Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-576/2023 13.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı və cavabdeh X7 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Lənkəran Rayon Məhkəməsinin 2(049)697/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 13 aprel 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilən torpaq sahəsinin buraxılması və qanunsuz inşa edilmiş tikililərin sökülməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək Cavabdeh qanunsuz olaraq zəbt etdiyi ünvan 1 ünvanında yerləşməklə ona məxsus olan torpaq sahəsindən çıxarılaraq ona təhvil verilməsi və cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbində dəyişiklik edərək Cavabdeh qanunsuz olaraq zəbt etdiyi ünvan 1 ünvanında yerləşməklə ona məxsus olan torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin ona təhvil verilməsi və cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin sökülməsi, Cavabdeh mülkiyyətində olan Lənkəran şəhəri X9, 40a ünvanında yerləşən torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi arasında olan daş hasarın sökülməsi və onun üzərində tikinti işlərinin aparılmasının Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 1 ünvanında ona məxsus olan 0.10343 ha torpaq sahəsində qeyri-yaşayış binası var. Bu xüsusat adına verilmiş xx.xx.2011- ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə rəsmiləşdirilmişdir Qeyd olunan 0.10343 hektar torpaq sahəsi qanuni əsaslarla onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi mülkiyyətində olsa da, iş üzrə cavabdeh həmin torpaq sahəsinin sağ tərəfi olan hissəsindən uzun müddətdir ki, qanunsuz zəbt edərək istifadə edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin 10 saylı Ərazi İdarəsinə müraciət etmiş, adına çıxarış alarkən onlar gəlib torpaq sahəsini göstərmişlər və bir daha məlum olmuşdur ki, ona məxsus torpaq sahəsini cavabdeh zəbt edərək öz torpaq sahəsi kimi istifadə edir və orada qanunsuz tikinti işləri aparır. Ondan qanunsuz zəbt etdiyi torpaq sahəsini buraxmasını tələb etdikdə isə qanunsuz olaraq zəbt etmiş olduğu torpaq sahəsini buraxmaq istəmir. Cavabdeh onun tələblərinə əhəmiyyət verməyərək qanunsuz hərəkətlərini davam etdirir. Cavabdehin bu qanunsuz və özbaşnalıq hərəkətlərindən müxtəlif orqanlara şikayət etmiş, araşdırma apardıqdan sonra yaranmış mübahisə ilə əlaqədar bu barədə birinci instansiya məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. İndinin özündə də dəfələrlə cavabdehlərə qanunsuz olaraq zəbt etdiyi torpaq sahəsinin buraxılması barədə iradlar etsə də, cavabdeh öz əməlindən əl çəkmək, yəni qanunsuz olaraq zəbt etdiyi torpaq sahəsini buraxmaq fikrindən vaz keçir. Cavabdeh nəinki, ona məxsus torpaq sahəsini zəbt edib, eyni zamanda ona məxsus torpaq sahəsində qanunsuz tikinti işləri də aparmışdır. Belə ki, cavabdeh qanunsuz zəbt etdiyi torpaq sahəsində tövlə tikib və indi isə orada özləri üçün qeyri-yaşayış binasıi tikirlər. Bütün bunlardan görünür ki, cavabdeh qanunvericiliyin tələblərini başa düşmür. O, cavabdehin qanunsuz və özbaşına hərəkətlərindən məhkəməyə müraciət etməyə məcbur olmuş və ona görə də, məhkəmədən iddia tələbinin təmin olunaraq, Cavabdeh qanunsuz olaraq zəbt etdiyi ünvan 1 ünvanında yerləşməklə ona məxsus olan torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin ona təhvil verilməsi və cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin sökülməsi, Cavabdeh mülkiyyətində olan Lənkəran şəhəri X9, 40a ünvanında yerləşən torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi arasında olan daş hasarın sökülməsi və onun üzərində tikinti işlərinin aparılmasının Cavabdeh qadağan barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışında Cavabdeh iddia tələbini qəbul etmədiyini və tələbin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 izahatında bildirmişdir ki, iddiaçı mövcud olan daş hasarın yerində tikinti işləri həyata keçirməlidir. Lakin hazırkı mübahisə olduğundan tikinti işlərini apara bilmir. Buna görə də iddianın rədd edilməsini xahiş edir İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)697/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: T.Məmmədov), iddianın qismən təmin edilməsi, Cavabdeh mülkiyyətində olan Lənkəran şəhəri X9, 40a ünvanında yerləşən torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi arasında olan daş hasarın sökülməsi və onun üzərində tikinti işlərinin aparılması Cavabdeh qadağan edilməsi, iş üzrə ödənilmiş 10.40 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş 311 manat və 95 manat pul İddiaçı özünə aid edilsin. İddia qalan hissədə rədd edilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Dövlət nəfinə keçirilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 157.4 və Torpaq Məcəlləsinin 111 -ci maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh X6 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh X1 Rayon Məhkəməsinin 2(049)697/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh X6 nümayəndəsi Vəkil apellyasiya icraatı zamanı, apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)697/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini Lənkəran Rayon Məhkəməsinin 2(049)697/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdeh X2 apellyasiya şikayətinin dəlilləri həddində Lənkəran Rayon Məhkəməsinin 2(049)697/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 176.1-ci maddəsinə əsasən hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. 176.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. 176.3-cü maddəsinə əsasən əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)697/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Lənkəran ərazi idarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş 1333 inventar nömrəli daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, Lənkəran şəhəri, şəhid Etibar Əliyev küçəsi, ev 13 ünavnında yerləşən **********47-10301 reyestr nömrəli fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri, şəhid Etibar Əliyev küçəsi, ev 13-də yerləşən 0.10343 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2011-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0.02449 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X2 adına xx.xx.2021-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 dekabr 2022-ci il tarixli 10/7866 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı istifadəsində olan torpaq sahəsi ilə cavabdeh X2 istifadəsində olan torpaq sahələrinin sərhədində 50-60 sm enində, 20 metr uzunluğunda olan daş hasarın yerləşməsi müəyyən olunmuşdur. Tərəflərin sözügedən torpaq sahələri üzərində xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə X2 mülkiyyətində olan torpaq sahəsi mübahisəli daş hasarın yerləşdiyi hissədə üst-üstə düşür. Buna görə də tərəflərin torpaq sahələrinin sərhədində yerləşən 50-60 sm enində, 20 metr uzunluğunda olan mübahisəli daş hasarın tam olaraq hansının mülkiyyətində olan torpaq sahəsində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 dekabr 2022-ci il tarixli 10/7866 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manatdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 10 saylı Lənkəran ərazi idarəsinin 148 saylı smetadan görünür ki, ekspertizanın aparılması üçün çəkilən xərc 95 manat təşki edir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 10 saylı Lənkəran ərazi idarəsinin 038 saylı smetadan görünür ki, ekspertizanın aparılması üçün çəkilən xərc 311 manat təşki edir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 10 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödəmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı iddianın mahiyyətindən müəyyən edilir ki, İddiaçı cavabdeh X3 qarşı “mülkiyyətimizdə olan torpaq sahəsinin arasında olan daş (kərpic) hasarın sökülüb onun üzərində tikinti quraşdırma işlərinin cavabdehə qadağan edilməsi” barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir və tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1,152.4,170,176-cı maddələri təşkil etdiyini göstərir. Cavabdeh iddia tələbinə etirazında qeyd edir ki, o, sökülməsi tələb olunan daş hasar 20 il bundan öncə öz vəsaiti hesabına hörülmüş və həmin hasar onun evinin divarı olmuşdur. Hazırda öz vəsaiti ilə hördüyü hasarın sökülməsini iddiaçıdan icazə almalı deyil. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinə və cavabdehin iddia tələbinə etirazı ilə bağlı aşağıdakıları qeyd edir. Əvvəla, qeyd olunmalıdır ki, tərəflərin mübahisələndirdiyi hər ikisinin sərhədində yerləşən torpaq sahəsi ilə bağlı mübahisəli məsələnin həlli ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən ekspertiziya təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 dekabr 2022-ci il tarixli 10/7866 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı istifadəsində olan torpaq sahəsi ilə cavabdeh X2 istifadəsində olan torpaq sahələrinin sərhədində 50-60 sm enində, 20 metr uzunluğunda olan daş hasar mövcuddur və sözügedən torpaq sahələri üzərində xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İkincisi, İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə X2 mülkiyyətində olan torpaq sahəsi mübahisəli daş hasarın yerləşdiyi hissədə üst-üstə düşür. Buna görə də tərəflərin torpaq sahələrinin sərhədində yerləşən 50-60 sm enində, 20 metr uzunluğunda olan mübahisəli daş hasarın yerləşdiyi sahə həm iddiaçı həm də cavabdehin qonşu sərhədi olmaqla, həmin sahəyə hər iki tərəf bərabər hüquqludur. Üçüncüsü, cavabdehin iddia etdiyi kimi hər iki qonşunun torpaq sahələri arasında sərhəd hesab olunan sahəsinin onun tərəfindən və onun vəsaiti hesabına hörülməsi onun hazırda həmin hasarı sökməsinə haqq vermir. Əgər cavabdeh yuxarıda qeyd edildiyi kimi, hasarın sökülməsini icra etməsi ona məhz hasarına hörülməsində iddiaçının əməyinin olmaması və xərc çəkməməsi səbəbi ilə haqqı olduğunu düşünürsə, bu iddia tələbinə etirazın əsası kimi qəbul edilə bilməz. Çünki nə qədər ki qonşulardan biri hazırkı işdə iddiaçı mərz (qurğusunun) sərhədinin olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. (MM-nin 176.,176.2,176.3,) Yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasından da aydın başa düşülür ki, hasarlanma xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. Torpaq sahələri bir-birinə bitişik olduqda mülkiyyətçiləri qonşu sərhədlərdə birlikdə hasar çəkilməsi və yaxud çəkilən xərcin bölüşdürülməsi barədə razılıq əldə edə bilərlər. Qonşu torpaq sahələri arasında ayrıc mərzlərinin qonşulardan biri tərəfindən və yaxud birlikdə çəkilməsindən asılı olmayaraq torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayrıc mərzi çəkilməsində və ya mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Bu zaman tərəflər arasında başqa razılaşma olmazsa, çəkilən xərc onlar arasında bərabər bölünür. Torpaq sərhədləri dəqiq müəyyən edildikdə mərz çəkilməsi ilə əlaqədar xərclər buna müvafiq bölünür. Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün olmazsa, mərz çəkilməsi qonşuların faktiki sahibliyinə əsasən həll edilir. Torpaq sahələrinə faktiki sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda isə mübahisəli ərazi sahələr arasında bərabər bölünür. Bununla əlaqədar mübahisə yarandıqda sərhəd məhkəmə qaydasında müəyyənləşdirilə bilər. Məhkəmə kollegiyası cavabdehin “onun tərəfindən 20 il bundan öncə öz vəsaiti hesabına hasarın çəkilməsi və bu səbəbdəndə ona hasar üzərində hər hansısa hərəkətlərin qadağan edilməsi düzgün hesab etməməsi” barədə etirazı və apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ümumiyyətlə hasar mülkiyyətçinin torpaq sahəsinin başqa torpaq sahələrindən təcrid edilməsi ilə yanaşı birgə yaşayış qaydalarına əməl edilməsi, bir-birinə qarşılıqlı hörmət bəsləmələri, hədsiz təsirlərdən çəkinmələri, həmçinin şəxsi və ailə həyatı ilə bağlı sirlərin qorunmasına xidmət edir. Odur ki, qonşu sərhədlərdə birlikdə hasar çəkilməsi və yaxud çəkilən xərcin bölüşdürülməsi barədə razılıq əldə edə bilərlər. Hal-hazırda isə mübahisəli hasar hər iki mülkiyyətçinin mülkiyyəti daxilindədir bu səbəbdən həmin hasar üzərində hər hansı bir işin aparılması üçün mütləq şəkildə mülkiyyətçilərin qarşılıqlı razılığı tələb olunur. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh hasar üzərində çəkdiyi xərcin yarısını torpaq sahələri bir-birinə bitişik qonşu mülkiyyətçidən tələb edə bilər. Mülkiyyətçilər çəkilən xərc barəsində razılığa gələ bilmədikdə isə mübahisəni məhkəmə qaydasında həll edə bilər. Bunun üçün isə məhkəmədə qonşu torpaq sahələri arasında sərhədin, mərzin müəyyən olunması barədə iddia mövcud olmalıdır. Cavabdeh apellyasiya şikayətinin dəlilləri daha sonar qeyd edir ki, “iş materiallarına əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, tərəflərin torpaq sahələrinin sərhəddində yerləşən 50- 60 sm enində, 20 m uzunluğunda olan mübahisəli “daş hasar”ın tam olaraq hansının mülkiyyətində olan torpaq sahəsində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda, iddiaçının “daş hasar”a olan mülkiyyət hüququnun nə ilə təsdiq olunduğu iş materiallarında olan sənədlərlə təsdiqini tapmadığından məhkəmənin iddia tələbini təmin etmək üçün hazırkı maddi hüququ normasına istinad etməsi maddi hüquq normasının pozulmasına gətirib çıxarmışdır”. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlili ilə də, razılaşmır. Çünki təqdim olunmuş ekspert rəyində açıq aydın qeyd olunur ki, iddiaçı ilə cavabdehin arasında mübahisə edilən qonşu sərhəd hesab edilən 50-60 sm enində, 20 metr uzunluğunda olan daş hasar mövcuddur və sözügedən torpaq sahələri üzərində xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh mülkiyyətində olan Lənkəran şəhəri X9, 40a ünvanında yerləşən torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi arasında olan daş hasarın sökülməsi və onun üzərində tikinti işlərinin aparılması Cavabdeh qadağan edilməlidir. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin 2(049)697/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)697/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsi cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-576/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-576/2023
13.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver