Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-70/2022 21.09.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı, vəkili və eyni zamanda nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "həyətyanı torpaq sahəsindən çıxarılma" tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli 2(073)-36/2020 saylı qətnaməsindən (hakim E.Əmirəliyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı "həyətyanı torpaq sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, Cəlilabad rayon X17 11 iyun 1993-cü il tarixli qərarı əsasında ona ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsindən Cəlilabad rayonu Muğan kənd sakini olan Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cəlilabad rayonu Muğan kəndində yaşayır. “Bakı Fəhləsi” sovxozunun 22 dekabr 1993-cü il tarixli 96 saylı əmri və Cəlilabad rayon X17 11 iyun 1993-cü il tarixli 06 saylı qərarına əsasən ona 0.12 ha həyətyanı torpqa sahəsi ayrılıb mülkiyyətinə verilmişdir. Bu barədə Cəlilabad rayon “Bakı fəhləsi” sovxozunun 25 dekabr 1993-cü il tarixli təhkim aktı da mövcuddur. Onun ləğvi barədə hər hansı bir qərar mövcud deyildir. Bir neçə il bundan əvvəl Cavabdeh ona məxsus 0.12 ha həyətyanı torpaq sahəsini özbaşına zəbt etmişdir. Hazırda da, cavabdeh ona məxsus torpaq sahəsini qanunsuz istifadə edir. Cavabdehə torpağın qaytarılması barədə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh ona heç bir əhəmiyyət verməyərək, qanunsuz əməllərini davam etdirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, iddiaçı ilə həmkəndlidirlər. Sözügedən mübahisəli torpaq sahəsinin ona heç bir aidiyyəti yoxdur və həmin torpaq sahəsi tamam başqa ərazidə yerləşir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetr Xidmətinin 24 oktyabr 2017-ci il tarixli, RX ******* seriyalı çıxarışına əsasən Cəlilabad rayon Muğan kəndində 0.6152 ha torpaq sahəsi onun və ailə üzvlərinin xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Onlar iddiaçının torpaq sahəsini zəbt etməmişlər. İddianı əsassız hesab edir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-36/2020 saylı, 05 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 24 oktyabr 2017-ci il tarixli, RX ******* seriyalı Çıxarışa əsasən Cəlilabad rayonu, Muğan kəndində 0.6152 hektar həyətyanı torpaq sahəsi X11, Cavabdeh, X3 və X2 və X6 xüsusi mülkiyyəti kimi Dövlət qeydiyyatına alınmışdır. “Bakı fəhləsi” sovxozunun 22 dekabr 1993-cü il tarixli, 96 saylı əmri ilə X14 verilmiş 0.12 hektar həyətyanı torpaq sahəsinə dair əmrin işə əlavə edilmiş surətinin oxunaqlı olmaması və sxematik planının (miqyas, ölçü, cəhətlər qonşuluq) olmaması səbəbindən naturada həmin torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Cəlilabad rayon Dövlət Arxivi tərəfindən İddiaçı arxiv çıxarışı verilsə də, plan (miqyas, ölçü, cəhətlər qonşuluq) verilməmişdir. Cavabdeh faktiki istifadə etdiyi 0.74 ha həyətyanı torpaq sahəsi elektron baza məlumatlarına əsasən **********54-10301 reyestr nömrəli çıxarış ilə X12 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının iddia etdiyi torpaq sahəsinin əslində cavabdehin qanuni mülkiyyətində olması mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunmasını, iş üzrə təkrar ekspertiza təyin edərək, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməklə, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Buna görə də həmin qətnamə apellyasiya baxışında ləğv edilməklə, iddianın təmin olunması barədə yeni qətnamə qəbul olunmalıdır. Belə ki, Cəlilabad rayonu ərazisində fəaliyyət göstərmiş “Bakı fəhləsi” sovxozunun 22 dekabr 1993-cü il tarixli 96 saylı əmrinə əsasən Cəlilabad rayon X17 11 iyun 1993-cü il tarixli 06 saylı qərarına əsasən 0.12 hektar həyətyanı torpaq sahəsi ayrılmış və ona təhkim edilməklə mülkiyyətinə verilmişdir. Bu barədə olan Cəlilabad rayonu “Bakı fəhləsi” sovxozunun 25 dekabr 1993-cü il tarixli həyətyanı torpaq sahəsinin “təhkim aktı” ona verilmişdir. 01 aprel 1992-ci il tarixdə qüvvəyə minmiş və 08 avqust 1999-cu il tarixə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif formaları - dövlət, xüsusi və kollektiv mülkiyyət formaları təsdiq edilir və onların bərabər inkişafı qanunvericiliklə təmin olunur. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq X17 ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verir. X1 müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatların, eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli 31584 saylı ekspert rəyindən, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 03 dekabr 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, “Bakı fəhləsi” sovxozunun 22 dekabr 1993-cü il tarixli 96 saylı əmri ilə X15 verilmiş 0.12 hektar həyətyanı torpaq sahəsinə dair əmrin işə əlavə edilmiş surətinin oxunmaması və sxematik planının (miqyas, ölçü, cəhətlər, qonşuluq) olmaması səbəbindən naturada həmin torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmadı. Cəlilabad rayon Dövlət Arxivi tərəfindən İddiaçı arxiv çıxarışı verilsə də, plan (miqyas, ölçü, cəhətlər qonşuluq) verilməmişdir. Cavabdeh faktiki istifadə etdiyi 0.74 hektar həyətyanı torpaq sahəsi elektron baza məlumatlarına əsasən **********54-10301 reyestr nömrəli çıxarış ilə X12 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Ekspertin və mütəxəssisin mövqeyi düzgün deyildir. Belə ki, tərəfindən məhkəməyə təqdim edilmiş hüquq məyyənedici sənədlər oxunaqlı formadadır. Sadəcə onlar qanuni və əsaslı rəy verməkdən yayınmaq məqsədilə belə bir əsassız rəy vermişlər. Buna görə də apellyasiya baxışında təkrar ekspertiza təyin edilməklə iş üzrə qanuni və obyektiv rəy alınmalıdır. Həm mütəxəssis, həm də ekspert rəyi həqiqəti əks etdirmir və onlar şübhə doğurur. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şərh edilməli, bu və ya digər sübutun qəbul edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericiliklə müəyyən edilmiş prosessual qaydaların pozulması ilə əldə edilmiş sübutlar məhkəmə qətnaməsinin əsasını təşkil edə bilməz. Qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gədiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Lakin işə baxmış birinci instansiya məhkəməsi qətnamənin əsaslandırılcı hissəsində hansı qanuna, normativ akta əsasən iddianı təmin etməməsini əsaslandırmamış, qanunla yox, ümumi sözlərlə bunu əsaslandırmağa çalışmışdır. Qanuniliyi tərəfindən mübahisələndirilən qətnamə qəbul olunarkən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, “İnsan Hüquqlarının və X8 Haqqında” Avropa Konvensiyada nəzərdə tutulmuş qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işin ədalətli araşdırılması hüququ pozulmuşdur. Beləliklə, mübahisə ilə əlaqədar qərar qəbul edən birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Lakin qərar qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilmiş konstutsion normanın tələblərinə əməl edilməmişdir. Həmin torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsinə dair 08 avqust 1999-cu il tarixə qədər olan müddət ərzində Cəlilabad rayon X17 heç bir qərarı, o cümlədən 2000-ci ildən sonra həmin torpağın onun mülkiyyətinə satılması barədə heç bir bələdiyyə qərarı mövcud deyildir. Mülki iş materiallarında da bu barədə heç bir sənəd yoxdur. Yəni, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X11, Cavabdeh, X3, X2 və X6 mülkiyyətinə Cəlilabad rayonunun Muğan kəndində yerləşən 0.6152 hektar həyətyanı torpaq sahəsinin verilməsi barədə 24 oktyabr 2017-ci il tarixli, RX ******* saylı Çıxarışın verilməsi üçün əsas olmuş Cəlilabad rayon XDS-nin qərarı, o cümlədən həyətyanı torpaq sahəsinin bələdiyyə tərəfindən onlara satılması barədə heç bir qərar və ya alğı-satqı müqaviləsi mövcud deyildir. Başqa sözlə X16, Cavabdeh, X7, X4 və X9 Cəlilabad rayonunun Muğan kəndində yerləşən 0.6152 hektar həyətyanı torpaq sahəsinin verilməsi ilə əlaqədar DƏDRX tərəfindən Çıxarış verilənə qədər heç bir hüquqmüəyyənedici sənəd mövcud deyildir. Mülki iş materiallarında da bu barədə heç bir sənəd yoxdur. Buna görə də 24 oktyabr 2017-ci il tarixli, RX ******* saylı DODRX-nin 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş çıxarışın etibarsızlığı məhkəmədə mübahisələndiriləcəkdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. ç) apellyasiya instansiya məhkəməsində əvvəlki icraat. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2020-ci il tarixli 2(106)- 1513/2020 saylı qətnaməsi ilə (hakimlər Z.Babayev, Q.Kərimov, N.Mirzəyev) apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli 2(073)- 36/2020 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqlda, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğvi üçün əsas ola bilməz. d) kasasiya instansiya məhkəməsində icraat. Şirvan Apellyasiya Məhkəməsinin 16 iyun 2020-ci il tarixli 2(106)-1513/2020 saylı qətnaməsi İddiaçı tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli 2(102)- 186/21 saylı qərarı (hakimlər A.Abbasov, E.Vəliyeva və E.Şamayev) ilə kasasiya şikayəti qismən təmin olunaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş yeni apellyasiya baxışına qaytarılmışdır. e) kasasiya instansiyası məhkəməsinin göstərişləri. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi yeni apellyasiya baxışına göndərən kassasiya instansiya məhkəməsinin Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə müvafiq olaraq işə yenidən baxan məhkəmə üçün məcburi göstərişləri aşağıdakılardan ibarət olmuşdur; Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli 31584 saylı ekspert rəyi ilə əsaslandırsa da, həmin rəyi MPM-nin 88-ci maddəsinə əsasən müəyyən edilmiş qaydalar üzrə qiymətləndirməmişdir, Ekspert rəyində Cavabdeh faktiki istifadə etdiyi 0.74 hektar həyətyanı torpaq sahəsinin elektron baza məlumatlarına əsasən **********54-10301 reyestr nömrəli çıxarışla X12 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd edilib, Lakin apellyasiya məhkəməsinin özünün müəyyən etdiyi işin halından isə görünür ki, **********54-10301 reyestr nömrəli çıxarışla cavabdehə və onun ailə üzvlərinin ümumi mülkiyyətində 0.6152 ha torpaq sahəsi vardır. Belə olan halda, yəni cavabdehin (ailə üzvlərinin) mülkiyyətində 0.6152 ha torpaq sahəsi olduğu halda, onun faktiki istifadə etdiyi 0.74 ha həyətyanı torpaq sahəsinin mülkiyyətində olan daha az həcmli torpaqla (0.6152 ha) necə üst-üstə düşməsi ekspert rəyində göstərilməyib, Ümumiyyətlə, cavabdehin mülkiyyətində 0.6152 ha torpaq olduğu halda, faktiki istifadə etdiyi 0.74 ha torpağın mülkiyyətindən kənarda qalan təxminən 0.13 ha hissəsinin zəbt olub-olmaması, zəbt varsa, hansı hissədən olması, həmin hissənin iddiaçının iddia etdiyi 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşməsi rəydən görünmür, Nəzərə alınsa ki, iddiaçıya Cəlilabad rayon X17 11 iyun 1993-cü il tarixli 06 saylı qərarı ilə 0.12 ha torpaq sahəsi ayrılıb və ekspert rəyində də cavabdehin faktiki olaraq 0.74 ha torpaqdan istifadə etməklə, təxmini 0.13 ha torpağı zəbt etməsi göstərilib, belə olan halda həmin 0.13 ha torpağın iddiaçıya ayrılmış torpağa aid olub-olmaması müəyyən edilməlidir. Bu isə müəyyən edilməyib, Göründüyü kimi, birinci instansiya məhkəməsi ziddiyyətli, tam olmayan ekspert rəyinə isitinad etməklə iddianı rədd etmiş, apellyasiya məhkəməsi də iddiaçının təkrar ekspertiza təyin edilməsi barədə vəsatətinə əhəmiyyət verməmiş, ekspert rəyindəki ziddiyyətin aradan qaldırılması yönündə heç bir prosessual hərəkət etməmiş, eyni səhvi təkrarlayaraq qətnaməni dəyişdirmədən saxlamaqla səhv nəticəyə gəlmişdir, Bundan başqa, ekspert rəyində iddiaçı verilmiş 0.12 hektar həyətyanı torpaq sahəsinə dair əmrin işə əlavə edilmiş surətinin oxunmaması və sxematik planının (miqyas, ölçü, cəhətlər qonşuluq) olmaması səbəbindən naturada həmin torpaq sahəsinin yerini müəyyən etməyin mümkün olmamasına istinad edilmişdir. Məhkəmələr mübahisənin obyektiv və qanuni həlli üçün ekspertiza tədqiqatına təqdim edilməli sənədlərin əslinin və ya ən azı oxunula bilən surətinin əldə edilməsi üçün heç təşəbbüs göstərməmişlər. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə isə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı, vəkili və eyni zamanda nümayəndəsi apellyasiya apelyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahatlar verərək, təmin olunmasını xahiş etdilər. Məhkəmədə cavabdeh apelyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddiasının isə təmin olunmasını xahiş etməklə qətnaməni tam olaraq mübahisələndirildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya instansiya məhkəməsinin yuxarıda qeyd olunan qərarındakı məcburi göstərişlər nəzərə alınmaqla iddiaçıya münasibətdə tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Cəlilabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 12 fevral 2016-cı il tarixli 170 nömrəli arayışda göstərilir ki, Cəlilabad rayonu “Bakı fəhləsi” adına sovxozun 22 dekabr 1993-cü il tarixli 96 saylı əmri ilə İddiaçı Cəlilabad rayonu Muğan kəndinin şimal tərəfindən 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş JN-308A, Kod 80617018 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 06 saylı qərarı ilə Cəlilabad rayonu, Svetlaya Zarya kənd sakinləri X19, X10, Cavabdeh, X13 və X9 cizgidə göstərilən sərhədlər daxilində 0.62 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamənin torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü əks olunan cizgidə həmin torpaq sahəsinin 332A, 315F, 686BB, 685BB saylı Dövlət Aktları ilə verilən torpaq sahələri ilə qonşu olduğu görünür (işin185-187-ci vərəqləri). İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 oktyabr 2017-ci il tarixdə verilmiş RX ******* seriyalı, **********54-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Cəlilabad rayonu, Muğan kəndində yerləşən 0.6152 ha həyətyanı torpaq sahəsi və üzərində inşa olunan 194.7 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X20, Cavabdeh, X13, X10 və X6 ümumi birgə mülkiyyətlərindədir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə 30 dekabr 2019-cu il tarixli 31584 saylı ekspert rəyindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 03 dekabr 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, “Bakı fəhləsi” sovxozunun 22 dekabr 1993-cü il tarixli 96 saylı əmri ilə X15 verilmiş 0.12 hektar həyətyanı torpaq sahəsinə dair əmrin işə əlavə edilmiş surətinin oxunmaması və sxematik planının (miqyas, ölçü, cəhətlər qonşuluq) olmaması səbəbindən naturada həmin torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası Cəlilabad rayon Dövlət Arxivi tərəfindən İddiaçı arxiv çıxarışı verilsə də, plan (miqyas, ölçü, cəhətlər qonşuluq) verilməmişdir. Cavabdeh faktiki istifadə etdiyi 0.74 hektar həyətyanı torpaq sahəsi elektron baza məlumatlarına əsasən **********54-10301 reyestr nömrəli çıxarış ilə X12 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Birinci instansiya məhkəməsində mütəxəssis qismində dindirilmiş Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Cəlilabad Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi X23 izahatında göstərmişdir ki, “Bakı fəhləsi” sovxozunun 22 dekabr 1993-cü il tarixli 96 saylı əmri ilə İddiaçı verilmiş 0.12 hektar həyətyanı torpaq sahəsinə dair əmrin işə əlavə edilmiş surətinin oxunmaması və sxematik planının (miqyas, ölçü, cəhətlər qonşuluq) olmaması səbəbindən naturada həmin torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Cəlilabad rayon Dövlət Arxivi tərəfindən İddiaçı arxiv çıxarışı verilsə də, plan (miqyas, ölçü, cəhətlər qonşuluq) verilməmişdir. Əlavə olaraq qeyd edir ki, tərtib edilmiş rəyin əvvəlki cümləsində İddiaçı adı əvəzinə yanlışlıqla X12 adı yazılmışdır. Rəydə də qeyd olunduğu kimi İddiaçı torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Mülki işin yeni apellyasiya baxışı zamanı kassasiya instaniyası məhkəmsinin göstəriləri icra olunaraq ilk növbədə iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə dair torpaqayırma sənədlərin əslinin və ya ən azı oxunula bilən surətinin əldə edilməsi üçün Cəlilabad rayon Dövlət Arxivinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğular verilmiş, lakin müsbət cavablar alınmamışdır. Bundan başqa iş üzrə təkrar məhkəmə tikinti texniki ekspertizası təyin olunaraq ekspertiza qarşısında cavablandırılmasından ötrü aşağıdakı suallar qoyulmuşdur: 1) **********54 - 10301 reyestr nömrəli çıxarışla Cavabdeh və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan 0.6152 ha torpaq sahəsi olduğu halda, onun faktiki istifadə etdiyi 0.74 ha həyətyanı torpaq sahəsi, mülkiyyətində olan daha az həcmli torpaqla 0.6152 ha ölçüdə torpaq sahəsi ilə necə üst-üstə düşə bilər ? 2) Cavabdeh və onun ailə üzvlərinin ümumi mülkiyyətində 0.6152 ha torpaq olduğu halda, faktiki istifadə etdiyi 0.74 ha torpağın mülkiyyətindən kənarda qalan təxminən 0.13 ha hissəsinin zəbt olub-olunmaması, zəbt varsa, hansı hissədən olması, həmin hissənin iddiaçının iddia etdiyi 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilsin ? 3) Cavabdeh faktiki olaraq 0.74 ha torpaqdan istifadə etməklə, təxmini 0.13 ha artıq ölçüdə sahiblik etdiyi torpaq sahəsi, iddiaçıya ayrılmış torpağa aiddirmi? 4) Hazırki ekspert rəyi verilərkən işdə olan digər mütəxəsis rəyi ilə ziddiyyətli məqamlar ortaya çıxarsa, ekspert tərəfindən həmin ziddiyyətlərə də, aydınlıq gətirilsin? 5) Ekspert qarşısında qoyulan sualdan savayı iş üçün zəruri əhəmiyyət kəsb edən hallarla bağlı da əlavə tədqiqat apararaq rəyində həmin hallara istinad edə bilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfindən ekspertiza qarşısında qoyulmuş sualar üzrə 08 iyun 2022-ci il tarixdə aşağıdakı məzmunda mütəxəsis rəyi verilmişdir: 1) Cavabdeh və ailə üzvlərinə **********54-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın elektron baza materialının döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətə verilmiş 0.6152 ha (0.6185 ha) həyətyanı torpaq sahəsinin 0.5728 hektaradək (üst-üstə düşən) hissəsi cavabdehin faktiki istifadə etdiyi ərazi kimi plana alınmış 0.7547 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. **********54-10301 reyestr nömrəli çıxarışın elektron baza materiallarının döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətə verilmiş 0.6152 ha həyətyanı torpaq sahəsinin qalan 0.0423 ha və 0.0034 ha (üst-üstə düşməyən) hissələrinin müvafiq olaraq cənub-qərb və şimal-qərb istiqamətlərində cavabdehin faktiki istifadə etdiyi ərazi kimi plana alınmış 0.7547 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Sözügedən həyətyanı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında (cizgidə) və Cəlilabad rayonu Svetlaya Zarya (Muğan) kəndi “Bakı fəhləsi” təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindənçıxarışda öz əksini tapmışdır, 2) Cavabdeh faktiki istifadə etdiyi ərazi kimi plana alınmış 0.7547 ha torpaq sahəsinin cavabdehə və digər ailə üzvlərinə **********54-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın elektron baza materialının döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətə verilmiş 0.6152 ha həyətyanı torpaq sahəsinin müxtəlif istiqamətlərində (şimal-şərq və cənub-şərq) hüdudlarından kənarda qalan cəmi 0.1814 hektaradək (0.0924 ha, 0.0676 ha və 0.0214 ha) hissələri yerləşir. Bu hissələrdən şimal şərq istiqamətində olan 0.0924 ha hissəsində cavabdehə və ailə üzvlərinə məxsus fərdi yaşayış evinin yerləşdiyi müəyyən edildi. Mülki işdə iddiaçının iddia etdiyi 0.12 ha torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlərin (Şəhadətnamə, çıxarış), məkan göstəricilərini, yerləşmə vəziyyətini göstərən texniki sənədin (Torpaq sahəsinin planı və ölçüsü) olmaması səbəbindən iddia edilən həyətyanı torpaq sahəsinin yerini düzgün dəqiqləşdirib göstərmək, həm də yuxarıda qeyd olunmuş müxtəlif istiqamətlərdəki az həcmli 0.0924 ha, 0.0676 ha və 0.0214 ha torpaq sahəsi hissələrinin hüdudları daxilində yerləşməsini (üstüstə düşüb-düşməməsini) təyin etmək mümkün olmadı. Mübahisələndirilən həyətyanı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında (cizgidə) və Cəlilabad rayonu Svetlaya Zarya (Muğan) kəndi “Bakı fəhləsi” təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən çıxarışda göstərilmişdir, 3) İddiaçı ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlərin (Şəhadətnamə, çıxarış), məkan göstəricilərini, yerləşmə vəziyyətini göstərən texniki sənədin (Torpaq sahəsinin planı və ölçüsü) olmaması səbəbindən iddia edilən torpaq sahəsinin Cavabdeh faktiki istifadə etdiyi ərazi kimi plana alınmış 0.7547 ha torpaq sahəsinin hüdudları daxilində yerləşən müxtəlif istiqamətlərdəki az həcmli 0.0924 ha, 0.0676 ha və 0.0214 ha torpaq sahəsi hissələrinə aid edilib-edilməməsini təyin etmək mümkün olmadı, 4) Dördncü sualn cavablandırılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə aid olduğundan, bu sual cavablandırılmadı, 5) Torpaq islahatı zamanı mülkiyyətə verilmiş torpaqların hüquqi sənədlərində əks olunan göstəricilərlə faktiki istifadələrindəki məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması, qanunamüvafiq qaydada mülkiyyətçilər arasında torpaq mübahisələrinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s saylı sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi qaydaları” əsasında aparılmış uçot işlərinin yekun nəticəsi olaraq yeni rəqəmsal kadastr xəritələrinin qəbulundan sonra mümkün olacaqdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2022-ci il tarixli 10/4363 saylı ekspert rəyində ekspert qarşısında qoyulmuş suallar yuxarıda qeyd olunan mütəxəsis rəyində verilən cavablara uyğun cavablandırılmış, mütəxəsisin ekspertin səlahiyyətinə aid etdiyi dördüncü sual isə mərkəzdə torpaq sahələrinin kadastr bazasının olmaması əsası ilə cavablandırılmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Beləliklə işin müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı Cəlilabad rayonu Muğan kəndində yaşayır. “Bakı Fəhləsi” sovxozunun 22 dekabr 1993-cü il tarixli 96 saylı əmri və Cəlilabad rayon X17 11 iyun 1993-cü il tarixli 06 saylı qərarına əsasən ona həmin kəndin ərazisindən 0.12 ha həyətyanı torpaq sahəsi ayrılıb mülkiyyətinə verilmişdir. İddiaçı qeyd olunan qərarla ona ayrılan torpaq sahəsinin bir neçə il bundan əvvəl Cavabdeh tərəfindən özbaşına olaraq zəbt edildiyini bildrərək, sonuncunun torpaq sahəsindən çıxarılmasını və torpaq sahəsi üzərində sahiblik hüquqlarının bərpa olunmasını xahiş edir. İddiaçının sübut olaraq məhkəməyə təqdim etmiş olduğu ayrılmış torpaq sahəsinin təhkim aktı kserosurət olmaqla oxunaqlı deyildir, həmin aktın əslinin, yaxud oxunaqlı surətinin əldə edilməsi üçün məhkəmə baxışı zamanı verilmiş sorğular nəticə verməmişdir. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 06 saylı qərarı ilə Cəlilabad rayonu, Svetlaya Zarya (Muğan) kənd sakinləri X19, X10, Cavabdeh, X13 və X9 cizgidə göstərilən sərhədlər daxilində 0.62 ha həyətyanı torpaq sahəsi verilmişdir (JN-308A, Kod 80617018 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə). Şəhadətnamənin torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü əks olunan cizgidə həmin torpaq sahəsi 332A, 315F, 686BB, 685BB saylı Dövlət Aktları ilə verilən torpaq sahələri ilə qonşudur. İş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki və təkrar məhkəmə tikinti-texniki ekspertizalarının rəyləri ilə **********54-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətində Cəlilabad rayonu Muğan kəndi ərazisində 0.6152 ha torpaq sahəsi olmasına baxmayaraq, faktiki istifadə etdikləri torpaq sahəsinin 0.74 ha təşkil etdiyi, 0.6152 ha həyətyanı torpaq sahəsinin 0.5728 hektaradək (üst-üstə düşən) hissəsi cavabdehin faktiki istifadə etdiyi ərazi kimi plana alınmış 0.7547 ha torpaq sahəsinin hüdudları daxilində yerlədiyi, 0.6152 ha həyətyanı torpaq sahəsinin qalan 0.0423 ha və 0.0034 ha (üst-üstə düşməyən) hissələrinin müvafiq olaraq cənub-qərb və şimal-qərb istiqamətlərində cavabdehin faktiki istifadə etdiyi ərazi kimi plana alınmış 0.7547 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi, cavabdehin faktiki istifadə etdiyi ərazi kimi plana alınmış 0.7547 ha torpaq sahəsinin **********54-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın elektron baza materialının döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətə verilmiş 0.6152 ha həyətyanı torpaq sahəsinin müxtəlif istiqamətlərində (şimal-şərq və cənub-şərq) hüdudlarından kənarda qalan cəmi 0.1814 hektaradək (0.0924 ha, 0.0676 ha və 0.0214 ha) hissələrinin yerləşdiyi, bu hissələrdən şimal şərq istiqamətində olan 0.0924 ha hissəsində cavabdehə və ailə üzvlərinə məxsus fərdi yaşayış evinin yerləşdiyi, iddiaçının iddia etdiyi 0.12 ha torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlərinin (Şəhadətnamə, çıxarış), məkan göstəricilərini, yerləşmə vəziyyətini göstərən texniki sənədin (Torpaq sahəsinin planı və ölçüsü) olmaması səbəbindən yerini düzgün dəqiqləşdirib göstərmək, həm də yuxarıda qeyd olunmuş müxtəlif istiqamətlərdəki az həcmli 0.0924 ha, 0.0676 ha və 0.0214 ha torpaq sahəsi hissələrinin hüdudları daxilində yerləşməsini (üst-üstə düşüb-düşməməsini) təyin etməyin mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Əvvəla ona gərə ki, iddiaçı tərfindən torpaqayırma sənədlərinin (təhkim aktı) əsilləri, yaxud oxunaqlı surətləri məhkəməyə təqdim edilməmişdir, təyin olunan ekspertizalar nəticəsində iddia olunan 0.12 ha torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlərin (Şəhadətnamə, çıxarış), məkan göstəricilərini, yerləşmə vəziyyətini göstərən texniki sənədin (Torpaq sahəsinin planı və ölçüsü) olmaması səbəbindən iddia edilən həyətyanı torpaq sahəsinin yerini düzgün dəqiqləşdirib göstərmək mümkün olmamışdır. Bundan başqa iddiaçı ona ayrılan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunu israrla bildirsə də, cavabdeh və ailə üzvlərinə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 06 saylı qərarı ilə Cəlilabad rayonu, Svetlaya Zarya (Muğan) kəndinin ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmış 0.62 ha həyətyanı torpaq sahəsinin (JN-308A, Kod 80617018 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) 332A, 315F, 686BB, 685BB saylı Dövlət Aktları ilə verilən torpaq sahələri ilə qonşu torpaq sahəsi olduğu və həmin qonşu torpaq sahələrinin başqa şəxslərin mülkiyyətlərində olduğu müəyyəndir. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0.7547 ha torpaq təşkil etsə də, mülkiyyət sənədi əsasında malik olduğu 0.6152 ha həyətyanı torpaq sahəsinin 0.0423 ha və 0.0034 ha hissələrinin onun faktiki istifadə etdiyi ərazinin hüdudlarından kənarda, faktiki olaraq artıq istifadə etdiyi 0.1814 hektaradək ərazi isə 0.0924 ha, 0.0676 ha və 0.0214 ha ölçülərdə olmaqla müxtəlif istiqamətlərdə yerləşir, iddiaçının iddia etdiyi 0.12 ha torpaq sahəsinin həmin az həcmli torpaq sahələrinin hüdudları daxilində yerləşməsini (üst-üstə düşüb-düşməməsini) təyin etmək mümkün olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur, 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir, 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur, 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir, 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. İddiaçının ona ayrılmış torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması aparılmış araşdırmanın nəticəsi olaraq sübuta yetməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, mülki işin apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci iddiaçıdan tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli 2(073)-36/2020 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Hazırki apellyasiya baxışı zamanı təyin olunmuş təkrar məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci İddiaçı alınaraq dövlət büdcəsinə Az.MEM, VÖİN **********, X5, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-70/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-70/2022
21.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver