Məhkəmə qərarları › İş №2(106)-580/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-580/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-580/2023 20.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakı ilə, Cəlilabad Rayon Məhkəməsinin 2(073)05/2022 saylı, 26 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 20 aprel 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" MMC-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdeh "xxxx" MMC-dən 04 noyabr 20211-ci il tarixli, 07 saylı kredit müqaviləsi üzrə 50000 manat əsas borc, 3471,52 manat faiz borcu, 2613,75 manat cərimə olmaqla, cəmi 56085,27 manat kredit borcunun və 30 (otuz) manat dövlət rüsumunun iddiaçı "xxxx" MMC-in xeyrinə tutulması, 29912,14 manat hissəsində 04 noyabr 2011-ci il tarixli,7/1 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Cəlilabad rayonu Kazımabad kəndində 1,0744 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 5 otaqlı, 102,66 kv.metr yaşayış, 111,36 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, 26173,13 manat hissəsində 04 noyabr 2011-ci il tarixli, 7/2 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Saray Bağları massivi 4375 nömrəli ünvanda yerləşən 0,09 ha torpaq sahəsinə borcun yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə edilmiş vəsait hesabına kredit borcunun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması, Cavabdeh2 məxsus Cəlilabad rayonu Kazımabad kəndində 1,0744 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 5 otaqlı, 102,66 kv.metr yaşayış, 111,36 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə və Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Saray Bağları massivi 4375 nömrəli ünvanda yerləşən 0,09 ha torpaq sahəsinə tutma yönəldikdən sonra və satıldıqdan sonra həmin torpaqdan istifadə hüququnun məhdudlaşdırılması və fərdi yaşayış evində yaşayanların 1 ay müddətində evdən çıxarılmalarına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iddianı müdafiə edərək izahatıda bildirdi ki, “İcraçı Kredit Agentliyi» BOKT MMC ilə borclu «Yüzbaşılı-2 Kredit İttifaqı” MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 07 saylı kredit müqaviləsinə əsasən 23 noyabr 20211-ci il tarixdə 50000 manat kredit verilmişdir. Kreditin təminatı qismində, ipoteka saxlayan "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 7/1 nömrəli ipoteka müqaviləsinə Cavabdeh2 mülkiyyətində olan Cəlilabad rayonu Kazımabad kəndində 1,0744 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 102,66 kv.metr yaşayış, 111,36 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi və Cavabdeh3 arasında bağlanmış 04 noyabr 2011-ci il tarixli, 7/1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağları massivıi, 4375 nömrəli ünvanda yerləşən 0,09 ha sahəsi olan torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Həmin ipotekalar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Kredit müqaviləsi üzrə ödəniş qrafikində ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Belə ki, cavabdehin iddiaçı təşkilata 50000 manat əsas borcu, 3471,52 manat faiz borcu, 2613,75 manat cərimə borcu olmaqla, cəmi 56085,27 manat kredit borcu vardır. İpoteka müqaviləsi üzrə ipotekaya qoyulmuş və ipoteka predmeti olan Cəlilabad rayonu Kazımabad kəndində 1,0744 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 102,66 kv.metr yaşayış, 111,36 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 40000 manat məbləğində, Sumqayıt şəhəri, Saray bağları massivi, 4375 nömrəli ünvanda yerləşən 0,09 ha sahəsinin ilkin satış qiyməti isə tərəflərin qarşılıqlı razılığına əsasən 35000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdehlərin 04 noyabr 20211-ci il tarixli, 07 saylı kredit müqaviləsi üzrə 50000 manat əsas, 3471,52 manat faiz, 2613,75 manat cərimə olmaqla, cəmi 56085,27 manat kredit borcu vardır. Bununla əlaqədar cavabdehə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər "xxxx" MMC və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehlər "xxxx" MMC-nin və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək izahatında bildirdi ki, ”İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə ”Yüzbaşlı-2” Kredit İttifaqı MMC arasında 04 noyabr 2011-ci il tarixli, 7 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ”Yüzbaşlı-2” Kredit İttifaqı MMC-yə sahibkarlıq fəaliyyətini yönəltmək məqsədi ilə 36 ay müddətinə, illik 10,25 faiz olmaqla 50.000 (əlli min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə ”İcraçı Kredit Agentliyi” MMC BOKT ilə onun aransında, həmçinin Sumqayıt şəhər sakini Cavabdeh3 arasında ipoteka müqavilələri bağlanmışdır. ”İcraçı Kredit Agentliyi” MMC BOKT ilə onun arasında olan ipoteka müqaviləsinə əsasən ona məxsus olan Cəlilabad rayonu, Kazımabad kəndində 1,0744 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 5 otaqlı, 102,66 kv/m yaşayış, 111,36 kv/m köməkçi sahədən ibarət fərdi yaşayış evi ”İcraçı Kredit Agentliyi” MMC BOKT-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. ”İcraçı Kredit Agentliyi” MMC BOKT ilə ”Yüzbaşlı-2” Kredit İttifaqı MMC arasındakı kredit müqaviləsinə əsasən ”Yüzbaşlı-2” Kredit İttifaqı MMC ”İcraçı Kredit Agentliyi” MMC BOKT-dən aldığı 50.000 (əlli min) manat məbləğində krediti mənə verməli idi, lakin sonradan ona məlum oldu ki, ”Yüzbaşlı-2” Kredit İttifaqı MMC-nin həmin vaxt direktoru olmuş X2 niyyəti tamam başqa olmuş və onun kimi bir çox vətəndaşları aldadaraq onların etibarından sui-istifadə etməklə bir çox vətəndaşların əmlaklarını ”İcraçı Kredit Agentliyi” MMC BOKT-yə girov qoymaqla onlara çataçaq pulları mənimsəmiş və nəticədə onları ağır vəziyyətə salmışdır. Bu səbəbdən də Cəbrayıl İsmayılov bu kimi dələduzluq əməllərinə görə zərərçəkmiş şəxslərin şikayətləri əsasında cinayət məsuliyyətinə cəlb edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2013-cü il tarixli, 1(101)-447 nömrəli hökmü ilə 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan sonra ”Yüzbaşlı-2” Kredit İttifaqı MMC-nin bu kimi əməllərinə görə ”İcraçı Kredit Agentliyi” MMC BOKT-nin baş direktoru Arif Əliyev xx.xx.2012-ci il tarixli, 817 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsinin rəisinə müraciət edərək ona məxsus və 04 noyabr 2011ci il tarixli 7/1 saylı ipoteka müqaviləsinin təminatı olaraq Cəlilabad rayonu, Kazımabad kəndində yerləşən fərdi yaşayış evinin tərəflər arasındakı qarşılıqlı müqavilə pozulduğu üçün girovdan azad edilməsini xahiş etmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi ilə qeydiyyat orqanı tərəfindən ləğv edilmiş hesab edilir. Lakin sonradan ona məlum olmayan səbələrdən ona məxsus olan qeyd edilən əmlak xəbəri və razılığı olmadan yenidən ”İcraçı Kredit Agentliyi” MMC BOKT-nin xeyrinə təkrarən yüklü edilmişdir. Göründüyü kimi ”İcraçı Kredit Agentliyi” MMC BOKT-nin baş direktorunun xx.xx.2012-ci il tarixli, 817 saylı məktubu ilə ipoteka müqaviləsinə xitam verildiyi halda, mülkiyyətçi olaraq onun mülkiyyət hüququ cavabdeh təşkilatlar tərəfindən pozulmuş və ona məxsus olan evin yenidən razılığı olmadan hansı vaxtda və hansı şəraitdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsində yenidən ipoteka ilə yüklü edilərək qeydiyyata alınması onun mülkiyyət hüquqlarımın pozulmasına gətirib çıxarmışdır. Belə olan halda əmlakın yenidən yüklü edilməsi qanunsuz və əsassızdır. Həmçinin o, dəfələrlə cavabdeh ”Yüzbaşlı-2” Kredit İttifaqı MMC-dən 50000 (əlli min) manat pulunu tələb etsə də, bu günədək həmin pulu ala bilməmiş və nəticədə də maddi zərərə düşmüşdür. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin, Cavabdeh2 izahatlarını, digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X8 Cavabdeh2 izahatında göstərdiklərini müdafiə edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin 2(073)05/2022 saylı, 26 avqust 2022-ci il tarixli qətnaməsi (Hakim: E.Əmirəliyev) ilə, İddianın qismən təmin edilməsi, 04 noyabr 20211-ci il tarixli, 07 saylı kredit müqaviləsi üzrə 50000 manat əsas borc, 3471,52 manat faiz borcu, 1000 manat cərimə olmaqla, cəmi 54,471,52 manat kredit borcu və 30 (otuz) manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı "xxxx" MMC-in xeyrinə ödənilməsi, 29912,14 manat hissəsində 04 noyabr 2011-ci il tarixli,7/1 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Cəlilabad rayonu Kazımabad kəndində 1,0744 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 5 otaqlı, 102,66 kv.metr yaşayış, 111,36 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, Cəlilabad rayonu Kazımabad kəndində 1,0744 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 5 otaqlı, 102,66 kv.metr yaşayış, 111,36 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 40950 manat məbləğində müəyyən edilməsi, 26173,13 manat hissəsində 04 noyabr 2011-ci il tarixli, 7/2 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Saray Bağları massivi 4375 nömrəli ünvanda yerləşən 0,09 ha torpaq sahəsinə borc yönəldilməsi, Sumqayıt şəhəri, Saray Bağları massivi 4375 nömrəli ünvanda yerləşən 0,09 ha torpaq sahəsinin likvid dəyəri 31600 manat məbləğində müəyyən edilməsi, Həmin əmlaklar açıq hərracda satılsın, satışdan əldə edilmiş vəsait hesabına kredit borcu ödənilsin, borc ödənildikdən sonra qalan məbləğ cavabdeh "xxxx" MMC-yə qaytarılması, Cavabdeh2 məxsus Cəlilabad rayonu Kazımabad kəndində 1,0744 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 5 otaqlı, 102,66 kv.metr yaşayış, 111,36 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə və Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Saray Bağları massivi 4375 nömrəli ünvanda yerləşən 0,09 ha torpaq sahəsinə tutma yönəldikdən sonra və satıldıqdan sonra həmin torpaqdan istifadə hüququ məhdudlaşdırılsın və fərdi yaşayış evində yaşayanlar 1 ay müddətində evdən çıxarılmaları, İddia qalan hissədə əsassız olduğundan təmin edilməməsi, iş üzrə məhkəmə ipoteka predmetinin qiymətləndirilməsinə görə «üzbaşlı-2 Kredit İttifaqı MMC-dən 200 manat tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********1, Hesab N AZN:AZ15GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT:GUNAAZ22 hesabına ödənilməsi, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı İcraçı Kredit Agentliyinə ödənilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 308, 462.1, 467 və İpoteka haqqında qanunun 34.1, 34.1.3, 39.3.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Ağayev X5 Rayon Məhkəməsinin 2(073)05/2022 saylı, 26 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı "xxxx" MMC BOKT-ın nümayəndəsi X6 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Cəlilabad Rayon Məhkəməsinin 2(073)05/2022 saylı, 26 avqust 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəmə kollegiyasına teleqram ünvanlayaraq bildirmişdir ki, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcək və bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh səhhəti ilə əlaqədar hər hansı bir sənəd təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Cəlilabad Rayon Məhkəməsinin 2(073)05/2022 saylı, 26 avqust 2022-ci il tarixli qətnaməsini Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 308.1-ci maddəsinə görə ümumi ipoteka elə bir ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilir. Kreditorun tələbi onun arzusu ilə istənilən əşya hesabına ödənilir. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan cərimə pulunu azalda bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinin də tələblərinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və həmin qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi göstərilmişdir. 34.1.3-cü maddəsinə və tərəflər arasında bağlanılmış İpoteka müqaviləsinin 8.1-ci bəndinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi ica etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)05/2022 saylı, 26 avqust 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" BOKT MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 7/1 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" BOKT MMC tərəfindən cavabdehə 36 ay müddətində, illik 1025 faiz olmaqla, 50000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" BOKT MMC Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 7/1 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 məxsus Cəlilabad rayonu Kazımabad kəndində 1,0744 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 102,66 kv.metr yaşayış, 111,36 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti tərəflərin razılığına əsasən 40000 (qırx min) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" BOKT MMC Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 7/2 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Saray bağları massivi, 4375 nömrəli ünvanda yerləşən 0,09 ha sahəsi "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti tərəflərin razılığına əsasən 35000 (otuz beş min) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 23 noyabr 2011-ci il tarixli, 1370 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı təşkilat tərəfindən hazırki iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 10 iyul 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Cəlilabad rayonu Kazımabad kəndində 1,0744 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 102,66 kv.metr yaşayış, 111,36 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 45500 manat, likvid dəyəri 40950 manat, Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Saray bağları massivi, 4375 nömrəli ünvanda yerləşən 0,09 ha sahəsinin bazar dəyəri 35100 manat, likvid dəyəri 31600 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, “İcraçı Kredit Agentliyi» BOKT MMC ilə borclu «Yüzbaşılı-2 Kredit İttifaqı” MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 07 saylı kredit müqaviləsinə əsasən 23 noyabr 20211-ci il tarixdə 50000 manat kredit verilmişdir. Kreditin təminatı qismində, ipoteka saxlayan "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 7/1 nömrəli ipoteka müqaviləsinə Cavabdeh2 mülkiyyətində olan Cəlilabad rayonu Kazımabad kəndində 1,0744 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 102,66 kv.metr yaşayış, 111,36 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi və Cavabdeh3 arasında bağlanmış 04 noyabr 2011-ci il tarixli, 7/1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağları massivıi, 4375 nömrəli ünvanda yerləşən 0,09 ha sahəsi olan torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Həmin ipotekalar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Kredit müqaviləsi üzrə ödəniş qrafikində ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Belə ki, cavabdehin iddiaçı təşkilata 50000 manat əsas borcu, 3471,52 manat faiz borcu, 2613,75 manat cərimə borcu olmaqla, cəmi 56085,27 manat kredit borcu vardır. İpoteka müqaviləsi üzrə ipotekaya qoyulmuş və ipoteka predmeti olan Cəlilabad rayonu Kazımabad kəndində 1,0744 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 102,66 kv.metr yaşayış, 111,36 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 40000 manat məbləğində, Sumqayıt şəhəri, Saray bağları massivi, 4375 nömrəli ünvanda yerləşən 0,09 ha sahəsinin ilkin satış qiyməti isə tərəflərin qarşılıqlı razılığına əsasən 35000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdehlərin 04 noyabr 20211-ci il tarixli, 07 saylı kredit müqaviləsi üzrə 50000 manat əsas, 3471,52 manat faiz, 2613,75 manat cərimə olmaqla, cəmi 56085,27 manat kredit borcu vardır. Bununla əlaqədar cavabdehə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də iddiaçı bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəmə iclasında Cavabdeh2 tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Cəlilabad rayon Ərazi İdarəsinə ünvanlanmış 29 fevral 2012-ci il tarixli, 817 nömrəli məktubdan görünür ki, həmin məktubla "xxxx" MMC DƏDRX-nin Cəlilabad rayon Ərazi İdarəsinə məktub göndərərək, Ağdam rayonunda fəaliyyət göstərən "xxxx" MMC arasında bağlanmış 04 noyabr 2011-ci il tarixli, 7 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus 04 noyabr 2011-ci il tarixli 7/1 saylı ipoteka müqaviləsi ilə girova alınmış fərdi yaşayış evini qarşılıqlı müqavilənin pozulduğu üçün girovdan azad edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəməyə təqdim etdiyi həmin məktubla bağlı "xxxx" MMC-yə ünvanlanmış sorğuya cavabda göstərilmişdir ki, Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş 29 fevral 2012-ci il tarixli, 817 nömrəli məktubda qeyd edilmiş imza "xxxx" MMC-nin baş direktoru Arif Əliyevə, həmçinin məktubda yazılmış blank isə "xxxx" MMC Bank Olmayan Kredit təşkilatına aid deyildir. Təqdim edilmiş məktub saxtadır, kimlərin hansı məqsədlə hazırladığı onlara məlum deyil və "xxxx" MMC-yə heç bir aidiyyatı yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh "xxxx" MMC müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəliyə uyğun olaraq kredit təşkilatına ödəməli olduğu ödənişləri etməmişlər. Buna görə də yaranmış kredit borcu ondan tutulmalıdır. İş materiallarından göründüyü kimi cavabdeh "xxxx" MMC kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı MMC-yə hazırkı borc yaranmışdır. Məhkəmə kollegiyası həmçinin iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır.Belə ki, məhkəmə hesab edir ki, iddiaçı bank tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yolverilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditor bankın da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan cərimə pulunu azalda bilər. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi “iddiaçı bank tərəfindən hesablanmış 2613,75 manat cərimənin azaldılaraq 1000 manat müəyyən edilməsini həm kreditorun, həm də cavabdehin mənafelərinə uyğun hesab edir.” İlə razılaşır və hesab edir ki, gəlinən nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə borcu və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinin də tələblərinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və həmin qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi göstərilmişdir. Bundan başqa “ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.3-cü maddəsinə və tərəflər arasında bağlanılmış İpoteka müqaviləsinin 8.1-ci bəndinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 308.1-ci maddəsinə görə ümumi ipoteka elə bir ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilir. Kreditorun tələbi onun arzusu ilə istənilən əşya hesabına ödənilir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi icraatı zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş və buna görə də ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsini və əşyanın satılmasını tələb etmək hüququ yaranmışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Cavabdeh apelyasiya şikayətinin dəlillərində qeyd edir ki, digər cavabdeh "xxxx" Kredit ittifaqı iddiaçıdan aldığı kredit məbləğini ona verməli idi. Lakin cavabdeh onu aldadaraq pulu verməmiş nəticədə Cavabdeh2 ağır vəziyyətə düşmüşdür. Məhkəmə kollegiyası cavabdehin şikayətinin yuxarıdan göstərilən dəlili ilə bağlı qeyd edir ki, cavabdeh ilə iddiaçı arasında kredit müqaviləsi bağlanmış və cavabdeh bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz borcu və cərimə borcu ) icra etməlidir. Həmçinin tərəflər ipoteka müqaviləsi üzrə öhdəlikləridə yerinə yetirməlidilər. İkincisi, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq apellyasiya şikayəti pozulması ehtimal olan hüquq və mənafelərlə bağlı olaraq verilir. Lakin apellyasiya şikayənin dəlillərində cavabdeh onun digər cavabdeh tərəfindən aldadılması, pulunun mənimsənilməsi və.s hərəkətlərə məruz qalmasını dəlil kimi təqdim edir. Məhkəmə kollegiyası hesab edir ki, bu dəlillər hal-hazırkı mülki iş üçün əsassızdır və qiymətləndirilə bilməz. Kollegiya izah edir ki, cavabdeh onu vurulan zərərin ödənilməsi tələbi ilə bağlı ayrıca məhkəmə icraatında iddia qaldıra bilər. Hal-hazırki mülki işdə isə mübahisə tərəflər arasında bağlanmış kredit müqaviləsində və həmin müqavilənin təminatı olan ipoteka müqaviləsində irəli gəlir. Bütün qeyd olunan xüsusatlar məhkəmə kollegiyasına onu deməyə əsas verir ki, mövcud qanunvericiliyə əsasən bank öz üzərinə düşən vəzifələri yerinə yetirmiş lakin cavabdehlər- borclu, həmçinin ipoteka qoyan Cavabdeh2 üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmə kollegiyası qeyd edilənləri əsasən apelyasiya şikayətinin formal mülahizə hesab edir, bu isə tərəflərin azad iradəsi əsasən bağlanmış müqavilə əsasında öz üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsi əsası hesab etmir. Həmçinin qeyd edilən apelyasiya şikayətinin dəlilləri qanunauyğun və əsaslı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinin hüquqi əsasını təşkil edə bilməməsi qənaətinə gəlir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş Cəlilabad Rayon Məhkəməsinin 2(073)05/2022 saylı, 26 avqust 2022-ci il tarixli qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)05/2022 saylı, 26 avqust 2022-ci il tarixli qətnaməsi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar