Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-670/2023 29.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Beyləqan Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(020)-513/2022 saylı qərardadından iddiaçı “Azər Zeynallı” X2 rəhbəri X5 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin 2(020)-513/2022 saylı, 05 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Beyləqan rayonu Əlnəzərli kəndində yerləşən “Azər Zeynallı” X2 istifadəsində (icarəsində) olan 25 hektar torpaq sahəsindən çıxarılması qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsi cavabdehə 16 dekabr 2022-ci il tarixində təqdim edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-513/2022 saylı, 05 dekabr 2022-ci il tarixli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti 13 yanvar 2023-cü il tarixində poçt orqanına təqdim edilmiş və 16 yanvar 2023-cü il tarixində Beyləqan Rayon Məhkəməsinə daxil olmuşdur. Cavabdeh apellyasiya şikayətində həmin qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(020)-513/2022 saylı qərardadı ilə Beyləqan Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(020)-513/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə edilmiş sənədlər özünə geri qaytarılmış, cavabdehə qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra apellyasiya şikayəti ilə bağlı təkrar məhkəməyə müraciət edə biləcəyi izah edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına uyğun deyil. Cavabdeh 27 yanvar 2023-cü il tarixində Beyləqan Rayon Məhkəməsinin 2(020)- 513/2022 saylı, 05 dekabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, ərizədə həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməklə apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əvvəlki apellyasiya şikayətinin mətnində yol verilmiş texniki nöqsanlar aradan qaldırılmış, yenidən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti birinci dəfə prosessual müddət daxilində verilmiş, yəni cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinə münasibətdə intizamsızlığa yol verilməmişdir. Cavabdeh müddətin bərpasına dair ərizəsinə apellyasiya şikayətini əlavə etmişdir. Beyləqan Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(020)-513/2022 saylı qərardadı ilə (sədrlik edən hakim Ramiz Nurullayev) ərizə təmin edilərək, iddiaçı “Azər Zeynallı” X2 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Cavabdeh Beyləqan Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(020)-513/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilməklə bərpa edilmiş, mülki işin apellyasiya şikayəti ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beyləqan Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(020)-513/2022 saylı qərardadından narazı qalan iddiaçı “Azər Zeynallı” X2 rəhbəri X5 şikayət vermiş, şikayətində həmin qərardadın ləğv edilməsini, ləğv edilmədiyi təqdirdə şikayətin 7 gün müddətində baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin apellyasiya şikayəti verməkdə məqsədi yalnız qətnamənin icrası müddətini uzatmaqdan ibarətdir. Cavabdeh hazırda mübahisəli torpaq sahəsini ayrı-ayrı şəxslərin icarəsinə və istifadəsinə vermişdir. Həmçinin, cavabdeh tərəfindən iddiaçıya məxsus 25 ha torpaq sahəsində qeyri-qanuni əkin işləri aparılmaqdadır. Halbuki, həmin torpaq sahəsi əkin üçün deyil, heyvandarlığın inkişafı üçün ayrılmışdır. Beyləqan Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(020)-513/2022 saylı qərardadı ilə iddiaçı “Azər Zeynallı” X2 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə iddiaçı “Azər Zeynallı” X2 rəhbəri X3 Beyləqan Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(020)-513/2022 saylı qərardadından verdiyi şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(020)-513/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Beyləqan Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsi cavabdehə 16 dekabr 2022-ci il tarixində təqdim edilmiş, cavabdeh isə həmin qətnamədən ilk apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət ərzində - 13 yanvar 2023-cü il tarixində vermişdir. Həmin apellyasiya şikayəti MPM ilə müəyyən edilmiş formada tərtib edilmədiyindən Beyləqan Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmış, cavabdehə qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən apellyasiya şikayəti ilə müraciət etmək hüququnun olması izah edilmişdir. Cavabdeh 27 yanvar 2023-cü il tarixində apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəyə yenidən tərtib edilmiş apellyasiya şikayətini əlavə etmişdir. Beyləqan Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli qərardadı ilə məhkəmənin 05 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş, mülki işin apellyasiya şikayəti ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı “Azər Zeynallı” X2 rəhbəri X1 Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli qərardadından narazı qalaraq şikayət vermiş, lakin şikayətində həmin qərardadın hansı səbəbdən qanunsuz və ya əsassız olmasını qeyd etməmiş, öz şikayətini yalnız cavabdehin apellyasiya şikayəti vermək məqsədinin qətnamənin icrası müddətini uzatmaqdan ibarət olmasına dair mülahizəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası bildirir ki, apellyasiya şikayəti vermək hüququ şəxsin məhkəməyə müraciət etmək hüququnun istifadə edilmə formalarından biridir. Bu hüquq eyni zamanda Mülki Prosessual Məcəllənin 357-ci maddəsində də nəzərdə tutulmuşdur. Belə ki, həmin maddənin 1-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamələrdən digər şəxslərlə yanaşı, tərəflər də apellyasiya şikayəti verə bilər. Odur ki, iddiaçının qeyd edilən formal mülahizəsinə əsasən şəxsin məhkəməyə müraciət etməsi hüququndan məhrum edilməsi yolverilməzdir və birinci instansiya məhkəməsi şikayəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı, iş materiallarından da göründüyü kimi, cavabdeh tərəfindən ilk apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ərzində verilmişdir. MPM-in 363.4cü maddəsində isə nöqsanlar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxsin yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etməsi imkanı nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, şikayətin torpaq sahəsinin qanunsuz istifadəsi və təyinatı ilə bağlı dəlilləri hazırkı məhkəmə baxışı predmetinə qərardadın qanuniliyinin və əsaslılığının yoxlanılmasına aid deyil. Sadalananlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qəradadının ləğvi üçün heç bir əsas yoxdur. İddiaçı da öz şikayətində Beyləqan Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli qərardadının qanunsuz və əsassız olmasını əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən 09 fevral 2023-cü il tarixli qərardad qəbul edilərkən isə prosessual hüquq normalarına düzgün riayət edilmişdir, bu səbəbdən də məhkəmənin 2(020)-513/2022 saylı, 09 fevral 2023-cü il tarixli qərardadı qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Odur ki, iddiaçı “Azər Zeynallı” X2 rəhbəri X5 tərəfindən verilmiş şikayət təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(020)-513/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “Azər Zeynallı” X2 rəhbəri X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(020)-513/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-670/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-670/2023
29.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver