Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-595/2023 28.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Sabirabad Rayon Məhkəməsinin (hakim N.Bağırov) 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, ********** qeydiyyat nömrəli, 04 fevral 2022-ci il qeydiyyat tarixli çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətində olan Sabirabad rayonu, Əhmədabad kəndində yerləşən 1,6921 ha torpaq sahəsindən istifadəsinin dayandırılaraq onun çıxarılması və torpaq sahəsinin iddiaçıya qaytarılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu qismində 51 manatın və mediasiya sessiyası ilə bağlı ödənilmiş 50 manat xərcin əvəzinin- ümumilikdə 101 manat pul vəsaitinin Cavabdeh tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin (hakimlər İ.Əsədov, S.Mayılov, N.Mirzəyev) 26 sentyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilmiş və apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Sabirabad Rayon Məhkəməsinə qaytarılmışdır. Sabirabad Rayon Məhkəməsinin (N.Bağırov) 28 oktyabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən apellyasiya şikayətini təqdim etmiş, eyni zamanda prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddətin ötürülməsinin üzrlü sayılmaqla, işin Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizəçi xahişini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin geri qaytarılması barədə Sabirabad Rayon Məhkəməsinin qərardadını 07 dekabr 2022-ci il tarixdə almışdır. Qərardadda göstərilən nöqsanları aradan qaldırıb, yenidən apellyasiya şikayəti ilə müraciət edir. Sabirabad Rayon Məhkəməsinin (hakim S.Allahverdiyev) 30 dekabr 2022-ci il tarixli qərardadı ilə prosessual müddətin bərpasına dair ərizə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh şikayət vermiş, eyni zamanda şikayətinə apellyasiya şikayətini əlavə etmişdir. Cavabdeh şikayətində qərardadın ləğv edilməsini, prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh apellyasiya şikayətini əvvəl vaxtında vermiş, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayəti geri qaytarılmışdır və həmin tarixdən onun şikayətvermə müddəti dayanmışdır. Şikayətə baxılmış, Sabirabad Rayon Məhkəməsinin (hakim Səlim Allahverdiyev) 26 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 13 mart 2023-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası məruzəni dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddət bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarına əlavə edilmiş poçt xəbərnaməsindən (səhifə 42) müəyyən edilir ki, Sabirabad Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qətnaməsinin surəti 16 avqust 2022-ci il tarixdə Cavabdeh təqdim edilmişdir. Cavabdeh qətnamədən Qanunla müəyyən edilmiş müddət ərzində, yəni 29 avqust 2022-ci il tarixdə apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli qərardadı ilə onun apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti Sabirabad Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərardadına əsasən cavabdehə geri qaytarılmışdır. İş materiallarından Sabirabad Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərardadının surətinin Cavabdeh hansı tarixdə təqdim edildiyi müəyyən edilmir. Qərardadda qeyd edilən nöqsanları aradan qaldıraraq Cavabdeh 15 dekabr 2022-ci il tarixdə apellyasiya şikayətini yenidən təqdim etmiş, eyni zamanda, o, prosessual müddətin bərpasına dair ərizə vermişdir. Birinci instansiya məhkəməsi müddətin bərpasına dair ərizəni rədd edərkən ona əsaslanmışdır ki, cavabdehin 28 oktyabr 2022-ci il tarixli qərardadın surətini 07 dekabr 2022-ci il tarixdə alması, həmçinin prosessual müddəti hansı səbəbdən ötürməsinə dair müvafiq sübutları məhkəməyə təqdim əlavə etməmişdir. Müəyyən edilir ki, cavabdeh apellyasiya şikayətini, qətnamə ona təqdim edildikdən sonra qanunla müəyyən edilmiş müddətdə vermişdir. Lakin forma və məzmuna dair tələblərə əməl edilmədiyindən şikayət geri qaytarılmışdır. Qanunun tələbinə görə, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. (MPM-in 363.4-cü maddəsi). Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı aldıqdan sonra, qərardadda qeyd edilən nöqsanları ağlabatan müddətdə arandan qaldırmış və apellyasiya şikayətini qısa müddət ərzində məhkəməyə təqdim etmişdir. Kollegiya hesab edir ki, nöqsanlar aradan qaldırıldıqdan sonra apellyasiya şikayəti yenidən vaxtında təqdim edildiyindən şikayətin verilməsi üçün müəyyən olunmuş prosessual müddətin ötürülməsi üzrlü hesab edilməli və prossessual müddət bərpa edilməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilməli, Cavabdeh münasibətdə apellyasiya şikayəti verilməsi müddəti bərpa edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 357- 358, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(056)-978/2022 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(056)-978/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə prosessual müddət bərpa edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-595/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-595/2023
28.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver