Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-595/2025 05.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi, orada inşa edilmiş fərdi yaşayış evinin sökülməsi və əkilmiş sitrus ağaclarının çıxarılması” tələbinə dair iddiası əsasında mülki iş üzrə Astara Rayon Məhkəməsinin 3 dekabr 2024-cü il tarixli 2(018)-392/2024 saylı qətnaməsindən (hakim İ.Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi, orada inşa edilmiş fərdi yaşayış evinin sökülməsi və əkilmiş sitrus ağaclarının çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan 0.4925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh zəbtindən azad edilməsi, orada inşa edilmiş fərdi yaşayış evinin sökülməsi və əkilmiş sitrus ağaclarının cavabdehin hesabına çıxarılması, həmçinin ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınıb xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslanmışdır ki, Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində 0.4925 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətindədir. Həmin torpaq sahəsinə mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla çıxarış verilmişdir. Torpaq sahəsinin mülkiyyətində olmasına baxmayaraq Cavabdeh torpaq sahəsini tamamilə zəbt etmiş orada fərdi yaşayış evi inşa etmiş və sitrus ağacları əkmişdir. Zəbt etdiyi torpaq sahəsinin zəbtdən azad edilməsini, qanunsuz tikilmiş evin sökülməsini və əkilmiş sitrus ağaclarının çıxarılmısını tələb etsədə, cavabdeh buna əhəmiyyət verməmiş, öz qanunsuz əməllərini davam etdirmişdir. Odur ki, mülkiyyət hüquqlarımın müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşamdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı iddiasını müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, iddia olunan torpaq sahəsi ona 1999-cu ildə aktla verilmiş və ona tikinti aparılması üçün icazə verilmişdir. O, həmin sahədə 2000-ci ildə tikinti işləri aparmışdır. İddiaçı torpaq sahəsini zəbt etməmişdir. Astara Rayon Məhkəməsinin 3 dekabr 2024-cü il tarixli 2(018)-392/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, İddiaçı məxsus olmaqla Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 0.4925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0.30 ha hissəsindən Cavabdeh çıxarılması, 0.4925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0.30 ha hissəsində Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və köməkçi tikililərin (tövlə və sanitar qovşaq) sökülməsi, orada əkilmiş meyvə ağaclarının Cavabdeh hesabına çıxarılması, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğdə pul vəsaitinin alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərcinin Cavabdeh alınaraq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 152.1, 157.2-ci, Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə, 111-ci maddəsinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, iş üzrə təyin olunmuş ekspertizanın nəticəsinə əsasən iddiaçının mülkiyyətində olan 0.4925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.30 ha hissəsinin cavabdeh tərəfindən isçtifadə olunduğu, üzərində fərdi yaşayış evi və yardımçı tikililərin inşa olunduğu, sitrus meyvə ağaclarının əkildiyi, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı əsasında JN-092A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Astara rayonu, Kijəbə qəsəbəsi (keçmiş Qəcimərdan kəndi) ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşməməsi müəyyən olunmuşdur. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınmasını tələb etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddianın əsaslı olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə iddianın təmin edərkən öz mülahizələrinə əsaslanaraq belə bir nəticəyə gəlmişdir. Məhkəmə iddianı təmin etməklə onun qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı yazılı etiraz təqdim edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsi tərəfindən mülki işə tərəflərin iştirakı ilə sübutlara obyetkiv, qərəzsiz, hərtərəfli və tam baxılmış, hüquq normalarına müvafiq qiymət verilmiş və iş üzrə ekspertiza təyin edilmiş və ədalətli və qanuni qətnamə çıxarılmışdır. Cavabdeh əsassız apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti ilə tanış olmuşdur, şikayətdə qeyd edilənlərlə razı deyil və apellyasiya şikayətinə aşağıda qeyd etdiyi əsaslara görə etiraz edir. Əvvəla, birinci istansiya məhkəməsi işdə olan araşdırılmış və qiymətləndirilmiş sübutlar əsasında qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətində qeyd edilən hallar məhkəmə tərəfindən araşdırılmışdır. Cavabdeh özüdə çox yaxşı bilir ki, mübahisə etdiyi qətnamə qanunidir. Lakin işin icraatını yubatmaq üçün apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, guya məhkəmə iclasında əlavə ekspertiza təyin edilməsini tələb etmiş, amma məhkəmə vəsatətini təmin etməmişdir. Cavabdehin bu qeydi ilə də razı deyil. Məhkəmə baxışı zamanı ekspert rəyinə etiraz etməmişdir və bu barədə məhkəmədə vəsatət verməmişdir. Sadəcə apellyasiya şikayətini əsaslandırmaq üçün həqiqətə uyğun olmayan yalan ifadə yazmışdır. Cavabdeh müəyyən maddi imkanlarından istifadə edərək zorla mülkiyyətində olan 0.4925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.30 ha hissəsinin ondan almaq istəyir. Əmindir ki, ədalət zəfər çalacaqdır, məhkəmə kollegiyası qanunun aliliyini rəhbər tutacaq və ədalətli və qanuni qətnamə qəbul edəcək. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun işıtirakı olmadan baxılaraq, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq cavabdehlə aralaırnda olan mübahisənin həll olunması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun işıtirakı olmadan baxılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən olunur: Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixdə verilmiş **********40 reyestr nömrəli çıxarışdan görünür ki, Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 0.4925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında tam pay üzrə İddiaçı məxsusdur. “Ehtiyacı olan vətəndaşlara fərdi ev tikilməsindən ötrü torpaq sahəsinin ayrılması və həmin sahədə tikinti aparılmasına icazə verilməsi barədə” Astara rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 363 saylı sərəncamına əsasən Kijəbə qəsəbə icra nümayəndəliyi üzrə Cavabdeh fərdi ev tikilməsindən ötrü 0.06 ha torpaq sahəsi ayrılmış və layihə-smeta sənədlərinə uyğun olaraq ev tikilməsinə icazə verilmişdir. Astara rayon Torpaq Şöbəsinin müdiri H.Caniyev, Astara rayon Torpaq Şöbəsinin mütəxəsisi İ.Abıyev, Kijəbə kənd iclahat komissiyasının sədri X.Babayev, Kəjəbə kənd icra nümayəndəsi F.Rəsulov, Kijəbə kənd sakini Cavabdeh iştirakları ilə 11 dekabr 1999-cu il tarixdə tərtib edilmiş “həyətyanı torpaq sahələrinin verilməsinə dair” aktdan görünür ki, Astara rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 363 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikilməsi üçün verilmiş 0.06 ha torpaq sahəsi yer üzərində ara nişanları ilə ayrılaraq vətəndaşa daimi istifadə üçün təhkim edilmişdir. Ayrılan torpaq sahəsi şimaldan Əhədov Rəhimin həyəti ilə, şərqdən ara yol (sahə) ilə, qərbdən sahə ara yolu ilə, cənubdan sahə ara yol və azad fond ilə həmsərhəddir. JN-092A Kod 80102005 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 saylı qərarı ilə Astara rayon Qacimərcan kənd sakini Cavabdeh və ailə üzvlərinə fərdi yaşayış evinin tikintisi üçün cizgidə göstərilən sərhəd hüdudlarında 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Astara rayon İcra Hakimiyyəti başçısının Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli 547 saylı arayışın əsasən Ağayev X5 rayonu, Kijəbə qəsəbəsində hazırda yaşadığı 0.30 ha torpaq sahəsini 1999-cu ildən etibarən istifadə edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyul 2024-cü il tarixli 3-16-16/2-10/5899 saylı rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli və **********40 reyestr nömrəli çıxarışla (ilkin hüquq müəyyənedici sənəd JN-319 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı") İddiaçı mülkiyyətində olan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0.4925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri ve döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə ümumi ölçüsü saxlanılmaqla öz əksini tapması müəyyən olunmuşdur. Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 saylı qərarı əsasında JN-092A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Astara rayonu, Kijəbə qəsəbəsi (keçmiş Qəcimərdan kəndi) ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı sözügedən 0.06 ha həyətyanı torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidən kənarda (orta hesabla 450 metr məsafədə) yerləşməsi müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********40 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan Astara rayonu, Kijabə qəsəbəsi ərazisində yerləşən 0.4925 ha kənd təsərrüfatı təyinatlı orpaq sahəsinin 0.30 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********40 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0.4925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0.30 ha hissəsinin üzərində cavabdeh tərəfindən fərdi yaşayış evinin və köməkçi tikililərin (tövlə və sanitar qovşağın) inşa edilməsi və həmçinin meyvə ağaclarının da mövcud olması müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********40 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0.4925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı əsasında JN-092A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Astara rayonu, Kijəbə qəsəbəsi (keçmiş Qəcimərdan kəndi) ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşməməsi müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Mülki işin yeni apellyasiya baxışı zamanı təyin olunmuş əlavə məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın kadastrı və Reyestri Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 7 avqust 2025-ci il tarixli 3-21-3-43/2-2509/2025 saylı mütəxəsis rəyi ilə ekspertiza qarşısında qoyulmuş suallar aşağıdakı formada cavablandırılmışlar: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-319 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və xx.xx.2025-ci il tarixli **********40 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,4925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur; Bildiririk ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına uyğun olaraq, Astara rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək, həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Həmçinin JN-319 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” (ilkin hüquqmüəyyənedici sənəd) əsasında İddiaçı mülkiyyətində olan sözügedən 0,4925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində məhkəmə predmeti olan mübahisəli ərazidə öz əksini tapmışdır (həmin vaxt birinci instansiya məhkəməsinə torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində təsvir olunmuş vəziyyətinə uyğun mütəxəssis rəyi verilmişdir); Torpaqlardan faktiki istifadə vəziyyətinin uçot məlumatları arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması işinin icrası məqsədilə ötən ildə Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində mütəxəssislər tərəfindən dürüstləşmə işləri aparılmışdır. Dürüstləşmə işləri nəticəsində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-319 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və xx.xx.2025-ci il tarixli **********40 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,4925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində düzəliş olunaraq məhkəmə predmeti olan mübahisəli ərazidən kənarda (orta hesabla 230 m məsafədə aralıda) təsvir edilməsi müəyyən olunmuşdur. Bundan sonra Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-319 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) əsasən İddiaçı mülkiyyətində olan sözügedən 0,4925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən tərtib olunmuş **********40 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində Torpaqların elektron kadastr uçotu informasiya sisteminin son məlumatlarına uyğun (mübahisəli ərazidən orta hesabla 230 m məsafədə kənarda yerləşməklə) cari dəyişikliklər edilmişdir; İddiaçı xüsusi mülkiyyətində olan sözügedən 0,4925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən (ilkin hüquqmüəyyənedici sənəd olan JN-319 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktf’na əsasən) məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi, lakin “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinin koordinatlarının müəyyən qədər faktiki vəziyyətdə naturaya uyğun gəlməməsi müəyyən olunmuşdur (sərhəd və konfiqurasiya fərqlərin mövcud olması müəyyən olunmuşdur); Beləliklə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və xx.xx.2025-ci il tarixli **********40 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,4925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sisteminə uyğun mövcud “Torpaq sahəsinin planı və ölçüsü”ndəki koordinatları ilə ilkin hüquqmüəyyənedici sənəddəki (JN- 319 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”) koordinatları eynilik təşkil etməməsi müəyyən olunmuşdur (orta hesabla 230 m məsafə fərqi ilə aralı yerləşməklə); Astara rayon Aqrar islahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı əsasında JN-092A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Cavabdeh və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Astara rayonu, Kijəbə qəsəbəsi (keçmiş Qəcimərdan kəndi) ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidən kənarda (orta hesabla 450 m məsafədə) yerləşməsi müəyyən olunmuşdur. Sözügedən həyətyanı torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmaması müəyyən olunmuşdur; Astara Rayon icra Hakimiyyəti başçısının 363 saylı 10 dekabr 1999-cu il tarixli sərəncamı və həmin sərəncam əsasında həyətyanı torpaq sahəsinin verilməsinə dair 11 dekabr 1999-cu il tarixli aktla Cavabdeh ayrılan 0,06 ha həyətyanı torpaq sahəsinə dair torpaqayırma sxeminin (torpağın ayrılması barədə qərarın qəbul olunduğu vaxta dair) mülki iş sənədlərinə əlavə olunmaması və ya mövcud olmaması, həmçinin sözügedən torpaq sahəsinin ayrılmasına dair tərtib olunmuş 11 dekabr 1999-cu il tarixli Aktda göstərilən qonşu torpaq sahələrinin faktiki vəziyyətdə qonşu torpaq sahələrinə uyğun gəlməməsi səbəblərindən həmin 0,06 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Buna görə də Astara Rayon İcra Hakimiyyəti başçısının 363 saylı 10 dekabr 1999-cu il tarixli sərəncamı və həmin sərəncam əsasında həyətyanı torpaq sahəsinin verilməsinə dair 11 dekabr 1999-cu il tarixli aktla Cavabdeh ayrılan 0,06 ha həyətyanı torpaq sahəsinin Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı əsasında JN- 092A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Cavabdeh və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi ilə eyni ərazi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır; Astara Rayon İcra Hakimiyyəti başçısının 363 saylı 10 dekabr 1999-cu il tarixli sərəncamı və həmin sərəncam əsasında həyətyanı torpaq sahəsinin verilməsinə dair 11 dekabr 1999-cu il tarixli aktla Cavabdeh ayrılan 0,06 ha həyətyanı torpaq sahəsinə dair torpaqayırma sxeminin (torpağın ayrılması barədə qərarın qəbul olunduğu vaxta dair) mülki iş sənədlərinə əlavə olunmaması və ya mövcud olmaması, həmçinin sözügedən torpaq sahəsinin ayrılmasına dair tərtib olunmuş 11 dekabr 1999-cu il tarixli Aktda göstərilən qonşu torpaq sahələrinin faktiki vəziyyətdə qonşu torpaq sahələrinə uyğun gəlməməsi səbəblərindən həmin 0,06 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Astara rayon Aqrar islahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı əsasında JN- 092A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Cavabdeh və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Astara rayonu, Kijəbə qəsəbəsi (keçmiş Qəcimərdan kəndi) ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin isə sökülməsi tələb olunan fərdi yaşayış evi və digər tikililərdən orta hesabla 450 m məsafədə kənarda yerləşməsi müəyyən olunmuşdur; Araşdırma zamanı Cavabdeh faktiki istifadəsində olan sökülməsi tələb olunan fərdi yaşayış evi və digər tikililərin yerləşdiyi torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində (dürüstləşmə işləri nəticəsində) Cavabdeh və ailə üzvlərinin (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-149 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********85 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən) faktiki istifadəsində olan 0,5911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi təsvir edilməsi müəyyən olunmuşdur; Əlavə olaraq bildiririk ki, araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-319 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və xx.xx.2025-ci il tarixli **********40 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,4925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2025-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X1 müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 sentyabr 2025-ci il tarixli 10/5749 saylı ekspert rəyi yuxarıda qeyd olunan mütəxsəs rəyi əsasında tərtib edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.3. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İş üzrə təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə iddiaçının xüsusi mülkiyyətində olmaqla Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,4925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidən kənarda (orta hesabla 230 m. məsafədə aralıda) təsvir edilməsi müəyyən olunmuşdur. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin zəbt edilməsi faktı təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri aparılmış araşdırmanın nəticəsi olaraq öz təsdiqini tapdığından, yəni cavabdeh tərəfindən iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin zəbti inkar olunduğundan, iddiaçının özü tərəfindən cavabdehlə mübahisənin artıq həllini tapdığını bildirdiyindən, apellyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyərini təşkil edən 100 manat ekspertiza xərci İddiaçı alınaraq dövlət nəfinə keçirilməli, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 382, 384.0.2, 385.1., 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 3 dekabr 2024-cü il tarixli 2(018)-392/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi, orada inşa edilmiş fərdi yaşayış evinin sökülməsi və əkilmiş sitrus ağaclarının çıxarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir.
Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev