Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-654/2025 23.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Lerik Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2(048)-23/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları: Torpağa mülkiyyət hüququna dair JN-0048 nömrəli, Kod 803*3028 olan Dövlət Aktından görünür ki, İddiaçı və ailə üzvlərinin adına Lerik rayon Aqrar İslahat komissiyasının 2000-ci il 28 mart tarixli qərarı ilə Lerik rayonu, Əliabad kəndində 5,4 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışlardan görünür ki, İddiaçı və ailə üzvlərinini mülkiyyətində Lerik rayonu, Əliabad kəndi ərazisində 0,7682 ha, 2,5753 ha və 0,337 ha torpaq sahələri vardır. Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2024-cü il tarixli *0/750* saylı rəyindən müəyyən olunur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi *0 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-2*-3-43/2-2697/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 63 saylı qərarı əsasında JN-0048 (KOD 803*3028) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Əliabad kəndi ərazisində yerləşən 5,4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidəki *,72 ha hissəsinin bütövlüklə Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı: Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh (Lerik rayonu Əliabad Bələdiyyəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin *0 saylı Lənkəran Ərazi İdarəsi maraqlı şəxs kimi qeyd edilən) qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bələdiyyə mülkiyyətindən ona və ailə üzvlərinə ayrılmış *,74 ha torpaq sahəsinin zəbtdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lerik rayonunun Əliabad kəndində torpaq islahatı aparılan zaman ona və ailə üzvlərinə kəndin ərazisində 4 fərqli yerdə torpaq sahəsi verilmişdir. İslahat aparılan zaman ailə üzvləri 9 nəfərdən ibarət olumuşdur. Ona və ailə üzvlərinə birlikdə 5,40 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələri 2,57 ha, 0,33 ha, 0,76 ha və *,74 ha bələdiyyəyə məxsus torpaq sahəsi olmaqla 4 hissədən ibarətdir. Kənddə torpaq islahatı aparılan zaman ona və ailə üzvlərinə pay torpaq sahəsi çatmadığından *,74 ha torpaq sahəsi bələdiyyə mülkiyyətindən onlara pay torpaq sahəsi kimi ayrılmışdır. Lakin Cavabdeh uzun müddətdir ki, bələdiyyə mülkiyyətindən onlara ayrılmış *,74 ha torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Hazırda sözügedən torpaq sahəsi Cavabdeh istifadəsindədir və onların həmin torpaq sahəsindən istifadə etməyinə imkan vermir. Bir neçə dəfə həmin torpaq sahəsini boşaldılmasını ona desə də o “mən bu torpaq sahəsini icarəyə götürmüşəm” deyərək müxtəlif bəhanələr gətirmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, mübahisəli torpaq sahəsinin Lerik rayonu Əliabad Bələdiyyəsinin ehtiyat fondu torpaq sahəsinə aid olduğunu bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Əliabad kənd bələdiyyəsinin sədri X5 iddiaçıya ayrılmış mübahisəli torpaq sahəsinin Lerik rayonu Əliabad Bələdiyyəsi ehtiyat fondu torpaq sahəsinə aid olduğunu, kənddə torpaq islahatı aparılan zaman iddiaçı və onun ailə üzvlərinə pay torpaq sahəsi çatmadığından bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən *,74 ha torpaq sahəsi onlara pay torpaq sahəsi kimi ayrıldığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs *0 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in *85.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lerik Rayon Məhkəməsinin (hakim Yusif Zeynalov) 09.0*.2025-ci il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 63 saylı qərarı əsasında JN-0048 (KOD 803*3028) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Əliabad kəndi ərazisində yerləşən 5,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən faktiki istifadə edilən *,72 ha hissəsinin zəbtdən azad edilərək boşaldılması və İddiaçı qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının *3, 29-cu, Mülki Məcəlləsinin *52.*, *57.2, *57.4, 239.2-ci, Torpaq Məcəlləsinin 84, ***, Mülki Prosessual Məcəlləsinin *4.2, 77.*, 77.2, 88, **9.*, 220.5-ci və 2*7.4-cü maddələrinə əsaslandırmış, qeyd etmişdir ki, iddiaçı ona məxsus pay torpaq sahəsinin Cavabdeh zəbtindən azad edilməsi xahiş edir. İş üzrə ekspert rəyinə görə torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 63 saylı qərarı əsasında JN-0048 (KOD 803*3028) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Əliabad kəndi ərazisində yerləşən 5,4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidəki *,72 ha hissəsinin bütövlüklə Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Bu isə iddiaçının mülkiyyət hüquqlarını pozur. Məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 63 saylı qərarı əsasında JN-0048 (KOD 803*3028) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Əliabad kəndi ərazisində yerləşən 5,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh Maşallah oğlu tərəfindən faktiki istifadə edilən *,72 ha hissəsi zəbtdən azad edilərək boşaldılmalı və İddiaçı qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, mülki işə səthi baxılaraq qəbul edilən qətnamə sadəcə sübutların birtərəfli araşdırılması və iddiaçı tərəfin maraqlarına xidmət edən kimi anlaşılır. Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60). İlkin olaraq ekspertiza təyin edilmiş, ekspertizanın rəyi ünvanına göndərilməmiş, sonradan iclasda əldə etmiş olduğu rəylə bağlı, təkrar ekspertiza təyin edilməsi barədə vəsatətlə müraciət etsə də, əsassız olaraq vəsatəti təmin edilməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Proses iştirakçılarının izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirdi ki, mübahisəli torpaq sahəsini 3* ildir istifadə edir. Torpaq sahəsindən istifadəyə görə də, hər il bələdiyəyə ödəniş etmişdir. Ekspert rəyi ilə razı deyildir, bununla bağlı etirazını birinci instansiya məhkəməsində bildirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən İddiaçı oölu apellyasiya icraatı zamanı izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Lerik Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il il tarixli, 2(048)-23/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 20**-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.* və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının *3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *52.*-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. *57.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. *52.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 238.*-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.2-ci maddəsində göstərilir ki, mülkiyyət hüququnun subyektləri dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində-bələdiyyələr, xüsusi mülkiyyətdə torpaq sahələri üzərində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 49-cu maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. ***-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lerik Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il il tarixli, 2(048)-23/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülkiyyət hüququ hüquqi sistemlərin və cəmiyyətlərin fundamental institutlarından biridir. Bu hüquq şəxslərə öz əmlakı üzərində sərbəst və müstəqil şəkildə sahiblik, istifadə və sərəncam hüququ verir. Mülkiyyət hüququnun qorunması iqtisadi inkişafın, sosial sabitliyin və hüquqi dövlət prinsipinin təmin olunmasında mühüm rol oynayır. Torpaq üzərində mülkiyyət hüququ baxımından, mülkiyyət hüququnun əhəmiyyəti daha da aktuallaşır. Torpaq yalnız iqtisadi sərvət mənbəyi deyil, həm də insanların yaşayış məkanı, fəaliyyət sahəsi və təbii ehtiyatlara çıxış imkanı kimi həyati önəm daşıyan əsas resursdur. Torpaq üzərində mülkiyyət hüququnun tanınması və müdafiəsi aşağıdakı istiqamətlərdə xüsusi əhəmiyyət kəsb edir: -Əvvəla, iqtisadi inkişafın stimullaşdırılması: torpaq mülkiyyəti sahibinə iqtisadi fəaliyyət göstərmək, kənd təsərrüfatı, sənaye və tikinti sahələrində sərmayə yatırmaq imkanı yaradır. Torpaq üzərində sabit mülkiyyət hüququ olmadan uzunmüddətli iqtisadi planlaşdırma və investisiya riskli və qeyri-sabit olur. -Sosial sabitliyin təmin olunması: Torpaq üzərində mülkiyyət hüququ insanların sosial rifahında mühüm yer tutur. Xüsusilə kənd ərazilərində torpaq sahibliyi həyat səviyyəsinin yaxşılaşdırılması və ictimai sabitliyin qorunmasında əsas faktorlardan biridir. Torpaq hüquqlarının pozulması isə sosial narazılıqlara və hüquqi mübahisələrə gətirib çıxara bilər. -Hüquqi dövlətin və mülki dövriyyənin gücləndirilməsi: torpaq üzərində mülkiyyət hüququnun hüquqi qaydada tanınması və qorunması hüquqi sabitlik və şəffaflıq yaradır. Bu, torpaqla bağlı əqdlərin (satış, icarə, ipoteka və s.) təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin edir. -Ətraf mühitin qorunmasına dəstək: torpaq sahibi öz sahəsindən istifadə edərkən yalnız şəxsi maraqlarını deyil, həm də ekoloji məsuliyyətini nəzərə almalıdır. Bu səbəbdən, mülkiyyət hüququ ilə yanaşı, torpaqdan istifadə zamanı müəyyən hüquqi tələblər və məhdudiyyətlər tətbiq olunur ki, bu da ətraf mühitin mühafizəsinə xidmət edir. -Şəxsi azadlığın və iqtisadi müstəqilliyin təməli: Torpaq üzərində mülkiyyət hüququ şəxsin iqtisadi müstəqilliyini və sosial mövqeyini təmin edən əsas vasitələrdəndir. Xüsusilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən insanlar üçün torpaq mülkiyyəti həyati əhəmiyyət daşıyır və onlara sərbəst həyat tərzi qurmaq imkanı verir. Cavabdeh apellyasiya şikayətində və apellyasiya baxışındakı izahatında mübahisəli torpaq sahəsindən uzunmüddətli istifadə etməsinə istinad etmişdir. Lakin bu iddia AR Mülki Məcəlləsinin müddəaları və iş materialları ilə təsdiq olunmuş hüquqi vəziyyət fonunda əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *78.*-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət hüququ qanunla müəyyən edilmiş əsaslarla, müvafiq daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Yalnız qanunla xüsusi hallarda qeydə almadan da mülkiyyətin keçməsi nəzərdə tutulursa, belə keçid barədə dövlət reyestrinə məlumat verilməlidir. Həmçinin, Məcəllənin *78.5 və *78.6-cı maddələri uzunmüddətli faktiki sahiblik əsasında mülkiyyət hüququnun əldə olunması şərtlərini müəyyən edir. Belə ki: -Əgər dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi torpaq sahəsinə *0 il fasiləsiz və etirazsız sahiblik etmişsə, o, həmin əmlakın mülkiyyətçisi kimi tanınır; -Əgər daşınmaz əmlak dövlət reyestrində qeyd olunmamışdırsa, və şəxs həmin əmlaka 30 il fasiləsiz və etirazsız faktiki sahiblik etmişdirsə, o, mülkiyyət hüququ əldə edə bilər. İş materiallarına əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən təqdim edilmiş çıxarışlar, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 63 saylı qərarı və verilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında açıq şəkildə göstərir ki, İddiaçı və ailə üzvləri Lerik rayonu, Əliabad kəndi ərazisində ümumilikdə 5,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanuni mülkiyyət hüququ əldə etmişlər. Həmin torpaq sahəsinin *,72 ha hissəsinin cavabdeh tərəfindən faktiki istifadə olunması da məhkəmə ekspertiza rəyi ilə təsdiq olunmuşdur. Bu halda, cavabdehin torpaq sahəsindən uzun müddət istifadə etməsi, hüquqi baxımdan, iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıra və ya ləğv edən əsas ola bilməz. Əksinə, mülkiyyət hüququ baxımından iddiaçı və onun ailə üzvlərinə məxsus olan torpaq sahəsindən, cavabdeh tərəfindən mülkiyyətçilərin razılığı olmadan istifadəsi mülkiyyət hüququna qanunsuz və əsassız müdaxilədir. Əlavə olaraq, mülkiyyət hüququ insan hüquqlarının əsas sütunlarından biridir və Azərbaycanın da tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının * saylı Protokolunun *-ci maddəsinə uyğun olaraq, “hər bir şəxs öz mülkiyyətindən sərbəst istifadə etmək hüququna malikdir və bu hüquq dövlət tərəfindən müdafiə olunmalıdır”. AİHM-in bir çox presedent qərarlarında vurğulanmışdır ki, mülkiyyət hüququ yalnız qanunla və ictimai maraqlar tələb etdikdə, hüquqi prosedur qaydalarına riayət olunmaqla məhdudlaşdırıla bilər (bax: Sporrong və Lönnroth İsveçə qarşı, *982). Mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən uzun müddət istifadə edilməsi isə nə qanuni əsaslara söykənir, nə də iddiaçının açıq razılığı ilə həyata keçirilib. Hüquqi reyestr sənədlərində torpağın mülkiyyətçisi kimi yalnız iddiaçı və ailə üzvləri göstərilmişdir. AİHM-in J.A. Pye (Oxford) Ltd və J.A. Pye (Oxford) X*rşı (2007) işində qeyd olunmuşdur ki, uzunmüddətli sahiblik nəticəsində əmlakın itirilməsi yalnız açıq, qanuni və öncədən bilinə biləcək şəraitdə mümkündür. Əks halda, sahibin fundamental mülkiyyət hüququ pozulmuş hesab edilir. Bu baxımdan, cavabdehin torpaqdan uzun müddət istifadə etməsi faktı, nə Azərbaycan Respublikasının daxili qanunvericiliyinə, nə də AİHM-in formalaşdırdığı beynəlxalq standartlara görə, iddiaçının mülkiyyət hüququnu ləğv edə və ya məhdudlaşdıra bilməz. Əlavə olaraq vurğulamaq lazımdır ki, mülkiyyət hüququnun ali xarakteri, onun müdafiəsinə iddia müddətinin tətbiq edilməməsi prinsipini də formalaşdırır. AİHM-in praktikasına görə, şəxsin mülkiyyət hüququna edilən davamlı qanunsuz müdaxilələrə qarşı iddia müddəti tətbiq edilə bilməz (bax: Kopecky Çexiyaya qarşı, 2004). Həmçinin AR Mülki Məcəlləsinin 384.0.4.-ü maddəsinə əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Bu, mülkiyyət hüququnun qorunmasının prioritetliyindən və insan hüquqlarının effektiv müdafiə olunması prinsipindən irəli gəlir. Dövlət orqanları tərəfindən verilmiş rəsmi sənədlər, o cümlədən “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış kimi sənədlər-Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hüquqi qüvvəyə malikdir və mülkiyyət hüququnu rəsmən təsdiq edir. Bu sənədlərin hüquqi qüvvəsi prezumpsiya (qanuni düzgünlük ehtimalı) xarakteri daşıyır və yalnız məhkəmə qaydasında, əsaslı və sübuta yetirilmiş hallarda onların hüquqi qüvvəsi şübhə altına alına bilər. Bu baxımdan, məhkəmənin vəzifəsi şəxsin qanunla tanınmış hüquq və azadlıqlarını, eləcə də qanuni maraqlarını müdafiə etməkdən ibarətdir. Məhkəmə, yalnız iddiaçı tərəfindən iddia irəli sürüldüyü halda və qanunvericiliyin ona verdiyi çərçivə daxilində, hüququn pozulub-pozulmadığını araşdırmaq və pozuntu müəyyən edildikdə, bu pozuntunun aradan qaldırılmasını təmin etmək səlahiyyətinə malikdir. Kollegiya qeyd edir ki, məhkəmə bu funksiyasını yerinə yetirərkən “ultra vires” prinsipinə riayət etməlidir. Yəni, məhkəmə öz səlahiyyət həddini aşaraq dövlət orqanlarının verdiyi hüquqi sənədlərin etibarlılığını, müvafiq qanuni əsaslar və sübutlar olmadan şübhə altına ala bilməz. Əks halda, məhkəmə səlahiyyətini aşaraq (ultra vires fəaliyyəti göstərərək) hüquqi sabitliyi, mülkiyyət hüquqlarının müdafiə prinsipini və hüquqi dövlətin əsas təməl prinsiplərini pozmuş olar. Belə ki, AİHM-in “J.A. Pye (Oxford) Ltd və J.A. Pye (Oxford) X3rşı” işində (2007) vurğulanmışdır ki, mülkiyyət hüququ kontekstində dövlətin yaratdığı hüquqi rejim və mülkiyyət hüququnu təsdiq edən rəsmi sənədlər yüksək qoruma altında olmalıdır və onların pozulması yalnız qanuni və proporsional əsaslarla baş verə bilər. Həmçinin AİHM-in “Kopecký Slovakiyaya qarşı” (2004) qərarında qeyd edilir ki, qanunla tanınmış mülkiyyət hüququ yalnız istisna hallarda və hüquqi dövlətin prinsiplərinə uyğun surətdə məhdudlaşdırıla və ya aradan qaldırıla bilər. Nəticə etibarilə, dövlətin verdiyi mülkiyyət hüququnu təsdiq edən sənədləri və onlardan irəli gələn hüquqlar, onların saxtalaşdırılması və ya qeyri-qanuni verilməsi barədə açıq sübutlar olmadığı halda, prezumpsiya ilə doğru və qüvvəli hesab edilməli və məhkəmələr öz araşdırma səlahiyyətlərini aşmadan bu hüquqları qorumağa yönəlik fəaliyyət göstərməlidirlər. Beləliklə, cavabdehin torpaq sahəsindən uzun müddət faktiki istifadəsi iddiaçının və onun ailə üzvlərinin torpaq üzərində mülkiyyət hüququnu ləğv etmir və məhkəmə iddiaçının pozulmuş hüquqlarının bərpasını təmin etməlidir. Torpaq sahəsinin iddiaçı və ailə üzvlərinə aid olması rəsmi sənədlərlə sübut olunur, cavadehin mülkiyyətçilərə məxsus torpaq sahəsinin Lerik rayonu, Əliabad kəndi ərazisində yerləşən 5,4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidəki *,72 ha hissəsinin bütövlüklə Cavabdeh tərəfindən istifadə edilməsi ekspert rəyi ilə də müəyyən olunmuşdur. Cavabdeh apellyasiya şikayətində həmçinin, onun birinci instansiya məhkəməsinə təkrar ekspertiza keçirilməsinə dair müraciət etməsinə baxmayaraq, məhkəmənin bu vəsatəti təmin etməməsini qeyd etmişdir. Kollegiya qeyd edir ki, məhkəmənin ekspertizanın təkrar təyin edilməsi ilə bağlı vəsatətə münasibəti, Mülki Prosessual Məcəlləsinin (MPM)-in müvafiq normalarında qeyd edilmiş hallara əsaslanmalıdır. Belə ki, MPM-in; *02.2.-ci maddəsinə əsasən Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. *02.3.-ci maddəsinə əsasən Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Yuxarıda göstərilən hüquqi normaların məzmunundan aydın olur ki, qanunverici məhkəmələrin hər bir halda “ekspertiza təyin edilməsi” barədə vəsatəti təmin etməsini vəzifə olaraq müəyyən etməmişdir. Çünki vəsatətin əsaslı olub-olmaması və təkrar ekspertiza təyin edilməsinin zəruriliyi məhkəmənin müstəqil qiymətləndirməsinə əsaslanır. Təkrar ekspertiza təyin olunmasına ehtiyac olmadığı təqdirdə, məhkəmənin bu vəsatəti təmin etməsi mülki işin icraatının əsassız şəkildə uzanmasına gətirib çıxaracaq və bununla da iddiaçının mülkiyyət hüququnun pozulması halının daha uzun müddət davam etməsinə şərait yaradacaqdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallarını aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.*, *4.2, 88 və 2*7.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.*-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Lerik Rayon Məhkəməsinin 2(048)-23/2025 saylı, 09 yanvar 2025-ci il il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin *07 və **9.*-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.*, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 2(048)-23/2025 saylı, 09 yanvar 2025-ci il il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-654/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-654/2025
23.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver