Məhkəmə qərarları › İş №2(106)-679/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-679/2025

24.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-679/2025 24.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və iddiaçıların nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Astara Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(018)-796/2024 saylı qərardadından iddiaçıların nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayət əsasında, iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Astara rayon Təngərüd Bələdiyyəsinə qarşı “xüsusi mülkiyyətdə olan torpaq sahəsindən mülkiyyətdə olan digər torpaq sahəsinə piyada və avtomobil keçidinin təmin edilməsi üçün ödənişli, haqqı müəyyən edilmək şərti ilə, daimi servitut qoyulması haqqında və ümumi istifadədə olan bağlanmış ictimai yolun açılması və həmin yoldan istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dair mülki işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq (şifahi) məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Astara rayon Təngərüd Bələdiyyəsinə qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsindən mülkiyyətdə olan digər torpaq sahəsinə piyada və avtomobil keçidinin təmin edilməsi üçün ödənişli, haqqı müəyyən edilmək şərti ilə, daimi servitut qoyulması haqqında və ümumi istifadədə olan bağlanmış ictimai yolun açılması və həmin yoldan istifadəyə törədilən maneələrə son qoyulması tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "Torpağın mülkiyyətə verilməsinə dair" JN-153A №-li, kod 80110018 seriyalı Şəhadətnamədə nəzərədə tutulmuş 0.15 ha torpaq sahəsindən "Torpağın mülkiyyətə verilməsinə dair "JN-154A №-li kod 80110018 seriyalı Şəhadətnamədə nəzərdə tutulmuş 0.15 ha torpaq sahəsinə piyada və avtomobil keçidinin təmin edilməsi üçün 4 metr enində gediş-gəliş yolu üçün daimi ödənişli sevitut müəyyən edilməsi haqqında, həmin servitutun haqqının miqdarının müəyyən edilməsi haqqında, kompleks yerquruluşu layihəsində nəzərdə tutulmuş ümumi istifadədə olan, Cavabdeh tərəfindən darvaza qoyularaq bağlanmış yolun açılaması haqqında, həmin yoldan istifadəyə Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Əlavə olaraq bildirmişlər ki, cavabdeh tərəf hazırki işə xitam verilməsi barədə vəsatət verib, vəsatət ilə əlaqədar bildirirlər ki, tərəflərin arasında olan əvvəlki məhkəmə işi adi sevutut ilə əlaqədar olub, hazırkı iddiaları isə ödənişli servutut ilə bağlıdır. Birinci instansiya məhkəməsində İddiaçı1 iddia tələbini müdafiə edərək, iddialarının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh hazırki işə xitam verilməsi barədə vəsatətini əsassız hesab edir, vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı2 iddia tələbini müdafiə edərək, iddialarının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh hazırki işə xitam verilməsi barədə vəsatətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçıların nümayəndəsi və vəkilləri Vəkil İsgəndər oğlu iddia tələblərini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdehin hazırki işə xitam verilməsi barədə vəsatətini əsassız hesab etmişdir. Bildirmişdir ki, tərəflərin arasında olan əvvəlki məhkəmə işi adi sevutut ilə əlaqədar olmuş, hazırkı iddiaları ödənişli servutut ilə əlaqədardır. Ona görə vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, hazırki iddia ilə əlaqədar iddiaçılar onlara qarşı əvvəllər Astara Rayon Məhkəməsində iddia qaldırmışlar və iddiaları təmin olunmayıb. O, vasatət ilə məhkəməyə müraciət edərək hazırkı işin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə hazırki mülki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə verdiyi vəsatətində göstərmişdi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ona qarşı "xüsusi mülkiyyətdə olan bir torpaq sahəsindən xüsusi mülkiyyətdə olan digər bir torpaq sahəsinə piyada və avtomobil keçidinin təmin edilməsi üçün ödənişli, haqqı müəyyən edilmək şərtilə daimi servitut qoyulması və ümumi istifadədə olan bağlanmış ictimai yolun açılması və həmin yoldan istifadəyə törədilən maneələrə son qoyulması" tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Diqqətə çatdırmışdır ki, hazırkı iddia ona qarşı, o cümlədən eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslarla irəli sürülmüş sayca beşinci mülki iddiadır və iddiaçının yolla bağlı qaldırdığı bütün iddialar rədd edilmişdir. İddiaçılar bu dəfə ona qarşı yenə də eyni predmet barəsində eyni əsaslarla, eyni tələblərlə iddia qaldırmışdır. Halbuki, məhkəmə eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslarla qaldırılmış iddia ərizəsini MPM-nin 153.2,153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul etməməli, əgər icraata qəbul etmişdisə, həmin Məcəllənin 261.0,21.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verməlidir. MPM-nin 82.3-cü maddəsinin tələblərini, o cümlədən hazırkı işdə preyudusial əhəmiyyət kəsb edən Astara Rayon Məhkəməsinin 24 avqust 2016-cı il tarixli, 2(018)-34/2016 saylı qətnaməsini, Astara Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(018)-13/2018 saylı qətnaməsini, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 dekabr 2018-ci il tarixli, 2(016)- 3372/2018 saylı qətnaməsini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 may 2019-cu il tarixli 2(102)-3256/2019 saylı qərarını, Astara Rayon Məhkəməsinin 5 avqust 2021-ci il tarixli, 2(018)-815/2021 saylı qətnaməsini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 2(102)- 4402/ 2023 saylı qərarını, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2024-cü il tarixli, 2(106)-481/2024 saylı qərardadı kimi preyudisial əhəmiyyət kəsb edən məhkəmə aktlarını nəzərə alaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "Xüsusi mülkiyyətdə olan bir torpaq sahəsindən xüsusi mülkiyyətdə olan digər bir torpaq sahəsinə piyada və avtomobil keçidinin təmin edilməsi üçün ödənişli, haqqı müəyyən edilmək şərtilə daimi servitut qoyulması və ümumi istifadədə olan bağlanmış ictimai yolun açılması və həmin yoldan istifadəyə törədilən maneələrə son qoyulması" tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarmağı məhkəmədən xahiş edilmişdir. Astara Rayon Məhkəməsinin (hakim İ.Məmmədov) xx.xx.2024-cü il tarixli, 2(018)- 796/2024 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Mülki işin icraata xitam verilməsinin əsası kimi məhkəmə göstərmişdir ki, hazırkı tələblə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edildiyindən iddiaçılar İddiaçı1, İddiaçı2, nümayəndələri Vəkil İsgəndər oğlunu və Cavabdeh dinləyib iddia ərizəsi, işə əlavə olunmuş sənədləri və cavabdehin vəsatətini tam, hərtərəfli və obyektiv tədqiq edərək, hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Astara rayon Təngərüd Bələdiyyəsinə qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsindən mülkiyyətdə olan digər torpaq sahəsinə piyada və avtomobil keçidinin təmin edilməsi üçün ödənişli, haqqı müəyyən edilmək şərti ilə, daimi servitut qoyulması haqqında və ümumi istifadədə olan bağlanmış ictimai yolun açılması və həmin yoldan istifadəyə törədilən maneələrə son qoyulması tələbinə dair 2(018)-796/2024 nömrəli hazırki mülki iş üzrə icrata xitam verilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 2(018)-815/2021 nömrəli, 05 avqust 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı1 cavabdehlər Cavabdeh,X6 və X2 qarşı özgənin sahibliyində olan torpaq sahəsindən piyada və nəqliyyat vasitəsilə keçmək üçün servitut qoyulması tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməsi qət edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı mübahisənin predmeti əvvəlki mübahisənin predmeti ilə eyni olsa da iddianın predmeti tamamilə fərqlidir. Nəzərə almaq lazımdır ki, mübahisənin predmeti ilə iddianın predmeti eyniləşdirilə bilməz. Mübahisənin predmeti nisbətən daha geniş anlayışdır. İddianın predmeti isə konkretdir. Məhkəmənin istinad etdiyi 05 avqust 2021-ci il tarixli qətnamədə keçid yolunun verilməsi haqqında iddia tələbi rədd edilərkən məhkəmə göstərmişdir ki, iddiaçıların keçidi üçün digər yerdən imkanlar mövcuddur. Hazırkı mülki işin hallarından açıq-aşkar görünür ki, məhkəmnin 2021-ci ildə göstərmiş olduğu “digər keçid yolu mövcuddur” barədə qənaətə gəlməsi, həmin vaxt yerquruluşu planında mövcud olan konfiqurasiya səhvləri səbəbindən olmuşdur. Daha sonra, 2023-cü ildə yerquruluşu konfiqurasiyasında elektron kadastr düzəlişi aparıldırdan sonra verilmiş mütəxəssis rəyində, hazırkı iddia ərizəsində tələb olunan keçid yolundan başqa yolun olmaması göstərilmişdir. Beləliklə, mübahisənin predmeti eyni olsa da iddianın konkret predmeti fərqlidir. İddianın hüquqi əsasının əvvəlki iddiadakı hüququ əsasdan fərqli olması dedikdə, iddiaçıların cavabdehə olan tələblərini əsaslandırdığı halların fərqli olması nəzərdə tutulur. Yəni, əvvəlki iddia tələbində ödənişsiz sevitutun qoyulması nəzərdə tutulmuşdursa, hazırkı iddia tələbində ödənişli servitutun qoyulması tələb olunur. Ödənişsiz servitutun verilməsi haqqında iddia tələbləri əvvəlki məhkəmə qətnaməsi ilə rədd edilərkən, məhkəmə həm də ona istinad etmişdir ki, Astara rayon Məhkəməsinin 24 avqust 2016-cı il tarixli, 2(018)-34/2016 nömrəli qətnaməsi ilə iddiaçılara mübahisəli yoldan istifadəyə qadağa qoyulmuşdur. Alternativ yolun olması haqqında yuxarıda qeyd olunanlarla yanaşı, həmdə 2016-ci ilin qətnaməsi ilə qoyulmuş qadağaya görə keçid üçün ödənişsiz servitutun qoyulmasına imtina edilmişdir. Onların tələblərinin fərqliliyi aşağıdakılardan ibarətdir: 1) Qadağa qoyulmuş keçid yoluna ödənişsiz sevitutun qoyulmasına Astara rayon Məhkəməsinin 2021-ci il tarixli qətnaməsi ilə imtina edilmişdir. Ona görə də hazırda həmin yola ödənişli servitutun qoyulması zərurəti yaranmışdır. Əks halda digər keçid yolu mümkünsüzdür. İddiaçıların öz mülkiyyətlərindən istifadə etməsi defakto məhdudlaşır. 2). Əvvəlki qətnmələrdə göstərilmiş alternativ yolun mümkünlüyü barədə mülahizələr yeni elektron kadastr sisteminin tətbiqi ilə aradan qalxmışdır. Hazırda alternativ yol yoxdur. Bu barədə mütəxəssis rəyində göstərilmişdir. Hazırda iddiaçılrın öz mülkiyyətindən istifadə etmək hüquqları pozulur. Cavabdehin isə hüquqdan sui-istifadəsinə rəvac verilir. Hazırda şikayət edilən Astara rayon Məhkəməsinin xx.xx.2024 tarixli qəradadı mübahisənin həllinə, ziddiyyətli məqamların aradan qaldırılmasına yönəlməmiş, əksinə mübahisənin daha da dərinləşməsinə zəmin yaradır. Məhkəmə işin icraatına xitam verilməsi haqqında qəradad qəbul edərək göstərmişdir ki, “ İşə əlavə edilmiş Astara rayon Məhkəməsinin 2(018)-815/2021 nömrəli ,05 avqust 2021-ci il tyarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı1 cavabdehlər X8, X7 və X2 qarşı özgənin sahibliyində olan torpaq sahəsindən piyada və nəqliyyat vasitəsi ilə keçmək üçün servitut qoyulması tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməsi qət edilmişdir”. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin qətnamədə göstərilmiş iddianın rədd edilməsi haqqında əsasları Şirvan Apellyasiya Məhkəməsinin 08 avqust 2022-ci tarixli 2(106)-183/2022 nömrəli Qətnaməsi ilə dəyişdirilmişdir. Belə ki, Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, "birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, iddiaçının cavabdehlərdən torpaq sahəsindən zəruri və keçid tələb etmək üçün onlar qonşu olmalıdırlar. Hazırkı vəziyyətdə onlar qonşu deyillər." Kollegiya bu mövqeyi əsassız saymışdır və iddianı başqa əsaslarla rədd edərkən göstərmişdir ki:

1. Kadastr sənədlərinə və izahatlara görə tərəflər qonşudurlar;

2. İddiaçı sübut etməlidir ki, onun ictimai yola zəruri keçid yolu yoxdur;

3. Qonşu torpaq sahəsindən keçid yolu ayrılmadan buna nail olmaq mümkün deyil;

4. Mübahisə edilən ərazi üzrə torpaq sahəsinin statusu müəyyən edilməlidir. Bunun üçün sübut edilməlidir: a) torpaq sahəsinə aid mülkiyyət hüququna dair sənəd, b) torpaq sahəsinin kadastr sənədi c) Torpaq sahəsinin sərhədləri barədə sxem, ç) Barəsində hüquq tələb etdiyi sərhədlərin yerləşmə sxemi, d) Tələb edilən keçid yol göstərməklə müvafiq plan-sxem. Həmin iş üzrə Kollegiya hesab etmişdir ki, bu göstərilənlər barədə həmin məhkəmə prossesində sübutlar təqdim edilmədiyindən iddia təmin edilməməlidir. Bu qeyd olunanlar bir daha onu göstərir ki, əvvəlki iddia ilə hazırkı iddianın əsasları tamamilə fərqlidir. Odur ki, məhkəmə məsələni tam və hərtərəfli araşdırmadan işin icraatına xitam verməsi düzgün deyildir. Qəbul olunmuş Qəradad iddiaçıların AR Konstitusiyasının 60-cı maddəsi ilə və MPM-nin 2-ci və 4-cü, Mülki Məcəllənin 152-ci,175-ci maddələri ilə təsbit olunmuş hüquqlarını pozur və mülkiyyətdən istifadə üçün keçid yolunun alınması haqqında məhkəməyə müraciət etmək hüququndan birdəfəlik məhrum edir. Qərardaddan iddiaçı tərəf şikayət vermiş, şikayətində o, qərardadın ləğv edilməsini, iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(018)-796/2024 saylı qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə baxılarkən MPM-nin Məcəlləsinin 394-1.3 və 394-1.4-cü maddələrinin tələblərinə əsasən hazırki mülki iş tərəflərin məhkəmə iclasına çağırılmaqla iştirakları təmin olunması və Astara Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(018)-796/2024 saylı qərardadından iddiaçıların (vəkili) Vəkil tərəfindən verilmiş şikayətə məhkəmə iclasında şifahi icraat qaydasında baxılması qərara alınmışdır. Kollegiyanın iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkilləri Vəkil İsgəndər oğlu şikayətlərinin məzmununa uyğun izahat vermiş və şikayətin təmin olunmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkilləri Vəkil İsgəndər oğlunun dedikləri ilə razılaşmışlar. Cavabdeh Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Astara Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli qərardadı ləğv edilərək mülki işə mahiyyəti üzrə baxılması üçün iş Astara rayon məhkəməsinə qaytarılmalıdır. Belə ki, işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 2(018)-815/2021 nömrəli, 05 avqust 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı1 cavabdehlər Cavabdeh, X6 və X2 qarşı özgənin sahibliyində olan torpaq sahəsindən piyada və nəqliyyat vasitəsilə keçmək üçün servitut qoyulması tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməsi qət edilmişdir. Belə ki, (018)-815/2021 nömrəli, 05 avqust 2021-ci il tarixli qətnamənin 18-ci səhifəsinin 6-cı abzasında qeyd edilmişdir ki, “Göründüyü kimi İddiaçı1 öz torpaq sahəsinə zəruri genişlikdə gediş-gəliş yolunun, hətta avtomobil yolunun olduğu halda cavabdehlər Cavabdeh, X3 və X1 mülkiyyətində olan torpaq sahələrinin hesabına öz torpaq sahəsini genişləndirmək istəməsi iddiaçının tələb etdiyi servitutun prinsiplərinə tamamilə ziddir və bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia əsassız olduğu üçün rədd olunmalıdır.” Göründüyü kimi məhkəmə hesab etmişdir ki, İddiaçı1 öz torpaq sahəsinə zəruri genişlikdə gediş-gəliş yolu, hətta avtomobil yolu mövcuddur. Buna görə də qeyd etmişdir ki, İddiaçı1 öz torpaq sahəsinə zəruri genişlikdə gediş-gəliş yolu və hətta avtomobil yolunun olduğu halda cavabdehlərdən zəruri servitutun istənilməsi qanuna ziddir və belə iddia təmin edilə bilməz. Həmçinin işdə olan Şirvan Apellyasiya Məhkəməsinin 08 fevral 2022-ci il, 2(106)- 183/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamədən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Astara Rayon Мəhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(018)-815/2021 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni əsasla yeni qətnamə qəbul edilmişdir. Yeni qətnamə ilə İddiaçı1 cavabdehlər X4, X2 və Cavabdeh qarşı «özgənin sahibliyində olan torpaq sahəsindən piyada və nəqliyyat vasitəsilə keçmək üçün servitut qoyulması» tələbinə dair iddiası təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 08 fevral 2022-ci il, 2(106)-183/2022 saylı yeni əsasla qəbul edilmiş qətnaməsində göstərilmişdir ki, (səhifə-3-4) “birinci instansiya məhkəməsi iddianı o əsasla təmin etməmişdir ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən edildi ki, tərəflər arasında “qonşuluq münasibətləri yoxdur”. Bundan başqa, məhkəmənin gəldiyi qənaətə görə, cavabdeh X1 adına hər hansı bir əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyini əsassız saymışdır. Müəyyən etmişdir ki, əvvəllər sözügedən torpaq sahəsi üzrə müvafiq keçid yolu ilə bağlı mübahisələr olmuş, məhkəmə aktları ilə müəyyən edilmişdir ki, həmin mübahisəli ərazi iddiaçının mülkiyyətində deyil, cavabdehlərin mülkiyyətində olan sahə daxilindədir. Bundan başqa, izahatlara, təqdim edilmiş sənədlərə, o cümlədən kadastr sənədinə görə tərəflər qonşudurlar. Kollegiya hesab edir ki, iddia tərəflərin “qonşuluq münasibətləri”-nin olmaması əsası ilə, yaxud torpaq sahəsinin cavabdehlərdən birinin mülkiyyəti kimi qeydə alınmaması əsası ilə deyil, digər əsasla rədd edilməlidir. Kollegiya daha sonra qeyd etmişdir ki, Qanunun mənasına görə, iddiaçının tələb etdiyi qaydada hüquqdan istifadə olunması üçün, birinci növbədə müəyyən edilməlidir ki, tələbkarın ictimai yola zəruri keçidi yoxdur. İkincisi, qonşu torpaq sahəsindən (sahələrindən) keçid yolu ayırmadan buna müvəffəq olmaq mümkün deyil. Yolun zəruriliyi keçidin məqsədi nəzərə alınmaqla müəyyən edilir. Bundan başqa, mübahisə edilən ərazi üzrə torpaq sahəsinin statusu müəyyən edilməlidir. Bu halları iddiaçı sübut etməlidir. Bunun üçün aşağıdakı sübutlar təqdim edilməlidir: torpaq sahəsinə dair mülkiyyət hüququna dair sənəd, torpaq sahəsinin kadastr sənədi, torpaq sahəsinin sərhədləri barədə sxem, barəsində hüquq tələb etdiyi sərhədlərin yerləşmə sxemi, tələb edilən keçid yol göstərilməklə müvafiq plan-sxem. Qanunun tələbinə görə, iddia bir və ya bir neçə qonşuya qarşı yönəldə bilər. Bu zaman hansı qonşunun sahəsindən yol və keçid ayrılmasının növbəliliyi nəzərə alınmalıdır. Keçid birinci olaraq o qonşunun sahəsindən verilməlidir ki, ondan tələb hər tərəf üçün əlverişli və daha yol veriləndir. İkincisi, tələb keçidin daha az zərər vurduğu qonşuya yönəldilir. Yol və keçid, qanunun tələbinə görə, əvəzli və ya tərəflərin razılığı ilə əvəzsiz ola bilər. Göründüyü kimi birinci instansiya məhkəməsi hazırkı iddia üzrə iş üzrə icraata xitam verərkən məhz Astara Rayon Мəhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(018)-815/2021 saylı qətnaməsinə istinad etmişdir. Halbuki, Astara Rayon Мəhkəməsinin 05 avqust 2021ci il tarixli, 2(018)-815/2021 saylı qətnaməsi sonradan Şirvan Apellyasiya Məhkəməsinin 08 fevral 2022-ci il, 2(106)-183/2022 saylı qətnaməsi ilə ləğv edilmiş və iddia yeni əsasla rədd edilmişdir. Bununla da birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənləri müqayisəli təhlil etməmiş, işi obyektiv araşdırmamış və ləğv olunmuş qətnaməyə istinad etməklə iş üzrə icraata xitam vermişdir. Bundan başqa mülki işin 29-30-cü səhifəsində olan xx.xx.2022-ci il tarixli, 2(018)- 647/2022 nömrəli qəradadla təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı mütəxəssiz rəyinin sonuncu 5-ci bəndində qeyd edilmişdir ki, Astara rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarına əsasən JN-154A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Xamradova (Cəfərova) Mehparə Əlibala qızı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0.15 ha həyətyanı torpaq sahəsinə dair baza məlumatlarına əsasən başqa avtomobil yolu mövcud deyildir. Faktiki vəziyyətdə də iddiaçı Xamradova (Cəfərova) Mehparə Əlibala qızı və ailə üzvlərinin mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinə başqa yerdən yolun olması müşahidə edilməmişdir. Göründüyü kimi əvvəlki işlər üzrə keçirilmiş tikinti-texniki ekspertizaları zamanı İddiaçı1 öz torpaq sahəsinə zəruri genişlikdə gediş-gəliş yolu, hətta avtomobil yolunun olması qeyd edilmiş, lakin xx.xx.2022-ci il tarixli, 2(018)-647/2022 nömrəli qəradadla təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı mütəxəssiz rəyi üzrə JN-154A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Xamradova (Cəfərova) Mehparə Əlibala qızı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0.15 ha həyətyanı torpaq sahəsinə dair baza məlumatlarına əsasən başqa avtomobil yolunun olmaması, həmçinin faktiki vəziyyətdə də iddiaçı Xamradova (Cəfərova) Mehparə Əlibala qızı və ailə üzvlərinin mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinə başqa yerdən yolun olması müşahidə edilməmişdir. Ümumiyyətlə əvvəlki və sonrakı tikinti-texniki ekspertizaları üzrə mütəxəssiz rəyinin AzCard və ya TEKUİS elektron baza məlumatları əsasında keçirilib-keçirilməməsi də müəyyən edilmir. Kollegiya hesab edir ki, qərardadın məzmununda göstərilənlər nəzərə alınmaqla ətraflı, obyektiv və qərəzsiz araşdırılması üçün mülki iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0-ci maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Kollegiya göstərilənləri nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki işə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə xitam verməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 384.0.4-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4); bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi MPM-nin 402.2.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuş, lakin iş üzrə icraata xitam verilməsi barədə qərardadın ləğv edilməsindən isə kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Buna görə də hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 391-ci və 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası”

qəraraaldı:

İddiaçıların nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(018)-796/2024 saylı qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Astara rayon Təngərüd Bələdiyyəsinə qarşı “xüsusi mülkiyyətdə olan torpaq sahəsindən mülkiyyətdə olan digər torpaq sahəsinə piyada və avtomobil keçidinin təmin edilməsi üçün ödənişli, haqqı müəyyən edilmək şərti ilə, daimi servitut qoyulması haqqında və ümumi istifadədə olan bağlanmış ictimai yolun açılması və həmin yoldan istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işin materialları baxılıb həll edilməsindən ötrü Astara Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar