Məhkəmə qərarları › İş №2(106)-598/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-598/2025

24.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-598/2025 24.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh Fəyyaz oğlunun iştirakları ilə, Lerik Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli 2(048)-155/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxıb MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lerik rayonu Livədirgə kəndində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrində Daşınmaz əmlakın reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışla ona və ailə üzvlərinə məxsus 1.1508 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Daşınmaz əmlakın reyestr nömrəsi **********84, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışla ona məxsus kənd təsərrüfatı təyinatlı 1.1717 ha torpaq sahəsinin Cavabdeh Fəyyaz oğlunun zəbtindən azad edilməsi və ödədiyi 100 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 1985-ci ildə Lerik rayonunda anadan olmaqla Lerik rayon Livədirgə kəndində qeydiyyatdadır. Həmin kənddə qeydiyyat nömrəsi ********** olan çıxarışla ona və ailə üzvlərinə məxsus 1.1508 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Bundan əlavə, həmkəndlisi X1 Lerik rayon dövlət notariat ofisində AN-1 №1021258 saylı 05 iyul 2022-ci il tarixli Daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə 1.1717 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın almış və həmin torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Reyestr nömrəsi **********84 olan, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarış almışdır. Göründüyü kimi, hər iki torpaq sahəsi üzərində tam mülkiyyət hüququ vardır. Lakin həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Ona məxsus olan həmin torpaq sahələrinin hər ikisini Cavabdeh Fəyyaz oğlu zəbt etmiş və istifadə edir. Dəfələrlə ona məxsus torpaq sahəsini zəbtdən azad etməyi ondan tələb etsə də, o, buna əhəmiyyət verməmiş, onu və ailə üzvlərini birlikdə tüfənglə vurmaqla hədələmişdir. Lerik Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli 2(048)-155/2024 saylı qətnaməsi ilə (hakim Atabəy Kiçibəyov) iddia qismən təmin edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla (JN-638 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında) İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Lerik rayonu Livədirgə kəndi ərazisində yerləşən 1,1508 ha (faktiki 1.09 ha) torpaq sahəsinin 0.12 ha hissəsinin Cavabdeh Fəyyaz oğlu tərəfindən istifadənin dayandırılması, Cavabdeh Fəyyaz oğlunun 0.12 ha torpağ sahəsindən çıxarılması və həmin həmin torpaq sahəsinin İddiaçı qaytarılması, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə ödənilmiş 100 manat, cəmi 200 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi, Cavabdeh Fəyyaz oğlundan ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğdə pul vəsaitinin tutularaq məhkəmə ekspertiza mərkəzinə köçürülməsi qət edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı və ailə üzvlərinin mülkiyyətinə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində Daşınmaz əmlakın reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışla iddiaçı və ailə üzvlərinə məxsus 1.1508 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində Daşınmaz əmlakın reyestr nömrəsi **********84, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışla iddiaçıya məxsus kənd təsərrüfatı təyinatlı 1.1717 ha torpaq sahəsi verilmişdir. İddiaçı və ailə üzvlərinə verilmiş torpaq sahəsi Cavabdeh Fəyyaz oğlu tərəfindən istifadə edilir. İddiaçı torpaq sahəsinin zəbtdən azad edilməsi üçün səy göstərsə də, cavabdeh ona heç bir əhəmiyyət verməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla (JN-638 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında) İddiaçı və qeyrilərinin mülkiyyətində olan Lerik rayonu Livədirgə kəndi ərazisində yerləşən 1.1508 ha (faktiki 1.09 ha) kimi göstərilməsi hissəsində dəyişdirilərək torpaq sahəsinin faktiki ölçülərini Dövlət Reyestrindən çıxarışda və JN-638 nömrəli Dövlət Aktında olduğu kimi faktiki 1.1508 ha kimi qeyd edilməsi və nəticə hissəsinin qalan hissədə dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun və ailə üzvlərinin mülkiyyətində olan əmlakı mülkiyyət sənədində az göstərməklə təmin edərkən onun və ailə üzvlərinin hüquqlarını pozmaqla iş üzrə tam, hərtərəfli araşdırma aparmamış, iddianın təmin edilməmiş hissəsini yalnız cavabdehin iddianın etiraf etməməsi ilə kifayətlənmişdir, iş üzrə cəlb edilmiş mütəxəssisin formal və əsassız mülahizələrinə əsaslanmışdır. Məhkəmə tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməyərək hazırkı işin yuxarıda qeyd olunan hallarına düzgün qiymət verilməmiş və bununla da, Mülki Məcəllənin tələbləri pozulmuşdur. Məhkəmə dövlət tərəfindən reyestrdən çıxarışla ona və ailə üzvlərinə məxsus 1.1508 ha torpaq sahəsinin mütəxəssis rəyində faktiki 1.09 ha göstərməsinin səbəbini araşdırmamış və onun və ailə üzvlərinin hüquqları pozulmuşdur. İşin halları: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Daşınmaz əmlakın reyestr nömrəsi **********91, Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışla 1.1508 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və ailə üzvlərinə verilmişdir; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində daşınmaz əmlakın reyestr nömrəsi **********84, Qeydiyyat nömrəsi ********** Qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışla kənd təsərrüfatı təyinatlı 1.1717 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2024-cü il tarixli 10/4492 saylı ekspertiza rəyindən, habelə işdə olan mütəxəssis rəyindən görünür ki, İddiaçı və qeyrilərinin mülkiyyətində olan Lerik rayonu Livədirgə kəndi ərazisində yerləşən 1.1508 ha və 1.1717 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin sərhədləri müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı sözügedən torpaq sahələrinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən olunmuşdur. Araşdırma zamanı torpaqların elektron kadastr uçotu informasiya sistemində 1.1508 ha torpaq sahəsinin faktiki vəziyyətə uyğun 1.09 ha ölçüdə və 1.1717 ha torpaq sahəsinin isə faktiki vəziyyətə uyğun ümumi ölçüsü saxlanılmaqla öz əksini tapması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışla İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Lerik rayonu Livədirgə kəndi ərazisində yerləşən 1.1508 ha (faktiki 1.09 ha) torpaq sahəsinin 0.12 ha hissəsinin Cavabdeh Fəyyaz oğlu tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışla iddiaçının mülkiyyətində olan Lerik rayonu Livədirgə kəndi ərazisində yerləşən 1.1717 ha torpaq sahəsinin isə Cavabdeh Fəyyaz oğlu tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, apellyasiya şikayətini müdafiə edir. Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsi zəbt olunmuşdur. Mülkiyyətində olan Lerik rayonu Livədirqə kəndi ərazisində yerləşən 1.1508 ha torpaq sahəsinin faktiki 1.09 ha kimi göstərilməsi onun və ailə üzvlərinin mülkiyyət hüqüqlarının pozulması deməkdir. Cavabdeh Fəyyaz oğlu məhkəmə iclasında izahat verərək göstərdi ki, apellyasiya şikayətini qəbul etmir. O, iddiaçının torpağını zəbt etməmişdir. Mülkiyyətində olan torpaq sahəsi elə yerdə yerləşir ki, iddiaçının torpağını zəbt etməyi mümkün deyildir. Mülkiyyətində olan torpaq sahəsinin bir tərəfi dərə, digər tərəfi isə meşə ilə əhatə olunmuşdur. Məhkəmə tərkibi tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də, məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal və əsassızdır. Belə ki, apellyasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə mütəxəssisin mülahizələrinə əsaslanmaqla onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsini mülkiyyət sənədində az göstərmişdir. Bu da onun və ailə üzvlərinin hüquqlarını pozmuşdur. Məhkəmə reyestrdən çıxarışla ona və ailə üzvlərinə məxsus 1.1508 ha torpaq sahəsinin mütəxəssis rəyində faktiki 1.09 ha göstərilməsinin səbəbini araşdırmamış və hüquqları pozulmuşdur. Kollegiya bu zaman diqqətə çatdırmağı zəruri hesab edir ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı imzalanmış və həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi, adıçəkilən Fərmanla yaradılan torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (“TEKUİS”) və “AZCAD”-a inteqrasiya edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2024-cü il tarixli 10/4492 saylı ekspertiza və 18 mart 2024-cü il tarixli mütəxəssis rəylərinə görə Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Lerik rayonu Livədirgə kəndi ərazisində yerləşən 1.1508 ha (faktiki 1.09 ha) torpaq sahəsinin 0.12 ha hissəsinin Cavabdeh Fəyyaz oğlu tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi X3 məhkəmədə göstərdi ki, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı və qeyrilərinin mülkiyyətlərində Lerik rayonu Livədirgə kəndi ərazisində 1.1508 ha torpaq sahəsi olsa da, ölçmə zamanı iddiaçının adıçəkilən sənəd üzrə faktiki istifadəsində 1.09 ha torpaq sahəsi olduğu üçün rəydə də həmin həcmdə qeyd edilmişdir. Bu uyğunsuzluqların aradan qaldırılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin aidiyyəti qurumuna müraciət etməklə aradan qaldırıla bilər. Nəzərə alınmalıdır ki, iddiaçı mülkiyyətində olan 1.1508 ha torpaq sahəsinə bitişik və bələdiyyə mülkiyyətinə aid 0,18 ha torpaq sahəsindən də istifadə edir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə tərkibi hazırkı qətnaməyə məhz mübahisələndirilən hissədə qiymət verməlidir. Apellyasiya şikayətində qətnamənin İddiaçı və qeyrilərinin mülkiyyətində olan Lerik rayonu Livədirgə kəndi ərazisində yerləşən 1.1508 ha sahənin faktiki 1.09 ha kimi göstərilməsi hissəsində dəyişdirilməsi xahiş edilir. Nəzərə alınmalıdır ki, qeyd edilən Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə inteqrasiya edilmişdir. Rəydən də göründüyü kimi, mütəxəssis xüsusi texniki vasitələrin köməyilə ölçmə işləri aparmış və iddiaçının mülkiyyət sənədində 1.1508 ha göstərilən torpaq sahəsi üzrə faktiki istifadəsində hal-hazırda 1.09 ha hissəsi mövcuddur. Kollegiya qeyd edir ki, müvafiq Fərmana əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. İddiaçının diqqətinə çatdırılmalıdır ki, mövcud uyğunsuzluqların aradan qaldırılması məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq qurumuna müraciət edə bilər. Bundan sonra əldə edəcəyi fərqli göstəricilər üzrə yeni əsaslarla onun torpaq sahəsini zəbt etmiş şəxslərə qarşı iddia qaldırmaq hüququna malik olacaqdır. Bu zaman nəzərə alınmalıdır ki, MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə əsaslanır. Habelə məhkəmə təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün MPM-in 385ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə qətnamədən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli 2(048)-155/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar