Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-61/2023 24.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçı və cavabdeh İddiaçı nümayəndəsi X2, iddiaçı və Cavabdeh iştirakları ilə, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı "evdən çıxarılma", qarşılıqlı idia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “evdən istifadə hüququnun tanınması, çıxarışın ləğv edilməsi” tələblərinə iddiaları əsasında mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(036)-68/2022 saylı qətnaməsindən (hakim Q.Hacıyev) iddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı "evdən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin uşaqları ilə birlikdə ona məxsus İmişli rayonunun Xəlfəli kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh onun oğlu Fəxrəddin İsayevlə 2006-cı ildə faktiki nikah münasibətlərinə girmişlər. Onlar evləndikdən sonra ona məxsus evdə yaşamışlar. Sonradan ailə münasibətləri pozulduğundan ayrılmışılar. Lakin hazırda cavabdeh ona məxsus evdə yaşamağa davam edir. O, cavabdehlə birlikdə yaşamaq istəmir. Cavabdeh onun evini yandıracağı ilə hədələyir və aralarında mütəmadi olaraq mübahisələr yaranır. Dəfələrlə cavabdehdən ona məxsus evdən çıxmasını tələb etsə də, nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmişdir. Qarşılıqlı idia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “evdən istifadə hüququnun tanınması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, faktiki olaraq yaşadığı İmişli rayonunun Xəlfəli kəndində İddiaçı istifadəsində olan zəbt edilmiş bələdiyyə mülkiyyətində olan torpaq sahəsində 2012-ci ildə X3 ilə birgə nikahda olduqları dövrdə tikilmiş 1 mərtəbəli 4 otaqlı evə istifadə hüququnun tanınması və İddiaçı adına verilmiş Daşınmaz Əmlakın reyestr nömrəsi **********22-10301 olan çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı tələb onunla əsaslandırılmışdır ki, faktiki olaraq yaşadığı İmişli rayonunun Xəlfəli kəndində 2012-ci ildə X4 ilə birgə nikahda olarkən İddiaçı istifadəsində olan zəbt edimiş bələdiyyə mülkiyyətindəki torpaq sahəsində ev tikmişlər. Həmin tikilən evin elektrik şəbəkəsinə qoşulma barədə ərizəsi 22 yanvar 2016-cı il tarixdə olmuşdur. İmişli rayonu Xəlfəli, Kürdmahmudlu və Hacalmuradlı kəndləri üzrə icra nümayəndəliyinin verdiyi 297 saylı 22 iyul 2020-ci il tarixli arayışdan görünür ki, həmin 1 mərtəbəli 4 otaqlı ev 2012-ci ildə birgə nikahları dövründə tikilmişdir. Xəlfəli bələdiyyəsinin verdiyi arayışdan da görünür ki, həmin ev nikah dövründə tikilmişdir. Lakin İddiaçı ona və uşaqlarına həmin evdə yaşamağa imkan vermir. İddiaçı indiki vaxtda heç bir dövlət orqanından icazə almadan zəbt etdiyi həyətdə saxta sənəd hazırlamaqla JN-104A Kod 90716018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan evi deyil, həmin şəhadətnamə ilə mülkiyyətində olan hoyətyanı torpaq sahəsinin qarşısında olan özbaşına zəbt edilməklə qanunsuz tikinti işləri apardığı evi Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi ilə əlbir olmaqla mülkiyyətinə keçirmişdir. Faktiki olaraq həmin birgə nikah dövründə tikilən ev bələdiyyənin mülkiyyətindədir və həmin yeri özbaşına zəbt etməklə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparmaqla cinayət törətmişdir. İndi bu saxtalaşma ilə mülkiyyət hesab etdiyi evdən onu üç uşağı ilə birlikdə çıxarmaq istəyir. 6 saylı Beyləqan Ərazi idarəsi faktiki olaraq saxta sənəd vermişdir və şəhadətnamədə olan deyil, onların tikdiyi evi saxta yolla sənədləşdirmişdir. Həmin saxta yolla alınan Daşmmaz əmlakın reyestr nömrəsi **********22-10301 olan çıxarış almışdır ki, bu çıxarış onun hüquqlarını pozduğundan ləğv edilməlidir. İmişli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(036)-68/2022 saylı qətnaməsi ilə ilk iddia təmin olunaraq Cavabdeh uşaqları ilə birlikdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********22-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması, qarşılıqlı iddianın rədd olunması qət edilmişdir. Qətnamədən iddiaçı və Cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması və ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunmaı barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə İmişli rayonu, Xəlfəli kəndinə gəlin köçdükdən birgə nigah dövründə tikərək vaşadığı evi ilə bağlı sübutları araşdırmamış və iddiasını rədd etmişdir. Hazırda özü təkbaşına və ya başqaları ilə həmin evdə yaşayır və cehizləri həmin evdədir və bələdiyyə mülkiyyətində zəbt edilmiş torpaq sahəsində tikilmiş ev İddiaçı xüsusi mülkiyyəti kimi tanınmışdır. Halbuki həyətdə 3 ev vardır. Bunu araşdıran yoxdur. Gəlin köçdükdən orada yaşamağı, qeydiyyatda olmağı və qeydiyyata düşməyinin əsası, cehizlərin həmin mənzildə olması araşdrılmamışdır və məhkəmənin qərarı olmadan bununla bağlı təqdim edilmiş sübutlara hüquqi qiymət verilməmişdir. Buna məhkəmə heç bir əsaslandırma verməmişdir. Aysun, Ramal, İbrahim adlı uşaqları ilə birlikdə evdən çıxarılması təmin olunmuşdur. İmişli Rayon Məhkəməsi İddiaçı mənafeyini onun və uşaqlarının mənafeyindən üstün tutmuşdur. Həmin həyətdə 3 fərdi yaşayış evi var ki, hazırda yaşadıqları ev birgə nikah dövründə tikilmişdir və İddiaçı yaşadığı evə aidiyyəti yoxdur. İddiaçı qanunsuz həmin evi sənədləşdirib ki, iddianın əsası da budur ki, həmin ev saxta yolla sənədləşdirilib. Məhkəmədə iddiaçı və Cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi və əlavə olaraq izahatnda göstərdi ki, işin halları birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilməmişdir. Həmin ərazidə 3 ev vardır. Həmin evlərin ikisi islahat zamanı ilk iddia üzrə İddiaçı və ailə üzvlərinə ayrılan torpaq sahəsində, hazırda onun çıxarılması tələb olunan üçüncü ev isə zəbt olunmuş bələdiyyə torpağında inşa olunmuşdur. Bir daha bildirir ki, hazıda onun yaşadığı və ilk iddia üzrə idiaçı İddiaçı ondan çıxmasını tələb etdiyi ev zəbt olunmuş bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində əri ilə birgə nikahları dövründə inşa etdirdikləri evdir. Həmin evə dir bütün kommunal xidmət haqqları əri Faxrəddinin adına gəlir. Bunu təsdiq edən "xxxx" ASC-nin bildirişini məhkəmə kollegiyasına təqdim etmişdir. Şikir İsayevin fərdi yaşayış evinə dair tərtib olunan texniki pasportda da, onun yaşadığı mübahisəli evin zəbt olunmuş torpaq sahəsi üzərində inşa olunduğu görünür. Əri Faxrəddinlə nikahları 2020-ci ildə pozulmuşdur. Məhkəmədə iddiaçı və cavabdeh İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etdi və izahatında göstərdi ki, mübahisəli ev islahat zamanı ayrılan 0.50 ha həyətyanı torpaq sahəsində atası tərəfindən tikilib. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edib belə nəticəyə gəlir ki, “İmişli rayonu Xəlfəli kəndində İddiaçı adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********22-10301 olan çıxarışın ləğv edilməsi” hissədə tələb üzrə işin icraatına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Plenum Qərarının 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Plenum Qərarının 4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Plenum Qərarının 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Plenum Qərarının 16.1-ci bəndinə əsasən inzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz. Plenum Qərarının 16.3-cü bəndinə əsasən ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Plenum Qərarının 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. İş materiallarından göründüyü kimi iddiaçının “İmişli rayonu Xəlfəli kəndində İddiaçı adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********22-10301 olan çıxarışın ləğv edilməsi” tələbi aparılmış qeydiyyatın mülki-hüquqi əqdlərə (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) söykənmir. İddiaçı həmin tələbini inzibati orqanın tərəfindən qanunsuzluğa yol verilməsi ilə əsaslandırmağa çalışmışdır. Belə olan halda qeyd olunan hissədə tələbə inzibati orqanın qəbul etdiyi aktın etibarsızlığının (qanunsuzluğunun) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263, 264 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı və cavabde Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(036)-68/2022 saylı qətnaməsi qarşılıqlı iddianın təmin olunmayan “İmişli rayonu Xəlfəli kəndində İddiaçı adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********22-10301 olan çıxarışın ləğv edilməsi” hissədə ləğv olunsun. Qarqılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “İmişli rayonu Xəlfəli kəndində İddiaçı adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********22-10301 olan çıxarışın ləğv edilməsi” tələbi hissədə işin icraatına, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçıya qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınmaqla mübahisə predmeti üzrə müvafiq inzibati orqana, nəticəsindən asılı olaraq isə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Tale Kərimov Hakimlər: Samir Həsənov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-61/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-61/2023
24.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver