Məhkəmə qərarları › İş №2(106)-582/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-582/2024

23.04.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-582/2024 23.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X9 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X6 ibarət məhkəmə tərkibində, X20 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı tor çəpərin sökülməsi və 0.06 ha torpaq sahəsinin qaytarılması tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli 2(057)-205/2023 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı tor çəpərin sökülməsi və 0,06 ha torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan rayonu Qızılağac kəndində yerləşən onlara məxsus torpaq sahəsi ilə Cavabdeh məxsus torpaq sahəsi arasında sonuncu tərəfindən çəkilmiş dəmir torun onun hesabına sökülməsi, JN-0436 KOD 80907018 nömrəli akt əsasında onlara məxsus 0,06 ha torpağın (nar bağı adlanan sahənin yerləşdiyi) onlara qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli 2(057)-205/2023 saylı qətnaməsi ilə (hakim Vəsilə Əliyeva) iddia rədd edilərək iş üzrə məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pulun iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. İddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 xx xxxxxx 1958-ci il tarixində Salyan rayonu Qızılağac kəndində “Mirzəyevlər” ailəsində dünyaya gəlmişdir. Ailənin ilk övladıdır və ondan başqa 7 bacısı vardır. Yaşadıqları evin böyük bir həyəti vardır. Şifahi bildiyi məlumata əsasən təqribən 0.70 hektara yaxın olmuşdur. Həyətlərinin aşağı sol tərəfində “nar bağı” (ərazisi təqribən 0.06 hektara yaxın idi) adlandırdıqları bir sahə vardır. Hələ uşaq ikən o, bağı bacıları ilə birlikdə ərsəyə gətirmişlər. X2 xx.xx.2015-ci il tarixində vəfat etmişdir. Vəfat etdiyi günə qədər atasının adına sözügedən Salyan rayonu Qızılağac kəndində yerləşən fərdi yaşayış evinə dair hər hansı hüquq müəyənedici sənəd olmamışdır. 15 avqust 1982-ci il tarixində İddiaçı1 ilə nikaha girmişdir. Nikaha girdikdən sonra atası sağlığında ev tikmək üçün özünə məxsus həyətyanı torpaq sahəsindən 0.12 hektar (“nar bağı” adalanan ərazinin solundakı ərazi) pay olaraq vermişdir. Sonradan həmin ərazidə ev tikməyə başlamışdılar. Həmin fərdi yaşayış evinə 1988-ci ilin aprel ayında 158 nömrəli texniki pasport verilmişdir. Həmin texniki pasportda torpağın sahəsi sənəd üzrə 1200 kv.m faktiki isə 1926 kv.m olaraq qeyd edilmişdir. Salyan rayonu Qızılağac kəndində yerləşən fərdi yaşayış evi texniki pasport üzrə əri İddiaçı1 məxsusdur. Sonradan evin yerləşdiyi torpaq sahəsinə Salyan Rayon Aqrar İstehsalat Komissiyasının 02 noyabr 1990-cı il tarixli qərarı ilə JN – 0436 KOD 80907018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmin il şəhadətnamə verilərkən qeyd olunan “nar bağı” adlandırdıqları sahəni atası ona vermiş və məhz özünün iştirakı ilə torpaq üzərində ölçü işləri aparmışdılar. Şəhadətnamə onun əri İddiaçı1, eləcə də qızı X3 adına verilmişdir. Həmin şəhadətnamədə torpağın sahəsi 0.18 ha olaraq göstərilmişdir. Həmin il isə atası X7 istifadəsində olan torpağa JN - 0455 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən torpağın sahəsi 0.52 ha qeyd edilmişdir. Amma əslində qeyd etdiyi həmin şəhadətnaməni görməmişdir. X1 xx.xx.1993-cü ildə ailə qurub köçdükdən sonra eyni həyətdə yaşadığı ata və anasına özü baxmışdır. Sonradan X17 onun istəyi ilə təqribən 4-5 ildən sonra ailəsi ilə birlikdə atasına məxsus evdə məskunlaşmağa başlamışlar. 1996-ci ildə Salyan rayon Aqrar İslahat Komissiyası tərəfindən Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilərkən aparılan ölçü işlərində ondan savayı bacılarından heç biri iştirak etməmişdir. Yəni, atasının ona verdiyi həmin “nar bağı”ndan bu günə qədər heç kimin məlumatı olmamışdır. Ta ki, sonuncu baş vermiş mübahisəli hadisəyə qədər. Belə ki, atası X15 və anası X8 15 aprel 2008-ci il tarixində Salyan rayon Notariat kontorunda 2-V-25 reyestr nömrəsi ilə birgə vəsiyyətnamə vermişlər. Qeyd olunan həmin vəsiyyətnamədə Salyan rayonu Qızılağac kəndində yerləşən bir mərtəbəli üç otaqlı evin və bütün əmlakın nəvəsi Cavabdeh vəsiyyət edildiyi qeyd edilmişdir. Yuxarıda da qeyd olunduğu kimi, atası X15 xx.xx.2015-ci il tarixdə, anası X8 isə 11 dekabr 2008-ci il tarixdə vəfat etmişdir. Anasının öldüyü tarixdən 14 il, atasının öldüyü tarixdən 7 il keçməsinə baxmayaraq nə vərəsə kimi onun qızları, nə də vəsiyyətnamə üzrə vərəsəsi olan Cavabdeh vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı notariusa müraciət etməmişlər. 2022-ci il tarixində onun Cavabdeh “nar bağı” adlanan sahənin özbaşına satılmasına etiraz edəndən sonra 2022-ci ilin mart ayında Cavabdeh vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin alınmasından ötrü Salyan rayon 2 saylı notariat ofisinə ərizə vermişdir. Lakin notariat ofisi Cavabdeh Salyan rayon 2 saylı notariat ofisinin 15 mart 2022-ci il tarixli, 05 saylı notariat hərəkəti aparılmasından imtina edilməsi barədə qərar təqdim edərək İddiaçı2 ilə mübahisə olduğunu bildirərək ona vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina etmiş və yaranmış mübahisənin həlli üçün Salyan Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. Sonradan iddiaçı Cavabdeh ona qarşı mirasın əmlakda payların müəyyən edilməsi və naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiasını dəqiqləşdirərək mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mərhum X11 və X4 ümumi birgə mülkiyyətlərində olmuş Salyan rayonu Qızılağac kəndində 120.4 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi və 1.0952 ha çöl torpaq sahəsindəki paylarının müəyyən edilməklə naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2(057)-947/2022 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı2 qarşı miras əmlakın qəbul etmə faktının, miras əmlakda payların müəyyən edilməsi və naturada ayrılması tələbinə dair iddiasının qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin X7 adına daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq olaraq xx.xx.2010-cı il və xx.xx.2022-ci il tarixlərdə qeydiyyata alınmış müvafiq olaraq Salyan rayonu Qızılağac kəndində 1,0952 ha kənd təsərrüfatı təyinatlı torpaq və Salyan rayonu Qızılağac kəndində 120,4 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzrə iddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, həmin daşınmaz əmlak üzərində Cavabdeh tam mülkiyyət hüququnun müəyyən edilməsi, iddia payların naturada ayrılması tələbi hissəsində təmin edilməməsi qət edilmişdir. Sonradan onun qətnaməyə düzəliş edilməsindən ötrü məhkəməyə müraciət etmişlər. Salyan Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(057)-947/2022 saylı qərardadına əsasən Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-947/2022 saylı qətnaməsində yol verilmiş yanlışlıqlar düzəldilərək qətnamənin müxtəlif hissələrində “Salyan rayonu Qızılağac kəndindəki 120.4 ha torpaq sahə” cümlələrinin “Salyan rayonu Qızılağac kəndindəki 0,50295 ha torpaq sahəsi” kimi, eləcə də nəticə hissəsində qeyd olunmuş “Salyan rayonu Qızılağac kəndində 120.4 ha torpaq sahəsində yerləşə fərdi yaşayış evi” cümləsinin “Salyan rayonu Qızılağac kəndində 0,5029 ha torpaq sahəsində yerləşən 120,4 kv.m fərdi yaşayış evi” kimi oxunması qərara alınmışdır. Qeyd olunan kimi Cavabdeh Salyan rayon 2 saylı notariat ofisinə müraciətindən sonra Salyan rayon 2 saylı notariat ofisi tərəfindən 20 dekabr 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət ünvanlanmış və həmin müraciət əsasında xx.xx.2015-ci il tarixdə vəfat etmiş, X7 və 11 dekabr 2008-ci il tarixdə vəfat etmiş X4 adına 17 yanvar 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 120.4kv.m torpaq sahəsinin ölçüsü isə 0.50293 ha olaraq göstərilmişdir. Lakin Salyan Rayon Məhkəməsinin 2(057)-947 2022 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh adına 02 sentyabr 2022-ci il tarixdə, reyestr nömrəsi **********36-10301 nömrəli çıxarış verilmişdir. Bu çıxarışda isə, daşınmaz əmlakın ümumi sahəsi 1204 kv.m olaraq qalsa da, torpaq sahəsinin ölçüsündə dəyişiklik edilərək 0.522540 ha olaraq göstərilmişdir. Göründüyü kimi, Cavabdeh təqdim edilən çıxarışlar eyni ildə verilsə də, torpaq sahəsinin ölçüsündə böyük fərqliliklər vardır. Cavabdeh bundan sonra münasibətləri daha da gərginləşdirməyə başlamışdır. Belə ki, Cavabdeh qanunsuz olaraq ona məxsus olan həmin “nar bağı” adlanan sahəni zəbt edərək çəpərləmişdir. Hətta bununla bağlı “1027 xidmətinə zəng vuraraq öz şikayətini bildirmişdir. Lakin nə şikayətə müsbət cavab verilmiş, nə də Cavabdeh barəsində tədbir görülmüşdür. Əvəzində 19 sentyabr 2022-ci il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, izahatı alınmış X22 oglu (cavabdehin atası) öz izahatında göstərmişdir ki, özünə məxsus olan 0,52 sot həyətyanı torpaq sahəsinin əvvəlki sərhədini bərpa etmək üçün baldızı Anaxanımın onun həyətyanı torpaq sahəsindən çəkdiyi əlavə tor çəpəri xx.xx.2022-ci il tarixdə 11 radələrində “səliqəli şəkildə” sökərək aparıb Anaxanımın həyətinə qoymuşdur. Göründüyü kimi cavabdehin atası da öz izahatında bildirir ki, çəpəri sökərək ona məxsus olan ərazini zəbt etmişdilər. Bundan başqa da qeyd edilmişdir ki, ona məxsus olan torpağın sağ tərəfindən suvarma kanalı keçir. Kanalın həm sağ, həmdə sol tərəfində mühafizə zolağı mövcuddur. Hal-hazırda suvarma kanalının solunda yerləşən həmin mühafizə zolağından müəyyən icazə əsasında onun tərəfindən istifadə olunsa da, sözügedən ərazinin onun torpaq sahəsi ilə hər hansı bir bağlılığı yoxdur. Bununla bağlı Azərbaycan Meliorasiya və X27 Səhmdar Cəmiyyəti X13 İdarəsi tərəfindən 16 may 2022-ci il tarixdə 05/180 saylı arayış verilmişdir. Həmin arayışda qeyd edilmişdir ki, “verilir Qızılağac Kənd sakini İddiaçı1 ondan ötəri ki, onun həyətyanı torpaq sahəsinin yaxınlığından keçən LM suvarma kanalı X13 İdarəsinin balansındadır və suvarma kanalının mühafiə zolağı kanalın su buraxma qabiliyyətinə uyğun olaraq 5 metr müəyyən olunmuşdur.” APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çəkişmə prinsipi təmin edilməmişdir. Habelə, iddia tələbi məhkəməyə daxil olduqdan sonra 2(057)-2293/2022 saylı mülki iş əvvəlcə hakimlər - Muradağa Qasımov, Ağarza Səmədov, Ənnağı Məmmədlinin icraatına verilmişdir. Onlar məhkəmədə lazımi şəkildə dinlənilməmiş, sübutları araşdırılmamış, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməmişdir. Bundan başqa, Cavabdeh Salyan rayon 2 saylı notariat ofisinə müraciətindən sonra 20 dekabr 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət ünvanlanmış müraciət əsasında xx.xx.2015-ci il tarixdə vəfat etmiş X7 və 11 dekabr 2008-ci il tarixdə vəfat etmiş X4 adına 17 yanvar 2022-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Çıxarışın hansı hüquqmüəyyənedici sənəd əsasında verilməsini öyrənmək zərurəti yaranmışdır. Çünki cavabdeh tərəfindən Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə gizlədilir. Belə ki, qeyd olunan şəhadətnamə üzrə torpaq sahəsinin ölçüsü bir çox məsələlərə aydınlıq gətirəcəkdir. Lakin 13 saylı ərazi idarəsinə müraciət etdiklərində yalnız məhkəmənin sorğusu əsasında həmin aktı məhkəməyə təqdim edə bilərdilər. Bununla bağlı məhkəməyə vəsatətlər təqdim edilmişdir. Lakin məhkəmə həmin vəsatətləri təmin etməmiş və onlara hüquqi qiymət verməmişdir. Yerquruluşu planında reyestr nömrəsi **********36-10301 olan Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0,49 ha olduğu qeyd edilmişdir. Halbuki, Salyan Rayon Məhkəməsinin 2(057)-947/2022 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh adına 02 sentyabr 2022-ci il tarixli reyestr nömrəsi **********36-10301 olan çıxarış verilmişdir. Bu çıxarışda isə daşınmaz əmlakın ümumi sahəsi 120,4 kv.m olaraq qalsa da, torpaq sahəsinin ölçüsündə dəyişiklik edilərək 0,522540 ha olaraq göstərilmişdir. Göründüyü kimi, hər iki sənəd (yerquruluşu planı və çıxarış) 13 saylı Şirvan Əİ tərəfindən tərtib edilsə də, torpaq sahəsinin ölçülərində kəskin fərqlər mövcuddur. Mütəxəssis rəyində məhkəmə tərəfindən mütəxəssis qarşısında qoyulmuş suallardan ilk ikisinə düzgün cavab verilməmişdir. Belə ki, mütəxəssis rəyində birinci suala cavab olaraq bildirilmişdir ki, iddiaçının özünə məxsus olduğunu iddia etdikləri Salyan rayonu Qızılağac kəndində yerləşən torpaq sahəsi ilə cavabdehə məxsus torpaq sahəsi arasında hal-hazırda çəpər mövcud deyil. Halbuki, hal-hazırda da çəpər mövcuddur. Hətta məhkəməyə çəpərin olması ilə bağlı fotoşəkillər də təqdim edilmişdir. Mütəxəssis rəyində ikinci suala cavab olaraq bildirilmişdir ki, İddiaçı1 və qeyriləri tərəfindən iddia olunan 0,06 ha, lakin faktiki yerdə göstərilən 0,12 ha mübahisəli torpaq sahəsi elektron kadastr baza məlumatlarında reyestr nömrəsi **********36-10301 olan Çıxarışa əsasən Cavabdeh mülkiyyətinə aid həyətyanı torpaq sahəsidir. Halbuki, məhkəmə tərəfindən mütəxəssis qarşısında “Əgər setka çəpər mövcuddursa, həmin çəpər iddiaçıların torpaq sahəsinin hüdudlarında yoxsa iki torpaq sahəsinin sərhəddində çəkilmişdir?” sualı qoyulmuşdur. Lakin mütəxəssis suala aidiyyəti olmayan cavab vermişdir. Görünən odur ki, qeyd olunan rəydə mütəxəssis bütün ehtimalları nəzərə alaraq setka çəpəri ortalığa çıxarmamağa və məhkəməni aldatmağa çalışmışdır. Halbuki, hal-hazırda setka çəpər mövcuddur və həmin setka çəpər iki torpaq sahəsinin sərhəddində deyil, məhz ona məxsus olan torpaq sahəsinin daxilində çəkilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən rəy verilərkən Salyan rayonuna gəlinmədən, onlara məxsus olan əraziyə baxış keçirilmədən rəy verilmişdir. Rəyə diqqət etdikdə 13 saylı Şirvan Əİ tərəfindən verilmiş rəyin kopyası olduğunu görə bilirlər. Hətta qeyd olunan məsələ ilə bağlı Məhkəmə Ekspertiza Mərkəzinin eksperti ilə əlaqə saxladıqda o məsələnin əsas səbəbkarının 13 saylı Şirvan Əİ olduğunu önə çəkərək aktın onlar tərəfindən ekspertiza mərkəzinə təqdim edilmədiyini bildirmişdir. Məhkəmə tərəfindən isə qeyd olunan ekspert rəyləri əsasında qətnamə çıxarılmışdır. Halbuki, məhkəmə yekun olaraq əraziyə baxış keçirərək məsələni kökündən həll edə bilərdi. Məhkəməyə sübut olaraq iki ayrı-ayrı çıxarış təqdim edilmişdir. Hər iki çıxarışa diqqət etdikdə torpaq sahəsinin ölçüsü baxımından kəskin fərqlərin olduğu görünür. İddiaçı1 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 1996-cı ildə keçirilən torpaq islahatı zamanı ölkə Prezidentinin müvafiq fərmanı əsasında torpaqlar cəmiyyətə paylanılmış, onlar da həmin torpağa dair 1998-ci ildə şəhadətnamə almışlar. “Nar bağı” adlanan ərazidə çəpər mövcud olmuşdur. Bunu təsdiq edən sübutlar, habelə səs yazıları mövcuddur. Cavabdeh əraziyə çıxarış almaqdan ötrü gizlicə ölçmə işləri aparmışdır. Mübahisəli torpağa dair onlara məxsus çıxarış olmasa da, şahidləri var. Birinci instansiya məhkəməsi zamanı iş üzrə yenidən ekspertiza təyin edilməsini xahiş etsələr də, vəsatətləri təmin edilməmişdir. Orada ölçmə işləri aparılmamışdır. Birinci instansiya məhkəməsi zamanı reyestrin mütəxəssisi oranı tədqiq edərkən özüylə aparat gətirəcəyini desə də, çəpəri keçərək ötəri baxış keçirmişdir. Orada mühafizə zonası mövcuddur. Onlara məxsus 0.18 ha torpaq sahəsinin 0.6 ha hissəsinin cavabdehə verilməsini qanunsuz hesab edir. İddiaçı2 izahatında bildirmişdir ki, cavabdeh onun bacısı oğludur. Ona vəsiyyətnaməni ata və anası vermişdir. Onlara məxsus torpaq sahəsinin 0.6 ha hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Vəsiyyətnamə saxta şəkildə tərtib olunmuşdur və onun həqiqiliyinə şübhə edir. Mübahisəli torpaq sahəsində kanal boyu çəpər çəkilmişdir. Çəpər və kanal arasında əslində bir neçə metr məsafə var və həmin yerdən yol olaraq avtomobillər, habelə ekskovator gedir. “Nar bağı” adlanan əraziyədək ona məxsus torpaq sahəsi şirə çəkir. Bu səbəbdən, orada heç bir əkin işləri apara bilmir. Bu baxımdan, həmin ərazi də mühafizə zonası hesab olunmalıdır. Cavabdeh izahatında göstərmişdir ki, ekspert həmin torpaq sahəsinə iki dəfə baxış keçirmiş, hər iki baxış zamanı iddiaçılar orada olmuşlar. Ekspertlər gələrək ölçmə işləri aparmışlar. Ölçmə işlərini Mübariz adlı ekspert aparmışdır. İddiaçılar onun özündən narazı qalmışlar. Özü çıxarışları vəsiyyətnamə əsasında almışdır. Ona məxsus torpaq sahəsi 0.52 ha təşkil edir və əslində isə onun torpaq sahəsinin 0.2 ha hissəsi iddiaçılar tərəfindən zəbt edilmişdir. İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri ilə bağlı məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların və ya səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçıların və cavabdehin izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Salyan Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli 2(057)-205/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan; KOD 80907018 JN-0436 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1996-cı il tarixli 11 saylı qərarı ilə İddiaçı1, İddiaçı2 və X3 mülkiyyətinə 0.18 ha torpaq sahəsi verilmişdir. AZ 284632 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 11 dekabr 2008-ci ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında № 11 ilə qeyd edilmişdir. AZ 688686 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 23 mart 2015-ci ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında № 04 ilə qeyd edilmişdir. xx.xx.2008-ci il tarixli Birgə vəsiyyətnamədən görünür ki, X15 ilə X12 ölən günədək onlara məxsus Salyan rayonu Qızılağac kəndində yerləşən bir mərtəbəli üç otaqlı evlərini və bütün əmlaklarını nəvələri Cavabdeh vəsiyyət etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, Salyan rayonu Qızılağac kəndində 0,50293 ha kənd təsərrüfatı təyinatlı torpaqlar ümumi birgə mülkiyyət hüququ əsasında X15 və X4 adına rəsmiləşdirilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-947/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X7 adına daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq olaraq xx.xx.2016-cı il və xx.xx.2022-ci il tarixlərdə qeydiyyata alınmış müvafiq olaraq Salyan rayonu Qızılağac kəndində 1,0952 ha kənd təsərrüfatı təyinatlı torpaq və Salyan rayonu Qızılağac kəndində 120,4 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzrə iddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi faktı müəyyən edilmiş, həmin daşınmaz əmlak üzərində Cavabdeh tam mülkiyyət hüququ müəyyən edilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-947/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Salyan Rayon Məhkəməsinin 2(057)-947/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində yol verilmiş yanlışlıqlar düzəldilərək, qətnamənin müxtəlif hissələrində “Salyan rayonu Qızılağac kəndində 120,4 ha torpaq sahəsi” kimi, eləcə də “qət etdi” hissəsində qeyd olunmuş “Salyan rayonu Qızılağac kəndində 120,4 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi” cümləsinin “Salyan rayonu Qızılağac kəndində 0,5029 ha torpaq sahəsində yerləşən 120,4 kv.m fərdi yaşayış evi” kimi oxunması qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, Salyan rayonu Qızılağac kəndində 120,40 kv.m torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh adına rəsmiləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin 3- 21-3-38/2-1677/2023 saylı, xx.xx.2023-cü il saylı, məhkəmənin xx.xx.2023-cü il tarixli 2(057)-205/2023 saylı məktubu əsasında mütəxəssis M.Vəliyevin tərtib etdiyi mütəxəssis rəyindən görünür ki, araşdırma nəticəsində iddiaçıların özünə məxsus olduğunu iddia etdikləri Salyan rayonu Qızılağac kəndində yerləşən torpaq sahəsi ilə cavabdehə məxsus torpaq sahəsi arasında hal-hazırda tor çəpər mövcud deyildir. İddiaçı X5 və qeyriləri tərəfindən iddia olunan 0,06 ha, lakin faktiki yerdə göstərilən 0,12 ha mübahisəli torpaq sahəsi, elektron kadastr baza məlumatlarında reyestr nömrəsi **********36-10301 olan Çıxarışa əsasən Cavabdeh mülkiyyətinə aid həyətyanı torpaq sahəsidir. Mübahisəli torpaq sahəsi hal-hazırda Cavabdeh istifadəsindədir və öz mülkiyyətinə aid torpaq sahəsidir. Faktiki istifadə olunan və mübahisəli torpaq sahələri yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-3- 16/2-10/6865 saylı xx.xx.2023-cü il tarixli (ekspert Teymur Məmmədov) rəyinə əsasən araşdırma nəticəsində iddiaçıların özünə məxsus olduğunu iddia etdikləri Salyan rayonu Qızılağac kəndində yerləşən torpaq sahəsi ilə cavabdehə məxsus torpaq sahəsi arasında hal-hazırda tor çəpər mövcud deyil. İddiaçı X5 və qeyriləri tərəfindən iddia olunan 0,06 ha, lakin faktiki yerdə göstərilən 0,12 ha mübahisəli torpaq sahəsi, elektron kadastr baza məlumatlarında Reyestr nömrəsi **********36-10301 olan Çıxarışa əsasən Cavabdeh mülkiyyətinə aid həyətyanı torpaq sahəsidir. Mübahisəli torpaq sahəsi hal-hazırda Cavabdeh istifadəsindədir və öz mülkiyyətinə aid torpaq sahəsidir. Faktiki istifadə olunan və mübahisəli torpaq sahələri yerquruluşu planında göstərilmişdir. Məhkəmə iddianı rədd edərkən hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıların özünə məxsus olduğunu iddia etdikləri torpaq sahəsinin hər hansı hissəsi cavabdeh tərəfindən qeyri-qanuni şəkildə tutulmamış və hasara alınmamışdır. Sahiblik və istifadə etdikləri torpaq sahəsi cavabdehin özünün xüsusi mülkiyyətindədir və bununla da, cavabdeh iddiaçıların mülkiyyət hüququna qanunsuz müdaxilə etməmiş, habelə mülkiyyət hüquqlarını pozmamışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və X3 iddia tələbinin əsası kimi istinad olunmuş hallar sübuta yetirilmədiyindən iddiaçıların özünə məxsus olduğunu iddia etdikləri Salyan rayonu Qızılağac kəndində yerləşən torpaq sahəsi ilə cavabdehə məxsus torpaq sahəsi arasında hal-hazırda tor çəpərin mövcud olmaması və mübahisəli torpaq sahəsinin reyestr nömrəsi **********36-10301 olan Çıxarışa əsasən Cavabdeh mülkiyyətinə aid həyətyanı torpaq sahəsi olduğu mütəxəssis və ekspert rəyi ilə öz təsdiqini tapdığından iddia rədd edilməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də, mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-сi maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.2-сi maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 157.4-сü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Habelə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Kollegiya qeyd edir ki, MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırkı iddia tələbinin qanuni əsası kimi də həmin maddə çıxış edir. Belə ki, adıçəkilən maddə özündə üç şərti birləşdirir: iddiaçı əşyanın mülkiyyətçisi olmalıdır, cavabdeh əşyanın sahibi olmalıdır və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Ancaq hazırkı iddia tələbinin adıçəkilən norma əsasında həll edilməsi mümkün deyil və iddianın qanuni əsası mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, Salyan Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli 2(057)- 205/2023 saylı qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillləri mötəbər deyildir və həmin dəlillər əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. MPM-in 76-maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilməlidir ki, MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Kollegiya nəzərə çatdırır ki, MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Diqqətə çatdırılmalıdır ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsində çəkişmə prinsipinin pozulması, onun lazımi şəkildə dinlənilməməsi, sübutların araşdırılmaması, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməməsini göstərmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına nəzər saldıqda iddiaçıların iştirakının təmin edilməsi üçün məhkəmə tərəfindən bütün zəruri tədbirlər həyata keçirilmiş, İddiaçı1 (habelə digər İddiaçı2) məhkəmənin hazırlıq və baxış iclaslarında (səh. 183-185, 191-193) iştirak edərək (hakim Vəsilə Əliyevanın icraatında olduğu müddətdə) geniş şəkildə izahatlar vermiş, tərəflər arasında sual-cavab və sübutlarını təqdim edərək onların tədqiqində iştirak imkanı yaradılmışdır. Kollegiya İddiaçı1 apellyasiya şikayətində iddia etdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd - Çıxarışın mübahisələndirilməsinə dair qeyd edir ki, Salyan Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli 2(057)-205/2023 saylı qərardadına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “tor çəpərin sökülməsi və 0,06 ha torpağın qaytarılması, 17 yanvar 2022-ci il tarixli ********** nömrəli və 02 sentyabr 2022-ci il tarixli **********36-10301 nömrəli çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası barədə iş üzrə icraata iddia tələbinin “17 yanvar 2022- ci il tarixli ********** nömrəli və 02 sentyabr 2022-ci il tarixli **********36-10301 nömrəli çıxarışların ləğv edilməsi” hissəsində xitam verilmişdir. İş materiallarından da göründüyü kimi, iddiaçılar həmin qərardaddan şikayət verməmiş və o, hazırda qüvvəsini almışdır. Bu baxımdan, həmin dövrədək mübahisə predmeti olmuş, lakin hazırda həqiqiliyi mübahisələndirilməyən çıxarışın Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və digər sənəd əsasında verilməsini öyrənmək üçün bu barədə vəsatətlərin təmin edilməsi zərurəti də mövcud deyildir. Habelə İddiaçı1 izahatında mübahisəli torpağa dair onlara məxsus çıxarış olmasa da, şahidlərinin olduğunu, bu baxımdan birinci instansiya məhkəməsi zamanı iş üzrə yenidən ekspertiza təyin edilməsini xahiş etsələr də, vəsatətlərinin təmin edilmədiyini bildirmişdir. Bu zaman kollegiya iddiaçının nəzərinə çatdırır ki, MM-in 140-cı maddəsinin tələbinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bununla yanaşı, İddiaçı2 izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinin sərhədi ilə kanal arasında çəpər çəkilmiş, çəpərlə kanal arasında bir neçə metr məsafə vardır ki, oradan yol olaraq istifadə edilməklə nəqliyyat vasitələri hərəkət edir. Bundan əlavə, çəpərin daxilindəki torpaq sahəsi şirə çəkdiyindən orada əkin işləri aparmaq mümkün deyildir. Buna görə də, qeyd edilən ərazi də mühafizə zonası hesab olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli 2(057)-205/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar