Məhkəmə qərarları › İş №2(106)-631/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-631/2024

02.04.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-631/2024 02.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X8 Əsədov (sədrlik edən və məruzəçi), X* və X2 ibarət tərkibdə, katib X6, iddiaçının nümayəndəsi Nümayəndə*, cavabdehin təmsilçisi Nümayəndə2, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Xocavənd Rayon Məhkəməsinin *7 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsinə qarşı əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və mənəvi ziyana görə təzminat tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Malışova X*4 şəhər Ü.Hacıbəyli adına Uşaq İncəsənət məktəbinin direktoru vəzifəsində işləmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsi rəisinin 2*.*0.202*-ci il tarixli, *6* nömrəli əmri ilə müddətli əmək müqaviləsinin başa çatması ilə işdən azad edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsi rəisinin 2*.*0.202*-ci il tarixli, *6* nömrəli əmrinin ləğv edilməsi, Ağcabədi şəhər Ü.Hacıbəyli adına Uşaq İncəsənət məktəbinin direktoru vəzifəsinə bərpa edilməsi, 2*.*0.202*-ci ildən əvvəlki vəzifəsinə bərpa ediləcəyi günədək məcburi işburaxma müddəti üçün əmək haqqının ştat cədvəlinə uyğun olaraq cavabdehdən tutularaq ona ödənilməsi, əmək kitabçasına, X7 İdarəsinə məxsus əmr kitabına müdaxilə və pozuntuların, *5.09.202*-ci ildən 2*.*0.202*-ci ilədək * ay müddəti olan saxta müqavilə, bu müqavilədə iddiaçının imzası ilə onun tərtib olunması arasındakı müddət fərqi və digər sənəd saxtakarlıqların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.*, 3*3 və 320-ci maddələrinin təsiri altına düşdüyü üçün xüsusi qərardad çıxarılması, işdən azad olunması nəticəsində vurulmuş mənəvi ziyana görə *00000 manatın cavabdehdən tutularaq bərabər nisbətdə bölünməklə X*9 və “Yaşat” Fonduna köçürülməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkın göstərmişdir ki, onunla *5 sentyabr 202*-ci il tarixdən *7 aprel 2022-ci il müddətinədək bağlanmış əmək müqaviləsinə 2* oktyabr 202*-ci il tarixli *6* nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Həmin dövrdə elektron imza ilə təsdiq olunmuş xxxxxxx000208 nömrəli əmək müqaviləsi bildirişinə əsasən bağlanmış əmək müqaviləsinin müddəti *5.09.202*-ci ildən *7.04.2022-ci ilədək dövrü əhatə etmişdir. Heç bir hüquqi əsas olmadan verilən qanunsuz əmri əsaslandırmaq üçün X7 İdarəsinin rəisi Nümayəndə2 hüquqa zidd nəticələrə səbəb olan addımlar atmışdır. Belə ki, *5.09.202*-ci ildən *7.04.2022-ci ilədək müqavilə bağlanması razılaşdırıldıqdan sonra uzun illər olduğu kimi içərisi doldurulmamış 2 nüsxə əmək müqaviləsi onun tərəfindən imzalanaraq, idarənin əməkdaşı R.Əmirovaya verilmiş və heç nədən şübhələnmədən əmək fəaliyyətini davam etdirmişdir. 2*.*0.202*-ci il tarixdə iş günü başa çatdıqdan sonra idarənin rəisi Nümayəndə2 idarənin əməkdaşı Rövşanə Əmirovanı məcbur edərək onun işdən azad olunması barədə əmr və * ay əvvəlki müddətə, yəni * ay müddəti olan müqavilə hazırlamağı tapşırmışdır. Eyni zamanda, yeni müqaviləyə məktəbin direktoruna, yəni iddiaçıya imza etdirməyəcəyi təqdirdə onu işdən azad edəcəyini bildirmişdir. Həmin anda qüvvədə olan *5.09.202*-ci ildən xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin mövcud olan * nüsxəsini onun gözləri önündə cıraraq məhv etmişdir. Sonradan işdən çıxarılma təhdidi altında olan R.Əmirova təsadüfən qovluğun arasında imzalanmış, lakin içərisi tam yazılaraq doldurulmamış əmək müqaviləsi blankının ikinci nüsxəsini Nümayəndə2 göstərmiş və onun təhriki ilə müəyyən pozuntular aparılmaqla qanunsuz olaraq tərtib etmişdir. Qeyd edilən hallarla bağlı iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X*6 Xidməti Bərdə Regional ərazi Şöbəsinə müraciət olunmuşdur. ** yanvar 2022-ci il tarixli məktubla bildirilmişdir ki, çalışmanın yaş həddi 202*-ci ilin sentyabr ayından 2022-ci ilin aprel ayına kimi uzadılmışdır. Bu barədə əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alınmışdır. X7 İdarəsinin Bərdə Regional ərazi Şöbəsinə 08.*2.202*-ci il tarixli, 353 saylı məktubu ilə təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, onunla *5.09.202*-ci ilin sentyabr ayından *7.*0.202*-ci il tarixə kimi müddətli əmək müqaviləsi bağlanmış, lakin həmin müqavilə sabiq baş mühasib tərəfindən elektron informasiya sisteminə düzgün daxil edilməmişdir. Araşdırma zamanı həmçinin əmək müqaviləsinə xitam verilərkən, ona mövcud qanunvericiliyə uyğun olaraq son haqq-hesabın hesablanıb ödənilmədiyi məlum olmuşdur. Yol verilmiş nöqsanlarla əlaqədar X7 İdarəsinin rəisi Nümayəndə2 barəsində İnzibati Xətalar Məcəlləsinə müvafiq 23.*2.202*-ci il tarixli, *053*70 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda, vəkil vasitəsi ilə sorğu edərək işdən azad olunma barədə əmrin təsdiq edilmiş surətinin verilməsi cavabdehdən tələb edilsə də, cavabdeh mübahisəli əmri təqdim etməkdən yayınmışdır. Lakin mübahisəli əmrin, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatların surəti 26 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X*6 Xidməti Bərdə Regional ərazi Şöbəsinə vəkil vasitəsi ilə sorğu ilə müraciət olunaraq əldə edilmişdir. Beləliklə, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin tərkibi süni surətdə, əslində ciddi qanun pozuntusuna yol verməklə yaradılmışdır. Göründüyü kimi *5.09.202*-ci ildən *7.04.2022-ci ilədək bağlanmış əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatın portalda mövcudluğu və məlumat əmək kitabçasına daxil edilmiş *5.09.202*-ci il tarixli 93 nömrəli əmrlə imzalanmışdır. Sonradan isə iddiaçıya məxsus əmək kitabçasında müqavilənin müddəti qəsdən dəyişdirilmiş, *5.09.202*-ci ildən 2*.*0.202*-ci il tarixədək * ay müddətinə göstərilmişdir. X7 İdarəsinin əmr kitabında portalda mövcud olan *5.09.202*-ci ildən *7.04.2022- ci ilədək olan 7 ay müddətli əmək müqaviləsi qeydiyyatı yazılışda sonradan pozularaq saxtakarlıq edilmişdir. Əmr kitabından əmək kitabçasına köçürülərkən edilən bu pozuntular virtual olaraq mövcud deyilsə, bu, o deməkdir ki, əmr kitabı bütövlükdə dəyişdirilərək, 202*-ci ilin dekabr ayının sonlarında yenidən yazılmışdır. Yuxarıda göstərilən halların ekspertiza edilməsi, “Azercell” mobil operatoru vasitəsi ilə 22.*0.202*-ci il, 23.*0.202*-ci il, 26.*0.202*-ci il, 27.*0.202*-ci il tarixlərdə R.Əmirovaya məxsus 050-529-42-*7 nömrəli mobil telefon ilə aparılan danışıqlar idarə rəisinin tabeliyində olan R.Əmirova üzərinə basqının və saxtakarlığa təhrik etməsinin sübutudur. Beləliklə, qanunsuz əmri əsaslandırmaq heç bir halda mümkün deyil və əmək müqaviləsinin ləğv edilməsi ciddi qanun pozuntuları ilə icra edilmişdir. Həmin faktiki hallardan görünür ki, əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin kobud şəkildə pozulması ilə başa yetmişdir. Odur ki, Regional Mədəniyyət İdarəsinin rəisinin 2*.*0.202*-ci il tarixli 6* nömrəli əmri ləğv edilməlidir. 24 ildən çox məktəbin direktoru vəzifəsində qüsursuz çalışmaqla kollektivdə və ictimaiyyətdə nüfuz qazanmış, rəhbərlik etdiyi kollektiv üzvləri dəfələrlə respublika və beynəlxalq müsabiqələrdə laureat adı almış, Mədəniyyət nazirinin əmri ilə 20*5-ci ildə “Fəxri mədəniyyət işçisi” adına layiq görülmüş, 20*8ci ildə Prezidentin Fərmanı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adı və medalı ilə təltif edilmişdir. Bununla belə, bu cür saxta və qeyri-etik qaydada işdən azad olunması ciddi iztirab keçirməsinə, işgüzar nüfuzuna və ləyaqətinə ağır zərbə olmuşdur. Hesab edir ki, cavabdeh idarənin rəisi bu hərəkəti ilə iddiaçıya *00000 manat mənəvi ziyan vurmuşdur. Bu məbləğ cavabdehdən tutularaq bərabər nisbətdə bölünməklə X*9 və “Yaşat” Fonduna ödənilməlidir. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya qarşı yazılı etirazını bildirmiş, etirazında iddia tələbinin tam şəkildə rədd edilməsini xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 68-ci maddəsinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də müqavilə müddətinin bitməsidir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin mahiyyətindən də görünür ki, müqavilə nə işəgötürən olaraq X7 İdarəsinin, nə də işçi kimi İddiaçı təşəbbüsü ilə sonlandırılmamışdır. İddiaçının işlədiyi müəssisə dövlət büdcəsindən maliyyələşir. Onun müqaviləsinə xitam verilərkən o, artıq dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddinə çatmışdı. Qanunvericilik burada müqavilə müddətinin uzadılmasını müəyyən edilmiş şərtlərlə ehtiva etmişdir. Yəni burada sonrakı gedişat yuxarı orqan olan Mədəniyyət Nazirliyinin razılığından asılıdır. Həmin razılıq isə məhkəməyə təqdim etdiyi sənədlərdən də göründüyü kimi, nazirlik tərəfindən verilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən əsaslı olaraq müqavilə müddətinin uzadılmasından imtina edilmişdir. İddiaçının müqaviləsinin * aya kimi qısa müddətə uzadılmasına səbəb isə nazirlikdən rəsmi cavab məktubunun gözlənilməsi olmuşdur. Bu rəsmi cavabı 6-7 ay gözləmək isə heç bir məntiqə sığmır. Həmçinin, müqaviləyə işəgötürənin təşəbbüsü ilə xitam verilmədiyi üçün bu məsələdə işəgötürənin hansısa məsuliyyəti mövcud deyil, yəni əmrin ləğv olunması üçün hər hansı bir hüquqi əsas yoxdur. Həmin müqavilə müddətinin elektron informasiya ehtiyatında daha uzun göstərilməsi yalnız texniki səhvdir. İddiaçı özü də elektron informasiya qeydiyyat sistemində iddia etdiyi kimi 2022-ci ilin aprel ayına qədər müqaviləsi olduğunu bilməmişdir. Əgər bilsəydi, idarənin rəisindən çalışma müddətinin artırılması ilə bağlı Mədəniyyət Nazirliyinə məktub göndərilməsini xahiş etməzdi. Əgər bu barədə rəisin məlumatı olsaydı, iddiaçının çalışma müddətinin artırılması barədə Mədəniyyət Nazirliyinə məktub ünvanlamazdı. Bu faktlar da elektron informasiya qeydiyyat sistemində 2022-ci ilin aprel ayına qədər yazılmış məlumatın texniki səhv olduğunu təsdiq edir. İddiaçı 2022-ci ilin aprel ayına qədər idarənin əmrlər kitabında qeydiyyat aparıldığını və əgər bu qeydiyyat əmrlər kitabında yoxdursa, əmrlər kitabının dəyişdirildiyini iddia edir. İddiaçının çalışma müddətinin 2022-ci ilin aprel ayına qədər uzadıldığı barədə idarənin əmrlər kitabında heç bir qeydiyyat aparılmamışdır. İddiaçının iddia etdiyi kimi əmrlər kitabının dəyişdirilməsi mümkün deyil, çünki Nümayəndə2 202*-ci ilin avqust ayında vəzifəyə təyin edilmiş, əmrlər kitabı isə onun təyinatından 4 ay öncə tərtib edilmiş, əvvəlki rəhbərlik tərəfindən təsdiq edilmiş, möhürlənmiş və may ayından avqust ayına qədər olan əmrlər əvvəlki rəhbərliyin imzası ilə əmrlər kitabına işlənilmişdir. İddiaçı idarənin müvafiq jurnalına imza ataraq əmək kitabçasını təhvil almış, hər hansı bir qaralama olması barədə heç bir qeyd etməmişdir. İddiaçı iddia edir ki, guya əmək müqaviləsini oxumadan boş şəkildə imza atmışdır. İddiaçı kimi təcrübəli bir vəzifəli şəxsin onun özü üçün bu qədər həssas bir mövzuda guya bu cür davranması başa düşülən deyil. X7 İdarəsinin Baş kargüzarı Rövşanə Əmirova ərizə ilə X7 İdarəsinin rəisinə və məhkəməyə müraciət edərək, *5.09.202*-ci il tarixindən *7.*0.202*-ci il tarixinə qədər müddəti əhatə edən əmək müqaviləsinin iki nüsxəsini də iddiaçının onun xidməti otağında oxuduğu, imza etdiyi və bir nüsxəsini iddiaçının götürdüyü barədə yazılı məlumat vermişdir. İddiaçı onunla 2022-ci ilin aprel ayına qədər idarənin Baş kargüzarı Rövşanə Əmirova tərəfindən doldurulub imzalanmış və Nümayəndə2 tərəfindən imzalanmış və möhürlənmiş müqavilə olduğunu iddia edir. Belə bir müqavilə heç vaxt mövcud olmamışdır. Əgər belə bir müqavilə mövcud olmuşdursa, iddiaçı onu məhkəməyə təqdim edə bilər. Nümayəndə2 20.09.202*-ci il tarixində aktla elektron imzasını keçmiş baş mühasib N.Muxtarova təhvil vermiş və 0*.**.202*ci il tarixində elektron imzasını geri təhvil almışdır. Keçmiş baş mühasib N.Muxtarov X*6 Xidmətinə ünvanladığı izahatda iddiaçının əmək müqaviləsinin *5.09.202*-ci il tarixindən *7.*0.202*-ci il tarixinə qədər olduğunu təsdiq etmiş və əmək müqaviləsinin texniki səhv olaraq elektron informasiya sistemində artıq müddətə göstərildiyini yazılı olaraq bildirmişdir. Xocavənd Rayon Məhkəməsinin 2(069)-*43/2022 saylı, *7 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsinə qarşı əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və mənəvi ziyana dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 25.*, 35.2, 35.4, 60.*, 7*-ci maddəsinin *, 2-ci hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2*.2, 2*.3-cü, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin “b” bəndinə, *0-*.*, *0-*.2, 68.*, 70-ci maddəsinin “e” bəndinə, 73.*, 288, 292.*, 292.2, 294.*, 296.*, 296.2, 296.3-cü, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (MPM) *4.2, 77.*, 88, *06.*, 2*7.4, 265.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. İşə əvvəllər apellyasiya və kasasiya qaydasında baxılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Z.Zeynalov T.Heydərov və T.Kərimov) 24 noyabr 2022-ci il tarixli, 2(*06)-2*30/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Xocavənd Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti əsasında işə baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şəfiyev, Ə.Əhmədov və V.Həsənov) *4 mart 2023cü il tarixli, 2(*02)-***0/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2(*06)-2*30/2022 saylı qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün mülki iş apellyasiya məhkəməsinə göndərilmişdir. İşə ikinci dəfə apellyasiya qaydasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – S.Mayılov, C.İmanov və P.Əhmədov) 04 oktyabr 2023-cü il tarixli, 2(*06)-908/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Xocavənd Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının kassasiya şikayəti əsasında işə yenidən baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Xıdırov, E.Vəliyeva və E.Şamayev) *0 yanvar 2024-cü il tarixli, 2(*02)-220/2024 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 2(*06)- 908/2023 saylı qətnaməsi ləğv edilmiş, işə yenidən baxılmaq üçün mülki iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apellyasiya şikayətində göstərilir ki, məhkəmə işə baxan zaman iddia tələbinin mahiyyətinə dair qüvvədə olan inzibati xəta haqqında qərarın hüquqi nəticəsini qəbul etməmişdir. Məhkəmələrə təqdim edilmiş əmr vaxtında iddiaçıya təqdim edilməmiş, ona əmək kitabçası təqdim edilərkən üzərində düzəliş edilmiş və həmin düzəlişlər əvvəlki şəxs tərəfindən gözlə göründüyü qədər icra edildiyi təsdiqini tapır. İşə baxan məhkəmə iddiaçının yaş həddinə münasibət bildirsə də, onun xüsusi statusuna münasibət bildirməmiş, hüquqi qiymət verməmişdir. İddiaçının 50 ilə yaxın qüsursuz fəaliyyəti yüksək qiymətləndirilmişdir, çoxsaylı təltiflər verilmişdir, əməkdar mədəniyyət işçisidir. İşin mahiyyəti ondan ibarət olmuşdur ki, cavabdehlə iddiaçı arasında 7 aylıq əmək müqaviləsi bağlanmış, sonradan boş müqavilə iddiaçıya imzalatdıraraq doldurulub * aylıq əmək müqaviləsi tərtib edilmişdir. Həqiqi əmək müqaviləsi (7 aylıq) Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin e-sisteminə daxil edilmişdir. Daha sonra başqa əmr, yəni * aylıq əmək müqaviləsi daxil edilmiş, buna dair müvafiq icra orqanı olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X*6 Xidməti müvafiq cərimə tənbehi tətbiq etməklə cavabdeh barəsində İXM-də nəzərdə tutulmuş əməli törətdiyi müəyyən edilməklə onu qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə cəlb etmişdir. İddiaçı saxta əmək müqaviləsindən və onun əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən sonradan xəbərdar olmuş, bununla bağlı heç bir bildiriş almamışdır. Cavabdeh qurum iddiaçının razılığı olmadan əmək müqaviləsini saxtalaşdırmış və əmək münasibətlərinə xitam verərək qərar qəbul etmişdir. Bu qərarla iddiaçı tanış edilməmiş, üstəlik əmək kitabçasına cavabdeh qurum tərəfindən müdaxilə edilmişdir. Əmək müqaviləsinin saxtalaşdırılması ilə bağlı olaraq xüsusi qərardadın çıxarılıb prokurorluğa göndərilməsi hissəsində iddia təmin edilməmişdir. Qətnamənin 5-ci səhifəsinin 7-ci abzasında iş materiallarına istinad edilərək göstərilmişdir ki, 20.09.202*-ci ildə sistemə daxil edilmiş əmək müqaviləsi bildirişindən göründüyü kimi, cavabdeh qurum ilə iddiaçı arasında 05.0*.20*7-ci ildə müddətli əmək müqaviləsi bağlanmış və bu müqavilənin qurtardığı tarix *7.04.2022-ci il kimi qeyd olunmuşdur. Bu müqavilə hüquqi qüvvəsini itirmədiyi halda yeni saxta müqavilə, yəni *5.09.202*-ci ildən 2*.*0.202*-ci il tarixə dəyişdirilmişdir. Qətnamənin 6-cı səhifəsinin 3-cü abzasında göstərilir ki, *7.04.202*-ci ildə iddiaçının 65 yaşı tamam olduğu halda əmək müqaviləsi daha 6 ay, yəni *7.*0.202*-ci ilə qədər uzadılmışdır. Cavabdeh məhkəməyə yalan izahat verərək * aylıq müqavilənin bağlanmasına səbəb kimi Mədəniyyət Nazirliyinin razılığının tələb olunmasını göstərmişdir. Bu razılıq əslində tələb olunmur. Məktəb direktorunun işdən azad olunması Regional Mədəniyyət İdarəsinin səlahiyyətidir. Digər tərəfdən, həmin dövrdə əmək müqaviləsinin başa çatmasına hələ * ay vaxt var idi ki, yeni təkrar * aylıq müqavilənin bağlanmasına heç bir lüzum yox idi. Cavabdeh bu müqaviləyə istinad edərək iddiaçını işdən azad edə bilərdi. Bunu edə bilməməsinin səbəbi elektron informasiya sistemində *5.09.202*-ci ildən *7.04.2022-ci ilədək əmək müqaviləsinin mövcud olması idi. İşəgötürən *5.09.202*-ci ildən *7.04.2022-ci ilədək olan əmək müqaviləsi ilə * gün müddətində tanış olmuşdur. Əgər yanlışlıq olmuşdursa, bu hərəkətə yol verənlər haqqında uyğun tədbir görülər və həmin anda dəyişiklik edilərdi. Lakin * aylıq saxta müqavilə elektron informasiya sisteminə * aydan çox sonra, yəni 2*.*0.202*-ci ildə sistemə vurulmuş və həmin gün müqaviləyə xitam verilmişdir. İddiaçı ilə işəgötürən arasında 7 aylıq müqavilə bağlanmışdır. *5.09.202*-ci ildən *7.04.2022-ci ilədək qüvvədə olacaq əmək müqaviləsinin portala daxil olması ilə əlaqədar *5.09.202*-ci il tarixli, 93 nömrəli əmr var. İş üzrə mühüm əhəmiyyət kəsb edən hallara aid (maddi sübutlara) sənədlərə münasibət bildirməmiş, iş üzrə ekspertiza təyin edilməmişdir. Qüvvədə olan vəzifəli şəxs barəsində qərarın hüquqi qüvvəsinə dair məhkəmə münasibət bildirməmişdir. Elektron portalda aparılan əməliyyatların məhkəmə tərəfindən cavabdehin izahatına uyğun qəbul etməsinə dair düzgün hüquqi qiymət verilməmişdir. İzahatlar Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə* apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndə izahatında göstərmişdir ki, tərəflər arasında müqavilə müddəti *7.04.2022ci ildə başa çatmalı idi. İşəgötürənin səhvinə görə Əmək Müfəttişliyi cərimə etmişdir. Apellyasiya baxışında cavabdehin tmsilçisi apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəf izahatında onu da qeyd etmişdir ki, Ali Məhkəmənin analoji işlə bağlı qərarında da bu cür hallarda müqavilənin yazılı formatına üstünlük verilmişdir. Elektron bildirişə əsas verən məsələ kağız üzərində müqavilədir. İddiaçının istinad etdiyi cərimə isə əmrlə bağlı deyil, son haqq-hesabla bağlı olmuşdur. Əsaslandırma Məhkəmə Kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.*-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir: İddiaçı *997-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsinin Ağcabədi şəhəri, Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsində işləmişdir. Mədəniyyət Nazirliyi X7 İdarəsi onunla 2*.*2.20*8-ci ildə bir ilədək, 20.*2.20*9-ci ildə bir ilədək əmək müqaviləsi bağlamışdır. İddiaçı ilə X7 İdarəsi arasında sonuncu əmək müqaviləsi *5.09.202*-ci ildə bağlanıb. Həmin əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmış, elektron informasiya sistemində əmək müqaviləsinin müddəti *7.04.2022-ci il qeyd olunmuşdur. X7 İdarəsi İddiaçı ilə əmək müqaviləsinə 2* oktyabr 202*-ci il tarixli, *6* saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarmasına) əsasən, 2* oktyabr 202*-ci il tarixdən xitam vermişdir. İddiaçı əmək kitabçası 27.*0.202*-ci il tarixdə təhvil verilmişdir. X7 İdarəsi *5.*0.202*-ci il tarixli 242 saylı məktubla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət edərək, iddiaçının 65 yaşı *7 aprel 202*-ci ildə tamam olduğuna görə, *7 oktyabr 202*-ci ildən İddiaçı ilə yeni əmək müqaviləsi bağlanmasına münasibət bildirilməsini xahiş etmişdir. Mədəniyyət Nazirliyi 25.*0.202*-ci il tarixli məktubla X7 İdarəsinə cavab verərək, İddiaçı ilə əmək müqaviləsinin uzadılmasının məqsədəuyğun sayılmadığını bildirmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X*6 Xidməti Bərdə Regional ərazi Şöbəsinin İddiaçı ünvanladığı ** yanvar 2022-ci il tarixli, 22*3000522* saylı məktubunda göstərilir: Çalışmanın yaş həddi 202*-ci ilin sentyabr ayından 2022-ci ilin aprel ayına kimi uzadılmışdır. Bu barədə əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alınmışdır. X7 İdarəsinin Bərdə Regional ərazi Şöbəsinə 08.*2.202*-ci il tarixli 353 saylı məktubu ilə təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, iddiaçı ilə *5.09.202*-ci ilin sentyabr ayından *7.*0.202*-ci il tarixə kimi müddətli əmək müqaviləsi bağlanmış, lakin həmin müqavilə sabiq baş mühasib tərəfindən elektron informasiya sisteminə düzgün daxil edilməmişdir. Sabiq mühasib X9 izahat verərək bildirmişdir ki, əmək müqaviləsini sistemə daxil edərkən texniki səhv olaraq * ay əvəzinə 6 ay uzadıldığını qeyd etmişdir. İdarənin kargüzarı X5 təqdim etdiyi izahatda isə işdən çıxmağınız barədəki əmr əmək kitabçanıza işlənilərkən tərəfindən texniki səhv olaraq qaralamaya yol verildiyini bildirmişdir. Araşdırma zamanı həmçinin əmək müqavilənizə xitam verilərkən, sizə mövcud qanunvericiliyə uyğun olaraq son haqq hesabın hesablanıb ödənilmədiyi məlum olmuşdur. Yol verilmiş nöqsanlarla əlaqədar X7 İdarəsinin rəisi Nümayəndə2 barəsində İnzibati Xətalar Məcəlləsinə müvafiq 23.*2.202*-ci il tarixli *053*70 saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Şikayət tələbi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir” Cavabdeh xx.xx.2022-ci il tarixli, *90 saylı məktubuna əsasən, Ü.Hacıbəyli adına Şəhər uşaq incəsənət məktəbinin keçmiş direktoru İddiaçı son haqq-hesabı 400,65 manat hesablanmış, son haqq-hesabdan (gəlir vergisi 28,09 manat, sosial sığorta haqqı 3 faiz -*2,02 manat, işsizlik 0,5 faiz- 2,0 manat, tibbi sığorta- 8,0* manat və YAP üzvülük haqqı- 4,0* manat) cəmi - 54,*3 manat tutulmaqla kart hesabına 24 dekabr 202*-ci il tarixdə 346,52 manat köçürülmüşdür. Hazırda iddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsi rəisinin 2*.*0.202*-ci il tarixli, *6* nömrəli əmrini qanunsuz saymaqla işə bərpa edilməsini xahiş etmişdir. İddiaçı işdən azad edilməsinə əsas olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi (əmək müqaviləsinin müddətinin qurtarması) göstərilmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, X7 İdarəsinin rəisi Nümayəndə2 hüquqa zidd nəticələrə səbəb olan hərəkətlər etmişdir. Belə ki, *5.09.202*-ci ildən *7.04.2022ci ilədək müqavilə bağlanması razılaşdırıldıqdan sonra, içərisi doldurulmamış 2 nüsxə əmək müqaviləsi onun tərəfindən imzalanaraq, idarənin əməkdaşı R.Əmirovaya verilmiş və heç nədən şübhələnmədən əmək fəaliyyətini davam etdirmişdir. 2*.*0.202*-ci il tarixdə iş günü başa çatdıqdan sonra idarənin rəisi Nümayəndə2 idarənin əməkdaşı Rövşanə Əmirovanı məcbur edərək, onun işdən azad olunması barədə əmr və * ay əvvəlki müddətə, yəni * ay müddəti olan müqavilə hazırlamağı tapşırmışdır. Həmin anda qüvvədə olan *5.09.202*-ci ildən xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin mövcud olan * nüsxəsini onun gözləri önündə cıraraq məhv etmişdir. İddiaçının bildirdiyinə görə, * aylıq əmək müqaviləsi ondan xəbərsiz tərtib edilmiş və müqaviləyə qanunsuz xitam verilmişdir. İddiaçının saxta əmək müqaviləsindən və onun əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən sonradan xəbəri olmuş, bununla bağlı heç bir bildiriş almamışdır. Cavabdeh tərəf İddiaçı ilə əmək müqaviləsinin * aylıq müddətə bağlandığını iddia etmiş və əmək müqaviləsinin elektron informasiya qeydiyyat sistemində olan nüsxəsinin isə texniki səhv olduğunu qeyd etmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları bildirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin *0-*-ci maddəsinə əsasən: *0-*.*. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. *0-*.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə * ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. *0-*.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun *0-*.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsinin “d” bəndinin tələbinə görə, əmək müqaviləsində mütləq əmək müqaviləsinin müddəti göstərilməlidir. Məcəllənin 44-cü maddəsinə əsasən, (3-cü hissə) əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Əmək Məcəlləsinin 68-ci maddəcinin *-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Məcəllənin 70-ci maddəsinə əsasən bənd “e” bəndinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Qanunun tələbinə görə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur (Maddə 73). Məcəllənin 87-ci maddəsinin tələbinə görə, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında- işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Birinci instansiya məhkəməsi əmrin əsassızlığı və işə bərpa ilə bağlı iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, əmək hüquq nəzəriyyəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisədə əmək müqaviləsi ilə çalışan 65 yaşa çatmış işçinin çalışma müddətinin uzadılması müvafiq sahə üzrə mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin və nizamnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən müəssisənin fəaliyyətinə rəhbərlik edən müvafiq vəzifəli şəxsin hüququdur, vəzifəsi deyil. Cavabdeh idarənin rəisi Nümayəndə2 iddiaçı ilə *5.09.202*-ci il tarixdən *7.*0.202*-ci il tarixədək öz hüququndan istifadə edərək * ay müddətli əmək müqaviləsi bağlamış, həmin müddət ərzində təqdimatla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət etmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri Vüqar Məmmədov isə öz hüququndan istifadə edərək iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanmasını əsaslı hesab etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsassız sayır. Apellyasiya Məhkəməsinin mövqeyi Kollegiya hesab edir ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Ona görə aşağıdakılara əsasən qətnamə ləğv edilməlidir. Tərəflər arasında *5.09.202*-ci ildə müddətli əmək müqaviləsinin bağlandığı mübahisəsizdir. İddiaçı tərəf *5.09.202*-ci il tarixli əmək müqviləsinin müddətinin *7.04.202*-ci il tarixədək olduğunu, bu barədə elektron informasiya sistemində də məlumatın olduğunu, bu məlumatın əsas götürülməli olduğunu, cavabdeh tərəf isə elektron informasiya sistemində yanlışlığa yol verildiyini, əmək müqaviləsində və iddiaçıya məxsus əmək kitabçasında müqavilə müddətinin *5.09.202*-ci ildən *7.*0.202*-ci ilədək olduğunu iddia edirlər. Mübahisəli hal- əmək müqaviləsi müddətinin başa çatması, sonuncu müqavilənin hansı müddətə bağlanması ilə bağlıdır. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-*-ci bəndinə əsasən, əmək müqaviləsi bildirişi bu Məcəllənin 7-ci maddəsinin 2-*-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən, həmin Məcəllənin 7-ci maddəsinin 2-*-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Əmək Məcəlləsinin 49-cu maddəsinin *-ci bəndinə əsasən, həmin Məcəllənin 7-ci maddəsinin 2-*-ci hissəsi və bu maddənin *-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunun tələbinə görə, elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə * iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin *-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə * iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. (Məcəllənin 49-cu maddəsinin 2 və 2-2-ci bəndləri) X** verdiyi məlumatdan görünür ki, elektron informasiya sistemində əmək müqviləsinin müddətinin 2022-ci ilin aprel ayınadək uzadılması barədə qeyd vardır. Müəyyən edilir ki, iddiaçının əmək kitabçasında və cavabdeh idarənin təqdim etdiyi əmək müqaviləsinin əslində müqavilənin hansı müddətə bağlandığı və neçə il (ay) müddətinə bağlandığının qeyd edildiyi hissələrdə düzəlişlər (qaralamalar) edilmişdir. Buna baxmayaraq birinci instansiyası məhkəməsi həmin düzəlişlərin edilməsinə lazımi qiymət verməmişdir. İş üzrə məhkəmə sənədlərin texniki ekspertizasının *0 avqust 2023-cü il tarixli, 5/*027 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X*0 adına İT-İ 040**66 nömrəli əmək kitabçasının 56-57-ci səhifələrinin ikinci sətrindəki “*7 oktyabr 202*-ci” yazısının yerində əvvəlcə “*7 aprel 2022-ci” yazısı olmuş, sonradan üzərinə ağardıcı boya çəkilərək və əlavə cizgiləri artırılaraq indiki yazı icra edilmişdir, “* (bir)” yazısının yerində əvvəlcə “7 (yeddi)” yazısı olub, sonradan üzərinə ağardıcı boya çəkilərək və əlavə cizgiləri artırılaraq indiki yazı icra edilmişdir. İddiaçı həmin düzəlişin cavabdehin işçisi kargüzar X*2 tərəfindən icra edildiyini bildirmişdir. Əvvəlki apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X*2 bildirmişdir ki, İddiaçı məxsus İT-İ 040**66 seriya nömrəli əmək kitabçasının 56-57-ci səhifələrində olan saxtalaşdırıldığı iddia edilən əmək müqaviləsinin *7 oktyabr 202*-ci il tarixədək olmasına dair qeyd onun tərəfindən icra edilmişdir. Ağardıcının üzərindən qeyd edilmiş “*7 oktyabr 202*-ci il” və “* (bir) ay” sözləri də onun tərəfindən icra olunmuşdur. Bundan başqa, cavabdeh tərəfin bildirdiyinə görə, X7 İdarəsinin rəisi X*3 məxsus elektron imza 20.09.202*-ci il tarixindən 0*.**.202*-ci il tarixədək Regional idarənin sabiq baş mühasibi X4 idarənin elektron imza ilə görüləcək işlərinin aparılması üçün verilmişdir. Namizəd Muxtarovun məhkəmə iclasında şahid qismində dindirilməsi mümkün olmamışdır. Lakin onun notarial qaydada təsdiq edilmiş yazılı ərizəsi alınmış, ərizəsində Namizəd Muxtarov X7 İdarəsinin rəisi Nümayəndə2 ilə Ağcabədi rayon Uşaq İncəsənət məktəbinin sabiq direktoru İddiaçı arasında imzalanmış əmək müqaviləsinin *5 sentyabr 202*-ci il tarixindən *7 oktyabr 202*-ci il tarixinə qədər olan müddəti əhatə etdiyini, bu müqavilənin bitmə tarixini elektron informasiya sisteminə texniki səhv olaraq 2022-ci ilin aprel ayı olaraq daxil etdiyini bildirmişdir. Məhkəmə kollegiyası iş üzrə məhkəmə sənədlərin texniki ekspertizasının *0 avqust 2023-cü il tarixli, 5/*027 saylı rəyini sübut mənbəyi kimi qəbul edir. Kollegiya ekspert rəyi ilə yanaşı, iş üzrə digər materiallara, o cümlədən əvvəlki apellyasiya baxışında dindirilmiş şahid X5 ifadəsinə, notarial qaydada izahatı alınmış X3 məhkəməyə ünvanladığı yazılı ərizəsinə qiymət verərək hesab edir ki, bu hallar işəgötürənlə iddiaçı arasında bağlanmış *5.09.202*-ci il tarixli əmək müqaviləsinin müddətinin əvvəlcə “*7.04.2022-ci ilədək” kimi qeyd edildiyi faktının mövcud olması qənaətinə gəlməyə imkan verir. Beləliklə, əmək kitabçasında (elektron informasiya sistemində olduğu kimi) müqavilənin müddəti əvvəlcə *7.04.2022-ci il kimi göstərilmişdir; elektron informasi sisteminə də müqavilənin müddətinin sonu *7.04.2022-ci il kimi qeyd edilmişdir. Qanunun tələbinə görə, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Eləcə də əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir (Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələri). Kollegiya iş üzrə sübutlara qiymət verərək belə hesab edir ki, İddiaçı ilə işəgötürən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsinin arasındakı *5.09.202*-ci il tarixli əmək müqaviləsinin *7.04.2022-ci ilədək bağlanması faktı qəbul edilməlidir. Göstərilən hallar onu deməyə əsas verir ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi və onun işdən azad edilməsi barədə 2*.*0.202*-ci il tarixli əmr qanunsuz olmuşdur. İddiaçının bu hissədə tələbi haqlıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin *-ci bəndinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Kollegiyanın qənaətinə görə, əmrin ləğv edilməsi barədə tələb təmin edilməlidir. Bununla belə, işin hallarından görünür ki, iddiaçının iddia etdiyi müqavilə müddəti də keçmişdir və iddia edilən müddət ərzində onun faktiki işə bərpa olunması mümkün deyil. Ona görə də Kollegiya belə qənaətə gəlir ki, mübahisələndirilən əmrin ləğvi ilə yanaşı, hüquqi cəhətdən İddiaçı *7.04.2022-ci ilədək müddət üzrə işə bərpa edilmiş hesab olunmalı, həmin müddət üzrə məcburi işbaraxmaya görə əmək haqqı müvafiq qaydada hesablanıb ona ödənilməlidir. İddiaçı cavabdeh tərəfindən sənəd saxtakarlıqların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.*, 3*3 və 320-ci maddələrinin təsiri altına düşdüyü üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Bu, iddianın predemti deyil və məhkəmənin MPM-in 265.4.-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətidir. İşin hallarından görünür ki, iddiaçı özü bu barədə müvafiq orqanlara, o cümlədən X*6 xidmətinə müraciət etmişdir və bununla bağlı müvafiq araşdırma olmuşdur. İddiaçı həm də işdən azad olunması nəticəsində vurulmuş mənəvi ziyana görə *00000 manatın cavabdehdən tutularaq bərabər nisbətdə bölünməklə X*9 və “Yaşat” Fonduna köçürülməsini tələb etmişdir. Kollegiya digər hissədə iddianın təmin edilməsi üçün əsas tapmır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2*.2-ci maddəsinə görə, zərər dedikdə hüquqi şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüquqi pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qanunun tələbinə görə, işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinəəsasən mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərərin vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən mərhum olması, şəxsi, ailə və tibbi sirrlərinin açıqlanması, şərəf, ləyaqət və üşgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verir. İddiaçı həmin hissədə tələbini əsaslandırarkən bildirmişdir ki, 24 ildən çox məktəbin direktoru vəzifəsində qüsursuz çalışmaqla kollektivdə və ictimaiyyətdə nüfuz qazanmış, rəhbərlik etdiyi kollektiv üzvləri dəfələrlə respublika və beynəlxalq müsabiqələrdə laureat adı almış, Mədəniyyət nazirinin əmri ilə 20*5-ci ildə “Fəxri mədəniyyət işçisi” adına layiq görülmüş, 20*8-ci ildə Prezidentin Fərmanı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adı və medalı ilə təltif edildiyi halda, bu cür saxta və qeyri-etik qaydada işdən azad olunması ciddi iztirab keçirməsinə, işgüzar nüfuzuna və ləyaqətinə ağır zərbə olmuşdur. Qeyd edilməlidir ki, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatması əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilməsi əsaslarından biridir. İddiaçı hazırda qanunvericlikdə müəyyən edilmiş, çalışmanın yaş həddinə çatmışdır. Bundan başqa, Qanunun tələbinə görə əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Faktiki olaraq, İddiaçı ilə əmək müqaviləsinə qanunvericlikdə müəyyən edilmiş, çalışmanın yaş həddinə çatdıqdan sonra müddətli müqavilənin başa çatması əsasına görə xitam verilmişdir. Eyni zamanda onunla (*7.04.2022-ci il tarixədək) bağlanmış hesab edilən əmək müqaviləsinin müddəti də faktiki olaraq keçmişdir. Bu baxımdan, iddiaçının fəal ictimai həyat tərzindən məhrum olması, işgüzar nüfuzunun ləkələnməsi, mənəvi sarsıntı keçirməsi və sağlamlığına xəsarət yetirilməsi öz təsdiqini tapmadığından iddianın mənəvi zərərin ödənilməsinə dair hissəsi də əsassızdır, təmin oluna bilməz. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsinin 2*.*0.202*-ci il tarixli, *6* nömrəli əmri ləğv edilməli, 2*.*0.202*-ci il tarixdən *7.04.2022-ci il tarixədək müddət üzrə işə bərpa edilmiş hesab edilməklə həmin müddət üzrə ona məcburi iş buraxmaya görə əmək haqqı müvafiq qaydada hesablanıb ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası, qətetdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X7 İdarəsinin 2*.*0.202*-ci il tarixli, *6* nömrəli əmri ləğv edilsin. İddiaçı 2*.*0.202*-ci il tarixdən *7.04.2022-ci il tarixədək müddət üzrə işə bərpa edilmiş hesab edilməklə həmin müddət üzrə məcburi iş buraxmaya görə əmək haqqı müvafiq qaydada hesablanıb ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar