Məhkəmə qərarları › İş №2(106)-671/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-671/2024

12.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-671/2024 12.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X*5 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin *5 yanvar 2024-cü il tarixli, 2(020)-905/2023 saylı (hakim Ramiz Nurullayev) qərardadının ləğv edilməsinə dair Maraqlı şəxs2 və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası, müəyyənetdi: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-905/2023 saylı qətnaməsi ilə təmin edilmişdir. Hüquq və vəzifələrinə toxunan şəxs kimi Nəsirov X6 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-905/2023 saylı qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair məhkəməyə ərizə vermişdir. Maraqlı şəxs2 apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi və apellyasiya şikayəti məhkəmə iclasında araşdırılmış və məhkəmə qətnaməsi onun hüquq və vəzifələrinə toxunmadığına görə Beyləqan Rayon Məhkəməsinin *5.0*.2024-cü il tarixli, 2(020)-905/2023 saylı qərardadına əsasən ərizəsi təmin edilməmiş və onun apellyasiya şikayəti özünə geri qaytarılmışdır. Hazırda Maraqlı şəxs2 və onun nümayəndəsi və vəkili Vəkil Beyləqan Rayon Məhkəməsinin *5.0*.2024-cü il tarixli, 2(020)-905/2023 saylı qərardadından məhkəməyə birgə şikayət vermişlər. Maraqlı şəxs2 və onun nümayəndəsinin şikayətindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin *5.0*.2024-cü il tarixli, 2(020)-905/2023 saylı qərardadından narazıdırlar və bu məqsədlə də həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş edirlər. Şikayətə baxılmış, Beyləqan Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materillarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Maraqlı şəxs2 və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilmədən, Beyləqan Rayon Məhkəməsinin *5 yanvar 2024-cü il tarixli, 2(020)-905/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında müəyyən edilmişdir ki, mərhum Güləli Nəsirovla mərhum Xanım Nəsirova *956-cı ildə evlənmiş və Beyləqan rayonunun * ci Şahsevən kəndində yaşamışlar. Onların birgə nikahlarından övladları olmamışdır. Onların həmin kənddə 0.08 ha torpaq sahəsində 4 otaqdan ibarət fərdi yaşayış evləri olmuşdur. Mülki işdə olan qeydiyyat tarixi **.02.2009-cu il, qeydiyyat nömrəsi *70900020* olan çıxarışdan görünür ki, həmin torpaq sahəsi və yaşayış evi üzərində X5 mülkiyyət hüquqları qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2002-ci il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, X5 ölümü ilə vərəsəlik işi açılmış, onun arvadı Xanım Nəsirova mirası qəbul etmiş, Beyləqan rayon Dövlət Notariat Kontorunun notariusu tərəfindən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında *8.**.2009-cu il tarixli şəhadətnamədən görünür ki, Güləli Nəsirovun vərəsəsi X7 olması təsdiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti Beyləqan ərazi idarəsi tərəfindən verilmiş, qeydiyyat tarixi 0*.*2.2009-cu il, qeydiyyat nömrəsi *709002422 olan çıxarışla həmin torpaq sahəsinə və fərdi yaşayış evinə X3 mülkiyyət hüququ qeydə alınmışdır. Beləliklə mübahisəli ev və torpaq sahəsi yalnız Xanım Nəsirovanın mülkiyyətində olmuşdur. Apellyasiya şikayəti verən şəxs X*0 Nəsirova ilə qohumluq əlaqəsinin olması müəyyən edilməmişdir. Deməli X*i vərəsəsi sayılmır. Ona görə də qərardadın ləğvi üçün heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, mərhum X3 qanuni vərəsəsi kimi Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edilmiş və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-905/2023 saylı qətnaməsinə əsasən onun bu barədə ərizəsi təmin edilmişdir. X8 və onun nümayəndəsi və vəkili Vəkil şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, Fərhat Nəsirov mirası faktiki qəbul etmiş, mirasqoyanın hələ sağlığında onun yanında qalmaqla bütün əzab-əziyyətlərinə dözərək ona qulluq etmişdir, ölümündən sonra da onun bütün xərclərini çəkmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qərardad qanuni və əsaslıdır. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, MM-nin **59.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Göründüyü kimi Ərizəçi miras qoyan X3 qardaşı oğludur. X4 isə miras qoyan X7 ilə qohumluq əlaqələri müəyyən edilmir. Azərbaycan Respublikasının MPM-nin 398.0.*-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.*. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.* və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Maraqlı şəxs2 və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin *5 yanvar 2024-cü il tarixli, 2(020)-905/2023 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar