Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-683/2023 17.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Neftçala Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(053)134/2023 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X2 11 avqust 1946-cı ildə, atası X5 və anası X7 olmaqla doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(053)134/2023 saylı qərardadı (hakim C.Qədimov) ilə, Ərizəçi ərizəsi yolverilməz olduğundan onun qəbul edilməsindən imtina olunması qərara alınmışdır. Qərardaddan narazı qalan Ərizəçi şikayət vermişdir. Neftçala Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(053)134/2023 saylı qərardadı (hakim C.Qədimov) ilə, Neftçala Rayon Məhkəməsinin 2(053)-134/2023 nömrəli iş üzrə 17 yanvar 2023-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadından müəyyən edilir ki, məhkəmə ərizənin qəbul icraata qəbul edilməsindən imtinanı ərizənin Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən verilməsi ilə əlaqələndirmişdir. Ərizəçinin ərizəsindən müəyyən olunur ki, onun hazırkı ərizənin verilməsi babası X1 və nənəsi X3 adlarına özəlləşdirilmiş pay torpaqlarının vərəsəlik hüququ üzrə keçməsi üçün payçı, ailənin birinci övladı olan X4 doğum haqqında şəhadətnaməsinin təqdim etmə zərurətindən yaranmışdır. Ərizəçi iddia edir ki, mülkiyyətçi X6 xx.xx.1999-cu ildə X7 isə xx.xx.2012-ci ildə vəfat etmişlər. Belə olduğu təqdirdə, birincidən qalan payları irsi transmissiya qaydasında, ikincidən qalma payları isə Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən birinci növbə vərəsələri qismində qəbul etmək hüququ vardır. Ancaq vərəsələrdən X2 doğum haqqında şəhadətnaməsində “Valideynlər haqqında” məlumatların göstərildiyi səhifədə onların ata altında (tam ad) digər vərəslərdə olduğundan fərqlilik var. Belə ki, Mirəslanın məhkəməyə təqdim edilən doğum haqqında şəhadətnaməsində ata adı kimi X10 göstərilərək onun rəsmi nikahdan doğulduğu əks olunsa da, atasının 1956-cı ildə qeydə alınan nikah haqqında şəhadətnaməsində adı “ Seyidquli” olaraq qeyd edilmişdir. Eyni zamanda isə əlavə olunan Maraqlı şəxs tərəfindən verilən arayışda X2 doğum haqqında akt qeydinin aşkar olunmadığı bildirilmiş və ərizəsinin əsası kimi mübahisələndirdiyi notariat qaydada təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surətini təqdim etmişdir. Ərizəçinin ərizəsində göstərdiklərini ümumiləşdirdikdə belə nəticə hasil olur ki, ərizəçi ərizəsində qeyd olunan babası X1 ata qrafasında ata adının müxtəlif sənədlərdə müvafiq olaraq “Seyidquli və Quli kimi yazılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafeyini təmin etməkdə çətinlik çəkir və bunun məhkəmə qaydasında təsdiqini istəyir. Birinci instansiya məhkəməsi ərizənin icraata qəbul edilməsindən imtina etmiş, imtinanın səbəbini, ərizəçinin məhkəmə qaydasında hüquqi əhəmiyyəti olan fakt kimi təsdiq edilməsi tələb olunan doğum haqqında şəhadətnamənin mövcud olmasına istinad etmiş və hesab etmişdir ki, sənədin mövcudluğu həmin halın yenidən müəyyən olunmasını istisna edir. Məhkəmə həmçinin ərizəçiyə MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə etmişdir. Ərizəçi qəbul olunmuş qərardaddan şikayət vermiş və şikayətində göstərmişdir ki, o, ərizənin qəbulundan imtina barədə qərardadla razılaşmır. Məhkəmə onun ərizəsində xahiş etdiyi faktları nəzərə almamış, ona lazım olmayan qaydada ərizə ilə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Halbuki, o, iddia edir ki, sadəcə doğum haqqında şəhadətnamə ilə mərhum atası X2 doğumu haqqında akt qeydinin bərpası mümkün deyildir. Həmçinin qeyd edir ki, atası X2 xx.xx.1946-cı ildə, atası X5 və anası X7 olmaqla doğum faktının müəyyən edilməsinin hüququ nəticəsi onun gələcəkdə öz hüquqlarını həyata keçirə bilməsi üçün lazımdır. Göründüyü kimi ərizəçi ərizəsində faktın müəyyən olunmasını babasından miras qalmış əmlaklara olan hüquqlarının reallaşdırılması üçün lazım olduğunu bildirsə də, qəraddaddan verdiyi şikayətində isə ərizəsinindən fərqli əsasları yəni doğun akt qeydində ata qrafasında aparmış qeydin düzgün aparılmaması, həmçinin akt qeydinin bərpasının mümkün olmadığını əsas kimi göstərir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, ərizəçinin şikayətini isə əsaslı hesab etmir. Belə ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Ərizəçinin hüquqi əhəmiyyəti olan fakt kimi doğum faktının müəyyən edilməsini, onun babalarından miras qalmış əmlak üzrə hüquqlarını reallaşdırmaq üçün lazım olduğunu əsas gətirsə də, əsas kimi həmin əmlaklar barədə sübutları deyil, qeydiyyat idarəsi tərəfindən doğum haqqında şəhadətnamənin kökünün olmaması barədə sübutu ərizəsinə əlavə edir. Ərizəçinin qənaətinə görə doğum faktının müəyyən olunması yuxarıda qeyd olunduğu kimi babasından qalan miras əmlakların eyni şəxsə aid olmasını, istəyirsə onda o, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə verməklə hüququnu bərpa edə bilər. Əks təqdirdə ərizəçiyə inzibati orqan olaraq onun babasının ata qrafasından atasının adının düzgün yazılmadığını iddia edirsə onda o, həmin aktlarda aparılmış qeydin düzəldilməsini inzibati orqandan tələb edə bilər, çünki qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Yox əgər ərizəçiyə babasının doğum haqqında şəhadətnamənin kökünün olmamasını və onun bərpasını iddia edirsə, onda ərizəçi hazırkı tələblə deyil, yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə ərizə verməklə bərpa oluna bilər. Göründüyü kimi birinci instansiya məhkəməsi haqlı olaraq ərizəçinin tələb etdiyi doğum faktının müəyyən olunması barədə ərizəsindən həmin faktın mövcud olması və mövcud olan faktın yenidən müəyyən olunmasının mümkün olmaması əsası ilə ərizənin qəbulundan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 307.1-ci maddəsinə əsasən Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxuditirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi Mirəslan qızı tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli, Neftçala Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(053)134/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(053)134/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-683/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-683/2023
17.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver