Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-596/2025 16.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, iddiaçının nümayəndəsi X1, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin təmsilçisi Cavabdeh iştirakı ilə, Astara Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Şirvanova (Ağaliyeva) Vüsalə Akif qızının cavabdeh Publik hüquqi şəxs Astara rayon Mərkəzi Xəstəxanasına qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Cavabdeh imzaladığı xx.xx.2024-cü il tarixli 18-1- 26/3-1-1018/2024 saylı əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə iş stajının bərpa olunması, əmək haqqının tam ödənilməsi və Astara rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin İSX şöbəsinin Siyəkü ASM (Ailə Sağlamlıq Mərkəzi) bölməsində tibb bacısı vəzifəsinə qaytarılmasını xahiş etmişdir. Sonra iddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdehlər olaraq “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi və Cavabdeh qoymaqla “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Cavabdeh imzaladığı xx.xx.2024-cü il tarixli 18-1-26/3-1- 1018/2024 saylı əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə iş stajının bərpa olunması, əmək haqqının tam ödənilməsi və Astara rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin İSX şöbəsinin Siyəkü ASM bölməsində tibb bacısı vəzifəsinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: o, “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Siyəkü Ailə Sağlamlıq Mərkəzi bölməsində tibb bacısı vəzifəsində 2004-cü ildən 2024-cü ilədək 20 il qüsursuz işləmişdir. Heç vaxt işində nöqsanı olmamış, barəsində hər hansı tənbeh tədbiri olmamışdır. xx.xx.2024-cü il tarixdə işində olarkən Astara rayon Siyəkü kənd X7 rəhbərliyinin ona qarşı ədalətsiz mövqeyi affekt vəziyyətə düşməyilə nəticələnmişdir. Belə ki, Siyəkü kənd ASM-nin rəhbəri Surxay Məmmədov həyat yoldaşı X2 pul borclu olduğu üçün aralarında mübahisə yaranmış, Astara rayon Siyəkü kənd X7 rəhbəri Surxay Məmmədov mübahisəni çalışdığı Dövlət müəssəsinə daşımaqla mübahisəyə bilavasitə onu qarışdırmışdır. ASM-in rəhbərliyi bilərəkdən Dövlət müəssisəsində mübahisəni pik həddinə gətirərək qisas almaq məqsədilə yaratdığı vəziyyətdən faydalanmaqla onun məcburi işdən azad olunmağı barədə ərizə yazmağını tələb etmiş və yazdırmışdır. Həmin vaxt huşunu itirib yerə yıxıldığı üçün hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunmuşdur. xx.xx.2024-cü il tarixdə işdən azad olunmağı barədə yazdığı ərizədə səhhətilə bağlı problemin yarandığını da qeyd etmişdir. Affekt vəziyyətdə yazmış olduğu ərizəsinin geri götürülməsi, daimi işini davam etmək istədiyi barədə xx.xx.2024-cü il tarixində işə götürənə poçt vasitəsiylə yeni ərizəylə müraciət ünvanlamışdır. Lakin Astara rayon Mərkəzi Xəstəxanasının direktoru Cavabdeh həmin gün onun işdən azad edilməsi barədə heç bir xəbərdarlıq etmədən əmr imzalamış və onunla bağlanan əmək müqaviləsinə xitam vermişdir. O isə xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərində işdə olmuş və işçilərin gündəlik işə davamiyyəti kitabına imza etmişdir. Direktor Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəyə xx.xx.2024-cü il tarixində cavab yazaraq onunla bağlanan əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verildiyini və yerinə X3 işə götürüldüyünü bildirmişdir. Hesab edir ki, barəsində verilmiş qərar qanunsuzdur. Astara rayon Mərkəzi Xəstəxanasının direktoru Cavabdeh Azərbaycan Respublikasının qanunlarını və mövcud qanunvericiliyin tələblərini qəsdən pozmuşdur. İşdən azad olunması barədə xx.xx.2024-cü ildə ərizə yazanda həftənin 6-cı günü olmuşdur. Növbəti iş günləri, yəni avqust ayın 12, 13, 14-də yenidən ərizə verməyi ilə bağlı işdə olmuş, Siyəkü kənd ASM-də davamiyyət kitabına imza atmışdır. Həmin imzalar Cavabdeh göstərişinə əsasən silinmişdir. Birinci instansiya məhkəməsində cavabdeh “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Cavabdeh iddia tələbini qəbul etməmiş, iddianın rədd edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixində işdən azad olunması barədə yazılı ərizə ilə müraciət etmiş, ərizəsində həmin tarixində əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixi (şənbə günü) onun iş günü hesab edilmədiyi və xx.xx.2024-cü il istirahət gününə təsadüf etdiyindən xx.xx.2024-ci tarixində İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.a (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilmişdir. İddiaçının qeyd etdiklərini doğru hesab etmir. İddiaçı ərizəsində işdən azad edilməsini özü xahiş edib. İddiaçı affekt vəziyyətində olmamışdır. Özünün də ərizəsində qeyd etdiyi kimi səhhətində problem yaranır, bunu isə affekt vəziyyəti kimi qiymətləndirməsi əsassızdır. İddiaçının işlədiyi Siyəkü ASM-nin bölmə müdiri tərəfindən Astara rayon Mərkəzi Xəstəxanasına təqdimat daxil olmuşdur. Təqdimatda İddiaçı işə gəlmədiyi, işə gəlməməsi ilə bağlı hər hansı üzürlü səbəbə dair sənəd təqdim etmədiyi qeyd edilməklə tədbir görülməsi xahiş edilmişdir. Hətta bölmə müdiri tərəfindən bununla bağlı Akt da tərtib edilmişdir. İddiaçı Astara rayon Mərkəzi Xəstəxanasına dəvət edilmişdir. İzahat verməsi tələb edilməsinə baxmayaraq, iddiaçı izahat verməkdən imtina etmişdir. xx.xx.2024-cü il tarixli, 223 nömrəli məktubla Astara həmkarlar şurasının sədri Emin Məmmədova məktub ünvanlanmışdır ki, həmin işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad edilməsi üçün münasibət bildirilsin. Astara rayon SİHİ şurası İddiaçı dəvət etməsinə baxmayaraq gəlməmişdir. Astara SİHİ şurasının sədri Emin Məmmədov tərəfindən xx.xx.2024-cü il tarixli 12 nömrəli qərarla həmin işçinin 70-ci maddənin ç bəndi ilə deyil, digər inzibati tənbeh verilməsi ilə əvəz edilməsi barədə qərar qəbul edilmişdir. Humanist addım atılaraq bununla bağlı inzibati tədbir görülməmişdir. Lakin işçi özünün işə gəlmədiyini və bunun məsuliyyət yaradacığını bildiyi üçün nə onun, nə də Astara SİHİ şurasının sədrinin qəbuluna gəlməmişdir. İddiaçı işdən azad edildiyini bildiyi halda bir neçə gün ardıcıl olaraq öz iş yerinə gəlmək görüntüsü yaratmaq üçün ASM-in böyük tibb bacısına və digər işçilərə bildirmədən davamiyyət kitabına imza etmişdir. İddiaçının əvvəlki ərizəsini geri götürməsi barədə ərizəsi Astara rayon Mərkəzi Xəstəxanasına 19 avqust 2024-cü il tarixində daxil olmuşdur. İddiaçı ərizəsində (Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsasən) konkret xx.xx.2024-cü il tarixində işdən azad olunmasını xahiş etmişdir. Belə olduğu halda 1 ay xəbərdarlıq müddəti nəzərə alınmır. Eyni zamanda İddiaçı işlədiyi müddətdə intizamsız işçi kimi tanındığına görə işə yenidən qəbul edilməsi məqsədəuyğun hesab edilməmişdir. Astara Rayon Məhkəməsinin (hakim Ş.Meybullayeva) 22 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-26/3-1- 1018/24 №-li “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin ləğv edilməsi və İddiaçı “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin “Siyakü KHM” bölməsində “tibb bacısı” vəzifəsinə bərpa edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən işə çıxdığı günə qədər məcburi işburaxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Eyni zamanda 45 (qırx beş) manat məbləğində dövlət rüsumunun cavabdeh “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187, 300, 3, 9, 11, 68, 69, 80-cı maddələrinə istinad etmişdir. Qətnamədən cavabdeh Astara rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Astara rayon Mərkəzi Xəstəxanası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmışdır. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixində işdən azad olunması barədə ərizə ilə yazılı müraciət etmiş, ərizəsində həmin tarixində əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixi (şənbə günü) direktorun iş günü hesab edilmədiyi üçün xx.xx.2024-cü il istirahət gününə təsadüf etdiyindən xx.xx.2024-ci il tarixində İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.a (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilmişdir. İddiaçının qeyd etdiklərini doğru hesab etmir. İddiaçı ərizəsində işdən azad edilməsini özü xahiş edib. İddiaçı özü də səhhətində əvvəllər problemlər olduğunu bildirmişdir. Buna affekt vəziyyəti demək olmaz. Çünki özünün də ərizəsində qeyd etdiyi kimi səhhətində problem yaranır, bunun isə affekt vəziyyəti kimi qiymətləndirməsi əsassızdır. İşlədiyi Siyəkü ASM-in bölmə müdiri tərəfindən Astara rayon Mərkəzi Xəstəxanasına təqdimat daxil olmuşdur. Təqdimatda İddiaçı işə gəlmədiyi, işə gəlmədiyi ilə bağlı hər hansı üzürlü səbəbə dair sənəd təqdim etmədiyi və tədbir görülməsi xahiş edilmişdir. Bölmə müdiri tərəfindən bununla bağlı Akt da tərtib edilmişdir. Məsələnin araşdırılması üçün İddiaçı Astara rayon Mərkəzi Xəstəxanasına dəvət edilmiş, izahat verməsi tələb edilməsinə baxmayaraq, o, izahat verməkdən imtina etmişdir. xx.xx.2024-cü il tarixli, 223 nömrəli məktubla Astara SİHİ şurasının sədrinə məktub ünvanlanmışdır ki, həmin işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad edilməsi üçün münasibət bildirilsin. Astara rayon SİHİ şurası İddiaçı dəvət etməsinə baxmayaraq gəlməmişdir. Astara SİHİ şurasının sədri tərəfindən xx.xx.2024-cü il tarixli 12 nömrəli qərarla həmin işçinin 70-ci maddənin ç bəndi ilə deyil, digər inzibati tənbeh verilməsi ilə əvəz edilməsi barədə qərar qəbul edilmişdir. Tərəfimizdən humanist addım atılaraq bununla bağlı tədbir görməmiş, lakin işçi özünün işə gəlmədiyini və bunun məsuliyyət yaradacığını bildiyi üçün nə onun nə də Astara SİHİ şurasının qəbuluna gəlməmişdir. İddiaçı işdən azad edildiyini bildiyi halda bir neçə gün ardıcıl olaraq öz iş yerinə gəlmək görüntüsü yaratmaq üçün ASM-nin böyük tibb bacısına və digər işçilərə bildirmədən davamiyyət kitabına imza etmişdir. Araşdırma aparıldıqda böyük tibb bacısının vəzifəsini layiqincə yerinə yetirmədiyi üçün humanist addım ataraq həmin işçiyə daha ağır inzibati tənbeh deyil yüngül tənbeh verilməsinə qərar vermişdir (Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndi il). İddiaçının ərizəsini geri götürməsi barədə ərizəsi 19 avqust 2024-cü il tarixində “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə daxil olmuşdur. İddiaçı ərizəsində Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsaslanmışdır. Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsasən işdən azad olunması üçün ərizəsində konkret xx.xx.2024-cü il tarixində işdən azad olunmasını xahiş etmişdir. Belə olduğu halda 1 aylıq xəbərdarlıq müddəti gözlənilmir. İddiaçının tələbi əsassızdır. İzahatlar Apellyasiya baxışında iştirak edən cavabdeh “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, əvvəlki məhkəmə iclasında verdiyi izahatı təsdiq edir. Belə ki, İddiaçı 10 avqust 2024-cü il tarixdə ərizə təqdim edərək səhhətində yaranmış problemlə əlaqədar işdən azad olunmasını xahiş etmişdir. İddiaçı ərizəsində işdən azad edilməsi tarixini- “10 avqust” qeyd etmişdir. Onu da qeyd edir ki, iddiaçı uzun müddət işə gəlməyib, bu barədə məntəqənin işçiləri tərəfindən də akt tərtib olunmuş və hər biri imza etmişdir. Vüsalənin işdən çıxarılması ilə əlaqədar Həmkarların iclası keçirilmişdir. Lakin iddiaçı ərizə verdiyi üçün onun ərizəsini nəzərə alaraq işdən çıxarılmış və ona Əmək Məcəlləsinin 70ci maddəsinin tələbləri tətbiq edilmədi. Lakin Vüsalə işdən çıxarıldıqdan sonra işə gələrək davamiyyət jurnalına qol çəkmişdir. Həmçinin iddiaçı qeyd edir ki, ərizə təqdim edərkən affekt vəziyyətdə olmuşdur, bu hal nəzərə alınmalıdır. Lakin iddiaçı ərizədə tarix qeyd etmişdir, həmin tarixdən də onu işdən çıxarmışlar və həmin yerə başqa işçi götürülmüşdür. Məlumat üçün bildirir ki, məntəqə müdiri ilə aralarında sövdələşərək Vüsalə son bir ildə işə gəlməmişdir. İddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, İddiaçı ərizəsində 10 avqustda səhhətində yaranmış problemlə əlaqədar vermişdir. Lakin Vüsalə 12-13-14 işə getmiş və davamiyyət jurnalına qol çəkmişdir, buna baxmayaraq həmin günlərin davamiyyət jurnalında olan imzaları pozmuşlar. Vüsalə affekt vəziyyətdə olduğu üçün həmkarların iclasında da nümayəndəsi iştirak etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, çıxışını yazılı şəkildə təqdim etmişdir. Müdafiə etdiyi şəxs təzyiq göstərilərək işdən azad edilmişdir. İddiaçı ərizəni 10 avqustda xəstə olduğu üçün təqdim etmişdir. Lakin rəhbərlik onu işdən azad edərək bu barədə 29 avqustda məlumat vermişdir və bildirmişdir ki, həmin ştata başqa işçi götürmüşdür. Bununla da cavabdeh əmək qanunvericiliyini kobud şəkildə pozmuşdur. Nümayəndə bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə əsas yoxdur. Nümayəndə yazılı formada çıxışını təqdim etmişdir. Nümayəndə apellyasiya şikayətinə etiraz şəklində olan yazılı müraciətində qeyd etmişdir ki, direktoru Cavabdeh, Şirvanova (Ağalıyeva) Vüsalə Akif qızını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmək istəmiş, lakin həmkarlar təşkilatı bu ədalətsizliyin qarşısını alaraq İddiaçı işdən azad edilməsinə razılıq verməmişdir. İddiaçı uzun müddətdir ki, bu tibb müəssisəsində işləyir. Onun uzun illər ərzində işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi ağlabatan bir səbəblə izah olunmadıqda belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. İş materiallarından görünür ki, 10 avqust 2024-cü il tarixdə cavabdehin səhhətində yaranmış problemlə bağlı təcili yardıma müraciət olunmuş və ona tibbi yardım göstərilmişdir. Həmin gün yalnız özünün sağlamılığını düşünən bir şəxsin belə bir vəziyyətində işdən azad edilməsi barədə könüllü ərizə yazması da, ancaq ona edilən təzyiq nəticəsində mümkündür. Əslində direktorun cavabdehdən tələm tələsik işdən azad olunma barədə ərizə alması ərizənin iddiaçıya edilən təzyiq nəticəsində yazılmasını təsdiq edir. Nümayəndə qeyd etmişdir ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən qanunvericiliklə müəyyən olunmuş qaydalara əməl olunmamışdır. İşəgötürən tərəfindən işçi ilə Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi üçün xəbərdarlıq müddəti gözlənilməmiş, həmçinin işəgötürən tərəfindən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq edilməmiş və edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, nümayəndənin mövqeyinə görə, Vüsalə Şirinova işdən azad olunma barəsində verdiyi ərizəsində qeyd edir ki, 10 avqust 2024-cü ildə səhhətində problem yaranmışdır. Lakin o, həmin tarixdən işdən azad olunmasını xahiş etmir. Buna görə də, onun ərizəsində göstərdiyi müddət də işdən azad olunması barədə konkret tarix kimi qiymətləndirilə bilməz. Əsaslandırma Məhkəmə Kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh qətnamənin iddianın təmin edilməsinə dair hissəsini mübahisələndirmişdir. Kollegiya işə apellyasiya şikayəti həddində baxır. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir: Şirvanova (Ağaliyeva) Vüsalə Akif qızı xx.xx.2004-cü il tarixdən Astara Rayon Mərkəzi Xəstəxanasında, Astara rayon Siyəki kənd Ailə Sağlamlıq Mərkəzində (ASM) tibb bacısı vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Astara rayon Mərkəzi Xəstəxanası PHŞ direktoru Cavabdeh ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixində səhhətində yaranan problemlə əlaqədar işdən azad edilməsini xahiş etmişdir. Astara rayon Mərkəzi Xəstəxanası PHŞ direktoru Cavabdeh xx.xx.2024-cü il tarixli 18- 1-26/3-1-1018/2024 nömrəli əmri ilə “Siyakü KHM” bölməsində “tibb bacısı” vəzifəsində işləyən X6 ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2. “a”- tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024- cü il tarixindən xitam verilmişdir. İddiaçı ərizə ilə “Astara rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru Cavabdeh müraciət edərək xx.xx.2024-cü il tarixli ərizəsinin əsassız hesab edilərək, Siyaku ASM-də tibb bacısı olaraq müddətsiz əmək fəaliyyətini davam etdirməyinə razılıq verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə imzalanmış həmin ərizə poçt vasitəsilə göndərilmiş və xx.xx.2024-cü il tarixdə Mərkəzi Xəstəxanaya daxil olmuşdur. İddiaçı hazırki tələbində “Astara rayon Mərkəzi Xəstəxanası” PHŞ direktorunun imzaladığı xx.xx.2024-cü il tarixli 18-1-26/3-1- 1018/2024 saylı əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının tam ödənilməsi və Astara rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin İSX şöbəsinin Siyəkü ASM bölməsində tibb bacısı vəzifəsinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində əmək müqaviləsinə xitam verilməsi barədə əmri ona görə mübahisələndirmişdir ki, xx.xx.2024-cü il tarixdə affekt vəziyyətə olmuşdur. Belə ki, Siyəkü kənd ASM-nin rəhbəri Surxay Məmmədov həyat yoldaşı X2 pul borclu olduğu üçün aralarında mübahisə yaranmış, ASM-in rəhbərliyi onun məcburi işdən azad olunmağı barədə ərizə yazmağını tələb etmiş və yazdırmışdır. xx.xx.2024-cü il tarixdə işdən azad olunmağı barədə yazdığı ərizədə səhhətilə bağlı problemin yarandığını da qeyd etmişdir. Lakin sonra o, yenidən işə qayıtmaq istədini bildirmiş, bu barədə ərizəsini poçtla göndərmiş, lakin işəgötürən xx.xx.2024-cü il tarixdən onu işdən azad etmişdir. Sonra iddiaçının nümayəndəsi məhkəmədə tələbini əsaslandırarkən göstərmişdir ki, iddiaçı ərizəsində qeyd etdiyi xx.xx.2024-cü il tarix onun işdən azad edilmə tarixini deyil, onun həmin tarixdə səhhətində problem yarandığını göstərmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları bildirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən:
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 3-1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləyən arvadının (ərinin) ərizəsində göstərdiyi gün onun əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. İş materialında olan “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Cavabdeh tərəfindən Astara rayon SİHİ şurasının sədrinə ünvanlanmış 07 avqust 2024-cü il tarixli məktubdan görünür ki, "Astara rayon Mərkəzi Xəstəxanası" PHŞ Siyakü ASM bölməsində tibb bacısı (qardaşı) vəzifəsində çalışan Şirvanova (Ağalıyeva) Vüsalə Akif qızı xx.xx.2024-cü il tarixində tərtib olunmuş akta əsasən heç bir üzrlü səbəb göstərmədən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək xəbərdarlıqlara və edilən çağırışlara baxmayaraq işə gəlməmişdir. Bu müddət ərzində Siyakü ASM bölməsinin bölmə müdiri Surxay Məmmədov işçi ilə əlaqə saxlamış, lakin Şirvanova (Ağalıyeva) Vüsalə Akif qızı xx.xx.2024-cü il tarixində xəstəliyi ilə əlaqədar işə çıxacağını bildirmişdir. Bu məsələ ilə bağlı işçidən izahat alınması üçün xəstəxanaya dəvət edilmişdir (xx.xx.2024-cü il tarixində göndərilmiş məktub və xx.xx.2024-cü il tarixində göndərilmiş teleqram). Lakin Şirvanova (Ağalıyeva) Vüsalə Akif qızı edilən çağrışlara önəm verməmişdir. Onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə münasibət bildirilməsi xahiş edilmişdir. Müəyyən edilir ki, İddiaçı işin yol verdiyi nöqsanlarla əlaqədar işdən azad edilməsi məsələsi həmkarlar iclasında da müzakirə edilmişdir. Cavabdeh tərəfin verdiyi izahatına görə, iddiaçı uzun müddət ərzində işdə olmamasına baxmayaraq, humanistlik göstərilmiş, onun öz ərizəsi nəzərə alınaraq əmək müqaviləsinə xitam verilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən hesab etmişdir ki, işçi ilə əmək müqaviləsinə xitam verilərkən qanunvericiliklə müəyyən olunmuş qaydaların tələblərinə əməl olunmamış, işəgötürən tərəfindən işçi ilə Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi üçün xəbərdarlıq müddəti gözlənilməmiş, həmçinin işəgötürən tərəfindən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq edilməmiş və edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq və təfsir etməmişdir. Qanunun tələbinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bundan başqa, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Qanunun bu müddəasından görünür ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Lakin işin hallarından göründüyü kimi, iddiaçı ərizəsində əmək müqaviləsinə xitam verilməsi günü (xx.xx.2024-cü il) göstərmişdir. Bununla yanaşı, həm də qanunun tələbinə görə, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. İşin hallarından görünür ki, iddiaçı əmək münasibətlərini dayandırmaq istədiyi günü ərizəsində göstərmiş, bunu səhhəti ilə əlaqələndirmişdir. Bu halda işəgötürənin onunla əmək münasibətlərini dayandırmaq barədə bir ay müddət gözləməyə məcbur deyil. Belə qadağa qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı iddia ərizəsində Siyəkü kənd ASM-nin rəhbəri Surxay Məmmədovun, həyat yoldaşı X2 pul borclu olduğu üçün onların aralarında mübahisə yarandığını, buna görə affekt vəziyyətinə düşdüyünü və belə vəziyyətdə ərizə yazdığını qeyd etsə də izahatlarda iddiaçı eyni zamanda, ona təzyiq edildiyini bildirmiş, nə ilə əlaqar ona təzyiq edildiyini, yaxud ASM-in rəhbərinin ərinə pul borclu olması ilə ona təzyiq edildiyinin hər-hansı əlaqəsi olduğunu izah etməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı affekt vəziyyətdə ərizə təqdim etməsi, yaxud ona işəgötürən tərəfindən təzyiq edilməsi ilə bağlı hər-hansı sübut təqdim etməmişdir. İddiaçının nümayəndələri izahatlarında göstərmişlər ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsində göstərdiyi tarix (10 avqust) onun səhhətində problem yarandığı günü göstərir. Kollegiya bu arqumentlə əlaqədar qeyd edir ki, iddiaçı iddia ərizəsində bu dəlilə istinad etməmişdir. Bununla yanaşı, iddiaçının ərizəsində göstərdiyi tarixi Kollegiya onun əmək münasibətlərinə xitam verildiyi tarix kimi qəbul edir. (Həmin gün səhhətində problem yarandığı halda, o, bir günlük işdən icazə ala bilərdi). Kollegiya hesab edir ki, iddiaçı işdən azad edilməsi barədə ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmişdir. Belə halda xəbərdarlıq müddəti bitənədək işəgötürən tərəfindən işçi ilə əmək müqaviləsini ləğv edilməsi qanunvericilkdə qadağan edilməmişdir. Bu baxımdan, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün təfsir etməmişdir. İddiaçının nümayəndəsi həmçinin onu qeyd etmişdir ki, işəgötürən tərəfindən iddia edilən vəzifəyə yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq edilməmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli məktubla iddiaçıya məktubla məlumat verilmiş, həmin məktubda onunla əmək müqaviləsinə ərizəsi nəzərə alınaraq xx.xx.2024-cü il tarixdən xitam verilməsi bildirilmişdir. Qanunun tələbinə görə, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Hazırki halda isə iddiaçı müddəti göstərməklə ərizə vermişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmiş, hesab etmişdir ki, işəgötürən bir aylıq müddəti gözləməli idi. Birinci instansiya məhkəməsi tərəfindən prosessual pozuntulara yol verildiyi də müəyyən edilir. Belə ki, iş materiallardan görünür ki, Cavabdeh qarşı iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, hazırlıq iclası iddianın dəqiqləşdirilməsi məqsədilə xx.xx.2025-ci il tarixə təxirə salınmış, “Astara rayon Mərkəzi Xəstəxanası” ikinci cavabdeh qismində cəlb edilmiş, hazırlıq iclası yenidən xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Lakin dəqiqləşmədən sonra məhkəmə cavabdeh “Astara rayon Mərkəzi Xəstəxanası”na qarşı mülki işin hazırlanmış hesab edilməsini, iddianın predmetinə daxil olan hansı tələbi konkret qəbul etdiyini dəqiqləşdirməmiş, cavabdehlərdən hansının (yaxud hər ikisinin) cavabdehlik daşıdığını aydınlaşdırmadan işi məhkəmə baxışına təyin etmişdir. İş materiallarına əlavə edilməsə də elektron sistemə əlavə edilmiş materiallardan müəyyən edilir ki, məhkəmənin qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadda yalnız Cavabdeh qarşı işə bərpa tələbi hazırlanmış hesab edilmiş və məhkəmə baxışına təyin edilmişdir. Göstərilən hallar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Kollegiya hesab edir ki, qətnamə iddianın təmin edilməsinə dair hissədə ləğv edilməli, həmin hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, Kollegiya belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və İddiaçı, Astara rayon Mərkəzi Xəstəxanasının direktorunun xx.xx.2024-cü il tarixli əmrinin ləğvi, Astara rayon Mərkəzi Xəstəxanası PHŞ Siyəkü ASM bölməsinə tibb bacısı vəsifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası,
qətetdi:
Cavabdeh “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2(018)-229/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. İddiaçı, Astara rayon Mərkəzi Xəstəxanasının direktorunun xx.xx.2024-cü il tarixli əmrinin ləğvi, Astara rayon Mərkəzi Xəstəxanası PHŞ Siyəkü ASM bölməsinə tibb bacısı vəsifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.