Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-646/2023 13.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X25 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Mayılov Samir İlham oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «yaşayış evi və torpaq sahəsinin qanunsuz istifadədən geri alınması» tələbinə dair iddiası üzrə Lənkəran Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(049)-3470/2022 saylı qətnaməsindən (hakim N.Ağabəyov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, RX ******* saylı Reyestr Çıxarışına əsasən 0.02 ha həyətyanı torpaq sahəsi və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mərhum X7nın mülkiyyətində 1626, Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, RX ******* saylı Reyestr Çıxarışına əsasən 0.02 ha həyətyanı torpaq sahəsi və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi olmuşdur. X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Anasının yeganə övladı və vərəsəsidir. Hazırda yuxarıda qeyd etdiyi əmlaklar Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilib və istifadə edilir. Mərhum anasının yeganə vərəsəsi olaraq dəfələrlə cavabdehdən həmin əmlakları ona təhvil verməsini tələb etməyisinə baxmayaraq cavabdeh bundan imtina edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun çıxış etmiş, mərhum anası X13 yeganə vərəsəsi olduğunu bildirərək mərhum anasının mülkiyyətində olmuş iddia tələbində göstərilən daşınmaz əmlakların cavabdehin qanunsuz sahibliyindən azad edilərək ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etməyərək etirazında bildirmişdir ki, iddiaçı onun ögey xalası olmaqla Salyan şəhərində yaşayır. Mərhum X2na Lənkəran Rayon İcraiyyə Komitəsinin 14 dekabr 1984-cü il tarixli qərarı ilə nənəsinin, yəni X10 öhdəsində olan 0,04 ha torpaq sahəsinin 0,02 ha hissəsi verilmiş və həmin 0,02 ha torpaq sahəsində yaşayış evi tikmək üçün Port-iliç şəhər XDS İcraiyyə Komitəsinin 30 oktyabr 1984-cü il tarixli 12 nömrəli qərarı ilə fərdi yaşayış evi tikilməsinə icazə verilmişdir. Daha sonra həmin mübahisəli ev tikilmiş və o və bacısı həmin evdə yaşamışlar. Həmin həyətin qalan 0,02 ha sahəsində isə Züleyxa Babayevanın öz evi olmuş, Züleyxa 1984-cü ildə vəfat etdikdən sonra həmin ev sökülmüşdür. Züleyxanın sökülmüş evinin həyəti olan 0.02 ha torpaq sahəsini isə nənəsi X19 təqribən iki il əvvəl qonşuları olan Şahinin qaynı Rəşad adlı şəxsə satmışdır. X2 17 avqust 2001-ci il tarixdə vəfat etmişdir. Anasından qalmaqla Lənkəran rayonu Liman şəhəri (keçmiş Port-iliç şəhəri) M.Ə.Rəsulzadə küçəsi, 119-da yerləşən ümumi sahəsi 33,7 kv.metr, yaşayış sahəsi 19,7 kv.metr olan iki otaqlı evin 1/2 hisəsi özünün, 1/2 hissəsi isə ögey, atadan ayrı, anadan bir olan bacısı X6 adına rəsmiləşdirilməklə bu barədə onlara 16 aprel 2002-ci il tarixdə 209-A nömrə ilə qeydiyyata alınmaqla qeydiyyat vəsiqəsi verilmişdir. Anasının onlardan başqa heç bir vərəsəsi yoxdur. İddiaçının iddia ərizəsində göstərdikləri tamamilə yalandır. O, heç vaxt heç kimin evini zəbt etməmişdir. Həmin evin iddiaçıya heç bir aidiyyəti yoxdur. Onun tələb etdiyi 0,02 ha torpaq sahəsi anası Umu tərəfindən rəsmi olaraq Rəşad adlı şəxsə satılmışdır, iddianın pay torpaq hissəsinə münasibət bildirərək göstərir ki, iddiaçı yalnız iddianın sonunda həmin tələbi də qoymuş, lakin iddianın həmin hissəsini əsaslandırmamışdır. O, heç bir payı bəlli torpağı zəbt etməmişdir. Mərhum anası və bacısı Günaya məxsus 0,14 ha torpaq sahəsi vardır ki, həmin torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Belə ki, həmin kənd təsərrüfat təyinatlı torpq sahəsi Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli 11 nömrəli qərarı ilə olara verilmişdir iddiaçının anası, onun isə nənəsi Umu Nağıyevanın adına da həmin vaxt 0,05 ha torpaq sahəsi verilmişdir ki, həmin torpaq sahəsinin ona heç bir aidiyyəti olmamaqla o həmin torpaq sahəsini zəbt etməmiş və ümumiyyətlə həmin torpaq sahəsinin harada yerləşdiyini belə bilmir. Lənkəran Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(049)-3470/2022 saylı qətnaməsi ilə 1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, RX ******* saylı Reyestr Çıxarışına əsasən 0.02 ha həyətyanı torpaq sahəsi və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin cavabdehdən alınaraq İddiaçı verilməsi barədə iddia ərizəsinin rədd edilməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(049)-3470/2022 saylı qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, mərhum X7nın mülkiyyətində 1626, Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, RX ******* saylı Reyestr Çıxarışına əsasən 0.02 ha həyətyanı torpaq sahəsi və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi olmuşdur. X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Anasının yeganə övladı və vərəsəsidir. Hazırda yuxarıda qeyd etdiyi əmlaklar Cavabdeh Nizam qızı tərəfindən qanunsuz olaraq zəbt edilib və istifadə edilir. Mərhum anasının yeganə vərəsəsi olaraq dəfələrlə cavabdehdən həmin əmlakları ona təhvil verməsini tələb etməyisinə baxmayaraq cavabdeh bundan imtina etmişdir. Bu səbəbdən də anasından qalmış mirası bu günə kimi istifadə edə bilməmişdir. Lənkəran Rayon Məhkəməsi qətnaməsində mirasın faktiki qəbulu ilə bağlı heç bir sənədin olmadığını qeyd etmişdir. Bununla bağlı qeyd edir ki, cavabdeh anasından miras qalmış əmlakdan istifadəyə ona icazə vermir. Əgər icazə vermiş olsaydı və o miras əmlakı istifadə etmiş olsaydı o zaman faktiki qəbulla bağlı hər hansı bir sənəd təqdim edə bilərdi. Cavabdehin onun rəhmətlik anası ilə heç bir qohumluq münasibəti yoxdur. Eləcə də məhkəmə təqdim edilmiş sənədlərin ksero surət olduğunu qeyd edərək təqdim etdiyi sənədləri möhtəbər sübut kimi qəbul etməmişdir. Halbuki o məhkəmə iclasında həmin sənədlərin əsillərinin onda olmadığını və həmin sənədlərin əsillərini əldə edə bilmədiyini dəfələrlə qeyd etmişdir. Məhkəmə belə olan halda karguzarliq qaydalarına və qanunvericiliyə əsasən tərəflərin əldə edə bilmədikləri məlumatları məhkəmə sorğusu ilə dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan və hətta fiziki şəxslərdən tələb etmək hüququna malikdir. Lakin məhkəmə belə bir addım atmayaraq qanunsuz və əsassız olaraq iddia tələbini rədd etmişdir. Məhkəmə araşdırması düzgün aparılmamışdır. Tərəflərin əldə edə bilmədiklərin sübutların alınması ilə bağlı məhkəmə heç bir addım atmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh məhkəməyə apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı onun ögey xalası olmaqla Salyan şəhərində yaşayır. Mərhum X2na Lənkəran Rayon İcraiyyə Komitəsinin 14 dekabr 1984-cü il tarixli qərarı ilə nənəsinin, yəni X10 öhdəsində olan 0,04 ha torpaq sahəsinin 0,02 ha hissəsi verilmiş və həmin 0,02 ha torpaq sahəsində yaşayış evi tikmək üçün Port-iliç şəhər XDS İcraiyyə Komitəsinin 30 oktyabr 1984-cü il tarixli 12 nömrəli qərarı ilə fərdi yaşayış evi tikilməsinə icazə verilmişdir. Daha sonra həmin mübahisəli ev tikilmiş və o və bacısı həmin evdə yaşamışlar. Həmin həyətin qalan 0,02 ha sahəsində isə Züleyxa Babayevanın öz evi olmuş, Züleyxa 1984-cü ildə vəfat etdikdən sonra həmin ev sökülmüşdür. Züleyxanın sökülmüş evinin həyəti olan 0,02 ha torpaq sahəsini isə nənəsi X19 təqribən iki il əvvəl qonşuları olan Şahinin qaynı Rəşad adlı şəxsə satmışdır. X2 17 avqust 2001-ci il tarixdə vəfat etmişdir. Anasından qalmaqla Lənkəran rayonu Liman şəhəri (keçmiş Port-iliç şəhəri) M.Ə.Rəsulzadə küçəsi, 119-da yerləşən ümumi sahəsi 33,7 kv.metr, yaşayış sahəsi 19,7 kv.metr olan iki otaqlı evin 1/2 hisəsi özünün, 1/2 hissəsi isə ögey, atadan ayrı, anadan bir olan bacısı X6 adına rəsmiləşdirilməklə bu barədə onlara 16 aprel 2002-ci il tarixdə 209- A nömrə ilə qeydiyyata alınmaqla qeydiyyat vəsiqəsi verilmişdir. Anasının onlardan başqa heç bir vərəsəsi yoxdur, iddiaçının iddia ərizəsində göstərdikləri tamamilə yalandır. O, heç vaxt heç kimin evini zəbt etməmişdir. Həmin evin iddiaçıya heç bir aidiyyəti yoxdur. Onun tələb etdiyi 0,02 ha torpaq sahəsi anası Umu tərəfindən rəsmi olaraq Rəşad adlı şəxsə satılmışdır, iddianın pay torpaq hissəsinə münasibət bildirərək göstərir ki, iddiaçı yalnız iddianın sonunda həmin tələbi də qoymuş, lakin iddianın həmin hissəsini əsaslandırmamışdır. O, heç bir payı bəlli torpağı zəbt etməmişdir. Mərhum anası və bacısı Günaya məxsus 0,14 ha torpaq sahəsi vardır ki, həmin torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Belə ki, həmin kənd təsərrüfat təyinatlı torpq sahəsi Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli 11 nömrəli qərarı ilə olara verilmişdir iddiaçının anası, onun isə nənəsi Umu Nağıyevanın adına da həmin vaxt 0,05 ha torpaq sahəsi verilmişdir ki, həmin torpaq sahəsinin ona heç bir aidiyyəti olmamaqla o həmin torpaq sahəsini zəbt etməmiş və ümumiyyətlə həmin torpaq sahəsinin harada yerləşdiyini belə bilmir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı apellyasiya şikayətini müdafiə edərək iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh etiraz ərizəsinə uyğun izahat verdi və həmçinin göstərdi ki, iddiaçının anasına məxsus hər hansı torpaq sahəsi və ya ev onda deyildir. İddiaçı uzun müddətdir ki, Salyan şəhərində yaşayır. İddiaçının anası, onun isə nənəsi Umi özünə məxsus 0.02 ha torpaq sahəsində yerləşən evini 2020-ci ildə qonşusu X1 ki, hazırda da həmin evdə yaşayır. Nənəsinin adına 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olmasıəndan isə xəbəri yoxdur. Həmin torpaq sahəsinin harada yerləşməsini bilmir. İddiaçının tələb etdiyi əmlaklar onda yoxdur. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilərək Lənkəran Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(049)- 3470/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi yeni əsasla təmin edilməməlidir. Belə ki, Lənkəran Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(049)-3470/2022 saylı qətnaməsi ilə iddianı rədd edərkən 3 əsasa istinad etmişdir. Həmin əsaslardan birincisi iddiaçının cavabdehin atasının adının “Namizəd” olduğu halda iddiaçının cavabdehin atasının adının “Nizam” kimi yazması və bu barədə dəqiqləşdirmə aparmaması olmuşdur. İkinci əsas isə iddiaçının nənəsi X11 qalmış qeyd edilən miras əmlakı qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada qəbul etməməsidir. Halbiki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Buna görə də Konstitusiya Məhkəməsinin Plenum Qərarı göstərilənlər baxımından, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Üçüncü əsas isə iddiaçı tərəfindən təqdim edilən sənədlərin ksero surət olması olmuşdur. Halbuki, məhkəmə prosesual qənaət prinsipinə riayət edərək ona təqdim edilmiş sənədlərin təsdiq edilmiş surətlərini müvafiq təşkilatlara sorğu etməklə əldə edib işə əlavə edə bilərdi. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(049)-3470/2022 saylı qətnaməsi ləğv edilməli və iddiaçının tələb etdiyi əmlakların cavabdehdə olmasını sübut edə bilməməsi əsası ilə iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə sorğusu ilə əldə edilərək işə əlavə edilmiş; AN-İ ******* nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X5 ş, M.Ə.Rəsulzadə küçəsində mülkiyyətində olan 0.02 ha həyətyanı torpaq sahəsini X1. **********47 saylı xx.xx.2020 tarixli reyestr nömrəli çıxarışdan görünür ki, Liman ş, M.Ə.Rəsulzadə küçəsində olan 0.02 ha həyətyanı torpaq sahəsi X15 adına rəsmləşdirilmişdir. JN:1626 kod 80202004 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən X17 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 209 A saylı xx.xx.2002-ci il tarixli 1443 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Liman ş, M.Ə.Rəsulzadə küçəsi 119 ünvanında 2 otaqlı ev ½ hissə X3, ½ hissədə isə X6 mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisə iddiaçının mərhum anasının mükiyyətində olan fərdi yaşayış evi və torpaq sahələrinin cavabdehin qanunsuz sahibliyindən geri alınması ilə bağlıdır. Belə olduğu halda iddia tələbinin hüquqi əsasını evin və torpaq sahəsinin cavabdeh qanunsuz sahibliyindən geri tələb edilməsi durur. Bu münasibət isə Mülki Məcəlləsinin 157.2-ci maddəsi ilə tənzimlənir. Qeyd olunan hüquq normasının dispozitiv şərtlərinə görə şəxs tələb edilən əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əşyası üzərində faktiki sahibliyi itirməli, mülkiyyətçinin sahiblikdən məhrum olduğu əşya başqa şəxsin (özgəsinin) sahibliyinə keçməli, özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuz olmalı, mülkiyyətçinin sahiblikdən məhrum olduğu və özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalı, geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdi- müəyyən əşya) olmalı, əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalıdır. Lakin iddiaçı tələb etdiyi daqşınmaz əşyaların faktiki olaraq cavabdehdə olmasını sübut edə bilməmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının nənəsi vəfat etməzdən əvvəl qeyd edilən əmlakın bəzisini R.Məmmədov adlı şəxsə satmaqla özgəninkiləşdirmişdir. Cavabdehə gəldikdə isə iş materialları ilə müəyyən olunur ki, cavabdeh hazırda yaşadığı evi vərəsəlik yolu ilə X2ndan qəbul etmişdir. Ümumiyyətlə iddiaçı anasına məxsus olan əmlakların cavabdehin sahibliyinə keçməsini, cavabdehin həmin əşyaya faktiki sahibliyinin qanunsuz olmasını və yaxudda ki, həmin əşyaların faftiki olaraq cavabdehdə olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Bütün yuxarıda şərh edilənlərə əsasən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(049)- 3470/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, RX ******* saylı Reyestr Çıxarışına əsasən 0.02 ha həyətyanı torpaq sahəsi və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin cavabdehdən alınaraq ona verilməsi barədə iddia ərizəsi təmin edilməməlidir. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(049)-3470/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, RX ******* saylı Reyestr Çıxarışına əsasən 0.02 ha həyətyanı torpaq sahəsi və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin cavabdehdən alınaraq ona verilməsi barədə iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Cahid İmanov Hakimlər: imza Samir Mayılov imza Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-646/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-646/2023
13.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver