Məhkəmə qərarları › İş №2(106)-64/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-64/2025

08.06.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-64/2025 08.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X6 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı İmanov Elçin Mirdamət oğlunun, onun nümayəndəsi-vəkili nümayəndə1 iştirakı ilə, İddiaçı İmanov Elçin Mirdamət oğlunun cavabdeh İmanova Gülşən Mirdamət qızına qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” ilk iddiası, İmanova Gülşən Mirdamət qızının cavabdeh İmanov Elçin Mirdamət oğluna qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsindən ilkin iddiacı İmanov Elçin Mirdamət oğlunun nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları; İlkin iddia üzrə iddiaçı İmanov Elçin Mirdamət oğlu ilkin iddia üzrə cavabdeh İmanova Gülşən Mirdamət qızına qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Şirvan şəhəri S.Vurğun küçəsi ** saylı evin ** nömrəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun atası İmanov Mirdamət Musa oğlu anası İmanova (Qarayeva) Raziyə Tapdıq qızı ilə təxminən 1959-cu il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Onların birgə nikahından 07 övladları dünyaya gəlmişdir. 1) ##.##.1960-ci il təvəllüdlü İmanova Gülnaz Mirdamət qızı (1999-cu ildə vəfat edib), 2) ##.##.1960-ci il təvəllüdlü Hüseynova (İmanova) Çimnaz Mirdamət qızı (2009-cu ildə vəfat edib), 3) ##.##.1961-ci il təvəllüdlü İskəndərova (İmanova) Gülgəz Mirdamət qızı (Hacıqabul rayonunda yaşayır), 4) ##.##.1964-cü il təvəllüdlü İmanova Sevda Mirdamət qızı (Bakı şəhəri, Binəqədi rayonunda yaşayır), 5) ##.##.1968-ci il təvəllüdlü Sadıqova (İmanova) Könül Mirdamət qızı (2019-cu ildə vəfat edib), 6) ##.##.1971-ci il təvəllüdlü iş üzrə cavabdeh İmanova Gülşən Mirdamət qızı (2012-ci ilin fevral ayından Bakı şəhəri, Nərimanov rayonu, Aga Nemətulla küçəsində yaşayır) və 7) 16.04.1966cı il təvəllüdlü İmanov Elçin Mirdamət oğlu. Onun atası İmanov Mirdamət Musa oğlu ##.##.1991-ci il tarixdə, anası İmanova Raziyə Tapdıq qızı ##.##.2012-cı il tarixdə Şirvan şəhərində vəfat etmişlər. Anası İmanova Raziyə Tapdıq qızına məxsus Şirvan şəhəri, S.Vurgun küçəsi, ev 4, mənzil ** saylı ünvanda yerləşən 47.05 kv.m təşkil edən 03 otaqdan ibarət mənzil vardır. Həmin mənzil anasına xüsusi mülkiyyət üzrə deyil, orderlə məxsusdur. 1993-cü il tarixli ** nömrəli order-Əli Bayramlı şəhər (indiki Şirvan şəhəri) İcra Hakimiyyəti Başçısının ## ###### 1993-cü il tarixli, *** nömrəli Sərəncamı ilə həmin mənzil İmanova Raziyyə Tapdıq qızına verilmiş və həmin orderdə ailə üzvləri kimi o və bacıları 1971-ci il təvəllüdlü iş üzrə cavabdeh Gülşən İmanova və 1968-ci il təvəllüdlü Könül İmanova (2019-cu ildə vəfat etmişdir) qeyd edilmişdir, Orderdə adı olan 3 nəfər şəxsdən bacısı Könül İmanova 2019-cu ildə vəfat etmiş, bacısı Gülşən İmanova isə hələ anasının sağlığında ailə həyatı quraraq gəlin köçmüş və 2012-ci ilin fevral ayından həmin mənzildə yaşamır, Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsindəki evdə yaşayır. O anasına məxsus mənzildə fasiləsiz yaşamış, həmin mənzildə ailə üzvləri ilə birlikdə qeydiyyatdadır və anası rəhmətə gedən gündən bu günədək ailə üzvləri olan həyat yoldaşı və uşaqları ilə birlikdə həmin mənzildə yaşamaqdadır. Anasının yas mərasimini özü vermiş, mənzilin kommunal borclarını ödəmiş, mənzili 22.000 (iyirmi iki min) manat civarında əsaslı təmir etdirmiş və o vaxtdan bu günədək evin kommunal xərclərini özü ödəmişdir. Bu barədə qonşuların iştirakı ilə tərtib edilmiş akt və yaşayış yerindən arayış ərizəyə əlavə olunur. İddiaçı həmin mənzili öz adına özəlləşdirmək istəyir lakin, orderdə kirayədarın ailə üzvü kimi Gülşən İmanovanın adı qeyd edildiyi üçün və həmin mənzildə pasport qeydiyyatında olduğu üçün bu hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən iddiaçı qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı İmanova Gülşən Mirdamət qızı qarşılıqlı iddia üzrə cavabdeh İmanov Elçin Mirdamət oğluna qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri S.Vurğun küçəsi ** saylı evin ** nömrəli mənzilə köçürülməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzil anası İmanova Raziyə Tapdıq qızı tərəfindən ## ######## 2004-cü il tarixli Əli Bayramlı şəhər * saylı Notariusu tərəfindən təsdiq edilmiş vəsiyyətnamə ilə ona vəsiyyət edilmişdir. Hazırda da həmin mənzil dövlət mənzil fondunun mülkiyyətindədir. Sahiblik və istifadə hüququ ilə ona məxsusdur. Orada qeydiyyatdadır. Bu fakt Şirvan şəhər İcra Hakimiyyəti Başçısının * nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli arayışa əsasən təsdiq olunur. 2-ci qrup əlildir, sahə polikilinkasında da qeydiyyatdadır, bu barədə də Şirvan şəhər Mərkəzi xəstəxanasında ona verilmiş tibbi arayışı da ərizəyə əlavə etmişdir. Onun hazırda ikinci qrup əlil və xəstə olmaqla həmin ünvandan başqa yaşayış yeri yoxdur. Müvəqqəti olaraq Bakı şəhərində kirayəşin olaraq yaşayır. O mütəmadi olaraq ona vəsiyyət olunan və gələcəkdə miras əmlak toplusuna daxil ediləcək, özəlləşməsi gözləntisi olan evə gedib gəlmişdir. Ev anası tərəfindən ona vəsiyyət olunduğundan qardaşı ondan xahiş etmişdir ki, müvəqqəti olaraq orada yaşasın. O da buna etiraz etməmişdir. Son bir neçə aya kimi evin açarının bir nüsxəsi də onda olmuşdur. Daha sonra qardaşı evin açarını dəyişdirərək ona açar verməmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İmanov Elçin Mirdamət oğlu iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İmanov Elçin Mirdamət oğlunun, nümayəndəsi və vəkili vəkil1 izahat verərək bildirdi ki, təmsil etdiyi şəxsin atası İmanov Mirdamət Musa oğlu ##.##.1991-ci il tarixdə, anası İmanova Raziyə Tapdıq qızı ##.##.2012-cı il tarixdə Şirvan şəhərində vəfat etmişlər. Anası İmanova Raziyə Tapdıq qızına məxsus Şirvan şəhəri, S.Vurgun küçəsi, ev 4, mənzil ** saylı ünvanda yerləşən 47.05 kv.m təşkil edən 03 otaqdan ibarət mənzil vardır. Həmin mənzil anasına xüsusi mülkiyyət üzrə deyil, orderlə məxsusdur.1993-cü il tarixli ** nömrəli order-Əli Bayramlı şəhər (indikiŞirvan şəhəri) İcra Hakimiyyəti Başçısının ## ###### 1993-cü il tarixli, *** nömrəli Sərəncamı ilə həmin mənzil İmanova Raziyyə Tapdıq qızına verilmiş və həmin orderdə ailə üzvləri kimi 1966-cı il təvəllüdlü hüquqlarını müdafiə etdiyi Elçin İmanov və bacıları 1971-ci il təvəllüdlü iş üzrə cavabdeh Gülşən İmanova və 1968-ci il təvəllüdlü Könül İmanova (2019-cu ildə vəfat etmişdir) qeyd edilmişdir. Orderdə adı olan 3 nəfər şəxsdən bacısı Könül İmanova 2019-cu ildə vəfat etmiş, bacısı Gülşən İmanova isə hələ anasının sağlığında ailə həyatı quraraq gəlin köçmüş və 2012-ci ilin fevral ayından həmin mənzildə yaşamır, Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsindəki evdə yaşayır. Qarşılıqlı iddia tələbini qəbul etmirlər. Qarşılıqlı iddia tələbində Şirvan şəhəri, S.Vurğun küçəsi ev 04, ** nömrəli mənzilə İmanova Gülşən Mirdamət qızının adına ##.##.2004-cü il tarixdə notariusda bağlanmış vəsiyyətnamənin olduğu bildirilir. Həmin vəsiyyətnamə ilə bağlı bildirmək istəyir ki, əvvəla həmin vəsiyyətnamə etibarsızdır ona görə ki, vəsiyyət edən tərəflərin anası İmanova Raziyə Tapdıq qızı mənzili vəsiyyət edən zaman həmin mənzilin mülkiyyət sənədləri olmamış, vəsiyyət edən mülkiyyət hüququ ilə özünə məxsus olmayan əmlakı vəsiyyət etmişdir. Bu gün də həmin mənzilə hər hansı bir mülkiyyət sənədi yoxdur.Mənzil dövlət mənzil fonduna aid özəlləşdirilməmiş mənzildir və mənzilin orderində sahiblik və istifadə hüququ ilə 3 nəfər şəxsin adları qeyd edilmişdir ki, onlardan biri Raziyyə İmanova digərləri isə iş üzrə tərəflərdir.Həmçinin, İmanova Raziyə Tapdıq qızı ##.##.2012-cı il tarixdə Şirvan şəhərində vəfat etmişdir. Raziyyə İmanova vəfat edən gündən həmin mənzildə ilk iddiaçı hüquqlarını müdafiə etdiyi İmanov Elçin Mirdamət oğlu öz ailəsi ilə birlikdə yaşamış, mənzilin bütün kommunal xərclərini o vaxtdan bu günədək ödəmiş və ödəməkdədir, mənzili 22 min manatdan çox xərc çəkərək əsaslı təmir etdirmiş və halhazırda da ailəsi, uşaqları ilə birlikdə həmin mənzildə qeydiyyatda olmaqla yaşamaqda davam edirlər.Göründüyü kimi Elçin İmanov miras əmlak belə hesab edilsə mənzili qəbul edib, Gülşən İmanova isə iddia müddətini bu barədə ötürmüşdür. Raziyə lmanovanın vəfatından 10 ildən artıq vaxt keçib lakin, cavabdeh tərəf(qarşılıqlı iddiaçı) vəsiyyətnamə ilə baglı notariat orqanına müraciət etməyərək qanunla nəzərdə tutulmuş ümumi iddia müddətini belə ötürmüşlər.Göründüyü kimi hər iki əsasla baxılarsa vəsiyyətnamənin heç bir hüquqi qüvvəsi yoxdur və bu əqd əhəmiyyətsiz əqddir, etibarsızdır. Əlavə olaraq bildirir ki, cavabdeh düzgün olmayan sübutları məhkəməyə təqdim edərək bu mülki işə görə cavabdeh 10 illik həyat yoldaşından boşanır. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı İmanova Gülşən Mirdamət qızının qeydiyyatda olduğu və faktiki yaşadığı ünvana göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı İmanova Gülşən Mirdamət qızının nümayəndəsi və vəkili İbrahimov Nail Nadir oğlu izahat verərək bildirdi ki, ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzil İmanova Raziyə Tapdıq qızı tərəfindən ## ######## 2004-cü il tarixli Əli Bayramlı şəhər * saylı Notariusu tərəfindən təsdiq edilmiş vəsiyyətnamə ilə təmsil etdiyi şəxsə vəsiyyət etmişdir. Hazırda da həmin mənzil dövlət mənzil fondunun mülkiyyətindədir. Sahiblik və istifadə hüququ ilə ona məxsusdur. Təmsil etdiyi şəxs həmin evdə qeydiyyatdadır. Bu fakt Şirvan şəhər İcra Hakimiyyəti Başçısının * nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli arayışa əsasən təsdiq olunur. Müvəqqəti olaraq Bakı şəhərində kirayəşin olaraq yaşayır. O, mütəmadi olaraq ona vəsiyyət olunan evə gedib-gəlmişdir. Ev anası tərəfindən ona vəsiyyət olunduğundan qardaşı ondan xahiş etmişdir ki, müvəqqəti olaraq orada yaşasın. O da buna etiraz etməmişdir. İddiaçının nümayəndəsinin dediyi düzgün olmayan sübutları məhkəməyə təqdim olunmasına etiraz edir. Təmsil etdiyi şəxs bu mülki işə görə boşanmır. 15 il ailəli olub boşanan insanlar var. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmanov Arif Əziz oğlu ifadə verib bildirdi ki, o 25 ildir ki iddiaçı İmanov Elçin Mirdamət oğlu ilə qonşudur. Cavabdeh İmanova Gülşən Mirdamət qızı təxminən 10-12 il olar kı qeydiyyatda oluğu mənzildən çıxıb getmişdir. Hal-hazırda Şirvan şəhəri S.Vurğun küçəsi ** saylı evin ** nömrəli mənzildə iddiaçı İmanov Elçin Mirdamət oğlu öz ailəsi ilə birgə yaşayırlar. Cavabdeh İmanova Gülşən Mirdamət qızının mübahisəli mənzilə gəlməsinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmanova Sevda Mirdamət oğlu ifadə verib bildirdi ki, İmanova Gülşən Mirdamət qızı onun bacısıdır. Cavabdeh İmanova Gülşən Mirdamət qızı 2012-ci il tarixdə ailə həyatı quraraq Bakı şəhərinə ər evinə gəlin köçmüşdür. Cavabdeh mübahisəli mənzildə yaşadığı müddətdə anası Raziyəni döymüşdür, lakin bununla bağlı heç bir orqana şikayət etməmişdirlər. Hal-hazırda cavabdeh İmanova Gülşən Mirdamət qızı ilə heç bir əlaqəsi yoxdur. Onun anası tərəfindən verilmiş vəsiyyətnamədən məlumatı olmamışdır. Özü 5 ildən artıqdır ki, Bakı şəhərində yaşayır. Cavabdeh İmanova Gülşən Mirdamət qızı mübahisəli mənzilə gəlməmiş, gəlsə qardaşı ona orda yaşamağına etiraz etməz. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Etibar Hümbətov) ilkin iddia üzrə iddiaçı İmanov Elçin Mirdamət oğlunun ilkin iddia üzrə cavabdeh İmanova Gülşən Mirdamət qızına qarşı Şirvan şəhəri S.Vurğun küçəsi ev 04, ** nömrəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə ilkin iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı İmanova Gülşən Mirdamət qızının Şirvan şəhəri S.Vurğun küçəsi ev 04, ** nömrəli mənzilə köçürülməsi qət edilmişdir. İlkin iddiacı İmanov Elçin Mirdamət oğlunun nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2023-cü il tarixli qətnaməsi ilə (Hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Zaur Allahyarov) apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) (vəkil nümayəndə1) kassasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini, işdə olan sübutlar əsasında ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ## ###### 2023-cü il tarixli qərarı ilə (hakimlər X1 (məruzəçi), X22 və X13 ibarət tərkibdə), iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İmanov Elçin Mirdamət oğlu tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2023cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İlkin iddiacı İmanov Elçin Mirdamət oğlunun nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş və işin faktiki hallarına uyğun olmayan, yanlış hüquqi nəticəyə gəlmişdir. Cavabdeh tərəf notariat orqanına 10 ildən çox müddətdir ki, müraciət etməmişdir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş 10 il olan iddia müddətini belə ötürmüşdür. İddiaçı tərəf işdə olan qonşuların iştirakı ilə tərtib edilmiş aktla da sübut edir ki, mübahisəli mənzilin icarədarı olan anası Raziyə İmanova vəfat etdikdən sonra həmin mənzildə bu günədək o, həyat yoldaşı və uşaqları ilə birlikdə yaşamış, mənzilə miras əmlak deyə bilinərsə həmin əmlakı faktiki qəbul etmiş, idarə etmiş, mənzilin kommunal xərclərini ödəmiş və ödəməkdədir. Mənzilə 22.000 manatdan çox xərc qoyub əsaslı təmir etdirmişdir. Belə olduğu təqdirdə cavabdehin gələcəkdə vərəsə kimi iddia qaldırmaq və onun vərəsə kimi hüquqlarının tanınması halı çox böyük əsaslarla şübhəli məqamdır və mövcud olmayan şübhəli hüquqlara əsaslanaraq mənzilə köçürülmə əsaslarını bununla əsaslandırmaq və belə bir mövqedə olmaq, nəticəyə gəlmək düzgün mövqe, hüquqi nəticə deyildir. Mübahisəli əmlak bir neçə şəxsin istifadəsində və sahibliyində olan özəlləşdirilməmiş dövlət əmlakı olsa belə, məhkəmə icarədarın əmlaka qanuni gözləntisi kimi mülkiyyət hüquqlarının mövcud olduğu qənaətinə gələrək miras əmlakın kütləsinə aid olmayan əmlak barədə öz fərziyyəsi əsasında miras əmlak kimi qiymətləndirmiş və bir neçə şəxsin ümumi sahibliyində və istifadəsində olan mənzil barədə özəlləşdirilməmiş, mülkiyyətində olmadığı, digər istifadəçilərin razılığı olmadan icarədar Raziyə İmanovanın verdiyi vəsiyyətnaməni düzgün hesab etmiş və göstərilənlərə diqqət etməmişdir. İddiaçı cavabdehin istifadə hüququnun olmaması məsələsini mübahisələndirmir, onun istifadə hüququnun olduğunu tanıyır. Lakin, rəsmi ailə qurub Bakı şəhərinə ər evinə gəlin köçüb yaşaması, 10 ildən çox müddət ərzində fasiləsiz olaraq həmin mübahisəli mənzildə yaşamaması, gəlin köçdüyü həyat yoldaşına yaxud qaynatasına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsindəki evdə yaşaması və bu səbəbdən mübahisəli mənzildə formal olaraq qeydiyyatda olması halı üzrə cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş edir. İddiaçı tərəf olaraq onlar, məhkəmə qətnaməsində qeyd edilən “cavabdehin daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi müəyyən olunmamışdır” fikrinə tənqidi yanaşırlar və bu fikri qərəzli hesab edirlər. Çünki iş materialları ilə tamamilə sübut olunur ki, cavabdeh Gülşən İmanova 2012-ci il tarixdə rəsmi ailə quraraq Bakı şəhərinə gəlin köçmüş və o, vaxtdan bu günədək orada yaşayır və o vaxtdan bir gün də olsun mübahisəli mənzildə yaşamamışdır. İş üzrə mövcud olan qonşuların iştirakı ilə tərtib edilmiş və icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş ##.##.2021-ci il tarixli aktda, məhkəmədə şahid qismində dindirilmiş 1 nəfər qonşu İmanov Arif Əvəz oğlunun və şahid qismində dindirilmiş tərəflərin bacısı Sevda İmanovanın izahatları ilə bu fakt təsdiq edilir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı cavabdehin apellyasiya şikayətinə etiraz göndərməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı İmanov Elçin Mirdamət oğlu və onun nümayəndəsi-vəkili nümayəndə1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verilməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Şirvan Şəhər Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ilkin iddiacı İmanov Elçin Mirdamət oğlunun nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Rеspublikası Kоnstitusiyası. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. ## ####### 2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddibüluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddibüluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 85. İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddibuluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə huququ vardır. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kassasiya instansiya məhkəməsi yeni məhkəmə baxışına qaytararkən aşağıdakıları əsas göstərmişdir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Gülşən İmanovanın ##.##.2012-ci il tarixdə ailə qurub başqa yaşayış sahəsinə köçərkən mübahisəli mənzilə geri qayıtmaq niyyətində olubolmaması, mübahisənin predmeti olan mənzilə ehtiyacının aradan qalxıb-qalxmaması, həmin mənzillə bağlılığının aradan qalıbqalmaması, digər daimi yaşayış sahəsinə könüllü surətdə və daimi yaşamaq üçün köçübköçməməsi kimi işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallar apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmiş, Mülki Prosessual Məcəllənin 14.1 və 77.3-cü maddələrinin tələblərinə uyğun olaraq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamışdır. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Gülşən İmanovaya münasibətdə onun mübahisəli mənzildən istifadə hüququnun itirilib-itirilməməsinə münasibətdə iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, tətbiq etdiyi maddi hüquq normlarını düzgün tətbiq etməyərək, səhv təfsir etmiş, prosessual hüquq normaların pozulması ilə müşayiət olunan qətnamə qəbul etməklə həmin qətnamənin apellyasiya qaydasında qismən ləğvi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararaq iş materiallarında olan aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Əli-Bayramlı şəhər İcra Hakimiyyətinin ##.##.1993-cü il tarixli ** nömrəli orderin təsdiq edilmiş surətindən görünür ki, Şirvan şəhəri S.Vurğun küçəsi ** saylı evin ** nömrəli mənzili İmanova Raziyə Tapdıq qızına verilmişdir. Ailənin tərkibi oğlu İmanov Elçin, qızları İmanova Gülşən və Könüldür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İmanov Mirdamət Musa oğlu ## ###### 1991-ci il tarixdə Əli-Bayramlı şəhərində vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İmanova Raziyə Tapdıq qızı ## ######## 2012-ci il tarixdə Şirvan şəhərində vəfat etmişdir. İş materiallarında olan ## #### 2021-ci il tarixdə Şirvan şəhərində tərtib edilmiş Aktdan görünür ki, aktı imzalayan qonşular X8, X14, İmanov Arif Əziz oğlu bildirirlər ki, Şirvan şəhəri S.Vurğun küçəsi ** saylı evin ** nömrəli mənzilində yaşamış İmanov Elçin Mirdamət oğlunun anası İmanova Raziyə Tapdıq qızı ## ######## 2012-ci il tarixdə ona məxsus olan mənzildə vəfat etmişdir. Anası vəfat etdikdən sonra mənzilin bütün kommunal xərclərini oğlu İmanov Elçin Mirdamət oğlu ödəmişdir. Həmçinin anası İmanova Raziyə Tapdıq qızının dəfn xərclərini oğlu çəkmişdir. İmanov Elçin Mirdamət oğlu və onun həyat yoldaşı İmanova Leyli Mustafa qızı hal-hazırda həmin ünvanda yaşayırlar. İş materiallarında olan “xxxx” ASC-nin, “Azəriqaz”İB-nin və “Mənzil kommunal xidməti” üçün qəbzlərindən görünür ki, kommunal xərclər İmanov Elçin Mirdamət oğlu tərəfindən ödənilmişdir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının * nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ## #### 2021-ci il tarixli **** saylı arayışdan görünür ki, İmanov X21 şəhəri S.Vurğun küçəsi ** saylı evin ** nömrəli mənzilində qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki,## ##### 1966-cı il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş İmanov Elçin Mirdamət oğlunun atası İmanov Mirdamət Musa oğlu, anası İmanova Raziyə Tapdıq qızıdır. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışından görünür ki, İmanova Gülşən Mirdamət qızı ikinci dərəcəli əlildir. Diaqnoz: “M06 digər revmatoid artritlər, Revmatoidli artrit, poliartrit, seropozitiv oynaq visseral forma III dərəcə aktivlikdə IV mərhələ. Ağırlaşma M 20.4. Çəkicəbənzər ayaq baş barmaqları (qazanılmış), Barmaqların çiçəkvarı deformasiyası.Ağırlaşma M62.5. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Hər iki əlin barmaqların deformasiyası, poliartrit əlamətləri, sümüklərin osteoprozu, hər iki pəncənin valgres vəziyyəti, barmaqların deformasiyası, daraq oynaqlarında poliartrit əlamətləri qeyd olunur.” İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının * nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ## ###### 2023-cü il tarixli ** saylı arayışdan görünür ki, İmanova X27 şəhəri S.Vurğun küçəsi ** saylı evin ** nömrəli mənzilində qeydiyyatdadır. İş materiallarında olan ## ######## 2004-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Əli-Bayramlı şəhəri S.Vurğun küçəsi ev 4, mənzil 16-da yaşayan İmanova X11-Bayramlı şəhəri S.Vurğun küçəsi ** saylı evin ** nömrəli 3 otaqlı mənzili qızı İmanova Gülşən Mirdamət qızına vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin ## ###### 2023-cü il tarixli məktunundan görünür ki, Dövlət notariat arxivində və Elektron notariatə İnformasiya sistemində olan vərəsəlik işlərinə baxış keçirilərkən İmanova Raziyə Tapdıq qızının hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir. Mərhum İmanova Raziyə Tapdıq qızı tərəfindən Şirvan şəhəri * saylı dövlət notariat ofisində ##.##.2004-cü il tarixdə 2V-94 reyestr nömrəsi ila qoyulmuş vəsiyyətnamənin ##.##.2023-cü ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. İş materiallarında olan Şirvan şəhər İcra hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin ## ###### 2023-cü il tarixli məktubundan görünür ki, Şirvan şəhər S.Vurğun küçəsi * saylı binanın ** saylı mənzilinə ev sahibi mərhum İmanova Raziyə Tapdıq qızının ünvanına rəhbərlik etdiyi müddət ərzində heç bir kirayə müqaviləsi verilməmişdir. İş materiallarında olan “Mediasiya prosesianin tətbiqi barədə” arayışdan görünür ki, X4 nikahın pozulması tələbi ilə əlaqədar İmanova Gülşən Mirdaməd qızına təklif göndərilmişdir. İşin müəyyən edilən hallarından görünür ki, Şirvan şəhəri Səməd Vurğun küçəsi ** saylı evin ** nömrəli mənzili Əli-Bayramlı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş ##.##.1993-cü il tarixli ** nömrəli orderə əsasən İmanova Raziyə Tapdıq qızına verilmişdir. Orderdə ailə üzvləri kimi oğlu Elçin İmanov, qızları Gülşən və Könül İmanovalar qeyd olunmuşlar. Raziyə İmanova ## ######## 2012-ci il tarixdə vəfat etmişdir. ## #### 2021-ci il tarixdə Şirvan şəhərində tərtib edilmiş Akta əsasən, aktı imzalayan qonşular X8, X14, İmanov Arif Əziz oğlu bildirirlər ki, Şirvan şəhəri Səməd Vurğun küçəsi ** saylı evin ** nömrəli mənzilində yaşamış İmanov Elçin Mirdamət oğlunun anası İmanova Raziyə Tapdıq qızı ## ######## 2012-ci il tarixdə ona məxsus olan mənzildə vəfat etmişdir. Anası vəfat etdikdən sonra mənzilin bütün kommunal xərclərini oğlu İmanov Elçin Mirdamət oğlu ödəmişdir. Həmçinin anası İmanova Raziyə Tapdıq qızının dəfn xərclərini oğlu çəkmişdir. İmanov Elçin Mirdamət oğlu və onun həyat yoldaşı İmanova Leyli Mustafa qızı hal-hazırda həmin ünvanda yaşayırlar. “xxxx” ASC-nin, “Azəriqaz” İB-nin və “Mənzil kommunal xidməti” üçün qəbzlərinə əsasən, kommunal xərclər İmanov Elçin Mirdamət oğlu tərəfindən ödənilmişdir. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının * nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi arayışlara əsasən, İmanov Elçin Mirdamət oğlu və İmanova X27 şəhəri Səməd Vurğun küçəsi ** saylı evin ** nömrəli mənzilində qeydiyyatdadırlar. Həmçinin müəyyən edilmişdir ki, ## ######## 2004-cü il tarixli vəsiyyətnaməyə əsasən, İmanova X11-Bayramlı şəhəri Səməd Vurğun küçəsi ** saylı evin ** nömrəli 3 otaqlı mənzilini qızı İmanova Gülşən Mirdamət qızına vəsiyyət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin ## ###### 2023- cü il tarixli məktubuna əsasən, Dövlət notariat arxivində və Elektron notariat İnformasiya sistemində olan vərəsəlik işlərinə baxış keçirilərkən İmanova Raziyə Tapdıq qızının hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir. Mərhum İmanova Raziyə Tapdıq qızı tərəfindən Şirvan şəhəri * saylı dövlət notariat ofisində ##.##.2004-cü il tarixdə 2V- 94 reyestr nömrəsi ilə qoyulmuş vəsiyyətnamənin ##.##.2023-cü ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Şirvan şəhər İcra hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin ## ###### 2023-cü il tarixli məktubuna əsasən, Şirvan şəhər Səməd Vurğun küçəsi * saylı binanın ** saylı mənzilinə ev sahibi mərhum İmanova Raziyə Tapdıq qızının ünvanına rəhbərlik etdiyi müddət ərzində heç bir kirayə müqaviləsi verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə nəticəyə gələrkən, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi, ayrıca yaşayış sahəsinə malik olmasının, habelə ərinə məxsus olmuş mənzilə onun (ilkin iddia üzrə cavabdehin) mülkiyyət hüququnun olduğunun müəyyən edilməməsi barədə nəticəyə gələrkən, tərəflərin təqdim etdikləri sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxmamış, sübutların qiymətləndirilməsində səhvə yol vermiş, iş materiallarında olan və işin nəticəsinə əhəmiyyətli dərəcədə təsir edən sübutları nəzərə almamış və qiymət verməmişdir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 1999-cu il tarixli qərarına əsasən, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, iddia tələbində qеyd оlunan Şirvan şəhəri Səməd Vurğun küçəsi ** saylı evin ** nömrəli mənzili, Əli-Bayramlı (indiki Şirvan) şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş ##.##.1993-cü il tarixli ** nömrəli orderə əsasən İmanova Raziyə Tapdıq qızına və onun ailə üzvlərinə verilsə də, mülkiyyət hüququ ilə Raziyə İmanovaya məxsus olmamış, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” ## ###### 1993-cü il tarixli Qanununa əsasən onun həmin mənzili əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək hüququ olduğu halda, sonuncu vəfat etdiyi ## ######## 2012-ci il tarixə kimi qeyd olunan hüququndan istifadə etməmişdir. Eyni zamanda Raziyə İmanova mübahisəli mənzili ## ######## 2004-cü il tarixli vəsiyyətnaməyə əsasən qızı İmanova Gülşən Mirdamət qızına vəsiyyət etsə də, mənzil miras kütləsinə daxil edilməli əmlak olmadığından Gülşən İmanova mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edə bilməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin ## ###### 2023- cü il tarixli məktubuna əsasən, Dövlət notariat arxivində və Elektron notariat İnformasiya sistemində olan vərəsəlik işlərinə baxış keçirilərkən İmanova Raziyə Tapdıq qızının hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir. Odur ki, bu halda mübahisəli mənzilin Mülki Məcəllənin 1151.1-ci maddəsində qeyd olunan miras əmlak kimi qiymətləndirilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Gülşən İmanova ##.##.2012-ci il tarixdə X5 ilə rəsmi nikaha daxil olaraq mübahisəli mənzildən çıxıb Bakı şəhərinə köçmüşdür. Qeyd olunmalıdır ki, bu halda əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib-göstərmədiyidir. Təbii ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Gülşən İmanova ##.##.2012-ci il tarixdə X5 ilə ailə qurarkən möhkəm təməllərə əsaslanan daimi nikah münasibətlərində olmaq niyyətində olmuş və mübahisəli mənzildən könüllü şəkildə çıxaraq yeni ailəsi ilə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getmişdir. Ailə qurmuş cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Gülşən İmanovanın 2012-ci ildən etibarən əvvəllər yaşadığı mübahisəli mənzili tərk edib, könüllü olaraq müəyyən edildiyindən artıq müddətə başqa yerə gedərək orada 10 ildən artıq olan uzun müddət ərzində yaşaması ilə bağlı hallar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, bu halın sonuncunun başqa yerdə daimi yaşayış yerinin olmasına dəlalət edən hal olmasına düzgün münasibət bildirilməmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Gülşən İmanovanın əri ilə boşanma ərəfəsində olması barədə məhkəmənin istinad etdiyi hala gəldikdə isə, Gülşən İmanovanın 10 ildən artıq müddət əvvəl ailə quraraq onunla bir yerdə yaşadığı şəxslə nə vaxtsa nikahını pozacağını əvvəlcədən proqnozlaşdırması ağlabatan deyildir. Odur ki, göstərilən halın Gülşən İmanovanın tərk etdiyi mənzilə yaşamaq üçün qayıtmaq niyyətinin olması kimi qiymətləndirilməsi barədə məhkəmənin gəldiyi nəticə əsassızdır. Bundan başqa cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Gülşən İmanova mütəmadi olaraq ona vəsiyyət olunan və gələcəkdə miras əmlak toplusuna daxil ediləcək, özəlləşməsi gözləntisi olan evə gedib gəlməsini qeyd etsə də, onun həmin mənzilə hansı qaydada gedib-gəlməsi, mənzillə davamlı əlaqələrinin nə şəkildə olmasını müəyyən etmək mümkün deyildir. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi “O.X17rşı” iş üzrə ərizənin qəbul edilənliyi haqqında və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə ## ###### 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır ##.##.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60 maddəsində göstərilir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən isə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış məntəqəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi yuxarıda adı çəkilən ## #### 1999-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından suiistifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. ##.##.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) mənzilə dair hüququna münasibətdə ##.##.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinin müddəalarının tətbiq edilməli olması əsaslıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, şəxsin faktiki olaraq yaşamadığı mənzildə uzun müddət (hazırkı dövrədək) qeydiyyatda qalması, onun həmin ünvana istifadə hüququnun itirilməməsinə zəmin yaratmır. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Bu isə o deməkdir ki, evə daimi qeydiyyat icazə xarakteri daşımadığından əmlak hüquqları yaratmır. Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Əksinə, şəxs artıq uzun illərdir yaşadığı yeni ünvan üzrə qeydiyyata durmalı idi. Belə ki, adı çəkilən Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür, Qanunun 5-ci maddəsinə görə isə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Göründüyü kimi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Gülşən İmanovanın 88. ##.##.2012-ci il tarixdə ailə qurub başqa yaşayış sahəsinə köçərkən mübahisəli mənzilə geri qayıtmaq niyyətində olmaması, mübahisənin predmeti olan mənzilə ehtiyacının aradan qalxması, cavabdehin digər daimi yaşayış sahəsinə könüllü surətdə və daimi yaşamaq üçün köçməsinə birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymət verilməmişdir. Kollegiya qeyd edir ki, ilk iddia tələbi mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə, qarşılıqlı iddia tələbi isə mübahisəli mənzilə köçməklə bağlı olduğundan və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Gülşən İmanovanın Şirvan şəhəri S.Vurğun küçəsi ** saylı evin ** nömrəli mənzilinə istifadə hüququnu itirməsi müəyyən edildiyindən onun həmin yaşayış sahəsinə köçürülməsi ilə bağlı tələbinin hüquqi əsası aradan qalxır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, ilkin iddiacı İmanov Elçin Mirdamət oğlunun nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia təmin edilməməli, cavabdeh İmanova Gülşən Mirdamət qızının Şirvan şəhəri S.Vurğun küçəsi ** saylı evin ** nömrəli mənzilinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İlkin iddiacı İmanov Elçin Mirdamət oğlunun nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia təmin edilsin. Qarşılıqlı iddia təmin edilməsin. Cavabdeh İmanova Gülşən Mirdamət qızının Şirvan şəhəri S.Vurğun küçəsi ** saylı evin ** nömrəli mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar