Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-624/2023 08.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Biləsuvar Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(022)757/2022 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Birləşdirilmiş iş üzrə iddiaçı Quliyeva X1 iş üzrə cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi, Biləsuvar Mənzil İstismar idarəsi və İddiaçı qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı adına Biləsuvar Rayon Dövlət Texniki inventarlaşdırma və mülkiyyət hüququnun qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli 340a nömrəli Qeydiyyat Vəsiqəsinin ləğv edilməsi, Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsindən İddiaçı adına aparılmış **********0 nömrəli xx.xx.2017-ci il tarixli qeydiyyatın və seriya RX1087070, qeydiyyat nömrəsi **********0 olan xx.xx.2017-ci il tarixli Çıxarışın ləğv edilməsi haqqında, İddiaçı iddia ərizəsi üçün ödənilmiş 101 manat məbləğində dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 1000 manat vəkil xərclərinin ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(022)757/2022 saylı qərardadı (hakim P.Əhmədov) ilə, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 birləşdirilmiş iş üzrə cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs, Biləsuvar Mənzil İstismar idarəsi və İddiaçı qarşı mənzilə dair verilmiş qeydiyyat vəsiqəsinin, həmin mənzilə dair çıxarışın və qeydiyyatın ləğv edilməsi tələbi barədə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan X4 şikayət vermişdir. Biləsuvar Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(022)757/2022 saylı qərardadı ilə, şikayətin təmin edilməməsi, Biləsuvar Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(022)757/2022 saylı qərardadının dəyişdirilmədən saxlanması, iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraata qaydasında baxılması 08 may 2023-cü il tarixə təyin edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə şikayətin təmin edilməməsini, qəbul edilmiş qərardadın əsaslı olması və ləğv olunması üçün əsasların olmaması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindənaslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiyainstansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Cavabdeh1 iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, o, iddia edir ki, mübahisəli mənzil olan Biləsuvar şəhəri H.Əliyev küçəsi 4 2-ci döngədə yerləşən fərdi yaşayış evi ilk İddiaçı tərəfindən qanunsuz olaraq öz adına xx.xx.2017-ci il tarixli ********** nömrə ilə qeydiyyata aldırmışdır. Odur ki, sözügedən evin qydiyyatı silinməli və çıxarış ləğv edilməlidir. Göründüyü kimi Cavabdeh1 iddiaçının adına mülkiyyət hüququ ilə qeydiyyatın aparılmasının qanuniliyini mübahisələndirərək, həmin qeydiyyatın ləğv edilməsini arzulayır və qeyd edir ki, mübahisələndirilən ev “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanuna əsasən özəlləşdirilməli olan icra hakimiyyətinin balansında olmuş evdir. Hazırda mülkiyyətçi kimi qeydə alınmış İddiaçı evin özəlləşdirilməsi üçün nəzərdə tutulmuş ilkin sənədləri saxtalaşdıraraq DƏDRX-yə təqdim etməklə evə və altındakı 0,05 ha torpaq sahəsinə qanunsuz çıxarış əldə etməyə nail olmuşdur. Belə ki, Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərovun 26 iyul 2022-ci il tarixli 2/397 nömrəli məktubunda yazılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi əvvəllər X3 İdarəsinin balansında olmuş və xidməti ev kimi idarədə işləyən X2 1963-cü ildə idarənin orderi əsasında yaşamaq üçün verilmişdir. Biləsuvar rayon icra hakimiyyəti başçısının 19 noyabr 2007-ci il tarixli 507 saylı sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2007-ci il tarixli 297s nömrəli sərəncamının icrası olaraq "xxxx" ASC tərəfindən Biləsuvar rayon ərazisində inşa edilmiş yaşayış evləri Biləsuvar rayon icra hakimiyyətinin balansına verilmişdir. Həmçinin Bİləsuvar rayon icra hakimiyyəti tərəfindən ünvan 1 ünvanına digər vətəndaşa hər hansı sənəd verilməmişdir. Biləsuvar rayon icra hakimiyyəti başçısının 19 noyabr 2007-ci il tarixli 507 saylı Sərəncamı verilməmişdən xeyli əvvəl, Biləsuvar şəhərində C.Cabbarlı küçəsində yerləşən 20 nömrəli 1 mərtəbəli 5 otaqlı ümumi sahəsi 100.4 kv m., yaşayış sahəsi 86.1 kv m. olan yaşayış evinə İddiaçı adına 340a saylı xx.xx.2000-ci il tarixli 222 inventar nömrəsi olan Qeydiyyat vəsiqəsi Mülki Hüquqların Qeydiyyatı idarəsi tərəfindən verilmişdir. Qeydiyyat Vəsiqəsi verilən zaman Mənzil Fondunun özəlləşdirilməsi haqqında Qanunun şərtləri kobud surətdə pozulmuş, yəni tələb edilən sənədlər təqdim edilməmişdir. Qeydiyyat vəsiqəsində evin altında olan torpaq sahəsinin kimə məxsus olması göstərilməmişdir. Məhz həmin qeydiyyat vəsiqəsini əsas götürərək mübahisələndirilən evə dair İddiaçı adına 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən qanunsuz olaraq iddiaçının adına çıxarış verilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1 cavabdeh İddiaçı adına Biləsuvar Rayon Dövlət Texniki inventarlaşdırma və mülkiyyət hüququnun qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli 340a nömrəli Qeydiyyat Vəsiqəsinin ləğv edilməsi, Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsindən İddiaçı adına aparılmış **********0 nömrəli xx.xx.2017-ci il tarixli qeydiyyatın və seriya RX1087070, qeydiyyat nömrəsi **********0 olan xx.xx.2017-ci il tarixli Çıxarışın ləğv edilməsi haqqında iddiasına mülki mühakimə icraatı qaydasında deyil, inzibati icraat qaydasında baxılmalı olması əsası ilə iddia üzrə icraata xitam vermişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi ƏMDK yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş **********0 qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli reyestrdən çıxarışın qanunsuz olaraq İddiaçı adına xüsusi mülkiyyət hüququnun rəsmiləşdirildiyi hissədə etibarsız hesab edilməsi üzrə yaranan hüquq münasibətləri publik hüquq münasibətlərinə aiddir. Bu münasibətlərdə hakimiyyət səlahiyyətlərinin icraçısı olan inzibati orqan qismində ƏMDK yanında DƏDRX-i çıxış edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 4 saylı 10 aprel 2015-ci il qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları,onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarınımüəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. MPM-in 31.1-ci maddəsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yolverilmir. Qeyd olunmalıdır ki, iddia tələbi publik hüquq münasibətləri ilə tənzimlənən sahədə araşdırma aparılmasını və inzibati orqanların belə münasibətlərdən irəli gələn fəaliyyətinə qiymət verilməsini tələb edirsə, həmin mübahisəyə mahiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxa bilməz. Belə olan halda, ilk növbədə hüquq münasibətinin inzibati və ya xüsusi hüquqa aid olduğu müəyyənləşdirilməli, əgər mübahisələndirilən münasibətin hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi ilə müşayiət olunan publik hüquq sahəsindəki fəaliyyətlə bağlı olduğu müəyyən edilərsə, mübahisəyə MPM-in 261.0.1-ci maddəsinin tətbiqi məsələsi müzakirə olunmalıdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi inzibati orqan tərəfindən çıxarışın verilməsi zamanı inzibati orqanın hərəkəti (hərəkətsizliyi) mübahisələndirilərək, çıxarışın verilməsinə əsas olan sənədlərin etibarsız hesab edilməsindən ibarətdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Birinci instansiya məhkəməsi birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 birləşdirilmiş iş üzrə cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs, Biləsuvar Mənzil İstismar idarəsi və İddiaçı qarşı mənzilə dair verilmiş qeydiyyat vəsiqəsinin, həmin mənzilə dair çıxarışın və qeydiyyatın ləğv edilməsi tələbi barədə mülki iş üzrə icraata xitam verilməsi qənaətinə gəlməsi qanuni və əsaslı olmuşdur. Beləliklə kollegiya yekun olaraq hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(022)757/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 372, 400, 402.2 - 402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(022)757/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-624/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-624/2023
08.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver