Məhkəmə qərarları › İş №2(106)-672/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-672/2025

10.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-672/2025 10.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nəsirov Saday Vəkil oğluna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, X9, X6, X13, X14, X7, X4, X1, X8 və X18 qarşı «zəbt edilmiş torpaq sahəsindən çıxarılma və vurulmuş ziyan» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələb, delik) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil2 Cavabdeh (eyni zamanda üçüncü şəxs X20) nümayəndəsi və vəkili Vəkil1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Nəsirov Saday Vəkil oğluna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, X9, X6, X13, X14, X7, X4, X1, X8 və X23) qarşı «zəbt edilmiş torpaq sahəsindən çıxarılma və vurulmuş ziyan» tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(050)-2/2023 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus əmlaka vurduğu 85.000 (səksən beş) min manat ziyanın alınması, zəbt etdiyi 1589 m2 torpaq sahədən çıxarılmaqla mübahisəli sahələrdə aparılan tikililərin sökülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasında dövlət mülkiyyətlərin özəlləşdirilməsi ilə əlaqədar Masallı rayonun Bədəlan kəndində yerləşən 1 saylı çay fabrikini qanuni əsaslarla özəlləşdirmişdir.Həmin əmlaka dair şəhadətnamə və texniki pasport hazırlanmış və mülkiyyətçi kimi xx.xx.1999-cu il tarixində alıcının mülkiyyəti kimi qeydiyyata alınmışdır.Özəlləşdirilən mülkiyyətin altında və ətrafında olan torpaq sahələrinin üstündə yerləşən torpaq sahəsinin müəyyən sahəsi və obyektə məxsus yardımçı tikililəri metal hasarlar, su hövuzu və 27 ədəd müxtəlif ağacları kəsərək, torpaq qanunsuz zəbt edilmişdir.Həmin torpaq sahəsində ev tikilməyə başlanmışdır.Bununla da Cavabdeh özbaşınalıq edərək, qanunsuz onun mülkiyyətinə ziyan vurmaqla, qeyd edilən torpaq sahəsini zəbt etmiş və hazırda orada tikinti işləri aparılır.Bununla da cavabdeh ona 85.000 (səksən beş) min manat ziyan vurmuşdur.Qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər.Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyət hüququ əsasında ona məxsus olmasına baxmayaraq, obyektlərin altında və ətrafında olan torpaq sahəsi sənəd üzrə 32823.8 kv metr olmaqla dövlət mülkiyyətindədir.Lakin həmin torpaq sahələri istifadə olmasına baxmayaraq bu vaxta kimi həmin torpaq sahəsini cavabdeh zəbt etdiyinə görə özəlləşdirə bilmir.Həmin torpaq sahəsində yerləşən binaya və qurğuya mülkiyyət hüququ keçərəkən torpaq sahəsinə hüquqlar binanı, qurğunu əldə edənə keçir.Ona görə də həmin torpaqlara əmlak hüquqları sayılır.Cavabdeh 15 ədəd daşbazar (panel) hasar, 65 metr (1350 x 02) dəmir məhəccərlərin su 10 x 10 ölçüdə su hövuzunu, yeməkxana binasını sökmüş, 27 ədəd müxtəlif ağacları qırmış, 0.16 hektara yaxın mülkiyyətində olan əmlaka məxsus torpaq sahəsini qeyri-qanuni zəbt edərək özbaşına tikinti apararaq ona küllü miqdarda ziyan vurmuşdur.Bunlardan başqa cavabdeh özbaşına və qanunsuz olaraq 0.16 hektar torpaq sahəsini zəbt etdiyindən və həmin torpaq sahəsində hasar tikdiyindən cavabdehin əməlində cinayətin tərkibi olması faktın olması barədə qərar qəbul edilməsi və bu barədə olan qərar prokurora göndərilməlidir.Bütün bunları nəzərə alıb cavabdehin Masallı rayonun Bədəlan kəndindəki mülkiyyətində olan Daşınmaz əmlakına vurduğu 85.000 manat maddi ziyan, 0.16 hektar torpaq sahəsində tikdirdiyi tikintilər sökülməli və torpaq sahələri əvvəlki vəziyyətə gətirilməlidir. Birinci instansiya məhkəməsində icraat Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(050)-2/2023 saylı qətnаməsi ilə (hakim Z.Zeynalov) iddia qismən təmin edilmiş, Cavabdeh vurduğu ziyana görə 3170 (üç min bir yüz yetmiş) manat pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 200 (iki yüz) manat məbləğində pul vəsaitinin alınaraq Kapital Bank ASC Qara Qarayev filialının (kod:200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h AZ37NABZ ********************, VÖEN **********, Hesab AZ90AİİB********************, Məhkəmə Ekspertizası Xidmətləri MMC-in xeyrinə tutulması və Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaitinin alınaraq X3 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ ********************, SVİFT BİK- CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulması qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-60/2024 saylı, 16 avqust 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(050)-2/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin təmin edilməsi, Masallı rayonu Bədəlan kəndində yerləşən 1 nömrəli Çay fabrikinə aid sökülmüş dəmir barmaqlı və beton çəpərlər əvvəlki yerlərinə bərpa edilməsi və onların yerlərində aparılmış (maneələr) tikililərin sökülməsi qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-126/2025 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2024-cü il tarixli 2(106)-60/2024 nömrəli qətnaməsi ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; 14 mart 2022-ci il tarixli 01-103/21 saylı ekspert rəyində qeyd edilmişdir ki, mülki iş üzrə mübahisə predmeti olan Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı çay fabriki və onun istifadəsinə verilmiş torpaq sahəsinin və Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı çay fabrikinin yaxınlığında aparılan mübahisəli tikinti işlərinə yerində baxış keçirilməklə koordinatları müəyyən olunmuşdur. Aparılmış araşdırmalara əsasən qeyd olunan tikinti işlərinin Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı çay fabrikinin istifadəsinə verilmiş torpaq sahəsinin ərazisində aparılmadığı və 1 saylı çay fabrikinin istifadəsinə verilmiş ərazidə daş hasar inşa edilməklə və ya digər hər hansı formada zəbt olunmamışdır. Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı çay fabrikinin istifadəsinə verilmiş torpaq sahəsinin ərazisində aparılması müəyyən olunmadığı üçün qərardadın dördüncü sualı üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 31 mart 2022-ci il tarixli 10/874 saylı ekspert rəyində qeyd edilmişdir ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 01-103/21 nömrəli mütəxəssis rəyinə əsasən Masallı rayonu Bədəlan kendində yerləşən 1 saylı çay fabriki və onun istifadəsinə verilmiş torpaq sahəsinin və Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı çay fabrikinin yaxınlığında aparılan mübahisəli tikinti işlərinə yerində baxış keçirilməklə koordinatları müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən qeyd olunan tikinti işlərinin Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı çay fabrikinin istifadəsinə verilmiş torpaq sahəsinin ərazisində aparılmadığı və 1 saylı çay fabrikinin istifadəsinə verilmiş torpaq ərazi daş hasar inşa edilməklə və ya digər hər hansı formada zəbt olunmadığı müəyyən edilir. Bu səbəbdən də qərardadın dördüncü sualı üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli 10/5208-9/5724 saylı ekspert rəyində qeyd edilmişdir ki, hazırda yerində mövcud olan (iddiaçı tərəfindən təqdim olunan) mişar daşından inşa edilmiş hasarın təqribən 48 metr hissəsinin Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı Çay Fabrikinin iş materiallarına əlavə edilmiş baş planında Xİ nömrə ilə qeyd edilmiş metal hasara, 66 metr hissəsinin isə baş planda X nömrə ilə qeyd edilmiş dəmir-beton hasara uyğun gəldiyi müəyyən edilir. Ekspertiza təyini haqqında qərardadda və iş materialında göstərilən, fotoşəkilləri təqdim edilmiş beton panellərin və dəmir çərçivə hasarın orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3170 manat müəyyən edilmişdir (48 metr uzunluğunda dəmir barmaqlıqdan hasar-2400 manat, 66 metr uzunluğunda beton panel hasar (təxminən 11 ədəd) 770 manat). Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iş materiallarına əlavə edilmiş ekspert rəyləri ilə iddianın torpaq sahəsindən çıxarılma hissəsinə münasibətdə iddiaçının mübahisəli torpaq sahəsinə subyektiv hüququ olmadığından və mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olduğundan iddianın qismən yəni vurulmuş ziyanın ödənilməsi hissədə əsaslı olması qənaətinə gəlmişdir.Belə ki, iş üzrə rəydən məlum olur ki, Cavabdeh tərəfindən inşa edilmiş tikili Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı Çay Fabrikinin torpaq sahəsinin ərazi hüdudları daxilində inşa edilməmişdir.Həmçinin iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair torpaq sahəsindən çıxarma, tikintilərin sökülməsinə dair məhkəməyə əlavə heç bir sübut təqdim etməmişdir.Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Odur ki, iddia qeyd edilən hissədə torpaq sahəsindən çıxarma, tikintilərin sökülməsinə dair hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının cavabdehdən maddi ziyan tələbinə münasibətdə qeyd edir ki, cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçının mülkiyyətinə ziyan dəyməsi işin halları və işdə olan sübutlarla müəyyən edilmişdir.İddiaçıya dəymiş maddi ziyan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 15 noyabr 2022-ci il tarixli, 10/5208-9/5724 saylı ekspert rəyi ilə sübut edilmişdir.Odur ki, iddia maddi ziyan hissədə qismən, yəni 3170 manat məbləğində təmin edilməlidir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilərək Cavabdeh vurduğu ziyana görə 3170 (üç min yüz yetmiş) manat pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 200 (iki yüz) manat məbləğində pul vəsaiti alınaraq Kapital Bank ASC Qara Qarayev filinalının (kod:200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, Hesab AZ90AİİB********************, Məhkəmə Ekspertizası Xidmətləri MMC-in xeyrinə və iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti alınaraq X3 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 152.1, 157.2, 170.2, 21.1, 21.2, 1096, 1097.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 217.3, 217.4, 218.3, 101.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə iş üzrə təyin edilmiş ekspertizanın qərarı ilə razılaşmayan cavabdehin nümayəndəsinin vəsatətini qəbul etmiş və cavabdehin tələb etdiyi özəl ekspertiza təyin edərək natamam rəy alınaraq həmin rəyi əsaslandırmışdır. Ekspertin qarşısına qoyulan suallara cavab verilməmiş, natamam mütəxəssis rəyinə əsaslanaraq rəyin verilməsi mübahisələndirilmişdir. Bu barədə məhkəmə iclasında yazılı vəsatətlə müraciət etmişdir. Məhkəmə vəsatəti qəbul etmiş və həmin vəsatətə sonrakı proseslərdə hüquqi qiymət verəcəyini elan etmişdir. Lakin məhkəmə verilən vəsatəti müzakirə etməmiş, vəsatətin nəticəsi ilə bağlı heç bir qərardad qəbul etməmişdir. Habelə MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmiş, iddianın predmetini dəyişdirərək sökülmüş çəpərlərin (dəmir barmaqlı və beton çəpərlərin) əvvəlki yerlərinə bərpa edilməklə bərabər, onların yerlərində aparılmış (maneələrin) tikintinin sökülməsini xahiş etsə də, məhkəmə həmin ərizəni ümumiyyətlə nəzərə almamışdır. Qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi xx.xx.2021-ci il tarixli akt heç bir həqiqəti özündə əks etdirmir. Belə ki, həmin akta əsasən guya Masallı rayonu Bədəlan kəndində JN-637A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0.06 ha torpaq sahəsi vardır. Lakin cavabdehin belə bir torpaq sahəsi olmayıb və hazırda yoxdur, nə də mübahisəli torpaq sahəsindəki tikilinin cavabdehə heç bir aidiyyəti yoxdur. Bunu iş materiallarında torpaq sahəsinin cavabdehə aidiyyətinə dair heç bir şəhadətnamənin və digər sənədin olmaması təsdiq edir. Məhkəmə isə nəinki buna əhəmiyyət verməmiş, əksinə qətnamədə qeyd edir ki, “İş materiallarında olan JN-637A Kod 80505018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998ci il tarixli 42 nömrəli qərarı ilə Cavabdeh Masallı rayonu Bədəlan kəndində 0.06 hektar fərdi yaşayış evinin tikilisi üçün torpaq sahəsi verilmişdir”. Lakin mülki işin materiallarında belə şəhadətnamə yoxdur. Həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, öz apellyasiya şikayətini müdafiə edir və cavabdehin apellyasiya şikayətini əsassız hesab edir. İş üzrə monitorinq aparılmış, icra məmurları müvafiq akt tərtib etmişlər. İş materiallarında iddianın əsaslığını təsdiq edən kifayət qədər fotoşəkillər var. Mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Ali Məhkəmənin mövqeyi ilə razı deyil. Həmin torpaq sahəsinin məhz cavabdeh tərəfindən zəbt edilməsini müəyyən edən yeni qanuni qüvvəyə minmiş qətnamə var. Müvəqqəti təminat tədbiri barədə qərardad icra edilərkən icra məmurları cavabdehlə telefon vasitəsi ilə əlaqə saxlamış və danışıq zamanı cavabdeh həmin tikililərin sökülməsini özünün etdiyini etiraf etmişdir. Həmçinin, işdə tikillər bağlı fotoşəkillər var. Tikililərin məhz cavabdeh tərəfindən sökülməsini təsdiq edən videogörüntü, şahid ifadəsi vəs. Kimi sübutlar yoxdur. Cavabdehin adına qonşuluqda torpaq sahəsi yoxdur. Lakin bu hal ehtimal olunur. Polisə müraciət etmişdirlər, lakin hazırkı məsələnin mülki xarakterli olduğunu və işə məhkəmədə baxılmalı olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Bildirir ki, tərəflər arasındakı mübahisə ərəfəsində iddiaçı müvəqqəti təminat tədbiri barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Həmin ərizə tikinti işlərinin dayandırılması barədə olmuşdur. Qeyd edir ki, orada tikinti işlərini cavabdeh yox, Saday Nəsirov adlı şəxs aparmış, özü də məhkəməyə ərizə göndərərək tikinti işlərinin özü tərəfindən aparıldığını bildirmiş və əsl cavabdehin özü kimi qeyd edilməsini xahiş etmişdir. Cavabdehin mübahisəli torpaq sahəsi ilə əlaqəsi yoxdur. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X12 izahat verərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi dövlətin mülkiyyətindədir. Orada sökülmüş tikililərinin bərpa edilməsinə etirazları yoxdur. Digər müstəqil tələb irəli sürməyən üçüncü şəxslər isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə digər müstəqil tələbi irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, iddiaçı Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(050)-2/2023 saylı saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini, cavabdeh isə Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(050)-2/2023 saylı saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(050)-2/2023 saylı qətnaməsini apellyasiya şikayətlərinə münasibətdə apellyasiya şikayətlərinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Yüksək instansiya məhkəməsinin hüquqi mövqeyini və qanuni göstərişlərini nəzərə alan məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməsini iddianın təmin edilmiş hissəsinə münasibətdə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də məhkəmə tərkibi hesab edir ki,iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(050)-2/2023 saylı qətnaməsi qismən-Cavabdeh vurduğu ziyana görə 3170 (üç min bir yüz yetmiş) manat pulun alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi Cavabdeh vurduğu ziyana görə 3170 (üç min bir yüz yetmiş) manat pulun alınaraq İddiaçı verilməsi hissəsində də rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən inşa edilmiş tikili Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı Çay Fabrikinin torpaq sahəsinin ərazi hüdudları daxilində inşa edilməmişdir.Həmçinin iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair torpaq sahəsindən çıxarma, tikintilərin sökülməsinə dair məhkəməyə əlavə heç bir sübut təqdim etməmişdir.Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Odur ki, iddia qeyd edilən hissədə torpaq sahəsindən çıxarma, tikintilərin sökülməsinə dair hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının cavabdehdən maddi ziyan tələbinə münasibətdə qeyd etmişdir ki, cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçının mülkiyyətinə ziyan dəyməsi işin halları və işdə olan sübutlarla müəyyən edilmişdir. İddiaçıya dəymiş maddi ziyan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 15 noyabr 2022-ci il tarixli, 10/5208-9/5724 saylı ekspert rəyi ilə sübut edilmişdir. İlk olaraq Məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(050)-2/2023 saylı qətnaməsindən hər iki tərəf-iddiaçı və cavabdeh apellyasiya şikayəti verdiyinə görə ilk növbədə iddiaçının apellyasiya şikayətinə münasibət bildirilməlidir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmə iş üzrə təyin edilmiş ekspertizanın qərarı ilə razılaşmayan cavabdehin nümayəndəsinin vəsatətini qəbul etmiş və cavabdehin tələb etdiyi özəl ekspertiza təyin edərək natamam rəy alınaraq həmin rəyi əsaslandırmışdır. Ekspertin qarşısına qoyulan suallara cavab verilməmiş, natamam mütəxəssis rəyinə əsaslanaraq rəyin verilməsi mübahisələndirilmişdir. Bu barədə məhkəmə iclasında yazılı vəsatətlə müraciət etmişdir. Məhkəmə vəsatəti qəbul etmiş və həmin vəsatətə sonrakı proseslərdə hüquqi qiymət verəcəyini elan etmişdir. Lakin məhkəmə verilən vəsatəti müzakirə etməmiş, vəsatətin nəticəsi ilə bağlı heç bir qərardad qəbul etməmişdir. Habelə MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmiş, iddianın predmetini dəyişdirərək sökülmüş çəpərlərin (dəmir barmaqlı və beton çəpərlərin) əvvəlki yerlərinə bərpa edilməklə bərabər, onların yerlərində aparılmış (maneələrin) tikintinin sökülməsini xahiş etsə də, məhkəmə həmin ərizəni ümumiyyətlə nəzərə almamışdır. Məhkəmə tərkibi iddiaçının əlavə ekspertiza keçirilməsi ilə bağlı vəsatətinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Onu hüquq kimi tanımışdır. Hazırkı işdə isə əlavə ekspertiza təyin edilməsinə hər hansı bir əsas olmamışdır. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən bir neçə dəfə ekspertiza təyin edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin bu dəlili birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. İddiaçı apellyasiya şikayətində MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etdiyini, lakin həmin ərizənin ümumiyyətlə nəzərə alınmamış olmasını qeyd etmişdir. MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş materiallarında olan (səhifə 267) Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli məhkəmə iclasının protokolundan aydın olur ki, birinci instansiya məhkəməsi iddia predmetinin dəyişdirilməsi barədə ərizəyə münasibət bildirmişdir. Birinci instansiya məhkəməsi iddia predmetinin dəyişdirilməsi barədə ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, iddia predmetinin dəyişdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun deyildir. Belə ki, iddiaçı bu hərəkətlərin, yəni iddia predmetinin dəyişdirilməsinin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşa qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamış və bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı iddianın predmetinin dəyişdirilməsi barədə ərizəsində sökülmüş çəpərlərin (dəmir barmaqlı və beton çəpərlərin) əvvəlki yerlərinə bərpa edilməklə bərabər, onların yerlərində aparılmış (maneələrin) tikintisinin sökülməsi tələbi ilə iddia predmetinin dəyişdirilməsi tələbi ilə dəqiqləşdirilməli və hazırki tələb ilə əlaqədar qətnamə çıxarılmasını xahiş etdiyi üçün ərizə MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun deyildir. Ona görə də, işin baxılması verilmiş tələb üzrə davam etdirilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 53-cü maddəsinə əsasən verdiyi iddia predmetinin dəyişdirilməsi barədə ərizəsinə münasibət bildirilmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri bu hissədə də əsassızdır. Beləliklə məhkəmə tərkibi iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin əsaslı olduğunun müəyyən edilməsi üçün iddiaçı tərəfindən sübutlar əsasında aşağıdakılar təsdiq edilməli idi: 1 nömrəli Çay fabrikinin istifadəsində qalmış torpaq sahəsinin dəmir və ya daşdan hasarının mövcud olduğu, bu hasarın sökülərək yerində digər tikili inşa edildiyi, hasarın sökülməsinin cavabdeh tərəfindən və ya onun göstərişi ilə icra edildiyi müəyyən edilmiş olsun. İş materiallarında hasarın sökülməsinin cavabdeh tərəfindən və ya onun göstərişi ilə icra edildiyinə dair hər hansı bir sübut növü yoxdur. Həmçinin iddiaçı tərəf məhkəmə iclasında tikililərin məhz cavabdeh tərəfindən sökülməsini təsdiq edən hər hansı bir sübut növünün (videogörüntü, şahid ifadəsi və s. kimi ) olmadığını qeyd etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi qətnaməsində Masallı rayonu Bədəlan kəndində yerləşən 0,06 hektar torpaq sahəsi Cavabdeh mülkiyyətində olduğunu qeyd etsə də, iş materiallarına əlavə edilmiş 19 may 2021-ci il tarixli aktın məzmununa və JN-637A Kod 80505018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Masallı rayonu Bədəlan kəndində 0,06 hektar torpaq sahəsi X15 mülkiyyətində olduğu qeyd edilir. Göründüyü kimi birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən torpaq sahəsinin Cavabdeh mülkiyyətində olmasını qeyd etməklə səhvə yol vermişdir. Həmçinin 19 may 2021-ci il tarixli aktda qeyd edilmişdir ki, sorğu zamanı dövlət mülkiyyətində olan torpaq sahəsinin Bakı şəhər sakini Cavabdeh tərəfindən hasara alındığı məlum olmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, 19 may 2021-ci il tarixli akta əsasən iddianın təmin edilməsi qeyri-mümkündür. Belə ki, sorğuların kim tərəfindən və kimlər arasında aparıldığı qeyrimüəyyəndir. Qeyd edilən məlumatın həqiqətə uyğunluğu yalnız digər mötəbər sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilərdi. Eyni zamanda yüksək instansiya məhkəməsinin qanuni göstərişlərini nəzərə alan məhkəmə tərkibi iş materiallarında olan xx.xx.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı və iş üzrə qəbul edilmiş iddianı təmin etmə tədbiri barədə qərardaddan Nəsirov Saday Vəkil oğlu tərəfindən verilmiş şikayəti tədqiq etmiş və aşağıdakıları müəyyən etmişdir. İddiaçı DİN-in 102 XZM-nə və Masallı RPŞ-in Boradigah PB-yə ərizə ilə müraciət edərək həmkəndlisi Saday Nəsirovun qanunsuz olaraq ağacları budamasını, çay fakrikinin hasarlarını sökməyə cəhd etməsini, sonuncunun mübahisə yaradaraq onu təqqir etməsini göstərmişdir. Araşdırma zamanı İddiaçı, Nəsirov Saday Vəkil oğlu, X2, X10, X16 və X28 izahat vermişdirlər. İddiaçı izahat verərək bildirmişdir ki, İlqar Əssədov tərəfindən qanunsuz zəbt edilmiş torpaq sahəsinin qarşısında daş beton hasarlar olmuş, həmin yer söküldükdən sonra torpaq sahəsi zəbt olunmuşdur. Nəsirov Saday Vəkil oğlu izahatında bildirmişdir ki, həyətyanı sahəsinin qarşısında beton hasar olmuşdur. Həyətyanı sahəsinə yol açmaq məqsədilə həmin hasarı sökmüş, bir neçə ağacın qollarını budamışdır. X2 izahatında qeyd etmişdir ki, Saday Nəsirovun göstərişi ilə həmin ağacların bəzi budaqlarını budamışdır. X28 izahat verərək bildirmişdir ki, Bədəlan kəndində Hakim Eynullazadənin, Əfqan Əsədovun və Saday Nəsirovun torpaq sahələrində tikinti işləri ilə məşğul olmuşdur. 13 oktyabr 2020-ci il tarixdən 18 oktyabr 2020-ci il tarixədək olan müddətdə araşdırmalar zamanı müəyyən olunmuşdur ki, Nəsirov Saday Vəkil oğlu torpağın mülkiyyətə verilməsinə dair JN636A nömrəli, X18 verilən JN637A nömrəli və X19 verilən JN331A nömrəli şəhadətnamələr üzrə öz ərazisi kimi tanınan Masallı rayonu Bədəlan kəndində 1 saylı Çay Fakbirinin olduğu ərazidə yerləşən özünə məxsus olan qanuni torpaq sahəsinin qarşısında Əfqan Əsədovun razılığı ilə sonuncunun qarşısında olan və mülkiyyəti hesab edilən daş-beton hasarları sökmüş, ağacları budamışdır. Məhkəmə tərkibi iş üzrə qəbul edilmiş iddianı təmin etmə tədbiri barədə Masallı Rayon Məhkəməsinin xx.xx.2021 tarixli, 2(050)-2202/2021 saylı qərardaddan Nəsirov Saday Vəkil oğlu tərəfindən verilmiş şikayəti tədqiq edərək aşağıdakıları müəyyən etmişdir: İddianı təmin etmə tədbiri barədə Masallı Rayon Məhkəməsinin xx.xx.2021 tarixli, 2(050)- 2202/2021 saylı qərardaddan verilmiş şikayətdə Nəsirov Saday Vəkil oğlu bildirmişdir ki, mübahisələrin hazırki iddia tələbində adı cavabdeh kimi qeyd olunan Cavabdeh heç bir aiddiyyatı yoxdur. Qeyd olunan mübahisəli ərazidə tikinti işləri onun tərəfindən aparılır. Tikinti işlərinin aparıldığı sahə onun mülkiyyətindədir və buna dair mülkiyyət hüququna dair şəhadətnamə vardır. Göründüyü kimi xx.xx.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara və iş üzrə qəbul edilmiş iddianı təmin etmə tədbiri barədə Masallı Rayon Məhkəməsinin xx.xx.2021 tarixli, 2(050)-2202/2021 saylı qərardaddan Nəsirov Saday Vəkil oğlu tərəfindən verilmiş şikayətlə müəyyən edilir ki, iddia ərizəsində qeyd edilən hallar Cavabdeh tərəfindən törədilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmənin istinad etdiyi xx.xx.2021-ci il tarixli akt heç bir həqiqəti özündə əks etdirmir. Belə ki, həmin akta əsasən guya Masallı rayonu Bədəlan kəndində JN-637A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0.06 ha torpaq sahəsi vardır. Lakin cavabdehin belə bir torpaq sahəsi olmayıb və hazırda yoxdur, nə də mübahisəli torpaq sahəsindəki tikilinin cavabdehə heç bir aidiyyəti yoxdur. Bunu iş materiallarında torpaq sahəsinin cavabdehə aidiyyətinə dair heç bir şəhadətnamənin və digər sənədin olmaması təsdiq edir. Məhkəmə isə nəinki buna əhəmiyyət verməmiş, əksinə qətnamədə qeyd edir ki, “İş materiallarında olan JN-637A Kod 80505018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 42 nömrəli qərarı ilə Cavabdeh Masallı rayonu Bədəlan kəndində 0.06 hektar fərdi yaşayış evinin tikilisi üçün torpaq sahəsi verilmişdir”. Lakin mülki işin materiallarında belə şəhadətnamə yoxdur. Məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Birinci instansiya məhkəməsi maddi ziyanla bağlı gəldiyi nəticəni Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 15 noyabr 2022-ci il tarixli, 10/5208-9/5724 saylı ekspert rəyi və 19 may 2021-ci il tarixli aktla əsaslandırmışdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddia tələbinin Cavabdeh ziyana görə 3170 (üç min bir yüz yetmiş) manat pulun alınaraq İddiaçı verilməsi hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli, 10/5208-9/5724 saylı ekspert rəyində qeyd edilmişdir ki, hazırda yerində mövcud olan (iddiaçı tərəfindən təqdim olunan) mişar daşından inşa edilmiş hasarın təqribən 48 metr hissəsinin Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı Çay Fabrikinin iş materiallarına əlavə edilmiş baş planında Xİ nömrə ilə qeyd edilmiş metal hasara, 66 metr hissəsinin isə baş planda X nömrə ilə qeyd edilmiş dəmir-beton hasara uyğun gəldiyi müəyyən edilir. Ekspertiza təyini haqqında qərardadda və iş materialında göstərilən, fotoşəkilləri təqdim edilmiş beton panellərin və dəmir çərçivə hasarın orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3170 manat müəyyən edilmişdir (48 metr uzunluğunda dəmir barmaqlıqdan hasar-2400 manat, 66 metr uzunluğunda beton panel hasar (təxminən 11 ədəd) 770 manat). Məhkəmə tərkibi qeyd edir ki, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli, 10/5208-9/5724 saylı ekspert rəyi iddiaçıya dəymiş zərərin məbləğini müəyyən etmişdir. Birinci instansiya məhkəməsi həmin ekspert rəyinə əsasən iddianı maddi ziyana aid hissədə təmin etməkdə haqlı olmamışdır. Belə ki, hasarın sökülməsinin cavabdeh tərəfindən və ya onun göstərişi ilə icra edildiyi, yəni zərərin cavabdehin təqsiri səbəbiylə dəydiyi sübut olunduğu halda Cavabdeh vurduğu ziyana görə 3170 manat pul alınaraq İddiaçı verilə bilərdi. Lakin işin bu halı iddiaçı tərəfindən sübut olunmamışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçının Cavabdeh ziyana görə 3170 manat pul tələbi əsaslı deyildir. 19 may 2021-ci il tarixli akta münasibətdə məhkəmə tərkibi qeyd edir ki, bu aktın sübut kimi qəbuledilməzliyi ilə bağlı yuxarıda həmin akta qiymət verilmişdir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iddia üzrə ədalətli araşdırma aparılmamış, işdə olan sübutlara mülki-prosessal qanunvericiliyin tələblərinə uyğun qiymət verməmişdir. Məhkəmə tərkibi hesab edir ki Cavabdeh ziyana görə 3170 (üç min bir yüz yetmiş) manat pulun alınaraq İddiaçı verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(050)-2/2023 saylı qətnaməsi qismən- Cavabdeh vurduğu ziyana görə 3170 (üç min bir yüz yetmiş) manat pulun alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi Cavabdeh vurduğu ziyana görə 3170 (üç min bir yüz yetmiş) manat pulun alınaraq İddiaçı verilməsi hissəsində rədd edilməlidir. İddia tələbi rədd edildiyindən İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 200 (iki yüz) manat məbləğində pul vəsaitinin alınaraq Kapital Bank ASC Qara Qarayev filialının (kod:200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h AZ37NABZ ********************, VÖEN **********, Hesab AZ90AİİB********************, Məhkəmə Ekspertizası Xidmətləri MMC-in xeyrinə tutulmalı və İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaitinin alınaraq X3 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ ********************, SVİFT BİK- CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(050)-2/2023 saylı qətnaməsi qismən-Cavabdeh vurduğu ziyana görə 3170 (üç min bir yüz yetmiş) manat pulun alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh vurduğu ziyana görə 3170 (üç min bir yüz yetmiş) manat pulun alınaraq İddiaçı verilməsi hissəsində təmin edilməsin. İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 200 (iki yüz) manat məbləğində pul vəsaitinin alınaraq Kapital Bank ASC Qara Qarayev filialının (kod:200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h AZ37NABZ ********************, VÖEN **********, Hesab AZ90AİİB********************, Məhkəmə Ekspertizası Xidmətləri MMC-in xeyrinə tutulması və İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaitinin alınaraq X3 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar