Məhkəmə qərarları › İş №2(106)-596/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-596/2023

16.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-596/2023 16.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – X2 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(036)-3055/2022 saylı qərardadından maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun "xxxx" X4 Səhmdar Cəmiyyətinin hüquq varisi kimi müəyyən olunması və cəmiyyət ləğv edildikdən sonra əmlakının qalan hissəsi, o cümlədən İmişli rayonu, Qaradonlu kəndində yerləşən həyətyanı sahəsi 100x88 olan, 8 otaqdan ibarət, eni 12 metr, uzunluğu 22 metr olan binanın həyətyanı sahəsi ilə birlikdə "xxxx" X4 Səhmdar Cəmiyyətinin hüquqi varisi olaraq ona verilməsi və onun bu əmlak üzərində istifadə və sərəncam vermə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(036)-3055/2016 saylı qətnaməsi ilə ərizənin təmin edilməsi, Ərizəçi 1993-cü ildə təsis olunmuş və 2009-cu ildə ləğv edilmiş "xxxx" X4 Səhmdar Cəmiyyətinin hüquqi varisi müəyyən edilməsi, "xxxx" X4 Səhmdar Cəmiyyətinin İmişli rayonu, Qaradonlu kəndində yerləşən həyətyanı sahəsi 100x88 olan, 8 otaqdan ibarət, eni 12 metr, uzunluğu 22 metr olan daşınmaz əmlakı üzərində Ərizəçi mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi qət edilmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsi 24 may 2022-ci il tarixdə İmişli Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(036)-3055/2016 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. İmişli Rayon Məhkəməsinin 03 iyun 2022-cı il tarixli, 2(036)-3055/2016 saylı qərardadı ilə İmişli Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(036)-3055/2016 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsi 05 avqust 2022-ci il tarixdə İmişli Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək İmişli Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(036)-3055/2016 saylı qətnaməsindən şikayət verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İmişli rayon İcra və Probasiya şöbəsinin 19 aprel 2022-ci il tarixli, 228120 nömrəli icra məktubuna əsasən icra sənədinin icrasını təmin etmək məqsədilə qanunamüvafiq qaydada tədbir görülməsinə dair məktub 25 aprel 2022ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə daxil olduqdan sonra İmişli rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(036)- 3055/2016 saylı qətnaməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin məlumatı olmuşdur. Bu səbəbdən də, İmişli rayon İcra və Probasiya şöbəsinin sözügedən icra məktubu daxil olandan sonra həmin qətnamədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin yalnız sözügedən icra məktubundan sonra həmin qətnamədən məlumatı olduğundan buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə apellyasiya şikayətinə əlavə edilməmişdir. İmişli Rayon Məhkəməsinin 22 avqust 2022-cı il tarixli, 2(036)-3055/2016 saylı qərardadı ilə ərizənin təmin edilməməsi, İmişli Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli 2(036)-3055/2016 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyleqan ərazi idarəsinə münasibətdə buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi qərara alınmışdır. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsi İmişli Rayon Məhkəməsinin 22 avqust 2022-cı il tarixli, 2(036)-3055/2016 saylı qərardadından şikayət verərək ləğv edilməsini və mülki işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İmişli rayon Məhkəməsinin 2(036)-3055/2016 saylı qətnaməsi 24 iyun 2016-cı il tarixdə çıxarılsa da xəbərnamələrin xx.xx.2016-ci il tarixdə Mayis Mirzəyev və xx.xx.2016-ci il tarixdə isə Rəşad Mehdiyev tərəfindən qəbul edildiyini bildirmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsində 04 may 2016-cı il tarixdə Mayis Mirzəyev adlı işçi olmamış və İmişli rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixdə çıxarılan 2(036)- 3055/2016 saylı qətnaməsinin 24 may 2016-cı il tarixdə Rəşad Mehdiyev tərəfindən qəbul edilməsi mümkün deyildir. İmişli Rayon Məhkəməsinin 26 dekabr 2022-cı il tarixli, 2(036)-3055/2016 saylı qərardadı ilə İmişli Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(036)-3055/2016 saylı qərardadından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayət baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(036)-3055/2016 saylı və 26 dekabr 2022-cı il tarixli, 2(036)-3055/2016 saylı qərardadları ləğv edilməli, mülki iş materialları İmişli Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(036)-3055/2016 saylı qətnaməsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada maraqlı şəxsə çatdırılıb-çatdırılmaması araşdırılmaqla apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilib-edilməməsi məsələsinə yenidən qiymət verilməsi məqsədilə həmin Məhkəməyə qaytarılmalıdır. Belə ki, işin 49-cu səhifəsindəki qəbzdən görünür ki, İmişli Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(036)-3055/2016 saylı qətnaməsi iddiaçıya çatdırılsa da həmin qətnamənin maraqlı şəxsə çatdırılması ilə bağlı hər hansı sübut yoxdur. İşin 50-ci səhifəsində qeyd edilən qətnamənin maraqlı şəxsə göndərilməsi ilə bağlı sadəcə xx.xx.2016-cı il tarixli məktub mövcuddur. Bundan başqa işin 51-ci vərəqində İmişli Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(036)-3055/2016 saylı qətnaməsinin icraya yönəldilməsi ilə bağlı məktub olsa da həmin məktubun çatdırılması ilə bağlı hər hansı sübut öz əksini tapmır. İşin 90 və 91-ci səhifəsinə əlavə edilmiş məhkəmə bildirişləri isə 04 may 2016 və 24 may 2016-cı il tarixlərini əks etdirməklə qətnamə çıxarıldıqdan əvvəlki tarixlərin məhkəmə bildirişləridir. Göründüyü kimi İmişli Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(036)-3055/2016 saylı qətnaməsinin maraqlı şəxsə çatdırılması ilə bağlı işdə hər hansı mötəbər sübut yoxdur. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Odur ki, şikayət qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 2(036)-3055/2016 saylı, 22 avqust 2022-ci il və 26 dekabr 2022-ci il tarixli qərardadları ləğv edilməli, mülki iş materialları İmişli Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(036)-3055/2016 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilib-edilməməsi məsələsinə yenidən qiymət verilməsi məqsədilə İmişli Rayon Məhkəməsinə qaytarılmalıdır. MPM-in 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 385.1, 397, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-3055/2016 saylı, 22 avqust 2022-ci il və 26 dekabr 2022-ci il tarixli qərardadları ləğv edilsin. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsinin İmişli Rayon Məhkəməsinin 2(036)-3055/2016 saylı, 24 iyun 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin yenidən araşdırılması üçün mülki iş İmişli Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar