Məhkəmə qərarları › İş №2(106)-66/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-66/2024

25.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-66/2024 25.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X8, Cavabdeh2 və X27 qarşı «cavabdehə məxsus tikilinin sökülməsi, cavabdehə məxsus əşyaların iddiaçının torpağından çıxarılması, iddiaçıya vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Açar sözlər : tikilinin sökülməsi, çıxarılma X53 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Hacıyev Pərviz Vaqif oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər X8, Cavabdeh2 və X27 qarşı «cavabdehə məxsus tikilinin sökülməsi, cavabdehə məxsus əşyaların iddiaçının torpağından çıxarılması, iddiaçıya vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(049)-145/2023 saylı (hakim Rəşad Məmmədov) qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsində cavabdehlər X20, Cavabdeh2 və X33 tərəfindən qanunsuz tikilmiş təndirxananı sökdürməklə, cavabdehlərə məxsus ev əşyaların torpağından çıxarılması və ona dəymiş 5000 manat maddi və 5000 manat mənəvi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayonu Seyidəkəran kəndində yerləşən 0,05 ha torpaq sahəsini 08 dekabr 2014-cü il tarixli AN ******* N-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında 13 dekabr 2014-cü il tarixli, seriya RX ******* nömrəli hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla almışdır. Cavabdehlər Əsgərova Ağabacı və digərləri ona həmin həyətə çəpər çəkməyə imkan vermədiklərindən o həmin predmetlə məhkəməyə müraciət etmiş, məhkəmə qaydasında iddiası 1 -ci, 2-ci və 3-cü məhkəmə instansiyalarında təmin edilərək təsdiq olunmuşdur. Sonra cavabdehlər torpağa mülkiyyət sənədlərinin ləğvi barədə məhkəməyə iddia vermiş, 1 -ci, 2-ci və 3-cü məhkəmə instansiyalarında iddiaları rədd edilmişdir. Sonra cavabdehlər özlərinə məxsus ev əşyalarını torpağında olan tikiliyə yerləşdirərək ona öz mülkiyyətində olan torpaqda hərəkət etməyə mane olmağa başladılar. Hazırda məhkəmə qaydasında həyətinə çəpər çəkdirsə də cavabdehləri və əşyalarını torpağından çıxarda bilmir. Hətta məhkəmə icraçıları cavabdehlərə əşyalarını götürün çıxın vətəndaşın həyətindən desələr də, onlar «sizi bizi torpaqlardan çıxarda bilməzsiniz, sizin ancaq çəpər çəkdirmək barədə icra vərəqəniz var.» demişlər. Ona görə də cavabdehləri və əşyalarını torpaqdan çıxartmaq mümkün olmamışdır. Özbaşınalıq o həddə çatmışdır ki, küçə qapısında olan açarı sındırmış və dəmir qapını qaynaqlamışlar. 2014-cü il tarixdən cavabdehlər qanunsuz olaraq torpağında tikdiyi tikililəri sökmüş, ağaclarını kəsmiş, bir qismini yandırmış, özünü, ailə, uşaqlarını təhqir etməklə hər cür formada sakit yaşamalarına imkan verməmişlər. Hər dəfə rayona gedib həyətinə daxil olmaq üçün saatlarla vaxt itirir. Polis müdaxiləsi olmadan həyətə daxil ola bilmir. O səbəbdən ürək ağrısı ilə yaşayır. 2 dəfə infakt keçirmiş, başında problemlər yaranmışdır. Həmin vaxtdan indiyə kimi mütəmadi müayinə və müalicə olunur. Xəstəlik vərəqələrini ərizəyə əlavə etmişdir. 2014-cü ildən indiyə kimi məhkəmə yollarında qalmışdır. Maddi cəhətdən böyük pul itkisi yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdehlər X20, Cavabdeh2 və X33 iddia ərizəsinə etiraz verərək, iddianın rədd edilməsini xahiş etmişlər. İddiaya qarşı yazılı etirazında və cavabdehlər X7 məhkəmə iclasında verdiyi izahatında etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı onların doğma əmisidir. Lakin o uşaqlıqdan Bakı şəhərində böyümüş və yaşamışdır. Yaşadıqları ev 1998-ci ildən mərhum ataları X21 mülkiyyətində olmuşdur. Ataları 2008-ci ildə rəhmətə getmişdir. Əmiləri atababalarına məxsus olan evin bir hissəsini saxtakarlıqla əllərindən almaq üçün plan qurmuşdur. O yaşadıqları 1 otaq və bir mətbəxdən ibarət olan evi əllərindən almaq üçün həmin evin yerləşdiyi torpaq sahəsi kimi 2014-cü ilin dekabr ayında əslində bələdiyyədən alqı-satqı yolu ilə almışdır. Beləki üstündə qeydiyyatda olub yaşadıqları ev bələdiyyə torpağı kimi xx.xx.2014-cü ilə boş torpaq sahəsi kimi 500 manata kənd sakini kimi Rəxşəndə adlı qadına, xx.xx.2014-cü idə isə guya həmin torpağı Rəşxəndə 5000 manata iddiaçıya satmışdır. İddiaçı öz adına torpağa dair çıxarış aldıqdan sonra bir müddət onu gizli saxlamış, sonra isə məhkəməyə müraciət etmişdir ki, guya o torpaq alıb onlar ona çəpər çəkməyə icazə vermirlər. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-169 saylı qətnaməsinə əsasən onlar cavabdehlərin iştirakı olmadan məhkəmə keçirilmiş, İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin hasara alınmasına törətdikləri maneələr və qanunsuz hərəkətlərə son qoyulmalı, bələdiyyə tərəfindən boş torpaq sahəsi kimi saxta əsaslarla ilkin olaraq kənd sakini X3 isə onun tərəfindən doğma əmiləri olan İddiaçı satılmış olan torpaq sahəsi hasarlanmasına qərar verilmişdir. Həmin qətnamənin qəbul edilməsi vaxtı məhkəmə prosesində qəbul edilməsi vaxtı məhkəmə prosesindən xəbərləri olmamış, xəbər tutduqda isə gec olmuş, apelyasiya şikayəti vermək müddətləri keçdiyi üçün müddət bərpa olunmamışdır. Bu səbəbdən onlar cavabdehlər əmiləri İddiaçı qarşı X28 ilə onun arasında olan xx.xx.2014-cü il tarixli AN ******* N-li alqı-satqı müqaviləsinin həmin müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair ayrıca iddia qaldırdılar. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli 2(049)-86 saylı qətnaməsi ilə yenidən (hakim M.İsayevin sədrliyi ilə) hərtərəfli araşdırılaraq torpağa faktiki baxış keçirilərək onun boş olmadığı onlara məxsus həyətin içində olduğu müəyyən edilərək iddiaları tam təmin olundu. Lakin təəssüf ki, yenə də əmiləri İddiaçı gizli fəaliyyəti nəticəsində onların xəbərləri olmadan verdiyi şikayətlər əsasında iştirakları olmadan qapalı keçirilmiş Şirvanda Apellyasiya Məhkəməsi və Ali Məhkəmələrin qanunsuz qərarları sayəsində Lənkəran Rayon Məhkəməsinin ədalətli qətnaməsi ləğv olundu. Hal hazırda bununla bağlı Ali Məhkəməsinin qərarından xx.xx.2022-ci il tarixdə Konstitusiya Məhkəməsinə şikayət vermişlər.İş konstitusiya məhkəməsində olmasına baxmayaraq iddiaçı yalandan məhkəməyə müraciət etmişdir ki, guya evi o tikib, onlar onun evinə zorla giriblər çıxmırlar. Bu ağ yalandır. Birincisi ona verilmiş çıxarışda da qeyd olunur ki, ona boş torpaq sahəsi satılmış, ikincisi həmin dövrdə bələdiyyələrin torpaq satmaq hüququ yox idi. Üçüncüsü bələdiyyə həmin torpağı satmaq hüququna malik olsaydı belə onu ilk növbədə Rəxşəndəyə yox, orada yaşayan şəxs kimi onlara təklif etməli idi. Dördüncüsü iddiaçı orada yaşadığı halda onlar onun malını çölə atmış və yaxud da götürüb öz əşyalarını ora qoymuşdusa o bunu müəyyən etdiyi zaman niyə polisə müraciət etməmişdir. İddiaçının məqsədi yaşadıqları evi saxta yollarla ələ keçirməkdir. Belə olmasaydı ona mübahisənin sülh yolu həll olunması üçün təqdim etdikləri kənddə olan 5 sot torpaq sahəsini götürərdi. O bu yolla onların evlərini əllərindən almaq istəyir. Məhkəmə iclasında İddiaçı vəkili vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun çıxış etmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil2 Mürid qızı iddia tələbini qəbul etməyib, iddiaya qarşı etirazda göstərilənlərə uyğun çıxış etmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(049)-145/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li Çıxarışa əsasən İddiaçı məxsus Lənkəran rayonu Seyidəkəran kəndində yerləşən yaşayış məntəqələrinin altı təyinatlı 0,05 ha torpaq sahəsində cavabdehlər X20, Cavabdeh2 və X33 tərəfindən inşa edilmiş qanunsuz tikilinin (təndirxana) sökülməsi, həmin torpaq sahəsindən cavabdehlər X20, Cavabdeh2 və X27 məxsus ev əşyaların çıxarılması, iddianın qalan hissədə, yəni iddiaçıya dəymiş 5000 manat maddi və 5000 manat mənəvi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti vermiş, şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Cavabdehlərin yaşadıqları ev 1998-ci ildən mərhum ataları X21 mülkiyyətində olmuşdur. Belə ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli, 04 №-li qərarla verilmiş sərəncamı ilə Lənkəran rayonu, Seydəkəran kəndində yerləşən 0.05 ha sahə ölçülü, fərdi yaşayış evi, həyətyanı sahə üçün nəzərdə tutulmuş torpaq sahəsini JN- 048A nömrəli, 80204028 KOD-lu Torağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə daşınmaz əmlak üzərində mülkiyyət hüququ əldə etmişlər. Ataları 2008-ci ildə “ürəyin işemik xəstəliyi” səbəbindən dünyasını dəyişmişdir. Lənkəran rayon İcra Hakimiyyəti başçısı 09 yanvar 2008-ci il tarixli, 18 saylı sərəncamla fərdi yaşayış evinin tikintisinə icazə vermişdir. Sərəncamda qeyd olunmuşdur: “Seydəkəran kənd sakini X29 torpağın mülkiyyətə verilməsinə dair JN-048A saylı şəhadətnaməyə əsasən Seydəkəran kəndində mülkiyyətdə olan 500 kv.m həyətyanı torpaq sahəsində ümumi sahəsi 105,5 kv.m, yaşayış sahəsi 36 kv.m olan birmərtəbəli, ikiotaqlı fərdi yaşayış evi tikintisinə icazə verilsin”. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialının xx.xx.2018-ci il tarixli, A/299 saylı arxivdən çıxarış sənədi ilə bu hal öz təsdiqini tapır. Eyni zamanda adı çəkilən Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə mərhum X34 ilə yanaşı, onun hüquqi varisi X31, onun ailə üzləri Cavabdeh3, X12, X32 və X22 mülkiyyətçi kimi tanınmışdır. Eyni zamanda Azərbaycan Respublikasının Lənkəran şəhər İcra Hakimiyyətinin, Kənarmeşə kənd inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 12-6/29 nömrəli arayışı təsdiq edir ki, Seydəkəran kəndində mülkiyyətdə olan 500 kv.m həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində tikilən ümumi sahəsi 105,5 kv.m, yaşayış sahəsi 36 kv.m olan birmərtəbəli, ikiotaqlı fərdi yaşayış evi X23 hüquqi varisi X31 və onun ailə üzləri X31, onun ailə üzləri Cavabdeh3, X12, X32 və X9 məxsusdur. Mülki qanunvericiliyin prinsipləri sırasında mülkiyyətin toxunulmazlığı təsbit olunmuşdur. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə. Qeyd edir ki, Lənkəran şəhəri, Seydəkəran kəndində yerləşən ev mərhum X21 mülkiyyətində olmuşdur. Ataları 2008-ci ildə “ürəyin işemik xəstəliyi” səbəbindən dünyasını dəyişmişdir. Lənkəran rayon İcra Hakimiyyəti başçısı 09 yanvar 2008-ci il tarixli, 18 saylı sərəncamla Fərdi yaşayış evinin tikintisinə icazə vermişdir. DƏDKR publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin ərizəsinin icrasından imtina etmək üçün əsas gətirdiyi JN-048A nömrəli Şəhadətnamə üzrə göstərilən konfiqurasiyada olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları tanınmış (“RN-**********7” reyestr nömrəli çıxarışla hüquqları tanınmış şəxsin torpaq sahəsi ilə üst üstə düşür) digər şəxsə məxsus torpaq sahəsi ilə üst üstə düşür. Qeyd olunan çıxarışın (“RN-**********7” reyestr nömrəli çıxarış) ləğv olunması tələbi ilə bağlı hal-hazırda cavdehlərin iddia ərizəsi əsasında Şirvan İnzibati Məhkəməsində iş davam edir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən İddiaçı və onun vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə müraciət edərək, başqa işlə bağlı məhkəmə iclasında iştirak edəcəyi üçün məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də buna dair sübutlarını ərizəsinə əlavə etməmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni mahiyyətcə qismən- iddianın təmin edilən hissəsində, yəni torpaqdan çıxarılma və tikilinin sökülməsi hissəsində mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni və tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li Çıxarışdan görünür ki, Lənkəran rayonu Seyidəkəran kəndində yerləşən yaşayış məntəqələrinin altı təyinatlı 0,05 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Lənkəran Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(049)-540/2020 №-li qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 25 dekabr 2020-ci il tarixli 10/3695 nömrəli ekspert rəyindən görünür ki, Lənkəran rayonu, Aşağı-Nüvədi X1 və X10 da öz növbəsində İddiaçı alqı-satqı yolu ilə satdıqları, hüquqların dövlət qeydiyyatı haqqında Dövlət Reystirindən **********77 Reystr nömrəli Çıxarış və «Topaq sahəsinin planı və ölçüsü»nə əsasən İddiaçı mülkiyyətində olan 0.5 ha torpaq sahəsi üzərində tikili mövcuddur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)-163/2019 saylı qətnamədən görünür ki, cavabdehlər Cavabdeh2, X33 və X7 İddiaçı mülkiyyətində olan Lənkran rayonu, Seydəkəran kəndində yerləşən 0.05 ha torpaq sahəsindən iddiaçının iradəsinə zidd istifadə etmələrinə, həmçinin İddiaçı mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin hasara alınmasına törətdikləri maneələrə və qanunsuz hərəkətlərə son qoyulması qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(106)- 613/2020 saylı qətnamədən görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)-163/2019 saylı qətnaməsi X8 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-86/2021 saylı qətnamədən görünür ki, iddiaçılar X20, Cavabdeh2 və X24 cavabdehlər X28, İddiaçı, Lənkəran rayonu 1 saylı Notariat Kontoru, Lənkəran rayon X46 və DƏDRX-in 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «Lənkəran rayonu, Seydəkəran kəndi ərazisində yerləşən 0.05 ha torpaq sahəsinin X2 dair 02 dekabr 2014-cü il tarixli AN ******* nömrəli alqı-satqı müqaviləsi, həmin müqavilə əsasında qeyd edilən torpaq sahəsinin X10 adına qeydiyyata alınmasına dair 06 dekabr 2014-cü il tarixli Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, həmin torpaq sahəsinin X30 tərəfindən İddiaçı satılmasına dair 08 dekabr 2014-cü il tarixli AN ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında İddiaçı verilmiş 13 dekabr 2014-cü il tarixli Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsızın hesab edilməsi» tələbinə dair iddası təmin edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-1996/2021 saylı qətnamədən görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)- 86/2021 saylı qətnaməsi ləğv edilərək, qeyd olunan iddia rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1195/2022 saylı qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)- 1996/2021 nömrəli iş üzrə 10 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzinin 14 avqust 2019-cu il tarixli, 10699 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mühəndisi Rafiq Əliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Reyestr nömrəsi **********77 olan RX seriya ******* saylı xx.xx.2014-ci il tarixli Çıxarış və ona əlavə olunan Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətindədir. Qərardadın ikinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mühəndisi Rafiq Əliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsi iddiaçı X35 mülkiyyətində olmasına baxmayaraq cavabdeh hesab etdikləri X36, X8 və X33 gediş-gəliş yolu kimi istifadə edirlər. Qərardadın üçüncü sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mühəndisi Rafiq Əliyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, torpaq sahəsinin zəbt edilib-edilməməsini müəyyən etmək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin səlahiyyətlərinə aid deyildir. Qərardadın dördüncü sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mühəndisi Rafiq Əliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, cavabdehlər hesab etdikləri Cavabdeh2, X8 və X33 istifadə etdikləri həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmür. Qərardadın beşinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mühəndisi Rafiq Əliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, idddiaçı İddiaçı mülkiyyyətində olan həyətyanı torpaq sahəsindən iddiaçının dediyinə görə cavabdeh hesab etdikləri Cavabdeh2, X8 və X24 istifadə etdikləri həyətyanı torpaq sahələri arasında hasar (çəpər) olmadığından gediş-gəliş yolu kimi istifadə olunur. İddiaçı torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi və mənəvi zərər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyinə əsaslanaraq, iddianı qismən əsaslı hesab etmiş, torpaq sahəsində çıxarılma və tikilinin sökülməsi hissəsində təmin etmişdir. Cavabdeh2 qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirir. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır. Cavabdeh bildirir ki, torpaq sahələri onların torpaq sahələri ilə üst-üstə düşür, qarşı tərəfin çıxarışı məhkəmə qaydasında mübahisələndirilmişdir. Apellyasiya baxışında iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/157 saylı ekspert rəyinə görə Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3542/2023 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014- ci il tarixli ********** qeydiyyat ( Seriya RX 054867) nömrəli Çıxarışla İddiaçı X14 mülkiyyətində olan Lənkəran rayonu Seyidəkəran kəndi ərazisində yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin və Lənkəran rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylt qərarı ilə JN- 048A (kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə cavabdehlər X4 X18 Həqiqət Fətəli qəzə X5 Nuriyyə Miraydın qızı və X17 mülkiyyətinə verilmiş 0.05 hektar (457 kv.m) yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin ayri-ayrılıqda koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci və üçüncü sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3542/2023 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli ********** qeydiyyat (Seriya RX 0548067) nömrəli Çıxarışla İddiaçı Dadaç oğlunun mülkiyyətinə verilmiş Lənkəran rayonu Seyidəkəran kəndində yerləşən yaşayış məntəqələrinin altı təyinatlı 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ilə və Lənkəran rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylı qərarı ilə JN-048A (kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə cavabdehlər X4 X18 Həqiqət Fətəli qəzə X5 Nuriyyə Miraydın qızı və X17 mülkiyyətlərinə verilmiş 0.05 ha (457 kv.m) yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 0.01 ha hissəsinin üst üstə düşməsi müəyyən olunmuşdur. Belə ki JN- 048A (kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə cavabdehlərin mülkiyyətlərinə verilmiş torpaq sahəsinin konfiqurasiyasında cənub istiqamətdə çıxıntının olması və həmin çıxıntının faktiki vəziyyətdə İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Həmin üst-üstə düşən hissədə və üst-üstə düşən hissəyə bitişik yerdə mübahisəli tikililərin mövcud olması müəyyən edilmişdir. Qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair tədqiqatlar mütəxəssis rəyləri əsasında aparıldığınan və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3542/2023 saylı mütəxəssis rəyi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsİ yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş 01 avqust 2019-cu il tarixli məktubla göndərilmiş, **********97 saylı Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mühəndisi Rafiq Əliyevin tərtib etdiyi müətəxəssis rəyi arasında fərq olduğundan (xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinin üst-üstə düşmə halı qeyd olunmasa da, xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 3542/2023 saylı mütəxəssis rəyində torpaq sahələrinin üst-üstə düşməsi qeyd olunmuşdur) xx.xx.2019-cu il tarixli, 10699 №-li ekspert rəyi ilə hazırkı ekspert rəyi arasında fərq yaranmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li Çıxarışdan görünür ki, Lənkəran rayonu Seyidəkəran kəndində yerləşən yaşayış məntəqələrinin altı təyinatlı 0,05 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdehlərə isə torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarına əsasən verilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, eyni zamanda ekspert rəylərinə uyğun olaraq apellyasiya şikayəti əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilir. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(049)-145/2023 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar