Məhkəmə qərarları › İş №2(106)-63/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-63/2023

24.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-63/2023 24.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X8 və Cavabdeh2 qarşı “qanunsuz tutulmuş torpaq sahəsinin azad edilməsi, əkilmiş ağacların çıxarılması, torpaq sahəsindən istifadə edilməməsi müddətinə görə zərərin ödənilməsi və ödənilmiş xidmət haqqının qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-04/2022 saylı, 02 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 (əvvəlki adı X13) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonunun Siyəkü kənd İnzibati Ərazi Dairəsində yerləşən torpaq sahəsinin cavabdehlər Cavabdeh2 və X5 qanunsuz istifadə və sahibliyindən azad edilərək ona təhkim edilməklə təhvil verilməsi, 50 ədəd ağacın çıxarılması və ziyana görə cavabdehlərdən 10000 manat və dövlət rüsumunun ödənilməsinə görə 30,40 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə başçısı o olmaqla, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə JN-0756, Kod- 80108018 nömrəli Dövlət aktına əsasən, Astara rayonunun Siyəkü kənd inzibati ərazi dairəsində yerləşən 0,55 hektar pay torpaq sahəsi ailə üzvlərinin mülkiyyətlərinə verilmişdir. Mülkiyyətlərində olan 0,55 hektar torpaq sahəsinin 0,4 ha torpaq sahəsindən istifadə edə bilmirlər. Belə ki, 0,4 ha torpaq sahəsini Cavabdeh2 və X13 tərəfindən zəbt edilərək qanunsuz istifadə edilir. İddiaçıya və ailə üzvlərinə məxsus torpaq sahəsi Cavabdeh2 torpaq sahəsi ilə həmsərhəddir. Torpaq sahəsi cavabdehlərdən tələb edilsə də, onlar torpaq sahəsini qaytarmaq istəmirlər. Torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi ilə bağlı aidiyyəti təşkilatlara müraciətlər edilmişdir. Cavabdehlərin torpaq sahəsindən qanunsuz istifadə etdiyi və torpaq sahəsinin azad edilərək təhvil verilməsi onların nəzərinə çatdırılsa da, onlar torpaq sahəsindən qanunsuz istifadə edilməsini davam etdirirlər. Cavabdehlərin torpaq sahəsindən istifadə etdikləri müddətə görə onlardan 10000 manat pul tələb edir. Zəbt edilən torpaq sahəsində cavabdehlər 50 ədəd mandarin, limon, feyxoa ağacları əkmiş və torpaqdan istifadə etməklə ondan faydalanırlar. Sonradan iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, həmçinin, onu məhkəmədə təmsil edən nümayəndə və vəkil üçün ödədiyi 200 manatın da ona ödənilməsinin qət edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-04/2022 saylı, 02 mart 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Mübariz Məmmədov) iddianın qismən təmin olunması, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0756 nömrəli (KOD: ********) Dövlət Aktında qeyd edilən, Astara rayonu, Siyakü kəndi ərazisində yerləşən 0,55 hektar torpaq sahəsinin 0,0372 hektar hissəsinin cavabdeh X9 qanunsuz sahibliyindən azad edilməsi və İddiaçı verilməsi, həmin 0,0372 hektar torpaq sahəsində əkilmiş ağacların cavabdeh X9 hesabına oradan çıxarılması, iş üzrə ekspertiza xərci olan 250 manatın 200 manat hissəsinin cavabdeh X6 alınaraq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 25 manat məbləğindəki pulun cavabdeh X6 tutularaq İddiaçı ödənilməsi, hüquqi xidmətlərin aparılması üçün iddiaçı tərəfindən ödənilmiş 200 manatın 150 manat hissəsinin cavabdeh X6 tutularaq İddiaçı ödənilməsi, iddianın ziyana görə 10000 manat hissədə, dövlət rüsumuna görə 5 manat hissədə və hüquqi xidmətlərin aparılmasına görə 50 manat hissədə təmin edilməməsi qət edilmişdir. İşdəki AZ-İ 032725 seriya nömrəli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1974-cü il təvəllüdlü X3 və adını Cavabdeh1 dəyişdirmiş, bu barədə Astara rayon Qeydiyyat şöbəsinin soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixində 05 nömrə ilə qeyd edilmişdir. Cavabdeh1 qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Astara Rayon Məhkəməsinin 2(018)-04/2022 saylı, 02 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil, maddi və prosessual hüquq normaları məhkəmə tərəfindən pozulmuş, o, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və işə onun iştirakı olmadan baxılmışdır. İddia ərizəsində onun adı düzgün yazılmamışdır. Belə ki, onun adı Cavabdeh1 yazılmalı olduğu halda, X13 şəklində yazılmış və bu hala məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir. Belə ki, məhkəmə tərəfindən MPM-in 9-cu və 387.2.2-ci maddələrinin tələbləri pozulmaqla işə baxılmışdır. İşdə olan sübutlar tam araşdırılmamış və tam qiymət verilməmişdir. Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 nömrəli qərarı ilə onun ailə üzvlərinə 0,29 hektar pay torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Bundan əlavə, Miki bələdiyyəsinin 24 may 2004-cü il tarixli qərarı ilə 0,06 ha həyətyanı torpaq sahəsi almışdır. Ümumiyyətlə, mülkiyyətlərində olan torpaq sahəsində uzun müddətdir ki, limon, mandarin, feyxoa ağacları əkib becərmişdir. Əkilən ağaclar məhsul verir. Apellyator, eləcə də onun ailə üzvləri iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etməmişdir. İddia tələbi tamamilə əsassızdır. Həmçinin, məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin etsə, iş materiallarından da göründüyü kimi, iş üzrə ekspert rəyi verilməmişdir. Mütəxəssis tərəfindən istinad nöqtəsi və ölçü işləri düzgün aparılmamışdır. Torpaq sahələri əvvəlcə X14, sonra iddiaçının, daha sonra isə apellyatora verilən torpaq sahələridir. X22 iddiaçıya məxsus torpaq sahəsini zəbt etmişdir və oradan yol kimi istifadə edir. Əgər torpaq sahələrinin istinad nöqtəsi Xalid Məmmədovun torpaq sahəsindən ölçülərsə, onda dedikləri öz təsdiqini tapacaqdır. İddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı qaydada etiraz etmiş, etirazda apellyasiya şikayətinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza keçirilmiş, təqdim edilmiş rəyə uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul edilmişdir. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə Cavabdeh1 (əvvəlki adı İmran Rəhmanov) apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən isə görünür ki, iddia tələbi digər cavabdehə münasibətdə qismən təmin edilmiş, mübahisəli torpaq sahəsinin 0,0372 hektar hissəsinin sonuncunun qanunsuz sahibliyindən azad edilməsi və iddiaçıya verilməsi, həmin 0,0372 hektar torpaq sahəsində əkilmiş ağacların cavabdeh Nazim Rəhimovun hesabına oradan çıxarılması qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayətində mübahisəli ərazidə yerləşən torpaq sahəsində limon, mandarin, feyxoa ağacları əkdiyini, həmin ağacların artıq bar verdiyini və özünün, eləcə də ailə üzvlərinin iddiaçıya məxsus hər hansı torpaq sahəsini zəbt etmədiyini bildirmişdir. Həmçinin, onun tərəfindən torpaqların alğı-satqısına dair 31 may 2004-cü il tarixli akt, Astara RİHB-nin 07 avqust 2006-cı il tarixli, 71 saylı sərəncamından çıxarış və Torpağa mülkiyyət hüququna dair JN-1329 nömrəli, 80108018 kodlu Dövlət Aktı təqdim edilmişdir. Göründüyü kimi, mübahisəli ərazidə yerləşən limon, mandarin, feyxoa kimi ağaclardan ibarət meyvə bağı cavabdehlər tərəfindən birgə yaradılmışdır və qətnamə digər cavabdehə münasibətdə qismən təmin edilmiş olsa da, cavabdehlərin hər ikisinin maraqlarına toxunur. Həmçinin, Cavabdeh1 qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən və məzmunundan görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilmiş hissələrində mübahisələndirmişdir. Hazırda mübahisə predmeti bölünməz olduğundan və qətnamənin icra olunacağı təqdirdə Cavabdeh1 də mənafelərinə zərər dəyəcəyindən, məhkəmə kollegiyası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. İşdəki Torpağa mülkiyyət hüququna dair JN-0756 nömrəli, 80108018 kodlu Dövlət Aktından görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə Astara rayonunun Siyəkü kəndində cizgidə göstərilən sərhəd daxilində 0,55 hektar torpaq sahəsi İddiaçı Şöyüb oğlunun və ailə üzvləri X23, X15, X24, X25, X16 və X17 mülkiyyətinə verilmişdir. İşdəki xx.xx.2019-cu il tarixli ödəniş qəbzlərindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən cəmi 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdəki xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, iddiaçı hüquqi xidmətin göstərilməsi üçün X10 hesabına 200 manat məbləğində pul ödəmişdir. İşdəki “X19” MMC-nin 23 avqust 2021-ci il tarixli, 422 nömrəli mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən ərazi üzrə naturada qeydə alınan döngə nöqtələrinin koordinatları əsasında Kompleks Yerquruluşu Layihəsi Xəritə materialı üzərində aparılan tədqiqat zamanı Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə JN-756, kod 80108018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı üçün mülkiyyətinə verilmiş Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,55 ha torpaq sahəsinin 756 saylı konturu üzrə mübahisələndirilən 0,3639 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Məlum olmuşdur ki, 756 saylı kontur üzrə mübahisələndirilən 0,3639 ha torpaq sahəsinin 0,0372 ha hissəsi cavabdeh X9 istifadəsində olan metal torla hasara alınmış torpaq sahəsi daxilindədir. Müəyyən olunan torpaq sahəsi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan planda aydın şəkildə göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 250 manat təşkil edir. İşdəki “X19” MMC-nin xx.xx.2021-ci il tarixli, 226888 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, 422 nömrəli rəyin verilməsi üçün 250 manat məbləğində ekspertiza xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdəki torpaqların alğı-satqısına dair 31 may 2004-cü il tarixli aktın surətindən görünür ki, Astara rayon Siyəkü bələdiyyəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin X1 barədə 24 may 2004-cü il tarixli, 08 nömrəli qərar qəbul edilmişdir. İşdəki Astara RİHB-nin 07 avqust 2006-cı il tarixli, 71 saylı sərəncamından çıxarışın surətindən görünür ki, Miki kənd sakini X8 Miki bələdiyyəsinin 24 may 2004-cü il tarixli, 08 saylı qərarı ilə alğı-satqı yolu əsasında aldığı 0,06 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. İşdəki Torpağa mülkiyyət hüququna dair JN-1329 nömrəli, 80108018 kodlu Dövlət Aktından görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə Astara rayonunun Siyəkü kəndində cizgidə göstərilən sərhəd daxilində 0,29 hektar torpaq sahəsi Cavabdeh2 və ailə üzvləri X18, X21 və X11 mülkiyyətinə verilmişdir. İşdəki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 13 fevral 2023-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: 1) Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-756 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı (Şöyüb) oğlu və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,55 ha pay torpaq sahəsinin üç hissədən ibarət olması müəyyən edildi. Həmin 0,55 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0,36 ha hissəsi yerləşir və 0,36 ha torpaq sahəsinin xəritədə sərhədləri və koordinatları müəyyən edildi. Sözügedən 0,36 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0,35 ha ölçüdə öz əksini tapmışdır (torpaq sahəsinin qalan 0,01 ha hissəsi isə ərazidə torpaq çatışmamazlığna görə kəsr olaraq qalmış, bu hal da zəbt olunan torpaqlar hesabına (gələcəkdə qəbul ediləcək qərarlara uyğun) verilməsi məsələsinə baxıla bilər). İddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan (iddiaçı tərəfindən göstərildiyi kimi) torpaq sahəsinin naturada sərhədləri və koordinatları müəyyən olundu və həmin torpaq sahəsinin ölçüsünün 0,27 ha olması məlum oldu. Torpaq sahəsinin (elektron kadastr uçotu informasiya sistemində öz əksini tapan həmin 0,35 ha torpaq sahəsinin) digər 0,08 ha hissəsinin iddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan torpaq sahəsinə bitişik cənub istiqamətində olması müəyyən olundu. Həmin 0,08 ha torpaq sahəsinin isə hazırkı mülki işdə adıçəkilməyən digər şəxs və ya şəxslərin istifadəsində olması müşahidə edildi. 2) Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-1329 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,29 ha pay torpaq sahəsinin üç hissədən ibarət olması müəyyən edildi. Həmin 0,29 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0,13 ha hissəsi yerləşir və 0,13 ha torpaq sahəsinin xəritədə sərhədləri və koordinatları müəyyən edildi. Sözügedən 0,13 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki istifadə vəziyyətinə uyğun, ümumi ölçüsü saxlanılmaqla öz əksini tapmışdır. 3) Astara rayon Siyəkü bələdiyyəsinin 24 may 2004-cü il tarixli, 08 nömrəli qərarı ilə X2 Siyəkü bələdiyyəsinin ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçülərini özündə əks etdirən xəritədən çıxarış), ayrıc aktı mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0,06 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmadı. 4) JN-1329 nömrəli (KOD ********) Torpağa mülkiyyətə hüququna dair Dövlət Aktı ilə Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,29 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,13 ha hissəsi ilə JN-756 nömrəli (KOD ********) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,55 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,36 ha (faktiki 0,35 ha) hissəsinin üst-üstə düşməməsi müəyyən olundu. 5) Astara rayon Siyəkü bələdiyyəsinin 24 may 2004-cü il tarixli, 08 nömrəli qərarı ilə X2 Siyəkü bələdiyyəsinin ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini təyin etmək mümkün olmadığından həmin 0,06 ha torpaq sahəsi ilə JN- 756 nömrəli (KOD ********) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,55 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,36 ha (faktiki 0,35 ha) hissəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. 6-7) Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı JN-756 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,55 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,35 ha (ilkin hüquqmüəyyənedici sənəddə 0,36 ha) hissəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (əvvəlki adı X13) tərəfindən istifadə edilməməsi müəyyən olundu. Əlavə olaraq bildirilir ki, Torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,35 ha torpaq sahəsinə bitişik (qərb tərəfdən) dövlət mülkiyyətində olan (islahatdan artıq qalan) 0,01 ha torpaq sahəsinin olması müəyyən olundu. Həmin 0,01 ha torpaq sahəsinin Cavabdeh2 tərəfindən çəpərə alınaraq istifadə edilməsi müəyyən olundu. Mütəxəssis rəyinin verilməsinə görə nəzərdə tutulmuş 95 manat xidmət haqqı Cavabdeh1 tərəfindən ödənilmişdir. İşdəki 31 mart 2023-cü il tarixli, 10/18 saylı ekspert rəyindən görünür ki, aşağıdakılar müəyyən olunmuşdur: 1) Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-756 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı (Şöyüb) oğlu və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,55 ha pay torpaq sahəsinin üç hissədən ibarət olması müəyyən edilmişdir. Həmin 0,55 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşən 0,36 ha hissəsinin xəritədə sərhədləri və koordinatları müəyyən edilmişdir. Sözügedən 0,36 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0,35 ha ölçüdə öz əksini tapdığı müəyyən edilmişdir. İddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan (iddiaçı tərəfindən göstərildiyi kimi) torpaq sahəsinin naturada sərhədləri və koordinatları müəyyən olundu və həmin torpaq sahəsinin ölçüsünün 0,27 ha olması məlum olmuşdur. Elektron kadastr uçotu informasiya sistemində öz əksini tapan həmin 0,35 ha torpaq sahəsinin 0,08 ha hissəsinin iddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan torpaq sahəsinə bitişik cənub istiqamətində olması müəyyən olundu. Həmin 0,08 ha torpaq sahəsinin isə hazırkı mülki işdə adıçəkilməyən digər şəxs və ya şəxslərin istifadəsində olması müşahidə edilmişdir. 2) Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-1329 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,29 ha pay torpaq sahəsinin üç hissədən ibarət olması müəyyən edilmişdir. Həmin 0,29 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşən 0,13 ha hissəsinin xəritədə sərhədləri və koordinatları müəyyən edildi. Sözügedən 0,13 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki istifadə vəziyyətə uyğun, ümumi ölçüsü saxlanılmaqla öz əksini tapdığı müəyyən edilmişdir. 3 və 5) Astara rayon Siyəkü bələdiyyəsinin 24 may 2004-cü il tarixli, 08 nömrəli qərarı ilə X2 Siyəkü bələdiyyəsinin ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçülərini özündə əks etdirən xəritədən çıxarış), ayrıc aktı mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0,06 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də həmin 0,06 ha torpaq sahəsi ilə JN-756 nömrəli (KOD ********) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,55 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,36 ha (faktiki 0,35 ha) hissəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. 4) JN-1329 (KOD ********) nömrəli Torpağa mülkiyyətə hüququna dair Dövlət Aktı ilə Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,29 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,13 ha hissəsi ilə JN-756 nömrəli (KOD ********) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,55 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,36 ha (faktiki 0,35 ha) hissəsinin üst-üstə düşməməsi müəyyən olunmuşdur. 6-7) Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı JN-756 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,55 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,35 ha (ilkin hüquqmüəyyənedici sənəddə 0,36 ha) hissəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (əvvəlki adı X13) tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Torpaqların elektron kadastrı uçotu məlumat bazasında İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,35 ha torpaq sahəsinə bitişik (qərb tərəfdən) dövlət mülkiyyətində olan (islahatdan artıq qalan) 0,01 ha torpaq sahəsinin olması müəyyən olundu. Həmin 0,01 ha torpaq sahəsinin Cavabdeh2 tərəfindən çəpərə alınaraq istifadə edilməsi müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı tələbini Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə JN-0756, Kod-80108018 olan Dövlət aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş Astara rayonunun Siyəkü kəndində yerləşən 0,55 hektar pay torpaq sahəsinin 0,4 ha hissəsindən istifadə edə bilməməsi, həmin sahənin cavabdehlər tərəfindən zəbt edilərək qanunsuz istifadə edilməsi və orada 50 ədəd mandarin, feyxoa və limon ağaclarının əkilməsi ilə əsaslandırmışdır. İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan qeyd edilən torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilib-edilməməsinin müəyyən edilməsi məqsədilə Astara Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(018)-06/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Lakin birinci instansiya məhkəməsi sadəcə olaraq “X19” MMC-nin 23 avqust 2021-ci il tarixli, 422 nömrəli mütəxəssis rəyini almaqla kifayətlənmiş, ekspert rəyinin alınmasını təmin etməmişdir. Cavabdeh1 isə apellyasiya şikayətində haqlı olaraq bu məqamı qeyd etmişdir. Həmçinin, “X19” MMC-nin 23 avqust 2021-ci il tarixli, 422 nömrəli mütəxəssis rəyində cavabdehlərdən Cavabdeh2 adı səhv olaraq X4 qeyd edilmiş, birinci instansiya məhkəməsi bu hala əhəmiyyət verməmiş və qəbul edilmiş qətnamənin nəticə hissəsində yalnız X12 qarşı iddia tələbini qismən təmin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi nəticə hazırkı işə aidiyyəti olmayan Nazim Rəhimov adlı şəxslə bağlı olmuş, məhkəmə tərəfindən sonradan həmin yanlışlığın aradan qaldırılması ilə bağlı hər hansı tədbir görülməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə yenidən məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 13 fevral 2023-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyi və 31 mart 2023-cü il tarixli, 10/18 saylı ekspert rəyi əldə edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 10/18 saylı, 31 mart 2023-cü il tarixli rəyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 13 fevral 2023-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyi ilə Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-756 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,55 ha pay torpaq sahəsinin üç hissədən ibarət olması, həmin 0,55 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşən 0,36 ha hissəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0,35 ha ölçüdə öz əksini tapması, iddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan (iddiaçı tərəfindən göstərildiyi kimi) torpaq sahəsinin naturada ölçüsünün 0,27 ha olması, elektron kadastr uçotu informasiya sistemində öz əksini tapan həmin 0,35 ha torpaq sahəsinin 0,08 ha hissəsinin iddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan torpaq sahəsinə bitişik cənub istiqamətində olması, həmin 0,08 ha torpaq sahəsinin hazırkı mülki işdə adıçəkilməyən digər şəxs və ya şəxslərin istifadəsində olması, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən iddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,55 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,35 ha (ilkin hüquqmüəyyənedici sənəddə 0,36 ha) hissəsinin cavabdehlər tərəfindən istifadə edilməməsi, Torpaqların elektron kadastrı uçotu məlumat bazasında iddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,35 ha torpaq sahəsinə bitişik (qərb tərəfdən) dövlət mülkiyyətində olan (islahatdan artıq qalan) 0,01 ha torpaq sahəsinin Cavabdeh2 tərəfindən çəpərə alınaraq istifadə edilməsi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası rəyləri vermiş mütəxəssis və ekspertin mühəndislik sahəsində xüsusi biliklərinin olmasını nəzərə alaraq, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-756 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən pay torpaq sahəsinin hər hansı hissəsinin cavabdehlər tərəfindən istifadə olunmamasına dair 13 fevral 2023-cü il tarixli məktubla təqdim olunmuş mütəxəssis və 10/18 saylı, 31 mart 2023-cü il tarixli ekspert rəyləri ilə müəyyən edilənləri işin hallarına uyğun sayır. Bundan əlavə, iddiaçı da özünün və ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən pay torpaq sahəsinin hər hansı hissəsinin cavabdehlər tərəfindən istifadə olunması barədə sübut təqdim etməmişdir. İş üzrə sübutlarla cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsindən istifadə etməsi halı təsdiq olunmamışdır. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, Torpaqların elektron kadastrı uçotu məlumat bazasında iddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,35 ha torpaq sahəsinə bitişik (qərb tərəfdən) 0,01 ha torpaq sahəsinin (islahatdan artıq qalan) Cavabdeh2 tərəfindən çəpərə alınaraq istifadə edilməsi müəyyən edilsə də, Cavabdeh2 istifadə etdiyi həmin ərazi dövlət mülkiyyətində olmaqla, iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinə aid deyil. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Bundan sonra TM-in) 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. TM-in 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İddiaçıya və ailə üzvlərinə məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilməsi halı iş materialları ilə öz təsdiqini tapmadığından, iddia tələbi torpaq sahəsindən 50 ədəd ağacın çıxarılması hissəsində də əsaslı hesab edilə bilməz. Belə ki, cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsindən istifadə edilməməsi halı iş materialları ilə müəyyən edildiyindən, cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən istifadə edərək həmin ərazidə 50 ədəd ağac əkməsi də təkzib olunur. Apellyasiya şikayətində Cavabdeh1 limon, mandarin və feyxoa ağacları əkərək meyvə bağı saldığını qeyd etmişdir. Bu meyvə bağının cavabdehlərin öz mülkiyyətində olan torpaq sahəsində salındığı ekspert rəyi ilə müəyyən olunur. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsi məhkəmə xərclərini bölüşdürərkən, iş üzrə ekspertiza xərci olan 250 manatın 200 manat hissəsinin cavabdeh X6 alınaraq iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 25 manat hissəsinin cavabdeh X6 tutularaq iddiaçıya ödənilməsi, hüquqi xidmətlərin aparılması üçün iddiaçı tərəfindən ödənilmiş 200 manatın 150 manat hissəsinin cavabdeh X6 tutularaq iddiaçıya ödənilməsini qət etmiş, eləcə də, dövlət rüsumuna görə 5 manat hissədə və hüquqi xidmətlərin aparılmasına görə 50 manat hissədə iddia tələbinin rədd edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası bildirir ki, digər hissələrdə iddia tələbi rədd edildiyindən, məhkəmə xərclərinə dair iddianın təmin olunmuş hissəslərində də iddia tələbi rədd edilməli, dövlət rüsumu olaraq ödənilmiş 30 manatın 25 manat hissəsi və hüquqi xidmətlərin aparılmasına görə ödənilmiş 200 manatın 150 manat hissəsi ilə bağlı da iddia təmin olunmamalı, həmin xərclər iddiaçının özünə aid edilməlidir. Bundan başqa, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən alınmış “X19” MMCnin 23 avqust 2021-ci il tarixli, 422 nömrəli mütəxəssis rəyinin verilməsinə görə 250 manat məbləğində ekspertiza xərcinin 200 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də qətnamə ləğv edilməli, həmin ekspertiza xərci iddiaçının özünə aid edilməlidir. Məhkəmə kollegiyası həmçinin onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı mütəxəssis rəyinin verilməsinə görə Cavabdeh1 tərəfindən ödənilmiş 95 manat məbləğində xidmət haqqı iddiaçıdan tutularaq Cavabdeh1 verilməli, 10/18 saylı, 31 mart 2023-cü il tarixli ekspert rəyinin verilməsinə görə aparılmış tədqiqatın dəyəri olan 50 manat məbləğində ekspertiza xərci isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri sayır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılması üçün ekspert rəyinin alınmasını təmin etmədiyindən, gəldiyi nəticə işin hallarına uyğun olmadığından, cavabdehin soyadı Rəhmanov olduğu halda, yanlış olaraq X12 münasibətdə iddia tələbi qismən təmin edildiyindən, iddiaçıya və ailə üzvlərinə məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunmaması halı mütəxəssis və ekspert rəyləri ilə müəyyən edildiyindən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 2(018)-04/2022 saylı, 02 mart 2022-ci il tarixli qətnaməsi qismən – iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin olunmasın. “X19” MMC-nin 23 avqust 2021-ci il tarixli, 422 nömrəli mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 250 manat ekspertiza xərci tamamilə iddiaçının özünə aid edilsin. İddiaçı ekspertə verilməli məbləğ üzrə 50 manat tutularaq, X7, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyi üzrə Cavabdeh1 tərəfindən ödənilmiş 95 manat məbləğində xidmət haqqı İddiaçı tutularaq Cavabdeh1 verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar