Məhkəmə qərarları › İş №2(106)-7/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-7/2023

04.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-7/2023 04.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndələri vəkil Həsənov İbarət Əhəd oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsinin buraxılması və qanunsuz inşa edilmiş tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2(049)-158/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mirzəsən oğluna qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsinin buraxılması və qanunsuz inşa edilmiş tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mirzəsən oğlunun qanunsuz olaraq zəbt etdiyi Lənkəran rayonu Vel kəndində yerləşməklə ona və ailə üzvlərinə məxsus olan 0.54 ha torpaq sahəsindən çıxarılaraq ona təhvil verilməsi və Cavabdeh1 tərəfindən ona və ailə üzvlərinə məxsus torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2(049)-158/2020 saylı qətnaməsi ilə (hakim Mütəllim İsayev) iddia qismən təmin edilərək, Cavabdeh2 İddiaçı Lənkəran rayonu Vel kəndi ərazisində olan 0.54 ha torpaq sahəsinin 0.6 ha hissəsiindən, Cavabdeh1 Qədir qızının isə 0.14 ha torpaq sahəsindən çıxarılması, Cavabdeh1 Qədir qızı tərəfindən qanunsuz olaraq zəbt etdiyi 0.14 ha torpaq sahəsində inşa olunmuş tikililərin onun hesabına sökülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10 (on) manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərcinin tutulub dövlət nəfinə ödənilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Lənkəran Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2(049)-158/2020 saylı qətnaməsindən apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişlər. İŞİNHALLARİ: İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə Lənkəran rayonu Vel kəndində yaşayır. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli 10 nömrəli qərarı ilə onun və ailəsinin digər 5 (beş) nəfər üzvünə Lənkəran rayonu Vel kəndi ərazisində 0.54 hektar torpaq sahəsi ayrılmış və bu barədə JN:103 KOD 80221028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Həmin torpaq sahəsi qanuni əsaslarla onun və ailə üzvlərinin mülkiyyətindədir. 25 iyul 2017-ci il tarixdə Kadastr və Yerqurluşu Layihə-Tədqiat Mərkəzinin 10 saylı Lənkəran Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi Kərimov Təhmasib, Lənkəran rayonu Siyavar Bələdiyyəsinin sədri İmanov Rəyasət və Lənkəran RİHB-nin Siyavar kəndi üzrə icra nümayəndəsi Abbasov Mircavad tərəfindən onun iştirakı ilə həmin 0.54 ha torpaq sahəsinin döngə nöqtələri yerində (naturada) ölçülərək ona tanıdılmışdır. Buna baxmayaraq, Lənkəran rayonu Siyavar Bələdiyyəsinin sədri İmanov Rəyasət Xalid oğlu ona və ailə üzvlərinə məxsus 0.54 ha torpaq sahəsini qanunsuz olaraq Cavabdeh1 və Cavabdeh2 satmışdır. Cavabdeh1 artıq 9 ildir ona və ailə üzvlərinə məxsus torpaq sahəsindən öz torpaq sahəsi kimi istifadə edir. Torpaq sahəsinin bir hissəsindən isə digər Cavabdeh2 istifadə edir. Cavabdeh1 zəbt etdiyi torpaq sahəsində özünə kiçik bir ev tikərək orada yaşayır, həmçinin zəbt etdiyi torpaq sahəsində tövlə və ayaqyolu da tikdirmişdir. Hazırda isə o, qanunsuz zəbt etdiyi torpaq sahəsində 2 mərtəbəli ev tikir. Dəfələrlə cavabdehlərə ona və ailə üzvlərinə məxsus zəbt etdikləri torpaq sahəsini zəbtdən azad etmələrini demiş, lakin onlar zəbt etdikləri torpaq sahəsini zəbtdən azad etməmişlər və həmin torpaq sahəsinin onlara məxsus olduğunu demişlər. Mübahisə olunan torpaq sahəsinin vergisini özü ödəyir. Əvvəllər həmin torpaq sahəsində buğda əkmiş və hər il 6 ton buğda götürmüşdür. Cavabdehlər qanunsuz zəbt etdikləri torpaq sahəsini azad etmək istəmirlər və onun xahişinə heç bir əhəmiyyət verməyərək öz qanunsuz hərəkətlərini davam etdirirlər. Bu barədə müxtəlif orqanlara şikayət etmişdir, araşdırma aparılaraq ona mübahisə ilə əlaqədar məhkəməyə müraciət edə bilməsi tövsiyyə edilmişdir. Cavabdehlərlə məhkəmədən kənar qaydada mübahisənin həlli mümkün olmadığından məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş üzrə aparılmış ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, mülkiyyətlərində olan 0.54 ha torpaq sahəsinin 0.14 ha hissəsi Cavabdeh1 Qədir qızı tərəfindən, 0.06 ha hissəsi isə Cavabdeh2 Mirzəhuseyn oğlu tərəfindən istifadə edilir. Bundan əlavə, onun mülkiyyətlərində olan 0.54 ha torpaq sahəsinin 0.16 ha hissəsinin koordinatları Vel kənd tam orta məktəbinin istifadəsində olan əraziyə düşür, 0,7 hissəsi isə Cavabdeh1 Qədir qızının mülkiyyətində olan 0.07 hatorpaq sahəsiilə üst-üstə düşür. Hal-hazırda onun Vel kənd tam orta məktəbinə qarşı heç bir tələbi yoxdur, Cavabdeh1 Qədir qızının mülkiyyətində olan 0.07 hatorpaq sahəsiilə üst-üstə düşməsini isə sonradan mübahisələndiriləcəkdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o heç vaxt heç kimin, o cümlədən İddiaçı torpağını zəbt etməmişdir. Etdiyi müraciətə əsasən Lənkəran rayon Vel bələdiyyəsinin 12 dekabr 2005-ci il tarixli qərarı ilə 0,07 ha torpaq sahəsi alqı-satqı yolu ilə ona verilmiş, daha sonra isə 25 may 2010-cu il tarixdə həmin torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli çıxarış verilmiş, 2013-cü il tarixdə isə həmin torpaq sahəsində ev tikdirmişdir. Həmin çıxarışı məhkəməyə təqdim etsə də, sonradan məhkəmə iclas protokolu ilə tanış olarkən həmin sənədin iş materiallarında olmadığını görmüşdür. O da maraqlıdır ki, Dövlət reyestrindən çıxarış qüvvədə olduğu, yəni həmin şəhadətnamənin etibarsızlığı və ləğvi barədə iddia və qətnamə olmadığı halda, necə ola bilər ki, məhkəmə həmin xüsusatları araşdırmadan onun tərəfindən 0,6 ha torpaq sahəsinin zəbt edildiyi qənaətinə gəlir və min bir əziyyətlə tikdirdiyi evin sökülməsi barədə qərar qəbul edir. O, məhkəmə iclasında iddianı qəbul etməmiş və onun təmin edilməməsini xahiş etmişdir. Bununla belə, məhkəmə iclas protokolu ilə tanış olduqda, ona məlum oldu ki, onun ifadəsində bəzi təhriflərə yol verilmiş, məhkəmədə bildiyi fikirlər düzgün yazılmamış, demədiyi fikirlər orada qeyd edilmişdir. Bununla əlaqədar olaraq məhkəmə iclas protokoluna onun tərəfindən qeydlər verilmişdir. Belə ki, protokolda onun ifadəsində yazılmışdır ki, guya o demişdir ki, hal-hazırda istifadə etdiyi torpaq sahəsi boş sahə kimi bələdiyyə tərəfindən ona verilib və o həmin torpaq sahəsində özünə ev tikmişdir. Hansı ki, o, məhkəmə iclasında bildirmişdir ki, hal-hazırda istifadə etdiyi torpaq sahəsi qanuni əsaslarla bələdiyyə tərəfindən alqı-satqı yolu ilə ona verlib və o həmin torpaq sahəsində özünə ev tikmişdir. Daha sonra protokolda yazılmışdır ki, “əgər mən hal hazırda istifadə etdiyim torpaq sahəsinin iddiaçıya məxsus olduğunu bilmiş olsaydım, həmin torpaq sahəsində heç bir tikinti aparmazdım.” Hansı ki, o belə bir fikir bildirməmişdir. O, məhkəmə iclasında bildirmişdir ki, “İddiaçı uzun illər Ukraynada yaşayıb. Yaxın vaxtlarda Ukraynadan qayıtdıqdan sonra mənə deyib ki, onun torpağı düz deyil.” O da ona cavab vermişdir ki, “Mənə torpaq qanuni yolla verilmiş və qanuni yolla da min bir əziyyətlə ailəmə ev tikdirmişəm, sənin torpağın başqa yerdədir, get öz torpağını tap.” Daha sonra sədrlik edən tərəfindən ona verilən suala da eyni fikirlər yazılmışdır ki, guya ona verilən suala da eyni cavab verərək demişdir ki, “-Mən hal hazırda istifadə etdiyim torpaq sahəsinin iddiaçıya məxsus olduğunu bilmiş olsaydım, həmin torpaq sahəsində heç bir tikinti aparmazdım.” Mən məhkəmədə belə bir fikir bildirməmişəm, ona görə də, həmin fikirlər məhkəmə iclas protokolundan xaric edilməlidir. Həmin fikrin deyilmədiyini təsdiq edən hal odur ki, əgər ifadəsində elə bir söz demişdirsə, hansı zərurət olmuşdur ki, eyni sual yenidən verilsin. Həmin hal bir daha təsdiq edir ki, həmin ifadədə və sual-cavabdakı fikirlər məqsədli şəkildə yazılmaqla iddiaçının mənafeyinə xidmət edir. Bundan başqa, onun məhkəmə iclasında dediyi “Mən İddiaçı məxsus torpaq sahəsini zəbt etməmişəm, onun torpağının mənə aidiyyəti olmamaqla tamamilə başqa yerdədir.” fikirlərini bildirsə də, məhkəmə iclas protokoluna yazılmamışdır. Verilmiş ekspert rəyi də həqiqəti əks etdirmədiyindən onunla razı deyildir. Məhkəmə hazırkı mübahisəyə baxarkən torpaq ona bələdiyyə tərəfindən verildiyinə görə Siyavar bələdiyyəsini də maraqlı şəxs kimi işə cəlb etməli olduğu halda, bunu etməmişdir. İddiaçı torpağının koordinatları ilə onun oğlu Səxavətin torpağı qonşudur. Digər cavabdeh Möhübbət isə Əsəd ilə deyil, onun oğlu Səxavətin torpağı ilə qonşudur. Yəni nə Cavabdeh2, nə də ki o, iddiaçının torpağını zəbt etmişdir. Əgər Səxavətin torpağı zəbt edilmişdirsə, o, hüquqlarının pozulması olması ilə əlaqədar iddia qaldıra bilərdi. 0,54 hektar torpaq sahəsi islahat zamanı xəritədə göstərilsə də, faktiki olaraq bölgü zamanı həmin konturda 104 nömrəli dövlət aktı ilə Səxavət İsmayılovun torpağı yerləşir. Səxavətin torpağı qurtardıqdan sonra torpaq qalmadığı üçün, yəni məktəbin həyətinə düşdüyü üçün həmin vaxt 83 nömrəli Dövlət aktı ilə Hacıyev Elşən Daxıl oğlu və 84 nömrəli Dövlət aktı ilə Hacıyev Daxıl Hacıverdi oğluna məxsus torpaq sahəsi başqa yerə sürüşdürülərək Daxıla və Elşənə onların öz razılıqları ilə başqa yerdə torpaq sahəsi verilmişdir. Yəni bütün bunlar İslahat komissiyasının mexaniki olaraq səhvidir. Daxıl Hacıyevin 84 nömrəli Dövlət aktı ilə torpağı isə 103 nömrə ilə əvəz edilərək İddiaçı verilib. Həmin vaxtdan da Əsəd məhz o torpaqdan istifadə edərək həmin torpağın vergisini ödəyib. Ekspert isə yalnız köhnə xəritəyə və sənədlərə istinad edərək rəy vermişdir. İddiaçı həmin torpaqdan 1999-cu ildən Ukrayna Respublikasına gedənə kimi istifadə etmiş, daha sonra isə başqasına icarəyə vermişdir. Məhkəmə qətnaməsində və protokolda iddiaçının ifadəsində göstərilmişdir ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli 10 nömrəli qərarı ilə onun və ailəsinin digər 5 (beş) nəfər üzvlərinə Lənkəran rayonu Vel kəndi ərazisində 0.54 hektar torpaq sahəsi ayrılıb və bu barədə JN:103 KOD 80221028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı da verilib. 25 iyul 2017-ci il tarixdə Kadastr və Yerqurluşu Layihə-Tədqiat Mərkəzinin 10 saylı Lənkəran Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi Kərimov Təhmasib, Lənkəran rayonu Siyavar Bələdiyyəsinin sədri İmanov Rəyasət və Lənkəran RİHB-nin Siyavar kəndi üzrə icra nümayəndəsi Abbasov Mircavad tərəfindən onun iştirakı ilə həmin 0.54 ha torpaq sahəsinin döngə nöqtələri yerində (naturada) ölçülərək ona tanıdılıb. Maraqlıdır, əgər torpaq İddiaçı və ailəsinə 1999-cu ildə keçirilən islahat zamanı verilmişdirsə, hansı səbəbdən məhz 25 iyul 2017-ci il tarixdə torpaq ona tanıdılmalıdır. Həmin halın özü təsdiq edir ki, iddiaçının göstərdiklərinin heç biri həqiqətə uyğun deyildir. Əgər torpaq ona 2017-ci il tarixdə tanıdılırsa, necə olur ki, iddiaçı bildirir ki, hər il torpağında buğda əkib becərmiş və 6 ton buğda götürmüşdür. Lənkəran rayonu Siyavar Bələdiyyəsinin sədri İmanov Rəyasət Xalid oğlu tərəfindən elə bir hala yol verilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi aktdan da görünür ki, həmin aktda bələdiyyə sədrinin adı qeyd edilsə də, onun tərəfindən heç bir imza edilməmişdir. Yəni bələdiyyə sədri Rəyasət İmanov iddiaçıya hansısa bir torpağı tanıtdırırdısa, hansı səbəbdən imza etməməli idi. Eləcə də, Rəyasət İmanov bir bələdiyyə sədri olaraq ona torpağı qanuni olaraq vermişdirsə, necə ola bilər ki, sonradan həmin torpağı başqasına, tanıtdırsın. Həmin hal bir daha təsdiq edir ki, bələdiyyə sədri heç vaxt Əsədə həmən torpağa dair akt verməmişdir. Həmin akt məqsədli olaraq sonradan tərtib edilmişdir. Məhkəmə isə həmin halı araşdırmamış, həmin xüsusatla əlaqədar heç olmasa bələdiyyə sədri Rəyasət İmanovu dəvət edib dindirməmişdir. Faktiki olaraq orada həmin 0,54 hektar torpaq sahəsi olmamış, məktəbin həyətinə düşmüşdür. İddiaçı bildirir ki, torpağı guya bələdiyyə sədri Rəyayət İmanov ona tanıtdırmışdır. Halbuki, həmin vaxt Rəyasət İmanov bələdiyyə sədri olmamışdır. Rəyasət İmanov 20 yanvar 2005ci il tarixdən bələdiyyə sədri kimi fəaliyyətə başlamışdır. Bundan başqa, faktiki olaraq orada həmin torpaq yoxdursa, necə iddiaçıya tanıtdırıla bilər? Bütün bunlar yalnız sənəd üzərində ola bilər. Hansı səbəbdən Əsəd keçən 15 il ərzində əgər torpaq onun idisə nə bələdiyyəyə, nə də digər orqanlara müraciət etməmiş, yalnız istifadə etdiyi torpağa görə vergi ödəyib. İddiaçı bildirir ki, həmin torpaqda hər il əkin əkib, 6 ton buğda götürmüşdür. Bu da növbəti yalandır. Belə ki, maksimum Respublikada 1 hektardan 22-25 sentr buğda götürülübsə, 1 hektarın yarısı olan 0,54-ha torpaq sahəsindən necə ola bilər ki, 6 ton buğda götürülüb yəni 0,54 dən maksimum 1,7-2 ton buğda götürmək olardı. Həmin torpağın hansı ki, iddiaçı hazırda tələb edir məktəbə məxsus olması orada 1987-ci illərdə əkilən çinar ağacları bu günə kimi qalmaqdadırlar. Məktəb islahatdan əvvəl tikilməklə həmin torpaq sahəsi məktəb üçün ayrılmışdır. Necə ola bilər ki, Əsədin torpağı məktəbin həyətinə düşə bilər. Bu onu təsdiq edir ki, islahat vaxtı müəyyən təhriflərə yol verilib. Artıq müəyyən edilmişdir ki, İddiaçı iddia etdiyi torpaq iddia ərizəsində göstərdiyi və eləcə də, ekspertlərin verdiyi rəydə göstərilən yerdə deyil, faktiki olaraq istifadəsində olan torpaq sahəsidir. İddiaçı hazırda da həmin faktiki istifadəsində olan torpaq sahəsindən istifadə etməkdədir. Həmin elektronlaşma zamanı JN 103-nömrəli dövlət aktı ilə İddiaçı bu günə kimi faktiki olaraq istifadə etdiyi torpaq sahəsinin özünə aid olduğu xəritədə göstərilən torpaq sahəsinin isə ona aidiyyəti olmamaqla, kənd məktəbinə aid olduğu öz əksini tapmışdır. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o heç vaxt heç kimin, o cümlədən də İddiaçı torpağını zəbt etməmişdir. Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli 10 nömrəli qərarı ilə ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0,53 ha torpaq sahəsi verilmişdir. Bu barədə JN-105 nömrəli KOD 80221028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Daha sonra isə mənə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixdə Çıxarış verilmişdir. Maraqlıdır ki, Dövlət Aktı qüvvədə olduğu, yəni həmin Dövlət aktı və Çıxarışın etibarsızızlığı və ləğvi barədə iddia və qətnamə olmadığı halda necə ola bilər ki, məhkəmə həmin xüsusatları araşdırmadan onun tərəfindən 0,06 ha torpaq sahəsinin zəbt edildiyi qənaətinə gəlmişdir. O, məhkəmə iclasında iddianı qəbul etməmiş, təmin edilməməsini xahiş etmişdir. Bununla belə məhkəmə iclas protokolu ilə tanış olduqda ona məlum olub ki, məhkəmə iclas protokolunda bəzi təhriflərə yol verilmiş, onun demədiyi fikirlər protokola yazılmış, dediyi fikirlər isə dəyişdirilərək başqa formada yazılmış, bəzən isə ümumiyyətlə yazılmamışdır. Belə ki, protokolda onun ifadəsində yazılmışdır ki, guya sədrlik edən tərəfindən ekspertizanın rəyi elan edildikdən sonra tərəflərdən rəylə razı olubolmadıqları soruşularkən o demişdir ki, ekspertizanın rəyi ilə razıdır. Halbuki, o elə bir fikir bildirməmiş, ekspert rəyi ilə razı olmadığını demişdir. Daha sonra ifadəsində yazılıb ki, guya o demişdir ki, “İş üzrə aparılmış ekspertizanın nəticəsində müəyyən olunub ki, İddiaçı istifadəsində olan torpaq sahəsinin 0.6 ha hissəsi mənim tərəfimdən istifadə olunur. Əgər torpaq sahəsinin zəbt edildiyi müəyyən edilibsə, iddiaçının həmin torpaq sahəsini götürməsinə etiraz etmirəm.” O, ümumiyyətlə belə bir fikir də bildirməmişdir. Onun fikri təhrif edilərək başqa formada yazılmışdır. O, məhkəmə iclasında demişdir ki, “gəlib yoxlasınlar, mənim torpağım sənəddəki ilə düzdür. Ölçsünlər, əgər mənim torpağımda artıq vardırsa, yəni sənəddəkindən artıqdırsa götürsünlər, etiraz etmərəm. Mən heç kimin torpağını da zəbt etməmişəm.” Daha sonra yenidən məqsədli şəkildə zərurət olmadığı halda sual-cavabda yenidən eyni suala cavab kimi “İş üzrə aparılmış ekspertizanın nəticəsində müəyyən olunub ki, İddiaçı istifadəsində olan torpaq sahəsinin 0.6 ha hissəsi mənim tərəfimdən istifadə olunur.” Fikirləri yazılmışdır ki, həmin fikirlər də ona aid deyildir. Protokolda həmçinin onun məhkəmə iclasında dediyi “Öz torpağımın vergisini 1999-cu ildən indiyə kimi özüm ödəyirəm. Həmin torpaqda hər il buğda əkirəm, şahidlərim də var” sözlərini desə də, həmin fikirlər də yazılmamışdır. Bundan əlavə, məhkəmə iclasında dediyi “Əsəd heç vaxt mənə deməyib ki, torpaq mənimdir, mənim torpağımı qaytar. Nə üçün o, 1999-cu ildən 2020-ci ilə kimi heç vaxt məndən torpağını zəbt etdiyimi və qaytarılmasını tələb etməyib” - fikirlərini desə də, həmin fikirlər də yazılmamışdır. Bütün bunlarla əlaqədar protokola qeydlər vermişdir. Hazırkı iş üzrə ekspert rəyi də həqiqəti əks etdirmədiyindən onunla razı deyildir. İddiaçı torpağının koordinatları ilə onun oğlu Səxavə İsmayılovun torpağı qonşudur, digər cavabdeh Möhübbət isə Əsəd ilə deyil, onun oğlu Səxavətin torpağı ilə qonşudur. Yəni, o iddiaçının torpağını zəbt etməmiş və bu heç mümkün də deyildir. Əgər Səxavətin torpağı zəbt edilmişdirsə, o, hüquqlarının pozulmuş olması ilə əlaqədar özü iddia qaldıra bilərdi. 0,54 hektar torpaq sahəsi islahat zamanı xəritədə gostərilsə də, faktiki olaraq bölgü zamanı həmin konturda 104 nömrəli dövlət aktı ilə Səxavət İsmayılovun torpağı yerləşir. Səxavətin torpağı qurtardıqdan sonra torpaq qalmadığı üçün, yəni məktəbin həyətinə düşdüyü üçün həmin vaxt 83 nömrəli dövlət aktı ilə Hacıyev Elşən Daxıl oğlu və 84 nömrəli dövlət aktı ilə Hacıyev Daxıl Hacıverdi oğluna məxsus torpaq sahəsi başqa yerə sürüşdürülərək Daxıla və Elşənə onların öz razılıqları ilə başqa yerdə torpaq sahəsi verilmişdir. Yəni bütün bunlar İslahat komissiyaasının mexaniki olaraq səhvidir. Daxıl Hacıyevin 84 nömrəli dövlət aktı ilə torpağı isə 103 nömrə ilə əvəz edilərək İddiaçı verilib. Həmin vaxtdan da Əsəd məhz o torpaqdan istifadə edərək həmin torpağın vergisini ödəyib. Ekspert isə yalnız köhnə xəritəyə və sənədlərə istinad edərək rəy vermişdir. İddiaçı həmin torpaqdan 1999-cu ildən Ukrayna Respublikasına gedənə kimi istifadə etmiş, daha sonra isə başqasına icarəyə vermişdir. Məhkəmə qətnaməsində və iclas protokolunda iddiaçının ifadəsində göstərilmişdir ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli 10 nömrəli qərarı ilə onun və ailəsinin digər 5 (beş) nəfər üzvlərinə Lənkəran rayonu Vel kəndi ərazisində 0.54 hektar torpaq sahəsi ayrılıb və bu barədə JN:103 KOD 80221028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilib. 25 iyul 2017-ci il tarixdə Kadastr və Yerqurluşu Layihə-Tədqiat Mərkəzinin 10 saylı Lənkəran Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi Kərimov Təhmasib, Lənkəran rayonu Siyavar Bələdiyyəsinin sədri İmanov Rəyasət və Lənkəran RİHB-nin Siyavar kəndi üzrə icra nümayəndəsi Abbasov Mircavad tərəfindən onun iştirakı ilə həmin 0.54 ha torpaq sahəsinin döngə nöqtələri yerində (naturada) ölçülərək ona tanıdılıb. Maraqlıdır, əgər torpaq İddiaçı və ailəsinə 1999-cu ildə keçirilən islahat zamanı verilmişdirsə, hansı səbəbdən məhz 25 iyul 2017-ci il tarixdə torpaq ona tanıdılmalıdır. Həmin halın özü təsdiq edir ki, iddiaçının göstərdiklərinin heç biri həqiqətə uyğun deyildir. Əgər torpaq ona 2017-ci il tarixdə tanıdılırsa, necə olur ki, iddiaçı bildirir ki, hər il torpağında buğda əkib becərmiş və 6 ton buğda götürmüşdür. Həqiqətdə isə Lənkəran rayonu Siyavar Bələdiyyəsinin sədri İmanov Rəyasət Xalid oğlu və eləcə də, digərləri tərəfindən elə bir hala yol verilməmiş, yəni onun tərəfindən iddiaçıya heç bir torpaq tanıdılmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi aktdan da görünür ki, həmin aktda bələdiyyə sədrinin adı qeyd edilsə də, imzası yoxdur. Bələdiyyə sədri heç vaxt Əsədə həmin torpağa dair akt verməmişdir. Belə ki, faktiki olaraq orada həmin 0,54 hektar torpaq sahəsi olmamış, məktəbin həyətinə düşmüşdür. İddiaçı bildirir ki, torpağı guya bələdiyyə sədri Rəyayət İmanov ona tanıtdırmışdır. Halbuki, həmin vaxt Rəyasət İmanov bələdiyyə sədri olmamışdır. Rəyasət İmanov 20 yanvar 2005-ci il tarixdən bələdiyyə sədri seçilmişdir. Bundan başqa, faktiki olaraq orada həmin torpaq yoxdursa, necə iddiaçıya tanıtdırıla bilər. Bütün bunlar yalnız sənəd üzərində ola bilər. O da maraqlıdır ki, hansı səbəbdən İddiaçı keçən 15 il ərzində əgər torpaq onun idisə, nə üçün nə bələdiyyəyə, nə də ki digər orqanlara müraciət etməmiş, yalnız istifadə etdiyi torpağa görə vergi ödəmişdir. İddiaçı bildirir ki, həmin torpaqda hər il əkin əkib, 6 ton buğda götürmüşdür. Bu da növbəti yalandır. Belə ki, maksimum Respublikada 1 hektardan 22-25 sentr buğda götürülübsə 1 hektarın yarısı olan 0,54-ha torpaq sahəsindən necə ola bilər ki, 6 ton buğda götürülüb yəni 0,54 dən maksimum 1,7-2 ton buğda götürmək olardı. Həmin torpağın hansı ki, iddiaçı hazırda tələb edir məktəbə məxsus olması orada 1987-ci ildə əkilən çinar ağacları bu günə kimi qalmaqdadırlar. Məktəb islahatdan əvvəl tikilməklə həmin torpaq sahəsi məktəb üçün ayrılmışdır. Necə ola bilər ki, Əsədin torpağı məktəbin həyətinə düşə bilər. Bu onu təsdiq edir ki, islahat vaxtı müəyyən təhriflərə yol verilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi vəkili Həsənov İbarət Əhəd oğlu izahat verərək, hazırkı ekspert rəyinin tam əsaslı olduğunu və bunun nəzərə alınmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxlmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehlərin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətləri təmin olunmalı, iş üzrə Lənkəran Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2(049)-158/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan JN -108, KOD 80221028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli 10 nömrəli qərarı ilə Lənkəran rayonu Vel kəndi ərazisində 0.54 hektar torpaq sahəsi İddiaçı və onun ailəsinin digər 5 (beş) nəfər üzvünə ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reysteri Xidməti tərəfindən verilmiş 29 dekabr 2019-cu il tarixli M-377 saylı mütəxəssis rəyindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli 10 nömrəli qərarı ilə JN-103 (kod ********) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və onun ailə üzvlərinin Lənkəran rayonu Vel kəndi ərazisində mülkiyyətlərində olan 0.54 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilmiş, İddiaçı və onun aiiə üzvlərinin Lənkəran rayonu Vel kəndi ərazisində JN-103 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətlərində olan 0.54 ha torpaq sahəsinin 0.14 ha hissəsi Cavabdeh1 Qədir qızı tərəfindən, 0.06 ha hissəsi isə Cavabdeh2 Mirzəhuseyn (Mirzəsən) oğlu tərəfindən istifadə edilir. Eyni zamanda İddiaçı və onun ailə üzvlərinin Lənkəran rayonu, Vel kəndi ərazisində JN-103 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətlərində olan 0.54 ha torpaq sahəsinin 0.0224 ha hissəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********60 saylı Çıxarış, Torpaq sahəsinin planı və ölçüsülərinə əsasən Cavabdeh1 Qədir qızının mülkiyyətində olan 0.07 ha torpaq sahəsi ilə üst-üstə düşür. Bununla yanaşı İddiaçı və onun ailə üzvlərinin Lənkəran rayonu, Vel kəndi ərazisində JN-103 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətlərində olan 0.54 ha torpaq sahəsinin 0.16 ha hissəsinin koordinatları Vel kənd tam orta məktəbinin istifadəsində olan əraziyə düşür (sxem əlavə olunmuşdur). İddiaçı və onun ailə üzvlərinin Lənkəran rayonu, Vel kəndi ərazisində JN-103 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətlərində olan 0.54 ha torpaq sahəsində tikililər mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 15 aprel 2020-ci il tarixli 5293 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTl-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli 10 nömrəli qərarı ilə JN-103 (kod ********) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və onun ailə üzvlərinin Lənkəran rayonu Vel kəndi ərazisində mülkiyyətlərində olan 0.54 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edildi, İddiaçı və onun ailə üzvlərinin Lənkəran rayonu Vel kəndi ərazisində JN-103 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə mülkiyyətlərində olan 0.54 ha torpaq sahəsinin 0.14 ha hissəsi Cavabdeh1 Qədir qızı tərəfindən, 0.06 ha hissəsi isə Cavabdeh2 (Mirzəsən) oğlu tərəfindən istifadə olunur. Eyni zamanda İddiaçı və onun ailə üzvlərinin Lənkəran rayonu Vel kəndi ərazisində JN-103 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətlərində olan 0.54 ha torpaqsahəsinin 0.0224 ha hissəsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********60 saylı çıxarış, Torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh1 Qədir qızının mülkiyyətində olan 0.07 hatorpaq sahəsiilə üst- üstə düşür. Bunula yanaşı İddiaçı və onun ailəüzvlərinin Lənkəran rayonu, Vel kəndi ərazisində JN-103 “Torpağa mülkiyyət hüququna dair”Dövlət Aktı ilə mülkiyyətlərində olan 0,54 ha torpaq sahəsinin 0.16 ha hissəsinin koordinatları Vel kənd tam orta məktəbinin istifadəsində olan əraziyə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssisrəyinə əsasən qeyd olunur ki, İddiaçı və onun ailə üzvlərinin Lənkəran rayonu Vel kəndi ərazisində JN-103 “Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı ilə mülkiyyətlərində olan 0.54 ha torpaq sahəsində tikililər mövcuddur. Həmin tikililər mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Buna görə də, MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239-cu maddəsinə əsasən fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən birinci, ikinci və üçüncü hissələrinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiya məhkəməsində əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 mart 2023-cü il tarixli 10/1293 №-li ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-43/2-261/2023 saylı mütəxəsis rəyinə əsasən Lənkəran rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli 10 nömrəli qərarı ilə “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lənkəran rayonu Vel kəndi ərazisində 0.54 hektar torpaq sahəsinin, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli 10 nömrəli qərarı ilə Cavabdeh2 və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lənkəran rayonu Vel kəndi ərazisində 0.53 hektar torpaq sahəsinin və Cavabdeh1 Qədir qızının Lənkəran rayonu Vel kəndində mülkiyyətində olan 0,07 ha həyətyanı torpaq sahəsinin sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilmişdir. Həm İddiaçı və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lənkəran rayonu Vel kəndi ərazisində 0.54 hektar torpaq sahəsinin həm də Cavabdeh2 və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lənkəran rayonu Vel kəndi ərazisində 0.53 hektar torpaq sahəsinin Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı sənədlərdəki məkan göstəriciləri ilə torpaq sahələrinin faktiki yerləşdiyi məkan göstəriciləri arasında uyğunsuzluqlar (sərhəd və yerləşmə fərqləri) mövcud olduğu müəyyən edilmişdir (bu da islahat zamanı hazırlanmış texniki sənədlərdəki xətaya görədir). Eyni zamanda, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarış və **********60 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə Cavabdeh1 Qədir qızının Lənkəran rayonunun Vel kəndində mülkiyyətində olan 0,07 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə yerləşmə vəziyyəti ilə faktiki vəziyyətinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Habelə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-261/2023 saylı mütəxəsis rəyinə əsasən Torpaqların elektron kadastrı uçotu məlumat bazasında və faktiki naturada yerləşmə vəziyyətində Lənkəran rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli 10 saylı qərarı əsasında JN-103 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və onun ailə üzvlərinin Lənkəran rayonu Vel kəndi ərazisində mülkiyyətlərinə verilmiş 0.54 hektar torpaq sahəsi ilə Lənkəran rayon Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli 10 nömrəli qərarı ilə JN-105 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh2 və onun ailə üzvlərinin Lənkəran rayonu Vel kəndi ərazisində mülkiyyətlərinə verilmiş 0.53 hektar torpaq sahəsinin və Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarış ilə Cavabdeh1 Qədir qızının Lənkəran rayonunun Vel kəndində mülkiyyətində olan 0,07 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-43/2-261/2023 saylı mütəxəsis rəyinə əsasən Torpaqların elektron kadastı uçotu məlumat bazasına əsasən araşdırma zamanı İddiaçı və onun ailə üzvlərinin JN-103 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətində olan Lənkəran rayonu Vel kəndi ərazisində 0.54 hektar torpaq sahəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Qədir qızı tərəfindən istifadə olunmaması müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iclasında nümayəndənin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu, ekspert və mütəxəssis rəyi, iş materiallarında olan sənədlərlə təsdiq olundu ki, İddiaçı və onun ailə üzvlərinin Lənkəran rayonu Vel kəndi ərazisində mülkiyyətlərinə verilmiş 0.54 hektar torpaq sahəsi ilə Cavabdeh2 və onun ailə üzvlərinin Lənkəran rayonu Vel kəndi ərazisində mülkiyyətlərinə verilmiş 0.53 hektar torpaq sahəsinin və Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh1 Qədir qızının Lənkəran rayonunun Vel kəndində mülkiyyətində olan 0,07 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür. Beləcə, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan və Lənkəran rayonu Vel kəndi ərazisində yerləşən 0.54 hektar torpaq sahəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Qədir qızı tərəfindən istifadə olunması müəyyən olunmamışdır. Buna görə də, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlı olmamışdır. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Birinci instansiya məhkəməsi hazırkı iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinad edərkən həmin maddə üzrə bütün dispozisiya şərtlərini yoxlamamışdır. Belə ki, adıçəkilən maddə özündə üç şərti birləşdirir: iddiaçı əşyanın mülkiyyətçisi olmalıdır, cavabdeh əşyanın sahibi olmalıdır və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Ancaq hazırkı iddia tələbinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi əsasında həll edilməsi mümkün deyildir və iddianın qanuni əsası mövcud deyildir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2(049)-158/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Qədir qızı qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsinin buraxılması və qanunsuz inşa edilmiş tikililərin sökülməsi tələbinə dair iddiası təmin edilməməlidir. Habelə, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 15 aprel 2020-ci il tarixli 5293 nömrəli ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 manat və apellyasiya instansiya məhkəməsi tərəfindən təyin edilmiş 17 mart 2023-cü il tarixli 10/1293 nömrəli ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 manat məbləğlərində pul vəsaiti İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 135.2, 217.2, 217.4, 372, 376.2, 384.0.1, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Qədir qızı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2(049)-158/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Qədir qızı qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsinin buraxılması və qanunsuz inşa edilmiş tikililərin sökülməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2020-ci il tarixli 5293 nömrəli rəy üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 manat və 17 mart 2023-cü il tarixli 10/1293 nömrəli rəy üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 manat məbləğlərində pul vəsaiti İddiaçı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar