Məhkəmə qərarları › İş №2(106)-629/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-629/2024

24.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-629/2024 24.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: sənədin şəxsə məxsus olması barədə hüquqi faktın müəyyən edilməsi X24 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə4 və maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(055)-335/2023 saylı (hakim Mirlətif Sadıqov) qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ərizəçi nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 1980-1999-cu illərdə "Nizami” kolxozunda elektrik qaynaqçısı işləməsi barədə Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş 19 aprel 2018-ci il tarixli 246 saylı arxiv arayışının Ərizəçi məxsus olması faktının müəyyən olunması və Ərizəçi 1980-1999-cu illərdə "Nizami” kolxozunda elektrik qaynaqçısı işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə1 sonradan ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 1980-1999-cu illərdə "Nizami” kolxozunda elektrik qaynaqçısı işləməsi barədə Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş 19 aprel 2018-ci il tarixli, 246 saylı arxiv arayışının Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 19 noyabr 2015-ci il tarixdən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsə də, 2022-ci ilin avqust ayından həmin pensiya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən dayandırılmışdır. Buna səbəb kimi isə Ərizəçi pensiya təyin edilərkən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlarda xx.xx.1980-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər ərzində onun kolxozda elektrik qaynaqçısı vəzifəsində işləməsi barədə əmrlər kitabında adının aşkarlanmaması, yəni adıçəkilən kolxozda Ərizəçi işləməsinin öz təsdiqini tapmaması, həmçinin bu uyğunsuzluğa baxmayaraq Ərizəçi xx.xx.2015-ci il tarixdən DSMF-nin Saatlı rayon Şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması göstərilmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə1 həmçinin qeyd etdi ki, Ərizəçi xx.xx.1980-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Saatlı rayonunun "Nizami” adına kolxozunda elektrik qaynaqçısı vəzifəsində işləmiş, lakin pensiya təyinatı üçün DSMF-nin Saatlı rayon Şöbəsinə təqdim edilmiş arxiv arayışında və kolxozun "Kolxozçuların əmək stajı və qazanc uçot kitabı”larında Ərizəçi adı səhvən "X11” kimi qeyd edilmişdir. Nümayəndəsi olduğu Ərizəçi "Nizami” adına kolxozda işlədiyi 1980-1999-cu illər ərzində nə adıçəkilən kolxozda, nə də həmin dövrdən indiyə qədər Ərizəçi qeydiyyatda olduğu və yaşadığı kənddə "X11” adında şəxs yaşamamış, Ərizəçi adı yuxarıda qeyd edilən kolxoza aid kitablarda texniki səhv olaraq “Vahid” əvəzinə “Zahid” kimi yazılmışdır. Odur ki, Ərizəçi pensiya ilə təmin edilməsi üçün Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş 19 aprel 2018-ci il tarixli 246 saylı arxiv arayışının Ərizəçi məxsus olması faktının müəyyən olunması zərurəti yaranmışdır. Ona görə də, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində maraqlı şəxsin nümayəndəsi iştirak etmədiyindən, maraqlı tərəfin mövqeyi bəlli olmamışdır. Saatlı Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(055)-335/2023 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Saatlı rayonunun "Nizami” adına kolxozun "Kolxozçuların əmək stajı və qazanc uçot kitabı”larında (Fond № 33, saxlama vahidi № 275) 1980-1999-cu illərdə elektrik qaynaqçısı vəzifəsində işləməsi barədə Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş 19 aprel 2018-ci il tarixli, 246 saylı arxiv arayışının xx xxxxxx 1958-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci məhkəməsində icraat. İşə maraqlı şəxsin apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İlham Əsədov, Samir Mayılov, Tofiq Heydərov) 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, sənədin şəxsə məxsus olmasına dair ərizə təmin edilməmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci məhkəməsində icraat. İşə ərizəçinin kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Əhliman Xıdırov, Elşad Şamayev, Elşanə Vəliyeva) 10 yanvar 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: ç) Apellyasiya şikayətinin dəlilləri: Maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ərizənin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Şikayətə görə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxılır. Belə ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq ərizəçi müvafiq təşkilata arayışdakı səhvlərin aradan qaldırılması ilə bağlı müraciət etməli, yalnız həmin təşkilat tərəfindən səhvlərin aradan qaldırılaraq yeni sənədin verilməsindən imtina edildikdən, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirildikdən sonra hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxıla bilər. d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. e) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən maraqlı şəxsin nümayəndəsi X13 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, ərizəçi hazırda xəstədir və Türkiyədə müalicə alır. Bildirmişdir ki, Ərizəçi ilə X11 əslində eyni şəxsdir. Belə ki, V.X17 adında qohumu, həmçinin onun yaşadığı kənddə X11 adında şəxs mövcud deyildir. O bu barədə sübutlarını məhkəməyə təqdim etmişdir. Bundan başqa onun birlikdə həmin kolxozda işləyən 2 nəfər şahid də Saatlı rayonunun "Nizami” adına kolxozunda onlarla birlikdə X11 adında işləmiş şəxs olmadığını, lakin Ərizəçi Kolxozda elektrik qaynaqçısı işləməsini bildirmişdir. O “Vahid” adının “Zahid” kimi qeyd edilməsini adlarının (“Ванид” “Занид”) baş hərflərinin kiril əlifbası ilə yazılması və “В-(ve)” hərfinin soldakı şaquli xəttin solğun yazılması və ya pozulması, bununla da kirilcə “В-(ve)”-nin “З”-(ze)-yə dönüşülməsi ilə izah etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda maraqlı şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ərizənin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin maraqlı şəxsə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İnsan Hüquqlarının və X7 X4 6-cı maddəsinə görə hər kəs onun mülki hüququ və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələbləırinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. X22 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. X22 6.1-cİ bəndinə əsasən Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. X22 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. X10 ifadəsində göstərmişdir ki, Ərizəçi həmkəndlisidir. Özü "Nizami” kolxozunda baş mühəndis işləmişdir. Ərizəçi ilə iş yoldaşı olmuşdur. Ərizəçi adı ilə bağlı texniki səhvə yol verilmiş və kolxoza aid müvafiq kitablarda Ərizəçi "X11” kimi qeyd edilmişdir. X2 ifadəsində göstərmişdir ki, Ərizəçi həmkəndlisidir. Özü "Nizami” kolxozunda əvvəlcə yanacaq dispetçeri, daha sonra əmək haqqı üzrə mühasib işləmişdir. Ərizəçi ilə iş yoldaşı olmuşdur. Ərizəçi adı ilə bağlı texniki səhvə yol verilmiş və kolxoza aid müvafiq kitablarda Ərizəçi "X11” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası X19 filialının 21 dekabr 2022-ci il tarixli 723 saylı arayışından görünür ki, "Kolxozçuların əmək stajı və qazanc uçot kitab”larında Ərizəçi adı aşkarlanmamış, "Kolxozçuların əmək stajı və qazanc uçot kitabı” Fond № 33, saxlama vahidi № 275, vərəq № 2036 Ərizəçi deyil, X11 olaraq aşkar edilmişdir. Saatlı RİH başçısının Orta Muğan kənd İƏDN xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, Ərizəçi 1980-1999-cu illərdə "Nizami” kolxozunda elektrik qaynaqçısı işləmişdir. Kitabda adı səhvən "Zahid” yazılmışdır. Saatlı RİH başçısının Orta Muğan kənd İƏDN xx.xx.2023-cü il tarixli arayışında göstərmişdir ki, Ərizəçi X11 adında qohumu olmamış, belə bir şəxs Saatlı rayonu, Orta Muğan kəndində yaşamamış, "Nizami” kolxozunda işləməmişdir. Hazırda mülki iş Ali Məhkəmə tərəfindən yeni apellyasiya baxışına qaytarılmışdır. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi şahid ifadələrinin Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş 19 aprel 2018-ci il tarixli, 246 saylı arxiv arayışının ərizəçiyə məxsusluğunu təsdiq edən sübut olaraq qəbul edilə bilməyəcəyini qeyd etsə də, bu mövqeyini əsaslandırmamışdır ki nəyə görə şahid ifadələri arxiv arayışının ərizəçiyə məxsusluğunu təsdiq edən sübut olaraq qəbul edilə bilməz. Həmçinin apellyasiya instansiyası məhkəməsi qətnaməsinin əsaslandırıcı hissəsində Ərizəçi 1980-1999-cu illərdə “Nizami” kolxozunda elektrik qaynaqçısı işlədiyi, kitabda adının səhvən "Zahid” yazıldığı barədə Saatlı RİH başçısının Orta Muğan kənd İƏDN xx.xx.2023-cü il tarixli arayışını, Ərizəçi X11 adında qohumu olmadığı, belə bir şəxsin Saatlı rayonu, Orta Muğan kəndində yaşamadığı, "Nizami” kolxozunda işləmədiyi barədə Saatlı RİH başçısının Orta Muğan kənd İƏDN xx.xx.2023-cü il tarixli arayışını sadalasa da həmin sənədlərə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası X19 filialı da yalnız X21 adına tərtib edilmiş, sözügedən arayışı təqdim edə bilmiş, həmin arayışın verilməsinə əsas olmuş sənədləri təqdim edə bilməmişdir. Kassasiya kollegiyası göstərilənlə də razılaşmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(106)- 1178/2023 nömrəli sorğusuna müvafiq olaraq Azərbaycan Respublikası X19 filialı filialda mühafizə olunan saatlı rayon "Nizami” kolxozuna aid "Kolxozçuların əmək stajı və qazanc uçot kitabı”nda vətəndaş X6 adı aşkarlanan vərəqin müvafiq qaydada təsdiq olunmuş surətini 04 sentyabr 2023-cü il tarixli məktubla məhkəməyə təqdim etmişdir və həmin sənəd iş materiallarında mövcuddur (iş vərəqi 145-147) Yeni apellyasiya baxışında X19 filialına müvafiq sorğu verilmiş, apellyasiya baxışı iclasında nümayəndəsi X12 iştirak etmişdir. Nümayəndə məhkəməyə Saatlı rayonu “Nizami” kolxozunun Kolxozçuların əmək stajı və qazanc uçot kitabını təqdim etmiş, həmin kitaba baxış keçirilmiş və kserosurəti çıxarılaraq surəti iş materiallarına əlavə edilmişdir. Qeyd edilən kitabda da, ərizəçiyə aid məlumatlar öz əksini tapmışdır. Həmçinin kollegiyanın baxışında X10nun və X2nun əmək kitabçalarına baxış keçirilməklə yenidən şahid kimi dindirilmiş və onlar birinci instansiya məhkəməsində vermiş olduqları ifadə ilə eyni məzmunda ifadə vermişlər. Onların da əmək kitabçalarının kserosurətləri çıxarılaraq işə əlavə edilmişdir. Müəyyən edilir ki, Azərbaycan Respublikası X19 filialının 21 dekabr 2022-ci il tarixli 723 saylı arayışı ilə "Kolxozçuların əmək stajı və qazanc uçot kitab”larında Ərizəçi adı aşkarlanmamış, "Kolxozçuların əmək stajı və qazanc uçot kitabı” Fond № 33, saxlama vahidi № 275, vərəq № 2036 Ərizəçi deyil, X11 olaraq aşkar edilmişdir. Həmçinin Saatlı RİH başçısının Orta Muğan kənd İƏDN xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, Ərizəçi 1980-1999-cu illərdə "Nizami” kolxozunda elektrik qaynaqçısı işləmişdir. Kitabda adı səhvən "Zahid” yazılmışdır. Saatlı RİH başçısının Orta Muğan kənd İƏDN xx.xx.2023cü il tarixli arayışında göstərmişdir ki, Ərizəçi X11 adında qohumu olmamış, belə bir şəxs Saatlı rayonu, Orta Muğan kəndində yaşamamış, “Nizami” kolxozunda işləməmişdir. Bundan başqa Ərizəçi ilə birlikdə “Kolxoz”-da işləyən X10 və şahid X1 rayonunun "Nizami” adına kolxozunda onlarla birlikdə X11 adında işləmiş şəxs olmadığını, lakin Ərizəçi Kolxozda elektrik qaynaqçısı işləməsini bildirmişdir. Kollegiya hesab edir ki, “Vahid” adının “Zahid” kimi qeyd edilməsini adların (“Ванид” “Занид”) baş hərflərinin kiril əlifbası ilə yazılması və “В-(ve)” hərfinin soldakı şaquli xəttin solğun yazılması və ya pozulması, bununla da kirilcə “В-(ve)”-nin “З”-(ze)-yə dönüşülməsi ilə izah edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillər ona qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(055)-335/2023 saylı qətnaməsi maraqlı şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar