Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-603/2023 28.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Salyan Rayon Məhkəməsinin (hakim M.Qasımov) 04 noyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, Salyan Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti forma və məzmuna dair qanunvericiliyin tələblərinə riayət edilməklə verilmədiyindən geri qaytarılmışdır. İddiaçı yenidən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, Salyan Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli (hakim Ə.Məmmədli) qərardadı ilə ərizə təmin olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin buraxılmasının səbəbi üzrlü hesab edilərək, buraxılmış prosessual müddət bərpa edilmiş, iddiaçı tərəfindən Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sonuncu qərardaddan Cavabdeh1 şikayət vermiş, şikayətdə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, prosessual müddətin bərpa edilməsi ilə bağlı iddiaçının üzrlü və keçərli səbəb göstərməməsinə baxmayaraq, məhkəmə əsassız olaraq prosessual müddəti bərpa etmişdir. İddiaçı müddəti ötürmə səbəbi kimi tanıdığı şəxsdən apellyasiya şikayəti yazmasını xahiş etdiyini göstərsə də, bu səbəb müddətin bərpa edilməsi üçün əsas deyildir. Şikayətə baxılmış, Salyan Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 13 mart 2023-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və ya vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarına əlavə edilmiş məktubların poçt vasitəsilə göndərilməsi barədə reyestrdan (səhifə 66) müəyyən edilir ki, Salyan Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qətnaməsinin surəti iddiaçıya çatdırılması üçün 25 noyabr 2022-ci il tarixdə poçt xidmətinə təhvil verilmişdir. Qətnamədən İddiaçı 19 dekabr 2022-ci il tarixdə apellyasiya şikayəti vermiş, şikayətində qətnamənin surətini 30 noyabr 2022-ci il tarixdə rəsmi qaydada aldığını qeyd etmişdir. Salyan Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti forma və məzmuna dair qanunvericiliyin tələblərinə riayət edilməklə verilmədiyindən geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş (səhifə 73) poçt xəbərnaməsindən müəyyən edilir ki, qərardadın surəti 31 dekabr 2022-ci il tarixdə İddiaçı təqdim edilmişdir. İddiaçı tərəf nöqsanları aradan qaldırdıqdan sonra xx.xx.2023-cü il tarixdə apellyasiya şikayətini və prosessual müddətin bərpasına dair ərizəni poçt xidmətinə təhvil vermiş və həmin sənədlər 24 yanvar 2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunun tələbinə görə, məhkəmə qərardadında göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. (MPM-in 363.4-cü maddəsi). Müəyyən edilir ki, iddiaçı apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı aldıqdan sonra, qərardadda qeyd edilən nöqsanları aradan qaldırmış və apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Kollegiya hesab edir ki, nöqsanlar aradan qaldırıldıqdan sonra apellyasiya şikayəti ağlabatan müddətdə təqdim edilmişdir. Kollegiyanın qənaətinə görə, prosessual müddətin ötürülməsi üzrlü hesab edilməklə müddətin bərpa edilməsi barədə qərardad qanuni və əsaslıdır, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Beləliklə, şikayət təmin edilməməli, Salyan Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 357-358, 264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(057)-1522/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-603/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-603/2023
28.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver