Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-657/2024 18.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: işçinin vurduğu maddi ziyan tələbi X13 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X6 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X10 Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Beyləqan Rayon 17 noyabr 2023-cü il tarixli, e-2(020)-1840/2023 saylı qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən vurulmuş 35.512,18 manat məbləğində ziyanın, 9.246,36 (doqquz min iki yüz qırx altı manat 36 qəpik) manat məbləğində borcun, 100 manat mediasiya xərcinin, cəmi 44.858,54 (qırx dörd min səkkiz yüz əlli səkkiz manat əlli dörd qəpik) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ********** saylı X1 Nömrəsi ilə (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş, ona məxsus mağazalarda ərzaq mallar)ının topdan və pərakəndə satışını həyata keçirmişdir. 01 iyul 2022-ci il tarixdə Cavabdeh ilə qanuna müvafiq şəkildə əmək müqaviləsi bağlayaraq onu Beyləqan rayonu, 1 -ci Şahsevən kəndində yerləşən Mandarin marketə müdir vəzifəsinə işə qəbul edərək onu maddi məsul şəxs təyin etmiş və onunla əmək müqaviləsi ilə maddi məsuliyyət haqqında müqavilə də bağlamışlar. Beyləqan rayonu, birinci Şahsevən kəndində qeydiyyatda olan Cavabdeh əmək və tam maddi məsuliyyət müqaviləsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ********** saylı X1 Nömrəsi (VÖEN: **********) əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkar İddiaçı məxsus Beyləqan rayonu, 1 -ci Şahsevən kəndində yerləşən Mandarın marketdə market müdiri vəzifəsində işləmişdir. Cavabdeh market müdiri işlədiyi dövr üzrə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən Mandarin marketdə anbar qalığının yoxlanılması və ümumi mağaza sayımının həyata keçrilməsi məqsədi ilə fərdi sahibkar İddiaçı tərəfindən imzalanmış D03/2023 saylı 26 yanvar 2023-cü il tarixli Əmrlə kommisiya təşkil olunmuşdur. İddiaçı tərəfindən imzalanmış əmrə əsasən yaradılmış komisyanın biri də market müdiri Cavabdeh olmuşdur. Əlavə olaraq sözü gedən Əmrdə yoxlamanın 30 yanvar 2023-cü il tarixədək yekunlaşması və yoxlamanın nəticəsi barədə Akt tərtib olunması qeyd olunmuşdur. Cavabdeh müdiri olduğu 1-ci Şahsevən kəndində yerləşən Mandarin marketdə anbar qalığının yoxlanılması və ümumi mağaza sayımının aparılması zamanı məlum olmuşdur ki, martketdə 35,512.18 (otuz beş min beş yüz on iki manat 18 qəpik) manat məbləğində mal əksikdir. Yoxlamanın nəticəsi barədə tərtib olunmuş aktda marketdə 35512,18 manat məbləğində malın əksik olması qeyd olunmuş və Cavabdeh bu Aktı imzalamaqla ona etibar olunmuş əmlakdan (maldan) 35512,18 manat məbləğində əmlakın (malın) yerində olmaması və/və ya talaması faktını təsdiq etmişdir. Babanlı Əmrah sahibkar İddiaçı ərizə ilə müraiət edərək marketin müdiri vəzifəsində işləmiş Cavabdeh göstərişi ilə sonuncuya müxtəlif vaxtlarda kassadan pul və marketdən müəyyən məhsullar vermişdir. Odur ki, Cavabdeh tərəfindən vurulmuş 35,512.18 manat məbləğində ziyanın, 9.246,36 (doqquz min iki yüz qırx altı manat 36 qəpik) manat məbləğində borcun və 100 manat mediasiya xərcinin, cəmi 44.858,54 (qırx dörd min səkkiz yüz əlli səkkiz manat əlli dörd qəpik) manat pulun cavabdehdən tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş və məhkəmə iclasında çıxış edərək göstərmişdir ki, o, 01 iyul 2022-ci il taıixində Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən Mandarin marketə market müdiri vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddət ərzində də 01 iyul 2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində fiziki şəxs İddiaçı Süeymur oğlunun imzası ilə təsdiq edilmiş üzləşmə aktı tərtib olunmuşdur. Üzləşmə aktının tərtib olunmasında fizki şəxs İddiaçı, mühasib X7, Audit X20 və o, iştirak etmişlər. Həmin üzləşmə aktının tərtib olunması zamanı 9.246.36 manat borcunun olduğunu etiraf etmişdir. Bu barədə iştirakçıların imzası ilə üzləşmə aktı tərtib olunmuşdur. O, həmin aktla razılaşdığı üçün də xx.xx.2023-cü il tarixli ərizə ilə Fiziki şəxs İddiaçı müraciət edərək yaranmış bu borcun hər ay aylıq əmək haqqından tutulmasını xahiş etmişdir. Aylıq əmək haqqı borcu ödəmədikdə yetərli olmadıqda və ya işdən çıxarıldıqda qalan borcu 15 gün müddətinə ödəyəcəyini bildirmişdir. Həmin vaxtdan da əmək haqqı kartı iddiaçı X5 verilmişdir. İşdən çıxarıldığı vaxta kimi də hər ay əmək haqqı kartımdan 800 manat olmaqla pul çıxarılmışdır. Buna baxmayaraq iddiaçı iddia ərizəsinə əlavə etmiş olduğu xx.xx.2023-cü il tarixli aktda isə Sayımdan əvvəl mal qalığının 203.213.36 AZN olduğunu, Sayımdan sonra isə anbarda olan mal qalığının 167.701.18 AZN olmasını bildirməklə ondan 35.512.18 manat pul tələb edir. Halbuki, üç gün əvvəl hətta mühasib-X3 iştirakı ilə tərtib olunmuş 25.01 2023-cü il tarixli aktda borcun məbləğinin 9.246.36 manat olduğu məlum olmuş, bu barədə İddiaçı rəsmi ərizə verilməkllə əmək haqqından tutulmaya razılıq da olmuşdur. Lakin iddia ərizəsinda isə mənim 35.51218 AZN məbləğində əmlakın yerində olmaması və ya talanması barədə faktı təsdiq etdiyini bildirmişdir. Həmin aktda onun adını məqsədli şəkildə özləri tərəfindən yalandan yazılmış və əvəzindən də özləri tərəfindən imzalanmışdır. Beyləqan rayonu BirinciŞahsevən kəndində yerləşən Mandarin marketə malların qaımə-faktura əsasında qəbul edilməsi, malların təhvil-təslim edilməsinə, o cümlədən də 35.51218 AZN məbləğində əmlakların qaimə-faktura əsasında qəbul edilməsi və ya malların təhvil-təslim edilməsi halları heç bir vaxt olmamışdır. Ziyanın nədən ibarət olması iş materiallarından məlum deyildir. Onun hal hazırda iddiaçıya borcu qalmamışdır. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Beyləqan Rayon 17 noyabr 2023-cü il tarixli, e-2(020)-1840/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdehn tərəfindən vurulmuş ziyana görə 35,512.18 (otuz beş min beş yüz on iki manat, 18 qəpik) manat, yaranmış borca görə 9.246,36 (doqquz min iki yüz qırx altı manat 36 qəpik) manat olmaqla cəmi 44.758,54 (qırx dörd min yeddi yüz əlli səkkiz manat əlli dörd qəpik) manatın, 100 (yüz) manat mediasiya xərcinin alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin tələbinə görə maddi məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin eyni zamanda hər üçünün – o cümlədən də a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda, b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda – bu üç şərtin mövcud olması tələb olunur. Bu isə o deməkdir ki, maddi məsuliyyət işçinin üzərinə o vaxt qoyulur ki, ziyanın həqiqətən vurulduğu aşkar edilsin, təqsirkarın əməli qanuna zidd olsun, təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olsun. Bu halların cavabdehin əməlində mövcud olub-olmamasıməsələsi də məhkəmə tərəfindən araşdırılmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci hissəsinin tələblərinə görə işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanılmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müaqavilə bağladıqda, b)işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə. Mülki işin materiallarından da göründüyü kimi, işçinin- Cavabdeh qanunazidd hərəkətlərinin nədən ibarət olması məlum deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin , Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərarının 1-ci bəndinin tələbinə görə işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüququ əqdin, o cümlədən də borcun etiraf haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Lakin mülki işin materiallarına əlavə edilmiş 9.246.36 manat məbləğində borcla bağlı olan həmin hallar məhkəmə tərəfndən nəzərə alınmamışdır. Ən azı da borcun etirafı üçün onun- Cavabdeh bu barədə ərizəsinin olmaması da nəzərə alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinin tələblərinə görə bu məcəllənin 199 və 200-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçinin işəgötürənə vurduğu ziyana görə bir aylıq əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıması halına da heç bir əhəmiyyət verilməmişdir. İş materiallarından da göründüyü kimi, məndən Beyləqan rayonunun İ Şahsevən kəndində fəaliyyət göstərən və "xxxx" MMC-yə məxsus olan Mandarin marketdə işlədiyimə görə 35.512.18 manat məbləğində ziyanın və 9.246.36 manat məbləğində borcun, 100 manat mediasiya xərcinin, cəmi 44.858.54 manat pulu tələb edən fiziki şəxs -iddiaçıX10 Füzuli rayonu , Horadiz şəhəri, Xanlar, ev-52 ünvanında yerləşən Füzuli rayonu Vergilər şöbəsində fiziki şəxs kimi qeydiyyatdadır. Bu isə o deməkdir ki, fiziki şəxs kimi Füzuli rayonu Vergilər şöbəsində qeydiyyatda olan X4 cavabdehə qarşı onun iddia qaldırmaq hüququ yoxdur. Cavabdehə qarşı iddia yalnız "xxxx" MMC-nin adından qaldırıla bilərdi. Bu hala məhkəmə tərəfindən heç bir əhəmiyyət verilməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, 7 il həmin marketdə işləmişdir. İlk vaxtlarda kassir kimi çalşmışdır. Qeyd etmişdir ki, onunla müdriyyət arasında əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Onunla müdriyyət arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlansa da o müdiriyyətin tapşırığına əsasən marketdə yalnız işçilərin işə vaxtında gəlib-getməsinə və marketə ümumi nəzarəti həyata keçirmişdir. Qeyd etmişdir ki, 9 246.36 manat pul və 35 512, 18 manat kəsir məbləğləri ayrı-ayrı olan məbləğlərdir. Belə ki, 9 246.36 manat onun marketə olan şəxsi borcu olmuşdur. Həmin borcla bağlı xx.xx.2023-cü il tarixli qəbz və üzləşmə aktı onun iştirakı ilə tərtib edilərək yazılmışdır. O, həmin qəbzi iddiaçı tərəfin deməsinə görə yazmışdır. Qəbzi yazanda iddiaçı ona demişdir ki, borcunu yavaş-yavaş ödəyər. Lakin qəbzi yazandan 10- 15 gün sonra onu işdən çıxarmışlar. Bundan başqa göstərmişdir ki, anbardakı malların sayımında iştirak etmiş və anbarda 35 512,18 manat kəsrin olması müəyyən edilmiş digər iştirakçılarla birlikdə “AKT”-ı imzalamışdır. O marketdə müdir vəzifəsində çalışsa da heç bir mal qəbul etməmiş, ona heç vaxt mallar təhvil verilməmişdir. Malların ayrı-ayrı qəbulediciləri olmuşdur. “AKT”-ı da anbarda olan əksiklikləri təsdiq etmək üçün imzalamışdır. Belə ki, Akın bəy ona demişdir ki, marketdə mallar heç vaxt təhvil-təslim edilməmişdir. Buna görə də malların təhvil verilməsi üçün sayırlar. Ona görə də o AKT-ı imzalamışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi adlandırılacaq) 191-ci maddəsinə görə Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Əmək Məcəlləsinin 192-ci maddəsində qeyd olunur ki, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Əmək Məcəlləsinin 192-ci maddəsində göstərilir ki, Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Əmək Məcəlləsinin 199-cu maddəsində işçinin tam maddi məsuliyyət daşıdığı hallar öz əksini tapmışdır. Belə ki, 199-cu maddə qeyd olunur ki, İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işə götürənə qəsdən ziyan vurduqda. Əmək Məcəlləsinin 200-cü maddəsinin 1-ci bəndində qeyd olunur ki, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Əmək Məcəlləsinin 202-ci maddəsində qeyd edilir ki,
1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.
2. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır.
3. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir. Əmək Məcəlləsinin 205-ci maddəsində o da qeyd olunur ki, əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Əmək Məcəlləsinin 206-cı maddəsində göstərilir ki, əgər tərəflərdən birinə ziyanın vurulması ilə istər işçinin, istərsə də işəgötürənin hərəkət və ya hərəkətsizliyi nəticəsində cinayət tərkibi yaranmışdırsa, onda məhkəmə cinayət işi başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada istintaqın aparılmasının və ziyanın ödənilməsinin təmin olunması üçün müvafiq prosessual tədbirlər görür. Əmək Məcəlləsinin 295-ci maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Əmək Məcəlləsinin 299-cu maddəsinə əsasən fərdi əmək mübahisələri üzrə iddianın məbləğinə, həmçinin onun təmin olunmasına hər hansı məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki- Prosessual Məcəllə) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsi tələb edə bilər, bir şərtlə ki, qanunla və ya müqavillədə zərərin əvəzinin daha az miqdarla ödənilməsi nəzərdə tutumasın. Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərəz dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmində ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını, məruzəni, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin və yaxud da dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən Mandarın marketdə anbar qalığının yoxlanılması və ümumi mağaza sayımının həyata keçrilməsi məqsədi ilə fərdi sahibkar İddiaçı tərəfindən imzalanmış D03/2023 saylı 26 yanvar 2023-cü il tarixli Əmrlə kommisiya təşkil olunmuşdur. O, audit olaraq yoxlamada iştirak etmişdir. Mandarin marketdə anbar qalığının yoxlanılması və ümumi mağaza sayımının aparılması zamanı məlum olmuşdur ki, martketdə 35,512.18 (otuz beş min beş yüz on iki manat 18 qəpik) manat məbləğində mal əksikdir. Yoxlamanın nəticəsi barədə tərtib olunmuş aktda marketdə 35512,18 manat məbləğində malın əksik olması müəyyən edilmişdir. İddiaçı tərəflə cavabdeh arasında üzləşmə aparılmış, Cavabdeh işlədiyi dövrdə "Fiziki şəxs İddiaçı”-na məxsus mağazadan 9.246,36 manat borc almasını və mağazaya 9.246,36 manat borcu yaranmasını etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 və Cavahir Baratzadə məhkəmədə X2 eyni məzmunlu izahat vermişlər. İş materiallarına əlavə edilmiş tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, 01 iyul 2022-ci il tarixdə Cavabdeh ilə qanuna müvafiq şəkildə əmək müqaviləsi bağlayaraq onu Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən Mandarin marketə müdir vəzifəsinə işə qəbul edərək onu maddi məsul şəxs təyin etmiş və onunla əmək müqaviləsi ilə maddi məsuliyyət haqqında müqavilə də bağlamışdır. İş materiallarına əlavə edilmiş D03/2023 saylı 26 yanvar 2023-cü il tarixli Əmrdən görünür ki, Cavabdeh market müdiri işlədiyi dövr üzrə Beyləqan rayonu, 1 -ci Şahsevən kəndində yerləşən Mandarın marketdə anbar qalığının yoxlanılması və ümumi mağaza sayımının həyata keçrilməsi məqsədi ilə fərdi sahibkar İddiaçı tərəfindən kommisiya təşkil olunmuşdur. İş materiallarına əlavə edilmiş Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 4K/08/2023 saylı əmrdən görünür ki, 'Mağazalar'' bölməsində "Market müdiri” vəzifəsində işləyən Cavabdeh SEYMUR OĞLU ilə bağlanılmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə, AR Əmək Məcəlləsinin 70.”ç”-ci maddəsinə əsasən xitam verilmiş, işçinin xx.xx.2022 tarixindən xx.xx.2023 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə söbəsinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş 25 yanvar 2023-cü il tarixli üzləşmə aktından görünür ki, "Fiziki şəxs İddiaçı” (VÖEN **********), mühasib X9 və X22 digər tərəfdən Cavabdeh bu aktı tərtib edirik ondan ötəri ki, "Fiziki şəxs İddiaçı oğlıf-na (VÖEN **********) məxsus mağazada market müdiri vəzifəsində işləyən Cavabdeh işlədiyi dövrdə "Fiziki şəxs İddiaçı”-na (VÖEN **********) məxsus mağazadan 9.246,36 (doqquz min iki yüz qırx altı manat, otuz altı qəpik) manat borc almış və onun "Fiziki şəxs İddiaçı”-na (VÖEN **********) məxsus mağazaya 9.246,36 manat borcu yaranmışdır. Cavabdeh həqiqətən də 25 yanvar 2023-ci il tarixinə 9.246,36 (doqquz min iki yüz qırx altı manat, otuz altı qəpik) manat "Fiziki şəxs ,' İddiaçı”-na borcu olduğunu etiraf etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Sahibkar İddiaçı (VÖEN **********) məxsus Mandarin marketlər şəbəkəsinin. 1 -ci Şahsevən şöbəsindəki marketdə saat 21:00-da ümumi yoxlnnış sayımına başlanıldı və xx.xx.2023cü il tarixində saat 03:00 da ümumi yoxlanış sayımı başa çatmış və Mandarin marketlər şəbəkəsinin. 1-ci Şahsevən şöbəsindəki marketdə aparılan ümumi yoxlanış sayımına əsasən məlum olmuşdur ki. marketin anbarında 35512.18 AZN məbləğində məhsul əksik olmuşdur. (akt əlavə olunub) İddiaçı işçisinin ona maddi ziyan vurduğunu iddia etmiş və Əmək Məcəlləsinin müvafiq müddəalarına, işçinin tam maddi məsuliyyəti haqqında müqaviləyə və yoxlamanın nəticələrinə uyğun olaraq maddi ziyanın əvəzini işçidən tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək, təmin etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalaraq, apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarət olmuşdur ki, işçinin maddi ziyan vurulmasında təqsiri müəyyən edilməməsinə baxmayaraq, məhkəmə iddianı təmin etmişdir. Eyni zamanda işçi qanunvericiliyin tələbinə əsasən bir aylıq əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıması halına birinci instansiya məhkəməsi heç bir əhəmiyyət verilməmişdir. Eyni zamanda qeyd etmişdir ki, fiziki şəxs kimi Füzuli rayonu Vergilər şöbəsində qeydiyyatda olan X4 cavabdehə qarşı iddia qaldırmaq hüququ yoxdur. Cavabdehə qarşı iddia yalnız "xxxx" MMC-nin adından qaldırıla bilərdi. Eyni zamanda yoxlamaya dair aktlarda möhür yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda göstərilən mövqeyi ilə razılaşır və cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, kollegiya qeyd edir ki;
1. Cavabdehin apellyasiya şikayətinin işçinin maddi ziyan vurulmasında təqsiri müəyyən edilməməsinə dair dəlili ilə bağlı qeyd edir ki, ilk iddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də müəyyən edilir ki, cavabdeh iddiaçıya maddi ziyan vurmuşdur. Eyni zamanda o, işəgötürənin ona etibar edərək maddi məsul şəxs təyin etməsinə baxmayaraq, əlavə olaraq yoxlama zamanı müəyyən miqdarda pul vəsaitini borc götürdüyünü etiraf etmişdir. Ümumiyyətlə iddiaçı maddi məsul şəxs olduğu üçün mağazada hər bir mal üçün məsuliyyət daşımışdır. Məhsul başqa şəxs tərəfindən götürülsə belə, cavabdeh buna nəzarət etməli, bunun qarşısını almalı idi. Belə ki, cavabdeh kollegiyanın iclasında da qeyd etmişdir ki, onunla müdriyyət arasında əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.
2. Cavabdehin apellyasiya şikayətinin bir aylıq əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıması barədə dəlili ilə bağlı qeyd edir ki, əmək qanunvericiliyi işçinin bir aylıq əmək haqqı məbləğinədək məsuliyyət daşımasının konkret dairəsini müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinin tələblərinə görə bu məcəllənin 199 və 200-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçinin işəgötürənə vurduğu ziyana görə bir aylıq əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Göründüyü kimi, istisna hallar yəni 199 və 200-cü maddələrdən qeyd edilən hallardan biri də, şəxsin maddi məsul şəxs olması barədə müqavilənin bağlanmasıdır. Hazırkı cavabdehlə maddi məsul şəxs olması barədə müqavilə bağlanmış və cavabdeh də məsuliyyəti öz üzərinə götürmüşdür. Belə olan halda da apellyasiya şikayətinin qeyd edilən dəlili əsassız hesab edilir.
3. Cavabdehin apellyasiya şikayətinin fiziki şəxs kimi Füzuli rayonu Vergilər şöbəsində qeydiyyatda olan X4 cavabdehə qarşı iddia qaldırmaq hüququnun olmadığı, cavabdehə qarşı iddianın yalnız "xxxx" MMC-nin adından qaldırıla bilməsi barədə dəlili ilə bağlı qeyd edir ki, əmək qanunvericiliyinin tələbinə görə bu iddianı işəgötürən qaldıra bilər. İş materiallarına əlavə edilmiş (iş səhifə 12) əmək müqaviləsi bildirişindən də görünür ki, hazırkı iş üzrə cavabdeh ilə əmək müqaviləsi bağlamış şəxs iddiaçı olmuşdur. Belə olan halda da, apellyasiya şikayətinin qeyd edilən dəlili də əsaslı hesab edilə bilməz.
4. Cavabdehin apellyasiya şikayətinin iddiaçının təqdim etdiyi yoxlama ilə bağlı aktda möhürün olmaması barədə dəlili ilə bağlı qeyd edir ki, cavabdeh kollegiyanın iclası zamanı qeyd etmişdir ki, 9 246.36 manat pul məbləğ ilə 35 512, 18 manat kəsir məbləğləri ayrıayrı olan məbləğlərdir. Belə ki, 9 246.36 manat onun marketə olan şəxsi borcudur. Göstərmişdir ki, anbardakı malların sayımında iştirak etmiş və anbarda 35 512,18 manat kəsrin olması müəyyən edilmiş və digər iştirakçılarla birlikdə “AKT”-ı imzalamışdır. Göründüyü kimi cavabdeh AKT-ı imzaladığını göstərmiş və bununla da həmin aktın həqiqiliyini təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin cavabdehə münasibətdə mübahisələndirilən hissələrdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə mübahisələndirilən hissələrdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşin hallarından da görünür ki, mübahisələndirilən hissədə iddianın qiyməti qanunvericiliklə müəyyən edilmiş həddən artıq olduğu üçün hazırkı qətnamədən kassasiya instansiyası məhkəməsinə kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi:
Cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon 17 noyabr 2023-cü il tarixli, e-2(020)-1840/2023 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.