Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-61/2025 21.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X8, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Astara Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan torpaq sahəsinə gedən yolun açılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonunun Siyəkü kəndi ərazisində yerləşən xüsusi mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsinə gedən yolun Cavabdeh tərəfindən açılması, cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonra tələbinin həcminin azaldılmasına dair ərizə verərək iddianın cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması hissəsinin çıxılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Astara rayonunun Siyəkü kəndində yerləşən 0,06 hektar torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi onun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 05 noyabr 2019-cu ildə qeydiyyatdan keçmişdir. Torpaq sahəsinə gedən yol Cavabdeh tərəfindən zəbt edilmişdir. Belə olan halda iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ pozulmuşdur. O, cavabdehlə mübahisəni məhkəmədən kənar həll etməyə çalışsa da buna nail ola bilməmişdir. Cavabdeh tərəfindən pozulmuş mülkiyyət hüququ məhkəmə tərəfindən qorunmalı və müdafiə olunmalıdır. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Astara Rayon Məhkəməsinin 2(018)-51/2023 saylı, 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Məmmədov) iddia təmin olunmuş, İddiaçı mülkiyyətində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********85, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 03 noyabr 2019-cu il olan çıxarışda qeyd edilən, Astara rayonunun Siyəkü kəndi ərazisində yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,06 hektar həyətyanı torpaq sahəsinə gedən və Cavabdeh tərəfindən məftillə qapı qoyularaq tutulmuş gediş-gəliş yolunun Cavabdeh tərəfindən açılması, mülki iş üzrə ekspertiza xərci olan 50 manat pulun Cavabdeh alınaraq dövlət hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2-ci, Torpaq Məcəlləsinin 84, 111-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) müvafiq maddələrinə istinad etmiş, iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə əsaslanmışdır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh apellyasiya şikayətinə əlavə olunan 01 saylı fotoşəkilə istinadən qeyd edir ki, iddiaçı hazırda ailə üzvləri ilə birlikdə yaşadığı evi inşa etdirdiyi vaxtdan başlayaraq, yəni təxminən 1994-cü ildən etibarən qədər həmin evin arxa tərəfində olan qapının yerləşdiyi yerdən giriş-çıxış yolu kimi istifadə edir. Apellyasiya şikayətinə əlavə edilən 04 saylı fotoşəkildən ümumi yolun sağ tərəfində təxminən 30-40 metr məsafədə İddiaçı yaşayış evinin dam hissəsi də görünür. 1994-cü ildən iddiaçının istifadə etdiyi gediş-gəliş və maşın yolu yaşayış evinin arxa tərəfindən başlanır. Yəni iddiaçının həyətyanı torpaq sahəsinə və yaşayış evinə gediş-gəliş yolu mövcuddur və bu baxımdan əslində hazırkı iddianın qaldırılmasına zərurət olmamışdır. Həyətyanı torpaq sahəsinə gediş-gəliş və maşın yolu olduğundan iddiaçının faktiki olaraq hüquqları pozulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.8-ci və 6.1.9-cu maddələrinə əsasən hər bir fiziki və hüquqi şəxs pozulmuş hüquqlarının bərpasının təmin edilməsi üçün mülki hüquqların məhkəmə müdafiəsindən istifadə edə bilər. Yaxın keçmişdə, yəni hazırkı işə baxılana qədər o, İddiaçı istəyini nəzərə almaqla, həyətyanı torpaq sahəsinin cənub tərəfindən, yəni cavabdehin həyətyanı torpaq sahəsinə gedən ümumi yoldan da onun üçün şərait yaratmışdır. Apellyasiya şikayətinə əlavə etdiyi 02 saylı fotoşəkildən vəziyyət aydın görünür. Orada görünən və quraşdırmış olduğu dəmir qapı təxminən 10 metr bəri tərəfdə görünən mişar daşına bitişik vəziyyətdə idi. O, İddiaçı istəyini nəzərə almaqla dəmir qapını mişar daşına bərkidildiyi yerdən söküb təxminən 10 metr irəlidə - öz həyətyanı torpaq sahəsinə və yaşayış evinə nisbətən yaxın məsafədə quraşdırmışdır. Yəni şərait yaratmışdır ki, həmin yerdən də İddiaçı öz həyətyanı torpaq sahəsinə ikinci yolu açmış olsun (bax: apellyasiya şikayətinə əlavə olunan 02 saylı fotoşəkilə). Sual oluna bilər ki, belə bir vəziyyətdə hazırkı iddianın qaldırılmasına zərurət olmuşdurmu? Hesab edir ki, buna zərurət yoxdur. İddiaçı həmin 03 saylı fotoşəkildə görünən ümumi yolun (həmin ümumi yolda olan mişar daşları cavabdeh tərəfindən torpağa döşənmişdir) sağ tərəfindən öz həyətyanı torpaq sahəsinə maşın yolunu açmaq istəyir. Bu baxımdan tələb edir ki, cavabdeh yenidən onun istəyinə əsasən dəmir qapını yerindən söküb bir daha təxminən 10 metr öz həyətyanı torpaq sahəsinə tərəf, belə demək mümkünsə sürüşdürməklə, 03 saylı fotoşəkildə görünən, yəni torpaq qatının üzərində quraşdırmış olduğu dəmir setkaya yaxın olan bir yerdə yenidən quraşdırsın. Halbuki yuxarıda qeyd etdiyi kimi buna heç bir zərurət yoxdur. Çünki yuxarıda istinad etdiyi 02 saylı fotoşəkildən göründüyü kimi dəmir qapının qarşı tərəfində İddiaçı ümumi yolun sol tərəfindən öz həyətyanı torpaq sahəsinə ikinci gediş-gəliş yolunu da aça bilər. Həmin hissədə şəkildən görünən dəmir məftili sökməklə təxminən 8 metr məsafədə gediş-gəliş yolunu açmaq mümkündür və əlverişlidir. Yəni bu vəziyyətdə zərurət olmasa da, iddiaçı ikinci maşın yolunun açılmasına mübahisəsiz nail ola bilər. Mülki Məcəllənin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə mühəndis texniki ekspertizasının rəyinə əsaslanmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mülkiyyətlərində olan 0,06 hektar həyətyanı torpaq sahəsinə gedən yolun bir hissəsi Cavabdeh tərəfindən məftillə qapı qoyularaq tutulması müəyyən olunmuşdur. Həmin həyətyanı torpaq sahəsinə baza məlumatlarında başqa yolu mövcud deyildir. Faktiki vəziyyətdə də İddiaçı mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinə başqa yerdən yolun olması müşahidə edilməmişdir. Ona görə də iddia təmin olunmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə bağlı olaraq bildirir ki, 1994-cü ildən iddiaçının mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə gediş-gəliş yolu mövcud olmuşdur. Belə bir yolun mövcud olmaması nə ekspertiza rəyi ilə, nə də ki, məhkəmənin əraziyə baxış protokolu ilə müəyyən edilməmişdir. Hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsinə ayrı gediş-gəliş yolunun olub-olmamasını müəyyən etmək üçün əlavə məhkəmə mühəndis-texniki ekspertizasının təyin edilməsi və keçirilməsi zəruridir. İddiaçının ayrı yolu olduğu və əlavə olaraq apellyasiya şikayətinə əlavə olunan 02 saylı fotoşəkildən göründüyü kimi, mişar daşının olduğu yerdən dəmir qapıya qədər olan təxminən 8-9 metr məsafədə daha bir yolun açılmasına könüllü olaraq şərait yaradıldığı halda, mülkiyyətində və ya qanuni sahiblik və istifadəsində olmayan torpaq sahəsindən yolun açılmasına dair iddia qaldırması onun subyektiv hüququnun olmadığını təsdiq edir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçının keçid kimi tələb etdiyi sahə hal-hazırda bələdiyyə mülkiyyətindədir. 0.6 sot torpaq sahəsinə dair verilmiş ekspet rəyindən görünür ki, iddiaçının iki yolu vardır, yolun biri onun öz torpaq sahəsinə aiddir. Həmin yerin görüntülərinə aid foto şəkillər iş materiallarına əlavə olunmuşdur. İddiaçının tələb etdiyi torpaq sahəsində hazırda 25-30 ədəd Naringi ağacı vardır. Tələb etdiyi ərazini özü zəbt edərək naringi ağacları əkmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxs qismində cəlb olunmuş Siyakü bələdiyyəsinin sədri X7 məhkəməyə teleqram ünvanlayaraq məhəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı apellyasiya baxışında iştirak etməmişdir. O, məhkəməyə ərizə ünvanlayaraq onun iştirakı olmadan işə baxılmasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya, MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Kollegiya cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddiaçı və cavabdeh qonşu torpaq sahələrinin mülkiyyətçisi və istifadəçisidir. Astara rayonunun Siyəkü kəndi ərazisində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi 05 noyabr 2019-cu ildə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 93 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən 05 noyabr 2019-cu ildə A446090 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur. Bundan başqa, Astara rayonunun Siyəkü kəndi ərazisində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi 06 dekabr 2018-ci ildə xüsusi mülkiyyət hüququ əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində 90 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən 05 dekabr 2018-ci ildə A344125 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur. İddiaçı, mülkiyyətində olan torpaq sahəsinin- 0,06 hektar həyətyanı torpaq sahəsinə gedən yolun Cavabdeh tərəfindən açılmasını tələb etmişdir. Cavabdeh iddia edilən yolun onun tərəfindən faktiki tutulduğunu inkar etməmiş, bununla yanaşı, iddiaçının başqa gediş-gəliş yolunun olduğunu (imkanının olduğunu) bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddələrinin dispozitiv şərtlərinin ödənilməsi üçün mülkiyyətçi olan iddiaçının mülkiyyətinə qəsd və ya digər manelər ortada olmalı, bu cür maneələr mülkiyyətçinin əmlakından istifadə, sahiblik, müəyyən hallarda əmlaka dair sərəncam hüquqlarının həyata keçirilməsini məhdudlaşdırmalıdır. İş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssislərinin verdiyi arayış əsasında müvafiq ekspertizalar keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyləri alınmışdır. İş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının 3-16-16/2-10/7591 saylı, 30 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 12 sentyabr 2023-cü il tarixli, 3-21-3-43/2-2585/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin döngə nöqtələri və sərhədləri müəyyən edilmişdir. Həmin 0,06 ha torpaq sahəsinə İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən yerdən torpaq islahatına dair kompleks yerquruluşu layihəsində gediş-gəliş yolunun olması müəyyən olunmuşdur. Həmin yolun faktiki olaraq bir hissəsinin (20 m uzunluqda) açıq olması, bir hissəsinin (25 m uzunluqda) isə Cavabdeh tərəfindən məftillə qapı qoyularaq tutulması müəyyən olunmuşdur. Eyni zamanda, mütəxəssis rəyində qeyd olunanlara əsasən, Astara rayonu, Siyəkü kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində torpaq sahələri faktiki istifadə vəziyyətinə uyğun təsvir edilmişdir. Faktiki istifadə vəziyyətinə uyğun tərtib edilmiş “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”ndə İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən yerdən yol olmaması, yəni həmin yerin Cavabdeh faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi kimi olması müəyyən olunmuşdur. İddiaçının və cavabdehin faktiki istifadəsində olan torpaq sahələrinin və mübahisəli ərazinin sxemi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Şahbazova X3 mülkiyyətlərində olan 0,06 hektar həyətyanı torpaq sahəsinə gedən yolun bir hissəsi Cavabdeh tərəfindən məftillə qapı qoyularaq tutulması müəyyən olunmuşdur. Həmin həyətyanı torpaq sahəsinə baza məlumatlarında başqa yolu mövcud deyildir. Faktiki vəziyyətdə də İddiaçı mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinə başqa yerdən yolun olması müşahidə edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 10 saylı Ərazi İdarəsinin mütəxəssis arayışı əsasında verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 04 noyabr 2024-cü il tarixli, 10/7616 saylı rəyinə görə: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********85 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli X1 mülkiyyətində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. - İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları müəyyən olunaraq ölçüsünün 0,46 ha olması məlum olmuşdur. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı həmin 0,46 ha torpaq sahəsinin 0,06 ha hissəsinin xx.xx.2019- cu il tarixli, ********** qeydiyyat nömrəli, **********85 reyestr nömrəli Çıxarışla və 0,139 ha hissəsinin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********51- 10301 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olması, 0,06 ha hissəsinin Pensər çayının mühafizə zonasına aid dövlət mülkiyyətində olan torpaq sahəsi olması, qalan hissəsinin isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olması müəyyən edilmişdir (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları müəyyən olunaraq ölçüsünün 0,65 ha olması məlum olmuşdur. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı həmin 0,65 ha torpaq sahəsinin 0,06 ha hissəsinin xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli X1 mülkiyyətində olması, 0,21 ha hissəsinin Pensər çayının mühafizə zonasına aid dövlət mülkiyyətində olan torpaq sahəsi olması, qalan hissəsinin isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olması müəyyən edilmişdir (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). - İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********85 reyestr nömrəli Çıxarışla mülkiyyətində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin koordinatları onun faktiki istifadəsində olan 0,46 ha torpaq sahəsinin koordinatları daxilinə düşməsi müəyyən olunmuşdur. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli X1 mülkiyyətində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin koordinatlarının cavabdeh X6 faktiki istifadəsində olan 0,65 ha torpaq sahəsinin koordinatları daxilinə düşməsi müəyyən olunmuşdur. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********85 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə İddiaçı tərəfindən gediş- gəliş yolu kimi iddia edilən yerdən torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən gediş-gəliş yolunun olması müəyyən olunmuşdur. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanına uyğun olaraq, Astara rayonu ərazisində mövcud olan mülkiyyətçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmiş və Astara rayonu, Siyəkü kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində torpaq sahələri faktiki istifadə vəziyyətinə uyğun təsvir edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən yerdən yol olmaması, həmin yerin Cavabdeh faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi kimi təsvir edilməsi müəyyən olunmuşdur. - İddiaçı açılmasını tələb etdiyi yol olduğu iddia edilən mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması müəyyən olunmuşdur. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********85 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə İddiaçı tərəfindən gediş- gəliş yolu kimi iddia edilən yerlərdən başqa hər hansısa yolun mövcud baza məlumatlarına əsasən mövcud olmaması müəyyən olunmuşdur. Hazırda faktiki vəziyyətdə İddiaçı mülkiyyətində olan, qeyd olunan 0,06 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi həmin torpaq sahəsi ilə həmsərhəd olan mülkiyyətində olan digər 0.139 ha torpaq sahəsindən və istifadəsində olan 0.46 ha torpaq sahəsindən (Pensər çayı istiqamətindən) istifadə etməsi müşahidə olunmuşdur. Kollegiya iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəylərini sübut mənbəyi kimi qəbul edir. Ekspertizanın rəylərindən görünür ki, iddiaçı tərəfindən açılmasını tələb etdiyi sahə bələdiyyə mülkiyyətinə aiddir. Cavabdeh apellyasiya şikayətində və izahatında iddiaya qarşı etiraz edərək göstərmişdir ki, iddiaçının başqa iki yolu vardır. Yolun biri onun öz torpaq sahəsinə aiddir. Kollegiya cavabdehin etirazındakı dəlilləri əsaslı saymır. Təqdim edilmiş sübutlardan aşağıdakılar müəyyən edilir: Ekspert rəylərindən görünür ki, iddiaçının torpaq sahəsinə çıxış imkanını olması barədə cavabdehin istinad etdiyi sahələrdən biri Pensər çayının mühafizə zonasına aid dövlət mülkiyyətində olan torpaq sahəsidir. Həmin faktiki yol plan sxemə görə nəzərdə tutulan yol olmamaqla, həmin çıxışın iddiaçının mülkiyyətində olan sahə ilə birbaşa əlaqəsi yoxdur. Cavabdehin istinad etdiyi digər yol isə ekspert rəyindən göründüyü kimi, iddiaçının mülkiyyətində olan 0,06 ha həyətyanı sahəyə deyil, onun mülkiyyətində olan başqa əraziyə- 0,139 ha torpaq sahəsinə görə nəzərdə tutulan yoldur. Həmin yol da iddiaçının mülkiyyətində olan 0,06 ha torpaq sahəsi ilə birbaşa əlaqəli deyil. İddiaçının mülkiyyətində olan 0,06 ha ərazi üç tərəfdən başqa ərazilərlə əhatə olunub, həmin sahənin birbaşa yola çıxışı yoxdur. İddia edilən tərəf isə əvvəllər yol kimi nəzərdə tutulan, hazırda bələdiyyə mülkiyyətində olan sahədir. Ekspert rəyindən görünür ki, iddiaçının mülkiyyətində olan 0,06 ha həyətyanı sahəyə gediş- gəliş yolu kimi iddia edilən yerdə torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən əvvəllər gediş-gəliş yolu olmuşdur. Həmin ərazi bələdiyyə mülkiyyətində olmaqla ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Lakin müasir ölçü alətləri vasitəsilə (GPS) tərtib edilmiş rəqəmsal kadastr xəritəsində iddiaçının iddia etdiyi ərazi gediş-gəliş yolu kimi nəzərdə tutulmamışdır. Bununla belə, müəyyən edilir ki, həmin ərazi ümumi istifadədə olmaqla bələdiyyə mülkiyyətinə aid olan ərazidir, cavabdeh oradan gediş-gəliş yolu kimi istifadə edir. Cavabdehin istifadə hüququ olduğu kimi iddiaçının da həmin faktiki yoldan istifadə etmək hüququ vardır. Həmin ərazinin cavabdeh tərəfindən tutulması, iddiaçının mülkiyyətində olan sahədən sərbəst istifadə etməsinə maneçiliklər törədir. Ona görə cavabdehdən mülkiyyət hüququndan sərbəst istifadə etməsinə maneçilik yaradılan hərəkətlərinə son qoymağı tələb etməkdə iddiaçı haqlıdır. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə doğru qənaətə gəlmişdir; qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatına görə Cavabdeh 50 manat alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(018)-51/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatına görə Cavabdeh 50 manat alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-61/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-61/2025
21.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver