Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-7/2025 10.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı torpağın qanunsuz zəbt edilməsinə qadağa qoyulması və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(017)-235/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə 10 fevral 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı torpağın qanunsuz zəbt edilməsinə qadağa qoyulması və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 nmayəndəsi, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X3 iddia ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, iddiaçılar 1990-cı ildən istifadə etdikləri Ağcabədi rayon Nəcəfqulubəyli kəndi ərazisində yerləşən 12 saylı X19 otlaq sahəsində məskunlaşaraq 10 ailə heyvandarlıq təsərrüfatı ilə məşğul olaraq dövlətin iqtisadi və ərzaq siyasətinə bacardıqları qədər yardım edirlər. Ağcabədi rayonu ərazisində fermerlərin ərzaq bölgüsü yaratmaq toplantılarında iştirak edir, gördükləri təsərrüfat işləri rayon rəhbərliyi tərəfindən yüksək qiymətləndirilərək təriflənirdilər. 2001-ci ildə onların istifadə etdikləri torpaq sahələri Maraqlı şəxs Başçısının 16 avqust 2001-ci il tarixli sərəncamı ilə X7 icarəsinə verilmişdir. Ağcabədi rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçıların hazırkı yaşadıqları və istifadə etdikləri torpaq sahəsindən çıxarılmaları təmin edilmişdir. İddiaçıların şikayəti əsasında Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 01 iyul 2002-ci il tarixli qətnaməsi ilə Ağcabədi rayon Məhkəməsinin 29 yanvar 2002-ci il tarixli qətnaməsi dəyişdirilmiş, iddia və qarşılıqlı iddialar qismən təmin edilmişdir. 140 hektar torpaq sahəsinin X8 icarəyə verilməsinə dair Maraqlı şəxs Başçısının 16 avqust 2001-ci il tarixli sərəncamı qismən etibarsız hesab edilmişdir. Həmin torpaq sahəsinin 70 hektarı Ə.Q.İsmayılovun icarəsində saxlanılmış və İddiaçı3 və İddiaçı1 həmin 70 hektar torpaq sahəsindən çıxarılmışlar. Həmin torpaq sahəsinin İddiaçı3 və İddiaçı1 məcburi köçkün kimi müvəqqəti məskunlaşdıqları çoban evlərinin ətrafında olan hissəsindən 70 hektar torpaq sahəsinin onlara icarəyə verilməsi Maraqlı şəxsnə həvalə edilmişdir. Həmin qətnamə icra edilmiş, onların istifadələrində olan torpaq sahələri ayrılmışdır. 2020-ci ilin əvvəllərində hazırkı iş üzrə Cavabdeh iddiaçılara verilmiş 53 ha torpaq sahəsinin yarısını şumlayaraq əkin üçün yararlı olub-olmamasını, şoran torpaqda mədəni bitkilərin bitib-bitməməsini yoxladığını bildirərək, iddiaçıları aldadıb həmin sahədə pambıq əkmiş, torpaq şoran olduğundan pambıq orda-burda bitərək məhsul verməmişdi. Cavabdeh iddiaçılara bu torpaqlar əkinə yararsızdır və burada əkin əkmək olmaz deyib getmişdir. İddiaçılar yenədə öz torpaqlarından istifadə edəcəklərini düşündükləri vaxt Cavabdeh 06 yanvar 2021-ci il tarixdə traktorla gəlib iddiaçıların istifadədə olan qalan torpaqlarınıda şumlamaq istəmişdir.Bunu hansı qanunu əsasla etdiyini onlara bildirmir və iddiaçıların sakit olmalarından istifadə edir. Ağcabədi rayon 12-ci sahə X19 otlaq sahəsi məhkəmə qətnaməsi ilə 70 ha iddiaçıların istifadələrinə verilmişdir. Həmin məhkəmə qərarı hazırda qüvvədədir və ləğv edilməmişdir. Məhkəmə qətnaməsi ilə iddiaçılara ayrılmış 70 ha torpaq sahəsinin iddiaçılara verilərək icra edilməsindən sonra, Cavabdeh iddiaçılara məhkəmə qərarı ilə ayrılmış torpaq sahəsini özbaşına şumlayaraq, hədə-qorxu və güclə iddiaçıların istifadədən çıxarması qanuna ziddir və cavabdehin qeyri-qanuni hərəkətləri dayandırılmalıdır. Ona görə də iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 izahat verərək göstərdi ki, 1990-cı ildən Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisində yerləşən 12 saylı X20 otlaq sahəsində məskunlaşaraq, 10 ailə heyvandarlıq təsərrüfatı ilə məşğul olurlar. 2001-ci ildə onların istifadəsində olan torpaq sahələri Maraqlı şəxs Başçısının 16 avqust 2001-ci il tarixli sərəncamı ilə X7 icarəsinə verilmişdir. Sonra 2003-cü il tarixli sərəncamla ona və Vəliyəddinə 53,0 ha qış otlan sahəsindən icarəyə verilmişdir. 2020-ci ilin əvvəllərində hazırkı iş üzrə Cavabdeh onlara verilmiş 53 ha torpaq sahəsinin yarısını şumladaraq əkin üçün yararlı olubolmamasını, şoran torpaqda mədəni bitkilərin bitib-bitməməsini yoxlamaq istədiyini bildirərək, onları aldadıb həmin sahədə pambıq əkmişdir. Lakin torpaq şoran olduğundan pambıq tam deyil, ordan-burdan bitərək məhsul verməmişdir. Cavabdeh onlara bu torpaqların əkinə yararsız olduğunu və bu torpaqlarda əkin əkmək mümkün olmamasını deyib getmişdir. Cavabdeh 2021-ci ilin yanvar ayında traktorla gəlib onların istifadəsində olan qalan torpaqlarıda şumlatmaq istəyirdi. Məhkəmə iclasında İddiaçı3 eyni məzmunlu izahat verərək İddiaçı1 izahatında göstərdiklərini təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçıların iddiaları tam əsassızdır. Onun tərəfindən iddiaçılara məxsus əmlaka müdaxilə olmamışdır. İddiaçılara aid torpaq sahəsini zəbt etməmiş və istifadə etmir. İddiaçılar heç bir əsaslı sənəd təqdim etməmişlər və yalnız şantaj xarakterli ifadələr işlədirlər. Mübahisəli ərazidən dostu X13 15 il müddətinə rayon İcra Hakimiyyəti tərəfindən 55 ha torpaq sahəsi verilib. O, X16 ilə birlikdə torpaqdan istifadə edir və əkirlər. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X15 izahat verərək göstərdi ki, Maraqlı şəxs 24 mart 2003-cü il tarixli sərəncamı ilə rayonun inzibati ərazisində yerləşən Kuratan qobu adlanan qış otlağında 53.0 ha torpaq sahəsi beş il müddətinə Laçın rayonunun Şeylanlı kənd sakini İddiaçı1 Firidun oğlunun icarəsinə verilmişdir. 24 mart 2008-ci il tarixdə həmin icarə müqaviləsinin müddəti bitmişdir. Müqavilənin müddətinin bitməsindən 11 il keçməsinə baxmayaraq İddiaçı1 Firidun oğlu və X5 tərəfindən icarə müqaviləsinin onların adına yenilənməsi barədə Maraqlı şəxsnə rəsmi və ya şifahi formada müraciət etməmişlər. Lakin İddiaçı1 Firidun oğlu məskunlaşdığı ərazi ilə birlikdə qanunsuz olaraq 25 ha dövlət fonduna aid qış otlaq sahəsindən istifadə edir. Hazırda Maraqlı şəxs Başçısının sərəncamı ilə Laçın rayonunun Şeylanlı kənd sakini İddiaçı1 Firidun oğluna dövlət fonduna aid torpaq sahəsi icarəyə verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Ağcabədi Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(017)-235/2021 saylı qətnaməsi ilə (hakim Sulduz Ləzimov), iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı torpağın qanunsuz zəbt edilməsinə qadağa qoyulması və torpaq sahəsindən çıxarılma tələbinə dair iddiaları təmin edilməmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən birgə apelyasiya şikayəti verilərək qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçılar İddiaçı1 və Vəliyev X2 Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(017)-235/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçıların apelyasiya şikayətinin dəlillərinə qarşı etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçılara və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası iddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən birgə verilmiş apelyasiya şikayətinin dəlilləri həddində Ağcabədi Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(017)- 235/2021 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinə əsasən birinci, ikinci və üçüncü hissələrinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki Ağcabədi Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(017)- 235/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 01 iyul 2002-ci il tarixli, 1MK-1479/2002 saylı qətnaməsinin surətindən görünür ki, Ağcabədi rayon Məhkəməsinin 29 yanvar 2002-ci il tarixli qətnaməsindən İddiaçı3 və İddiaçı1 apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti qismən təmin edilərək Ağcabədi rayon Məhkəməsinin 29 yanvar 2002-ci il tarixli qətnaməsi dəyişdirilmiş, iddia və qarşılıqlı iddia qismən təmin edilmiş, 140 hektar torpaq sahəsinin X9 icarəyə verilməsinə dair Maraqlı şəxs Başçısının 16 avqust 2001-ci il trixli sərəncamı qismən etibarsız hesab edilmiş və həmin torpaq sahəsinin 70 hektarı Ə.Q.İsmayılovun icarəsində saxlanılsın və İddiaçı3 və İddiaçı1 həmin 70 hektar torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsinin İddiaçı3 və İddiaçı1 məcburi köçkün kimi müvəqqəti məskunlaşdıqları çoban evlərinin ətrafında olan hissəsindən 70 hektar torpaq sahəsinin onlara icarəyə verilməsi Maraqlı şəxsnə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 oktyabr 2002-ci il tarixli, 6K-1443 saylı qərarının surətindən görünür ki, Ə.Q.İsmayılov Apellyasiya Məhkəməsinin 01 iyul 2002-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmiş, lakin kassasiya şikayəti təmin edilməyərək Azərbaycan Respublikası Məhkəməsi MİÜMK-nın 01 iyul 2002-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Maraqlı şəxs Başçısının 24 mart 2003-cü il tarixli, 97 saylı sərəncamının surətindən görünür ki, Maraqlı şəxs Başçısının 04 fevral 2003-cü il tarixli, 29 saylı və 20 sentyabr 2002-ci il tarixli, 239 saylı sərəncamlarında qismən dəyişiklik edilmiş, Ağcabədi şəhər sakini X4 Maraqlı şəxs Başçısının 04 fevral 2003-cü il tarixli, 29 saylı sərəncamı ilə 12 saylı qış otlaq sahəsindən verilmiş 33.0 hektar qış otlaq sahəsi beş il müddətinə və Laçın rayon sakinləri İddiaçı3 və İddiaçı1 icarəyə verilmişdir. Ağcabədi şəhər sakini X1 Ağcabədi rayonu ərazisində yerləşən 12 saylı Kuratan qobu adlı qışotlaq sahəsindən Ağcabədi rayon İHB-nın 20 sentyabr 2002-ci il tarixli, 239 saylı sərəncamı ilə verilmiş 92.0 hektar qış otlaq sahəsinin 20.0 hektarı beş il müddətinə Laçın rayon sakinləri İddiaçı3 və İddiaçı1 verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz əslakın Dövlət reyestri xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, İddiaçı2 Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisindən 354.64 kv.m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyətinə verilmişdir. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 aprel 2018-ci ildir. iş materiallarında olan Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının 21 oktyabr 2019-cu il tarixli, 161 saylı sərəncamından çıxarışın surətindən görünür ki, Ağcabədi şəhər sakini X11 28 fevral 2019-cu il tarixli, Ə-52-104 saylı ərizəsi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəsinin Təşkili üzrə Dövlət Agentliyinin 09 avqust 2019-cu il tarixli razılıq məktubu nəzərə alınaraq Ağcabədi rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid qış otlaq sahəsindən 55 ha torpaq sahəsi heyvandarlığın inkişaf etdirilməsi məqsədilə X13 15 il müddətinə icarəyə verilmiş və bağlanmış torpaq icarə müqaviləsi təsdiq edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 18 mart 2021-ci il tarixli, 3/222 saylı məktubun məzmunundan görünür ki, Maraqlı şəxs 24 mart 2003-cü il tarixli, 12 saylı sərəncamı ilə rayonun inzibati ərazisində yerləşən Kuratan qobu adlanan qış otlağında 53.0 ha torpaq sahəsi beş il müddətinə Laçın rayonunun Şeylanlı kənd sakini İddiaçı1 Firidun oğlunun icarəsinə verilmişdir. 24 mart 2008-ci il tarixdə həmin icarə müqaviləsinin müddəti bitmiş və müqavilənin müddətinin bitməsindən 11 il keçmişdir. Lpakin buna baxmayaraq şikayətçilər İddiaçı1 Firidun oğlu və X5 tərəfindən icarə müqaviləsinin onların adına yenilənməsi barədə Maraqlı şəxsnə rəsmi və ya şifahi formada müraciət etməmişlər. Dövlət fonduna aid qış otlaq sahələrindən icarə qaydasında istifadə edilməsi üçün rayon sakinləri və rayonda məskunlaşan məcburi köçkünlər soxsaylı müraciətlər edirlər. Həmin müraciətləri nəzərə alaraq, eləcədə torpaq sahələrinin vergidən kənarda qalmaması məqsədi ilə qış otlaq sahələri rayon İcra Hakimiyyəti tərəfindən müraciət edən sakinlərə icarəyə verilir. Hazırda Maraqlı şəxs Başçısının sərəncamı ilə Laçın rayonunun Şeylanlı kənd sakini İddiaçı1 Firidun oğluna dövlət fonduna aid torpaq sahəsi icarəyə verilməmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında olan mübahisə iddiaçıların iddia etdiyi kimi, cavabdeh tərəfindən zəbt olunmuş iddiaçıların istifadəsində olan torpaq sahəsinin zəbtdən azad olunmasından ibarətdir. İddiaçıların iddia tələbindən müəyyən edilir ki, onlar 1990-cı ildən istifadə etdikləri Ağcabədi rayon Nəcəfqulubəyli kəndi ərazisində yerləşən 12 saylı X19 otlaq sahəsində məskunlaşaraq 10 ailə heyvandarlıq təsərrüfatı ilə məşğul olaraq dövlətin iqtisadi və ərzaq siyasətinə bacardıqları qədər yardım edirlər. Ağcabədi rayonu ərazisində fermerlərin ərzaq bölgüsü yaratmaq toplantılarında iştirak edir, gördükləri təsərrüfat işləri rayon rəhbərliyi tərəfindən yüksək qiymətləndirilərək təriflənirdilər. 2001-ci ildə onların istifadə etdikləri torpaq sahələri Maraqlı şəxs Başçısının 16 avqust 2001-ci il tarixli sərəncamı ilə X7 icarəsinə verilmişdir. Ağcabədi rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçıların hazırkı yaşadıqları və istifadə etdikləri torpaq sahəsindən çıxarılmaları təmin edilmişdir. İddiaçıların şikayəti əsasında Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 01 iyul 2002-ci il tarixli qətnaməsi ilə Ağcabədi rayon Məhkəməsinin 29 yanvar 2002-ci il tarixli qətnaməsi dəyişdirilmiş, iddia və qarşılıqlı iddialar qismən təmin edilmişdir. 140 hektar torpaq sahəsinin X8 icarəyə verilməsinə dair Maraqlı şəxs Başçısının 16 avqust 2001-ci il tarixli sərəncamı qismən etibarsız hesab edilmişdir. Həmin torpaq sahəsinin 70 hektarı Ə.Q.İsmayılovun icarəsində saxlanılmış və İddiaçı3 və İddiaçı1 həmin 70 hektar torpaq sahəsindən çıxarılmışlar. Həmin torpaq sahəsinin İddiaçı3 və İddiaçı1 məcburi köçkün kimi müvəqqəti məskunlaşdıqları çoban evlərinin ətrafında olan hissəsindən 70 hektar torpaq sahəsinin onlara icarəyə verilməsi Maraqlı şəxsnə həvalə edilmişdir. Həmin qətnamə icra edilmiş, onların istifadələrində olan torpaq sahələri ayrılmışdır. 2020-ci ilin əvvəllərində hazırkı iş üzrə Cavabdeh iddiaçılara verilmiş 53 ha torpaq sahəsinin yarısını şumlayaraq əkin üçün yararlı olub-olmamasını, şoran torpaqda mədəni bitkilərin bitib-bitməməsini yoxladığını bildirərək, iddiaçıları aldadıb həmin sahədə pambıq əkmiş, torpaq şoran olduğundan pambıq orda-burda bitərək məhsul verməmişdi. Cavabdeh iddiaçılara bu torpaqlar əkinə yararsızdır və burada əkin əkmək olmaz deyib getmişdir. İddiaçılar yenədə öz torpaqlarından istifadə edəcəklərini düşündükləri vaxt Cavabdeh 06 yanvar 2021-ci il tarixdə traktorla gəlib iddiaçıların istifadədə olan qalan torpaqlarınıda şumlamaq istəmişdir.Bunu hansı qanunu əsasla etdiyini onlara bildirmir və iddiaçıların sakit olmalarından istifadə edir. Ağcabədi rayon 12-ci sahə X19 otlaq sahəsi məhkəmə qətnaməsi ilə 70 ha iddiaçıların istifadələrinə verilmişdir. Həmin məhkəmə qərarı hazırda qüvvədədir və ləğv edilməmişdir. Məhkəmə qətnaməsi ilə iddiaçılara ayrılmış 70 ha torpaq sahəsinin iddiaçılara verilərək icra edilməsindən sonra, Cavabdeh iddiaçılara məhkəmə qərarı ilə ayrılmış torpaq sahəsini özbaşına şumlayaraq, hədə-qorxu və güclə iddiaçıların istifadədən çıxarması qanuna ziddir və cavabdehin qeyri-qanuni hərəkətləri dayandırılmalıdır. Ona görə də iddianın tam təmin edilməsini xahiş etdi. Cavabdehin iddiaya etirazından müəyyən edilir ki, iddiaçıların iddiaları tam əsassızdır. Onun tərəfindən iddiaçılara məxsus əmlaka müdaxilə olmamışdır. İddiaçılara aid torpaq sahəsini zəbt etməmiş və istifadə etmir. İddiaçılar heç bir əsaslı sənəd təqdim etməmişlər və yalnız şantaj xarakterli ifadələr işlədirlər. Mübahisəli ərazidən dostu X13 15 il müddətinə rayon İcra Hakimiyyəti tərəfindən 55 ha torpaq sahəsi verilib. O, X16 ilə birlikdə torpaqdan istifadə edir və əkirlər. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. İşin apelyasiya icraatı zamanı mülki iş üzrə icraat iddiaçılar İddiaçı1 və İddiaçı3 Maraqlı şəxsnə qarşı X13 torpaq sahəsinin icarəyə verilməsi barədə Maraqlı şəxs Başçısının 21 oktyabr 2019-cu il tarixli, 161 saylı sərəncamının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Şirvan İnzibati Məhkəməsindən daxil olmuş 23 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı3 Maraqlı şəxsnə qarşı X13 torpaq sahəsinin icarəyə verilməsi barədə Maraqlı şəxs Başçısının 21 oktyabr 2019-cu il tarixli, 161 saylı sərəncamının ləğv edilməsi tələbinə dair 2024-cü ildə 2-1(120)-29/2024 saylı nömrə ilə qeydiyyata alınmış inzibati iş üzrə iddia xx.xx.2024-cü il tarixli qərardadla geri götürülmüş hesab edilmişdir. Qeyd olunan məhkəmə aktından apellyasiya şikayəti verilməmiş və sözügedən qərardad qanuni qüvvəyə minmişdir. İş materiallarının tədqiqindən müəyyən edilir ki, Ağcabədi RİHB-nın 24 mart 2003-cü il tarixli, 97 saylı sərəncamı ilə 12 saylı Kuratan Qobu adlı qış otlaq sahəsindən 53,0 ha otlaq sahəsi Laçın rayon sakinləri İddiaçı3 və İddiaçı1 beş il müddətinə icarəyə verilmişdir. 24 mart 2008-ci ildə həmin icarə müqaviləsinin müddəti bitmişdir. Müqavilənin müddətinin bitməsindən 11 il keçməsinə baxmayaraq iddiaçılar İddiaçı1 Firidun oğlu və İddiaçı3 tərəfindən icarə müqaviləsinin onların adına yenilənməsi barədə Maraqlı şəxsnə rəsmi və ya şifahi formada müraciət etməmişlər. Maraqlı şəxs 21 oktyabr 2019-cu il tarixli, 161 saylı sərəncamı ilə Ağcabədi rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid qış otlaq sahəsindən 55 ha torpaq sahəsi heyvandarlığın inkişaf etdirilməsi məqsədilə Ağcabədi şəhər sakini X13 15 il müddətinə icarəyə verilmiş və bağlanmış torpaq icarə müqaviləsi təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Kollegiya qeyd edir ki, iş materiallarından da görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh tərəfindən zəbt olunaraq qanunsuz istifadə edildiyini iddia etdikləri Ağcabədi rayon 12-ci sahə X19 otlaq sahəsi 70 ha ərazisinin cavabdeh tərəfindən zəbtdən azad edilməsi ilə bağlı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, iddiaçıların mübahisələndirdiyi torpaq sahəsi Maraqlı şəxs 21 oktyabr 2019-cu il tarixli, 161 saylı sərəncamı ilə Ağcabədi rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid qış otlaq sahəsindən 55 ha torpaq sahəsi heyvandarlığın inkişaf etdirilməsi məqsədilə Ağcabədi şəhər sakini X13 15 il müddətinə icarəyə verilmişdir. İddiaçıların isə 24 mart 2008-ci ildə icarə müqaviləsinin müddəti bitmişdir. İddiaçılar apelyasiya icraatı zamanı Maraqlı şəxs 21 oktyabr 2019-cu il tarixli, 161 saylı sərəncamının ləğv edilməsi ilə bağlı Şirvan İnzibati Məhkəməsində iddia qaldırsalar da həmin iş üzrə iddia geri götürülmüş hesab edilmişdir. Göründüyü kimi iddiaçıların mübahisələndirdiyi torpaq sahəsi 2008-ci ilədək onların istifadəsində olmuş, hazırda isə X13 15 il müddətinə icarəyə verilmişdir. Mülki Məcəllənin 146-cı maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmçinin eyni Məcəllənin 157.2-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Burada nəzərə alınmalıdır ki, “öz əmlakını” deyərkən tələb edən şəxsin özünün də həmin əmlaka münasibətdə qanuni sahib olması şərti mütləqdir. Göründüyü kimi qanunvericilikdə “zəbt” torpaq sahələrinə münasibətdə subyektlərə hər hansı hüquqlar verilməmişdir. Belə olan halda isə mübahisələndirilən və cavabdeh tərəfindən zəbt edildiyi iddia edilən torpaq sahəsində iddiaçıların, cavabdeh tərəfindən edilən zəbtin aradan qaldırılması tələbinin irəli sürməyə subyektiv hüququnun olması müəyyən edilmir. Bu isə onu deməyə əsas verir ki, nəinki iddiaçı, ümumiyyətlə heç kəs başqa şəxsin mülkiyyətində olan torpaq sahəsinin qanunsuz zəbtdən azad edilməsi ilə bağlı iddia qaldırmağa haqlı deyildir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Ağcabədi Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(017)-235/2021 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(017)-235/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-7/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-7/2025
10.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver