Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-682/2023 10.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Neftçala Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(053)-133/2023 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın – doğum faktının müəyyən edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.1948-ci ildə, atası X8 və anası X10 olmaqla doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, babası X8 və nənəsi X4 adlarına özəlləşdirilmiş pay torpaqlarının vərəsəlik hüququ üzrə keçməsi üçün payçı, ailənin ikinci övladı olan X1 doğum haqqında şəhadətnaməsinin təqdim edilməsi zərurəti yaranmışdır. Belə ki, mülkiyyətçi X8 xx.xx.1999-cu ildə, X10 isə xx.xx.2012-ci ildə vəfat etmişlər. Belə olduğu təqdirdə, ərizəçinin birincidən qalan payları irsi transmissiya qaydasında, ikincidən qalan payları isə Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən, birinci növbə vərəsə qismində qəbul etmək hüququ var. Ancaq vərəsələrdən X1 doğum haqqında şəhadətnaməsində “valideynlər haqqında” məlumatların göstərildiyi səhifədə onların ata adında (tam ad) digər vərəsələrdə olduğundan fərqlilik var. Belə ki, Seyidhəsənin məhkəməyə təqdim edilən doğum haqqında şəhadətnaməsində ata adı kimi X13 göstərilərək, onun rəsmi nikahdan doğulduğu əks olunsa da, atasının 1956-cı ildə qeydə alınan nikah haqqında şəhadətnaməsində adı “Seyidquli” olaraq qeyd edilmişdir. Eyni zamanda, işə əlavə olunan Maraqlı şəxs tərəfindən verilmiş arayışda X1 doğum haqqında akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Belə olduğu təqdirdə, X1 doğum və X8 ilə ataoğul qismində qohumluq münasibətləri faktının müəyyən edilməsi üçün ərizəçi məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Neftçala Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(053)-133/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Ceyhun Qədimov) Ərizəçi ərizəsi yolverilməz olduğundan onun qəbul edilməsindən imtina olunmuş, ərizəçiyə Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsinin ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmasına mane olması izah olunmuşdur. Neftçala Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(053)-133/2023 saylı qərardadı onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə olunan sənədlərin surətlərindən görünür ki, X5 xx.xx.1948-ci ildə doğulmuş (atası: X13; anası: X10), bununla bağlı Xıllı rayonu, Seyidlər, Uzunbabalı kənd sovetliyi tərəfindən 21 sentyabr 1948-ci ildə akt qeydləri kitabında 14 nömrəsi ilə qeydiyyat aparılaraq İE seriyalı 710996 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, X1 doğumu faktı qanunla müəyyən edilmiş qaydada qeydə alınmışdır. Bu səbəbdən eyni faktın məhkəmə tərəfindən yenidən müəyyən edilməsinə heç bir qanuni əsas yoxdur. Ərizənin məzmunundan görünür ki, ərizəçinin məhkəməyə müraciət etməsinin əsl səbəbi müxtəlif sənədlərdə X1 ata adının fərqli yazılması ilə bağlıdır (bəzi sənədlərdə X1 atasının adı “X13”, bəzilərində isə “X8” olmaqla göstərilib). Bunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, ərizəçi məhkəməyə hazırkı məzmunlu ərizə ilə deyil, MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan məzmunlu ərizə ilə müraciət etməlidir. Neftçala Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(053)-133/2023 saylı qərardadından narazı qalan Ərizəçi şikayət vermiş, şikayətində həmin qərardadın ləğv edilərək, mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə nəzərə almalı idi ki, doğum haqqında akt qeydi 6 faktı müəyyən edir: 1) şəxsin adı, soyadı, ata adını; 2) şəxsin doğum tarixini; 3) şəxsin doğum yerini; 4) şəxsin atası haqqında məlumatları; 5) şəxsin anası haqqında məlumatları; 6) şəxsin valideynlərinin milliyyətini. İkinci növbədə məhkəmə nəzərə almalı idi ki, doğum haqqında akt qeydi aşkar edilməyən və bərpa edilməli olan şəxsin doğum haqqında şəhadətnaməsində onun adı hissəsində olan pozuntu onun adını oxunmaz şəkildə zədələmişdir. Bundan əlavə, şəxsin atasının şəxsiyyəti doğum zamanı ananın rəsmi nikahda olduğu şəxsin kimliyi ilə müəyyən olunur. Bu səbəbdən istər məhkəməyə təqdim edilən ərizədə, istərsə də, işə əlavə olunan qeydiyyat orqanının arayışında şəxsin rəsmi nikahdan doğulduğu, lakin həmin nikahın rəsmiləşmə tarixinin şəxsin doğumundan 8 il sonraya təsadüf etməsi və işdə tədqiq olunan doğum haqqında şəhadətnamənin “ata” qrafasındakı şəxsin adı ilə nikah şəhadətnaməsində göstərilən şəxsin adında “Seyidquli” və “Quli” olmaqla fərqliliyin olduğu qeyd edilmişdir. Sadəcə doğum haqqında şəhadətnamə ilə mərhum atası X1 doğumu haqqında akt qeydinin bərpası mümkün deyil. Bu səbəbdən də, o hesab edir ki, göstərilən 6 faktdan 2-si barədə hüquqmüəyyənedici sənədlərin olmamasına görə məhkəməyə verilən ərizə MPM-in 307.2.3-cü maddəsinə əsasən verilməlidir. Məhkəmənin qeyd etdiyi hazırkı ərizənin MPM-in 307.2.5-ci maddəsinə uyğun gəlməsi ilə bağlı bildirdikləri isə düzgün deyil və həmin maddənin hazırkı mübahisəyə aidiyyəti yoxdur. Məhkəmə öz qərardadında ərizənin məzmunundan o nəticəni hasil etmişdir ki, sanki ərizəçi məhkəməyə o səbəbdən müraciət etmişdir ki, babasının ata adının müxtəlif sənədlərdə fərqli yazılmış olmasına görə həmin sənədlərin ona məxsusluğu zərurəti var. Ancaq məhkəmə ərizənin məzmunu ilə həqiqətən tanış olsaydı, müəyyən edərdi ki, bu faktın müəyyən edilməsi ərizəçi üçün heç bir hüquqi nəticə doğurmayacaq. Çünki atasının doğum faktının müəyyən edilməsinin ərizəçi üçün başlıca hüquqi nəticəsi o ola bilər ki, qeyd edilən faktların müəyyən olunması ilə onun doğum haqqında akt qeydi bərpa edilsin və xx.xx.1999-cu il tarixdə vəfat edən babası X8 və xx.xx.2012-ci il tarixdə vəfat edən nənəsi X4 adlarına özəlləşdirilmiş pay torpaqlarından birincidən qalan payı irsi transmissiya qaydasında, ikincidən qalma payı isə MM-in 1159.1.3-cü maddəsinə əsasən birinci növbə vərəsə qismində qəbul etmək hüququnu həyata keçirə bilsin. Neftçala Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(053)-133/2023 saylı qərardadı ilə Neftçala Rayon Məhkəməsinin 2(053)-133/2023 nömrəli iş üzrə 17 yanvar 2023-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası yazılı icraat qaydasında ərizəçi tərəfindən verilmiş şikayətin dəlillərini və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 2(053)-133/2023 saylı, 17 yanvar 2023-cü il və 27 fevral 2023-cü il tarixli qərardadları ləğv edilməli, ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş Neftçala Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə ərizənin qəbul edilməsindən imtina edərkən xx.xx.1948-ci ildə doğulmuş X1 doğum faktının qanunla müəyyən edilmiş qaydada qeydə alındığını göstərmişdir. İş materiallarında olan və X3 aid olduğu iddia edilən İE 710996 seriya nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilməmiş kserosurətindən görünür ki, Əmirov Həsən (şəxsin adında pozuntu mövcuddur) Allahverdi oğlu 10 sentyabr 1948-ci ildə doğulmuş, doğum faktı 21 sentyabr 1948-ci ildə qeydə alınmış, atasının adı X13, anasının adı X2 qeyd edilmişdir. Bununla yanaşı, işdəki Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 21 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, şöbənin arxivində saxlanılan 1945-1951-ci illərə dair Maraqlı şəxs və Bankə qəsəbə İƏN-i üzrə ilkin və 1948-1966-cı illərə dair bərpa doğum akt qeydləri yoxlanılmış, lakin doğum haqqında akt qeydi aşkar olunmamışdır. Həmçinin, X7 Reyestri xidmətinə sorğu göndərilmiş və həmin qurumun cavab məktubunda, X7 Reyestri xidmətinin arxivində ilkin və bərpa akt qeydləri üzrə doğum akt qeydinin aşkar olunmadığı bildirilmişdir. İşdəki 12 mart 1956-cı il tarixində verilmiş İE 205481 nömrəli evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X9 09 mart 1956-cı ildə evlənmiş, evləndikdən sonra kişiyə Əmirov, arvada Əmirova soyadı verilmişdir. Göründüyü kimi, İE 710996 seriya nömrəli doğum haqqında şəhadətnamədə 10 sentyabr 1948-ci ildə doğulmuş X1 anası kimi X10 qeyd edilmişdir. Lakin 12 mart 1956-cı il tarixində verilmiş İE 205481 nömrəli evlənmə haqqında şəhadətnamədən göründüyü kimi Xanımbibi Əmirova “Əmirova” soyadını 1956-cı ildə, evləndikdən sonra almışdır. İşdəki Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 21 dekabr 2022-ci il tarixli məktubdan da görünür ki, İE 710996 seriya nömrəli doğum haqqında şəhadətnaməyə əsasən şəxsin 1948-ci ildə rəsmi nikahdan doğulduğu görünsə də, ata və ana qrafasındakı şəxslərə məxsus nikahın 1956-cı ildə rəsmiləşdirildiyi, həmçinin doğum haqqında şəhadətnamənin ata haqqında məlumat qrafasında X6 qeyd olunsa da, 1956-cı il tarixli nikahın X8 ilə Əmirova (nikahdan öncə Musayeva) Xanımbibi Fətulla qızına məxsus olduğu aşkar olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizənin icraata qəbul edilməsi məsələsinin həll edilməsi üçün ərizə və ona əlavə edilmiş sənədlərin yenidən araşdırılması zərurəti mövcuddur. İşə yenidən baxacaq olan birinci instansiya məhkəməsi göstərilən ziddiyyətli məqamları araşdırdıqdan sonra ərizənin icraata qəbul edilməsi məsələsinə hüquqi qiymət verməli, əgər məhkəmə ərizənin mümkünlüyü qənaətinə gələrsə, onun iddia və ya xüsusi icraat qaydasında baxılmalı olmasını müəyyən etməli, gəldiyi nəticəni öz qərarında əsaslandırmalıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 2(053)-133/2023 saylı, 17 yanvar 2023-cü il və 27 fevral 2023-cü il tarixli qərardadları ləğv edilməli, ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş Neftçala Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, ərizəçi şikayətində qərardadın ləğv edilməsini və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etsə də, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, mülki iş ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərildiyindən, şikayət qismən təmin edilmişdir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149-153, 263-269, 397, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-133/2023 saylı, 17 yanvar 2023-cü il və 27 fevral 2023-cü il tarixli qərardadları ləğv edilsin. Ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş Neftçala Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-682/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-682/2023
10.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver