Məhkəmə qərarları › İş №2(106)-548/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-548/2024

01.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-548/2024 01.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əbilov Əbil Mahmud oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinə düzəliş edilməsi tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(04*)-964/2023 saylı, 0* noyabr 2023-cü il tarixli qətnaməsindən Ərizəçi vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Mrirzalı oğlu ərizə ilə məhkəməyə müraciət edərək qızı X* 20.*0.2009-cu il tarixdə Kürdəmir rayonunda doğulması barədə Maraqlı şəxsndə tərtib olunmuş 28 sentyabr 20**-ci il tarixli, *796 nömrəli doğum akt qeydində düzəliş edilməklə onun *7 yanvar 2007-ci il tarixdə doğulmasının qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(04*)-964/2023 saylı, 0* noyabr 2023-cü il tarixli qətnaməsi (hakim Müseyib Bayramov) ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinə düzəliş edilməsi tələbinə dair ərizəsi təmin edilməmişdir. Qətnamədən narazı qalan Ərizəçi vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək Kürdəmir Rayon Məhkəməsinin 2(04*)-964/2023 saylı, 0* noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 372.*-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Ərizəçi ərizəsinin mahiyyətindən müəyyən edilir ki, o, Kürdəmir rayonunun Ərəbqubalı kəndində doğulmuş və hazırda Çöl-Qubalı kəndində yaşayır. O, 2000-ci ildə X3 ilə evlənib ailə qurmuş, lakin nikahlarını *4 may 20**-ci il tarixdə qeyd etdirmişlər. Onlar ər-arvad kimi bir yerdə yaşadıqları müddətdə *2.05.200*-ci il tarixdə Xanım, *7.0*.2007-ci il tarixdə Rövşanə, 24.04.20**-ci il tarixdə Ümid adlı üç uşaqları olmuşdur. *2.05.200*-ci il tarixdə doğulan Xanım adlı qızı ilə *7.0*.2007-ci il tarixdə doğulmuş Rövşanə adlı qızları ev şəraitində doğulmuşlar. *7.0*.2007-ci il tarixdə doğulan Rövşanə adlı qızı doğulandan sonra ona doğum haqqında şəhadətnamə onun doğulmasından 5 il artıq müddət keçəndən sonra, yəni 28.09.20**-ci il tarixdə alınmış və şəhadətnamədə onun doğum tarixi doğulduğu *7.0*.2007-ci il göstərilməli olduğu halda səhv olaraq 20.*0.2009-cu il tarix kimi qeyd edilmişdir. Buna səbəb uşaqları doğularkən onunla arvadının arasında rəsmi nikah qeydinin olmaması olmuşdur. Qızı Rövşanə *7.0*.2007-ci il tarixdə ev şəraitində doğulmuş və doğuşda anası və yaxın qohum qonşular iştirak etmişlər. Doğuşda iştirak edən şahidlər bunu təsdiq edə bilərlər. Qızı Rövşanəyə doğum haqqında şəhadətnamə alarkən şəhadətnamədə onun doğum tarixinin səhv yazılmasına o, özü və başqa ailə üzvlərindən heç biri fikir verməmişlər. Rövşanəyə 08.**.20*6-cı il tarixdə şəkilsiz şəxsiyyət vəsiqəsi alanda da onun doğum tarixinin səhv yazılmasına fikir verməmişlər. Hazırda qızı Rövşanəyə yeni şəxsiyyət vəsiqəsi almaq istəyir və bununla bağlı aidiyyəti orqana müraciət edərkən Rövşanənin doğum haqqında şəhadətnaməsində və onun əvvəlki, üzərində fotoşəkli olmayan şəxsiyyət vəsiqəsində onun doğum tarixinin səhvən 20.*0.2009-cu il kimi qeyd olunduğunu görmüşdür. Onlar qızı Rövşanənin ad gününü hər ilin yanvar ayının *7-də qeyd edirlər. Rövşanə özü də doğum tarixinin səhv geyd edilməsindən çox narahatdır. Onun doğum tarixinin səhv qeyd edilməsini onun xarici görnüşündən, yəni sifət cizgilərindən də müəyyən etmək olar. Qızı Rövşanənin doğum tarixinin səhv olaraq 20.*0.2009-cu il kimi qeyd edilməsi onun hüquqlarını kobud surətdə pozmaqla Rövşanəyə çox pis təsir edir. O, özü də doğum tarixinin doğulduğu gün, yəni *7.0*.2007-ci il kimi qeyd edilməsini istəyir. Ona görə də qızı X* 20.*0.2009-cu il tarixdə Kürdəmir rayonunda doğulması barədə Maraqlı şəxsndə tərtib olunmuş 28 sentyabr 20**-ci il tarixli, *796 nömrəli doğum akt qeydində düzəliş edilməklə onun *7 yanvar 2007-ci il tarixdə doğulmasının qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Kollegiya qeyd edir ki, ərizəçinin xahişi Maraqlı şəxsndə tərtib olunmuş 28 sentyabr 20**ci il tarixli, *796 nömrəli doğum akt qeydində düzəliş edilməklə qızı Rövşanənin *7 yanvar 2007-ci il tarixdə doğulmasının qeyd edilməsindən ibarətdir. Bu halla bağlı şahidlərin olduğunu və həmin şahidlərin qızının doğum tarixinin həqiqətən də *7 yanvar 2007-ci il tarixi olduğunu təsdiq edə biləcəklərini, sadəcə 28 sentyabr 20**-ci il tarixli, *796 nömrəli doğum akt qeydində qızının doğum tarixinin yalnış yazıldığını iddia edir. Göründüyü kimi ərizəçi Maraqlı şəxsndə tərtib olunmuş 28 sentyabr 20**-ci il tarixli, *796 nömrəli doğum akt qeydində qızının doğum tarixi ilə bağlı aparılmış qeydin qanuniliyini mübahisələndirərək həmin qeydin düzəldilməsini arzulayır və dövlət orqanının nümayəndələri tərəfindən qeydiyyat aparılarkən qanunvericiliyin tələblərinin pozulmasını qeyd etmişdir. Bu isə doğum aktı qeydindən şəxsin doğum tarixinin yazılması ilə əlaqədar inzibati orqan tərəfindən edilmiş hərəkətin (hərəkətsizliyin) qanuniliyinin mübahisələndirilməsini ehtiva edir. Lakin birinci instansiya məhkəməsi ərizəçinin ərizəsinin təmin olunmaması qənaətinə gəlməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, ərizəçi ərizəsində hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini iddia etsə də, ərizənin mahiyyəti Maraqlı şəxsndə tərtib olunmuş 28 sentyabr 20**-ci il tarixli, *796 nömrəli doğum akt qeydində qızının doğum tarixinin inzibati orqan tərəfindən yanlış qeyd edilməsinin aradan qaldırılmasından ibarət olmuş, məhz bu səbəbdən də, ərizəçi məhkəməyə ünvanladığı ərizəsinin xahiş etdi hissəsində, qızı X2 20.*0.2009-cu il tarixdə Kürdəmir rayonunda doğulması barədə Maraqlı şəxsndə tərtib olunmuş 28 sentyabr 20**-ci il tarixli, *796 nömrəli doğum akt qeydində düzəliş edilməklə qızı Rövşanənin *7 yanvar 2007-ci il tarixdə doğulmasının qeyd edilməsini tələb etmişdir. Bu isə onu göstərir ki, birinci instansiya məhkəməsi ədalətli məhkəmə araşdırılmasının realizəsi zamanı ərizəçiyə tələbi üzrə görülməli olan hərəkətlər və onların nəticələri ilə bağlı hüquqlarının real izahını etməyərək, nəticədə iddia tələbinin perspektivlərini göstərməyərək, onların əsassız məhkəmə çəkişməsinə cəlb edilməsindən çəkindirilməsi üçün prosessual hərəkətlər etməmiş, bununla da gəlinən nəticənin apellyasiya qaydasında ləğvi üçün əsas yaratmışdır. Məhkəmə nəzərə almamışdır ki, vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. [3] Mülki Prosessual Məcəllənin *4.*-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.*-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.*-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi Maraqlı şəxsndə tərtib olunmuş 28 sentyabr 20**-ci il tarixli, *796 nömrəli doğum akt qeydində qeydiyyatın düzgün aparılmaması və həmin qeydin pozulması ilə əlaqədar yaranan hüquq münasibətləri publik hüquq münasibətlərinə aiddir. Bu münasibətlərdə hakimiyyət səlahiyyətlərinin icraçısı olan inzibati orqan qismində Maraqlı şəxs çıxış edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, *0 aprel 20*5-ci il qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları,onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatıqaydasında baxılır (2, 3.*, 4 və 5.*-ci bəndlər). “İnzibati icraat haqqında” Qanunun *.*-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarınımüəyyən edir. Həmin Qanunun *.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin *.*-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.*-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. MPM-in 3*.*-ci maddəsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yolverilmir. Qeyd olunmalıdır ki, iddia tələbi publik hüquq münasibətləri ilə tənzimlənən sahədə araşdırma aparılmasını və inzibati orqanların belə münasibətlərdən irəli gələn fəaliyyətinə qiymət verilməsini tələb edirsə, həmin mübahisəyə mahiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxa bilməz. Belə olan halda, ilk növbədə hüquq münasibətinin inzibati və ya xüsusi hüquqa aid olduğu müəyyənləşdirilməli, əgər mübahisələndirilən münasibətin hakimiyyət salahiyyətlərinin həyata keçirilməsi ilə müşayiət olunan publik hüquq sahəsindəki fəaliyyətlə bağlı olduğu müəyyən edilərsə, mübahisəyə MPM-in 26*.0.*-ci maddəsinin tətbiqi məsələsi müzakirə olunmalıdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, hazırkı ərizəçinin tələbi inzibati orqan (Maraqlı şəxsndə tərtib olunmuş 28 sentyabr 20**-ci il tarixli, *796 nömrəli doğum akt qeydi) tərəfindən qeydiyyat şəhadətnaməsinin verilməsi zamanı inzibati orqanın hərəkəti (hərəkətsizliyi) mübahisələndirilərək, şəhadətnamədə doğum tarixi yalnış qeyd olunmuş şəxsin doğum tarixinə düzəliş edilməsindəm ibarətdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin tələbi mülki icraat qaydasında baxılmalı olmadığı halda, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normasının tələbləri pozulmaqla icraata qəbul edilmiş və tələb üzrə yekun nəticəyə gəlməklə prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Buna görə də apellyasiya şikayəti qismən əsaslı hesab edilməklə qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 2*7.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 26*.0.*-ci maddəsinə əsasən hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. İş məhkəmədə baxılmalı deyildirsə ifadəsi mülki prosessual qanunvericiliyin normaları əsasında icraatı aparan məhkəmələri nəzərdə tutmaqla yanaşı, həmçinin onu ehtiva edir ki, iş bu prosessual normalar əsasında deyil, başqa prosessual normalar əsasında icraatı aparan məhkəmələrin səlahiyətinə aiddirsə, bu halda da iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən *0 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 372, 400,402.2və 402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Ərizəçi vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 2(04*)-964/2023 saylı, 0* noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə, qızı X2 20.*0.2009-cu il tarixdə Kürdəmir rayonunda doğulması barədə Maraqlı şəxsndə tərtib olunmuş 28 sentyabr 20**-ci il tarixli, *796 nömrəli doğum akt qeydində düzəliş edilməklə qızı Rövşanənin *7 yanvar 2007-ci il tarixdə doğulmasının qeyd edilməsi tələbi üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən *0 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən *0 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar