Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-54/2023 01.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-662/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Ağcabədi rayonu, İmamqulubəyli kəndi ərazisindən onun mülkiyyətinə 4,153 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin planı (cizgisi) çərçivəsində kənd təsərrüfatı məhsulları əkib becərmiş və gəlir əldə etmişdir. Ancaq sonradan cavabdehlər ona məxsus torpaq sahəsinin müəyyən hissəsini qanunsuz olaraq zəbt etmiş və onu mülkiyyətində olan torpaq sahəsinə buraxmayaraq həmin torpaq sahəsinin onlara məxsus olduğunu bildirirlər. Halbuki, çıxarışda həmin torpaq sahəsinin sərhədlərinin çərçivəsi göstərilmişdir. Buna baxmayaraq cavabdehlər ona məxsus torpağı tutaraq istifadə edirlər. Torpaq sahəsinin dəqiq cizgisinin müəyyən edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, həmin torpaq sahəsi ölçülmüş, ona aid 4,153 ha torpaq sahəsindən 3,81 ha torpaq sahəsi özündə, qalan torpaq sahəsinin isə zəbt olunduğu müəyyən edilmişdir. Buna görə də tərəflərin iştirakı ilə xx.xx.2019-cu il tarixdə akt tərtib edilmişdir. Torpaq sahəsi cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona qaytarılmalıdır, həmçinin cavabdehlər həmin torpaq sahəsindən çıxarılmalıdır. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-662/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Etibar Quliyev) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma tələbinə dair” iddiasının təmin edilməməsi, torpaq sahələrinin inventarlaşdırılmasına dair aparılmış tədqiqatın dəyərini təşkil edən 90 manat məbləğində ekspertiza xərcinin İddiaçı alınaraq, Kapitalbankın 1 saylı Xətai filialı, Kod 200071 VÖEN (bank) ********** Müxbir hesab AZ37NABZ******************** SWİFT AİİBAZ2X Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN **********, AZ23AİİB******************** nömrəli hesabına köçürülməsi, həmçinin aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərcinin İddiaçı alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 saylı hesaba köçürülməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, hakim ətraflı araşdırma aparmamışdır. Cavabdehlərin istifadəsində olan topaq sahəsi ona məxsusdur. Ekspert rəyi ilə razılaşmır. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2286/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-662/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-794/2022 saylı, 15 fevral 2022-ci tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2286/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən məcburi göstərişləri ondan ibarət olmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestri məlumatlarında əksini tapmış koordinatlarına uyğun naturada yerinin müəyyən edilməsi tələb olunmalıdır (iddiaçının faktiki istifadə etdiyi sərhədlərin həmin hüdudlarla uyğun olması barədə də sual qoyula bilər). Bundan sonra həmin torpaq sahəsinin koordinatlarının qonşu torpaq sahələrinin koordinatları ilə üst-üstə düşübdüşməməsi müəyyən olunmalıdır. Daha sonra iddiaçının torpaq sahəsinin cavabdeh tərəfindən tutulması aydınlaşdırılmalıdır. Apellyasiya məhkəməsinin iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında cavabdehlər apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə yönəldiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası, tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işdəki hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu, İmamqulubəyli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 4,153 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2018-ci il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 55 saylı reyestr kitabının 24 saylı vərəqində qeydiyyata alınmışdır. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışın surətindən görünür ki, Ağcabədi rayonunun İmamqulubəyli kəndində yerləşən 0,4434 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2013-cü il tarixdə ümumi birgə mülkiyyət hüququ üzrə X3, X6 və X7 adına daşınmaz əmlakın dövlət reyestrində 14 saylı reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdəki JN-159 seriyalı 60806028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahatı Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə 1,62 hektar torpaq sahəsi X8 və onun ailə üzvləri X9, X4, X10 və X11 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, **********86 saylı məktubu ilə təqdim olunmuş iddiaçının təşəbbüsü ilə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə "xxxx" MMCnin Beyləqan LTİ-nin mütəxəssis rəyində göstərilir ki, “Torpağa mülkiyyətə hüququna dair” RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Ağcabədi rayonu, İmamqulubəyli kəndi ərazisində yerləşən 4,153 ha torpaq sahəsinin 0,35 ha hissəsinin sərhədlərini qərardadın birinci sualının cavabında qeyd olunan səbəbə görə istifadə olunmasını müəyyən etmək mümkün olmadı. “Torpağa mülkiyyətə hüququna dair” RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Ağcabədi rayonu, İmamqulubəyli kəndi ərazisində yerləşən 4,153 ha torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Aparılmış tədqiqatın dəyəri 189,92 manat təşkil edir. İş üzrə iddiaçının təşəbbüsü ilə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/1695 saylı, xx.xx.2020-ci il tarixli rəyində göstərilir ki, Beyləqan LTİ-nin mütəxəssis rəyinə əsasən “Torpağa mülkiyyətə hüququna dair” RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun İmamqulubəyli kəndi ərazisində yerləşən 4,153 ha torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün ölçmə işləri aparılmışdır. Ölçmə işləri aparılan zaman İddiaçı xüsusi mülkiyyətində olan 4,153 ha torpaq sahəsinin ərazisi faktiki olaraq naturada 3,79 ha müəyyən olunmuşdur. Torpaq sahəsinin çatışmayan 0,35 ha hissəsini dəqiqləşdirmək məqsədi ilə qonşu torpaq mülkiyyətçilərinin torpaq sahələrinin (JN 157; 158; 159; 165 və 166 nömrəli dövlət aktlarında adları qeyd olunan torpaq mülkiyyətçilərinin) hüdudlarında ölçmə işləri aparılmış, ölçmə işləri nəticəsində həmin torpaq mülkiyyətçilərinin sərhədlərində uyğunsuzluğun olması müəyyən olunmamışdır. Ona görə də İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin 0,35 ha hissəsinin qərardadda qeyd olunan cavabdehlər tərəfindən istifadə olunmasını ancaq, İmamqulubəyli kəndinin ərazisində “Torpaq islahatı” aparılan zaman tərtib olunmuş kompleks yerquruluşu planında qeyd olunmuş 9 saylı çevrənin Hindarx-Ağdam şosse yolu tərəfdən 75 saylı mülkiyyətçilərin ərazilərində çöl tədqiqat işləri aparmaqla müəyyən etmək olar. “Torpağa mülkiyyətə hüququna dair” RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Ağcabədi rayonu, İmamqulubəyli kəndi ərazisində yerləşən 4,153 ha torpaq sahəsinin 0,35 ha hissəsinin sərhədlərini qərardadın birinci sualının cavabında qeyd olunan səbəbə görə istifadə olunmasını müəyyən etmək mümkün olmadı. “Torpağa mülkiyyətə hüququna dair” RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Ağcabədi rayonu, İmamqulubəyli kəndi ərazisində yerləşən 4,153 ha torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş üzrə iddiaçının təşəbbüsü ilə keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********06 saylı məktubu ilə təqdim olunmuş mütəxəssis rəyində göstərilir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 4,153 ha torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestri məlumatlarında əksini tapmış koordinatlarına uyğun naturada yeri müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışa əsasən X12, X13 və X7 ümumi birgə mülkiyyətində olan Ağcabədi rayonunun İmamqulubəyli kəndində yerləşən 0,4434 ha torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestri məlumatlarında əksini tapmış koordinatlarına uyğun naturada yeri müəyyən edilmişdir. X12, X13 və X7 ümumi birgə mülkiyyətində olan 0,4434 ha torpaq sahəsi İddiaçı tərəfindən istifadə edilir. JN-159 seriyalı 60806028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mərhum X8 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Ağcabədi rayon X5 xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə cizgidə göstərilmiş sərhəd daxilində 1,62 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 1,2164 ha hissəsinin Ağcabədi rayonunun İmamqulubəyli kəndində torpaq islahatı aparılan zaman tərtib olunmuş kompleks yerquruluşu layihəsində əksini tapmış koordinatlarına uyğun naturada yeri müəyyən edilmişdir (qeyd olunan torpaq sahəsi iki hissədən ibarətdir: JN159 – 0,4067 ha və JN159C -1,2164 ha). İddiaçı mülkiyyətində olan 4,153 ha torpaq sahəsinin koordinatları qonşu torpaq sahələrinin koordinatları ilə üst-üstə düşmür. İddiaçı mülkiyyətində olan 4,153 ha torpaq sahəsinin 0,70 ha hissəsi mərhum X8 oğlu Cavabdeh1 tərəfindən istifadə edilir. Tərtib olunmuş mütəxəssis rəyi iddiaçı və cavabdehlərə məxsus mülki işin içərisində olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Ağcabədi rayonunun İmamqulubəyli kəndində torpaq islahatı aparılan zaman tərtib olunmuş kompleks yerquruluşu layihəsində əksini tapmış koordinatlarına uyğun İmamqulubəyli kənd sakinlərinin xüsusi mülkiyyətinə verilmiş pay torpaq sahələrinin ölçüləri ilə onların faktiki istifadə etdikləri torpaq sahələrinin ölçüləri arasında uyğunsuzluq mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 saylı fərmanı ilə təsdiq edilmiş qaydaların 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının bütun inzibati ərazi dairələrində, o cümlədən İmamqulubəyli kənd inzibatı ərazi dairəsi üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihəsinə əsasən dürüstləşdirmə işləri aparılır. İşdəki "xxxx" ASC-nin Ağdam filialının K0186011 nömrəli terminalı üzrə xx.xx.2022-ci il tarixli, 5067 saylı qəbzindən görünür ki, İddiaçı mütəxəssis tədqiqatının dəyəri üzrə 126,5 manat pulu 6 saylı Ərazi İdarəsinin hesabına ödəmişdir. İş üzrə iddiaçının təşəbbüsü ilə keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının 10/6750 saylı, xx.xx.2022-ci il tarixli rəyində göstərilir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 4,153 ha torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestri məlumatlarında əksini tapmış koordinatlarına uyğun naturada yeri müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışa əsasən X12, X13 və X7 ümumi birgə mülkiyyətində olan Ağcabədi rayonunun İmamqulubəyli kəndində yerləşən 0,4434 ha torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestri məlumatlarında əksini tapmış koordinatlarına uyğun naturada yeri müəyyən edilmişdir. X12, X13 və X7 ümumi birgə mülkiyyətində olan 0,4434 ha torpaq sahəsi İddiaçı tərəfindən istifadə edilir. JN-159 seriyalı 60806028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mərhum X8 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Ağcabədi rayon X5 xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə cizgidə göstərilmiş sərhəd daxilində 1,62 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 1,2164 ha hissəsinin Ağcabədi rayonunun İmamqulubəyli kəndində torpaq islahatı aparılan zaman tərtib olunmuş kompleks yerquruluşu layihəsində əksini tapmış koordinatlarına uyğun naturada yeri müəyyən edilmişdir (qeyd olunan torpaq sahəsi iki hissədən ibarətdir: JN159 – 0,4067 ha və JN159C -1,2164 ha). İddiaçı mülkiyyətində olan 4,153 ha torpaq sahəsinin koordinatları qonşu torpaq sahələrinin koordinatları ilə üst-üstə düşmür. İddiaçı mülkiyyətində olan 4,153 ha torpaq sahəsinin 0,70 ha hissəsi mərhum X8 oğlu Cavabdeh1 tərəfindən istifadə edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı tələbini cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin onun mülkiyyətində olması ilə əsaslandırmışdır. Cavabdehlər torpaq sahəsinin onların və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olması əsası ilə iddiaya etiraz etmişlər. Məhkəmə kollegiyası ilk öncə onu qeyd etməyi zəruri sayır ki, məhkəmə tikinti-texniki ekspertizasının 10/1695 saylı, xx.xx.2020-ci il tarixli rəyi və onun verilməsinə əsas olmuş xx.xx.2020-ci il tarixli, **********86 saylı məktubla təqdim olunmuş "xxxx" MMC-nin Beyləqan LTİ-nin mütəxəssis rəyi kifayət qədər aydın və tam olmadığına görə həmin rəylər mübahisənin həllində mötəbər sübut sayıla bilməz. Belə ki, MPM-in 102.1-ci maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Tərəflərin izahatlarının yanaşı yoxlanıldığı əlavə məhkəmə tikinti-texniki ekspertizasının 10/6750 saylı, xx.xx.2022-ci il tarixli rəyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********06 saylı məktubu ilə təqdim olunmuş mütəxəssis rəyi ilə iddiaçının xüsusi mülkiyyətində olan 4,153 ha torpaq sahəsinin yalnız 0,70 ha hissəsinin Cavabdeh1 tərəfindən istifadə olunduğu müəyyən edilsə də, iddiaçının xüsusi mülkiyyətində olan 4,153 ha torpaq sahəsinin hər hansı hissəsinin Cavabdeh2 tərəfindən istifadə olunması halı təsdiq edilməmişdir. Məhkəmə kollegiyası rəyləri vermiş mütəxəssis və ekspertin mühəndislik sahəsində xüsusi biliklərinin olmasını nəzərə alaraq, iddiaçının mülkiyyətində olan 4,153 ha torpaq sahəsinin yalnız 0,70 ha hissəsinin Cavabdeh1 istifadəsində olmasına dair xx.xx.2022-ci il tarixli, **********06 saylı məktubla təqdim olunmuş mütəxəssis və 10/6750 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyləri ilə müəyyən edilənləri işin hallarına uyğun sayır. Məhkəmə kollegiyası Cavabdeh1 iddiaçının mülkiyyətində olan torpaq sahəsinə qanuni və ya müqavilə əsası ilə sahiblənməsi barədə sübut təqdim etmədiyini, əksinə həmin sahənin özünə və ailəsinə aid olması əsası ilə iddiaya etiraz etməsini nəzərə alaraq, onun torpaq sahəsinin 0,70 ha hissəsini zəbt etməsi və bu sahənin onun qanunsuz sahibliyində olması nəticəsinə gəlir. İddiaçı, xüsusi mülkiyyətində olan 4,153 ha torpaq sahəsinin hər hansı hissəsinin Cavabdeh2 tərəfindən istifadə olunması barədə sübut təqdim etməmişdir. İş üzrə sübutlarla Cavabdeh2 iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsindən istifadə etməsi halı təsdiq olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Bundan sonra TM-in) 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. TM-in 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri sayır ki, kifayət qədər aydın və ya tam olmayan ekspert rəyinə əsaslanan birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılması üçün əlavə ekspertiza keçirmədiyindən gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Prosessual hüquq normalarının pozulması nəticəsində mütəxəssisə verilməli olan məbləğ də düzgün müəyyən edilməmişdir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası Cavabdeh1 iddiaçıya məxsus 4,153 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yalnız 0,70 ha hissəsini zəbt etməsinin təsdiq olunduğunu nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qətnamə tamamilə ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilərək, Cavabdeh1 iddiaçıya məxsus torpaq sahəsinin 0,70 ha hissəsindən çıxarılmalı, sonuncunun iddiaçıya məxsus torpaq sahəsinin qalan hissəsini zəbt etməsi və Cavabdeh2 iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsini zəbt etməsi halları təsdiq edilmədiyindən, iddia tələbi qalan hissədə və sonuncuya münasibətdə rədd edilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 117.1-ci maddəsinin tələbinə görə, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləğ və iş üzrə digər zəruri xərclər xahiş etmiş tərəfə aiddir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, ekspertlərə və mütəxəssisə verilməli olan məbləğ ekspertizasının keçirilməsini xahiş etmiş iddiaçıya aiddir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-662/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı məxsus Ağcabədi rayonunun İmamqulubəyli kəndində yerləşən 4,153 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,70 ha hissəsindən çıxarılsın. İddia tələbi qalan hissədə və Cavabdeh2 münasibətdə rədd edilsin. İddiaçı "xxxx" MMC-nin Beyləqan LTİ-nin mütəxəssis rəyinə görə mütəxəssisə verilməli məbləğ üzrə 189,92 manat tutularaq, "xxxx" ASC-nin Xətai filialı, Kod 200071, VÖEN **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC, VÖEN **********, AZ23AİİB******************** nömrəli hesaba köçürülsün. İddiaçı ekspertə verilməli məbləğ üzrə cəmi 100 manat tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssis rəyi üzrə İddiaçı tərəfindən ödənilmiş 126,50 manat məbləğində xərc onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-54/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-54/2023
01.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver