Məhkəmə qərarları › İş №2(106)-619/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-619/2023

03.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-619/2023 03.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X20 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və X16 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 8 saylı regional ərazi filialına qarşı "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi" barədə ərizəsində dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 1 mart 2022-ci il tarixli 2(050)-305/2022 saylı qətnaməsindən (hakim C.Quliyev) maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və X16 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 8 saylı regional ərazi filialına qarşı "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi" barədə xüsusi icraat qaydasında ərizə ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, Masallı Rayon Dövlət Arxivi tərəfindən müraciəti əsasında verilmiş 10 noyabr 2021-ci il tarixli 485/3 saylı və 10 noyabr 2021-ci il tarixli 485/4 saylı arxiv arayışlarının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, xx xxxxxx 1955-cidə Masallı rayonunun Qızılağac kəndində doğulmuşdur. Ailə vəziyyətləri maddi cəhətdən ağır olduğundan valideyinlərinin razılığı əsasında 23 iyun 1967-ci il tarixdən “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozunun örtüklü tərəvəz yetişdirmə briqadasına fəhlə kimi işə qəbul olmuşdur. 30 dekabr 1995-ci il tarixə kimi bu təsərrüfatda müxtəlif işlərdə işləməklə hər ay aylıq əmək haqqı almışdır. 23 iyun 1967-ci il tarixdən 30 dekabr 1995-ci il tarixə kimi keçmiş “Kalinin” adına sovxozda işləməsi ilə bağlı adına yazılmış əmək kitabçası da vardır. 10 dekabr 1974-cü il tarixdən 16 noyabr 1976-cı il tarixə kimi keçmiş SSRİ silahlı qüvvələrinin tərkibində müddətli həqiqi hərbi xidmətdə də olmuşdur. Yaşa görə əmək pensiyasına çıxmaq üçün hüququ yarandığından müraciəti əsasında Dövlət Sosial Müdafiə Fondu Dövlət Sosial X19 rayon şöbəsi tərəfindən ona 16 fevral 2019-cu il tarixdə əmək pensiyası təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 8 saylı regional ərazi filialından ona məlumat verilərək, əmək pensiyası təyin olunması ilə bağlı filalda saxlanılan sənədlərində üyğunsuzluqlar olduğundan ödənilən pensiyanın dayandırıldığı izah edilmişdir. 23 iyun 1967-ci il tarixdən 30 dekabr 1995-ci il tarixə kimi keçmiş “Kalinin”adına tərəvəzçilik-südçülük sovxozunda işləməsi ilə bağlı arxiv arayışının verilməsi barədə müraciəti əsasında Masallı Rayon Dövlət Arxivi tərəfindən ona arayışlar verilmişdir. Həmin arxiv arayışlarının əsillərini Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 8 saylı regional ərazi filialına təqdim etmişdir. Qeyd olunan filaldan ona bildirilmişdir ki, onun keçmiş “Kalinin” adına sovxozda işləməsi ilə bağlı Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli 485/3 və 485/4 saylı arayışlarda soyadı “Abbasov” kimi qeyd edilmişdir. O da, həmin arxiv arayışlarına baxarkən soyadının səhvən “Abbasov” kimi yazıldığını görmüşdür. ünvan 1ində fəaliyyət göstərmiş keçmiş “Kalinin” adına tərəvəzçiliksüdçülük sovxozunda “X14” adında şəxs işləməmişdir. Həmin sovxozda 23 iyun 1967-ci il tarixdən 30 dekabr 1995-ci il tarixə kimi o, işləmişdir. Texniki səbəbdən səhvən onun soyadı “Abbasov” kimi yazılmışdır. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 8 saylı regional ərazi filialının əmək pensiyalarının təyin edilməsi sektorunda adına məxsus olan sənədlərdə uyğunsuzluq olduğundan, əmək pensiyanın dayandırılması ilə bağlı qərar qəbul edilmişdir. Ərizə ilə müraciət edərək ona yaşa görə təyin olunmuş əmək pensiyasının davam etdirilməsini xahiş etsədə, imtina məktubu verilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və X16 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı ərizəyə qarşı yazılı etiraz verilərək, təmin olunmaması xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün göstərilən aşağıda şərtlərin olması zəruridir: 1) şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); 2) həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; 3) məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə’’ Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Ən azı iki nəfər şahid olmalı, şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli), ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Yəni, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və isdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Əsasnamənin həmin bəndinin tələbinə görə şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 3.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və va təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Ərizəçi ərizənin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək ərizəsinin təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, “Abbasov” soyadı onun ata soyadı olmuşdur. Atası ilə anasının rəsmi nikahı olmadığından, onun soyadı bəzi sənədlərdə “Abbasov” kimi qeyd edilmişdir Masallı Rayon Məhkəməsinin 1 mart 2022-ci il tarixli 2(050)-305/2022 saylı qətnaməsi ilə ərizə təmin olunaraq, Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli 485/3 və 10 noymbr 2021-ci il tarixli 485/4 saylı arxiv arayışlarının Ərizəçi məxsus olması faktı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 307.1, 307.2.5 və 308-ci maddələrinə istinadla gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ərizəçinin tələbi iş stajının müəyyən olunması barədə deyil, hüquq müəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Bu baxımdan işin müəyyən olunan halları Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli 485/3 saylı və 10 noyabr 2021-ci il tarixli 485/4 saylı arxiv arayışlarının ərizəçiyə məxsus olmasını inkar etmir. Sübutların biri-biri ilə qarşılıqlı təhlili, hətta maraqlı şəxsin özü də neçə illər Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli 485/3 saylı və 10 noyabr 2021ci il tarixli 485/4 saylı arxiv arayışlarında göstərilmiş “Abbasov” soyadının “Məmmədov” soyadı kimi qəbul edərək, həmin sənədlərin ərizəçiyə məxsus olduğunu qəbul edib və bir neçə il keçdikdən sonra soyadın fərqli olması səbəbi ilə həmin sənədlərin ərizəçiyə məxsus olmadığı nəticəsinə gəlib. Həmin əsas maraqlı şəxs tərəfindən “Abbasov” soyadının “Məmmədov” soyadı kimi qəbul edilən zaman artıq mövcud idi. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə və işin digər hallarına əsaslanaraq hesab etmişdir ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün qanuni əsaslar vardır. Ərizəçi, qeyd olunan faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də ərizə təmin edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən maraqlı şəxs apellyasiya şikayəti verərək ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Masallı rayon Dövlət Arxivinin 10 noyabr 2021-ci il tarixli 485/3 nömrəli arayışından görünür ki, işlədiyini iddia etdiyi "Kalinin" adına Tərəvəzçilik-Südçülük sovxozunda 1967-1974-cü illər üzrə əmək haqqı cədvəllərində və 10 noyabr 2021-ci il tarixli 485/4 nömrəli arayışdan isə işə daxil olma və azad edilmə əmrlərində soyadı “Məmmədov” əvəzinə Abbasov” olaraq qeyd edilmişdir. Məhkəmə iclası zamanı dəvət edilmiş şahidlər aşağıda qeyd olunan qaydada şifahi izahatlar vermişlər: 1-ci şahid X10 bildirmişdir ki, o, Ərizəçi ilə eyni kəndlidir. “Kalinin" adına tərəvəzçilik-südçülük sovxozunda əmək fəaliyyətinə 1974-cü il tarixdən başlamış, 1976-cı il tarixdə hərbi xidmətə getməsi ilə əlaqədar işdən çıxmış, hərbi xidmətdən qayıtdıqdan sonra 1980-ci il tarixdə yenidən “ Kalinin" adına tərəvəzçilik-südçülük sovxozunda işə qəbul edilmişdir. 31 oktyabr 1991-ci il tarixdən həmin sovxozda işləmişdir. Onunla eyni kənddən olan Ərizəçi “Kalinin” adına Tərəvəzçilik- Südçülük sovxozunda işləyirdi, heyvanlara baxırdı. 2-ci Şahid3 bildirmişdir ki, o, Ərizəçi ilə eyni kəndlidir. 1985- 1986-cı illərdə, sonradan 1991-1993-cü illərdə “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozunda işləmişdir. Onunla eyni kənddən olan Ərizəçi “Kalinin" adına tərəvəzçiliksüdçülük sovxozunda mallara baxmasını, çoban işləməsini görmüşdür. İş materiallarında olan şahid ifadələrindən də göründüyü kimi Ərizəçi göstərilən şahidlərlə 1985-ci -il tarixdən 1986-cı il tarixədək və 1991-ci il tarixdən 1993-cü il tarixədək olan dövrlər üzrə birgə işləmişdir. 1-ci instansiya məhkəməsi şahid ifadələrinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, şahidlər və ərizəçinin birgə işlədiyi dövrün 3 il (1985-1986-cı illər və 1991-1993-cü illər) olmasına baxmayaraq 1-ci instansiya məhkəməsi ərizəçinin iddia ərizəsində qeyd olunan bütün dövrü təsdiq etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq şahidlərin işlədiyi dövrlə Ərizəçi işlədiyini iddia etdiyi dövr üst-üstə düşməməsinə baxmayaraq, 1-ci instansiya məhkəməsi tərəfindən şahid ifadələrinə düzgün hüquqi qiymət verilməmiş və şahidlərin ifadələrini sübut kimi qəbul etmişdir. Sözügedən əsasnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Ərizəçi 10 noyabr 2021-ci il tarixli 486/3 və 485/4 nömrəli arxiv arayışlarında soyadının səhvən “Abbasov” yazıldığını iddia etməsə də, bunun nə ilə əlaqədar olmasını əsaslandıra bilməmişdir. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və va sistemdə birgə isdən tanıyan və ərizəçinin isini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün: Ən azı iki nəfər sahid olmalı: Şahidlər ərizəçini birgə isdən tanımalı eyni dövrdə işləməli: Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Lakin hazırkı iş üzrə məhkəmə iclasında iştirak etmiş hər iki şahidin ərizəçinin iddia etdiyi dövrlə (1967-1995-ci illər) üst-üstə düsən birgə dövrün müddəti 1985-1986-cı illər və 1991-1993-cü illəri əhatə edir (idddia olunan dövrə münasibətdə cəmi 3 il). Beləliklə yuxarıda gevd olunanlara əsasən 1-ci instansiya məhkəməsi tərəfindən şahid ifadələrinə düzgün hügugi qiymət verilməmiş və ərizəçinin tələbi təmin edilmişdir. Hazırkı iş üzrə cəlb edilmiş şahidlərin (Şahid2 və Şahid3) ifadələrinə əsasən onların işlədiklərini qeyd etdikləri dövr ərizəçinin tələbini əhatə etməməsi səbəbi ilə mötəbər sübut hesab edilə bilməz. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Apellyasiya instansiya məhkəməsində əvvəlki icraat. Şirvan Apellyasiya Məhkəməsinin 6 iyul 2022-ci il tarixli 2(106)-1210/2022 saylı qətnaməsi (hakimlər S.Mayılov, N.Mirzəyev, T.Heydərov) ilə maraqlı şəxsin apellyasiya şikayəti təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 1 mart 2022-ci il tarixli 2(050)- 305/2022 saylı qətnaməsi ləğv edilərək ərizə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, Masallı rayon İHB-nin Qızılağac kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin arayışına görə ərizəçi, “Kalinin” adına sovxozda işləyərkən soyadı səhv olaraq “Abbasov” qeyd edilib. X14 adlı şəxsin ərazidə olmaması və yaşamaması barədə 01 dekabr 2021-ci il tarixli, 894 saylı arayış, hazırlanması üçün əsas götürülən faktlara istinad edilmədiyi üçün “əsaslı şübhədən kənar” sübut sayıla bilməz. Belə ki, qüvvədə olan təlimata görə, arayış və məlumat vərəqəsinin mətni iki hissədən ibarət olmalıdır. Birinci hissədə sənədin hazırlanması üçün əsas götürülən faktlar, ikinci hissədə isə nəticələr və təkliflər yazılır. Bundan başqa, sözügedən arxiv arayışlarının X11 verməsi də həmin şəxsin mövcudluğunu təsdiq edir. Ərizəçinin təqdim etdiyi şahid ifadələrində onun həmin arxiv arayışlarında göstərilən müddətdə “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozunda işləməsi təsdiq edilmir. Belə ki, şahidlərin ərizəçi ilə birgə iş dövrünün müddəti arxiv arayışlarında əks olunmuş bütün dövrü əhatə etmir. Eyni zamanda şahidlər, adına arayış verilən “X14” adlı şəxsin “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozunda işləməsi halını inkar etməyiblər. Bundan başqa, ərizəçi əmək fəaliyyətinə 23 iyun 1967-ci il tarixdən başladığını bildirib və onun adına olan 25 yanvar 1970-ci il tarixli Əmək kitabçasının sonuncu 18-19-cu səhifələrində onun 23 iyun 1967-ci il tarixli, 207 saylı əmrə əsasən 23 iyun 1967-ci ildən “Kalinin” adına sovxozda örtülü tərəvəz yetişdirmə briqadasına fəhlə qəbul edilməsi barədə qeyd aparılıb. Masallı Rayon Dövlət Arxivinin 10 noyabr 2021-ci il tarixli 485/4 saylı arxiv arayışında X8 23 iyun 1967-ci il tarixli 207-15 saylı əmrlə sabiq Kalinin adına tərəvəzçilik-südçülük sovxozunun örtüklü tərəvəz yetişdirmə briqadasına fəhlə qəbul edildiyi qeyd edilib, lakin Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli 485/4 saylı arayışın verilməsinə əsas olmuş “Kalinin” adına sovxoz üzrə 23 iyun 1967-ci il tarixli 207 saylı əmrin surətindən görünür ki, həmin əmr ümumiyyətlə bir ay sonra, yəni 23 iyul 1967-ci il tarixdə verilib. Ərizəçi, 25 yanvar 1970-ci il tarixli əmək kitabçasında, onun ilk dəfə əmək fəaliyyətinə başladığına dair məlumatı özündə əks etdirən 23 iyun 1967-ci il tarixli, 207 əmrə əsasən 23 iyun 1967-ci ildən “Kalinin” adına sovxozda örtülü tərəvəz yetişdirmə briqadasına fəhlə qəbul edilməsi barədə qeydin kitabçanın ilk deyil, son səhifəsinə aparılmasına, kitabçanın işə qəbul olunduğunu bildirdiyi tarixdən 2 il 7 ay sonra tərtib olunmasına əsas olmuş halları izah edə bilməyib. Həmçinin, 25 yanvar 1970-ci il tarixli əmək kitabçasında qeyd edilmiş 21 yanvar 1970-ci il tarixli 45 saylı əmrin başqa işə keçirmə barədə deyil, işə qəbul barədə olduğunu, 23 iyun 1967-ci il tarixdə hər hansı əmrin verilmədiyini nəzərə alaraq, ərizəçinin əmək fəaliyyətinə 23 iyun 1967-ci il tarixdən başladığına dair bildirdiklərini işin hallarına uyğun saymır. Bundan başqa, 23 iyun 1967-ci il tarixli əmr verilərkən, ərizəçinin 12 yaş, 5 ay, 7 günlük olması həmin əmrin onun barəsində olmadığını təsdiq edir. Bundan başqa, Masallı Rayon Dövlət Arxivinin 1977-ci ildən 1985-ci il tarixədək və 1986-cı ildən 1995-ci il tarixədək sabiq “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozunda işlədiyi əmək haqqı almasına dair 10 noyabr 2021-ci il tarixli, 485 və 485/1 saylı arxiv arayışlarında, eləcə də yalnız 18 iyun 1974-cü il tarixli, 280-5 saylı əmrlə 28 may 1974-cü ildən sabiq “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozuna fəhlə qəbul edilməsinə, 30 noyabr 1974-cü il tarixli, 573 saylı əmrlə hərbi xidmətə çağrıldığına görə işdən azad edilməsinə dair 10 noyabr 2021-ci il tarixli, 485/2 saylı arxiv arayışında ərizəçinin soyadı “Məmmədov” göstərilib. Masallı Rayon Dövlət Arxivinin 10 noyabr 2021-ci il tarixli, 485/3 saylı arxiv arayışında X8 “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozunda 1967-ci ilin iyul ayından 1974-cü ilin noyabr ayınadək işlədiyi müddətdə əmək haqqı aldığı göstərilib. İlk öncə ərizəçi, Masallı Rayon Dövlət Arxivinin 10 noyabr 2021-ci il tarixli 485, 485/1 və 485/2 saylı arxiv arayışlarında soyadının doğru göstərildiyi halda, özünə məxsus olduğunu qeyd etdiyi arayışlarda isə soyadının “Abbasov” göstərilməsinə səbəb ola biləcək halları izah edə bilməyib. Masallı Rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş digər əmrlərdə də, barəsində əmr verilmiş şəxsin soyadının “Abbasov” olduğu göstərilib. Bütün bu əmrlərdə ərizəçinin soyadında yanlışlığa yol verilməsi ağlabatan deyil. Beləliklə məhkəmə, sözügedən arxiv arayışlarında X8 işəgötürənin 12 mart 1974-cü il tarixli, 112 saylı əmri ilə öz ərizəsinə əsasən işdən azad edildiyi halda, ərizəçinin əmək münasibətlərini davam etdirməsi, yalnız hərbi xidmətə çağırıldıqdan sonra, bu əsasla işəgötürənin 30 noyabr 1974-cü il tarixli, 573 saylı əmri ilə işdən azad edilməsi, ərizəçinin həmin əmrlərin hər ikisini özünə aid etməsi və bu barədə “əsaslı şübhədən kənar” sübut təqdim etməməsi, sözügedən arxiv arayışlarının ərizəçi barəsində olması nəticəsinə gəlməyə əsas vermir. d) Kassasiya instansiya məhkəməsində icraat. Şirvan Apellyasiya Məhkəməsinin 6 iyul 2022-ci il tarixli 2(106)-1210/2022 saylı qətnaməsi ərizəçi tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 202-ci il tarixli 2(102)- 5688/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. e) Kasasiya instansiyası məhkəməsinin göstərişləri. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi yeni apellyasiya baxışına göndərən kassasiya instansiya məhkəməsinin Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə müvafiq olaraq işə yenidən baxan məhkəmə üçün məcburi göstərişləri aşağıdakılardan ibarət olmuşdur; Ərizəçi, ərizəsində xx xxxxxx 1955-ci ildə ünvan 1ində doğulduğunu, ailə və maddi vəziyyəti ağır olduğu üçün valideynlərinin razılığı ilə 23 iyun 1967-ci il tarixdən “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozuna örtüklü tərəvəz yetişdirmə briqadasına fəhlə qəbul edildiyini, 30 dekabr 1995-ci il tarixədək həmin təsərrüfatda müxtəlif işlərdə çalışmaqla, hər ay əmək haqqı aldığını, yaşa görə əmək pensiyasına çıxmaq hüququ yarandığı üçün, müraciətinə əsasən maraqlı şəxs tərəfindən ona 16 fevral 2019-cu il tarixdə əmək pensiyası təyin edildiyini, 03 dekabr 2021-ci il tarixdə maraqlı şəxs tərəfindən onun təqdim etdiyi arxiv arayışlarında soyadının “Məmmədov” əvəzinə, texniki səhv olaraq “Abbasov” yazıldığı üçün sənədin ona məxsus olması faktının müəyyən edilmədiyi əsas tutularaq, ona ödənilən pensiyanın əvvəl dayandırıldığını, sonradan isə onun əmək pensiyası hüquqununa yenidən baxılmasından imtina edildiyini göstərib, sözügedən arxiv arayışlarının ona məxsus olması faktının müəyyən edilməsini iddia edir. Maraqlı şəxs isə ərizəçinin 23 iyun 1967-ci ildən 30 dekabr 1995-ci il tarixədək “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozunda müxtəlif vəzifələrdə çalışdığını iddia etsə də, onun həmin sovxozda işləməsinə dair təqdim etdiyi arxiv arayışlarında soyadı “Məmmədov” əvəzinə, “Abbasov” qeyd edildiyindən, sənədin ona məxsus olması faktı müəyyən edilmədiyi üçün, ona ödənilən pensiyanın əvvəl dayandırıldığını, sonradan isə onun əmək pensiyası hüquqununa yenidən baxılmasından düzgün olaraq imtina edildiyini göstərib, ərizəyə etiraz edir. Göründüyü kimi ərizəçinin, ərizəsinin hüquqi əsasını Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinin tələbləri təşkil edir. Həmin normanın mənasına görə məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər. Əvvəla, mülki prosessual qanunverciliyə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qayadasında baxır və məhkəmə hüquqi əhəmiyyəti olan o, faktları müəyyən edir ki, həmin faktlar fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi ilə bağlı olur (Mülki Prosessual Məcəllənin 305.1, 305.1.1, 307.1-ci maddələri). Göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktlar hüquqların əmələ gəlməsini, dəyişdirilməsini və xitam verilməsinin asılı olduğu faktlardır. Qanun, hüquqi faktlarla fiziki və hüquqi şəxslərin əmlak hüquqlarının yaranmasını, dəyişməsini və xitam edilməsini əlaqələndirir. Hüquq əhəmiyyətli olan bir sıra faktlar qanunla müəyyən edilən qaydada qeydə alınırlar və onların mövcudluğu qeydə alan orqanın verdiyi müvafiq sənədlə rəsmişləşdirilir. Lakin, bir sıra hüquqi faktlara münasibətdə, belə qeydə alınma qaydası qanunda nəzərdə tutulmayıb. Nəzərə alınmalıdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (Mülki Prosessual Məcəllənin 308-ci maddəsi). Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə, ya həmin faktın qeydiyyatının mövcud olmaması, ya da faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü, ya da hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi və həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır. İtirilmiş sənədlərin bərpasının mümkün olmaması dedikdə isə həmin sənədləri qeydə alan müvafiq orqanın həmin sənədin düblikatını verə bilməsi imkanının olmamasını nəzərdə tutur. Bu baxımdan hüquqi əhəmiyyəti olan faktların əksəriyyəti ya məcburi dövlət qeydiyyatından keçirilməli, ya da məhkəmə qaydasında müəyyən edilməlidir. Göründüyü kimi, qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmuş sənədlərin bərpasının mümkün olmadığını müəyyən edib. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənəd itirildikdə və onu başqa qaydada bərpa etmək mümkün olmadıqda həmin faktın mövcudluğu şübhə altına alınır və belə qeyri-müəyyənlik, şəxsə həmin hüquqi faktdan irəli gələn subyektiv hüquqlarının (şəxsi və ya əmlak hüquqlarının) həyata keçirilməsində çətinliklər və maneələr yaradır. Elə bu məqsədlə də qanunverici hüquq əhəmiyyətli olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən edib. Hazırki işdə, ərizəçinin tələbi, Masallı Rayon Dövlət Arxivi tərəfindən məhz onun müraciəti əsasında verilmiş 10 noyabr 2021-ci il tarixli 485/3 saylı və 10 noyabr 2021-ci il tarixli 485/4 saylı arxiv arayışlarının ona məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin dövlət arxiv arayışlarında isə “Məmmədov” deyil, “Abbasov” soyadlı şəxsin 23 iyun 1967-ci ildən 1995-ci ilin iyul ayınadək “Kalinin” adına tərəvəzçilik-südçülük soxvozunda müxtəlif işlərdə işlədiyi və bu müddətdə müəyyən aylar istisna olmaqla ona əmək haqqı ödənildiyi müəyyən edilir və ərizəçi həmin arxiv arayışlarında göstərilən “Abbasov” soyadının onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən “Məmmədov” soyadı ilə düz gəlmədiyi üçün, hüquq müəyyənedici sənəd saylan dövlət arxiv arayışlarının ona məxsus olması faktının müəyyən edilməsini istəyir. Əvvəla, apellyasiya instansiyası məhkəməsi, sözügedən arxiv arayışlarında göstərilən “Abbasov” soyadının ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddə göstərilən “Məmmədov” soyadı ilə düz gəlmədiyini, onların fərqli şəxslər olduğunu, başqa sözlə həmin hüquq müəyyənedici sənədlərin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi üçün əsasların müəyyən edilmədiyi qənaətinə gələrkən, gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinin, habelə yuxarıda sadalanan normaların tələbləri baxımından kifayət qədər araşdırmayıb. Digər tərəfdən, ərizəçinin hazırki tələbi sözügedən hüquq müəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsindən ibarət olduğu halda, apellyasiya instansiyası məhkəməsi həmçinin onun yaşa görə pensiya almaq üçün nəzərdə tutulan əmək stajını müzakirə predmetinə çevirməklə Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinin dispozitiv şərtlərini pozmuşdur. Halbuki, həmin normada nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması və araşdırılması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Eyni hüquqi mövqe, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində də təsbit edilib göstərilib. Bundan başqa, sözügedən arxiv arayışlarında ərizəçinin soyadının texniki səhv olaraq “Abbasov” göstərilməsi Qızılağac kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin 01 dekabr 2021-ci il tarixli arayışı ilə də istisna olunmur. Belə ki, həmin arayışdan görünür ki, ərizəçi həqiqətən “Kalinin” adına sovxozda işləyərkən soyadı mexaniki səhv olaraq “Abbasov” qeyd edilib və ümumiyyətlə X14 adlı şəxs ərazidə yaşamır və yoxdur. Apellyasiya instansiyası məhkəməsi, bunun əksini sübuta yetirməyə çalışsa da, sözügedən arayışı kənd icra Nümayəndəsindən şəxsiyyət vəsiqəsini təqdim etməklə məhz ərizəçinin almasına diqqət yetirməyib və sözügedən hüquq müəyyənedici sənədlərin ərizəçiyə deyil, X11 məxsus oluduğu qətanətinə gəlsə də, sonuncunun şəxsiyyəti, habelə onunla ərizəçinin eyni şəxs olub-olmaması ilə bağlı işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmayıb. Əksinə, ərizədən, kassasiya şikayətinin dəlillərindən, habelə müvafiq icra hakimiyyəti orqanının arayışlarından görünür ki, Qızılağac kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin ərazisində ümumiyyətlə X14 adlı şəxs yaşamayıb, məhkəmə iclasında dindirilmiş şahidlərin əmək kitabçalarında müxtəlif dövrlərdə işləmələrinin tam olaraq ərizəçinin işlədiyi dövrü əhatə etməməsi isə, onların sonradan işə qəbul edilməsi, ərizəçi ilə çalışmış bəzi işçilərin isə yaşca böyük olmaqla artıq vəfat etmələri ilə bağlı olub. Ərizəçinin, 15 yaşına çatmamış işə qəbul edilməsi isə onun maddi və ailə vəziyyətinin pis olması ilə bağlı olub və o, valideynlərinin razılığı ilə məktəbli kimi müvəqqəti işə götürülüb. İşin bu halı, habelə ərizəçinin 23 iyun 1967-ci ildən 30 dekabr 1995-ci il tarixədək “Kalinin” adına sovxozda müxtəlif işlərdə işləməklə, əmək haqqı alması mülki iş materialları, işəgötürənin 23 iyun 1967-ci il tarixli 207 saylı əmrinin, həmçinin ərizəçinin adına açılmış əmək kitabçasının surətləri ilə də təsdiq olunur. Həmin əmrdə ərizəçinin adı 15-ci sırada qeyd edilib. Hətta, maraqlı şəxs özü də bir neçə il Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışlarında göstərilən “Abbasov” soyadlı şəxsi “Məmmədov” kimi qəbul edərək, həmin sənədlərin məhz ərizəçiyə məxsus olduğunu qəbul edib və ərizəçiyə yaşa görə pensiya təyin edib, ödəyib. Yalnız, bir neçə il keçdikdən sonra soyadın fərqli olması səbəbi ilə həmin sənədlərin ərizəçiyə məxsus olmadığını əsas tutub ona pensiya ödənilməsini dayandırıb. Sözügedən Plenum qərarının 13.4-cü bəndində göstərilir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 24 sentyabr 2007-ci il tarixli, 06 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları”nın 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların ( o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı, ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi ərizəçinin kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. ə)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə ərizəçi apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Arxiv arayışlarında soyadının "Abbasov" kimi göstərilməsinin bir təsadüf olmadığını bildirb, bunu belə izah etdi ki, atası ilə anası arasında rəsmi nikah olmamışdır, atası X15, anası isə X13 olmuşdur. O, körpə olarkən atası ilə anası ayrılmışlar və anası başqa şəxsə ərə getmişdir, o da anası ilə qalmış, anasının soyadı olaraq Məmmədov soyadını götürmüşdür. İşə qəbul sənədlərində atasının X15 olduğunu bildiklərindən, mexaniki olaraq onun da soyadını Abbasov yazmışlar. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda maraqlı şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin maraqlı şəxsə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, ərizə üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Ərizəçi ilə eyni kəndlidir. “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozunda əmək fəaliyyətinə 1974-cü ildən başlamış, 1976-cı ildə hərbi xidmətə getməsi ilə əlaqədar işdən çıxmış, hərbi xidmətdən qayıtdıqdan sonra 1980-ci ildə yenidən “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozunda işə qəbul edilmişdir. 1991-ci ilin oktyabr ayının 31-dən həmin sovxozda işləmişdir. Onunla eyni kənddən olan Ərizəçi “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozunda işləmiş, heyvanlara baxmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki o, Ərizəçi ilə eyni kəndlidir. 1985-1986-cı illərdə, sonradan 1991-1993-cü illərdə “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozunda fəhlə işləmişdir. Onunla eyni kənddən olan Ərizəçi “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozunda mallara baxmasını, çoban işləməsini görmüşdür. İş materiallarına əlavə edilmiş : Azərbaycan Respublikası vətəndaşının seriya AZE № 0******* saylı xx.xx.2005-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci ildə ünvan 1ində doğulmuşdur, yaşayış yeri ünvan 1i ünvanıdır, Masallı Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 485 saylı arxiv arayışında qeyd olunmuşdur ki, Ərizəçi 1977-ci ildən 1985-ci ilə kimi sabiq “Kalinin” adına tərəvəzçiliksüdçülük sovxozunda işlədiyi müddətdə (müəyyən aylar istisna olmaqla) əmək haqqları almışdır, Masallı Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 485/1 saylı arxiv arayışında qeyd olunmuşdur ki, Ərizəçi 1986-cı ildən 1995-ci ilə kimi sabiq “Kalinin” adına tərəvəzçiliksüdçülük sovxozunda işlədiyi müddətdə (müəyyən aylar istisna olmaqla) əmək haqqları almışdır, Masallı Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 485/2 saylı arxiv arayışında qeyd olunmuşdur ki, Ərizəçi xx.xx.1974-cü il tarixli 280-5 saylı əmrlə xx.xx.1974-cü ildən sabiq “Kalinin” adına tərəvəzçilik-südçülük sovxozuna fəhlə qəbul edilmiş, xx.xx.1974-cü il tarixli 573 saylı əmrlə hərbi xidmətə çağırıldığına görə işdən azad edilmişdir (əmək haqqı alması barədə məlumata rast gəlinmədi, bu müddətdə X12 əmək haqqları var). Onun yenidən işə girmə əmri tapılmadı, lakin 1977-ci ilin yanvar ayında sovxozun inəkçilik briqadasının tərkibində əmək haqqı almağa başlamış, xx.xx.1981-ci il tarixli 670 saylı əmrlə müvəqqəti olaraq DT-5 markalı traktora traktorist təyin olunmuş, xx.xx.1984-cü il tarixli 357 saylı əmrlə sovxozun mexanizatoru, müvəqqəti olaraq 9 saylı briqadaya motorist təyin olunmuş, xx.xx.1986-cı il tarixli 316 saylı əmrlə sovxozun 10 saylı briqadasına xx.xx.1986-cı ildən motorist qəbul edilmiş, xx.xx.1987-ci il tarixli 387-6 saylı əmrlə taxıl biçininə təyin olunmuş, xx.xx.1987-ci il tarixli 409/3 saylı əmrlə 10 saylı briqadaya motorist keçirilmiş, xx.xx.1987-ci il tarixli 563 saylı əmrlə 10 saylı briqadanın motoristli sahə gözətçisi təyin olunmuş, 1995-ci ilin iyul ayında son əmək haqqı almışdır. İşdən çıxması və sonrakı əmək fəaliyyəti barədə məlumat tapılmadı, Masallı Rayon Dövlət X1 verdiyi xx.xx.2021-ci il tarixli 485/3 saylı arxiv arayışında X8 Kalinin adına tərəvəzçilik-südçülük sovxozunda 1967-ci ilin iyul ayından 1974-cü ilin noyabr ayınadək işlədiyi müddətdə (müəyyən aylar istisna olmaqla) əmək haqqları aldığı göstərilir, Masallı Rayon Dövlət X1 verdiyi xx.xx.2021-ci il tarixli 485/4 saylı arxiv arayışında qeyd olunmuşdur ki, X14 xx.xx.1967-ci il tarixli 207-15 saylı əmrlə sabiq Kalinin adına tərəvəzçilik-südçülük sovxozunun örtüklü tərəvəz yetişdirmə briqadasına fəhlə qəbul edilmiş, xx.xx.1967-ci il tarixli 263 saylı əmrlə sovxozun heyvandarlıq şöbəsinə müvəqqəti olaraq buzova baxan təyin olunmuş, xx.xx.1974-cü il tarixli 112 saylı əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir. Yenidən işə girmə əmri tapılmadı, lakin 1974-cü ilin iyun ayından sovxozun inəkçilik briqadasının tərkibində əmək haqqı almağa başlamış, 1974-cü ilin noyabr ayında son əmək haqqı almışdır. İşdən çıxması və sonrakı əmək fəaliyyəti barədə məlumat tapılmadı, xx.xx.1970-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, Ərizəçi 45 saylı xx.xx.1970-ci il tarixli əmrə əsasən xx.xx.1970-ci ildən “Kalinin” adına sovxoza fəhləliyə qəbul edilmiş, 573 saylı xx.xx.1974-cü il tarixli əmrə əsasən hərbi xidmətə getməsi ilə əlaqədar xx.xx.1974-cü ildən fəhləlikdən azad edilmiş, 04 saylı, xx.xx.1977-ci il tarixli əmrə əsasən xx.xx.1977-ci ildən “Kalinin” adına sovxozun maldarlıq fermasında malabaxan qəbul edilmiş, 163 saylı xx.xx.1979-cu il tarixli əmrə əsasən xx.xx.1979-cu ildən sovxozun maldarlıq fermasından 5 nömrəli briqadaya motorist keçirilmiş, 126 saylı xx.xx.1995-ci il tarixli əmrə əsasən xx.xx.1995-ci ildən işdən azad edilmişdir. Əmək kitabçasının sonuncu 18-19-cu səhifələrinə isə onun 207 saylı xx.xx.1967-ci il tarixli əmrə əsasən xx.xx.1967-ci ildən “Kalinin” adına sovxozda örtülü tərəvəz yetişdirmə briqadasına fəhlə qəbul edilməsi barədə qeyd aparılmışdır, Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş “Kalinin” adına sovxoz üzrə 112 saylı, xx.xx.1974-cü il tarixli əmrin surətindən görünür ki, malabaxan çoban Abasov Ramiz ərizəsinə əsasən həmin tarixdən işdən azad edilmişdir, Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş “Kalinin” adına sovxoz üzrə xx.xx.1974cü il tarixli əmrin surətindən görünür ki, sovxozun malabaxan fəhləsi Ərizəçi Sovet Ordu sıralarına çağırılması ilə əlaqədar fəhləlikdən azad edilmişdir, Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş “Kalinin” adına sovxoz üzrə 207 saylı xx.xx.1967-ci il tarixli əmrin surətindən görünür ki, sovxozun örtük altında tərəvəz yetişdirən briqadasına müvəqqəti olaraq fəhləliyə qəbul edilmiş məktəblilərdən 15-ci sırada X8 adı qeyd edilmişdir, Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş “Kalinin” adına sovxoz üzrə 45 saylı xx.xx.1970-ci il tarixli əmrin surətindən görünür ki, sovxozun maldarlıq şöbəsində xx.xx.1970-ci ilə öz vəzifələrində saxlanılmalı fəhlələrindən 39-cu sırada Abbasov Ramiz qeyd edilmişdir, Azərbaycan Respublikası SHÇÜDX-nin Masallı Rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 488 saylı arayışda Ərizəçi xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək keçmiş SSRİ-nin silahlı qüvəllərinin tərkibində müddətli həqiqi hərbi xidmət keçdiyi göstərilir, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı regional ərazi filialının **********4 saylı xx.xx.2021ci il tarixli arayışında Ərizəçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı regional ərazi filialından xx.xx.2019-cu il tarixdən hüquqi yaranmış yaşa görə əmək pensiyası təyin edildiyi və xx.xx.2021-ci il tarixdə araşdırma ilə əlaqədar dayandırıldığı göstərilir, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli məktubunda, Ərizəçi xx.xx.2021-ci il tarixli müraciətinə baxıldığı, təqdim etdiyi arxiv arayışlarında sənədin şəxsə məxsus olma faktı müəyyən edilmədiyi üçün onun əmək pensiyası hüququna yenidən baxılmasından imtina edildiyi göstərilir, Şahid2 məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1974-cü ildə “Kalinin” adına sovxoza fəhlə qəbul edilmiş, xx.xx.1975-ci ildə işdən azad edilmiş, xx.xx.1975-ci ildə yenidən “Kalinin” adına sovxoza işə qəbul edilmiş, xx.xx.1975-ci ildə işdən azad edilmiş, xx.xx.1976-cı ildə yenidən “Kalinin” adına sovxoza işə qəbul edilmiş, xx.xx.1976-cı ildə işdən azad edilmiş, xx.xx.1980-ci ildə “Kalinin” adına sovxoza işə qəbul edilmiş və xx.xx.1991-ci ildə işdən azad edilmişdir, Şahid3 məxsus xx.xx.1981-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1985-ci ildə “Kalinin” adına sovxoza işə qəbul edilmiş, xx.xx.1986-cı ildə işdən azad edilmiş, xx.xx.1991-ci ildə yenidən “Kalinin” adına sovxoza işə qəbul edilmiş və xx.xx.1993-cü ildə işdən azad edilmişdir, Masallı RİHB-nin Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 894 saylı, xx.xx.2021-ci il tarixli arayışında Ərizəçi “Kalinin” adına sovxozda işləyəndə soyadının mexaniki səhv olaraq X3 qeyd olunduğu, X14 adlı şəxsin ərazidə olmadığı və yaşamadığı göstərilir. Mülki işin hazırki apellyasiya baxışı zamanı Masallı rayon İcra Hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinə sorğu verilərək xx xxxxxx 1955-ci ildə Masallı rayonunun Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Masallı rayonu Qızılağac kəndində qeydiyyatda olan Ərizəçi nümayəndəlikdə olan qeydiyyat sənədlərinə əsasən valideyinləri barədə (adı, soyadı, ata adı tam göstərilməklə) məlumat verilməsini xahiş edilmiş, nümayəndəlik tərəfindən 12 aprel 2023-cü il tarixli məktubla verilmiş arayışda Qızılağac kənd sakini Ərizəçi atası X9 olduğu (1977-ci ildə vəfat edib), anasının isə X6 olduğu (1986-cı ildə vəfat edib) bildirilmişdir. Mülki işin hazırki apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə sorğu verilərək xx xxxxxx 1955-ci ildə Masallı rayonunun Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Masallı rayonu Qızılağac kəndində qeydiyyatda olan Ərizəçi doğum şəhadətnaməsinin təsdiq olunmuş surətinin məhkəməyə göndərilməsi, bu mükün olmadıqda isə arxiv sənədlərinə əsasən valideyinləri barədə (adı, soyadı, ata adı tam göstərilməklə) məlumat verilməsi xahiş olunmuş, 20 aprel 2023-cü il tarixli cavab məktubunda adıçəkilən şəxsn doğumuna dair hər-hansı məlumatın aşkar olunmadığı bildirilmişdir. Mülki işin hazırki apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı rayon Polis Şöbəsinə sorğu verilərək xx xxxxxx 1955-ci ildə Masallı rayonunun Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Masallı rayonu Qızılağac kəndində qeydiyyatda olan Ərizəçi Masallı RPŞ tərəfindən 13 oktyabr 2005-ci ildə seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin (ərizə-anket, kartoçka və s.) təsdiq olunmuş surətlərinin məhkəməyə göndərilməsi, həmçinin vətəndaşın qeydiyyat sənədlərinə əsasən valideyinləri barədə (adı, soyadı, ata adı tam göstərilməklə) əlavə məlumat verilməsi xahiş olunmuşdur. Sorğuya 12 aprel 2023-cü il tarixdə verilən cavab məktubunda xx xxxxxx 1955-ci il təvəllüdlü Ərizəçi fərdi uçot kartoçka məlumatlarında atasının X15, anasının isə X13 olduğu qeyd edilmiş və bunu təsdiq edən fotoşəkilli kartoçkanın təsdiq olunan surəti məhkəməyə təqdim edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 14.2 və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələbləırinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqlarının və X7 X4 6-cı maddəsinə görə hər kəs onun mülki hüququ və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. X24 1.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. X24 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. X24 6.1-cİ bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. X24 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi hüquqmüəyyənedci sənədin ona məxsus olmasından ibarət hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6-cı bəndində sadalanan halların hər biri işdə mövcuddur. Belə ki, ərizəçi tərəfindən təqdim edilən digər sübutlarla (şahid ifadələri) yanaşı, arxiv arayışlarında ərizəçinin soyadının texniki səhv olaraq “Abbasov” göstərilməsi, ümumiyyətlə X14 adlı şəxsin həmin ərazidə yaşamaması və olmaması barədə Masallı rayon Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 01 dekabr 2021-ci il tarixli arayışı, maraqlı şəxsin özünün neçə illər ərzində Masallı rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 485/3 və xx.xx.2021-ci il tarixli 485/4 saylı arxiv arayışlarında göstərilmiş “Abbasov” soyadının “Məmmədov” soyadı kimi qəbul edərək pensiya təyinatı aparması, arxiv arayışlarında ərizəçinin soyadının səhvən "Abbasov" kimi göstərilməsinin bir təsadüf olmaması, belə ki, ərizəçinin atasının X15, anasının isə X13 olması, ərizəçinin körpə vaxtlarından atası ilə anasının ayrılması səbəbindən anasının soyadını götürməsi, buna baxmayaraq bəzi sənədlərdə ata soyadının qeyd edilməsi ilə tam təsdiqini tapır. Maraqlı şəxs apellyasiya şikayətini ərizəçinin ərizəsində qeyd etdiyi dövrdə sovxozda işləməsindən ibarət hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi yöndə əsaslandırmış, alınmış şahid ifadələrinin həmin hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün yetərli sübut olmadığını xüsusi olaraq vurğulamışdır. Lakin ərizənin mahiyyəti ərizəçinin müəyyən dövrdə işləməsindən ibarət hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsindən deyil, hüquqmüəyyənedici sənədin (arxiv arayışının) şəxsə məxsus olmasından ibarət hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsindən ibarətdir. Qeyd edilən hüquqi əhəmiyyəti olan faktın müəyyən edilə bilməsi üçün "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 6-cı bəndində qeyd edilən hər üç hal işdə mövcuddur. Belə ki, ərizəçinin arxiv arayışının məzmununun birinci abzasında göstərilən soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki soyadı ilə düz gəlmir, arxiv arayışının qeyd olunan hissəsində soyadı Abbasov kimi qeyd edilmişdir, şəxsiyyətini təsdiq edən sənəddə soyadı Məmmədovdur. Arxiv arayışı hüquqmüəyyənedici sənəddir, orada qeyd olunan iş illəri ərizəçinin sosial hüquqlarının təminatı üçün vacib əhəmiyyətə malikdir. Həmin hüquqmüəyyənedici sənədi (işə götürmə barədə əmri) verən sovxoz ləğv edilmişdir, ərizəçi tərəfindən həmin sənəddəki səhvin başqa qaydada düzəldilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və X16 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 1 mart 2022-ci il tarixli 2(050)-305/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılasın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar