Məhkəmə qərarları › İş №2(106)-57/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-57/2025

06.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-57/2025 06.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış sahəsindən çıxarılma» tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-57/2025 Açar sözlər : yaşayış sahəsindən çıxarılma X26 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı1 və Cavabdeh1 Adil oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış sahəsindən çıxarılma» tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(053)-400/2023 saylı (hakim S.Quliyev) qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, Kollegiya aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və onun arvadı Cavabdeh2 və onların uşaqları xx.xx.2009-cu il təvəllüdlü X18 və xx.xx.2019-cu il təvəllüdlü X8 onların xüsusi mülkiyyətində olan Neftçala şəhəri, X28 küçəsi 98 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və onlara məxsus olan əmlakın çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 işin məhkəmə baxışı zamanı ərizə təqdim edərək ərizənin “xahiş edirəm” hissəsində dəqiqləşdirmə zərurətinin olduğunu göstərmiş və Cavabdeh1 və onun arvadı Cavabdeh2 və onların uşaqları xx.xx.2009-cu il təvəllüdlü X18 və xx.xx.2019-cu il təvəllüdlü X8 onların xüsusi mülkiyyətində olan Neftçala şəhəri, X28 küçəsi 98 ünvanında yerləşən 0,0420 ha. torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmaları və onlara məxsus olan əmlakın çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı1 işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək bildirmişdir ki, reyestr nömrəsi **********76 saylı, qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışa əsasən onun və anası İddiaçı2 xüsusi birgə mülkiyyətində olan Neftçala şəhəri, X28 küçəsi 98 ünvanında yerləşən torpaq sahəsi vardır. Cavabdeh1 onun ögey əmisi oğludur. Cavabdeh və onun arvadı Cavabdeh2 və onların uşaqları xx.xx.2009cu il təvəllüdlü X18 və xx.xx.2019-cu il təvəllüdlü X13 özbaşına olaraq onların mülkiyyətində olan fərdi yaşayış evini zəbt etmiş, hal-hazırda da həmin ünvanda yaşayırlar. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq evdən çıxmaq istəmirlər. Cavabdehin yaşamağa evi var və başqa ünvanda qeydiyyatdadır. Bilərəkdən onların xüsusi mülkiyyət hüququnu pozurlar. Yaşayış evinin altında yerləşən torpaq sahəsi dövlət tərəfindən mərhum atasına fərdi yaşayış evi tikmək üçün verilmiş, 1985-1986-cı illərdə həmin ev tikilib inşa edilmişdir. Cavabdehlər elə fikirləşirlər ki, həmin torpaq sahəsi onlara atasının anasından, Sübhanın isə nənəsindən miras qalmışdır. İlk əvvəllər həmin ərazidə yerləşən evdə babası və atası yaşamış, sonradan babasına məxsus ev plana düşmüşdür. Ev plana düşdüyündən onun atasına dövlət tərəfindən fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmış və atası hazırkı mübahisəli evi inşa etdikdən sonra cavabdehlər oranı zəbt etmişlər. Ev onun mərhum atasına məxsus olmuş, atası isə evi inşa edəndən sonra yaşamamışdır. Özlərinin əlavə evləri olmuş, lakin orada yaşamışlar. Həyətyanı sahə isə 0,0420 hektardan ibarətdir. Hazırda mübahisəli torpaq sahəsi paylı torpaq sahəsi olmaqla ¼ hissədə ona, ¾ hissədə isə anasının adına rəsmiləşdirilmişdir. Hazırda anası və özü ünvan 2 ünvanında qeydiyyatdadırlar. Mübahisəli evdə atası və babası yaşamışdır. Cavabdehlərə dəfələrlə xəbərdarlıq etsələr də onlar evi tərk etməmişlər. Hazırda da mülkiyyətlərində olan evə getməyə cavabdehlər onlara imkan vermir. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı2 işin məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli evdə on beş ildir ki, ailəsi ilə birlikdə yaşayır. Evin təmirə ehtiyacı olan vaxtlarda təmir etmişlər. Həmin evdə yaşadığı müddət ərzində iddiaçıları görməmişdir. Bildiyinə görə ev qayınata və qayınanasına məxsus olub. Onlar ondan əvvəl otuz il həmin evdə yaşamışlar. Ev plana düşəndə əri Sübhanın nənəsi orada yaşamışdır. İddiaçılarla aralarında hələ ki, razılaşma yoxdur. Göstərilənləri, o cümlədən başqa yaşayış yerinin olmadığını nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 da iddianı qəbul etməyərək cavabdehin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. Həmçinin qeyd etmişdir ki, Cavabdeh1 onun oğludur. Oğlu 30 ildir ki, həmin evdə yaşayır. Cavabdeh olan oğlu ailəsi ilə birlikdə iddiaçıların evini zəbt etməmişdir. Yarımtikilini onlar təmir edib ev halına salmışlar. Bu səbəbdən mübahisəli fərdi yaşayış evi cavabdehlərə məxsusdur. İddiaçılar həmin torpaq sahəsini öz adlarına sənədləşdirməklə onları evdən çıxarmaq istəyirlər. Onlar da mübahisəli evdə qalmaq istəmirlər. Lakin evin təmir və tikintisinə 40.000 manat pul xərcləmişlər. Çəkilmiş xərc ödənildiyi təqdirdə evdən çıxmağa razıdırlar. Tikilinin altındakı torpaq sahəsi iddiaçının mülkiyyətində olduğuna baxmayaraq, həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. Ona görə də o, özbaşına tikinti hesab olunmalıdır. Göstərilənləri nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(053)-400/2023 saylı qətnaməsi (hakim S.Quliyev) ilə, iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 Adil oğlu və Cavabdeh2 uşaqları (xx.xx.2009-cu il təvəllüdlü X18 və xx.xx.2019-cu il təvəllüdlü X13) ilə birlikdə Neftçala şəhəri, X28 küçəsi 98 ünvanında yerləşən və mülkiyyət hüququ ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olan 0,0420 hektar torpaq sahəsindən və həmin sahədə inşa olunmuş fərdi yaşayış evindən çıxarılmaları və yaşayış evi boşaldılaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Neftçala ş, M.Ə.Rəsulzadə küçəsi, 98 ünvanında yerləşən 0.0420 ha torpaq sahəsinin mülkiyyət hüququ ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olduğuna, cavabdehlərin onların ailə üzvləri olmadığına, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə hüququnun yaranmadığına və həmin evdə yaşamaqla iddiaçıların mülkiyyət hüququnu pozduğuna istinad etmişdir. Birinci instansiya məhkəməsi qeyd olunanlara əsaslanaraq iş üzrə yuxarıda göstərilən qətnaməni çıxarmışdır. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı üçün ləğv olunmalı və iddia təmin olunmamalıdır. Belə ki, birinci instansiya məhkəməsinin boşaldılaraq iddiaçılara təhvil verilməsini qət etdiyi yaşayış evi onların mülkiyyətində olan 0.0420 ha torpaq sahəsində (Rəsulzadə küç, 98 ünvanında) yerləşmir. Sahəsi 79 kv.m olan həmin ev ünvan 3ında yerləşən, X22, Cavabdeh1, X14 və Nümayəndə2 ümimi birgə mülkiyyətində olan 0.093521 ha torpaq sahəsindədir və evin 2/5 hissəsi X15 xususi mülkiyyətindədir. Adları çəkilən şəxslərin Neftçala ş, M.Ə.Rəsulzadə küçəsi, 98A ünvanındakı 0.093521 ha torpaq sahəsi nə və onun üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb və bu barədə onlara çıxarış verilib. Evin 2/5 hissəsinin mülkiyyətçisi olan X22 cavabdehlər Cavabdeh1 atası, Cavabdeh2 isə qaynatasıdır. X22 xx.xx.2014-cü ildə vəfat edib və həmin vaxt və ondan əvvəl də ona məxsus evdə ailəsi ilə birgə yaşayan Cavabdeh1 atasının qanun üzrə İ növbə vərəsəsi kimi mirası faktiki (evə sahiblik etməklə və onu idarə etməklə) qəbul etmişdir. İ instansiya məhkəməsi qeyd olunanları nəzərə almamış, cavabdeh Sübhan Kərimovun miras kimi qəbul etdiyi evin 2/5 hissəsinə vərəsəlik hüququna əsaslanan mülkiyyət hüququnu, həmçinin sahiblik və istifadə hüquqlarının pozulması ilə nəticələnə bilən qətnamə çıxarmışdır. Sübhan Kərimovun ailəsi ilə birlikdə yaşadığıev ünvan 4 ünvanında yerləşən, iddiaçılara məxsus 0.0420 ha torpaq sahəsinə aidiyyəti yoxdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. e) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə etmiş və onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı tərəfin mülkiyyətində 0.0420 torpaq sahəsi var. Qonşuluqda onların da mülkiyyətində 0.093521 ha torpaq sahəsi mövcuddur. Qeyd etmişdir ki, hazırda yaşadığı mübahisəli ev özlərinə məxsus torpaq sahəsində yerləşir. Həmin ev əvvəllər yarımtikili olmuş, oranı təmir edib yaşanılası vəziyyətə gətirmişlər. Onun yaşadığı evin iddiaçının torpaq sahəsinə aiddiyyəti yoxdur. Həmin evdə özü arvadı və 2 uşağı ilə birlikdə yaşayır. Qeyd etmişdir ki, iddiaçı Raufun atası Azərlə onun atası Sakit ögey qardaşdırlar. Kollegiya tərəfindən onlara barışmaq və ərazi mübadiləsi məqsədilə müəyyən vaxt verilsə də onlar arasında hər hansı razılaşma olmamışdır. İddiaçı1 apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanılmasını xahiş etmişdir. Qeyd etmişdir ki, cavabdehlərin yaşadığı yaşayış evi onlara məxsus 0.0420 ha torpaq sahəsi üzərində yerləşir. Müəyyən razılığa gəlmələri üçün vaxt verisə də hər hansı razılığa gəlməmişlər. Cavabdehlərlə qohumluq əlaqəsi olsa da onlara dəfələrlə torpaq sahəsini boşaldılmasını xahiş etmiş, lakin cavabdehlər onun sözlərinə məhəl qoymamış və məcbur olub pozulmuş mülkiyyət hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmişdir. Digər iddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar kollegiyanın iclasında iştirak etməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5 və 157.2-ci maddələrinə əsasən «Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur», «Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın», «Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər». Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və 228.5-ci maddələrinə əsasən "Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın", "Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir…", "Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir…". Azərbaycan Respublikasının Mənzil Məcəllənin 30.1 və 30.2-ci maddələrinə əsasən «Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər», «Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər…». Avropa Məhkəməsi «Önəryıldız Türkiyəyə qarşı» qərarında xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində «mülkiyyət anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır. Həmin qərarda Avropa Məhkəməsi həmçinin vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur və ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyət»ə bərabərdir. Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. X23 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, X25rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməklə, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən» qeydiyyat nömrəsi ********** olan çıxarışın surəti ilə müəyyən olunur ki, Neftçala şəhəri, X28 küçəsi 98 ünvanında yerləşən torpaq sahəsi (00420 ha) olmaqla hüquq sahibləri ¼ hissədə İddiaçı1, ¾ hissədə isə İddiaçı2 paylı mülkiyyətindədir. Bununla əlaqədar olaraq daşınmaz əmlakın dövlət reyestrində 23 sentyabr 2022-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarına həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən tərtib olunmuş planı və ölçüsü də əlavə olunur. Həmin sənəddən görünür ki, plan və ölçünün verilməsinə əsas DTXK Neftçala rayon şöbəsi, Torpaq sahəsinin planı və ölçüsü, 047, xx.xx.2012; DTXK Neftçala rayon şöbəsi, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 2V-177, xx.xx.2022 İddiaçı1 sahibliyinə verilmişdir. “X7” AQİS-dən çıxarışlardan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh1 ilə xx.xx.1984-cü il təvəllüdlü Məlikova X10 şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 1-B, mənzil 30 ünvanında qeydiyyatdadır. Eyni zamanda tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə X18 və xx.xx.2019-cu il tarixdə X13 adlı uşaqlar doğulmuşdur. “Qanun üzrə vərəsəlik hüququ haqqında” Neftçala rayon Dövlət notariat kontorunun dövlət notariusunun təsdiq etdiyi şəhadətnamədə müəyyən olunmuşdur ki, “08 fevral 1989-cu ildə vəfat etmiş X2 əmlakının vərəsələrinin hər biri 2/5 hissədə oğlu- X19 (yaşayır Neftçala şəhəri, Hacıbəyov küçəsi, ev 1, mənzil 16-da), 3/5 hissəsi isə açıq saxlanılmaqla verilməsin”. Həmin şəhadətnamənin verildiyi vərəsəlik əmlakı şəhadətnamədə qeyd olunmuşdur. “Qeydiyyat vəsiqəsindən” görünür ki, Əli-Bayramlı sahəsi üzrə texniki inventarizasiya sənədlərində Neftçala rayonu, Qələbə küçəsində əmlakın vərəsəsi kimi X19 2/5 hissədə pay ayrılmış, 3/5 hissə isə açıq saxlanılmışdır. Neftçala Rayon Məhkəməsinin 2-49/1992 il tarixli qətnaməsindən görünür ki, iddiaçı X11, X12 və X3 cavabdeh Neftçala rayon notariat kontorundan, X9 vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, miras əmlakın bölünməsi tələbinə dair iş üzrə iddiası təmin edilmiş və Neftçala rayon Dövlət notariat kontorunun 15 yanvar 1990-cı il tarixli şəhadətnaməsi ləğv edilmiş, X4 və X1 birgə nikah dövründə tikmiş olduqları Neftçala şəhəri, Qələbə küçəsində yerləşən ümumi sahəsi 44,8 kv.metr olan iki otaqlı şəxsi mənzil onların vərəsələri arasında bölünməsi, evin ümumi sahəsinin 54/70 hissəsi, (34,56 kv.metr sahəsi) X6, 16/70 hissəsi (10,24 kv.metr sahəsi) X19 verilməsi müəyyən edilmişdir. Neftçala Rayon Məhkəməsinə ünvanlanmış sorğuya verilmiş cavabdan görünür ki, Neftçala rayon Məhkəməsinin arxivində saxlanılan 2-49 nömrəli mülki iş üzrə 1992-ci il tarixli qətnamədən yuxarı instansiya məhkəməsinə şikayət verilməsinə, habelə işin yuxarı instansiya məhkəməsində baxıldığına dair heç bir məlumat yoxdur. Apellyasiya baxışı zamanı məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə Ekspertiza Mərkəzinin 10 dekabr 2024-cü il tarixli, 3-16-16/2-10/1668 saylı ekspertiza rəyindən görünür ki, Neftçala şəhəri, X28 küçəsi 98 ünvanında yerləşən, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan (xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi **********76) 0,0420 ha torpaq sahəsinin koordinatları yerində müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onlarla yaşayan azyaşlı uşaqlarının yaşadığı fərdi yaşayış evinin 70.7 kv.m hissəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətində olan 0,0420 ha torpaq sahəsi üzərində yerləşir. Müəyyən edilir ki, iddiaçılar pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə məhkəməyə müraciət edərək cavabdehlərin onlara məxsus olan 0,0420 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərinə düşən fərdi yaşayış evindən çıxarılmalarını xahiş etmişlər. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və cavabdehin 0.0420 ha torpaq sahəsindən və həmin sahədə inşa olunmuş fərdi yaşayış evindən çıxarılmalarını və yaşayış evinin boşaldılaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilməsini qət etmişdir. Cavabdeh qətnamədən narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, cavabdehin yaşadıqları fərdi yaşayış evi mübahisəli torpaq sahəsininin üzərində yerləşmir. Bununla bağlı apellyasiya baxışı zamanı məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onlarla yaşayan azyaşlı uşaqlarının yaşadığı fərdi yaşayış evinin 70.7 kv.m hissəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətində olan 0,0420 ha torpaq sahəsi üzərində yerləşir. Məhkəmə kollegiyası ekspert rəyini sübut kimi qəbul edir və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi- iddianın təmin edilmiş hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Kollegiya həmçinin qeyd edir ki, işdə Neftçala Rayon Məhkəməsinin 2-49/1992 il tarixli qanuni qüvvəsini almış qətnaməsi olsa da həmin qətnamə nəzərə və icra olunmadan hər iki tərəf öz valideyinlərinə münasibətdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında onlara düşən payı qəbul edərək iddiaçı 0.0420 ha, cavabdeh tərəf isə 0.093521 ha torpağa dair çıxarış almış və həmin çıxarışlar hazırda heç bir tərəfdən mübahisələndirilməmiş və hazırda çıxarışların həqiqiliyi və tamlığı prezumsiyası mövcuddur. Yuxarıda şərh edilənlərə əsasən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Neftçala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(053)- 400/2023 saylı qətnaməsi - iddianın təmin edilmiş hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh1 Adil oğlu və Cavabdeh2 uşaqları (xx.xx.2009-cu il təvəllüdlü X18 və xx.xx.2019cu il təvəllüdlü X13) ilə birlikdə Neftçala şəhəri, X28 küçəsi 98 ünvanında yerləşən və mülkiyyət hüququ ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olan 0,0420 hektar torpaq sahəsindən və orada inşa olunmuş fərdi yaşayış evinin 70.7 kv.m hissəsindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilməldir. Həmçinin iş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X5, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ

22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(053)-400/2023 saylı qətnaməsi- iddianın təmin edilmiş hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 Adil oğlu və Cavabdeh2 uşaqları (xx.xx.2009-cu il təvəllüdlü X18 və xx.xx.2019-cu il təvəllüdlü X13) ilə birlikdə Neftçala şəhəri, X28 küçəsi 98 ünvanında yerləşən və mülkiyyət hüququ ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olan 0,0420 hektar torpaq sahəsindən və orada inşa olunmuş fərdi yaşayış evinin 70.7 kv.m hissəsindən çıxarılsınlar və fərdi yaşayış evi həmin hissədə boşaldılaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X5, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar