Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-653/2024 03.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə, evdən istifadə hüququnun tanınması və evdən istifadə hüququna maneçilik törədən hərəkətlərin qadağan olunması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-2951/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 03 iyun 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı X5 Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Masallı rayonu, İsgəndərli kəndində yerləşən 3 otaqdan, mətbəx, hamam və ayaqyolundan ibarət olan yaşayış evinə köçürülməsi, istifadə hüququnun tanınması və Cavabdeh onun evdən istifadə etmək hüquqlarına maneə törədən hərəkətlərinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2010- cu ildə toy etməklə ailə qurmuş, rəsmi nikahları 01 iyun 2011-ci ildə bağlanmışdır. Həmin nikahdan 07 iyul 2011-ci ildə Zeynəb və 28 avqust 2013-cü ildə Hüseyn adlı uşaqları anadan olmuşdur. Sonradan aralarında narazılıqlar yaranmış, xasiyyətləri düz gəlmədiyi üçün nikahın pozulması və aliment tələbi barədə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-919/2020 saylı qətnaməsi ilə aralarında olan nikahın pozulması və uşaqların onun himayəsində saxlanılmaqla, hər ay 220 manat aliment ödənilməsi qət edilmişdir. Cavadbeh Cavabdeh ilə birgə nikahda olduqları dövrdə Masallı rayonu, İsgəndərli kəndi ərazisində fərdi yaşayış evi tikmişlər. Həmin evin tikintisinə qızıllarını satıb xərcləmişlər. Elektrik xəttinin çəkilməsi, elektrik avadanlıqları quraşdırılması üçün pul xərcləmişdir. Həmin evdə iki uşaqları anadan olmuşdur. Ona məxsus olan cehiz əmlaklarını da həmin evə yerləşdirmişdir. Yaşadıqları ev bir mərtəbəli, üç otaqlı, mətbəx, hamam və ayaqyolundan ibarət Masallı rayonu, İsgəndərli kəndində yerləşir. Lakin cavabdeh ona həmin evdən istifadə etməsinə mane olur və imkan vermir ki, o, azyaşlı uşaqları ilə həmin evdə yaşasın. Odur ki, evə köçürülmə, evdən istifadə hüququnun tanınması və cavabdehin evdən istifadə hüququna maneçilik törədən hərəkətlərinin qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı X5 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirdi ki, cavabdehlə 2010-cu ildə faktiki olaraq ailə qurduqdan sonra, iki ilədək qaynanası ilə yaşamışlar. Sonradan birgə nikah dövründə ev tikmişlər, 2012-ci ildə həmin evə köçmüşlər. Həmin evin heç bir sənədi yoxdur. Lakin sonradan cavabdehlə münasibətləri pozulduğundan boşanmış, boşandıqdan sonra iki ilə yaxın uşaqlarla həmin evdə yaşamışdır. İşləməsi ilə əlaqədar, iş yeri yaxın məsafədə yerləşdiyinə görə bir müddətdir valideynlərinin yanında yaşayır. Evin açarı özündə olmuş, hər həftə həmin evə gedərək ev işləri görmüşdür. Lakin cavabdeh üç aydır ki, açarı ondan almış, qaytarmamışdır. Sonradan açarı istəmiş, lakin cavabdeh verməmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasında izahat verərək bildirmişdir ki, mübahisəli evi birgə nikah dövründə inşa etmişlər. O, iddiaçı Könül Əliyevanın həmin evə köçməsinə qadağa qoymamışdır və onun evə köçürülməsinə heç bir etirazı yoxdur. Ayrıldıqdan sonra Bakı şəhərində yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat; Masallı Rayon Məhkəməsinin 2(050)-2951/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qətnaməsi (Hakim: Habil Bəhmənov) ilə, iddianın qismən təmin edilməsi, iddiaçı X2 Masallı rayonu, İsgəndərli kəndində yerləşən üç otaqlı, mətbəx, hamam və ayaqyolundan ibarət evə köçürülməsi, Cavabdeh X1 evdə yaşaması üçün maneə yaradan hərəkətlər etməsinin qadağan edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11, Mənzil Məcəlləsinin 13.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat; Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayəti verərək apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, kollegiyadan Masallı Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(050)- 2951/2023 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Masallı Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(050)-2951/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada İddiaçı və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh keçirilən iclasda iştirak etməmiş, cavabdeh teleqram ünvanlıyaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının və cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası iddiaçı Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Masallı Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(050)-2951/2023 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi; Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzaradət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onupozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldəetmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2-ci maddəsinə əsasən On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə kollegiyası qeyd edilə maddi hüquq normasını müqayisəli təhlil edərək qeyd edir ki, iddiaçının bir övladı azyaşlı olmaqla onların yaşayış yeri valideynlərinin yaşayış yeri onların yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən hesab etmişdir ki, cavabdeh iddiaçının mübahisəli evə köçməsinə bir şərtlə razıdır ki, o, da həmin evdə yaşasın. Məhkəmə daha sonra hesab etmişdir ki, tərəflər arasında mənzillə dair hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarının təsiri altına düşür və həmin qanunvericiliyin tələblərinə uyğun olaraq qiymət verilməlidir. Belə ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. (Mənzil Məcəlləsinin 68.1. və 68.2.-ci maddələri) Məhkəmə evdən istifadə hüququnun tanınması tələbinə münasibətdə qeyd etmişdir ki, hazırkı mübahisə mənzil hüququ ilə bağlı olduğuna görə, evə köçürülmə evdən istifadə edilməsini də ehtiva edir. İddiaçının həmin tələbi yaşayış sahəsinin tərkib hissəsinə aid olan əşya hüququ ilə bağlıdır və ev mülkiyyət hüququ üzrə qeydiyyata alınmadığı və həmin hüququn əmələ gəlməsi üçün hüquqi əsas olmadığına görə həmin tələbə münasibətdə iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vermiş olduğu apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(050)- 2951/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, tətbiq etdiyi maddi hüquq normlarını düzgün tətbiq etməyərək, səhv təfsir etmiş, prosessual hüquq normaların pozulması ilə müşayiət olunan qətnamə qəbul etməklə həmin qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsaslar yaratmışdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(050)-2951/2023 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Nikah pozulması haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh ilə X2 arasında nikah Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarında olan Doğum haqqında şəhadətnamələrdən görünür ki, X8 07 iyul 2011ci ildə, X9 28 avqust 2013-cü ildə doğulmuşlar. Uşaqların anası X5, atası Cavabdehdur. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(050)- 919/2020 saylı qətnaməsi ilə X5 və Cavabdeh arasında 01 iyun 2011-ci ildə Masallı rayon Qeydiyyat şöbəsində bağlanmış 388 nömrəli nikah aktı qeydinin pozulması, 07 iyul 2011-ci il təvəllüdlü X6 və 28 avqust 2013-cü il təvəllüdlü X7 anaları X2 himayəsində saxlanımaları, 07 iyul 2011-ci il təvəllüdlü X6 və 28 avqust 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 110 manat, cəmi 220 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq X3 ödənilməsi, alimentin tutulmasının 10 avqust 2020-ci il tarixdən hesablanması və qətnamənin aliment tələbinə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyətindən daxil olmuş Masallı şəhəri, Mirkazım Aslanlı küçəsində yerləşən fərdi yaşayış evinin müayinəsinə dair tərtib edilmiş 27 may 2024-cü il tarixli “Akt”dan və fotoşəkillərdən görünür ki, Masallı şəhəri, Mirkazım Aslanlı küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Masallı şəhəri, Mirkazım Aslanlı küçəsində yerləşən fərdi yaşayış evinin həndəsi ölçüləri eni 10 metr, uzunluğu 11 metr, kürsü hissəsi yer səviyyəsindən 1.2 metr, mərtəbənin hündürlüyü isə 2.60 metrdir. Qonşuların verdiyi məlumata əsasən fərdi yaşayış evi 3 otaq, mətbəx, hamam və sanitar qovşağından ibarət olmaqla 2010-cu ildə inşa edilmişdir. İddianın predmetini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia üzrə iddiaçının dəlilləri araşdırılaraq iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquq qiymət verilməli, nəticədə iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun maddi hüquq normaları tətbiq edilməlidir. İddia tələbinin bu cür qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmə kollegiyasının gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 5-ci bəndində qeyd edilir ki, “Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir.” Odur ki, məhkəmə kollegiyası hazırkı mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı hallar üzrə aparılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə 2010- cu ildə toy etməklə ailə qurmuş, rəsmi nikahları 01 iyun 2011-ci ildə bağlanmışdır. Həmin nikahdan 07 iyul 2011-ci ildə Zeynəb və 28 avqust 2013-cü ildə Hüseyn adlı uşaqları anadan olmuşdur. Sonradan aralarında narazılıqlar yaranmış, xasiyyətləri düz gəlmədiyi üçün nikahın pozulması və aliment tələbi barədə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-919/2020 saylı qətnaməsi ilə aralarında olan nikahın pozulması və uşaqların onun himayəsində saxlanılmaqla, hər ay 220 manat aliment ödənilməsi qət edilmişdir. Cavadbeh Cavabdeh ilə birgə nikahda olduqları dövrdə Masallı rayonu, İsgəndərli kəndi ərazisində fərdi yaşayış evi tikmişlər. Həmin evin tikintisinə qızıllarını satıb xərcləmişlər. Elektrik xəttinin çəkilməsi, elektrik avadanlıqları quraşdırılması üçün pul xərcləmişdir. Həmin evdə iki uşaqları anadan olmuşdur. Ona məxsus olan cehiz əmlaklarını da həmin evə yerləşdirmişdir. Yaşadıqları ev bir mərtəbəli, üç otaqlı, mətbəx, hamam və ayaqyolundan ibarət Masallı rayonu, İsgəndərli kəndində yerləşir. Lakin cavabdeh ona həmin evdən istifadə etməsinə mane olur və imkan vermir ki, o, azyaşlı uşaqları ilə həmin evdə yaşasın. Hesab edir ki, cavabdehin bu hərəkətləri onun birgə nikah müddətində birgə vəsait hesabına tikmiş olduğu əmlak üzərində sahiblikdən məhrum olması qadağan olunmuş özbaşınalıqdır. İşin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçının hazırda köçürülməsini tələb etdiyi fərdi yaşayış evi özbaşına tikilidir və həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Mübahisəli ev tərəflərin faktiki nikahları müddətində birgə vəsaitləri hesabına tikilmiş və həmin evdə ər-arvad kimi yaşamışlar və hal-hazırda da. Ailəyə məxsus olan cehiz əşyaları həmin evdədir. Cavabdeh mübahisəli evi açarla bağlayaraq iddiaçını azyaşlı uşaqları ilə birlikdə həmin mənzildə yaşamasına maneə yaradır. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, mübahisəli evin birgə nikah dövründə inşa edilmiş, İddiaçı həmin mənzilə köçüb yaşamasına etirazı yoxdur. Həmçinin göstərmişdir ki, onun da həmin mənzildə yaşamaq hüququ vardır. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, birinci instansiya məhkəməsi onun iddia ərizəsinə münasibətini əsas götürərək iddiaçını mənzilə köçürmüş və hesab etmişdir ki, mübahisəli ev birgə nikah müddətində inşa edilmişdir. Lakin məhkəmə araşdırmamışdır ki, hansı gəlir yaxud vəsait hesabına ev inşa edilmişdir. Hansı ki, mübahisəli ev yaxın qohumlarının maddi vəsaiti hesabına tikilmiş, çünki o, həmin vaxtlar işləməmiş və gəlirləri də olmamışıdr. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Birinci instansiya məhkəməsi tikilinin tərəflərə aid olması və birgə nikah müddətində yaşadığı dövrdə birgə vəsait hesabına Masallı Rayonu İsgəndərli kəndi ərazisində mişar daşından bir mərtəbəli üç otaqdan ibarət fərdi yaşayış evi inşa etmələrini müəyyən etmiş, lakin tərəflər arasında mənzillə dair hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarının təsiri altına düşməsi və həmin qanunvericiliyin tələblərinə uyğun olaraq qiymət verilməsi qənaətinə gəlmiş, tələbin hüquqi əsası kimi Mənzil Məcəlləsinin 68.1. 68.2.-ci, 69-cu maddələrini əsas göstərmişdir. Məhkəmə nəzərə almamışdır ki, inşa edilmiş tikilinin tərəflərin birgə nikah dövründə birgə vəsaitləri hesabına inşa edildiyinin müəyyən edilməsi tərəflərin tikiliyə münasibətdə bərabər faktiki sahiblik hüquqlarının olması anlamına gəlir ki, cavabdeh tərəfindən buna dair hər hansı qanuniəsas olmadan iddiaçını evə buraxmamaqla bu hüquqdan məhrum etməsi qadağan edilmiş özbaşınalıqdır. Digər tərəfdən qeyd edilməlidir ki, tikilinin özbaşına tikili olması özü- özlüyündə müvafiq yaşayış sahəsi kimi istifadə olunan tikiliyə iddiaçının köçürülməsiniistisna edən hal kimi qiymətləndirilə bilməz. İddiaçının bu əsasla həmin evə köçürülməsindən imtina edilməsi, hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Başqa sözlə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Hazırki iş üzrə iddiaçının uşaqları ilə köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı və hüquqi vəziyyətinə görə özbaşına tikili sayıldığı üçün xüsusi mülkiyyətdə olan əşya hesab edilmir. Bu tip mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsini əsas götürən məhkəmə kollegiyası nəzərə alır ki, mübahisəli ev iddiaçı ilə cavabdehin birgə nikahı müddətində və məhz birgə vəsait hesabına inşa edilmişdir. Belə olan halda, iddiaçının da bu tikilinin ərsəyə gəlməsində hansısa formada iştirakı istisna deyildir. Cavabdehin özü də bu faktı etiraf edir, yalnız sonradan yəni apellyasiya şikayətində mübahisəli evin yaxın qohumlarının vəsaitin hesabına tikildiyini, məhkəmə tərəfindən isə işin bu halının araşdırılmadığı dəlil kimi göstərilir. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilini yeni sübut toplamağa yönəldiyindən əsaslı hesab etmir. Çünki Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bundan başqa cavabdehin birinci instansiyası məhkəməsindəki etiraflarına dair məhkəmə iclas protokoluna qeydlər vermək hüququ olmuş, lakin bu hüququndan istifadə etməmiş, həmin etirafları yalnız sonradan apellyasiya şikayətində təkzib etməyə başlamışdır. Nəzərə alınmalıdır ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). Ona görə kollegiya iddiaçının apellyasiya şikayətindəki bu xahişini apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab etmir. Halbuki iddiaçı birgə inşa etdikləri evdə uzun müddət ailəsi ilə birlikdə cavabdehin ailə üzvü kimi istifadə edərək yararlanıb, onun həmin tikiliyə münasibətdə iqtisadi marağı formalaşmışdır. Kollegiya iddiaçının iddia tələbinin istifadə hüququnun tanınması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yəni dövlət qeydiyyatına alınmayan mübahisəli evdə istifadə hüququnun tanınması özbaşına tikilinin hüquqi statusunun dəyişməsinə səbəb olar. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün müəyyən etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməməklə səhv təfsir etmiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzaradət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən əsaslı olduğundan qismən təmin edilməli Masallı Rayon Məhkəməsinin 2(050)-2951/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı evə köçürülmə, evdən istifadə hüququnun tanınması və evdən istifadə hüququna maneçilik törədən hərəkətlərin qadağan olunması tələbinə dair iddiası qismən təmin edilməli, İddiaçı Masallı rayonunun İskəndərli kəndi ərazisində daşından inşa edilmiş bir mərtəbəli üç otaqdan ibarət Cavabdeh məxsus fərdi yaşayış evinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-2951/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı evə köçürülmə, evdən istifadə hüququnun tanınması və evdən istifadə hüququna maneçilik törədən hərəkətlərin qadağan olunması tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı Masallı rayonunun İskəndərli kəndi ərazisində daşından inşa edilmiş bir mərtəbəli üç otaqdan ibarət Cavabdeh məxsus fərdi yaşayış evinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-653/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-653/2024
03.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver