Məhkəmə qərarları › İş №2(106)-68/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-68/2023

13.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-68/2023 13.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki işin İddiaçı1 cavabdeh X1 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə birləşdirilməsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışlar ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Ağcabədi rayonu Pərioğullar kəndi ərazisindən 2,1098 ha torpaq sahəsi iddiaçıların və mərhum anaları Nubar Abbasovanın mülkiyyətinə verilmişdir. 2017-ci ildə vəfat etmiş mərhum anaları Nubar Abbasova onların məlumatı və razılığı olmadan 2013-cü ildə torpaq sahəsini cavabdehlərə 50 il müddətinə icarəyə vermişdir. Daha sonra onlara məlum orlmuşdur ki, anaları onlara məxsus torpaq sahəsini də cavabdehlərə icarəyə vermişdir. Hazırda cavabdehlər iddiaçılara məxsus torpağı tutaraq istifadə edirlər. Torpaqdan çıxmasını cavabdehlərdən tələb etsələr də, cavabdehlər həmin torpaq sahəsinin 50 il müddətinə onların icarəsəinə verilməsini əsas gətirərək bundan imtina etmişəlr. Ona görə də cavabdehlərin torpaq sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişlər. Ağcabədi rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(071)-31/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim Etibar Quliyev) iddia tələbi təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Ağcabədi rayonu Pərioğullar kəndi ərazisində yerləşən 2,1098 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qətnamə maraqlarına toxunan şəxs X2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)1868/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qətnamə maraqlarına toxunan şəxs X2 tərəfindən apellyasiya şikayətinin təmin edilməsi, Ağcabədi rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(071)-31/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi qət edilmişdir.. Qətnamədən İddiaçı1 kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1492/2022 saylı, 13 aprel 2022-ci il tarixli qərarı ilə, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)1868/21 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün mülki işin Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi qərarında qeyd edir ki, İddiaçı1 hazırda cavabdeh Gəray Səlimova qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Ağcabədi rayon Məhkəməsində iddia qaldırılmış və mülki iş hazırda məhkəmənin icraatındadır. Hazırda həmin iddialara bir icraatda baxılmasının mübahisəinin qanuni və obyektiv həlli üçün əhəmiyyətli olmasını nəzərə alınaraq Ağcabədi Rayon Məhkəməsinin icraatında olan işin apellyasiya instansiya məhkəməsinə tərəflərdən birinin şikayəti üzrə daxil olacağı təqdirdə həmin işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkülüyü məsələsi müzakirə olunmalıdır Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2022-ci il tarixli, 2(106)-1456/2022 saylı qərardadı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə icraat İddiaçı1 cavabdeh X1 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki işin apellyasiya instansiyası məhkəməsinə tərəflərdən birinin şikayəti üzrə daxil olacağı təqdirdə mülki işlərin bir icraatda birləşdirilməsinə baxılmasının mümkünlüyü məsələsi müzakirə olunması üçün hazırkı iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365-ci maddəsinin tələbinə əsasən, apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 169.3-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə qarşı iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onlara birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Hazırda İddiaçı1 cavabdeh X1 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş və hakim Tale Kərimovun icraatına verilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə tələb İddiaçı1 cavabdeh X1 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işlə bağlı olduğundan mülki işlər birləşdirilməli və bir icraatda baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş İddiaçı1 cavabdeh X1 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3-cü, 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair 2(106)68/2023 saylı mülki iş Şirvan Apellyasiya Məhkəməsinin hakimi Tale Kərimovun icraatında olan İddiaçı1 cavabdeh X1 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair 2(106)- 429/2023 saylı mülki işə birləşdirilsin. Mülki işin 2(106)-429/2023 saylı nömrə ilə məhkəmə baxışı davam etdirilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar