Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-584/2024 03.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi, evdən və qeyriyaşayış binasından çıxarılma və əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1083/2023 saylı, 11 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli 108 nömrəli fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, cavabdehlərin Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 108 nömrəli fərdi yaşayış evindən, Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki 0,14 ha torpaq sahəsi və üzərində yerləşən 8 girişli 1288,5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasından (mebel mağazasından), ünvan 4ndəki 903,8 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli anbar təyinatlı qeyri-yaşayış binasından, ünvan 5ndəki 0,07 ha torpaq sahəsi və üzərində yerləşən 5 girişli 441,7 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasından çıxarılması və əmlakların boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi, həmçinin iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən İddiaçı QSCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli, 2(017)-714/2017 saylı qətnaməsinə əsasən Cavabdeh1 və Əhmədov Ələkbər Əzim oğlundan müştərək qaydada 6 kredit razılaşması üzrə ümumilikdə cəmi 1122186,69 ABŞ dolları məbləğində borcun və məhkəmə xərclərinin tutulması, tutmanın ipoteka predmeti olan Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0,14 ha torpaq sahəsinə və üzərində yerləşən 8 girişli 1288,5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına, Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0,06 ha torpaq sahəsinə və üzərində yerləşən 2 mərtəbəli 108 nömrəli fərdi yaşayış evinə, ünvan 4ndə 903,8 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli anbar təyinatlı qeyri-yaşayış binasına, ünvan 5ndə 0,07 ha torpaq sahəsi və üzərində yerləşən 5 girişli 441,7 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (mağazaya) yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılaraq borcun ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmişdir. Eyni zamanda, Cavabdeh3 və Cavabdeh2 İddiaçı QSC-yə qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmiş, hər iki iş Şirvan Apellyasiya Məhkəməsində bir icraatda birləşdirilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2(106)-40/2019 saylı qətnaməsi ilə Ağcabədi Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1, Cavabdeh2 və Əhmədov Ələkbər Əzim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, həmin mülki işə birləşdirilmiş Cavabdeh3 və Cavabdeh2 cavabdeh İddiaçı QSC-yə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-378/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması, Ağcabədi Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, cavabdehlərdən tutulmalı olan ümumi borc məbləğinin 1122186,99 ABŞ dolları müəyyən edilməsi, ipoteka predmeti olan Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0,14 ha torpaq sahəsi və üzərində yerləşən 8 girişli 1288,5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 650000 manat, Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 108 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 70000 manat, ünvan 4ndə 903,8 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli anbar təyinatlı qeyriyaşayış binasının ilkin satış qiymətinin 120000 manat, ünvan 5ndə 0,07 ha torpaq sahəsi və üzərində yerləşən 5 girişli 441,7 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin isə 220000 manat müəyyən edilməsi, ekspertiza xərcinin cavabdehlərdən dövlət nəfinə tutulması, məhkəmə xərci olan 84 manatın isə cavabdehlərdən bankın xeyrinə tutulması qət edilmişdir. Ali Məhkəmənin 25 oktyabr 2020ci il tarixli, 2(102)-4873/2020 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 və Əhmədov Ələkbər Əzim oğlunun kassasiya şikayətləri qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinə aid hissədə və zamin Əhmədov Ələkbər Əzim oğlu ilə bağlı hissədə ləğv edilərək həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(106)- 1277/2021 saylı qətnaməsi ilə Əhmədov Ələkbər Əzim oğlu və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi borcun zamin Ələkbər Əhmədovdan tutulması hissəsində ləğv edilmiş, həmçinin ipoteka predmeti olan əmlakların ilkin satış qiymətləri dəyişdirilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 17 may 2022-ci il tarixli, 2(102)-2340/2022 saylı qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi ipoteka predmetlərindən biri – Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0,14 ha torpaq sahəsi və üzərində yerləşən 1288,5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilmiş, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, ipoteka predmeti olan əmlakların açıq hərracdan satılaraq realizə olunması üçün hərrac mərkəzinə sifariş verilmiş, keçirilmiş hərraclar nəticəsində əmlak satılmadığından yekunda ipoteka saxlayan İddiaçı QSC-yə təklif edilmişdir. Bank tərəfindən təklif qəbul edilərək əmlakın borcun müəyyən hissəsinin qarşılığında bankın mülkiyyətinə qəbul edilməsinə razılıq verilmişdir. Hazırda: 1) Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0,14 ha torpaq sahəsi və üzərində yerləşən 8 girişli 1288,5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mebel mağazası); 2) Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 108 nömrəli fərdi yaşayış evi; 3) ünvan 4ndə 903,8 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli anbar təyinatlı qeyri-yaşayış binası; 4) ünvan 5ndə 0,07 ha torpaq sahəsi və üzərində yerləşən 5 girişli 441,7 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2022-ci il tarixli çıxarışlar alınmışdır. Mülki qanunvericiliyin tələblərinə əsasən əmlakların 10 gün ərzində könüllü olaraq boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə cavabdehlərə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdehlər verilmiş müddətin başa çatmasına baxmayaraq, əmlakı könüllü şəkildə boşaldaraq banka təhvil verməmişlər. Cavabdehlər qeyd olunan əmlaklar üzərində bankın mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olurlar. Ağcabədi Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(017)-1083/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Etibar Quliyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0,06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 333,10 kv.metr olan 108 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0,06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 333,10 kv.metr olan 108 nömrəli fərdi yaşayış evindən; Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0,14 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1288,50 kv.metr olan qeyri-yaşayış binasından (mebel mağazasından); ünvan 4ndə 0,434160 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 903,80 kv.metr olan anbar təyinatlı qeyri-yaşayış binasından və ünvan 5ndə 0,07 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 441,70 kv.metr olan qeyri-yaşayış binasından çıxarılmaları, həmin əmlakların boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 100 manat dövlət rüsumunun alınaraq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda, lakin tamamilə eyni məzmunda apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(017)-1083/2023 saylı qətnaməsi ilə İddiaçı QSC-nin onlara qarşı istifadə hüququnun itirilməsi və əmlaklardan çıxarılma tələbinə dair iddiası təmin edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(017)-1083/2023 saylı qətnaməsini əsassız, qanunazidd və qeyri-obyektiv hesab edirlər. Belə ki, məhkəmə onların hazırlıq iclasında iştiraklarını təmin etməmişdir, qanun işə 4 ay müddətində baxılmasına imkan versə də, məhkəmə “tələsərək” işə 1 hazırlıq və 1 baxış iclası ilə mahiyyəti üzrə baxıb yekunlaşdırmışdır. Bu prosessual hüquqlarının pozulması onların digər hüquqlarını da pozmuşdur. Belə ki, onların verdiyi vəsatətlərə, şikayətlərə münasibət bildirilməmişdir. Onlar vəsatətlər həll olunduqdan sonra məhkəmə iclasında iştirak edəcəkdilər. Çünki hesab edirdilər ki, işə səlahiyyətli məhkəmə baxacaq və onlar da orada öz sözlərini deyəcəklər. Təkcə bu deyil, digər hüquqları da pozulmuşdur. Qarşı tərəflə məhkəmə iclasında barışığın əldə olunmasından da məhrum olmuşlar. Məhkəmə ən xırda işə baxırmış kimi onları yaşadıqları yerdən 1 iclasa məhrum etməklə hara, nəyə və “niyə” tələsir? Prosessual olaraq işin təxirə salınması və iştiraklarının təmin edilməsi üçün imkan da var idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPMin) 167.1.1-ci maddəsinə əsasən, hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verir, onların iştirakı ilə işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilir. MPM-in 167.1.9-cu maddəsinə əsasən, hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında tərəflərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edir, habelə prosesdə iştirak etmək üçün mütəxəssis və tərcüməçi cəlb edilməsi məsələsini həll edir. Məhkəmə iştiraklarına şərait yaratmadığından yuxarıda göstərilən hüquqları pozulmuşdur. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Göründüyü kimi, onların prosessual hüququnun (şəxsən iştirak) pozulması MPM-in yuxarıda göstərilən maddələrinə əsasən mahiyyəti üzrə düzgün olmayan qətnamə çıxarılması ilə nəticələnmişdir. Məhkəmənin hazırlıq iclası onların iştirakı olmadan keçirilmiş və hazırlıq iclasında həyata keçirilməsi mümkün olan hüquqlarından məhrum olmuşlar. Həmçinin, baxış iclasında izahatlar, vəsatətlər vermək, çıxış etmək hüquqlarından məhrum olunmuşlar. Barışığın təmin edilməsi məhkəmənin vəzifəsi olmasına baxmayaraq, buna da cəhd edilməmiş, əksinə mane olunmuşdur. İşin halları ilə də müəyyən edilir ki, iş üzrə yol verilmiş prosessual pozuntular yekunda düzgün olmayan nəticəyə gəlmək üçün əsas olmuşdur. Apellyasiya şikayətlərində Ağcabədi Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(017)-1083/2023 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı QSC 03 aprel 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə apellyasiya şikayətlərinə etiraz etmişdir. İddiaçı etirazını onunla əsaslandırmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(017)-1083/2023 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri əsassızdır və təmin edilməməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrdən ibarətdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Qətnamədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, hər hansı pozuntuya yol verilməmişdir. Qeyd olunan əmlaklar qanuni qüvvəsini almış məhkəmə qərarının icrası qaydasında bankın mülkiyyətinə götürülmüşdür. Bank tərəfindən məhkəməyə müraciət olunarkən aidiyyət qaydaları pozulmamışdır. Bank mülkiyyətində olan əmlakları cavabdehlərin qeyri-qanuni sahibliyindən geri tələb edir. Bu mübahisələrə əmlakın olduğu yer üzrə baxılmalıdır. Qeyd olunanlara əsasən 03 aprel 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının iddiaçı bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və cavabdehlərin apellyasiya şikayətlərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 03 aprel 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, dəfələrlə Ağcabədi Rayon Məhkəməsinə vəsatətlə müraciət etsə də, məhkəmə vəsatətini həll etməmişdir. O, sahibkardır və hazırkı mübahisə də onun sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmışdır. Buna baxmayaraq, onun işinə aidiyyəti olmayan məhkəmə baxmağa davam etmiş və qanunsuz qətnamə qəbul etmişdir. Halbuki, faktiki olaraq mübahisənin məzmununu onun sahibkarlıq fəaliyyəti ilə (onun adına VÖEN var) əlaqədar mübahisə təşkil edir. Hesab edir ki, bu işə birinci instansiya məhkəməsi kimi Şirvan Kommersiya Məhkəməsi baxmalı idi. Hazırda da işə Mülki Kollegiya deyil, Kommersiya Kollegiyası baxmalıdır. Hazırda səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilmir. Bütün bunları iştirak edərək məhkəmənin diqqətinə daha ətraflı çatdıra bilər. Məhkəmə iclasının təxirə salınmasını xahiş edir. Cavabdeh2 03 aprel 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Ağcabədi Rayon Məhkəməsinə ünvanladığı vəsatətlər qanuna uyğun həll edilməmişdir. Bakı şəhərinin Səbail rayonunda yaşamasına və bu barədə dəfələrlə məhkəməyə məlumat verməsinə baxmayaraq, məhkəmə onun iştirakı və xəbəri olmadan yekun qərar qəbul etmişdir. Məhkəmənin işi təxirə salmaq kimi prosessual imkanı var və əgər həqiqəti müəyyən etmək istəyirsə, məhkəmənin ən qısa müddətdə onun iştirakı olmadan qərar qəbul etməsinin heç bir məntiqli izahı ola bilməzdi ki, birinci instansiya məhkəməsi 1 ay ərzində onu mülkiyyətindən çıxarmaq barədə qərara gəlmişdir. Məhkəmə üçün kağız olan bu qərar onun həyatıdır və buna ədalət mühakiməsini təmsil edən şəxsin belə yanaşması düzgün deyil. O, öz taleyini həll edən işin baxılmasında iştirak etmək istəyir. Lakin uzaq məsafədə yaşadığından (işinə Bakı şəhərində baxılardısa, hazırda apellyasiya məhkəməsi olaraq işə Şirvanda deyil, Bakıda baxılardı) 03 aprel 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmir. Məhkəmə iclası barədə isə son günlərdə məlumat aldığından vəkillə də müqavilə bağlaya bilməmişdir. Məhkəmə iclasının təxirə salınmasını və onun vəkillə müqavilə bağlayaraq iştirakına şərait yaradılmasına xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iddiaçı 03 aprel 2024-cü il tarixli müraciətində məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Məhkəmə kollegiyası bildirir ki, Cavabdeh1 səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilmədiyini bildirsə də, həmin halı təsdiq edən hər hansı sübutu öz ərizəsinə əlavə etməmişdir. Cavabdeh2 isə Bakı şəhərində yaşaması və vəkillə müqavilə bağlamaq üçün zəruri vaxtının olmaması səbəbindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin məhkəmənin yerləşdiyi şəhərdə deyil, başqa şəhərdə yaşaması apellyasiya instansiyası məhkəməsinin iclasının təxirə salınması üçün əsas kimi çıxış etmir və məsafənin uzaq olması məhkəmə iclasının təxirə salınmasına əsas vermir. Bundan başqa, Cavabdeh2 məhkəmə iclası barədə son günlərdə məlumat alması səbəbindən vəkillə müqavilə bağlaya bilmədiyini qeyd etsə də, məhkəmə kollegiyası bu dəlili də əsaslı hesab etmir. Belə ki, nəzərə alınmalıdır ki, apellyasiya şikayətini qarşı tərəf deyil, məhz Cavabdeh2 özü vermişdir, belə olan halda onun məhkəmə iclası barədə son günlərdə məlumatlı olması ağlabatan deyil. Bundan başqa, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı özündə əks etdirən bildiriş 20 fevral 2024-cü ildə Cavabdeh2 məxsus şəxsi elektron kabinetə yerləşdirilmişdir. Həmçinin, məhkəmə iclasının vaxtı və yeri barədə SMS bildiriş onun əri, eyni zamanda hazırda cavabdeh olan Cavabdeh1 apellyasiya şikayətində qeyd etdiyi telefon nömrəsinə 20 fevral 2024-cü il tarixində göndərilmişdir. Göründüyü kimi, Cavabdeh2 məhkəmə iclasının təxirə salınması üçün əsas kimi göstərdiyi məqamlar hazırda məhkəmə iclasının təxirə salınması üçün əsas kimi çıxış edə bilməz. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri vermiş, apellyasiya şikayətlərində Ağcabədi Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(017)-1083/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 ayrıayrılıqda apellyasiya şikayətləri verdiklərini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətlərinin dəlilləri əsasında onlara aid hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(017)-1083/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 03 aprel 2024-cü ildə verdikləri ərizələrdə qeyd etdikləri hazırkı mübahisənin aidiyyəti üzrə düzgün məhkəmədə baxılmaması və bununla bağlı vəsatətlərinin Ağcabədi Rayon Məhkəməsi tərəfindən həll edilməməsi barədə dəlilinə münasibət bildirməyi zəruri hesab edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onların vəsatətlərinə Ağcabədi Rayon Məhkəməsi tərəfindən hər hansı münasibət bildirilmədiyini qeyd etsələr də, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1083/2023 saylı, 11 iyul 2023-cü il tarixli qərardadları hər ikisinin işin aidiyyəti üzrə göndərilməsinə dair vəsatətlərinə münasibət bildirilərək, vəsatətlər təmin edilməmişdir. Cavabdeh1 isə yenə də hazırkı işin kommersiya məhkəməsində baxılmalı olduğunu qeyd edir. Məhkəmə kollegiyası Cavabdeh1 həmin dəlilini əsassız hesab edir və bildirir ki, hazırda iddiaçı mülkiyyətində olan əmlaka cavabdehlərin istifadə hüququnun itirilməsi və cavabdehlərin onun mülkiyyətində olan bir neçə əmlakdan çıxarılmasını tələb edir. Cavabdeh1 adına VÖEN-in olması isə hazırkı işin kommersiya işi olması qənaətinə gəlməyə əsas vermir. Nəzərə alınmalıdır ki, cavabdehin onun sahibkarlıq fəaliyyəti əsasında yarandığını iddia etdiyi əvvəlki işə də ümumi məhkəmə tərəfindən baxılmışdır və hazırda da iddiaçının tələbi məhz onun mülkiyyətində olan əmlaklarla əlaqədar olmaqla sahibkarlıq fəaliyyəti çərçivəsində yaranmamışdır. Hazırkı mübahisənin predmeti sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmadığından hazırkı işə ümumi məhkəmədə baxılması doğru olmuşdur. Cavabdeh2 isə yenə də hazırkı işin Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmalı olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının hazırkı tələbi MPM-in 39.1-ci maddəsinə əsasən müstəsna aidiyyət çərçivəsində barəsində tələblərin irəli sürüldüyü daşınmaz əmlakların olduğu yerə görə - Ağcabədi Rayon Məhkəməsinə düzgün olaraq verilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı mübahisənin müstəsna ərazi aidiyyəti qaydası nəzərdə tutulmasaydı belə, Cavabdeh2 Ağcabədi rayonunda qeydiyyatda olduğundan MPM-in 35.1-ci maddəsi çərçivəsində hazırkı işin Səbail Rayon Məhkəməsində baxılması üçün yenə də hər hansı əsas mövcud olmayacaqdı. Belə ki, MPM-in 35.1-ci maddəsi iddianın cavabdehin yaşadığı yerin deyil, rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsini tələb edir. Göründüyü kimi, hazırkı işə Ağcabədi Rayon Məhkəməsi tərəfindən baxılması ilə hər hansı prosessual pozuntuya yol verilməmişdir. Məhkəmə kollegiyası mübahisənin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: İşdə surəti olan Ağcabədi Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli, 2(017)- 714/2017 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, ümumilikdə 1122186,69 ABŞ dolları borcun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manatın, 84 manat xidmət haqqının, həmçinin 22 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Əhmədov Ələkbər Əzim oğlundan müştərək qaydada alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus – Ağcabədi şəhəri, X2 küçəsində mülkiyyətində olan 0,14 ha torpaq sahəsi və üzərində yerləşən 8 girişli, 1288,5 kv.m ümumi, 929,9 kv.m əsas, 358,6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (mebel mağazasına); Ağcabədi şəhəri, X2 küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 4 otaqlı, 89,4 kv.m yaşayış, 243,7 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli 108 nömrəli fərdi yaşayış evinə; ünvan 4ndə xüsusi mülkiyyətdə olan 903,8 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, anbar təyinatlı qeyri-yaşayış binasına; ünvan 5ndə mülkiyyətdə olan 0,07 ha torpaq sahəsi və üzərində yerləşən 5 girişli, 441,7 kv.m ümumi, 310,6 kv.m əsas, 131,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (mağazaya) yönəldilməsi, həmin əmlakların açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına kredit borcunun İddiaçı QSC-yə ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyan Cavabdeh1 verilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait qətnamənin icrası üçün kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlər Cavabdeh1 və Əhmədov Ələkbər Əzim oğlundan ümumi qaydada tutulması qət edilmişdir. İşdə surəti olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2022-ci il tarixli, 2(102)-2340/2022 saylı qərarının məzmunundan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2019-cu il tarixli, 2(106)-40/19 saylı qətnaməsi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əhmədov Ələkbər Əzim oğluna qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, əmlaka istifadə hüququnun itirilməsi, evdən çıxarılma və ipoteka predmetlərinin boşaldılaraq alıcıya təhvil verilməsi tələbinə dair” Ağcabədi Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli, 2(017)- 714/2017 saylı qətnaməsindən Cavabdeh1, Cavabdeh2 və Əhmədov Ələkbər Əzim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, qeyd edilən mülki işlə birləşdirilmiş olan Cavabdeh3 və Cavabdeh2 İddiaçı QSC-yə qarşı “əqdin etibarsızlığı tələbinə dair” Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-378/2019 saylı qətnaməsindən iddiaçılar Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-378/2019 saylı qətnaməsinin dəyişdirilməməsi, Ağcabədi Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli, 2(017)-714/2017 saylı qətnaməsinin dəyişdirilməsi, ümumilikdə 1122186,69 ABŞ dolları məbləğində borcun öhdəliklər icra edilən zaman üçün Azərbaycan Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə icra olunmasının müəyyən edilməsi, Cavabdeh1 məxsus ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi, Ağcabədi Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli, 2(017)-714/2017 saylı qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza xərcinin cavabdehlərdən dövlət nəfinə tutulması qət edilmiş, məhkəmə xərcləri bölüşdürülmüşdür. İşdə surəti olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2022-ci il tarixli, 2(102)-2340/2022 saylı qərarının məzmunundan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2020-ci il tarixli, 2(102)-4873/2020 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 və Əhmədov Ələkbər Əzim oğlunun kassasiya şikayətləri qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, 2(106)-40/2019 saylı qətnaməsi qismən – ipoteka predmetlərinin ilkin satış qiymətlərinə və Əhmədov Ələkbər Əzim oğluna aid hissələrdə ləğv edilmiş, iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılmışdır. İşdə surəti olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2021-ci il tarixli, 2(106)-1277/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdehlər Əhmədov Ələkbər Əzim oğlu və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli, 2(017)-714/2017 saylı qətnaməsi kredit müqaviləsi üzrə borcun cavabdeh Əhmədov Ələkbər Əzim oğlundan tutulması hissəsində ləğv edilmiş, İddiaçı QSC-nin cavabdeh Əhmədov Ələkbər Əzim oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə iddia tələbi təmin edilməmiş, ipoteka predmetlərinin ilkin satış qiymətləri müəyyən edilmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşdə surəti olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2022-ci il tarixli, 2(102)-2340/2022 saylı qərarından görünür ki, həmin qərarla Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2021-ci il tarixli, 2(106)- 1277/2021 saylı qətnaməsi 1 ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, həmin əmlakın ilkin satış qiyməti 650000 manat müəyyən edilmiş, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qətnamələr əsasında Ağcabədi Rayon Məhkəməsi tərəfindən icra vərəqəsi verilmişdir. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, X2 küçəsi, ev 108 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 333,10 kv.m olan fərdi yaşayış evi xx.xx.2022-ci il tarixində xüsusi mülkiyyət hüququ əsasında İddiaçı QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında istifadədə olan 0,434160 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 903,80 kv.m olan qeyri-yaşayış binası xx.xx.2022-ci il tarixində xüsusi mülkiyyət hüququ əsasında İddiaçı QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 441,7 kv.m olan qeyri-yaşayış binası xx.xx.2022-ci il tarixində xüsusi mülkiyyət hüququ əsasında İddiaçı QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, X2 küçəsi ünvanında yerləşən 0,14 ha torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 1288,50 kv.m olan qeyri-yaşayış binası xx.xx.2022-ci il tarixində xüsusi mülkiyyət hüququ əsasında İddiaçı QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdəki 17 mart 2023-cü il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdehlərə mübahisə predmeti olan əmlakların hazırda İddiaçı QSC-nin mülkiyyətində olması barədə məlumat verilmiş, onlardan 10 gün ərzində həmin əmlakları könüllü olaraq boşaltmaları və Banka təhvil vermələri tələb olunmuş, əks təqdirdə onların həmin əmlakdan məcburi qaydada çıxarılmaları istiqamətində qanuna müvafiq tədbirlər görüləcəyinə dair xəbərdar olunmuşlar. İşdəki 03 aprel 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı QSC tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının cavabdehlərin istifadə hüquqları itirilməklə məcburi çıxarılmalarını tələb etdiyi fərdi yaşayış evi və eləcə də boşaldılmasını tələb etdiyi digər əmlaklar əvvəllər Cavabdeh1 mülkiyyətində olmuş, sonradan həmin əmlak onun mülkiyyətçisi ilə İddiaçı QSC arasında bağlanmış ipoteka müqavilələrinə əsasən Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli, 2(017)-714/2017 saylı qətnaməsi ilə yaranmış kredit borcunun tutulması və tutmanın hazırda mübahisə predmeti olan əmlaklara yönəldilməsi, onların açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına kredit borcunun İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Bundan sonra, həmin mübahisə üzrə yuxarı instansiya məhkəmələri tərəfindən bir neçə məhkəmə aktı qəbul edilsə də, ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair nəticə dəyişdirilməmişdir. Hazırda mübahisə predmeti olan, əvvəllər Cavabdeh1 mülkiyyətində olmaqla iddiaçının xeyrinə ipoteka qoyulmuş əmlaklar isə xx.xx.2022-ci il tarixində iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin hazırda cavabdehlər Cavabdeh1 və Əhmədova X1 şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli 108 nömrəli fərdi yaşayış evinə istifadə hüququna malikdirlər. İddiaçı isə həmin əmlaka dair cavabdehlərin istifadə hüququnun itirilməsini tələb etmişdir. Bundan başqa, İddiaçı QSC hazırda mülkiyyətində olan Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0,06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 333,10 kv.metr olan 108 nömrəli fərdi yaşayış evindən; Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0,14 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1288,50 kv.metr olan qeyri-yaşayış binasından (mebel mağazasından); ünvan 4ndə 0,434160 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 903,80 kv.metr olan anbar təyinatlı qeyri-yaşayış binasından və ünvan 5ndə 0,07 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 441,70 kv.metr olan qeyri-yaşayış binasından cavabdehlərin çıxarılmalarını və həmin əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsini xahiş etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:
1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya
2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 noyabr 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün iki əsas şərt göstərilmişdir. Bunlardan birincisi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərt isə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalarıdır. Qeyd edilən müddəaların təhlili nəticəsində məhkəmə kollegiyası bildirir ki, ipoteka predmetinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini tərk etmələri barədə yeni mülkiyyətçinin iddia qaldırmaq hüququ vardır. Hazırda isə əvvəllər onun xeyrinə ipoteka ilə yüklü edilmiş əmlakların yeni mülkiyyətçisi kimi İddiaçı QSC-nin hazırkı iddiası əsaslıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı bu hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir (Q.İbadovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 7 mart 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən müddəalardan da göründüyü kimi, mübahisə predmeti olan əmlakların mülkiyyətçisi kimi iddiaçı hazırkı iddia ərizəsini irəli sürmək üçün subyektiv hüquqa malik olmuş, birinci instansiya məhkəməsi isə haqlı olaraq iddianı təmin etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətlərində onların məhkəmə iclaslarında iştiraklarının təmin edilmədiyini və məhkəmənin cəmi 1 hazırlıq və 1 baxış iclası keçirilməklə nəticəyə gəlməsinin qanunsuz olduğunu bildirmişlər. Məhkəmə kollegiyası həmin dəlillərin əsassız olduğunu bildirir və qeyd edir ki, birinci instansiya məhkəməsi öz üzərinə düşən vəzifəni icra edərək cavabdehləri məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırmışdır. Bunu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsatətlərlə məhkəməyə müraciət etmələri də təsdiq edir. Bundan başqa, cavabdehlər həmin vəsatətlərə münasibət bildirilmədiyini qeyd etsələr də, məhkəmənin 11 iyul 2023-cü il tarixli qərardadları ilə bu dəlilin də əsassız olduğu öz təsdiqini tapır. Məhkəmə kollegiyası bildirir ki, işin baxılması və həll edilməsi üçün MPM-də 4 aylıq müddət nəzərdə tutulmuş olsa da, bu, mütləq hər bir işin məhz 4 ay müddətində baxılmalı olması demək deyil. Belə ki, məhkəmə işin xarakterindən və təqdim edilmiş sübutların həcmindən asılı olaraq, işi 1 hazırlıq və 1 baxış iclası keçirməklə də, həll etmək hüququna malikdir. MPM-in 166.3-cü maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası ərizə məhkəməyə daxil olduqdan sonra 40 (qırx) gündən gec olmayaraq keçirilir. Sonrakı müddətdə işin xüsusiyyətlərindən asılı olaraq daha bir neçə hazırlıq iclası keçirilə bilər. Göründüyü kimi, qanunverici işin xüsusiyyətlərindən asılı olaraq daha bir neçə hazırlıq iclasının keçirilməsinə dair məhkəməyə hüquq vermiş, mütləq 2 və ya daha artıq hazırlıq iclasının keçirilməsi ilə bağlı hər hansı vəzifə müəyyən etməmişdir. MPM-in 171-ci maddəsinə əsasən isə hakim işi kifayət qədər hazırlanmış hesab etdikdə, işdə iştirak edən şəxslərə prosesin vaxtı və yeri haqqında məlumat verməklə, onun məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad çıxarır. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı öz tələbinin əsasını təşkil edən halları təsdiq edən bütün sübutları məhz iddia ərizəsinə əlavə etdiyindən və cavabdehlər tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, məhkəmənin işin kifayət qədər hazırlanmış hesab edilməsinə gəlməsi üçün imkanı olmuşdur. İşə baxılmasının təxirə salınmasına isə məhkəmənin əsaslandırılmış qərardadı ilə, qabaqcadan nəzərdə tutula bilməyən MPM-in 188.1-ci maddəsində göstərilən müstəsna hallarda yol verilir. Bu isə onu göstərir ki, əgər həmin maddədə qeyd edilən müstəsna hallar mövcud deyilsə, məhkəmə baxış iclasını təxirə salmaq imkanına malik deyil. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birinci instansiya məhkəməsində cəmi 1 baxış iclasının keçirildiyini qeyd etsələr də, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə 09 iyun 2023-cü il və 11 iyul 2023-cü il tarixlərində olmaqla, 2 baxış iclası keçirilmiş, lakin cavabdehlər həmin iclasların heç birində iştirak etməmişlər. Apellyasiya şikayətlərində mülki işin “tələsik” baxılaraq qərar qəbul edildiyi bildirilsə də, işdən də göründüyü kimi, iddia ərizəsi məhkəməyə 12 aprel 2023-cü il tarixində daxil olmuş, məhkəmə isə 11 iyul 2023-cü il tarixində qətnamə qəbul etmiş, işə məhkəmədə baxılması 3 aylıq müddəti əhatə etmişdir. Bu isə işin “tələsik” baxılması ilə bağlı apellyasiya şikayətlərinin dəlilinin əsassız olduğunu göstərir. Qeyd edilənlər onu göstərir ki, məhkəmə işi 1 hazırlıq və 2 baxış iclasında həll etməklə hər hansı prosessual pozuntuya yol verməmişdir. Bundan başqa, apellyasiya şikayətlərində qeyd edilən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştiraklarının təmin edilməməsinin düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnməsinə dair dəlilinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, hazırda birinci instansiya məhkəməsi tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə düzgün olmayan qətnamənin qəbul edilməsi halı öz təsdiqini tapmır. Bu baxımdan MPM-in 387.1-ci maddəsi hazırkı iş üzrə tətbiq edilə bilməz. Həmin maddəyə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən hər hansı prosessual hüquq normasının pozulmasına yol verilməmiş və düzgün qətnamə qəbul edilmişdir. Həmçinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətlərində məhkəmənin onlara iddiaçı tərəflə barışmaq üçün imkan yaratmadığını bildirsələr də, tərəflər arasında əvvəllər mövcud olmuş məhkəmə mübahisələrini, eləcə də, cavabdehlərin keçən müddət ərzində iddiaçı ilə barışıq əldə etmək üçün müstəqil olaraq hər hansı tədbir görməməsini nəzərə alan məhkəmə kollegiyası apellyatorların həmin dəlilini də əsassız hesab edir və onun məhkəmə icraatının yubadılmasına yönəldiyini bildirir. Belə ki, birinci instansiya məhkəməsinin iclasları ilə yanaşı, cavabdehlərin apellyasiya məhkəməsinin iclasında da iştirak etməmələri və məhkəmə iclasının təxirə salınmasına əsas kimi qeyd etdikləri halların əsassızlığı cavabdehlərin məhkəmə icraatının yubadılmasına nail olmaq niyyətində olduqlarını göstərir. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, iddia təmin edildiyindən, birinci instansiya məhkəməsi MPM-in 107-ci və 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlməkdə də haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(017)-1083/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(017)-1083/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.