Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-585/2025 14.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçı2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şirvan Şəhər Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(032)-736/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları: xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci ildə vəfat etmiş X2 vərəsələri Şirvan şəhəri Mehmandarov küçəsi 62 saylı evdə qeydiyyatda olan İddiaçı2dır və o miras əmlakdan 1/5 hissədə pay almalıdır. Şirvan şəhər Məhkəməsinin 2(032)-432/2022 saylı, 31 may 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar X9, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 27Q, mənzil 8 (yeni qaydalarla Şirvan şəhəri, T.İsmayılov küçəsi 273, M4, 2) saylı mənzilə köçürülməsi barədə iddia ərizəsi təmin edilərək, X9, İddiaçı1 və Əfkari X12 şəhəri, T.İsmayılov küçəsi, ev 27Q, mənzil 8 (yeni qaydalarla Şirvan şəhəri, T.İsmayılov küçəsi 273, M4, 2 saylı) mənzilə köçürülməsi, Cavabdeh iddiaçılar X6, X11, İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Şirvan şəhər 1 saylı Notariat Ofisinə qarşı miras qalmış Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 27Q, 08 saylı mənzil üzrə verilmiş qanun üzrə vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi, vərəsəlik paylarının müəyyən edilməsi, miras əmlak üzrə edilən yaxşılaşdırma işlərinə görə vərəsəlik payının artırılması və ya çəkilmiş 22000 manat məbləğində xərcin iddiaçılar tərəfindən paylarına uyğun şəkildə ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi, ev 27Q, 8 saylı mənzil 1/5 hissədə İddiaçı1, 1/5 hissədə İddiaçı2, 1/5 hissədə X5 payı müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır, mənzilə dair 2/5 hissədə pay açıq qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3830-9/4086 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Şirvan şəhəri, T.İsmayılov küçəsi 27Q saylı evin 8 saylı (yeni qaydalarla: AZ 1800, Şirvan şəhəri, T.İsmayılov küçəs 273, M4, m2) mənzilin paylı mülkiyyətçilərin (Dövlət reyestrindən verilmiş **********0105101-093007 nömrəli çıxarışa əsasən) paylarına uyğun naturada istifadələrinə ayrılması texniki cəhətdən mümkün deyildir. 2-ci sual üzrə: - 1400 Şirvan şəhəri, T.İsmayılov küçəsi 27Q saylı evin 8 saylı (yeni qaydalarla: AZ 180 (Şirvan şəhəri, T.İsmayılov küçəsi 273, M4, m2) mənzilinin hazırki orta bazar qiymətlərin uyğun ümumi dəyəri təqribən 54500,0 manat məbləğində müəyyən edilir. İş materiallarında olan hədiyyə verən X15 və X9 ilə hədiyyə alan Cavabdeh arasında bağlanmış daşınmaz əmlakın bağışlanmasına dair xx.xx.2024-cü il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, hədiyyə verən Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi, ev 27Q, mənzil 8 (Yeni qaydalarla: AZ 1800, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70 kv.m olan mənzili paylı mülkiyyət üzrə onlara məxsus (1/5) ümumilikdə (2/5) hissəsindən hədiyyə alanın mülkiyyətinə vermişdir. İş materiallarında olan hədiyyə verən İddiaçı1 ilə hədiyyə alan Cavabdeh arasında bağlanmış daşınmaz əmlakın bağışlanmasına dair xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, hədiyyə verən Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi, ev 27Q, mənzil 8 (Yeni qaydalarla: AZ 1800, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 70 kv.m olan mənzili paylı mülkiyyət üzrə ona məxsus (1/5) hissəsindən hədiyyə alanın mülkiyyətinə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları Yusif Orucovla mərhum anaları X7 ilə birgə nikah dövründə əldə etdikləri Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 27Q, 8 saylı mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda olan 1/5 hissədə payının ona və 1/5 hissədə payın bacısı İddiaçı2 hər birinə ayrı-ayrılıqda 12000 manat cavabdeh tərəfindən alınması, bu mümkün olmadıqda mənzilin açıq hərraca çıxarılaraq satılması və əldə ediləcək məbləğin paylara müvafiq olaraq cavabdehlə aralarında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum anaları Əhmədağa qızı mərhum ataları ilə boşanandan sonra mərhum anaları Şirvan səhəri, T.İsmayılov küçəsi, ev 27Q, mənzil 8-də yerləşən mənzil mərhum X7 almış və həmin evə çıxarış verilmişdir. Mərhum ataları Yusif Orucov analarından boşanandan sonra X9, qardaşı Yunus Orucov və digər qardaşı Cavabdeh ataları Yunis Orucovla, İddiaçı2 anaları Turə ilə qalmışdır. Qardaşı ilə atasına məxsus Sabirabad rayonunun, Dadaşbəyli kəndində yaşamış, bacılar isə anasına məxsus ünvan 3, mənzil 8-də yaşamışlar. Bacısı İddiaçı2 Yüsf qızı ailə qurduqdan sonra yaşadığı yerə qeydiyyata düşmüşdür. Cavabdeh Ehtibar anasına məxsus evdə yaşamamış, lakin Ehtibar xx.xx.2015-ci il tarixdə anası vəfat edən günü gəlmişdir. Analarının hüzürünü yola verib səhəri gün cavabdeh Ehtibar onları yaşadıqları evə buraxmadı. Hətda onlar bacı və qardaşlarına mərhum analarının 40 məclisində öz evlərində keçirtməyə imkan vermədi. Cavabdeh onu və bacısı İddiaçı2 həmin mənzildə yaşamağa qoymamışdır. Sonradan evə köçürülmə ilə bağlı Şirvan şəhər məhkəməsində iddia qaldırmışlar, Şirvan şəhər məhkəməsinin 31 may 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaları tam təmin edilmişdir. Şirvan şəhər Məhkəməsinin qətnaməsi ilə onun, bacısı İddiaçı2 və qardaşı X5 mərhum ataları Yusif Orucov mərhum anaları X2 birgə nikah dövründə əldə etdikləri Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 27Q, 8 saylı mənzilinə dair paylar İddiaçı1, X8, qardaşı X5 hər birinə 1/5 hissədə müəyyən edilmişdir. Bununla bağlı mülkiyyət hüququ müvafiq çıxarışla qeydə alınmışdır. Qeyd etmək istəyir ki, hal-hazırda cavabdeh qardaşları Cavabdeh ilə mülkiyyətlərində olan Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 27Q, 8 saylı mənzildə yaşamaqları qeyrimümkündür. Bu səbəbdən də qeyd edilən mənzilin hərraca çıxarılaraq satılması və əldə ediləcək məbləğin paylara uyğun olaraq cavabdehlə aralarında bölünməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, tərəfindən evin qiymətləndirilməsinin nəticəsi olaraq müəyyən edilmiş məbləğin 1/5 paya münasibətdə, yəni 10900 manat pulun digər iddiaçı olan İddiaçı2 kompensasiya ödənilməsinə etirazı yoxdur. 1/5 hissədə paydan ona 12000 manat verməsinə isə razı deyil. Şirvan Şəhər Məhkəməsinin (hakim Ceyhun Mustafayev) xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mərhum ataları Yusif Orucovla mərhum anaları X7 ilə birgə nikah dövründə əldə etdikləri Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 27Q, 8 saylı mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda olan 1/5 hissədə payının ona və 1/5 hissədə payın bacısı İddiaçı2 hər birinə ayrı-ayrılıqda 12000 manat cavabdeh tərəfindən alınması, bu mümkün olmadıqda mənzilin açıq hərraca çıxarılaraq satılması və əldə ediləcək məbləğin paylara müvafiq olaraq cavabdehlə aralarında bölünməsi tələbinə dair mülki iş üzrə icraata hissəvi, yəni İddiaçı1 aid hissədə icraata xitam verilməsi qərara alınmışdır. Şirvan Şəhər Məhkəməsinin (hakim Ceyhun Mustafayev) xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilmiş ünvan 3 ünvanında yerləşən (ümumi sahəsi 66.8 kv.m., yaşayış sahəsi 42.2 kv.m. olan) 8 saylı mənzil açıq hərraca çıxarılaraq satılması, ünvan 3 ünvanında yerləşən 8 saylı mənzilin açıq hərracdan satışından əldə olunan vəsait tərəflərin paylarına mütənasib surətdə (1/5-4/5 hissədə) bölüşdürülməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun 100 manatı İddiaçı2, 100 manat isə Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 213, 220, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 51.1, Mülki Prosessual Məcəllənin 119.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi mübahisəli əmlakın naturada bölünməsi, həmin əmlakın payçıları tərəfindən digər payçıya kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mümkün olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması ilə bağlı növbəti mərhələ - əmlakın hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi mərhələsinə keçilə bilər. Məhkəmə, tərəflərin paylı mülkiyyətində olan mənzilin naturada bölünməsinin mümkün olmadığını, iddiaçı tərəfin kompensasiya ödənilməsi ilə bağlı təklifinə cavabdeh tərəf razı olmadığından, eyni zamanda iş üzrə sübutlarla onların kompensasiya vermək imkanlarının olmasının təsdiq olunmadığını nəzərə alaraq, iddiaçının əmlakın məhkəmə qərarı əsasında hərracdan satılmasını tələb etməkdə haqlı olduğu nəticəsinə gəlir və hesab edir ki, tərəflərin paylı mülkiyyətdə olan Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 27Q, 8 saylı mənzili hərraca çıxarılmalı, ev satıldıqdan sonra əldə olunan məbləğ tərəflər arasında paylarına mütənasib şəkildə bölünməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinin paylı mülkiyyətdə olan əmlakın 1/5 hissədə payının 12000 manata cavabdeh tərəfindən alınması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə iclasında cavabdeh Orucov X10 şəhəri, T.İsmayılov küçəsi ev 27Q8, saylı mənzildəki payına görə iddiaçı ƏKari Gülnar Yusif qızına 12000 manat kompensasiya ödənilməsinə razı olmadığını bildirmişdir. Əmlakın bazar qiymətini, paylı mülkiyyətçilərə nisbətdə paylarına mütənasib olaraq 10900 manat təklif etməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bütün yuxarıda göstərilən faktlardan bir daha aydın olur ki, mübahisəli məsələyə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-736/2024 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbini təklif edilən 10900 manat hissəsini nəzərə almaqla qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Proses iştirakçılarının izahatları: Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətininin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını, Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-736/2024 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbini təklif edilən 10900 manat hissəsini nəzərə almaqla qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. İzahatında bildirdi ki, İddiaçı1 ilə 8500 manat ödəniş etməklə razılaşmışlar. İddiaçı2 da eyni məbləği təklif edirlər, lakin o razılaşmır. İddiaçı bununla bağlı razılaşmaya gəlmədi, zənglərə cavab vermədi. Cavabdeh səhhətində problem olduğu üçün işləyə bilmir, hazırda da xəstəxanadadır. Ailədə təkcə o, işləyir. Maddi imkanları daha çox ödəniş etməyə çatmır. Apellyasiya baxışında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-736/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-736/2024 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbini təklif edilən 10900 manat hissəsini nəzərə almaqla qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etdiyindən, qətnamə Cavabdeh münasibətdə, iddianın təmin olunan hissəsində, cavabdehin apellyasiya şikayətinin dəlilləri həcmində yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 4 aprel 2014-cü il tarixli Plenumunun Qərarında qeyd olunur ki, Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdir. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 saylı 06 dekabr 2024-cü il tarixli Qərardadında qeyd olunur:
48. Göründüyü kimi, payın naturada ayrılması mümkün olmadıqda ikinci mərhələ üzrə məhkəmə araşdırmasının aparılması iddiaçının iradəsindən asılı olmaqla, yalnız o, digər mülkiyyətçilərdən payının dəyəri kimi ona kompensasiyanın ödənilməsini tələb etdiyi halda mümkündür. İddiaçı payının dəyəri kimi kompensasiya ödənilməsini tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla ümumi mülkiyyətdən payın naturada ayrılması barədə iddiası rədd olunmalı və ona gələcəkdə ikinci mərhələdən başlanmaqla müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququ izah edilməlidir.
49. Kompensasiyanın məbləği ilə bağlı tərəflər arasında mübahisə olmadığı halda məhkəmə iddianı təmin etməklə, tərəflərin qarşılıqlı razılaşmasına uyğun olan məbləği qət etməlidir. Əks halda isə məhkəmə tələb edilən kompensasiyanın məbləğindən asılı olmayaraq, əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna razılığı olduğu halda iddia tələbinə münasibətdə iddianın tam və yaxud qismən təmin olunmasına dair qətnamə qəbul etməlidir.
50. Nəzərə alınmalıdır ki, iddiaçının məhkəmə tərəfindən müəyyən edilmiş kompensasiyanın məbləği ilə razılaşmaması bu mərhələ üzrə araşdırmanın yekunlaşması və növbəti mərhələyə keçid edilməsi üçün əsas deyil. Məhkəmə hər bir halda cavabdehlərə iddiaçının payının dəyəri kimi müəyyən edilmiş kompensasiyanın ödənilməsini təklif etməlidir. Əks yanaşmada ayrılan mülkiyyətçi hüquqdan sui-istifadə edərək payına görə tənasübsüz yüksək kompensasiya tələb etməklə qalan mülkiyyətçiləri ağır vəziyyətə sala, yaxud əşyanın məcburi şəkildə hərraca çıxarılmasına nail ola bilər ki, bu da payın dəyərini ödəməyə razı olan cavabdehlərin mülkiyyət hüquqlarına müdaxilə təşkil edir.
51. İddiaçı məhkəmə tərəfindən müəyyən edilmiş kompensasiyanın məbləği ilə razılaşmadıqda qətnamədən apellyasiya və kassasiya şikayətləri vermək, eyni zamanda iddiadan imtina hüquqlarından istifadə edə bilər. İddiadan imtina etdiyi halda məhkəmə tərəfindən bu qərardadın 46-cı bəndində qeyd edilən qaydalar eynilə tətbiq edilməlidir.
52. Cavabdehlər və ya onlardan ən azı biri məhkəmə tərəfindən müəyyən edilmiş kompensasiyanın məbləğini ödəməyə razılıq verərsə, bu mərhələdə məhkəmə araşdırması tamamlanmış hesab olunmalı və kompensasiya ödənilməklə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payına xitam verilməsi barədə qətnamə çıxarılmalıdır. Bu halda kompensasiya ödənilməsi vəzifəsi razılıq vermiş cavabdehin üzərinə qoyulmaqla, iddiaçının payı ona keçməlidir. Razılıq vermiş cavabdehlərin sayı birdən çox olduqda ayrılan pay aralarındakı razılığa müvafiq olaraq hər birinin ödədiyi kompensasiya məbləğinə mütənasib, razılıq olmadıqda isə bərabər şəkildə aralarında bölüşdürülməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülkiyyət hüququ hüquqi sistemin təməl institutlarından biri kimi, şəxslərin iqtisadi, sosial və hüquqi azadlıqlarının gerçəkləşdirilməsində mühüm rol oynayır. Bu hüququn mövcudluğu şəxslərə əmlak üzərində sərbəst şəkildə sahiblik etmək, ondan istifadə etmək və sərəncam vermək səlahiyyəti qazandırır. Mülkiyyət hüququnun effektiv qorunması hüquqi sabitliyi və sosial ədaləti təmin etməklə yanaşı, cəmiyyətin ümumi rifahının artmasına da şərait yaradır. Əmlaka sahib olmaq fərdin iqtisadi müstəqilliyini möhkəmləndirir, təşəbbüskarlığı və investisiya fəaliyyətini stimullaşdırır. Mülkiyyət hüququnun hüquqi təminatı, sahibkarlıq subyektlərinə və fiziki şəxslərə uzunmüddətli iqtisadi planlar qurmaq və investisiya qərarları vermək imkanı yaradır. Bu hüquqların dövlət tərəfindən etibarlı müdafiəsi ictimai etimadı artırır və qanunun aliliyinin təmininə xidmət edir. Lakin qeyd edilməlidir ki, mülkiyyət hüququ yalnız fərdi maraqların təmininə yönəlməyib, eyni zamanda sosial məsuliyyət doğurur. Əmlak sahibi qanunvericiliyin tələblərinə riayət etməli, ictimai maraqları nəzərə almalı və müəyyən hallarda cəmiyyət qarşısında hüquqi öhdəliklər daşımalıdır. Bu baxımdan, mülkiyyət hüququ həm fərdi azadlıqların, həm də ümumi ictimai nizamın əsas təminatçılarından biri kimi çıxış edir. Mülkiyyət hüququnun formalarından biri də paylı mülkiyyətdir. Paylı mülkiyyətdə hər bir iştirakçı, ümumi əmlakın müəyyən hissəsinə mülkiyyət hüququna malik olmaqla, həmin hissə üzərində sahiblik, istifadə və sərəncam səlahiyyətlərini müstəqil şəkildə həyata keçirmək imkanına malikdir. Bununla belə, ümumi əmlakın bölünməsi və ya satışına dair qərarlar, adətən, bütün pay sahiblərinin razılığı ilə həyata keçirilməlidir. Razılıq əldə olunmadıqda isə belə mübahisələr müvafiq qaydada məhkəmələrdə həll olunur. Kollegiya apellyasiya şikayətinin dəlilləri əlaqədar aşağıdakıları qeyd edir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, mübahisə predmeti olan ünvan 4 ünvanında yerləşən 03 otaqlı, ümumi sahəsi 66.8 kv.m olan mənzili anası X1 miras qalmışdır və o, həmin mənzili iddiaçılardan fərqli olaraq faktiki qəbul edib, miras əmlaka faktiki sahiblik etmişdir və miras əmlak üzrə kommunal borc və xidmət haqqlarını, mənzilin aylıq kommunal ödənişlərini ödəmişdir. İş üzrə iddiaçılar olan bacı və qardaşları həmin mənzil barədə onunla heç vaxt mübahisə etməmişlər. Qeyd edir ki, iddiaçıların miras əmlakın tərəfindən qəbul edilməsinə heç bir etiraz etməmələrinə və özlərinin də hər birinin yaşamağa mənzili, evi olduğundan, bacılarının ailə qurub gəlin getdikləri evlərdə rahat, sakit yaşamaları və onların da miras əmlak üzrə bir vərəsə olaraq həmin mənzildən pay istəməmələrini bildiyindən notariat orqanına ərizə verməmişdir. Bacı və qardaşlarının öz mənzilləri var və ailələri ilə birlikdə həmin evlərdə, mənzillərdə rahat yaşayırlar. Kollegiya qeyd edir ki, hazırkı mübahisənin predmeti nə vərəsəlik hüququnun həyata keçirilməsi, nə də mənzilə qeydiyyat və ya faktiki köçürmə məsələləri ilə bağlıdır. Bu hallarla əlaqəli iddialar və hüquqi münasibətlər üzrə artıq qüvvəyə minmiş və hüquqi baxımdan yekun hesab olunan məhkəmə aktları mövcuddur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü arqumentlər arasında bu məsələlərə yenidən toxunulması halları müşahidə edilsə də, bu arqumentlərin hazırkı iş üzrə hüquqi əhəmiyyəti yoxdur və işin araşdırma predmeti ilə birbaşa bağlılıq təşkil etmir. Hazırda tərəflər arasında mübahisə - əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda olan 1/5 hissə paya uyğun 12000 manat kompensasiya cavabdeh tərəfindən alınması, bu mümkün olmadıqda mənzilin açıq hərraca çıxarılaraq satılması və əldə ediləcək məbləğin paylara müvafiq olaraq cavabdehlə aralarında bölünməsi ilə bağlıdır. Cavabdeh tərəfindən mübahisələndirilən məqam, cavabdehin əmlakda olan payının digər payçı tərəfindən alınması nəticəsində ödəniləcək kompensasiya məbləği ilə əlaqəlidir. Belə ki, Cavabdeh apellyasiya şikayətində yekun olaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və iddianın yalnız 10.900 (on min doqquz yüz) manat məbləğində qismən təmin edilməsini xahiş etmişdir. Lakin iş materiallarından və birinci instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi, iddiaçı tərəfindən təklif edilən kompensasiya məbləği 12.000 (on iki min) manat olmuş və bu məbləğ əmlakın bazar dəyəri nəzərə alınmaqla müəyyən edilmişdir. Cavabdeh isə bu məbləğdə kompensasiyanın ödənilməsinə razılıq verməmiş, bununla da əmlakın digər payçının mülkiyyətinə keçməsi üçün tələb olunan hüquqi prosedurların icrasına maneçilik yaratmışdır. Qeyd olunmalıdır ki, paylı mülkiyyətdə olan əmlakın bir payçının razılığı ilə digərinə məxsus hissə üzrə kompensasiyanın ödənilməsi və həmin hissənin alınması Mülki Məcəllə ilə tənzimlənən hüquqi institutdur. Bu zaman əsas meyar, ədalətli və mütənasib kompensasiya şərtinin təklif olunmasıdır. Əgər bu şərt təmin olunursa və mübahisə yalnız məbləğin azaldılması ilə bağlıdırsa, cavabdehin müvafiq razılığı verməməsi formal və əsassız hesab edilə bilər. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarı) İş üzrə birinci instansiya məhkəməsi bu hüquqi ardıcıllığa tam şəkildə riayət etmişdir. Belə ki, mübahisə predmeti olan əmlakın naturada bölünüb-bölünməməsini müəyyənləşdirmək üçün kompleks məhkəmə əmtəəşünaslıq və mühəndis-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəyə əsasən müəyyən olunmuşdur ki, Şirvan şəhəri, T.İsmayılov küçəsi, 27Q saylı evin 8 saylı (yeni qaydalarla: AZ 1800, Şırvan şəhəri, T.İsmayılov küçəsi 273, M4, m2) mənzilin paylı mülkiyyətçilərin (Dovlət reyestrindən verilmiş **********01-05101-093007 nömrəli çıxarışa əsasən) paylarına uyğun naturada istifadələrinə ayrılması texniki cəhətdən mümkün olmamışdır. Bundan sonra məhkəmə ikinci mərhələyə, yəni kompensasiya ödənilməsi imkanına baxmışdır. Məhkəmə iclasında Cavabdeh aydın şəkildə bildirmişdir ki, İddiaçı2 12.000 manat məbləğində kompensasiya ödənilməsinə razı deyil, buna maddi imkanı çatmır. Bu halda, Mülki Məcəllənin müddəalarına uyğun olaraq, kompensasiya yalnız razılıq əsasında mümkündür. Yəni, paylı mülkiyyətin digər sahibi olan cavabdehin razılığı olmadıqda, ona məcburi şəkildə kompensasiya verilməsi və əmlak üzərində tam hüququn ona verilməsi qanuna ziddir. Bununla da birinci instansiya məhkəməsi əsaslı şəkildə qənaətə gəlmişdir ki: 1.Əmlakın naturada bölünməsi texniki cəhətdən mümkün deyildir; 2.Cavabdeh iddiaçının tələb etmiş olduğu kompensasiya ödənilməsinə razı deyil; 3.Buna görə də, əmlakın hərrac vasitəsilə satılması və satış məbləğinin payçılar arasında onların mülkiyyət paylarına uyğun şəkildə bölüşdürülməsi qanuni və məqsədəuyğundur. Bu baxımdan, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə tam uyğun olmuş, mübahisənin həlli zamanı mülkiyyət hüququnun balanslı müdafiəsi və hüquqi ardıcıllıq prinsipi təmin edilmişdir. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarı) Əlavə olaraq, mülkiyyət hüququ insan hüquqlarının əsas sütunlarından biridir və Azərbaycanın da tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə uyğun olaraq, “hər bir şəxs öz mülkiyyətindən sərbəst istifadə etmək hüququna malikdir və bu hüquq dövlət tərəfindən müdafiə olunmalıdır”. AİHM-in “Kopecký Slovakiyaya qarşı” (2004) qərarında qeyd edilir ki, qanunla tanınmış mülkiyyət hüququ yalnız istisna hallarda və hüquqi dövlətin prinsiplərinə uyğun surətdə məhdudlaşdırıla və ya aradan qaldırıla bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallarını aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Şirvan Şəhər Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(032)-736/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(032)-736/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.