Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-56/2024 26.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)57/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 fevral 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC-nin direktoru Nuriyyə Rəhmanova məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh və digər fiziki şəxslərin AR ƏMDK-nin yanında DƏDRX tərəfindən 30 avqust 2017-ci il tarixdə verilmiş **********60 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa (seriya RX 1133316) əsasən İddiaçı MMC-nin mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, həmin sahənin Cavabdeh hesabına tamamilə boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi və iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərci üzrə dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X5 məhkəməyə ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməməsini göstərib, mülki işə onun iştirakı olmadan baxılmnasını xahiş etmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (29 dekabr 2008-ci il tarixinədək “X12” MMC) ilə X6 arasında imzalanmış və Astara Dövlət Notariat Kontorunda təsdiq edilmiş 12 iyul 2005ci il tarixli alğı-satqı müqaviləsinə görə Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən kənd təsərrüfati təyinatlı 0.73 (sıfır tam yüzdə yetmiş üç) hektar torpaq sahəsi “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə keçirilmiş, buna müvafiq olaraq 16 avqust 2007-ci il tarixində Seriya RX ******* saylı, **********60 reyestr nömrəli AR DƏDRX Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmiş, şirkətin adının dəyişdirilməsi ilə əlaqədar olaraq 30 avqust 2017-ci il tarixində çıxarış dəyişdirilmiş, yeni Seriya RX ******* saylı AR DƏDRX Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış təqdim edilmişdir və hal-hazırda daşınmaz əmlak İddiaçı mülkiyyətindədir. Buna baxmayaraq, İddiaçı MMC qanuni əsaslarla mülkiyyətində olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.36 hektar hissəsindən hazırda istifadə edə bilməmiş və onun əmlak hüquqları cavabdeh tərəfindən kobudcasına pozulmuşdur. Belə ki, 2017-ci ildən etibarən cavabdeh X7 iddiaçının mülkiyyətində olan torpaq sahəsini hasarlamış və özü üçün təsərrüfat (dekorativ bitki əkini) yaradaraq İddiaçı MMC-nin nümayəndələrini qeyd edilən sahəyə buraxmamış və onun tərəfindən istifadə edilməsinə mane olunmuşdur. Cavabdeh qeyd olunan torpaq sahəsinin ona və ailəsinə geri qaytarılması üçün “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın təhvil verilməsi barədə’’ iddia ərizəsi ilə 2017-ci ilin sonunda Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası rədd edilmiş, apelyasiya şikayəti versə də, Şirvan Apeliyasiya Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Astara Rayon Məhkəməsi və Şirvan Apellyasiya Məhkəməsi İddiaçı ilə X6 arasında imzalanmış və Astara Dövlət Notariat Kontorunda təsdiq edilmiş 12 iyul 2005-ci il tarixli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təhvil verilməsi barədə iddia tələblərini əsassız sayaraq rədd etməsinə baxmayaraq, Cavabdeh bu günə qədər mülkiyyət hüququ ilə İddiaçınə məxsus olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən, 0.36 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanunsuz və özbaşına olaraq sahiblənmiş, mülkiyyətçi kimi daşınmaz əmlakımızdan istifadə etmək hüququmuz məhdudlaşdırılmış, qeyd olunan əraziyə tərəfimizdən daxil olmaq imkanımız qeyri- mümkün olmuşdur. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, JN 830, Kod 80102018 saylı dövlət aktına əsasən 0.73 hektar torpaq sahəsi atası X6 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. X6 ailə üzvlərinin razılığı olmadan 12 iyul 2005-ci il tarixli müqaviləsi ilə həmin paylı mülkiyyətdə olan torpaq sahəsini İddiaçı MMC-yə satmışdır. Buna görə də, iddia tələbinin əsassız olduğunu bildirərək o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 2(018)57/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Mübariz Məmmədov), İddiaçı MMC-nin Cavabdeh qarşı “torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılmasına dair” iddiasının təmin olunması, Cavabdeh AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, seriya RX ******* saylı çıxarışla İddiaçı MMC-nin mülkiyyətinə Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində verilmiş 0.36 hektar torpaq sahəsindən çıxarılması, həmin 0.36 hektar torpaq sahəsinin Cavabdeh hesabına tamamilə boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi, iş üzrə ekspertiza xərci olan 300 (üç yüz) manat məbləğində pulun Cavabdeh alınaraq X4” MMC-nə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti sahil Filalı - Kod 201218 VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37 NABZ **********0000001944, VÖEN **********, Hesab AZ64AİİB400900C**********208 nömrəli hesaba ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157 Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə istinad etmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Astara Rayon Məhkəməsinin 2(018)57/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinin dəlillərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya icraatı zamanı apellyasiya şikayətinə şifahi formada etiraz edərək şikayətin təmin edilməməsini və Astara Rayon Məhkəməsinin 2(018)57/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsnə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, kollegiya Cavabdeh apelyasiya şikayətinin dəlilləri həddində Astara Rayon Məhkəməsinin 2(018)57/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin 2(018)57/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan 12 iyul 2005-ci il tarixli müqavilədən görünür ki, X6, Azərbaycan Respublikası, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsinin 25 may 1999-cu il tarixli, JN-830 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına və 12 iyul 2005-ci tarixli, 134 saylı arayışına əsasən ona məxsus olan, Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 0.73 hektar torpaq sahəsini “X12” MMC-nə satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ninn Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 0.36 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı MMC-nin tam paylı xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Astara rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli, 2(018)-291/2018 saylı qətnaməsindən və Şirvan Apelyasiya Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli, 2(106)-2124/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh “X12” MMC-yə və Astara rayon Notariat kontoruna qarşı olan 12 iyul 2005-ci il tarixli daşınmaz əmlakın alqısatqısı barədə müqavilənin etibarsız hesab edilməsi və Astara rayonunun Kijəbə qəsəbəsində yerləşən 0,73 hektar torpaq sahəsinin Cavabdeh və ailə üzvlərinə qaytarılmasına dair iddiası rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “X4”-nin 10 yanvar 2022-ci il tarixli, 543 nömrəli mütəxəssis rəyindən məlum olur ki, İddiaçı MMC-nin mülkiyyətinə Astar rayonu, Kijəbə qəsəbəsi ərazisində verilmiş 0.36 hektar torpaq sahəsinin və X3 və ailə üzüvlərinə Astar rayonu, Kijəbə qəsəbəsi ərazisində verilmiş 0.73 hektar torpaq sahəsinin sərhədləri ərazinin ümumi “X2”nə əsasən müəyyən olunmuşdur. X3 və ailə üzüvlərinə Astar rayonu, Kijəbə qəsəbəsi ərazisində verilmiş 0.73 hektar torpaq sahəsi ayrı-ayrılıqda iki hissədən ibarətdir, birinci hissə JN-830 - 0.3649 hektar, ikinci hissə isə JN-830A - 0.3675 hektar təşkil edir. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, seriya RX ******* saylı Çıxarışla İddiaçı MMC-nin mülkiyyətinə Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində verilmiş 0.36 hektar torpaq sahəsi Cavabdeh faktiki istifadəsindədir. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, seriya RX ******* saylı Çıxarışla İddiaçı MMC-nin mülkiyyətinə Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində verilmiş 0.36 hektar torpaq sahəsi, X3 və ailə üzvlərinə Astar rayonu, Kijəbə qəsəbəsi ərazisində verilmiş 0.73 hektar torpaq sahəsinin birinci hissəsində göstərilmiş JN-830 (0.3649 hektar) torpaq sahəsi ilə tam həcmdə eynilik təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2022-ci il tarixli, 10/745 nömrəli “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin mütəxəssis rəyinin Mərkəzə təqdim olunması zəruri olduğuna görə 04 fevral 2022-ci il tarixdə məhkəməyə vəsatət göndərilsə də, müvafiq mütəxəssis rəyi Mərkəxə daxil olmadığından ekspertiza keçirilmədən iş üzrə materiallar geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğindəki dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı tələbdən görünür ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etmişdir. Bu səbəbdən də iddiaçı torpağın zəbtdən azad olunaraq özgəsinin qanunsuz sahibliyindən geri tələbini və cavabdeh tərəfindən mülkiyyətindən istifadə etməyə yaradılan maneələrin aradan qaldırılmasını tələb edir. Tələbinin hüquqi əsası kimi isə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, Mülki Məcəllənin 152, 157 və 146.2-ci maddələrinə istinad edir. İddiaçının iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, İddiaçı (29 dekabr 2008-ci il tarixinədək “X12” MMC) ilə X6 arasında imzalanmış və Astara Dövlət Notariat Kontorunda təsdiq edilmiş 12 iyul 2005-ci il tarixli alğı-satqı müqaviləsinə görə Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən kənd təsərrüfati təyinatlı 0.73 (sıfır tam yüzdə yetmiş üç) hektar torpaq sahəsi “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə keçirilmiş, buna müvafiq olaraq 16 avqust 2007-ci il tarixində Seriya RX ******* saylı, **********60 reyestr nömrəli AR DƏDRX Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmiş, şirkətin adının dəyişdirilməsi ilə əlaqədar olaraq 30 avqust 2017-ci il tarixində çıxarış dəyişdirilmiş, yeni Seriya RX ******* saylı AR DƏDRX Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış təqdim edilmişdir və hal-hazırda daşınmaz əmlak İddiaçı mülkiyyətindədir. Buna baxmayaraq, İddiaçı MMC qanuni əsaslarla mülkiyyətində olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.36 hektar hissəsindən hazırda istifadə edə bilməmiş və onun əmlak hüquqları cavabdeh tərəfindən kobudcasına pozulmuşdur. Belə ki, 2017-ci ildən etibarən cavabdeh X7 iddiaçının mülkiyyətində olan torpaq sahəsini hasarlamış və özü üçün təsərrüfat (dekorativ bitki əkini) yaradaraq İddiaçı MMC-nin nümayəndələrini qeyd edilən sahəyə buraxmamış və onun tərəfindən istifadə edilməsinə mane olunmuşdur. Cavabdeh qeyd olunan torpaq sahəsinin ona və ailəsinə geri qaytarılması üçün “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın təhvil verilməsi barədə’’ iddia ərizəsi ilə 2017-ci ilin sonunda Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası rədd edilmiş, apelyasiya şikayəti versə də, Şirvan Apeliyasiya Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Astara Rayon Məhkəməsi və Şirvan Apellyasiya Məhkəməsi İddiaçı ilə X6 arasında imzalanmış və Astara Dövlət Notariat Kontorunda təsdiq edilmiş 12 iyul 2005-ci il tarixli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təhvil verilməsi barədə iddia tələblərini əsassız sayaraq rədd etməsinə baxmayaraq, Cavabdeh bu günə qədər mülkiyyət hüququ ilə İddiaçınə məxsus olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən, 0.36 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanunsuz və özbaşına olaraq sahiblənmiş, mülkiyyətçi kimi daşınmaz əmlakımızdan istifadə etmək hüququmuz məhdudlaşdırılmış, qeyd olunan əraziyə tərəfimizdən daxil olmaq imkanımız qeyri- mümkün olmuşdur. Cavabdeh iddiaya münasibətindən müəyyən olunur ki, JN 830, Kod 80102018 saylı dövlət aktına əsasən 0.73 hektar torpaq sahəsi atası X6 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. X6 ailə üzvlərinin razılığı olmadan 12 iyul 2005-ci il tarixli müqaviləsi ilə həmin paylı mülkiyyətdə olan torpaq sahəsini İddiaçı MMC-yə satmışdır. Buna görə də, iddia tələbinin əsassız olduğunu bildirərək o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2022-ci il tarixli, 10/745 nömrəli “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatına əsasən ekspertiza keçirilmədən iş üzrə materiallar geri qaytarılmış və məhkəmə qətnamə qəbul edərkən “X4”-nin 10 yanvar 2022-ci il tarixli, 543 nömrəli mütəxəssis rəyini mötəbər sübut kimi qəbul etmişdir. İşin apelyasiya baxışı zamanı məhkəmə kollegiya mübahisə doğuran torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək məqsədi ilə ekspertiza təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/9057 nömrəli ekspert rəyindən məlum olur ki: 1-ci sual üzrə- İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3- 43/2-2956/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı MMC-nin mülkiyyətində olan Astar rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0.36 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Özü gedən torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyətinin üst-üstə düşməsi müəyyən olunmuşdur. 1-ci sual üzrə- İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3- 43/2-2956/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə olunmuş yerquruluşu planında qeyd olunanlara əsasən, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı əsasında JN-830 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”ı ilə X6 və onun ailə üzüvlərinin mülkiyyətinə verilmiş Astar rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0.73 ha torpaq sahəsinin iki hissədən ibarət olması müəyyən edilmişdir. Həmin 0.73 ha torpaq sahəsinin mübahisəli ərazidə 0.36 ha torpaq sahəsinin yerləşməsi və 0.36 ha torpaq sahəsinin məhkəmə predmeti olması müəyyən edilmişdir. Sözügedən 0.36 ha torpaq sahəsinin İddiaçı MMC tərəfindən alqı-satqı müqaviləsi əsasında alınması və həmin torpaq sahəsinin də 1-ci sualın cavabında qeyd olunduğu kimi sərhədləri müəyyən edilmişdir. 3-cü sual üzrə- İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3- 43/2-2956/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə olunmuş yerquruluşu planında qeyd olunanlara əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı MMC-nin mülkiyyətində olan Astar rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0.36 ha torpaq sahəsinin bütövlüklə Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən etmişdir ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə Astar rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0.36 ha torpaq sahəsi X13 Fabriki” MMC-nin mülkiyyətinə verilmişdir. Cavabdeh iddiaçıya məxsus həmin mübahisəli torpaq sahəsini zəbt edərək istifadə edir. Cavabdeh isə torpaq sahəsinin ona məxsus olduğunu iddia etsə də həm mütəxəsis həm də ekspert rəyləri ilə həmin torpaq sahəsinin iddiaçıya məxsus olması və cavabdeh tərəfindən zəbt edilərək istifadə edilməsi müəyyən edilmişdir. Kollegiya onu da nəzərdən qaçırmır ki, cavabdehin iddiaya münasibətində “X6 ailə üzvlərinin razılığı olmadan 12 iyul 2005-ci il tarixli müqaviləsi ilə həmin paylı mülkiyyətdə olan torpaq sahəsini İddiaçı MMC-yə satmışdır.” kimi göstərdiyi əsasla bağlı, yəni alğı-satqı müqaviləsinin ləğv olunması tələbi ilə bağlı onun iddiası olmuş və məhkəmə araşdırması nəticəsində iddiası əsaslı olmadığından təmin (məhkəmə qətnamələri iş materiallarında mövcuddur iş vərəqə 9-17) edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM-in) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və 5 beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MM-in 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikasının MM-in 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası MM-in 6.1-ci maddəsinin 7, 8 və 9-cu bəndlərinə müvafiq olaraq mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyət üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Beləliklə Cavabdeh AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, seriya RX ******* saylı Çıxarışla İddiaçı MMC-nin mülkiyyətinə Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində verilmiş 0.36 hektar torpaq sahəsindən çıxarılmalı, həmin 0.36 hektar torpaq sahəsi Cavabdeh hesabına tamamilə boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməlidir” qənaətinə gəlməsi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Astara Rayon Məhkəməsinin 2(018)57/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Kollegiya hesab edir ki, ekspertiza xərci olan 50 manat Cavabdeh alınaraq X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,; QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 2(018)57/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh alınaraq X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-56/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-56/2024
26.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver