Məhkəmə qərarları › İş №2(106)-616/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-616/2025

03.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-616/2025 03.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 Qafil qızının, X12, İddiaçı4, İddiaçı5 və X2 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-616/2025 (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Şirvan şəhəri, 03 aprel 2025-ci il X15 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı1, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Qafil qızının, X12, İddiaçı4, İddiaçı5 və X2 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli 2(036)-134/2024 saylı qətnaməsindən (hakim Z.Pirverdiyev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar cavabdehə qarşı cavabdehin özbaşına qanunsuz zəbt etdiyi İmişli rayonunun Cəfərli kəndində yerləşən iddiaçıların birgə mülkiyyətlərində olan 1,6016 hektar torpaq sahəsindən çıxarılması və torpaq sahəsini zəbt etməsi nəticəsində vurduğu 3000 manat məbləğində maddi zərərin ödənilməsi, habelə ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçılara verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılara ümumi birgə mülkiyyətlərinə İmişli rayonunun Cəfərli kəndində İmişli rayon Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1,6016 ha torpaq sahələri vardır. Bu barədə daşınmaz əmlakın dövlət reyestr xidmətindən **********84 nömrəli Çıxarış, Torpaq sahəsinin planı və ölçüsü sənəd verilmişdir. Ailə üzvlərinin razılığı ilə torpaq sahəsini İddiaçı1 idarə edir. Qeyd edilən torpaq sahəsindən islahatdan bəri İddiaçı1 istifadə etmişdir. 2022-ci ilin sentyabr ayında şumladıqları həmin torpaq sahəsinə taxıl əkməyə getmişdir. Cavabdeh demişdir ki, bu sahə, habelə ona bitişik qardaşının torpaq sahəsi onundur və iddiaçını torpaq sahəsinə buraxmamışdır. İddiaçı1 dövlət orqanlarına müraciət etmişdir ki, gəlib yerində torpaq sahəsini sənədləşdirib mülkiyyət sənədi versinlər. Nəhayət bu il mütəxəssislər gəlib torpaq sahəsini ölçüb ona göstərmişlər və çıxarış vermişlər. Məlum olmuşdur ki, cavabdeh torpaq sahəsni qeyri-qanuni olaraq zəbt etmiş və cavabdeh həmin torpaq sahəsindən qanunsuz olaraq istifadə edir. İddiaçıların xüsusi mülkiyyətlərində olan torpaq sahəsini boşaltmasını cavabdehdən dəfələrlə tələb etsələr də, cavabdeh həmin torpaq sahəsindən çıxmır və iddiaçıları torpaq sahələrinə buraxmır. Cavabdeh iddiaçılara məxsus torpaq sahəsini zəbt edib qanunsuz olaraq istifadə etdiyinə görə Çıxarışa əsasən, iddiaçıların xüsusi mülkiyyətlərində olan torpaq sahəsindən tam və sərbəst şəkildə istifadə edib torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. 1 il torpaq sahələrində əkin apara bilmədiylərindən 3000 manat məbləğində maddi zərər çəkmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Digər iddiaçılar və cavabdeh məhkəmə baxışında iştirak etmədiyindən onların mövqeyini müəyyən etmək mümkün olmamışdır. İmişli Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli 2(036)-134/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İmişli rayonunun Cəfərli kəndində yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2 Qafil qızının, X12, İddiaçı4, İddiaçı5 və X2 birgə mülkiyyətlərində olan 1,6016 hektar torpaq sahəsindən çıxarılması, iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin 25 manat məbləği Cavabdeh, qalan 25 manat məbləği iddiaçılar İddiaçı1, İddiaçı2 Qafil qızıdan, X8, İddiaçı4, İddiaçı5 və X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X4, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh oğlu apellyasiya şikayəti verərək ləğv olunmasını, iddianın tamamilə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin və ailə üzvlərinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini başqasına verilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə işə baxarkan onun təqdim etdiyim sənədləri, şifahi və yazılı vəsatətlərimi araşdırıb hüquqi qiymət verməmişdir. Ekspert də düzgün olmayan mütəxəsis rəyinə uyğun rəy vermişdir. Belə ki, həmin idarənin iki nəfər mütəxəsisi tərəfindən 06 sentyabr 2022-ci ildə imzalanmış akt nəzərə alınmamış, X6 və ailə üzvlərinə aid olan JN:192 nömrəli torpaq sahəsinin də özgəninkiləşdirilməsinə real şərait yaratmışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və şikayətlərinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh bildirmişdir ki, onun vermiş olduğu sənədlər məhkəmə tərəfindən araşdırılmamış və qanunsuz qətnamə qəbul edilmişdir. Kollegiyanın iclasında iştirak etmiş İddiaçı1 apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, digər iddiaçılar onun ailə üzvləridir. Onları məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, torpaq sahələri cavabdehlə qonşuluqda yerləşir. 24 ildir ki, torpaq sahəsindən istifadə edir. Lakin son illər iddiaçı onun torpaq sahəsini zəbt edərək həmin yeri özününkü hesab edərək istifadə edir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış digər iddiaçılar məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilərək ləğv olunması xahiş olunduğundan, qətnamə tam mübahisələndirilmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkivyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edə tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri cavabdehə münasibətdə qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düz tətbiq etmişdir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İmişli rayonu, Cəfərli kəndində yerləşən 1,6016 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ümumi birgə pay üzrə iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. JN-191 saylı 90704018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Cavabdeh və onun ailə üzvlərinə İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1,46 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/5491 nömrəli ekspert rəyindən görünür ki, Reyestr nömrəsi **********84 olan xx.xx.2024 cü il tarixli çıxarışa və BB 141966 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş İmişli rayonu, Cəfərli kəndində yerləşən 1.6016 ha torpaq sahəsinin hüdudları (sərhədləri) müəyyən edilmişdir. JN 0191 saylı Dövlət Aktı ilə Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş imişli rayonu Cəfərli kəndində yerləşən 1.46 ha torpaq sahəsinin X7 X11 (TEKUİS-ə) əsasən hüdudları (sərhədləri) müəyyən edilmişdir. JN 0192 saylı Dövlət Aktı ilə X5 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş İmişli rayonu Cəfərli kəndində yerləşən 1.39 ha torpaq sahəsinin JN 0192 saylı planda qeyd edilən 0.7286 ha(0.73ha) hissəsinin X7 X11 (TEKUİS-ə) əsasən hüdudları (sərhədləri) müəyyən edilmişdir. JN 0192 saylı Dövlət Aktı ilə X5 və ailə üzvləririn ümumi birgə mülkiyyətinə verilmiş İmişli rayonu Cəfərli kəndində yerləşən 1.39 ha torpaq sahəsinin JN 0192 A saylı planda qeyd edilən 0.6651 ha(0.67 ha) hissəsinin X7 X11 (TEKUİS-ə) əsasən hüdudları (sərhədləri) müəyyən edilmişdir JN 0193 saylı Dövlət Aktı ilə X3 və ailə üzvlərinin Ümumi birgə mülkiyyətinə verilmiş İmişli rayonu Cəfərli kəndində yerləşən 0.56 ha torpaq sahəsinin X7 X11 (TEKUİS-ə) əsasən hüdudları (sərhədləri) müəyyən edilmişdir. Mübahisəli ərazidə yerləşən, Reyestr nömrəsi **********83 olan xx.xx.2024 cü il tarixli çıxarışa və B 142292 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən X9 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş, İmişli rayonu Cəfərli kəndində yerləşən, hal-hazırda Cavabdeh istifadəsində olan 0.56 ha torpaq sahəsinin də hüdudları (sərhədləri) müəyyən edilərək tərtib edilmiş sxemdə göstərilmişdir. İddiaçı1 iddia etdiyi mübahisəli torpaq sahəsi Reyestr nömrəsi **********84 olan xx.xx.2024 cü il tarixli çıxarışa və B 141966 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş İmişli rayonu Cəfərli kəndində yerləşən 1.6016 ha torpaq sahəsinə aiddir və Cavabdeh və digər ailə üzvləri tərəfindən istifadə olunur. JN 0191, JN 0192 və JN 0193 saylı Dövlət Aktına əsasən planda sərhədləri göstərilmiş 1.46, 1.39 (0.73 və 0.67) və 0.56 ha torpaq sahələrinin X7 X11 (TEKUİS-ə) əsasən yerləşdiyi ərazilər mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. Göründüyü kimi iddiaçılar cavabdehə qarşı cavabdehin özbaşına qanunsuz zəbt etdiyi İmişli rayonunun Cəfərli kəndində yerləşən iddiaçıların birgə mülkiyyətlərində olan 1,6016 hektar torpaq sahəsindən çıxarılması və torpaq sahəsini zəbt etməsi nəticəsində vurduğu 3000 manat məbləğində maddi zərərin ödənilməsi, habelə ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçılara verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsi işi araşdırmış və iddiaçının iddiasını qismən təmin etmişdir. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verməmişdir. Lakin cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili işin tam araşdırılmaması və sonda qanunsuz qətnamənin qəbul edilməsindən ibarətdir. Lakin işdən görünür ki, birinci instansiya məhkəməsi iş üzrə tikinti-texniki ekspertizası təyin etmiş, müvafiq rəy əldə edilərək işə əlavə edilmişdir. Rəydə həm iddiaçıların həm də cavabdehin torpaq sahələri araşdırılmış, torpaq sahələri X7 X11 (TEKUİS-ə) əsasən hüdudları (sərhədləri) müəyyən edilmişdir. Mübahisəli ərazidə yerləşən, Reyestr nömrəsi **********83 olan xx.xx.2024 cü il tarixli çıxarışa və B 142292 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən X9 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş, İmişli rayonu Cəfərli kəndində yerləşən, hal-hazırda Cavabdeh istifadəsində olan 0.56 ha torpaq sahəsinin də hüdudları (sərhədləri) müəyyən edilərək tərtib edilmiş sxemdə göstərilmişdir. Keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı1 iddia etdiyi mübahisəli torpaq sahəsi Reyestr nömrəsi **********84 olan xx.xx.2024 cü il tarixli çıxarışa və B 141966 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş İmişli rayonu Cəfərli kəndində yerləşən 1.6016 ha torpaq sahəsinə aiddir və Cavabdeh və digər ailə üzvləri tərəfindən istifadə olunur. Göründüyü kimi cavabdeh iddiaçılara məxsus olan 1.6016 ha torpaq sahəsi Cavabdeh və onun digər ailə üzvləri tərəfindən zəbt edilərək istifadə olunur. Buna görə də kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli 2(036)-134/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar