış və alğı-satqı aktı xx.xx.2011-ci il tarixdə qeydə alınmışdır. Bütün rəylər alınmış və xx.xx.2011-ci il tarixdə 3766 sayla qeydiyyata alınmış A-378483 saylı torpaq sahəsinin plan və ölçü sənədi verilmişdir. Torpaq sahəsinin bir tərəfi Cavabdeh2 adına olan torpaq sahəsi ilə həmsərhəddir. Həmin sənədlərə əsasən ərazidə ayaqyolu və Cavabdeh2 adına olan torpaq sahəsi ilə sədd kimi hasar inşa etdirmişdir. Sonradan mülkiyyət hüququ üzrə aptekin və torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınması üçün müvafiq ölçü işləri aparılarkən cavabdehlər buna imkan verməmiş, torpaq sahəsinin özlərinə məxsus olmasını iddia edərək ayaqyolunu və hasarı özbaşına dağıtmışlar. Halbuki həmin ərazini o, bələdiyyədən alğı-satqı yolu ilə əldə etmişdir. Cavabdehlərin hərəkətləri qanunsuzdur, onların hərəkətləri nəticəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ala bilmir. Cavabdehlər heç bir əsas olmadan qanunsuz olaraq ona məxsus torpaq sahəsini zəbt etmiş, hasarı və ayaqyolunu qanunsuz olaraq sökdürməklə ona maddi və mənəvi ziyan vurmuşlar. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 118 kv.m həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə ona məxsusdur, əslində İddiaçı ona məxsus torpaq sahəsində qanunsuz tikinti aparmaq istəmişdir. İddiaçı qanunsuz əməllərinə hüquqi don geyindirməyə çalışır. Hazırda mübahisəli ərazi mülkiyyət hüququ üzrə arvadı Cavabdeh2 məxsusdur. Boradigah bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 07 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün ona 600 kv.m torpaq sahəsi verilmiş, bu barədə xx.xx.2012-ci il tarixdə 3971 sayla qeydiyyatdan keçirilmiş A-403297 saylı torpaq sahəsinin plan və ölçü sənədi, xx.xx.2012-ci il tarixdə mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. Bundan başqa, xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsi ilə X4 0,0035 ha və üzərində 28,5 kv.m qeyriyaşayış obyekti olan daşınmaz əmlakı almışdır. Masallı Rayon Məhkəməsinin 2(050)-57/2020 saylı, 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Habil Bəhmənov) ilk iddianın qismən təmin edilməsi, ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus 39 kv.m torpaq sahəsindən çıxarılmaları, torpaq sahəsində tikinti və digər işlərin aparılmasına onlar tərəfindən yaradılan maneələr, əngəllər, qanunsuz hərəkətlərin aradan qaldırılması, tikinti və digər işlərin aparılmasında yaratdıqları, etdikləri qanunsuz hərəkətlərin Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi, qarşılıqlı iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qanunsuz olaraq zəbt etdiyi ona məxsus Boradigah qəsəbəsində yerləşən 118 kv.m torpaq sahəsindən İddiaçı çıxarılması, 118 kv.m torpaq sahəsində cavabdehin qanunsuz olaraq tikinti aparmasının qarşısının alınması və etdiyi digər qanunsuz hərəkətlərin cavabdehə qadağan edilməsi barədə tələblərinin təmin edilməməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 82 manatın alınaraq "xxxx" MMC-nin hesabına, məhkəmə-texniki ekspertiza xərci 50 manatın alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 2(050)-57/2020 saylı, 09 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədllyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 21557 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyində göstərilmişdir ki, İddiaçı **********0061 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü elektron baza materialının koordinatlarına görə mülkiyyətə verilməsi nəzərdə tutulmuş 118 kv.m torpaq sahəsinin 39 kv.m olan mübahisəli hissəsi iddiaçının mülkiyyətə verilməsi nəzərdə tutulmuş torpaq sahəsidir. İddiaçı **********0061 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü elektron baza materialının koordinatlarına görə mülkiyyətə verilməsi nəzərdə tutulmuş 118 kv.m torpaq sahəsinin 39 kv.m olan mübahisəli hissəsi Cavabdeh1 faktiki istifadəsindəki həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşir. Mübahisə predmeti olan 118 kv.m torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri, rəyə əlavə olunmuş planda və Masallı rayonu, Boradigah qəsəbəsi, Q.Məmmədov adına təsərrüfatın kompleks yerquruluşu layihəsindən çıxarışda göstərilmişdir. İddiaçı **********0061 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü elektron baza materialının koordinatlarına görə mülkiyyətə verilməsi nəzərdə tutulmuş 118 kv.m torpaq sahəsinin 39 kv.m olan mübahisəli hissəsi iddiaçının mülkiyyətinə verilməsi nəzərdə tutulmuş və cavabdehin faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşən qeyri-yaşayış tikilisi ətraflı torpaq sahəsidir. Birinci sual konkret cavab tələb etdiyi halda nəticə olaraq mübahisəli 118 kv.metr torpaq sahəsinin iddiaçı, yaxud cavabdehin mülkiyyətində olması cavablandırılmamış, yalnız həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi üçün nəzərdə tutulmuş torpaq sahəsi olduğu göstərilmişdir. İkinci sual üzrə qəti cavab alınmamış, yalnız mülkiyyətə verilməsi nəzərdə tutulmuş 118 kv.m torpaq sahəsinin 39 kv.m olan mübahisəli hissəsi cavabdeh kimi onun faktiki istifadəsindəki həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşməsi qeyd edilmişdir. Üçüncü sual üzrə cavab isə tamamilə ikinci sualın cavabı ilə eynilik təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/759 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyində ekspert qarşısında qoyulmuş suallara cavab olaraq eyni məzmunlu cavablar verilmiş, mübahisəli torpaq sahəsinin Boradigah bələdiyyəsinin mülkiyyətində olması göstərilmişdir. Hər iki ekspertizanın keçirilməsi zamanı və məhkəmə proseslərində həmin əraziyə hüquqi sənədlərinin olduğunu söyləməsinə və sənədlərini təqdim etməsinə baxmayaraq məhkəmə buna hüquqi qiymət verməmişdir. Göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi deyil və cavabdehin həyat yoldaşının həmin ərazini zəbt etməsi kimi hər hansı sübut yoxdur. İddiaçı onun həmin torpaq sahəsindən istifadə etməsini göstərsə də, o, maddi imkansızlığı üzündən həmin torpaq sahəsindən istifadə edə bilməmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Apellyasiya şikayətinə qarşı etiraz ilk iddia tələbinin dəlilləri və onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində qeyd edilənlər tamamilə yalan və uydurmadan başqa bir şey deyil. Cavabdeh heç bir tutarlı əsas göstərməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə tam, dolğun, hərtərəfli və obyektiv araşdırma aparmış, hüquq normaları düzgün tətbiq olunmuşdur. Etirazda apellyasiya şikayətinin təmin edilməməsi xahiş olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-54/2022 saylı, 28 dekabr 2022-ci il tarixli qərardadı ilə Masallı Rayon Məhkəməsinin 2(050)-57/2020 saylı, 09 oktyabr 2020-ci il tarixli qətnaməsinin qismən – qarşılıqlı iddia tələbinə aid hissədə ləğv edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, qanunsuz tikinti işləri aparılmasının və digər qanunsuz hərəkətlərin qadağan edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, ilk iddia üzrə İddiaçı və ilk iddia üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 çıxış edərək bildirdi ki, onun adından İddiaçı qarşı təqdim edilmiş “118 kv.m torpaqdan çıxarılma və digər tələblərə dair” qarşılıqlı iddia ərizəsi düzgün tərtib edilməmiş və onun tərəfindən imzalanmamışdır. Qarşılıqlı iddia əslində onun həyat yoldaşı Cavabdeh2 dayısı tərəfindən kiməsə yazdırılmışdır. Həmin ərizədə onun adından edilmiş imzanın kimin tərəfindən icra olunduğunu bilmir. O, qarşılıqlı iddiasını müdafiə etmədiyini bildirdi. Bununla bağlı, Cavabdeh1 ərizəni məhkəmə kollegiyasına təqdim etdi. Həmçinin, cavabdeh Masallı Rayon Məhkəməsinin 2(050)-57/2020 saylı, 09 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, ilk iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri sayır ki, apellyasiya şikayətində qətnamə hər iki tələbin həlli hissəsində bütövlükdə mübahisələndirilsə də, qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanıldığından, qətnamə isə verilmiş tələb olmaqla ilk iddia üzrə çıxarılmalı olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın həlli hissəsində yoxlanılmalıdır. Məhkəmə kollegiyası ilk iddia üzrə Cavabdeh1 dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. Belə ki, işdəki Masallı rayon Boradigah bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 13 saylı iclasının qərarından çıxarışın surətindən görünür ki, bələdiyyələr yaranana qədər sahibkarlıq fəaliyyəti məqsədi ilə tikib istifadə etdiyi dükanın altındakı 118 kv.m torpaq sahəsinin alğı-satqı qaydasında İddiaçı satılması qərara alınmışdır. İşdəki xx.xx.2011-ci il tarixli, 162 saylı qəbzin surətindən görünür ki, İddiaçı torpağın alğı-satqısı üzrə 354 manat pulu Boradigah bələdiyyəsinin hesabına köçürmüşdür. İşdəki torpaqların alğı-satqısına dair aktın surətindən görünür ki, 118 kv.m torpaq sahəsinin İddiaçı satılması barədə akt xx.xx.2011-ci il tarixdə Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsində 89 sayla qeydə alınmışdır. İşdəki A-378483 saylı torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Boradigah bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 13 saylı qərarı ilə 118 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti üçün İddiaçı satılması X14 kitabında xx.xx.2011-ci il tarixdə 3766 sayla uçota alınmışdır. İşdəki xx.xx.2012-ci il tarixli, 22 saylı qəbzin surətindən görünür ki, Cavabdeh2 torpağın alğı-satqısı üzrə 730 manat pulu Boradigah bələdiyyəsinin hesabına köçürmüşdür. İşdəki Masallı rayon Boradigah bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 11 saylı iclasının qərarından çıxarışın surətindən görünür ki, 0,06 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı qaydasında Cavabdeh2 satılması qərara alınmışdır. İşdəki torpaqların alğı-satqısına dair aktın surətindən görünür ki, 600 kv.m torpaq sahəsinin Cavabdeh2 satılması barədə akt xx.xx.2012-ci il tarixdə Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsində 89 sayla qeydə alınmışdır. İşdəki A-403297 saylı torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Boradigah bələdiyyəsinin qərarı ilə 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh2 satılması X14 kitabında xx.xx.2012-ci il tarixdə 3971 sayla uçota alınmışdır. İşdəki daşınmaz əmlakın AN-İ № ******* saylı, xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, X1 rayonu, Boradigah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,0035 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 28,5 kv.m olan digər daşınmaz əmlakı 5258 manata Cavabdeh2 satmışdır. İşdəki daşınmaz əmlakın AN-İ № ******* saylı, xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, X3 rayonu, Boradigah qəsəbəsi ünvanında 0,056 ha torpaq sahəsini 730 manata Cavabdeh2 satmışdır. İşdəki hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışın surətindən görünür ki, Masallı rayonu, Boradigah qəsəbəsində yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,056 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 21557 saylı, xx.xx.2019-cu il tarixli rəyində göstərilir ki, İddiaçı **********0061 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü elektron baza materialının koordinatlarına görə mülkiyyətə verilməsi nəzərdə tutulmuş 118 kv.m torpaq sahəsinin 39 kv.m olan mübahisəli hissəsi iddiaçının mülkiyyətinə verilməsi nəzərdə tutulmuş torpaq sahəsidir. İddiaçı **********0061 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü elektron baza materialının koordinatlarına görə mülkiyyətə verilməsi nəzərdə tutulmuş 118 kv.m torpaq sahəsinin 39 kv.m olan mübahisəli hissəsi Cavabdeh1 faktiki istifadəsindəki həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşir. Mübahisə predmeti olan 118 kv.m torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri, rəyə əlavə olunmuş planda və Masallı rayonu, Boradigah qəsəbəsi, Q.Məmmədov adına təsərrüfatın kompleks yerquruluşu layihəsindən çıxarışda göstərilmişdir. İddiaçı **********0061 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü elektron baza materialının koordinatlarına görə mülkiyyətə verilməsi nəzərdə tutulmuş 118 kv.m torpaq sahəsinin 39 kv.m olan mübahisəli hissəsi iddiaçının mülkiyyətinə verilməsi nəzərdə tutulmuş və cavabdehin faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşən qeyri-yaşayış tikilisi ətraflı torpaq sahəsidir. İşdəki Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********34 saylı, xx.xx.2020-ci il tarixli məktubu ilə surəti təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cəlilabad Layihə-Tədqiqat İdarəsinin C-025 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində İddiaçı Boradigah bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 13 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti məqsədilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Masallı rayon şöbəsinin X14 kitabında xx.xx.2011-ci il tarixdə 3766 nömrə ilə qeydiyyata alınmış **********0061 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işləndiyi, İddiaçı Boradigah bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 13 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti məqsədilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Masallı rayon şöbəsinin X14 kitabında xx.xx.2011-ci il tarixdə 3766 nömrə ilə qeydiyyata alınmış **********0061 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə görə bələdiyyə mülkiyyətində olan 118 kv.m torpaq sahəsinin 39 kv.m hissəsinin Cavabdeh1, 79 kv.m hissəsinin isə İddiaçı tərəfindən istifadə edildiyi göstərilir. İş üzrə keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının 10/759 saylı, xx.xx.2020-ci il tarixli rəyində göstərilir ki, İddiaçı Boradigah bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 13 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti məqsədilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Masallı rayon şöbəsinin X14 kitabında xx.xx.2011-ci il tarixdə 3766 nömrə ilə qeydiyyata alınmış **********0061 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə görə bələdiyyə mülkiyyətində olan 118 kv.m torpaq sahəsinin 39 kv.m hissəsi Cavabdeh1, 79 kv.m hissəsi isə İddiaçı tərəfindən istifadə edilir. İddiaçı Boradigah bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 13 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti məqsədilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Masallı rayon şöbəsinin X14 kitabında xx.xx.2011ci il tarixdə 3766 nömrə ilə qeydiyyata alınmış **********0061 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə görə bələdiyyə mülkiyyətində olan 118 kv.m torpaq sahəsinin 39 kv.m hissəsi Cavabdeh1, 79 kv.m hissəsi isə İddiaçı tərəfindən istifadə edilir. İşdəki "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində, İddiaçı və Cavabdeh2 məxsus torpaq sahələrinin faktiki və sənəd üzrə üst-üstə düşmədiyi, İddiaçı məxsus 118 kv.m torpaq sahəsinin hər hansı bir hissəsinin Cavabdeh2 tərəfindən istifadəsinin müəyyən edilmədiyi, tikililərin bir-birinə qonşu vəziyyətdə, həmsərhəd yerləşdikləri göstərilir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. İş üzrə keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının 10/329 saylı, xx.xx.2022-ci il tarixli rəyində göstərilir ki, Masallı rayonu Boradigah bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 13 saylı qərarı ilə İddiaçı Masallı rayonunun Boradigah qəsəbəsinin ərazisində sahibkarlıq fəaliyyəti üçün ayrılmış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin **********0061 reyestr nömrəli AN 378483 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 118 kv.m torpaq sahəsinin 39 kv.m hissəsi faktiki olaraq İddiaçı məxsus qeyri-yaşayış binasının arxasında yerləşir. Həmin sahəyə İddiaçı məxsus qeyriyaşayış binasından qapı mövcuddur və yarımtikili (ayaqyolu) inşa edilmişdir. Baxış zamanı İddiaçı həmin sahədən istifadə etməsinə (hasarlama işlərini aparmasına) cavabdeh tərəfindən şərait yaradılmadığını bildirdi. Qeyd olunur ki, RX ******* seriya nömrəli çıxarışa əsasən Cavabdeh2 məxsus 0,056 ha torpaq sahəsi İddiaçı məxsus qeyri-yaşayış binasından 4,2-4,3 metr aralıda yerləşir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İşdəki Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə surəti təqdim edilmiş mütəxəssis rəyində göstərilir ki, Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən İddiaçı xüsusi mülkiyyətə verilməsi nəzərdə tutulmuş 118 kv.m olan bələdiyyə mülkiyyətinə aid sahibkarlıq məqsədli torpaq sahəsinin **********0061 (A №378483) reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin, Cavabdeh2 mülkiyyətə verilmiş 0,0563 ha həyətyanı məqsədli torpaq sahəsinin **********67 (Seriya RX №0069864) reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və 11 dekabr 2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə Cavabdeh2 mülkiyyətində olan ümumi sahəsi 28,5 kv.m daşınmaz əmlakın yerləşdiyi 0,0035 ha (35 kv.m) sahibkarlıq məqsədli torpaq sahəsinin elektron baza materialının döngə nöqtələrinin koordinatlarına əsasən naturada yerləşmə vəziyyəti ilə faktiki istifadə vəziyyəti arasında qismən uyğunsuzluqların (qismən üst-üstə düşmür) olduğu müəyyən edilmişdir. Masallı rayonunun Boradigah qəsəbəsi ərazisində **********0061 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı mülkiyyətinə verilməsi nəzərdə tutulmuş bələdiyyə torpaq sahəsinin 7,0 kv.m hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan 0,0619 ha (619 kv.m) torpaq sahəsinin qərb istiqamətində hüdudları daxilində (üst-üstə düşmə) yerləşir. **********67 (Seriya RX №0069864) reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına görə Cavabdeh2 mülkiyyətinə verilmiş torpaq sahəsinin 4,3 kv.m hissəsinin isə İddiaçı faktiki istifadə kimi plana alınmış 120,9 kv.m torpaq sahəsinin şərq istiqamətində hüdudları daxilində (üst-üstə düşmə) yerləşdiyi müəyyən edilmişdir. Bələdiyyə mülkiyyətində olan İddiaçı mülkiyyətinə verilməsi nəzərdə tutulmuş 118 kv.m torpaq sahəsinin mübahisəli hissəsində iddiaçıya məxsus beton karkasın mövcud olduğu müəyyən edilmişdir. İşdəki "xxxx" ASC-nin Lənkəran filialının K0138012 terminalı üzrə xx.xx.2022-ci il tarixli, 3662 saylı qəbzindən görünür ki, Cavabdeh1 mütəxəssis tədqiqatının dəyəri üzrə 95 manat pulu 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesabına ödəmişdir. İş üzrə keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının 10/5884 saylı, xx.xx.2022-ci il tarixli rəyində göstərilir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəliləbad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********39 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planına əsasən, Masallı rayonunun, Boradigah bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 13 saylı qərarı əsasında İddiaçı satılmış Masallı rayonunun Boradigah qəsəbəsinin ərazisində yerləşən 118 kv.m torpaq sahəsinin, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* saylı Çıxarışa əsasən Cavabdeh2 Masallı rayonunun Boradigah qəsəbəsinin ərazisində mülkiyyətində olan 0,056 ha həyətyanı torpaq sahəsinin və xx.xx.2014-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən Masallı rayonunun Boradigah qəsəbəsinin ərazisində alınmış və mülkiyyətdə olan ümumi sahəsi 28,5 kv.m daşınmaz əmlakın yerləşdiyi 0,0035 ha torpaq sahəsinin sərhədləri, kontur və koordinatları müəyyən edilmişdir. Həmin torpaq sahələrinin döngə nöqtələrinin koordinarlarına əsasən naturada yerləşmə vəziyyəti ilə faktiki istifadə vəziyyəti arasında qismən uyğunsuzluq olduğu müəyyən edilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planından görünür ki, torpaq sahələri torpaq sahələrinin sənəd üzrə yerləşməsi ilə faktiki vəziyyət arasında şimal istiqamətində sürüşmə vardır. Masallı rayonunun Boradigah bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 13 saylı qərarı əsasında İddiaçı satılmış Masallı rayonunun Boradigah qəsəbəsinin ərazisində yerləşən 118 kv.m torpaq sahəsinin **********0061 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən 7,0 kv.m hissəsinin cavabdehlər Cavabdeh1 və X2 istifadəsində olan 0,0619 ha (619 kv.m) torpaq sahəsinin qərb istiqamətində hüdudları daxilində yerləşdiyi, **********67 (Seriya RX №0069864) reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına görə Cavabdeh2 mülkiyyətinə verilmiş torpaq sahəsinin 4,3 kv.m hissəsinin İddiaçı faktiki istifadə kimi plana alınmış 120,9 kv.m torpaq sahəsinin şərq istiqamətində hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Qeyd olunan 118 kv.m torpaq sahəsinin mübahisəli hissəsində iddiaçıya məxsus qeyri-yaşayış binasının arxa hissəsində yerləşdiyi və həmin hissədə iddiaçıya məxsus beton karkasın (yarım tikili) mövcud olduğu müəyyən edilmişdir. **********67 (Seriya RX №0069864) reyestr nömrəli Çıxarışa əsasən X2 mülkiyyətinə verilmiş 0,056 ha torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan qeyriyaşayış binasının arxa (şərq) tərəfində həmin binadan təqribən 4 metr aralıda yerləşir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı tələbini cavabdehlərin ona məxsus 118 kv.m torpaq sahəsini zəbt etmələri, həmin sahədə tikinti və digər işləri aparmasına maneələr və əngəllər törətmələri, qanunsuz hərəkətlər etmələri ilə əsaslandırmışdır. Yanaşı yoxlanılmış məhkəmə tikinti-texniki ekspertizasının 21557 saylı, xx.xx.2019cu il tarixli rəyi ilə iddiaçının mülkiyyətinə verilməsi nəzərdə tutulmuş 118 kv.m torpaq sahəsinin 39 kv.m hissəsinin Cavabdeh1 faktiki istifadəsindəki həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmənin əsassızlığına görə həmin rəylə razılaşmadığı üçün keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının 10/759 saylı, xx.xx.2020-ci il tarixli rəyi ilə bələdiyyə mülkiyyətində olan 118 kv.m torpaq sahəsinin 39 kv.m hissəsinin Cavabdeh1 tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Rəy kifayət qədər aydın və tam olmadığı üçün keçirilmiş əlavə məhkəmə tikintitexniki ekspertizasının 10/329 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə cavabdehlərin iddiaçıya məxsus sahənin hər hansı hissəsinə sahiblənmələri müəyyən edilməmişdir. Rəy kifayət qədər aydın və tam olmadığı üçün keçirilmiş əlavə məhkəmə tikintitexniki ekspertizasının 10/5884 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya satılmış Masallı rayonunun Boradigah qəsəbəsinin ərazisində yerləşən 118 kv.m torpaq sahəsinin 7 kv.m hissəsi cavabdehlərin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Məhkəmə kollegiyası 21557 saylı, xx.xx.2019-cu il tarixli rəy əsassız olduğu, 10/759 saylı, xx.xx.2020-ci il tarixli və 10/329 saylı, xx.xx.2022-ci il tarixli rəylər isə kifayət qədər aydın və tam olmadıqları üçün həmin rəylərlə razılaşmır və iddiaçıya satılmış Masallı rayonunun Boradigah qəsəbəsinin ərazisində yerləşən 118 kv.m torpaq sahəsinin 7 kv.m hissəsinin cavabdehlərin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşməsini, bununla da iddiaçıya məxsus torpaq sahəsinin 7 kv.m hissəsinin cavabdehlərin sahibliyində olmasını müəyyən etmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının 10/5884 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə razılaşır. Məhkəmə kollegiyası cavabdeh tərəfin iddiaçıya məxsus torpaq sahəsinə qanuni və ya müqavilə əsası ilə sahiblənmələri barədə sübut təqdim etmədiyini, əksinə həmin sahənin özlərinə aid olması əsası ilə iddiaya etiraz etdiyini nəzərə alaraq, onların iddiaçıya məxsus torpaq sahəsinin 7 kv.m hissəsini zəbt etmələri və bu sahənin onların qanunsuz sahibliyində olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Bundan sonra TM-in) 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. TM-in 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 240.1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. MM-in 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri sayır ki, iddiaçının satın aldığı torpaq sahəsini qanunsuz sahibdən geri tələb etmək, eləcə də qəsd edəndən törətdiyi qəsd və ya başqa maneələrə son qoyulmasını tələb etmək hüququ olduğundan, iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsinin cavabdehlər tərəfindən zəbt olunması tam təsdiq olunduğundan, torpaqların özbaşına tutulması qanunla qadağan olduğundan, torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalı olduğundan, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi ümumilikdə düzgün olmuşdur. Məhkəmə kollegiyası bununla yanaşı onu qeyd etməyi zəruri sayır ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsinin yalnız 7 kv.m hissəsini zəbt etdiklərindən qətnamə həmin hissədə dəyişdirilməli, cavabdehlər iddiaçıya məxsus 7 kv.m torpaq sahəsindən çıxarılmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi üzrə 300 manat, əlavə məhkəmə tikinti-texniki ekspertizasının 10/329 saylı, xx.xx.2022-ci il tarixli rəyi üzrə 100 manat, əlavə məhkəmə tikinti-texniki ekspertizasının 10/5884 saylı, xx.xx.2022-ci il tarixli rəyi üzrə 100 manat xərcin ödənilməsi bərabər qaydada tərəflərə aid edilməlidir. Həmçinin, mütəxəssis tədqiqatının dəyəri üzrə Cavabdeh1 tərəfindən ödənilmiş 95 manat xərcin yarısı – 47,5 manat hissəsi onun özünə aid edilməli, digər yarısı olan 47,5 manat isə İddiaçı tutularaq Cavabdeh1 ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.3, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-57/2020 saylı, 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Masallı rayonunun Boradigah qəsəbəsi ərazisində yerləşən 118 kv.m torpaq sahəsinin istifadələrində olan 7 kv.m hissəsindən çıxarılsınlar. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı 150 manat, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 150 manat alınıb, "xxxx" MMC-nin VÖEN: **********, "xxxx" ASC-nin Abşeron fililalı, VÖEN: **********, M/h: AZ03NABZ********************, kodu: 805539, S.W.İ.F.T. BİC: İBAZAZ2X, H/h: AZ52İBAZ******************** hesabına köçürülsün. İddiaçı 100 manat, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 100 manat alınıb, X6, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Mütəxəssis tədqiqatının dəyəri üzrə Cavabdeh1 tərəfindən ödənilmiş 95 manat xərcin yarısı – 47,5 manat hissəsi onun özünə aid edilsin. Mütəxəssis tədqiqatının dəyəri üzrə Cavabdeh1 tərəfindən ödənilmiş 95 manat xərcin digər yarısı olan 47,5 manat İddiaçı tutularaq Cavabdeh1 ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Samir Həsənov
Məhkəmə qərarları › İş №2(106)-54/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-54/2022
28.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver