Məhkəmə qərarları › İş №2(106)-581/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-581/2025

10.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-581/2025 10.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz əməllərinə hüquqi qiymət verilməsi, Neftçala şəhəri, "xxxx" heyvandarlıq müəssisəsinə məxsus ərazidən məcburi qaydada çıxarılması tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 2(053)-9/2024 saylı, 13 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş tərəfindən verilmiş apellyasiya şikayətinə 10 mart 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Neftçala şəhəri, Kimya şəhərciyi, mənzil 18- də yaşayan "xxxx" MMC-nin direktoru Cavabdeh Neftçala şəhəri, "xxxx" heyvandarlıq müəssisəsinə məxsus ərazidən məcburi qaydada çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə 22 may 2023-cü il tarixdə cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh qarşı iddia ərizəsinə əlavə göndərərək Neftçala şəhəri, Kimya şəhərciyi, mənzil 18də yaşayan "xxxx" MMC-nin direktoru Cavabdeh qanunsuz əməllərinə hüquqi qiymət verilməsi, onun Neftçala şəhəri, "xxxx" heyvandarlıq müəssisəsinə məxsus ərazidən məcburi qaydada çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-317/2023 nömrəli iş üzrə 19 iyun 2023-cü il tarixli qərardadı ilə hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1903/2023 nömrəli iş üzrə 25 avqust 2023cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz əməllərinə hüquqi qiymət verilməsi, Neftçala şəhəri "xxxx" heyvandarlıq müəssisəsinə məxsus ərazidən çıxarılması” tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materialları baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin 13 sentyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı Cavabdeh qarşı “ərazidən çıxarılması” tələbinə dair mülki iş olduğundan ona mahiyyəti üzrə baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-317/2023 nömrəli iş üzrə 24 oktyabr 2023-cü il tarixli qərardadı ilə Məhkəmə-X1 təyin edilmiş, mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və iş üzrə icraat dayandırılmışdır. 17 may 2024-cü il tarixdə 2(053)-317/2023 nömrəli mülki iş müvafiq ekspert rəyi ilə birlikdə Neftçala Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin mülki işə 2024-cü ildə yeni (2-(053)-9/2024) nömrə verilmişdir. İşin məhkəmə hazırlıq iclası zamanı iddiaçı iddia tələbini müdafiə edərək cavabdehin öz maraqlarına uyğun olaraq saxta çıxarışlar aldığını, bu səbəbdən məhkəməyə müraciət edərək onun bu əməllərinə hüquqi qiymət verilməsini xahiş etdiyini bildirmişdir. Cavabdeh məhkəmənin 28 iyun 2024-cü il tarixli hazırlıq iclası zamanı vəsatət verərək işin aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, Neftçala Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qərardadı ilə həmin vəsatət rədd olunmuşdur. Qərardaddan Cavabdeh şikayət verib. Neftçala Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli qəradadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət rədd edilmiş, şikayət qanunvericiliyin tələblərinə uyğun qaydada işdə iştirak edən şəxslərə göndərilməklə, onlara şikayəti aldıqdan sonra 5 gün müddətində kassasiya instansiyası məhkəməsinə etiraz və yaxud izahatlarını göndərmək hüquqları izah edilməklə şikayətin işlə birlikdə Azərbaycan Redspublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 03 sentyabr 2024-cü il tarixli məktubla mülki iş Azərbaycan Redspublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3509/2024 nömrəli iş üzrə 12 sentyabr 2024-cü il tarixli qərardadı ilə Cavabdeh Neftçala Rayon Məhkəməsinin 2(053)- 9/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayət icraata qəbul edilməmiş və şikayət Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinin tələblərinə əməl edilməsi üçün Neftçala Rayon Məhkəməsinə qaytarılmışdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-9/2024 nömrəli iş üzrə 01 oktyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı «cavabdehin qanunsuz əməllərinə hüquqi qiymət verilməsi, Neftçala şəhəri, "xxxx" heyvandarlıq müəssisəsinə məxsus ərazidən məcburi qaydada çıxarılması» tələbinə dair iddiası ilə bağlı iş üzrə Neftçala Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Məhkəmənin 30 oktyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı «cavabdehin qanunsuz əməllərinə hüquqi qiymət verilməsi, Neftçala şəhəri, "xxxx" heyvandarlıq müəssisəsinə məxsus ərazidən məcburi qaydada çıxarılması» tələbinə dair mülki iş üzrə məhkəmədə işin baxılma müddəti iki ay müddətində uzadılmışdır. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, o, 1996-cı ildə işsiz olduğu üçün yaşadığı rayonda Neftçala rayon İcra Hakimiyyətinin başçısı və eyni zamanda rayon Aqrar İslahat komissiyasının sədri Seyfəddin Məmmədova müraciət etmişdir. Həmin dövrdə respublikada aqrar islahatlar həyata keçirilmişdir. İcra başçısı ona tövsiyyə etmişdir ki, kiçik müəssisə yaradıb fəaliyyət göstərsin. Həmin vaxtlarda ilk növbədə ziyanla işləyən kənd təsərrüfatı sahələri özəlləşdirilmişdir. Neftçala rayonunda yerləşən "Kür" kolxozunun heyvandarlıq ferması böyük ziyanla işləmiş, işçilər əmək haqqı ala bilməmişdir. Kolxozun nizamnaməsinə görə kolxozçuların ümumi yığıncağı onun Ali orqanı idi. "Kür" kolxozunun üzvlərinin 02 yanvar 1996-cı il tarixli, 06 saylı qərarı əsasında kolxozun ferması və işçiləri "Kür" kolxozundan ayrılmış, "xxxx" heyvandarlıq müəssisəsi yaradılmışdır. "Kür" kolxozunun kolxozçularının bu qərarı Neftçala rayon İcra Hakimiyyətinin başçısı, rayon Aqrar İslahatlar Komissiyasının sədri Seyfəddin Məmmədovun 19 yanvar 1996-cı il tarixli, 726 saylı sərəncamı ilə təsdiqlənmişdir. Qeyd edilən sərəncam və digər sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim olunmuşdur. Neftçala rayon "xxxx" heyvandarlıq müəssisəsinə 23 aprel 1996-cı il tarixdə, 29043 saylı şəhadətnamə verməklə mülkiyyət forması xüsusi, təsərrüfat subyektinin növü fərdi müəssisə kimi dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş müəssisənin nizamnaməsində müəssisənin təsisçisi və müəssisə əmlakının mülkiyyətçisi İddiaçı göstərilmişdir. Eyni zamanda Neftçala rayon İcra Hakimiyyəti başçısının 07 mart 1996-cı il tarixli, 801 saylı qərarına əsasən "xxxx" heyvandarlıq müəssisəsinə daimi istifadə üçün 232 hektar əkin sahəsi ayrılmışdır. Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı verilmişdir. Neftçala rayon torpaq şöbəsində Dövlət Aktları kitabında 03-03-3/85 nömrə ilə qeydiyyatdan keçmişdir. O, 23 aprel 1996-cı il tarixdən 28 iyul 2000-ci il tarixə qədər Neftçala rayon "xxxx" heyvandarlıq müəssisəsinə rəhbərlik etmiş, 2000-ci ildən 2012-ci ilə qədər ardıcıl olaraq hər il Kür çayı daşmış, "xxxx" heyvandarlıq müəssisəsinin əkinlərinin Kür çayına yaxın hissələri yaz aylarında subasmaya məruz qalmışdır. 26 aprel 2011-ci il tarixdə Neftçala rayonuna İcra başçısı İsmayıl Vəliyev təyin olunmuşdur. O, dəfələrlə Neftçala rayon İcra Hakimiyyətinin başçısı İ.Vəliyevə həm şifahı, həm də rəsmi müraciətlər etmiş, o da bu məsələ ilə bağlı məlumatı olduğunu, həmin ərazinin onun xüsusi mülkiyyəti olduğunu, komissiya yaradıb tədbir görəcəyini bildirmişdir. X8 həbs edilmişdir. Neftçala rayon "xxxx" heyvandarlıq müəssisəsini ondan xəbərsiz, gizlincə, razılığı olmadan başqa sahibkara icarəyə verilməsini əsassız və qanunsuz hesab edir. Halhazırda Neftçala şəhəri, Kimya səhərciyində, mənzil 18-də yaşayan Cavabdeh ərazini zəbt etməklə əsassız, qanunsuz, səmərəsiz istifadə edir. Hazırda təqribən 40 hektara yaxın əkin sahəsi kolxoz dövründə və sonralar da yonca vǝ arpa əkilmişdir. İndi isə balıq gölünə çeviriblər. Bu isə cinayətdir. Bundan başqa onda olan məlumata görə onlara məxsus olmayan ferma tiklilərininin üst örtüyündə söküntü işləri apararaq, həm bəhrələnmiş, həm də görüntü yaratmaqla, həmin tiklilərə qanunsuz silinmə aktı almışlar, izi itirməyə çalışmışlar. Həmin tiklilər əsaslı tikintilərdir, sökülməsi mümkün deyildir, səkkiz yüz başlıq mal-qara fermasıdır. Neftçala-Salyan magistral yolundan demək olar ki, 150 metirlik məsafəsi vardır. O hissələr heç vaxt subasmaya məruz qalmayıb. Bu tikililər onun xüsusi mülkiyyətidirsə onun yerləşdiyi torpaq sahəsi də ona məxsusdur. O, bütün olanları ədalətsiz, qanunsuz sayır. Hesab edir ki, "xxxx" MMC-nin direktoru V.Ə.Əbdürəhmanovun Neftçala rayon sabiq İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdan aldığı sərəncam və torpaq müqaviləsinin ünvanı başqa yerdədir. Onlara verilmiş sərəncamda göstərilir ki, 13 saylı X10 200 hektar, heç bir tikilisi olmayan boş torpaq sahəsi ayrılmışdır. Ona verilmiş sərəncamda göstərilir ki, "Kür" kolxozunun heyvandarlıq kompleksinin bazasında "xxxx" heyvandarlıq müəssisəsi yaradılsın. Göründüyü kimi, ona verilmiş torpaq sahəsi kolxozun kollektiv mülkiyyətində olan torpaq sahəsidir, rayonda isə bütün kolxozlar özəlləşdirilmişdir. "xxxx" MMC-nin direktoru V.Ə.Əbdürəhmanov öz işini Cavabdeh həlavə etmişdir. Qeyd edir ki, Neftçala rayon "xxxx" heyvandarlıq müəssisəsi ləğv edilmədən onun yerini necə başqasına vermək olardı? Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müraciətinə baxılması haqqında məktubunda göstərilir ki, hüquqi şəxslərin dövlət reyesterində olan məlumatlarında "xxxx" heyvandarlıq müəssisəsinin (VOEN No**********) təsisçisi və rəhbəri İddiaçı, mülkiyyət növü isə xüsusi mülkiyyət qeyd olunmuşdur. Ona verilmiş 726 saylı, 19 yanvar 1996-cı il tarixli sərəncamda göstərilir ki, Neftçala rayon "Kür" kalxozunun heyvandarlıq kompleksinin bazasında yaradılmış Neftçala şəhər "xxxx" heyvandarlıq müəssisəsi kolxozçuların ümumi yığıncağının qərarı, Neftçala rayonunun İcra Hakimiyəti başçısının, rayon Aqrar İslahat Komissiyasının sədrinin sərəncamı, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənmişdir. Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən kolxozların torpaq sahəsi kolxozçulara pay kimi xüsusi mülkiyyətə verilmişdir. Maraqlıdır, sonradan "xxxx" MMC-nin rəhbərliyi başqasının əmlakını və torpağını hansı şərtlərlə ələ keçirib? Hər halda onlar görürdülər ki, orada 800 başlıq mal-qara üçün 4 tövlə tiklisi, bir inzibati bina, bir yem anbarı və sair tiklilər var. Hazırda mövcud tiklilərin üst örtükləri sökülüb dağıdılmışdır. Halbuki, sərəncamla onlara heç bir tiklisi olmayan boş torpaq sahəsi ayrılmışdır. Neftçala şəhər "xxxx" heyvandarlıq müəssisəsinin Dövlət Aktına əsasən verilmiş 232 hektar əkin sahəsinin təqribən 40 hektarını balıq gölünə çevirmişlər. Bundan sonra Əmlak məsələləri, Torpaqlara nəzarət üzrə Şirvan Regional Ərazi şöbəsinin rəisi Nazim Səfərov qanunsuz əməllərinə görə ötən il həbs edilmişdir. "xxxx" MMC-nin direktoru Cavabdeh Neftçala rayon Ağsaqqallar Şurasının sədri kimi məsləhət görür ki, başqasının əmlakını, torpaq sahəsini zəbt etməsin, ədalətli olsun. Neftçala rayon İcra Hakimiyyətinin "xxxx" MMC-yə torpaq sahəsinin ayrılması barədə verilmiş sərəncamında göstərilir ki, Neftçala rayon 13 saylı Asudə X10 200 hektar torpaq sahəsi ayrılsın. Onu da qeyd edir ki, 13 saylı X13 Fondu 10 000 hektara yaxın ərazini əhatə edir. Bəlkə də Neftçala rayon İcra Hakimiyyətinin başçısı özünü gələcək təhlükələrdən qorumaq üçün bilərəkdən belə sərəncam vermişdir. Hazırda "xxxx" MMC vaxtilə kolxozun əkin sahəsi, kolxozun ferma tikililərinin yerləşdiyi ərazini özünə məkan seçmişdir. Daha doğrusu ona məxsus ərazini və əmlakı əsassız və qanunsuz olaraq zəbt etmişdir. Orada onlara məxsus hər biri 200 başlıq olmaqla 4 malqara tövləsi, bir yem anbarı, bir inzibati bina mövcuddur. Xahiş edir ki, ekspert komissiyası yaradılsın və bu məsələ yerində araşdırılsın. Onda bir çox məsələlərə aydınlıq gələcəkdir. Cinayət xarakterli eybəcər faktlar üzə çıxacaqdır. "xxxx" MMC-yə 13 saylı Asudə X10 tiklisi olmayan boş torpaq sahəsi ayrılmışdır. Onların müəssisənin zəbt olunmasına görə onlara ümumilikdə xeyli ziyan dəymişdir. Maraqlıdır ki, onlara sərəncamla 13 saylı Asudə X10 verildiyi halda, vaxtı ilə kollektiv mülkiyyətdə olan hal-hazırda Neftçala şəhər "xxxx" heyvandarlıq müəssəsini hansı əyri yollarla ələ keçirmişlər? Baxmayaraq ki, müəssisənin təsisçisi və mülkiyyətçisi özüdür. Göründüyü kimi onun hüquqları kobud surətdə pozulmuşdur. Qeyd edir ki, ötən məhkəmə iclasında əsəbi halda çıxış etməyinin əsas səbəbi sağlamlığı ilə bağlıdır, son 10 il müddətində hipertoniya və şəkər xəstəliyindən əziyyət çəkir. Nəticədə ürəyində 2013-cü ildə cərrahiyyə əməliyyatı olunmuşdur. Hal-hazırda Neftçala şəhər xəstəxanasında qeydiyyatdadır, dövlət hesabına mütəmadi olaraq müayinə olunur və dərmanlarla təmin edilir. Təbii ki, belə sağalmaz xəstəliyi olan insanların əmək məhsuldarlığı, əmək qabliyyəti xeyli aşağı olur, zaman-zaman insan orqanizmində də böyük fəsadlar yaradır. Məhz bu səbəbdən o, öz xahişi ilə dövlət işindən azad olunmuş, hal - hazırda 68 yaşı var, xəstəliyinin fəsadlarını hiss edir. Yaddaşının və görmə qabliyyətinin xeyli zəifləməsi və sair problemləri yaranmışdır. Həmçinin bildirir ki, ekspertiza aparılarkən cavabdeh özbaşına 80 hektar torpaq sahəsinin təyinatını dəyişərək, nohur təsərrüfatı yaradaraq, həmin ərazidə balıq saxlayır. Ümumilikdə 175 hektar torpaq sahəsinin zəbt olunduğunu, qeyri-qanuni istifadə olunduğunun şahidi olmuş, üst örtüyü iki qat şiferdən ibarət olmaqla tikdirdiyi 800 başlıq malqara tövləsinin cavabdeh tərəfindən tamamilə sökülərərək öz məqsədləri üçün istifədə edildiyini görmüşdür. Bu səbədən iddia ərizəsinə əlavənin nəzərə alınmaqla Neftçala şəhəri, Kimya şəhərciyi, mənzil 18-də yaşayan "xxxx" MMC-nin direktoru Cavabdeh qanunsuz əməllərinə hüquqi qiymət verilməsi, onun Neftçala şəhəri, "xxxx" heyvandarlıq müəssisəsinə məxsus ərazidən məcburi qaydada çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin 14 noyabr 2024-cü il məhkəmə hazırlıq iclası zamanı Cavabdeh elektron kabinet vasitəsilə vəsatət göndərərək hazırkı iş üzrə iddiaçı işin mahihyyətinin əsassız olmasından bir kənara MM-373-cü maddəsinə görə iddia müddətini ötürdüyünü, mülki işlər üzrə ümumi iddia müddətinin 10 il, müqavilə tələbləri üzrə iddia müddətinin 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətinin isə 6 il olduğunu bildirmişdir. Qeyd etmişdir ki, hesab edir ki, iş üzrə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Bu səbəbdən iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İşin 14 noyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclası zamanı cavabdehin nümayəndəsi qeyd etmişdir ki, iddia "xxxx" MMC-yə qarşı qoyulmalı olduğu halda Cavabdeh qoyulmuşdur. Hazırda cavabdeh tərəfindən verilmiş vəsatətin təmin olunmasını, iddia müddəti ötürüldüyünə görə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı cavabdehin iddia müddəti ötürüldüyünə görə iddia tələbinin rədd edilməsinə dair vəsatəti Azərbaycan Respublikası Mülki Məcəllənin 384.0.4- cü maddəsinə əsasən təmin edilməmişdir. Cavabdeh işin 19 may 2023-cü və 15 iyul 2024-cü il tarixli məhkəmə hazırlıq iclası zamanı iddianı qəbul etməmiş, etiraz ərizəsini təqdim edərək, izahatında göstərmişdir ki, “hazırkı iddianın qaldırılması üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Hazırkı iş üzrə iddiaçı qismində İddiaçı yox, "xxxx" Heyvandarlıq Müəssisəsi (əgər mövcuddursa) çıxış edə bilər. Qeyd etmişdir ki, Neftçala rayon İcra Hakimiyyəti başçısının 10 oktyabr 2008-ci il tarixli, 198 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə kənd təsərrüfatı ilə məşğul olmaq üçün rayonun 13 saylı X13 Fondu ərazisindən 200 ha. torpaq sahəsi 99 il müddətinə icrəyə verilmişdir. Bundan başqa həmin torpaq sahəsinin 30 ha hissəsini tez-tez sel suları basdığı və yararsız hala düşdüyü üçün ərizəsi əsasında Neftçala rayon İcra Hakimiyyəti başçısının 25 aprel 2011-ci il tarixli, 091 saylı sərəncamı ilə Neftçala rayonunun 13 saylı X13 Fondu ərazisindən "xxxx" MMC-yə kənd təsərrüfatı ilə məşğul olmaq üçün icarəyə verilmiş 200 ha. torpaq sahəsinin 30 hektarından istifadə hüququna xitam verilmişdir. Bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən "xxxx" MMC-nin adına xx.xx.2020-ci il tarixli, **********39 reyestr nömrəli çıxarış da verilmişdir. Göründüyü kimi həmin torpaq sahəsi qanuni əsaslarla "xxxx" MMC-nin istifadə və sahibliyinə verilmiş və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd etmək istəyir ki, sözügedən həmin torpaq sahəsi inzibati orqan olan Neftçala rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə verilmiş və həmin sərəncam inzibati aktdır. Həmin inzibati akt və icarə müqaviləsi əsasında sözügedən torpaq sahəsi üzərində "xxxx" MMC-nin hüquqları dövlət qeydiyyatına alınmışdır. İnzibati akt və onun əsasında bağlanmış icarə müqaviləsi qüvvədə olduğu halda, iddiaçının ona qarşı belə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi əsassızdır və yolverilməzdir. Bundan əvvəl də İddiaçı cavabdehlər "xxxx" MMC-yə və X6 qarşı "Neftçala rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 091 saylı sərəncamı, Neftçala rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC-nin direktoru V.Ə.Əbdürrəhmanov arasında bağlanmış xx.xx.2011-ci il tarixli icarə müqaviləsinin və "xxxx" MMC-nin direktoru Cavabdeh ilə X7 arasında bağlanmış 15 fevral 2022-ci il tarixli icarə müqaviləsinin, Neftçala rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 091 saylı sərəncamı və xx.xx.2011-ci il tarixli müqaviləsi əsasında verilmiş xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi **********42, xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********38, xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********39, xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********1 olan çıxarışların və xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh və X3 həmin ərazidən çıxarılması" tələbinə dair iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət etmişdir. İş araşdırıldıqdan sonra aidiyyatı üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmiş, lakin iddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(120)-1578/2023 saylı qərardadı ilə iddia ərizəsinin geri qaytarılması və inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi İddiaçı heç özü nə etdiyini bilmir, əsassız iddialar qaldırmaqla həm onun, həm də məhkəmələrin vaxtını alır. İddiaçı dəfələrlə belə əsassız iddialar qaldırdığı üçün o, hər dəfə Şəki şəhərindən Neftçalaya və Şirvana getmək məcburiyyətində qalmışdır. Bununla da o, həm vaxtını, həm də müəyyən məbləğdə vəsaitini itirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddia ərizəsi qeyri-müəyyəndir, tələbin nədən ibarət olması aydın deyil. Bundan başqa hazırkı iş üzrə İddiaçı deyil, əgər mövcuddursa, "xxxx" heyvandarlıq müəssisəsi, cavabdeh isə Cavabdeh deyil, "xxxx" MMC ola bilər. Belə ki, işdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışdan görünür ki, "xxxx" heyvandarlıq müəssisəsi xx.xx.1996-cı ildə qeydiyyata alınmış (VÖEN: **********), təşkilati-hüquqi forması digər kommersiya təşkilatı olmaqla hüquqi ünvanı AZ4725, Netçala rayonu, Birinci Mayak qəsəbəsidir. Təsisçi və qanuni təmsilçi İddiaçıdur. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş vergi ödəyicisinin uçota alınması haqqında ********** qeydiyyat nömrəli (VÖEN) şəhadətnamənin surətindən görünür ki, iddiaçı "xxxx" heyvandarlıq müəssisəsi dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC xx.xx.2007-ci ildə qeydiyyata alınmış (VÖEN: **********) təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət olmaqla hüquqi ünvan AZ 4700, ünvan 1isçisi və qanuni təmsilçisi Cavabdehdur. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında ********** qeydiyyat nömrəli (VÖEN) şəhadətnamənin surətindən görünür ki, cavabdeh "xxxx" MMC dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi İddiaçı iddia tələbini öz adından versə də, tərəflər hər ikisi hüquqi şəxsdirlər. İddia tələbi də hüquqi şəxsin adından "xxxx" MMC-yə qarşı verilməli, eyni zamanda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələ (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsi baxmalıdır. Əlavə olaraq qeyd etmişdir ki, Şirvan Kommerssiya Məhkəməsində isə 2023- cü ildə işə baxılarkən məhkəmə belə qənaətə gəlmişdir ki, iş üzrə iddiaçı və cavabdeh vergi orqanlarında qeydiyyatda keçməyən fiziki şəxslər olduğu üçün subyektiv tərkib baxımından işin kommersiya mübahisəsi kimi baxılması mümkün deyil. (Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(121)-1903/2023 saylı qərardadı) Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir”. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Neftçala Rayon Məhkəməsinin 2(053)-9/2024 saylı, 13 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Samir Quliyev), iddianın təmin edilməsi, Neftçala şəhəri, Kimya şəhərciyi, mənzil 18-də yaşayan "xxxx" MMCnin direktoru Cavabdeh keçmiş “Kür” kolxozunun (Halhazırda X2 X5 əsasən “X14” adlanır) ərazisində yerləşən İddiaçı iddia etdiyi "xxxx" heyvandarlıq müəssisəsinə aid zəbt olunmuş 175.0 ha torpaq sahəsinin yerləşdiyi ərazidən məcburi qaydada çıxarılması, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-9/2024 saylı, 13 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə tərəflərin etirazı daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, izahatında apellyasiya şikayətinin təmin edilməsini, Neftçala Rayon Məhkəməsinin 2(053)-9/2024 saylı, 13 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, Neftçala Rayon Məhkəməsinin 2(053)-9/2024 saylı, 13 dekabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Neftçala Rayon Məhkəməsinin 2(053)-9/2024 saylı, 13 dekabr 2024-cü il tarixli qətnaməsini Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsini, Cavabdeh mübahisəli torpaq sahəsindən istifadə etməsinin və iddiaçıya maneələr yaratmasının iddiaçının həmin sahəyə münasibətdə hüquq sahibi kimi mülkiyyətindən istifadə etməsinin məhdudlaşdırılması ilə əlaqələndirmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmamış, nəticədə maddi və prosessual hüquq normalarını pozmaqla iş üzrə yanlış nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışdan görünür ki, "xxxx" heyvandarlıq müəssisəsi xx.xx.1996-cı ildə qeydiyyata alınmış, (VÖEN **********) təşkilati-hüquqi forması Digər kommersiya təşkilatı olmaqla hüquqi ünvanı AZ4725, Neftçala rayonu, Birinci Mayak qəsəbəsidir. Təsisçisi və qanuni təmsilçisi İddiaçıdur. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş vergi ödəyicisinin uçota alınması haqqında ********** qeydiyyat nömrəli (VÖEN) şəhadətnamənin surətindən görünür ki, iddiaçı "xxxx" heyvandarlıq müəssisəsi dövlət qeydiyyatına alınmışdır. İşdə olan 5 saylı Ərazi Vergilər İdarəsinin müraciətə baxılması haqqında xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, kommersiya hüquqi şəxslərin dövlət reyestrində olan məlumatlarında "xxxx" heyvandarlıq müəssisəsinin (VÖEN **********) təsisçisi və rəhbəri İddiaçı, mülkiyyət növü isə “xüsusi mülkiyyət” olaraq qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC xx.xx.2007-ci ildə qeydiyyata alınmış, (VÖEN **********) təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət olmaqla hüquqi ünvanı AZ4700, ünvan 1isçisi və qanuni təmsilçisi Cavabdehdur. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında ********** qeydiyyat nömrəli (VÖEN) şəhadətnamənin surətindən görünür ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınmışdır. Neftçala rayon İcra Hakimiyyəti başçısının rayonun “Kür” kolxozunun heyvandarlıq kompleksi bazasında "xxxx" heyvandarlıq müəssisəsi yaradılması barədə 19 yanvar 1996-cı il tarixli, 726 №-li sərəncamından görünür ki, rayonun “Kür” kolxozunun heyvandarlıq kompleksinin kolxozdan ayrılaraq "xxxx" heyvandarlıq müəssisəsi yaradılması haqqında kolxoz üzvlərinin ümumi yığıncağının 02 yanvar 1996-cı il tarixli qərarı ilə (Protokol №6) təsdiq olunmuşdur. İş materialına "xxxx" heyvandarlıq müəssisəsinin nizamnaməsinin, Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət aktının və X9 Reyestrinə daxil edilməsi haqqında şəhadətnamənin təsdiq edilmiş surətləri əlavə olunmuşdur Neftçala rayon İcra Hakimiyyəti başçısının "xxxx" MMC-yə torpaq sahəsinin icarəyə verilməsi haqqında 10 noyabr 2008-ci il tarixli, 198 №-li sərəncamından və eyni tarixli torpaq icarə müqaviləsindən görünür ki, "xxxx" MMC-yə torpaq sahəsinin icarəyə ayrılması barədə Cəmiyyətin direktoru V.Ə.Əbdürəhmanovun məktubu nəzərə alınmaqla "xxxx" MMC-yə kənd təsərrüfatı ilə məşğul olmaq üçün rayonun 13 saylı X13 Fondu ərazisindən 200 (iki yüz) hektar (bundan 120 hektarı əkin, 20 hektarı örüş, 40 hektarı nohurçuluq, 20 hektarı isə yararsız) torpaq sahəsi 99 (doxsan doqquz) il müddətinə icarəyə verilmiş, "xxxx" MMC-nin rəhbərliyinə mövcud sərhəd daxilində torpaq sahəsindən təyinatı üzrə istifadə etməklə müqavilə şərtlərinə əməl etməsi və qanunvericiliyə uyğun olaraq aidiyyatı təşkilatlardan hüquqi sənədlərin alınmasını təmin etməsi tapşırılmışdır. Eyni zamanda həmin sərəncamla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinə torpaq sahəsinin icarəyə verilməsi ilə əlaqədar torpaq balansında müvafiq dəyişiklik edilməsi tapşırılmışdır. İş materiallarına əlavə edilmiş Neftçala rayon İcra hakimiyyəti başçısının 25 aprel 2011-ci il tarixli, 091 №-li sərəncamından görünür ki, "xxxx" MMC-yə icarəyə verilmiş torpaq sahəsinin bir hissəsindən istifadə hüququna cəmiyyətin direktoru E.Ə.Əliəkbərovun müraciəti nəzərə alınmaqla Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin birinci bəndinin 1-ci abzasına müvafiq olaraq Neftçala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli ,198 saylı sərəncamı ilə rayonun 13 saylı X13 Fondu ərazisindən "xxxx" MMC-yə kənd təsərrüfatı ilə məşğul olmaq üçün icarəyə verilmiş 200,0 (iki yüz) hektar torpaq sahəsinin 30,0 (otuz) hektarından istifadə hüququna xitam verilmiş, "xxxx" MMC-nin rəhbərliyinə mövcud sərhəd daxilində torpaq sahəsindən təyinatı üzrə istifadə etməklə müqavilə şərtlərinə əməl etmələri və qanunvericiliyə uyğun olaraq aidiyyatı təşkilatlardan hüquqi sənədlərin alınmasını təmin etməsi tapşırılmış, eyni zamanda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Neftçala rayon şöbəsinə torpaqdan istifadə hüququna xitam verilməsi ilə əlaqədar torpaq sahəsinin aidiyyatı fonda geri götürülməsini təmin etməsi tapşırılmışdır. İş materiallarına "xxxx" MMC-yə Neftçala Rayonu İcra Hakimiyyəti tərəfindən 99 il müddətinə ehtiyyat fondu torpaqlarından icarəyə verilmiş (örüş otlaq, digər) torpaq sahələrinin çıxarışları, nohurçuluq məqsədilə verilmiş torpaq sahəsinin planı və ölçüsü, eyni zamanda "xxxx" MMC-nin Nizamnaməsi əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1578/2023 nömrəli iş üzrə 18 yanvar 2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər "xxxx" MMCnin direktoru Cavabdeh və X6 qarşı "Neftçala rayon İcra Hakimiyyəti başçısının 25 aprel 2011ci il tarixli, 91 saylı sərəncamı, Neftçala rayon icra Hakimiyyəti ilə "xxxx" MMC-nin direktoru V.Ə.Əbdürəhmanov arasında bağlanmış 25 aprel 2011 -ci il tarixli icarə müqaviləsinin və "xxxx" MMC-nin direktoru Cavabdeh ilə X7 arasında bağlanmış 15 fevral 2022-ci il tarixli icarə müqaviləsinin, Neftçala rayon icra Hakimiyyəti başçısının 25 aprel 2011 -ci il tarixli, 91 saylı sərəncamı və həmin tarixli müqaviləsi əsasında verilmiş qeydiyyat tarixi 14 fevral 2020-ci il tarixli, reyester nömrəsi **********42, 07 fevral 2020- ci il tarixli, reyestr nömrəsi **********38, 07 fevral 2020- ci il tarixli, reyestr nömrəsi **********39, 07 fevral 2020-ci il tarixli, reyestr nömrəsi **********1 olan çıxarışların və 15 fevral 2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh və X3 həmin ərazidən çıxarılması" tələbinə dair iddia ərizəsi geri qaytarılmış və inzibati iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş 08 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 13 saylı Şirvan Ərazi İdarəsinin hesabına mütəxəssis rəyinin və yerquruluşu planının verilməsi üçün 95 manat ödəniş etmişdir. İş materiallarına mütəxəssis rəyi və yerquruşu planı əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2803 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi İbrahim Cahangirovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın birinci sualı üzrə - Cavabdeh tərəfindən zəbt olunduğu iddia edilen Neftçala şəhərində yerləşən mübahisəli torpaq sahəsi 175.0 ha təşkil edir və "xxxx" heyvandarlıq müəssisəsinə və ya təsisçisi İddiaçı məxsusdur. Əsas: 02 yanvar 1996-cı il tarixli Neftçala rayon "Kür" kolxozunun ümumi yığıncağının qərarı, "Kür" kolxozunun heyvandarlıq kompleksi bazasında "xxxx" heyvandarlıq müəssisəsi yaradılması haqqında Neftçala rayon İcra hakimiyyəti başçısının 19 yanvar 1996-cı il tarixli 726 saylı sərəncamı, "xxxx" heyvandarlıq müəssisəsinə torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüquqlarına dair "Dövlət Aktı" əsasında ümumi sahəsi 925.0 ha olan, əkinə yararlı 232.0 ha (Faktiki 175.0 ha) torpaq sahəsi verilməsi haqqında Neftçala rayon İcra hakimiyyəti başçısının 07 mart 1996-cı il tarixdə 801 nömrəli sərəncamı, "xxxx" heyvandarlıq müəssisəsinin nizamnaməsinin qeydə alınması barədə Neftçala rayon İcra hakimiyyəti başçısının 16 mart 1996-cı il tarixli 825 nömrəli sərəncamı, Xalq istehlakı mallarının, kənd təsərrüfatı məhsullarının istehsalı ve sair xidmətlərlə məşğul olmaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilən "Təsərrüfat Subyektinin Döviǝ qeydiyyatı haqqında" 29043 nömrəli "Şəhadətnamə". Qərardadın ikinci sualı üzrə - Cavabdeh direktoru olduğu "Azər-Aqrobiznes MMC-ye Neftçala rayon İcra Hakimiyyəti başçısının 25 aprel 2011-ci il tarixli 091 nömrəli sərəncamı ilə Neftçala rayon "13 saylı X13 Fondu" ərazisindən 200.0 ha (30.0 ha hissəsinə xitam verilib) torpaq sahəsi icarəyə verilib, lakin həmin 170.0 ha torpaq sahəsi naturada sərəncamla verilən "13 sayl X13 Fondu" ərazisinə deyil, keçmiş "KÜR" kolxozunun (Hal-hazırda X2 X5 əsasən "X14" adlanır) ərazisinə mübahisəli 175.0 ha torpaq sahəsininin sərhədləri daxilində yerləşir (Sxem tərtib edilərək mütəxəssis rəyinə əlavə edilmişdir). Qərardadın üçüncü sualı üzrə - Neftçala rayon İcra Hakimiyyəti başçısının 25 aprel 2011-ci il tarixli 091 nömrəli sərəncamı il Neftçala rayon "13 saylı X13 Fondu"xxxx"Azər- Agrobiznes MMC-yə 200 ha (30.0 ha hissəsinə xitam verilib) torpaq sahəsi icarəyə verilib. xx.xx.2020-ci il tarixdə icarəyə verilən həmin torpaq sahəsinin 59.0 ha, 21.2 ha, 14.0 ha, 6.0 ha 2.2 ha hissələrinə "Azər Aqrobiznes MMC-nin direktoru Cavabdeh adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən uyğun olaraq **********, ********** **********, **********, ********** qeydiyyat nömrəli "Çıxarış"-lar, xx.xx.2008-ci il tarixdə 29. ha, 27.0 ha, 10.8 ha hissələrinə isə xx.xx.2008-ci il tarixdə Neftçala İcra Hakimiyyəti başçısının 19 nömrəli sərəncamına əsasən Dövlət Torpaq Komitəsi tərəfindən uyğun olaraq "Azər-Agrobiznes MMC"-nin adına Kadastr nömrələri **********0078, **********0081, **********0082 ola "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri verilmişdir. Yuxarıda qeyd olunmuş torpaq sahələrin verimiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin kadastr göstəricilərinə (Koordinatlar əsasən həmin torpaq sahələri naturada Neftçala rayon İcra Hakimiyyəti başçısının 25 aprel 2011- il tarixli 091 nömrəli sərəncamı ilə "13 saylı X13 Fondu” ərazisinə deyil, keçm "KÜR" kolxozunun (Hal-hazırda X2 X5 əsasə "X14" adlanır) ərzisində yerləşən İddiaçı iddia etdiy "xxxx" heyvandarlıq müəssisəsinə aid mübahisəli 175.0 ha torpaq sahəsininin yerləşdiyi ərazi ilə üst-üstə düşür (Sxem tərtib edilib). Hazırda iddiaçı tərəfindan mübahisə predmeti olan 232.0 ha (faktiki sahə 175.0 ha) torpaq sahəsi "AzərAgrobiznes MMC-nin direktoru cavabdeh X4 istifadəsindədir. Qərardadın dördüncü sualı üzrə - İddiaçı tərəfindən mübahisələndirilən 232.0 ha (faktiki sahə 175.0 ha) torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsi ilə təyin edildi (sxem tərtib edilib). Qərardadın beşinci sualı üzrə - İddiaçı tərəfindən mübahisələndirilən 232.0 ha (faktiki sahə 175.0 ha) torpaq sahəsi X2 X5 (TEKUİS) əsasən X14 ərazisində yerləşir, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir, uqodiyası örüşdür”. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında yaranan hüququ münasibətinin mahiyyətindən müəyyən olunur ki, İddiaçı cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh qanunsuz əməllərinə hüquqi qiymət verilməsini, onun Neftçala şəhəri, "xxxx" heyvandarlıq müəssisəsinə məxsus ərazidən məcburi qaydada çıxarılmasını məhkəmə qaydasında xahiş etmişdir. İddiaçının iddia tələbini mahiyyətindən müəyyən edilir ki, "Kür" kolxozunun üzvlərinin 02 yanvar 1996-cı il tarixli, 06 saylı qərarı əsasında kolxozun ferması və işçiləri "Kür" kolxozundan ayrılmış, "xxxx" heyvandarlıq müəssisəsi yaradılmışdır. "Kür" kolxozunun kolxozçularının bu qərarı Neftçala rayon İcra Hakimiyyətinin başçısı, rayon Aqrar İslahatlar Komissiyasının sədri Seyfəddin Məmmədovun 19 yanvar 1996-cı il tarixli, 726 saylı sərəncamı ilə təsdiqlənmişdir. Qeyd edilən sərəncam və digər sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim olunmuşdur. Neftçala rayon "xxxx" heyvandarlıq müəssisəsinə 23 aprel 1996-cı il tarixdə, 29043 saylı şəhadətnamə verməklə mülkiyyət forması xüsusi, təsərrüfat subyektinin növü fərdi müəssisə kimi dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş müəssisənin nizamnaməsində müəssisənin təsisçisi və müəssisə əmlakının mülkiyyətçisi İddiaçı göstərilmişdir. Eyni zamanda Neftçala rayon İcra Hakimiyyəti başçısının 07 mart 1996-cı il tarixli, 801 saylı qərarına əsasən "xxxx" heyvandarlıq müəssisəsinə daimi istifadə üçün 232 hektar əkin sahəsi ayrılmışdır. Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı verilmişdir. Neftçala rayon torpaq şöbəsində Dövlət Aktları kitabında 03-03-3/85 nömrə ilə qeydiyyatdan keçmişdir. O, 23 aprel 1996-cı il tarixdən 28 iyul 2000-ci il tarixə qədər Neftçala rayon "xxxx" heyvandarlıq müəssisəsinə rəhbərlik etmiş, 2000-ci ildən 2012-ci ilə qədər ardıcıl olaraq hər il Kür çayı daşmış, "xxxx" heyvandarlıq müəssisəsinin əkinlərinin Kür çayına yaxın hissələri yaz aylarında subasmaya məruz qalmışdır. 26 aprel 2011-ci il tarixdə Neftçala rayonuna İcra başçısı İsmayıl Vəliyev təyin olunmuşdur. O, dəfələrlə Neftçala rayon İcra Hakimiyyətinin başçısı İ.Vəliyevə həm şifahı, həm də rəsmi müraciətlər etmiş, o da bu məsələ ilə bağlı məlumatı olduğunu, həmin ərazinin onun xüsusi mülkiyyəti olduğunu, komissiya yaradıb tədbir görəcəyini bildirmişdir. X8 həbs edilmişdir. Neftçala rayon "xxxx" heyvandarlıq müəssisəsini ondan xəbərsiz, gizlincə, razılığı olmadan başqa sahibkara icarəyə verilməsini əsassız və qanunsuz hesab edir. Halhazırda Neftçala şəhəri, Kimya səhərciyində, mənzil 18-də yaşayan Cavabdeh ərazini zəbt etməklə əsassız, qanunsuz, səmərəsiz istifadə edir. Hazırda təqribən 40 hektara yaxın əkin sahəsi kolxoz dövründə və sonralar da yonca vǝ arpa əkilmişdir. İndi isə balıq gölünə çeviriblər. Cavabdeh iddiaya etirazından müəyyən edilir ki, “hazırkı iddianın qaldırılması üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Hazırkı iş üzrə iddiaçı qismində İddiaçı yox, "xxxx" Heyvandarlıq Müəssisəsi (əgər mövcuddursa) çıxış edə bilər. Qeyd etmişdir ki, Neftçala rayon İcra Hakimiyyəti başçısının 10 oktyabr 2008-ci il tarixli, 198 nömrəli sərəncamı ilə "xxxx" MMCyə kənd təsərrüfatı ilə məşğul olmaq üçün rayonun 13 saylı X13 Fondu ərazisindən 200 ha. torpaq sahəsi 99 il müddətinə icrəyə verilmişdir. Bundan başqa həmin torpaq sahəsinin 30 ha hissəsini tez-tez sel suları basdığı və yararsız hala düşdüyü üçün ərizəsi əsasında Neftçala rayon İcra Hakimiyyəti başçısının 25 aprel 2011-ci il tarixli, 091 saylı sərəncamı ilə Neftçala rayonunun 13 saylı X13 Fondu ərazisindən "xxxx" MMC-yə kənd təsərrüfatı ilə məşğul olmaq üçün icarəyə verilmiş 200 ha. torpaq sahəsinin 30 hektarından istifadə hüququna xitam verilmişdir. Bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən "xxxx" MMC-nin adına xx.xx.2020-ci il tarixli, **********39 reyestr nömrəli çıxarış da verilmişdir. Göründüyü kimi həmin torpaq sahəsi qanuni əsaslarla "xxxx" MMC-nin istifadə və sahibliyinə verilmiş və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd etmək istəyir ki, sözügedən həmin torpaq sahəsi inzibati orqan olan Neftçala rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə verilmiş və həmin sərəncam inzibati aktdır. Həmin inzibati akt və icarə müqaviləsi əsasında sözügedən torpaq sahəsi üzərində "xxxx" MMC-nin hüquqları dövlət qeydiyyatına alınmışdır. İnzibati akt və onun əsasında bağlanmış icarə müqaviləsi qüvvədə olduğu halda, iddiaçının ona qarşı belə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi əsassızdır və yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin 13 sentyabr 2023-cü il tarixli qərarında iddia tələbinin hüquqi şəxsin adından verilməli olmasına dair Neftçala Rayon Məhkəməsinin istinad etdiyi dəlillə bağlı qeyd edilmişdir ki, həmin dəlilə MPM-in 54.1-ci maddəsinə (bax yuxarıda § 15) uyğun olaraq, əsl olmayan iddiaçı və cavabdehin əsl olan tərəflərlə əvəz edilməsi məsələsi həll edildikdən sonra qiymət verilə bilər. Hazırkı işdə birinci instansiya məhkəməsi İddiaçı əsl iddiaçı olub-olmamasını araşdırmamış, bununla bağlı prosessual qanunvericiliyin tələblərinə əməl etmədən, iddiaçının əsl iddiaçı ilə əvəz edilməsini təklif etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qeyd edilən prosessual hüquq normasının mənasından da göründüyü kimi, birinci instansiya məhkəməsi ona verilmiş hüququndan istifadə etməməklə, mülki icraatı iddiaya cavab verməli olmayan cavabdehlərin iştirakı ilə davam etdirmiş, nəticədə də əsl iddiaçının məhkəmə müdafiəsi hüququnu pozmaqla onun iştirakı olmadan faktiki halları müəyyən etmiş və iddia tələbini əsaslı saymışdır. Belə ki, İddiaçı iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, mülkiyyətçisi olduğu "xxxx" heyvandarlıq müəssisəsinin A-000948 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı ilə mülkiyyətində (ərazisində) olan 232.0 hektar torpaq sahəsinin (faktiki sahə 175.0 ha) 175.0 ha torpaq sahəsindən Cavabdeh çıxarılması ilə bağlıdır. Göründüyü kimi mülkiyyətçi "xxxx" heyvandarlıq müəssisəsidir və onun adından çıxış etmək hüququna təsisçisi və mülkiyyətçisi kimi İddiaçı malikdir. Lakin İddiaçı hüquqi şəxsin təsisçisi və mülkiyyətçisi kimi onun adından məhkəməyə müraciət etməmiş, iddiaçı qismində özü cavabdehin mübahisəli ərazidən çıxarılmasını tələb etmişdir. Azərbaycan Respublikası MPM-nin 54.4-cü maddəsinə əsasən, əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Prosessual hüquq normasının mənasından da göründüyü kimi, qanunverici hətta birinci instansiya məhkəməsində əsl olmayan tərəfin iştirakı olmadan aparılmış hər hansı bir prosessual hərəkətin nəticələrini də tanımadan, əsl tərəf əvəz edildikdən sonra mülki icraatın yenidən başlanmalı olmasını nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyasında iddiaçının əsl iddiaçı ilə əvəz edilməsinin təklif edilməsi və bu barədə qərar qəbul edilməsi cavabdehin birinci instansiya məhkəməsində özünü müdafiə - iddiaya qarşı etiraz vermək, qarşılıqlı iddia vermək, məhkəmə aktını mübahisələndirmək və.s hüququnun pozulması nəticələndiyi üçün qanunsuzdur. Beləliklə məhkəmə kollegiyasının yuxarıda qeyd olunan cavabdehin xahişi ilə bağlı yekun hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçının əsl iddiaçı ilə əvəz etməməklə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsassız olmuş, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli, yalnız yuxarıda qeyd edilən əsasa görə - iddia tələb hüququ olmayan şəxs tərəfindən verilməsi əsasına görə təmin olunmamalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara, maddi və prosessual hüquq normalarına əsasən yekun nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 2(053)-9/2024 saylı, 13 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz əməllərinə hüquqi qiymət verilməsi, Neftçala şəhəri, "xxxx" heyvandarlıq müəssisəsinə məxsus ərazidən məcburi qaydada çıxarılması tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-9/2024 saylı, 13 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz əməllərinə hüquqi qiymət verilməsi, Neftçala şəhəri, "xxxx" heyvandarlıq müəssisəsinə məxsus ərazidən məcburi qaydada çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar