Məhkəmə qərarları › İş №2(106)-618/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-618/2025

22.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-618/2025 22.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, iddia müddəti) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X14 oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbinin direktoru Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(022)-510/2024 saylı qətnaməsindən cavabdeh Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbə qarşı iddia ərizəsi ilə müraciət edərək, Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbinin 15 sentyabr 2023- cü il tarixli 155 saylı əmrinin ləğv edilməsi və onun Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbində xadimə işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək müqaviləsi əsasında Biləsuvar rayonu Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbdə xadimə işinə qəbul edilmişdir.xx.xx.2023-cü il tarixli 155 saylı əmrlə işdən azad edilmişdir. Həmin əmrdə göstərilmişdir ki, 2023/2024-cü tədris ilində məktəbdə sinif komplektlərinin sayı azalmışdır.Bu səbəbdən qanunvericiliyə uyqun olaraq məktəbdə kiçik xidmətedici (xadimənin) işçisinin ixtisarına zərurət yaranrmşdır. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” hissəsinə əsasən 2023/2024-cü tədris ilində məktəbdə sinif komplektlərinin sayının azalması nəticəsində məktəbin kiçik xidmətedici (xadimə) işçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023cü il tarixdən ləğv edilmişdir. Qeyd olunan tarixdən onu işə buraxmamışlar.O, bu əmrlə razılaşmadığı üçün adiyyatı üzrə Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında X4 Xidmətinin Şirvan-X10 şikayət etmişdir. Həmin şöbə tərəfindən onun şikayət ərizəsi üzrə araşdırma aparılmış və cavabdeh tərəfindən yol verilmiş qanun pozuntusu aşkar edilmişdir. Ona görə də məktəbin direktoru Nümayəndə barəsində inzibati Xətalr Məcəlləsininn 192.4 və 196.6-cı maddələrinə uyğun olaraq 11 dekabr 2023- cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə inzibati icraat başlanmışdır. İnzibati xəta haqqında işə baxılaraq Biləsuvar rayonu Günəşli kənd ümumi orta məktəbinin direktoru Nümayəndə barəsində İXM-in 192.6 və 116-cı maddələrinə uyğun olaraq 22 dekabr 2023-cü il tarixli MN0023606 mömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərar qəbul edilmiş və Nümayəndə barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə təyin edilmişdir. Cavabehin qəbul etmiş olduğu əmrin qanunsuz olması təsdiq edilmiş olsa da, onu işə bərpa etməmişdir. O, işə bərpa tələbi ilə bağlı mediyasiyaya müraciət etmişdir. Cavabdeh mediyasiyaya gəlməmişdir. Mediyasiya bu haqda ona arayış vermişdir. Belə ki, hazırda evli olmaqla üç övladı (xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2022-ci il təvəllüdlü X9) vardır. O, ailənin yeganə qazanc gətirənidir. Əri heç bir yerdə işləmir. Göründüyü kimi himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı vardır. xx.xx.2012-ci il təvəllüdlü X12 3-cü dərəcəli əlildir. Onun qardaşı X7 VƏTƏN müharibəsində xx.xx.2020- ci il tarixdə şəhid olmuşdur.Əmrdə əsas kimi orta məktəbdə uşaqların sayının azalması göstərilmişdir. Halbuki o, xadimə işləyir, onun təmizlik apardığı sahə yerindədir. Ona görə də tələbinin təmin edilməsi, Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbinin 15 sentyabr 2023- cü il tarixli 155 saylı əmrinin ləğv edilməsi və onun Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbində xadimə işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Biləsuvar Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(032)-1431/2024 saylı (hakimN.Mirzəyev) qətnaməsi ilə iddia təmin edilmiş, Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbinin 15 sentyabr 2023-cü il tarixli 155 saylı əmrinin ləğv edilməsi, İddiaçı Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbində kiçik xidmətedici (xadimə) işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi qət edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(032)-1431/2024 saylı qətnaməsindən cavabdeh Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1549/2024 nömrəli, xx.xx.2024-cü il tarixli (hakim S.Mayılov) qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(032)- 1431/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbi (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 2(102)-353/2025 saylı qərarı ilə cavabdeh Biləsuvar rayonu, Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbinin kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1549/2024 nömrəli, 02 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: İşin müəyyən edilmiş hallarından görünür ki, Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbdə kiçik xidmətedici (xadimə) vəzifəsində işləyən Ağayeva X1 rayonu Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbin direktoru Nümayəndə tərəfindən xx.xx.2023-cü il tarixdə işdən azad edilərkən (əmr №155) onun himayəsində 3 yaşına çatmamış uşağının ( xx.xx.2022-ci il təvəllüdlü X9) olması və eyni zamanda öhdəsində sağlamlıq imkanları məhduld olmaqla 18 yaşına çatmamış İİİ qrup əlil uşağının (xx.xx.2012ci il təvvəllüdlü X12) olması nəzərə alınmamış və bununla da ƏM-nin 79-cu maddəsinin üç yaşınadək uşağı olan qadınlarla və öhdəsində sağlamlıq imkanları məhdud olmaqla 18 yaşınadək ailə üzvü olan işçilərlə əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunmasına dair tələblərinə əməl edilməmişdir. Bundan əlavə, işdən görünür ki, Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbdə kiçik xidmətedici (xadimə) vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsi zamanı müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı olduğu halda alınmamışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbdə kiçik xidmətedici (xadimə) vəzifəsindən azad edildikdən iki ay sonra ona əmrin surətinin verildiyini, daha sonra pozulmuş hüquqlarının müdafiəsi üçün əmək müfəttişliyinə müraciət etdiyini, məktəb direktorunun onu qanunsuz olaraq işdən çıxardığı üçün direktorun cərimə edildiyini və məktəb direktorunun onu işə bərpa edəcəyi vədini verdiyini, ötən müddət ərzində əlil uşağının xəstəliyinin şiddətlənməsi səbəbindən onun müalicəsi ilə məşğul olduğunu, ona görə də qanunvericiklə müəyyən edilmiş müddətdə işə bərpa tələbi ilə məhkəməyə müraciət edə bilmədiyini əsas gətirməklə buraxılımş prosessual müddətin üzürlü hesab edilməklə bərpa edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbdə kiçik xidmətedici (xadimə) vəzifəsində işləyən Ağayeva X1 rayonu Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbin direktoru Nümayəndə tərəfindən xx.xx.2023-cü il tarixdə işdən azad edilərkən (əmr №155) onun himayəsində 3 yaşına çatmamış uşağının ( xx.xx.2022-ci il təvəllüdlü X9) olması və eyni zamanda öhdəsində sağlamlıq imkanları məhdud olmaqla 18 yaşına çatmamış İİİ qrup əlil uşağının (xx.xx.2012-ci il təvvəllüdlü X12) olması nəzərə alınmamış və bununla da ƏM-nin 79-cu maddəsinin üç yaşınadək uşağı olan qadınlarla və öhdəsində sağlamlıq imkanları məhdud olmaqla 18 yaşınadək ailə üzvü olan işçilərlə əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunmasına dair tələblərinə əməl edilməmişdir. Bundan əlavə, işdən görünür ki, Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbdə kiçik xidmətedici (xadimə) vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsi zamanı müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı olduğu halda alınmamışdır. Məhkəmə İddiaçı ərizəsində iddia müddətinin ötürülməsi səbəblərini araşdıraraq belə hesab etmişdir ki, iddiaçının məhkəməyə işə bərpa tələbi ilə bağlı vaxtında müraciət etməməsinə dair istinad etdiyi hallar üzrlü hesab edilməli və onun pozulmuş hüquqları müdafiə edilməlidir. Birinci instaniya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsi, «Əsas Qanun»un 35-ci maddəsinin İ hissəsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 42, 77, 79, 76, 296, 300-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 375.2, 377.1, 382, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 218.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinə görə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296.6-cı maddəsinin tələbinə görə, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər. Əmək Məcəlləsinin 8-ci maddəsinin 2-ci bəndinə görə, müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. İşin hallarından görünür ki, iddiaçı 15 sentyabr 2023-cü il tarixdə işdən azad edilmiş və bu barədə məlumatlı olmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, 15 sentyabr 2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və həmin tarixdən onu işə buraxmamışlar. Bu isə onu göstərir ki, müddətin axımı həmin vaxtdan başlanmışdır. Mülki iş materiallarından görünür ki, Məktəbin direktoru Əmək Müfəttişliyi tərəfindən 22 dekabr 2023-cü il tarixdə cərimələnmişdir. İddiaçı əmək müfəttişliyinin qəbul etdiyi qərardan beş ay sonra məhkəməyə müraciət etmişdir. Mediasiya prosesinin maksimum bir ay çəkdiyi nəzərə alınsa, iddiaçının Əmək Məcəlləsinin 296-cı maddəsi ilə müəyyən edilmiş müddətləri pozduğu mübahisə predmeti ola bilməz. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Qanunla müəyyən edilir. “Mediasiya haqqında” Qanun mediasiya prosesinin keçirilməsi üçün bir aylıq müddət təyin edir. Əmək Müfəttişliyi Məktəbin direktorunu 22 dekabr 2023-cü il tarixdə cərimələyibsə, deməli, mediasiya prosesi nəzərə alınmaqla, iddiaçı ən geci 01 fevral 2024-cü il tarixdə məhkəməyə müraciət etməli idi. İddiaçı məhkəməyə müddətin üzrlü buraxılmasına dair ərizə yazaraq müddəti üzrlü buraxdığını bildirmiş və buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bu ərizənin özü də onu təsdiq edir ki, iddiaçı müddəti buraxmışdır. Bu isə müddətin buraxılmasına dair mübahisəyə yer qoymur. Lakin həmin ərizədə Əmək Məcəlləsinin 296.6-cı maddəsində nəzərdə tutulmuş, müddətin üzrlü səbəbdən buraxılmasına dair dəlil mövcud deyil. Həmin ərizədən bəlli olur ki, guya əmr iddiaçıya iki aydan sonra verilib və o, işdən azad olunma barədə iki aydan sonra məlumatlanıb. Halbuki iddiaçı işdən azad edildikdən qısa bir müddət sonra rayonun Ağayrı kənd orta məktəbində texniki işçi kimi işə qəbul edilmiş və hər gün həmin məktəbdə işə çıxmışdır. Eləcə də, iddiaçı özünün və yaxud da yaxınlarından kiminsə xəstələnməsinə dair məhkəməyə heç bir dəlil təqdim etməmiş, ümumi söz yığını ilə kifayətlənmişdir. Apellyasiya şikayətinə əlavə edilən sənəddən görünür ki, iddiaçı işdən azad edildikdən sonra əmək kitabçasının ona verilməsinə dair 18 sentyabr 2023-cü il tarixdə müvafiq kitabda imza etmişdir. Bu da iddiaçının işdən azad olunması barədə məlumatsız olmasına dair dəlilləri təkzib edir. Bütün bunlar iddiaçının müddəti heç bir üzrlü səbəb olmadan buraxdığını və məhkəmənin təqdim edilən iddia müddətinin tətbiqi barədə ərizəni qəbul etməməsinin əsassız olmasını göstərir. Birinci instansiya məhkəməsi iddiaçının işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini qət etmiş, lakin məcburi iş buraxmanın hansı dövrlər və müddət üçün həyata keçirilməli olduğunu qeyd etməmişdir. Bu isə məhkəmənin qətnamədə göstərilən nəticələrinin işin hallarına uyğun gəlməməsi deməkdir. Belə ki, iddiaçı Məktəbdən işdən azad edildikdən qısa müddət sonra 18 oktyabr 2023-cü il tarixdə rayonun Ağayrı kənd orta məktəbində işə qəbul olunmuşdur. Belə olan təqdirdə iddiaçıya hansı müddət üçün məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir? Bu məhkəmə qətnaməsindən bəlli olmur. Birinci instansiya məhkəməsi iddiaçının yeni işə qəbul edilməsinə dair müvafiq sənədlər əldə etməli və iddiaçının işsiz qalması dövrünü dəqiq müəyyən etməli idi. Birinci instansiya məhkəməsi öz qətnaməsində göstərmişdir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilərkən, müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı olduğu halda alınmamışdır. Məhkəmə növbəti abzasda isə Əmək Məcəlləsinin 80-cı maddəsinin tələblərinə istinad edir. Birinci instansiya məhkəməsində cavabdehin direktoru məhkəməyə iddiaçının həmkarlar ittifaqının üzvü olmamasını bildirmiş və bunu təsdiq edən dəlilləri məhkəməyə təqdim etmişdir. Belə olan halda həmkarlar təşkilatının üzvü olmayan işçinin işdən çıxarılması üçün həmkarlar təşkilatının razılığının alınmasına dair əmək qanunvericiliyinin tələbi yoxdur. Həmin tələb həmkarlar təşkilatının üzvü olan işçilərə şamil edilir. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlillər Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbin direktoru Nümayəndə izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Əmək Məcəlləsinin 296-cı maddəsinin İİ bəndində əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı isə heç bir üzrlü səbəbi olmadan 8 ay sonra məhkəməyə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Bu hal isə hər iki instansiya məhkəməsinin nəzərindən yayınmışdır. İddiaçı işdən çıxarıldıqdan sonra başqa bir məktəbdə işləmiş və aylıq əməkhaqqı almışdır. Aylarla işə gedib-gəlmiş, lakin müddəti ötürməsini övladının xəstəliyi ilə əlaqələndirmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı işdən azad edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçıya əmək kitabçası təqdim edilmiş, bunu təsdiq edən müvafiq sənədə imzasını da atmışdır. İddiaçı bundan sonra Əmək Müfəttişliyinə müraciət etmişdir. Halbuki fərdi əmək mübahisələrinə məhkəmələr baxır. İddiaçı birinci instansiya məhkəməsi zamanı müddətin ötürülməsinin üzrlü hesab edilməsi barədə məhkəməyə ərizə təqdim etmiş, bununla da müddəti ötürdüyünü qəbul etmişdir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini qəbul etmir. Fərdi əmək mübahisəsi və hüquqdan məhrumolma tamamilə fərqli anlayışlardır. İddiaçı qanunsuz olaraq əmək hüququndan məhrum olmuş, konstitusion hüququ pozulmuşdur. Əmr qərəz əsasında qəbul edilmişdir. Əmək Müfəttişliyi də bu qanunsuzluğu aşkar etmiş, cavabdeh cərimə edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə əmək kitabçasını almışdır. 2024-cü ilin mart ayında mediasiyaya müraciət etmiş, beləcə uzun müddət sonra yox, cəmi 4 ay sonra məhkəməyə müraciət etmişdir. İddiaçı övladının xəstəliyi ilə əlaqədar bir müddət gec məhkəməyə müraciət etmişdir. Bu da onun hüquqi savadsızlığı ilə əlaqədardır. Onu işdən azad edərkən hüquqları, yəni nə vaxt məhkəməyə müraciət etməli olması izah edilməliydi. İddiaçının xx.xx.2023-cü il tarixdə əmək kitabçasını imza etməklə götürməsi fikri tamamilə əsassızdır. İmzanın ona məxsus olub-olmaması da sual altındadır. İddiaçı hazırda heç bir yerdə işləmir. Başqa bir məktəbdə cəmi 9 ay işləmişdir. xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bitdiyi üçün işdən azad edilmişdir. İddiaçının himayəsində azyaşlı uşaqları var və uşaqlarından biri əlildir. Onun xəstəliyi ilə əlaqədar reseptləri mövcuddur. Bütün bu halların nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Biləsuvar Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2(022)-510/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin b-ci bəndinə əsaəsn işçilərinin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv olunması əsaslarından biri də Həmin Məcəllənin 78-ci maddəsinin 2-ci bəndinə əsaəsn işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanların işdə saxlanılmasına üstünlük verir. Həmin Məcəllənin 79-cu maddəsinin 1-ci bəndinə əsasən üç yaşınadək uşağı olan qadınların, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla işəgötürən tərəfindən ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76- cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və.i.a) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzürlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli qərarı; “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Cavabdehin apellyasiya şikayətindən görünür ki, apellyator Biləsuvar Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(022)-510/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Biləsuvar Rayon Məhkəməsinin 02 iyul 2024cü il tarixli, 2(022)-510/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətlərinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Yüksək instansiya məhkəməsinin qanuni göstərişlərini nəzərə alan məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamə ilə işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(032)-1431/2024 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbin (bundan sonra “cavabdeh” və ya “Məktəb”) qarşı 15 sentyabr 2023-cü il tarixli, 155 saylı əmrinin ləğv edilməsi və onun Məktəbdə xadimə işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı həmçinin ərizə verərək buraxılmış iddia müddətinin bərpasını da xahiş etmişdir Birinci instansiya məhkəməsində cavabdeh Məktəbin nümayəndəsi (direktoru) Nümayəndə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaya etiraz etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə işdən azad edilərkən (əmr №155) onun himayəsində 3 yaşına çatmamış uşağının ( xx.xx.2022-ci il təvəllüdlü X9) olması və eyni zamanda öhdəsində sağlamlıq imkanları məhduld olmaqla 18 yaşına çatmamış İİİ qrup əlil uşağının (xx.xx.2012-ci il təvvəllüdlü X12) olması nəzərə alınmamış və bununla da ƏM-nin 79-cu maddəsinin üç yaşınadək uşağı olan qadınlarla və öhdəsində sağlamlıq imkanları məhdud olmaqla 18 yaşınadək ailə üzvü olan işçilərlə əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunmasına dair tələblərinə əməl edilməmişdir. Həmçinin iddiaçının məhkəməyə işə bərpa tələbi ilə bağlı vaxtında müraciət etməməsinə dair istinad etdiyi hallar üzrlü hesab edilməli və onun pozulmuş hüquqları müdafiə edilməlidir. Yüksək instansiya məhkəməsinin qanuni göstərişlərini nəzərə alan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə tərkibi iddia tələbi və onun həlli ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçının iddia müddətini ötürməsi işin mübahisəsiz halı kimi müəyyən edildiyindən, məhkəmə tərkibi iddia müddətinin bərpası barədə gəlinən nəticə ilə bağlı məsələyə diqqəti cəlb etməyi zəruri hesab edir Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsinə görə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Göründüyü kimi, qanunvericilik fərdi əmək mübahisəsinin həll edilməsi üçün 1 aylıq iddia müddəti müəyyən etmiş, eyni zamanda həmin müddətin üzrlü səbəblərdən ötürülməsi halında onun bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində işlədilən “mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi məhkəmənin səlahiyyətini, “bərpa edərək” ifadəsi isə bu səlahiyyətini yaranmasının əsasını bildirir. Ona görə də məhkəmə əmək mübahisəsinə mahiyyəti üzrə o halda baxa bilər ki, iddia müddətini bərpa etsin. Səlahiyyətin əksi qadağadır. Ona görə də həmin ifadənin əksi, yəni “mübahisəyə mahiyyəti üzrə baxa bilməz” ifadəsi o mənanı verir ki, iddia müddəti keçdikdə məhkəmə yalnız bu fakta əsaslanaraq iddianı rədd etməlidir. İddia müddəti keçdiyi halda məhkəmənin etməli olduğu hərəkətlər barədə mülki hüquqa aid qaydalar (məhkəmənin qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırması) əmək münasibətlərində tətbiq edilməli deyil. Çünki, Mülki Məcəllənin 2.3-cü maddəsinə görə əmək münasibətləri, əgər əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulmayıbsa mülki qanunvericiliklə tənzimlənir. Hazırkı işə münasibətdə əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulub: iddia müddəti bərpa olunmursa məhkəmə mübahisəyə mahiyyəti üzrə baxa bilməz. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olub olmadığı və pozulubpozulmadığı müəyyən edilə bilməz. Ona görə də məhkəmə əmək mübahisəsini həll edərkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığını araşdırmalı deyil, Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalıdır. Belə ki, Əmək Məcəlləsi iddianın başlanğıcını təyin edərkən mülki qanunvericilikdən fərqli olaraq konkret gün müəyyən edib. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində həmin gün belə göstərilib: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün. Bundan başqa, iddia müddətinin məqsədi həm də ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Əmək mübahisələrinin həll zamanı Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığı və həmin hüququn cavabdeh tərəfindən pozulub pozulmadığının araşdırılması iddia müddətinin özünün məqsədinə ziddir. Çünki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı sübutlar toplanmadan və qiymətləndirilmədən müəyyən edilə bilməz. Əks təqdirdə, belə nəticə hasil olur ki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla müəyyən edilməlidir. İddiaçı buraxılmış iddia müddətinin bərpası barədə barədə ərizə verərək, ərizəsində müddətin ötürülməsinin üzrlü halı kimi əmrin surətinin işdən azad edildikdən iki ay sonra ona verilməsinə, pozulmuş hüquqlarının müdafiəsi üçün əvvəlcə əmək müfəttişliyinə şikayət etməsinə, onu qanunsuz olaraq işdən çıxardığı üçün Məktəbin direktorunun cərimə edilməsinə, onun işə bərpa ediləcəyinə vəd verilməsinə, bundan sonra mediasiyaya müraciət etməsinə, eləcə də bu müddət ərzində əlil uşağının xəstəliyinin şiddətlənməsi səbəbindən uşağının müalicəsi ilə məşğul olmasına istinad etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçıya əmək kitabçası 18 sentyabr 2023-cü ildə təqdim edilmiş, bu səbəbdən də iddiaçının hazırkı tələblə bağlı iddia müddətinin axımı həmin tarixdən başlamış, iddiaçı 04 fevral 2024-cü ildə mediasiya orqanına müraciət etmiş, 15 mart 2024-cü ildə isə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərmişdir. Bununla da iddiaçı həqiqətən də hazırkı iddianı iddia müddətini ötürməklə vermişdir. Qeyd edilməlidir ki, iddia müddətinin bərpası barədə ərizə verilməsi özü-özlüyündə ötürülmüş iddia müddətinin bərpasına əsas vermir. Hər bir halda bu barədə ərizə verən şəxs üzrlü halların nədən ibarət olmasını bildirməli və buna dair sübutlar təqdim etməlidir. Məhkəmənin də vəzifəsi təqdim edilmiş sübutlar əsasında şərh edilən halların üzrlü olubolmamasını müəyyən etməkdir. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 382-ci maddəsinə görə iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. İddiaçı müddətin bərpası barədə ərizə versə də, ərizəsində üzrlü hal kimi qeyd etdiyi hallarla, eləcə də hazırki işdə iddia müddətinin 1 ay olması nəzərə alınmaqla, həmin halların 1 ay ərzində baş verməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iddia müddətinin bərpası barədə iddiaçının ərizəsində göstərilən halları üzrlü hesab etməklə kifayətlənərək, iddiaçının pozulmuş hüquqlarının müdafiə edilməli olması qənaətinə gəlsə də, həmin halların üzrlü olması ilə bağlı gəldiyi nəticəni hansı sübutların araşdırılması və qiymətləndirməsi vasitəsilə müəyyən etdiyini qətnamədə göstərməmişdir. Prosessual qanunvericiliyə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini müəyyən etməlidir. Həmçinin iddia müddətinin üzrlü səbəbdən ötürülməsi kimi iddiaçının bu müddət ərzində əlil uşağının xəstəliyinin şiddətlənməsi səbəbindən uşağının müalicəsi ilə məşğul olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, iddiaçı iddia müddətini ötürmüşdür. İşin hallarından görünür ki, əmək kitabçası 18 sentyabr 2023-cü ildə iddiaçıya təqdim edilmiş və o artıq cavabdeh tərəfindən onunla əmək müqaviləsinə xitam verildiyini bilmişdir. İddiaçı məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmüşdür. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Digər tərəfdən “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, ... məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Konstitusiya Məhkəməsinin istinad edilən Qərarından da görünür ki, iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutlar araşdırılıb qiymətləndirməlidir. İddiaçı tərəf isə, birinci instansiya məhkəməsinə ötürülmüş müddətin bərpasına dair ərizə versə də, buna dair sübutları məhkəmə təqdim edə bilməmişdir. Analoji işlərdə iddia müddətinin ötürülməsinin üzrlü halı kimi pozulmuş hüquqların müdafiəsi üçün əvvəlcə əmək müfəttişliyinə şikayət edilməsi barədə dəlillə bağlı qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Məcəllənin 294-cü maddəsinin 2- ci hissəsinə görə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Məcəllənin 294-cü maddəsinin 4-cü hissəsinə görə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Göründüyü kimi, Əmək Məcəlləsi fərdi əmək mübahisəsini həll edən orqan kimi bir qayda olaraq məhkəmələri nəzərdə tutur. Bundan istisna o vaxt ola bilər ki, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan yaradılmış olsun. Başqa sözlə, Qanun məhkəmədən kənar (məhkəməyə qədər) fərdi əmək mübahisəsini həll edən orqan olaraq yalnız bir istisnanı nəzərdə tutur. Bu istisna odur ki, fərdi əmək mübahisələrini həll edən orqan yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmış olsun. Əmək münasibətlərini nizama salan, sahəvi Qanun olan Əmək Məcəlləsi hər hansı digər orqanı fərdi əmək mübahisələrini nizama salan orqan kimi qəbul etmir. Bu baxımdan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X11 Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrini həll edən orqan kimi qəbul edilə bilməz. Bu baxımdan, həmin orqana müraciət edilməsi iddia müddətinin buraxılmasının üzrlü halı kimi nəzərdən keçirilə bilməz. Eyni hüquqi mövqe Konstitusiya Məhkəməsinin adı çəkilən 30 iyul 2021-ci il tarixli Qərarında da göstərilib. X5 məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olub ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti haqqında” Əsasnamənin 1.1- ci bəndinə əsasən, X11 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. X11 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Həmçinin iddia müddətinin üzrlü səbəbdən ötürülməsi kimi iddiaçının bu müddət ərzində əlil uşağının xəstəliyinin şiddətlənməsi səbəbindən uşağının müalicəsi ilə məşğul olması barədə dəlili ilə bağlı da yuxarıda qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi hər hansı sübuta istinad etməmişdir. Nəzərə alınmalıdır ki, bu halın iddia müddəti ərzində (1 ay) baş verib-verməməsi də işdən məlum deyil. Yüksək instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, cavabdeh iddiaya etirazında iddiaçının artıq 18 noyabr 2023-cü ildən başqa məktəbdə əmək müqaviləsi ilə işləməsini bildirmiş və bu barədə müvafiq arayış təqdim etmişdir. Lakin bu məsələ də açıq qalmış, iddiaçının hələ də həmin işdə qalıb-qalmamasına aydınlıq gətirilməmişdir. Məhkəmə tərkibi yüksək instansiya məhkəməsi tərəfindən qeyd edilən hallar barədə araşdırılma aparılmışdır. İş materiallarında olan arayışdan (səhifə 63) aydın olur ki, İddiaçı 18 noyabr 2023-cü il tarixdən Ağayrı kənd ümumi orta məktəbində kiçik xidmətçi vəzifəsində müddətli müqavilə ilə fəaliyyət göstərmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əmək kitabçasının surətindən aydın olur ki, İddiaçı əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uzadılmış, Ağayrı kənd ümumi orta məktəb üzrə xx.xx.2024-cü il tarixli əmrə əsasən xx.xx.2024-cü il tarixdə İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi İddiaçı iddia müddətini uşaqlarının xəstə olması və onları müalicə etməsi səbəbiylə ötürdüyünü qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, həmçinin xx.xx.2023-cü il tarixdən etibarən başqa bir məktəbdə işə düzəlmiş və faktiki olaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu onun: - Əmək qabiliyyətində olduğunu - Məhkəməyə müraciət etmək üçün fiziki və hüquqi maneəsinin olmadığını göstərir. Məhkəmə tərkibi qeyd edir ki, iddia müddətinin ötürülmə səbəbləri və iddiaçının həmin dövrdə işləməsi faktı arasında olan ziddiyyət iddiaçının iddia müddətini ötürülmə səbəblərinin etibarsız və bahənə xarakterli olduğunu sübut edir. Bundan başqa idiaçı iddia müddətinin üzrlü səbəbdən ötürülməsi kimi Əmək Müfəttişliyinə müraciət etməsini, onun cavabını gözləməsini, onların işə bərpa vədinə inandığını, mediasiyaya müraciət etməsini qeyd etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1.6-cı maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddəti axımı dayandırılır. Maddənin də tərifindən göründüyü kimi mediasiya prosesinə sərf edilən müddət iddia müddətinə axımının dayanmasına əsasdır. X8 müraciət etmək əmək hüququnun qounması üçün nəzərdə tutulmuş inzibati vasitədir və bu, işçinin məhkəməyə müraciət hüququnun məhdudlaşdırmır və dayandırmır. İşçi paralel olaraq həm Əmək Müfəttişliyinə, həm də məhkəməyə müraciət edə bilərdi, çünki bunlar bir-birinə alternativ və ya bir-birindən asılı prosedurlar deyildir. X2 işəgötürənə qarşı inzibati tədbirlər görmək, pozuntuları sənədləşdirmək, cəza tədbirləri tətbiq etmək səlahiyyəti vardır. X6 əmək münasibətlərinin bərpası barədə vəd verməsi şəxsi fikir və ya qeyri-rəsmi şifahi ifadə ola bilər, bu hüquqi nəticə doğurmur. İddiaçının “bu vədə inandım və gözlədim” deməsi hüquqi əsas sayılmır və bəhanə xarakterlidir. Qeyd edilməlidir ki, iddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin “Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş” üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı iş” üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə tərkibi qeyd etməyi vacib hesab edir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Göründüyü kimi, məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və eyni zamanda məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Hazırkı halda birinci instansiya məhkəməsi tərəfindən ədalətli araşdırma aparılmamış, iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmamış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirməmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirməmişdir. Beləliklə apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(022)-510/2024 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(022)-510/2024 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar