Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-68/2025 18.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Mahir Abdulla oğlu Əsədli və Aytən Nazim qızı Novruzovadan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, iddiaçının nümayəndəsi XN, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Salyan Rayon Məhkəməsinin 2N dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan rayonu Çuxanlı 2-ci hərbi şəhərciyinin 35,74 hektar ərazisindən Salyan rayonu Çuxanlı kənd sakini vətəndaş Cavabdeh çıxarılması, onun malqarasının həmin ərazidən götürülməsi və torpaq sahəsinin hərbi hissəyə qaytarılması, Salyan rayon İcra Hakimiyyəti baçşısının xx.xx.2006-cı il tarixli 99 saylı sərəncamının və xx.xx.2006-cı il tarixli 278 saylı icra müqaviləsinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Salyan rayonu Çuxanlı kəndi ərazisində yerləşən hərbi hissənin torpaq sahəsinin N ha hissəsini Cavabdeh zəbt etmişdir və həmin ərazidə mal qara saxlayır. Hərbi hissə 20N4-cü ildə yaradılmışdır. Əgər müqavilədə qeyd olunan torpaq sahəsi hərbi hissənin ərazisinə düşürsə müqavilə ləğv olunmalı və mal qaranın həmin ərazidən çıxarılaraq, torpaq sahəsinin hərbi hissəyə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Faktiki olaraq cavabdeh hərbi hissənin N ha torpaq sahəsindən istifadə edir. Birinci instansiya məhkəməsində Cavabdeh izahatında bildirmişdir ki, N997-ci ildə 30 ha torpaq sahəsi icra hakimiyyəti tərəfindən atasına icarəyə verilmiş, atası 2000-ci ildə vəfat etmiş, sonradan torpaq sahəsi öz adına sərəncamla sənədləşdirilmişdir. Həmin torpaq sahəsinin hərbi hissəyə aid olub olmadığını bilmir. Hərbi hissənin ərazisinə düşən torpaq sahəsindən çıxmağa etirazı yoxdur. Salyan Rayon Məhkəməsinin (hakim A.Səmədov) 2N dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh zəbt etdiyi Salyan rayonu Çuxanlı kəndi ərazisində yerləşən dövlət fondu torpağı olan N saylı hərbi hissəyə aid torpaq sahəsinin N hektar hissəsindən çıxarılması, mal qaranın həmin ərazidən çıxarılması, torpaq sahəsi hərbi hissəyə geri qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə məhkəmə xərci olan, mütəxəssis rəyinin verilməsi üçün ödənilən 40N manat məbləğində pul Cavabdeh alınaraq N saylı hərbi hissənin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, 735,46 ha torpaq sahəsinin N saylı hərbi hissənin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan başqa, qanunun tələbinə əsasən iş üzrə müvafiq ekspertin rəyi alınmamışdır. İşdə olan məhkəmə qərarından məlum olur ki, mübahisə ilə bağlı mütəxəssis rəyini DƏDK və RPHŞ-in 8 saylı Şirvan ərazi idarəsi tərəfindən verilməli olması barədə qərar qəbul edilmişdir. Ərazi İdarəsinin mütəxəssis rəyindən sonra Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi tərəfindən ekspert rəyi verilməli idi. Mülki iş materiallarından mübahisəsiz qaydada məlum olur ki, ekspert rəyi alınmamışdır. DƏDRX və RPHŞ-ın 8 saylı Şirvan Ərazi İdarəsi tərəfindən isə mütəxəssis rəyi verilməmişdir. Əgər ona mütəxəssis rəyi demək olarsa, həmin rəy "xxxx" MMC tərəfindən verilmişdir. Beləliklə, məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə rəy verilməsi ilə bağlı olan məhkəmənin qərarı məhkəmənin özü tərəfindən icra olunmamışdır. İzahatlar Apellyasiya baxışında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə məhkəməyə ərizə təqdim etmiş, ekspert rəyinə uyğun olaraq hərbi hissəyə məxsus N ha torpaq sahəsindən çıxmağa razı olduğunu bildirmişdir. Cavabdeh və onun nümayəndəsi qətnamə ilə razı olduqlarını bildirmişlər. İddiaçının nümayəndəsi X2 qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 372.N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnaməni cavabdeh iddianın təmin olunmasına dair hissədə mübahisələndirmişdir. Kollegiya işə cavabdehin apellyasiya şikayəti həddində baxır. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi Salyan rayonu Çuxanlı 2-ci hərbi şəhərciyinin balansında olan torpaq sahəsindən cavabdehin çıxarılmasını, onun mal-qarasının həmin ərazidən götürülməsi və torpaq sahəsinin hərbi hissəyə qaytarılmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin N57-ci maddəsinə əsasən: N57.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. N57.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. N57.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bundan başqa, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin NNN-ci maddəsinin N-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İş üzrə tərəflərə məxsus torpaq sahələrinin sərhədlərini və koordinatlarını müəyyən etmək, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək üçün müvafiq ekspertiza keçirilmiş, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının rəyi alınmışdır. İş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Çuxanlı-2 Hərbi Şəhərciyinin istifadəsində olduğu iddia olunan Salyan rayonu Çuxanlı kənd sakini Cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən Dövlət Fondu torpağı olmaqla, hərbi hissəyə aid xüsusi torpaq sahəsidir. İddia olunan ərazidə Cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsi N hektardır. Bundan başqa, Şirvan Apellyasiya Məhkəməsinin N9 mart 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdi. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, N0/9723 nömrəli ekspert rəyinə görə AR İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi N3 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-2N-3-38/2-4706/2024 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Salyan rayonu Çuxanlı kəndi ərazisində mübahisəli olan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə aid torpaq sahəsinin və Cavabdeh mübahisəli hissədə faktiki heyvandarlıq məqsədi üçün istifadəsində olan N ha torpaq sahəsinin sərhədləri (koordinatları) GPS aləti vasitəsilə ölçülüb müəyyən edilmişdir. Mübahisəli olan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə aid torpaq sahəsinin bir hissəsi ilə Cavabdeh faktiki heyvandarlıq məqsədi üçün istifadəsində olan N ha torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu məlumatlara əsasən mübahisəli olan, Cavabdeh tərəfindən faktiki heyvandarlıq məqsədi üçün istifadə etdiyi N ha torpaq sahəsinin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə aid olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçının balansında olan torpaq sahəsinin N ha hissəsindən faktiki olaraq cavabdehin istifadə etddiyi müəyyən edilir. Kollegiya ekspert rəyini sübut olaraq qəbul edir. Beləliklə, təqdim edilmiş sübutlarla, o cümlədən iş üzrə məhkəmə mühəndis texniki ekspertizasının rəyi ilə iddia edilən torpaq sahəsininin cavabdehin qanunsuz sahibliyində olduğu müəyyən edilir. Bundan başqa, cavabdeh apellyasiya baxışında yazdığı ərizəsində faktiki olaraq iddianı qəbul etdiyini bildirmişdir. MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in N9N.N-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin N9N.2-ci maddəsinin tələbinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. MPM-in N9N.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qanunun tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər (MPM-in 220.4-cü maddəsi). Kollegiya cavabdeh etirafını qəbul edir və hesab edir ki, mübahisələndirilən hissədə iddia təmin edilməlidir. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq N00 manat Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.N, 393 və 405.0.N-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 2N dekabr 2023-cü il tarixli, 2(057)-77/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq N00 manat Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-68/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-68/2025
18.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver